Şehiç oyundan qovuldu, stadionda kütləvi dava düşdüBakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ” və “Sumqayıt” komandaları arasında görüş keçirilib.

İlk hissənin 30-cu dəqiqəsində Ağdam klubunun qapıçısı İbrahim Şehiç birbaşa qırmızı vərəqə alıb. O, rəqib futbolçusu Amil Yunanova qarşı kobud oynadığı üçün meydandan qovulub.

İlk hissənin sonlarına yaxın isə stadionda azarkeşlər arasında kütləvi dava düşüb.

AzNews.az
Dövlət qurumları Zaur Kamalın elçi getdiyi qızın ailəsini nəzarətə götürdüAilə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi “Xəzər TV”-də yayımlanan “5-də 5” verilişindəki qanundankənar kadrlarla bağlı araşdırma aparıb.

Bu barədə qurumun İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Modern.az-a açıqlamasında deyib.

“Məsələ ilə bağlı Ağdam rayonu üzrə Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən araşdırma aparılıb, kadrlarda bəhs olunan qız hazırda 9-cu sinifdə oxuyur. Oxuduğu məktəbin direktoru Rasim Əliyevlə də əlaqə saxlanılıb. O bildirib ki, qızın dərsə davamiyyəti yaxşıdır. Şagirdlə söhbət aparılıb və qız deyib ki, çəkiliş qəfildən gəlib, əvvəldən belə bir çəkilişin olacağını gözləmirdilər. Məktəbli bildirib ki, elçi gələn ailəni tanımır, oğlanla əvvəldən tanış olmayıb. Eyni zamanda, Ağdam rayon Təhsil şöbəsi və rayon İcra hakimiyyətinin müvafiq qurumları tərəfindən ailə nəzarətə götürülüb”.

A.Veysəlova qeyd edib ki, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi belə halları pisləyir: “Bu, uşaq hüquqlarına, Ailə Məcəlləsinə və qanunvericiliyin aidiyyəti müddəalarına ziddir. Ona görə də verilişlərin belə bir mövzuda aparılmasına münasibətimiz mənfidir. Hər jurnalist çalışmalıdır ki, hüquqları, qanunları bilsin, verilişdə, fəaliyyətində bunlara riayət etsin. Əgər hüquqazidd bir hadisə varsa, bu, efirə çıxarılmamalıdır. Bu baxımdan jurnalistlərlə iş aparırıq, təlimlər keçiririk ki, bu cür hallar ortaya çıxmasın”.

Dünən “Xəzər” telekanalında yayımlanan “5-də 5” verilişinin aparıcısı Zaur Kamalın atdığı addım cəmiyyətdə birmənalı qarşılanmayıb.
Belə ki, aparıcı Z.Kamal oğlan evinin istəyilə 15 yaşlı qıza elçi düşüb. Elçilik prosesini həyata keçirən aparıcı bir neçə tanınmış şəxsi də özü ilə aparıb. Burada tənqid hədəfinə tuş gələn məsələ 15 yaşlı qızın nikaha cəlb edilməsinin təbliğidir.
"Nə qədər ki, Zaur Kamallar, Zaur Bəxşəliyevlər efirdədir, TV-lərə baxan olmayacaq“Xəzər Televiziyasının aparıcısı Zaur Kamalın 15 yaşında qıza elçi getməsi xəbəri cəmiyyətdə çox aqressiv qarşılanıb.

Bununla bağlı açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, bu günki yayılan xəbərə cəmiyyətin mənfi qarşılanması təbiidir:

“Əslində bununla bağlı mən də öz facebook səhifəmdə qısa bir status da yazdım ki, “Nə qədər ki, Zaur Kamallar, Zaur Baxşəliyevlər TV-lərdən uzaqlaşdırılmayıb, TV-lər bu gündə olacaq...” . Həqiqətən bu gün Azərbaycan televiziyalarında bir qrup aparıcı var ki, bunların efirdə olması, sözün yumşaq mənasında biabırçılıqdır. Bu tip aparıcılara cəmiyyətdə hansı münasibətinin olmasını bilmək istəyən rəsmi şəxslər, televiziyaya məsul olan insanlar, minlərlə facebook-da yazılan statusları, rəyləri, şərhləri oxusunlar. Sizə bir faktı deyim, bu günə kimi bir dəfə də olsun, nə Zaur Kamalın, nə də Zaur Bəxşəliyevin verlişinə baxmamışam. Bu gün mətbuatdan xəbər tutmuşam ki, belə bir biabırçılıq olub. 15 yaşlı orta məktəbliyə elçi gedib və bunu televiziyaya da yayıb. Bundan sonra ölkənin bir sıra media orqanları Zaurun pedofilliyi təblığ etdiyi kimi yazılar veriblər. Biabırçı bir vəziyyət. Azərbaycan xalqının milli adət - ənənələri var. Bu cür biabırçılığın aradan qaldırılması üçün, əksinə, televziyalardan geniş istifadə edilməlidir.

Erkən nikahın baş tutmaması üçün dövlət bu yönümdə siyasət aparır. Bununla bağlı Prezidentin Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hər il bir sıra QHT-lərin maliyyələşdirdiyi layihələr olur ki, onlar da rayonlarda, bölgələrdə erkən nikahın qarşısının alınması üçün işlər görürlər. Valdeyinlərlə söhbətlər edirlər. Bu fakt onu deməyə əsas verir ki, rəsmilər erkən nikahın baş verməməsi üçün insanları maarirfləndirmə yolunu tutub. Təsəvvür edək, 15 və ya 16 yaşlı bir yeniyetmənin ailə qurması cəmiyyət üçün nə verə bilər? Təbii ki, bu cür hadisələr bir müddət sonra ailə daxilində ciddi problemlər yardır. 15-16 yaşlı övladrımız təhsil almaldır, gələcək nəsilin sağlam, intellektual, vətənpərvər böyüməsi üçün ən vacib şərtlərdən biri də ailədə ananın savadlı olmasıdır. Vacıb deyil ki, ana ali təhsilli olsun. Ən azından imkan verilməlidir ki, gələcəyin anası 11-ci sinifi tam bitirsin. Müəyyən qədər, dünyagörüşü formalaşsın, orta təhsilini tam başa vursun. Yoxsa, 7-8 sinifdən ailə qurulması, cəmiyyət üçün ciddi problemdir. Və inkişaf etmiş ölkələr bunu anormallıq kimi qiymətləndirir və bunun əleyhinə kampaniya aparır. Məhz televiziya vasitəsi ilə. Bunu televiziyada yaymaq, təblığ etmək, dəhşətdir.

Məncə, bu gün televizyalarımızın öz tamaşaçısını kütləvi şəkildə itirməsinin əsas ciddi səbəblərdən biri də bu cür aparıcıların olmasıdır. Məhz bu aparıcılara görə, televizyanı izləmək istəməyən xeyli insanlar var. Bəzən də görürsən ki, cəmiyyətdə mənfi imici olan, adi etik qaydalara əməl etməyən insanlar efirə çıxıb cəmiyyətə əxlaqdan, mənəviyyatdan dərs deyirlər. Bu adamları efirə çıxaranlar çox yaxşı bilir ki, onların cəmiyyətdə hörməti yoxdur. Və hansı əxlaq sahibdirlər. Həmin adamlara sual vermək istəyirəm, bu adamları efirə çıxartmaqla nə və nə qədər qazanırsınız?! Siz nə qaznamağınızdan aslı olmayaraq, biz cəmiyyət olaraq itiririk!”
Benzinin qiyməti bahalaşdıRespublikamıza xaricdən idxal edilən "Aİ-95" premium və “Aİ-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda "Aİ-95" premium markalı benzinin yeni qiyməti 1,25 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.

"Report"a SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.

Qeyd olunur ki, "Aİ-95" və “Aİ-98” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır.

Elə buna görədir ki, qiymət artımı respublikamızda istehsal olunan və sürücülərin böyük əksəriyyətinin istifadə etdiyi "Aİ-92" markalı benzinə şamil olunmur. Yəni istər "Aİ-92" markalı benzinin, istərsə də dizel yanacağının qiymətində dəyişiklik olmayacaq.

Bütün bunlar bir yana, "Aİ-95" premium markalı və “Aİ-98” super markalı benzindən sürücülərin az qismi istifadə edir. Bu isə bu markalarda yanacağa olan tələbatın "Aİ-92" markalı benzinə olan tələbatdan qat-qat az olmasından irəli gəlir.

Üstəlik, bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan, onun qiyməti də Tarif Şurası tərəfindən tənzimlənmir. Yeni qiymətlər yalnız lüks avtomobil sürücülərinə təsir edəcək.

Qeyd etdiyimiz kimi, respublikamıza xaricdən gətirilən və müəyyən mənada xarici bazarlardakı qiymətlərdən asılı olan "Aİ-95" premium markalı və “Aİ-98” super markalı benzinin qiyməti sərbəst təyin edilir. Eyni zamanda bu markadan olan benzinin qiyməti həm region, həm də dünyanın digər ölkələrində bahalaşıb.

Məsələn, Rusyada “Aİ-95” markalı benzinin topdansatış qiyməti 1,7%, “Aİ-92” markalı benzinin qiyməti isə 2,3% artıb, Gürcüstanda isə oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.

Bütün bunlar onu göstərir ki, proses digər ölkələrdə də baş verir. Respublikamıza xaricdən idxal edilən "Aİ-95" premium markalı və “Aİ-98” super markalı benzinin qiymətindəki artım isə qonşu Rusiyadan və Gürcüstandan fərqli olaraq benzinin digər növlərinin qiymətinə təsir etməyəcək.
Qobustanda çaqqallar yeniyetmə oğlana hücum etdi – FOTOQobustanda yeniyetmə oğlanı çaqqal dişləyib.

Report verir ki, hadisə rayonun Cəyirli kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Şirinzadə Turqay Rövşən oğlu məktəbə gedərkən qəfildən çaqqalların hücumuna məruz qalıb. Yırtıcı heyvanlar onun əlini dişləyib.

Qobustan rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilən yeniyetmənin vəziyyəti kafidir. Ona quduzluq əleyhinə vaksin vurulub.
30 yaşlı qadın 14 yaşlı oğlandan hamilə qaldı, həbs olundu - FOTOAmerikanın Florida ştatında 30 yaşlı qadın 14 yaşlı oğlandan hamilə qalıb.

Oğlan qadınla cinsi əlaqəyə girdiyini və uşağın ondan olduğunu dostlarına danışıb. Söhbət oğlanın ailəsinin qulağına çatıb. Valideynlər polisə xəbər veriblər. Məsələ ilə bağlı araşdırma aparılıb. Tracie adlı qadının bətnindəki uşağın adı açıqlanmayan oğlandan olduğu təsdiqlənib.

Oğlan bildirib ki, qadınla Hallouen mərasimi zamanı tanış olub və onun evində cinsi əlaqədə olub.

Qadın yaşı 18-dən az olan şəxslə intim münasibətdə olduğuna görə həbs olunub./milli
Qarabağda “ikinci cəbhə”, 5 ay sonra hücum planıAzərbaycan xarici işlər naziri Moskvada ATƏT-in Minsk qrupunun həmsədrlərlə görüşüb. Dekabr ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Türkiyə prezidentinin Rusiyaya növbəti səfərinin tarixi açıqlanıb. ABŞ-dan təxminən 4 min TIR silahı və sursat alan PKK/PYD terror təşkilatı Suriya rejimindən kimyəvi silah əldə edib. ABŞ-da Demokrat partiyasından olan bir qrup konqresmen Donald Trampın impiçmentinə dair dinləmələr keçirmək təşəbbüsü ilə çıxış edib.

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib. Qapalı keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələr aparılıb.

Görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü də müzakirə edilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Nazirlər Şurasının dekabrda Vyanda keçiriləcək toplantısı çərçivəsində görüşməyə razılıq veriblər. Bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçi görüşündə 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşıb. Bu barədə diplomatik mənbələr “Novosti” agentliyinə məlumat verib.

Diplomatik mənbələr Ərdoğan və Putinin görüşdə “Lavrov planı”nı müzakirə etdiklərini qeyd ediblər.

“Liderlər 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşdılar. Qərara alındı ki, bundan sonra münaqişənin nizama salınması bu istiqamətdə davam etsin”, - deyə məlumatda qeyd olunur.

Ermənistan prezidenti Serj Sarkisyanın müdafiə naziri olduğu vaxtda ABŞ-ın keçmiş müdafiə naziri (Pentaqon şefi) Donald Ramsfeldlə məxfi danışıqları ortaya çıxıb.

Ermənistanın keçmiş baş nazirinin müşaviri, politoloq Suren Sarkisyan 2001-ci ildə baş tutan görüşlə bağlı məxfi məlumatları Pentaqonun arxivlərindən əldə edib. Artıq məxfilikdən çıxarılan bu məlumatlarda Sarkisyanla Ramsfeldin apardığı danışıqlar öz əksini tapıb.

2018-ci ilin aprelində prezident səlahiyyətlərini başa vuracaq Serj Sarkisyan hakimiyyət üzərində nəzarətini saxlamaq üçün müxtəlif taktikalara əl atır.Oktyabrın 16-da Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ danışıqları aparan Sarkisyan İrəvana qayıdan kimi gözlənilməz addım atdı.

Ukrayna millətçisi və döyüşçüsü, Ali Radanın deputatı İqor Mosiyçuk Rusiyaya qarşı Qafqazdan “ikinci cəbhə”nin açılmasını, bunun üçün regionda qarşıdurmanı alovlandırmağı təklif edib. Deputat “ikinci cəbhə”nin Ukraynaya Donetskdə qələbə qazanmağa imkan verəcəyini hesab edir.

“Biz İskeriyada (Şimali Qafqazda - red.) üsyan qaldırmalıyıq. Bununla yanaşı, Qafqazda “ikinci cəbhə”nin açılmasına nail olmalıyıq. Rusiya “ikinci cəbhə”də vuruşa bilməyəcək. Bu, Ukraynanın qələbəsini əhəmiyyətli dərəcədə sürətləndirəcək”, - deyə Mosiyçuk vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan noyabrın 22-də Rusiyaya səfər edəcək. Ərdoğan Rusiya, İran və Türkiyə arasında Suriya üzrə keçiriləcək üçtərəfli sammitdə iştirak edəcək.

Qeyd edək ki, Türkiyə prezidenti noyabrın 13-də Rusiyanın Soçi şəhərində həmkarı Vladimir Putinlə görüşüb.

ABŞ-dan təxminən 4 min TIR silahı və sursat alan PKK/PYD terror təşkilatı Suriya rejimindən kimyəvi silah əldə edib. Bu iddia ilə 2012-ci ilin əvvəlində Suriya ordusunda Kimyəvi Silahlar üzrə Dairə Başçılığı vəzifəsini icra edən general Zahir Sakid çıxış edib.

Onun sözlərinə görə, terror təşkilatı 2015-ci avqustun 31-də Bəşər Əsəd rejimi ilə kimyəvi silah mövzusunda razılaşıb. Razılaşma çərçivəsində Dəməşq PKK/PYD-yə xeyli miqdarda xardal qazı verib. Suriya ordusundan ayrılan generala görə, başlığına xardal qazı kapsulu yerləşdirilmiş 100 mərmi hazırda terror təşkilatının əlindədir.

ABŞ-da Demokrat partiyasından olan bir qrup konqresmen Donald Trampın impiçmentinə dair dinləmələr keçirmək təşəbbüsü ilə çıxış edib. Bu barədə informasiyanı “Politiko” nəşri yayıb.

Nümayəndələr Palatasının üzvü Stiv Koen artıq Demokratlardan 5 nəfərin prezidentə qarşı impiçment haqqında Konstitusiyanın 5-ci maddəsinin tətbiq edilməsi barədə qətnamə layihəsini imzaladığını bildirib.

Demokratlar Donald Trampın ən azı 5 dəfə - FTB direktoru Ceyms Komini qovmaqla, xarici hədiyyələr və mükafatların qəbul edilməsi barədə qadağanını pozmaqla, biznesindən mənfəət qazanmağa davam etməklə, federal məhkəmə sistemi və mətbuat azadlığını pozmaqla Konstitusiya tələblərinə əməl etmədiyini bildiriblər.

“Patriot” raket hücumundan müdafiə komplekslərinin Polşada yerləşdirilməsi Rusiyanın mühasirəyə alınması üzrə ABŞ-ın planının bir hissəsidir. Bunu Rusiyanın xarici işlər nazirinin birinci müavini Vladimir Titov bildirib.

“Patriot” Amerika raket komplekslərinin Polşa ərazisində yerləşdirilməsi haqqında planlardan xəbərdarıq. Bu, mifik təhlükələr bəhanəsi ilə Rusiyanın mühasirəyə alınması üzrə ABŞ-ın strateji planının bir hissəsidir. Bu təhlükələr guya şərq istiqamətdən çıxır”, - Titov deyib.

Onun sözlərinə görə, ABŞ bu planların həyata keçirilməsi üçün Avropa ölkələrini, həmçinin Polşanı cəlb edir.

Daha əvvəl yayılan xəbərə görə, Polşa “Patriot” komplekslərinin 8 batereyasının alınması üzrə ABŞ-la razılaşmanı imzalamağa hazırdır.

Qırğızıstan prezidenti Almazbek Atambayev Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı haqqında Qazaxıstanla razılaşmanı denonsasiyası (etibarsız elan edilməsi - red.) ilə bağlı qanun layihəsini imzalayıb. Bu haqda dövlət başçısının mətbuat xidməti bildirib.

Xatırladaq ki, qanun layihəsini Qırğızıstan parlamenti noyabrın 9-da qəbul etdi. Qanun layihəsi oktyabrın 20-də - Qırğızıstan prezidentliyinə müxalifətdən olan namizəd Omurbek Babanovla Qazaxıstan lideri Nursultan Nazarbayevin görüşü ilə iki ölkənin arasında yaranan diplomatik qalmaqaldan sonra göndərilmişdi.

“Sülhməramlılarla bağlı qətnamə layihəsi 2017-ci ilin sonuna kimi qəbul edə bilər, 2019-cu ildə isə Donbas məsələsinin qəti həlli üçün şans var”. Bu haqda Ukrayna hakimiyyətindəki mənbəyinə istinadən “Apostrof” nəşri yazıb.

“Qətnamə layihələsi ilin sonuna kimi qəbul edilərsə, yarım il ərzində detallar araşdırılacaq. Bu o deməkdir ki, növbəti ilin payızında missiyanın genişləndirilməsi başlanacaq. 2019-cu ilin mayında isə Donbasda seçkilərin keçirilməsi mümkündür”, - nəşrin həmsöhbəti qeyd edib.

Avtobusda 14 yaşlı qıza qarşı iyrənc hərəkət - GəncədəGəncədə 14 yaşlı məktəbli qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabr ayının 16-da səhər saatlarında yeniyetmə bir qız ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq bir kişinin ona qarşı nalayiq hərəkətlər etdiyi barədə məlumat verərək onlardan kömək istəyib. Qaçmağa cəhd edən həmin şəxs polis əməkdaşlarının çevikliyi ilə saxlanılaraq şübhəli şəxs qismində Kəpəz Rayon Polis İdarəsinə gətirilib. Araşdırmalarla Zaqatala rayon sakini, 45 yaşlı Hikmət Malxasovun şəhərdaxili marşrutların birində insanların az olmasından istifadə edərək yanında əyləşən azyaşlı məktəbliyə qarşı qeyri-etik hərəkətlər etdiyi, avtobusun dayancaqda dayanmasından istifadə edən məktəblinin düşüb qaçmaq istədiyi zaman isə onu izlədiyi müəyyən edilib.

Saxlanılan şəxsin əvvəllər Rusya Fedarasiyasında və Azərbaycanda dəfələrlə məhkum olunduğu da müəyyən edilib.

Faktla bağlı Kəpəz RPİ-də araşdırma aparılır.
Kredit borcu olan şəxsdən DƏHŞƏTLİ ƏMƏL: ÖZÜNÜ BİNADAN ATMAQ İSTƏDİ - VideoKredit borcuna görə vətəndaş metronun "Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli binaya çıxaraq intihara cəhd edib

Bunu paytaxt sakini Elvin Qasımlı bildirib.

O deyib ki, 16 mərtəbəli binanın damına çıxan 30-35 yaşında şəxslə polislər dil tapa biliblər: "İntihar cəhd edən şəxsi polislər xilas etdi.

Post patrul xidməti maşını ilə onu bölməyə aparanda o dedi ki, borcu ödəyə bilmədiyi üçün inthar etmək istəyir”.