Eldar Mahmudovla "haqq-hesab" çəkməyə getdilər - VİDEOİllərdir sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan şikayətçi olan Yasamal rayon sakinləri Sevda Süleymanova və Elmidar İsmayılov bu dəfə də onun Badamdardakı evinə (ünvan redaksiyaya məlumdir-red.) yollanıblar.

Avrasiya.net AFN-ə istinadən xəbər verir ki, bu barədə şikayətçilərin özləri xəbər verib.

Şikayətçilər dediyinə görə, keçmiş nazirin evinə getmələrinə səbəb məsələlərində günahkar bildikləri Eldar Mahmudovla görüşmək və ona görə illərdir çəkdikləri əzabın hesabını sormaq olub: "Həyat yoldaşım Qüvvətəli Süleymanov Eldar Mahmudovun sağ əli Akif Mustafayevin sifarişilə 21.10. 2013-cü il tarixində qeyri-qanuni həbs olunub. 5 ildir ki, həyat yoldaşımın azad olunması üçün döymədiyim qapı, müracət etmədiyim qurum qalmayıb. İndi Eldar Mahmudov cavab versin...

Onunla görüşmək üçün bağ evinə getdik. İşığı yanırdı və evində adamlar var idi. Bağban Eldar Mahmudovun evdə olmadığını desə də, inandırıcı gəlmədi. Evinin ətrafında xeyli gözlədik ki, bəlkə evdən çıxar və ya ora gələr. Onu görə bilməsək də, tanış olması üçün qapıya məktub buraxdıq. Yoldaşım neçə illərdir ki, həbsdə əzab-əziyyət çəkir. Mən isə - Bakı Dövlət Universitetinin müəllimi yaşaya bilmirəm...”

Elmidar İsmayılovun iddiasına görə, Eldar Mahmudov onu və ailəsini məhv edib. İsmayılovlar ailəsi 3 ildir ki, çarəsiz durumda qalıb: "Həyatımız məhv olub, çox çarəsiz durumdayıq. Bilmirik hara gedək. Hara müraciət ediriksə, deyirlər ki, gedin sifarişçinin özünə şikayətinizi deyin”.

Şikayətçilər Eldar Mahmudovla görüşə bilməsələr də, evinin qarşısında etirazlarını bildirib, əllərində "Eldar Mahmudov, məhv etdiyin həyatı geri qaytar!”, "Eldar Mahmudov "kilkə”lər ərim Süleymanov Qüvvətəlini uddu. Onu həbsdən indi özün azad et!” yazılan plakatlar tutublar.
DƏHŞƏT — Bakıda 17 yaşlı oğlanı cinsi orqanından 7 dəfə səhv əməliyyat etdilərBakıda daha bir şəxs həkimlərin səhvinin qurbanı olub. Belə ki, o, düz 7 dəfə əməliyyat olunub. Əməliyyatların hamısı da səhv aparılıb. Sonradan xəstənin ailəsi başqa bir uroloqa müraciət edib. 17 yaşlı oğlanın problemi cinsiyyət orqanının qüsuru, sidiyə normal getməmə və sidik kisəsindən tüklərin çıxması ilə bağlı olub.

Fuad Hüseynov Ailem.az-a bildirib ki, hipospadiyanın – anadangəlmə "peyğəmbər sünnəti”nin ən ağır forması ilə doğulmuş uşaq bu yaşına kimi 7 dəfə əməliyyat keçirib: “Sonradan məlum olub ki, əməliyyatların hamısı səhv aparılıb. Uğursuz əməliyyatların nəticəsi dəhşətlidir. Cinsiyyət orqanında ciddi qüsurlar, sidik kanalının tüklərlə dolması, xayaların ortasına açılan dəlikdən oturaraq sidiyə getməsi. Xəstəni müayinə edib, əməliyyata aldıq. Əməliyyat zamanı məlum oldu ki, əvvəlki əməliyyatda başqa cərrah tüklü dəri hissədən sidik kanalı tikib. Əslində isə sünnət dərisinin arxa hissəsindən- selikli qişasından istifadə olunmalı idi. Sidik kanalına uyğun olmayan dəri köçürdülüb və ortaya bərbad vəziyyət çıxıb. Bu xəstədə sünnət dərisi qalmadığı üçün biz məcbur olub ağız boşluğunun selikli qişasından bir hissə köçürdük. Köçürdüyümüz dərinin tutma ehtimalı az olsa da, pasiyentin şansı var imiş. Dəri özünü tutdu və 6 ay sonra ikinci mərhələ əməliyyat həyata keçirərək, digər qüsurlar düzəldiləcək”.

Həkimin sözlərinə görə, ilk əməliyyatlar uğurlu olsaydı, bu qədər fiziki və psixoloji problem yaranmazdı: "Hətta heç əməliyyat etməsəydilər, daha yaxşı olardı. Əgər xəstənin problemi bu əməliyyatla həll olunmasaydı, ömür boyu oturaraq sidiyə gedəcəkdi, gələcəkdə cinsi əlaqəyə girməyi mümkün olmayacaqdı. Bunun nəticəsi isə sonsuzluqdur”.
81 yaşlı atasının üstünə benzin töküb yandırdı - BakıdaBakıda 81 yaşlı atasını amansızlıqla öldürən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cimayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə çəxış edən prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum ediıməsini istəyib.

Növbəti proses noyabrın 21-də davam edəcək.

İttihama görə, hadisə bu il yanvarın 31-də baş verib. Hadisədən bir müddət əvvəl İlyas Mehdiyev atası İmdad Mehdiyevdən pul tələb edib. Pulu olmadığını deyən ahıl kişi ilə oğlu arasında mübahisə yaranıb. İlyas Mehdiyev atasından evi satmağı tələb edib. Bu səbəbdən bir müddət ata ilə oğul arasında söz-söhbət olub. Atasının razılığını ala bilməyən İlyas Mehdiyev onu öldürmək qərarına gəlib.

Hadisə baş verən gün maşını ilə evə gələn İlyas qapını döyüb və aydın olub ki, qapı içəridən bağlıdır. O, atasının evdə olduğunu və yatdığını bilib. İlyas daha sonra maşınından benzin götürərək evə gəlib. Qapını növbəti dəfə döyəndə atası açıb. Eyni mövzuda yenidən ata ilə oğul arasında mübahisə başlayıb. İlyas butulkada olan benzini atasının üstünə tökərək onu yandırıb. Qalan benzini isə evə tökərək od vurub və hadisə yerini tərk edib.

Qeyd edək ki, hadisəni törədərkən İlyas Mehdiyev içkili olub.

Qeyd edək ki, mərhum 81 yaşlı İmdad Mehdiyevin digər oğlu Mehdi Mehdiyev Əfv Komissiyasının üzvü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədridir.

İlyas Mehdiyev Cinayət Məcəlləsinin 120.2.2. (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 186-cı (əmlakı qəsdən məhv etməvə ya zədələmə) maddələri ilə təqdirli bilinir.
“Lotu Quli”ni öldürmək istəyən azərbaycanlılar belə ələ keçirildi - VİDEOİstanbulda "kriminal avtoritet, "Lotu Quli” ləqəbli Nadir Səlifova qarşı sui-qəsd hazırlayan, 4-ü azərbaycanlı olmaqla 13 nəfərlik dəstənin görüntüləri yayılıb.

"Şirinlər çetesi”nə qarşı keçirilən əməliyyat zamanı saxlanılan dəstə üzvlərinin ticarət mərkəzinə X-ray cihazında yoxlanılmadan keçdiyi məlum olub.

Polisin apardığı araşdırmadakı iddialara görə, ötən il öldürülən Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev intiqam hücumu üçün "Şirinlər çetesi” ilə anlaşmaq məqsədilə AVM-də görüşmək qərarına gəlib. O, bu əməliyyat üçün qruplaşmaya 5 milyon dollar verəcəkmiş.

Qruplaşmanın başçısı Mehmet Sabri Şirin, onun adamları Abdurrahman Ç., Orhan E., Hacı Ömer E., Emre D. və başqaları Namiq Caniyev, Orxan İsmayılov və Camal Tohitov ilə ticarət mərkəzində görüşüb. Hədəf isə "Lotu Quli” olub.


bakipost.az
Hacı Əbdül 77 yaşında ata olduBir neçə gün öncə tanınmış din xadimi, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov növbəti dəfə ata olub.

Modern.az xəbər verir ki, 77 yaşlı Hacı Əbdülün ikinci həyat yoldaşından daha bir oğlu doğulub: “Bu yaxınlarda oğlum Əbdülün qardaşı dünyaya gəlib. Onun da adını Əbdül qoymuşam. Olub Əbdül-2”.

Xatırladaq ki, hazırda 77 yaşı olan Hacı Əbdül Əbdülovun birici həyat yoldaşından Məhəmməd adlı bir oğlu var.

İndi doğulan uşağa da eyni adın qoyulması nəticəsində bir ailədə 3 Əbdül olub – biri ata, 2-si oğul.
Lotu Quliyə arxadan zərbə: Vaqif Bakinski ona xəyanət edib, erməniylə birləşdiRusiyada kriminal aləmin lideri postu uğrunda mübarizə şiddətlənir.

Hazırda rus mafiyasının başçısı olan Zaxariya Kalaşov (Şakro Molodoy) xələfinin qanqster Vasili Xristoforov (Vasya Voskres) olacağını bildirib.

Ancaq Vasyanın işi yüngül olmayacaq. O bu adı qazanmaq üçün kriminal avtoritet Eduard Asatryan (Erik Osetrina) ilə mübarizə aparmalı olacaq. Bu işdə Erikə Qela Kadrava (Qela Qalski) və Vaqif Süleymanov (Vaqif Bakinski) yardım edəcək.

Məlumatlara görə, bir müddət əvvəl Vaqif azərbaycanlı kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) Rövşən Caniyevə (Lənkəranski) qarşı birləşmişdi. Ancaq onların ittifaqı uzun sürmədi və Lənkəranskinin ölümündən sonra Vaqif özünə yeni tərəfdar axtarmağa başladı.

Bu zaman o, erməni avtoritet Asatryanla rastlaşıb. Vaqif və Erikin dağıstanlı “qanuni oğru” Əmir ilə köhnə ədavəti onları yaxınlaşdırıb.
Bildirildiyinə görə, Vaqif Bakinski hazırda zəngin iqtisadi resurslara sahibdir.teleqraf.com
19 yaşlı qız bakirəliyini 5 milyon manata satdı - FOTOAmerikada biabırçı hadisə baş verib.

"Ölkə.Az" xəbər verir ki, 19 yaşlı Jizel bakirəliyini internetdə satışa çıxarıb. Hərracda Hollivud ulduzu və rusiyalı siyasətçi də iştirak edib. Amma hərracı 5 milyon manat pul təklif edən iş adamı olub.

Artıq görüş üçün Almaniyada bir otel otağı kirayələnib. Vasitəçiliyi Almaniyada fəaliyyət göstərən internet şirkəti edir. Jizel otelə mühafizəçi ilə gələcək.
19 yaşlı qız pul ilə təhsil xərclərini ödəyəcəyini və səyahətə çıxacağını bildirib.
MEK Coğrafiya İnstitutu ilə birgə tədbir keçiribMEK Coğrafiya İnstitutu ilə birgə vikipediyada “Coğrafiya ayı”nın yekun nəticələrinə həsr olunmuş tədbir keçirib.

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və AMEA Coğrafiya İnstitutu “Coğrafiya ayı”nın yekun nəticələri ilə bağlı “Vikipediyada mövzulu ay və mükafatlandırma” adlı birgə tədbir keçirib.

MEK-in direktoru Leyla İmanova Coğrafiya İnstitutu ilə əməkdaşlığın nəticəsinin səmərəli olduğunu vurğulayaraq, vikipediya qrupunun fəaliyyətini yüksək qiymətləndirib. O, vikipediyada Azərbaycan dilində məqalələrin kəmiyyət və keyfiyyət baxımından artmasını, ölkəmizin 57-ci pillədən 52-ə yüksəlməsini, kitabxanada
AMEA- nın Coğrafiya İnstitutundan olan 17 nəfərə vikipediya təlimlərinin keçirilməsini görülən işlərin müsbət nəticəsi hesab edib. Leyla İmanova deyib: “Mərkəzi Elmi Kitabxananın vəzifələrindən biri informasiyanı idarəolunan, əlaqələndirilə bilən strateji resursa çevirməkdir. Bu səbəbdən 2015-ci ilin əvvəlində MEK sərbəst elektron resurslardan birincisi hesab olunan vikipediyanı öz maraq dairəsinə daxil etdi, bu istiqamətdə bir sıra fəaliyyətlər həyata keçirdi. Bu fəaliyyətlərin ictimaiyyətə bəlli olan hissəsi sistemli halda təlimlərin təşkil edilməsidir. MEK-də vikipediyada çalışmaq qaydaları ilə bağlı ölkə modeli hazırlandı və kitabxanada onun pilot layihəsi tətbiq edilməyə başlandı. Güman edirəm ki, bütün bunlarla biz viki icmanın daha mütəşəkkil şəkildə çalışmasına nail olduq”. Leyla İmanova tədbir iştirakçılarını paraleldə Googla alternativ axtarış sistemləri və vikipediyaya alternativ ensiklopedik resurslarla işə səfərbər olunmağa, Azərbaycan elmini bu resurslarda da təmsil etməyə çağırdı.

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vikipediyanı elektron ensiklopedik bilik bazası olmaqla yanaşı, həm də bir təbliğat mənbəyi adlandırıb. Bu yöndə ana dilimizdə məzmunlu, orijinal faktlara əsaslanan məqalə sayının çoxalması üçün bütün institutun səfərbər olduğunu bildirib.

MEK-in Sərbəst elektron resurslarla iş şöbəsinin müdiri Elnur Hüseynov vikipediya təlimlərinin əhəmiyyətindən və bununla bağlı görülən işlərdən danışıb. Qiymətləndirmə komissiyasının üzvü, aktiv istifadəçi Fəqan Orucov vikipediyada yerləşdirilən məqalələrin müqayisəli təhlilini verib və bu sahədə mövcud olan nöqsanları diqqətə çatdırıb. AMEA-nın Coğrafiya İnstitutunun vikipediya qrupunun rəhbəri Aida Aslanova “Coğrafiya ayı”nda görülən işlər barədə hesabat verib. Qeyd edib ki, "Coğrafiya ayı" çərçivəsində 2666 məqalə yazılıb, 251 kateqoriya və 272 şəkil yüklənib. MEK-in Təlimlər bölməsinin rəhbəri Günay Məmmədova ay ərzində vikipediyada işlənən mövzuların statistikasını açıqlayıb.

Qeyd olunub ki, 2014-cü ildən “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə vikipediya istifadəçilərinin müxtəlif mövzularla bağlı məqalələr üzərində birgə iş layihəsi olan mövzulu ay təşkil edilir. 2017-ci ildən Mərkəzi Elmi Kitabxana mövzulu aylar üzrə 5 tədbirdə daha fəal iştirak edib. Mövzulu aylar çərçivəsində Azərbaycan dilli vikipediyada 1782 məqalə və 10 kateqoriya yaradılıb, 658 məqalə isə redaktə olunub.

Tədbirdə AMEA Coğrafiya, Tarix institutlarının, həmçinin Tarix Müzeyinin əməkdaşlarına “Mövzulu ay” ərzində səmərəli çalışdıqlarına görə sertifikat və kitablar hədiyyə olunub. I yerə Qiymətləndirmə Komissiyasının üzvü, aktiv istifadəçi Fəqan Orucov, II yerə Rəşid Nurməmmədov, III yerə Coğrafiya İnstitutunun əməkdaşı Aida Aslanova, IV yerə Həlimə Əhmədzadə layiq görülüblər. Dörd mövzulu ayın mükafatına isə AMEA Tarix İnstitutunun əməkdaşı Elnur Nəciyev layiq görülüb. Mövzulu ayın qaliblərinə MEK rəhbərliyi tərəfindən “Təşəkkürnamə” və kitabxananın oxucu kartı da verilib.

Sonda Kanadada keçirilən “Vikimaniya 2017” adlı beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən MEK-in Sərbəst elektron resurslar şöbəsinin Koordinasiya bölməsinin rəhbəri Nihat Vəlizadə tədbir haqqında və ümumlikdə vikipediya haqqında fikirlərini bölüşüb.
İsanın rəsmi 400 milyona satıldı - FOTOLeonardo Da Vinçinin başı bəlalı rəsm əsəri nəhayət ki, satılıb.

Publika.az xəbər verir ki, “Dünyanın xilaskarı” adlanan rəsm əsəri Nyu-Yorkda keçirilən hərracda satılıb. İsa peyğəmbərin təsvir edildiyi rəsm əsərini 2013-cü ildə rusiyalı iş adamı Dmitri Rıbolovlev 127,5 milyon dollara almışdı.

Hərracdan əvvəl ekspertlər əsərə maksimum 100 milyon dollar dəyər qoysalar da, o hərracda nə az, nə çox, 400 milyon dollara yeni sahibinə satılıb.

Əsərin yeni sahibinin adı isə gizli saxlanılır.
Ərdoğanla Putin razılaşdı, 5 rayon qayıdır...Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüşdə Dağlıq Qarabağ məsələsi xüsusi olaraq müzakirə edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Novosti.az” saytı diplomatik mənbələrə istinadən yayıb. Mənbə prezidentlərin xüsusi olaraq ilkin mərhələdə Dağlıq Qarabağ ətrafında 5 rayonun azad edilməsini nəzərdə tutan “Lavrov planı”nı müzakirə etdiyini bildirib. Tərəflər görüş zamanı bundan sonra danışıqların bu istiqamətdə davam etdirilməsi məsələsində razılaşıblar.

Qeyd edək ki, Putinlə Ərdoğan arasında Soçi görüşü noyabrın 13-də keçirilib.