“Lotu Quli” və Rusiyada küçə döyüşləri: Moskvanın yeni “KRAL”I KİM OLACAQ?Aslan Usoyanın (“Ded Xasan”) qətlindən sonra məhz Zaxariya Kalaşov (“Molodoy Şakro”) “oğrular kralı” titulunu aldı. Bu, kriminal dünyanın ən ali tituludur. Lakin cinayətkar qruplaşmanın yaradılmasında ittiham edilən “Şakro” indi həbsxanadadır. Məhkəmə hökmü verilməyib. Amma kriminal dünya artıq quruldayır: “Şakro”nun varisi, “bir nömrəli oğru” kim olacaq? Böyük ehtimalla, Kalaşov ömürlük həbs cəzası alacaq.

Publika.az xəbər verir ki, nüfuzlu kriminal mətbu orqan - "Praym Kraym" portalının baş redaktoru Viktoriya Qefter “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində “Şakro”nun varisi ilə bağlı səslənən suallara cavab verməyə çalışıb.

Baş redaktorun sözlərinə görə, “Şakro” əvvəlki kimi kriminal cəmiyyətə nəzarət edir, hərçənd onun mühafizəçisi deyil.

“Kriminal cəmiyyətin mühafizəçisi “oğru” iyerarxiyasında şərti maliyyə naziridir. “Şakro” belə demək mümkünsə, hökumət başçısıdır. “Şakro”nun dövründə onun qohumu, “qanuni oğru” “Dato Krasnodarskiy” kriminal cəmiyyəti idarə edirdi. İndi isə eyni işi Kaxa Parpaliya görür. O da həmçinin “Şakro”ya yaxındır. Hansısa hakimiyyət dəyişikliyi olmayıb. Hələ ki...” - o, deyib.

Bununla belə, Viktoriya Qefter hesab edir ki, “Şakro” artıq azadlıqda olanlara təsir göstərə bilmir.

“Şakro”nun varisinə gəlincə, o bildirib ki, versiyalardan birinə görə, kriminal klanlar iki fiquru irəli sürməyə çalışır. Birinci iddiaçı Nijeqorod vilayətinin 45 yaşlı sakini Vasiliy Xristoforov (“Vasya Voskres”) ikincisi isə 49 yaşlı Eduard Asatryandır. Onlar arasında çoxdan münaqişə var”, - baş redaktor bildirib.

Adıçəkilən avtorirtetlər arasında qarşıdurmanın 1990-cı illərdə olduğu kimi küçə atışmaları ilə nəticələnməsinin mümkünlüyünə gəlincə, müsahib bunun inandırıcı olmadığını deyib. Onun sözlərinə görə, bir neçə həftə əvvəl baş verən hadisə kriminal dünyada yekun bölgüyə təsir edə bilər. Baş redaktor qeyd edib ki, söhbət oktyabrın sonunda vaxtından əvvəl azadlığa buraxılan azərbaycanlı avtoritet, “Lotu Quli” ləqəbli Nadır Səlifovdan gedir.

“O son illərin klanlararası müharibələrində iştirak etmirdi. Bu, “oğrular” üçün çox ciddi arqumentdir. Ehtimal ki, yığıncaqda məhz onun üçün səs verəcəklər. Hazırda onun mövqeləri xüsusilə Rusiyanın cənubunda, Uralda və bəzi mərkəzi rayonlarda güclüdür”, - Qefter söyləyib.
15 yaşlı qıza elçi gedən Zaur danışdı: hansı kadrlar kəsilib? - VİDEOXəzər TV-də yayımlanan “5-də 5” verilişinin “Elçilik” rubrikasının sonuncu buraxılışı etirazlara səbəb olub. Verilişin aparıcısı Zaur Kamal bir neçə məşhurla birlikdə Ağdam rayonunun Quzanlı kəndinə elçiliyə gedib. Məlum olub ki, elçiliyə getdikləri qızın 15 yaşı var. Sözügedən kadrların efirdə yayımlanmasından sonra bir çox jurnalist tənqidi fikirlər yazıb. Onlar 15 yaşlı qıza elçi getməyin və bunun efirdə yayımlanmasının doğru olmadığını bildiriblər.

Kult.az sözügedən məsələ ilə bağlı Zaur Kamalla əlaqə saxlayıb. Z.Kamal bildirib ki, o qızın deyildiyi kimi, 15 deyil, 17 yaşı var.

Azərbaycanda nikaha girmə yaşının 18 olduğunu xatırlatdıqda isə aparıcı qeyd edib ki, ətraflı danışmaq hüququ yoxdur:

“Çox təəssüf ki, sualınıza cavab verə bilməyəcəyəm. Müsahibə vermək ixtiyarım yoxdur”.

Kult.az-ın əldə etdiyi məlumatda isə bildirilir ki, “5-də 5” heyətinə müraciət edən oğlan qızla bir-birilərini sevdiklərini, ailələr arasında heç bir problem yaşanmadığını deyib. Çəkiliş qrupu yalnız elçilik zamanı öyrənib ki, oğlan bundan öncə evli olub, iki övladı var, ailə qurmaq istədiyi qız isə yetkinlik yaşına çatmayıb.

Hadisəni öyrəndikdən sonra məşhurlardan bəziləri elçilikdən imtina edib, Zaur Kamal isə televiziyaya müraciət edən şəxsə kəskin etirazını bildirib.

Maraqlıdır ki, efirə gedən kadrlarda bunlar əksini tapmayıb.
Zeynəb Xanlarova Rasim Balayevlə bağlı çağırış etdiAtalarımızın bir sözü var: desəm öldürərlər, deməsəm ölərəm. Mədəniyyətimizə böyük töhvə verən, filmlərdə qəhrəman rolu yaradan Rasim Balayev haqqında danışmaq istəyirəm.

Bunu Milli Məclisdə xalq artisti, deputat Zeynəb Xanlarova deyib.

Xalq artisti qeyd edib ki, Rasim Balayev haqqında yazılanları hamı oxuyub və söhbətin nədən getdiyini bilir:

“Uzun illər filmlərə çəkilən, Nəsimi, Babək və onlarla digər qəhrəmanların obrazını yaradan Rasim Balayevin həkimlərin yazdığı iki dərmandan birini almağa pulu yoxdur. Mən üzümü Səhiyyə Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə tuturam. Bu işə niyə baxmırlar? Bu adam xəstədir, ömrünü bu sənətə qoyub, canında can qalmayıb. Niyə buna əncam qılmırlar? Mən millətimin, Rasimsevərlərin adından xahiş edirəm ki, bu işlə ciddi məşğul olsunlar. Onun aldığı pul nədir ki, bu pulu dərmanlara versin? Biz hamımız bu əsərləri yaradan böyük sənətkarımıza kömək olmalıyıq”.

Spiker Oqtay Əsədov isə bildirib ki, bu məsələ ilə maraqlanacaq.
Müdafiə naziri komandirləri topladıNoyabrın 17-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələr miqyasında keçirilən komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib.

MN-dən verilən məlumata görə, nazirliyinin Baş idarə, idarə rəisləri, Silahlı Qüvvələrin qoşun növləri komandanları, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirədə qoşunlara təlimlə əlaqədar əməliyyatların planlaşdırılması üzrə göstərişlər və döyüş sərəncamları çatdırılıb.

Müdafiə naziri təlimlərdə iştirak edən rəhbər heyətin məruzələrini dinlədikdən sonra müvafiq tapşırıq və göstərişlərini verib.
Erməniyə təslim olmamaq üçün özünü partladan 7 əsgər…Düşmən əlinə keçməmək üçün özlərini partladan 7 qəhrəman kəşfiyyatçı şəhidimizin, həmçinin ölümündən sonra orden və medalla təltif olunan qəhrəman şəhidlərimizin bölgələrdə xatirəsi əbədiləşdirilməlidir.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva təklif edib. Millət vəkili bunun şəhid ailələrinin xahişi olduğunu vurğulayıb:

“Ümummilli liderimiz Heydər Əliyev bu qəhrəman şəhidlərimizi yüksək qiymətləndirərək “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib. “Azərbaycan Bayrağı” ordeni statusuna görə ən ali ordenlərdən biridir. 1997-ci ildə qəbul olunmuş “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanunda küçə, meydan, təşkilat, müəssisə, hərbi və mülki gəmilərə Vətən uğrunda döyüşlərə görə azı 2 ordenlə təltif olunanların adların verilməsi vurğulanır. Bu ailələrin xahiş və təkliflərini səsləndirərək vurğulamaq istəyirəm ki, qanunun bu maddəsinə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və ali hərbi mükafata layiq görülənləri də əlavə edək. Bu gün bölgələrimizdə çoxlu sayda küçə və meydanlar var ki, onlara qəhrəman şəhidlərimizin adlarının verilməsi sadəcə onların ailələri deyil, bütün cəmiyyətimiz üçün də vacibdir. Cənab Prezidentin daim şəhid və qəhrəmanlarımıza yüksək münasibətini xüsusi vurğulayaraq bu təklifin yaxın zamanlarda qanunda öz əksini tapacağına inanıram”.

Millət vəkili həmin kəşfiyyat dəstəsindən yalnız bir nəfərin yaralı olaraq xilas olduğunu diqqətə çatdıraraq ona daha yüksək səviyyədə qayğının göstərilməsinin vacibliyini də vurğulayıb.

Q.Paşayeva eyni zamanda, Milli Qəhrəmanlara büstlərin qoyulması ilə bağlı qanunvericilikdə yaranmış boşluqların qısa zamanda aradan qaldırılması da təklif edib:

“Ali Baş Komandanımız İlham Əliyev hər zaman Milli Qəhrəman və şəhid ailələrinə xüsusi diqqətlə yanaşır. Bir sıra bölgələrimizdə Milli Qəhrəmanlarımıza mərkəzi yerlərdə büstləri qoyulub ki, bu da qəhrəman şəhidlərmiz qarşısında vəfa borcumuz olmaqla yanaşı, gənc nəsillərin vətənpərvərlik ruhunda böyüməsi üçüm çox önəmlidir. Amma qanunvericilikdə ortaya çıxan bir ziddiyyət bəzi bölgələrdə mərkəzi yerlərə Milli Qəhrəmanlarımızın büstlərinin yerləşdirilməsi üçün ciddi sual yaradıb və bunun aradan qaldırılması lazımdır. Belə ki 1997-ci ildə qəbul olunmuş “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanunda qeyd olunur ki, büstlər 2 dəfə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülənlərə qoyulur. Amma 1992-ci ildə qəbul edilmiş “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamənin təsdiq edilməsi barədə qanunda qeyd edilir ki, Azərbaycanın Milli Qəhrəmanı adı eyni şəxsə 1 dəfə verilir. Yəni bu qanuna əsasən, 2 dəfə Azərbaycanın Milli Qəhrəmanı adı almaq mümkünsüzdür. “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanunda deyilir ki, büst 2 dəfə Milli Qəhrəman adına layiq görülənlərə qoyulur. Bu, çox ciddi ziddiyyətdir və bir sıra bölgələrdə Milli Qəhrəmanlara mərkəzi yerlərdə büstün qoyulması məsələsinə təsirini göstərir. Ona görə də təklif edirəm ki, bu qanunda 2 dəfə adını götürək. Bu zaman 2 qanun arasında ziddiyyət də aradan götürüləcək və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş hər bir qəhrəmanımıza büstün qoyulması məsələsi birmənalı şəkildə öz həllini tapmış olacaq”.
Aktrisa bakirəliyini 2,5 milyon avroya satdıBöyük Britaniyadan olan model və aktrisa Jizel öz bakirəliyini satıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı Jizel öz bakirəliyini 2,5 milyon avroya Abu-Dabidən olan biznesmenə satıb.

Bundan əvvəl adının çəkilməsini Hollivud aktyoru modelə 100 dəfə aşağı məbləğ təklif etmişdi. Hərracda bir rusiyalı iş adamı da iştirak edib. Onun təklifi 1.8 milyon avro olub.
Polis sevgilisi ilə qaçan qız özünü niyə 7-ci mərtəbədən atıb?Bir neçə gün öncə valideynləri tərəfindən zorla ərə verildiyi üçün intihar etdiyi deyilən 22 yaşlı qızın ölümü ilə bağlı detalları məlum olub.

Məlumata görə, 1995-cü il təvəllüdlü Xalidə Vəliyeva noyabrın 12-də paytaxtın Qara Qarayev prosektindəki 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Mərhum X.Vəliyevanın anası Validə Vəliyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qızının onlar tərəfindən zorla ərə verilməsi yalandır:

“Qızım Xalidə noyabrın 12-də Quliyev Balakişi Eldəniz oğlu ilə qaçıb. Onlar birlikdə Balakişinin “Mercedes” markalı maşını ilə Şamaxıdan Bakıya gediblər. Qızım həmin gün saat 11:11-də böyük bacısına “SMS” yazaraq “Dadaş”la qaçdığını, şəxsiyyət vəsiqəsini də özü ilə götürdüyünü yazmışdı. Oğlanın ləqəbi “Dadaş”dır.

Həmin gün də saat 16:45-də ölüm xəbəri gəldi. Qızım demişdi ki, öz razılığı ilə Balakişi ilə gedib və nikah bağlayacaqlar. Burda başqa bir söhbət olmayıb”.

V.Vəliyeva qeyd edib ki, qızını qaçıran 1983-cü il təvəllüdlü B.Quliyev əslən Şamaxıdan olsa da, Bakının Nizami Rayon Polis Şöbəsində işləyir: “Hadisədən sonra onun da izahatı alınıb buraxılıb. Nə Balakişi, nə də ailəsi bizə gəlib . Hadisə də necə olub bilmirik. Yalandan mətbuata məlumat ötürülüb ki, guya biz qızımızı zorla ərə vermişik deyə intihar edib”.

V.Vəliyeva bildirib ki, B.Quliyevlə qızı məktəbdən tanış olublar: “Mən Şamaxıda müəllim işləyirəm, Balakişiyə də dərs demişəm. Çoxdandır bir-birilərini istəyirdilər”.
Azərbaycanlı tələbə Türkiyədə faciəvi şəkildə öldüTürkiyədə azərbacanlı tələbə partlayış zamanı ölüb.

Bu barədə "Report"a dünyasını dəyişən tələbənin qohumları məlumat verib.

Məlumata görə, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı
1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər. Onların qaldığı evdə qaz partlayıb.

Hər iki valideyn yanıq xəsarətləri alıb, onların övladı isə aldığı xəsarətlərdən Türkiyədə dünyasını dəyişib. Valideynlər Azərbaycana gətirilib. Ağır yanıq xəsarətləri alan İ.Allahverdiyevin vəziyyəti pisləşib.
Rza Zərrabı həbsxanada öldürmək istədilərABŞ-da həbsdə olan iş adamı Rza Zərraba sui-qəsd olub.

APA-nın "Yeni Şafak”-a istinadən verdiyi xəbərə görə, bu barədə vəkil Mustafa Doğan İnal məlumat verib.

O bildirib ki, həbsxanada məhbuslardan biri onu bıçaqla öldürmək istəyib. Zərrab digər məhkumların yardımı ilə ölümdən xilas edilib.

Vəkilin sözlərinə görə, hadisədən sonra R. Zərrab başqa yerə köçürülüb, yeri isə heç kimə bildirilmir: "Məhkəməsinə 15 gün qalmış kimsə onu öldürmək istəyir. O, ölümlə təhdid edilərək, yönləndirilmiş ifadələr verməyə məcbur edilir”.

Qeyd edək ki, R. Zərrabın səhhəti ilə bağlı artıq Türkiyə ABŞ-a nota verib. ABŞ notaya cavabda R. Zərrabın vəziyyətinin normal olduğunu bəyan edib.
Bakıda həkim daha iki kişini impatent etdi: Təbriz Mehr klinikasının qurbanları artır – FOTODünən keçmiş Təbriz Mehr klinikasının fırıldaqçılıq yolu ilə insanları aldatması, uğursuz əməliyyatlar keçirməsi barədə məlumat vermişdik.

A24.Az-ın bu xəbərindən sonra redaksiyamıza ünvanlanan şikayətlərin sayı çoxalıb.

Sən demə, klinikanın aldatdığı təkcə aparıcı Fizzə İsmayılovanın bacısı deyilmiş.

Bizə göndərilən şikayətlərə əsasən, klinikaya gətirilən rus həkim prostatı olan və impatentliyə doğru inkişaf edən bir şəxsi müalicə edib. Həmin həkim müalicəni masaj yolu ilə aparıb. Amma belə bir masajı əsla etmək olmazmış. İki aydan sonra həkim həmin şəxsə boşanmağını, impatent olduğunu bildirib.

Eyni hadisə başqa birinin də başına gəlib. Bir müddət masaj üsulu ilə müalicə aparıldıqdan sonra yoldaşına boşanmaları gərəkdiyini bildiriblər. Yəni həkim səhvi ucbatından daha biri impatent olub.