Şəmkirdə qonşu qonşusunu baltaladıŞəmkir sakini qonşusuna balta ilə xəsarət yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Kür qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Bilal Tapdıq oğlu Əmiraslanov qonşusu tərəfindən balta ilə vurulub.

Başından ağır yara alan B.Əmiraslanov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
“Ay Fəzail Ağamalı, deyəsən restoranda dollarları hara dürtdüyünü unutmusan?” — deputatdan ŞOK MÜSAHİBƏMilli Məclisin deputatı Fəzail İbrahimli millət vəkili həmkarı Fəzail Ağamalının onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.

Fəzail İbrahimli “Ölkə.Az” xəbər portalına müsahibəsində deputat həmkarını qınayıb, onu yalan danışmaqda ittiham edib.

Müsahibəni təqdim edirik:

– Deputat həmkarınız Fəzail Ağamalının haqqınızda söylədiyi fikirlərlə tanışsınız?

– Bəli, məlumatım var. Mən də bu məsələlərlə bağlı ona cavab vermək istəyirəm.

– Fəzail Ağamalı bildirir ki, siz öz oğlunuzu qorumaq üçün onun oğlunun adını gündəmə gətirmisiniz. Bu doğrudurmu?

– Siz mənə sual verirsiniz ki, doğrudanmı onun oğlunun adından istifadə etmisiniz? İndi mən də sizə sual verirəm ki, sizcə Fəzail Ağamalının oğlunun adından istifadə etmək insana uğur gətirə bilərmi? Mən siyasətə gəldikdən sonra bu cür məsələlərlə əlaqədar daim problemlərlə qarşılaşmışam. Bunun da öz səbəbləri var. Birincisi, Fəzail Ağamalı “Fəzail” adını elə şumlayıb ki, mən uzun illərdir ki, bu adı təmizləməklə məşğulam. Deputat Ağamalı “Fəzail” adına elə imic verib ki, mən bəzən ayrı-ayrı qurumlarla əlaqə saxlayanda, onlara birinci soyadımı, sonra adımı söyləyirəm. Çünki Fəzail deyən kimi, Ağamalı yada düşür.

– Yəni, adınız Fəzail olduğu üçün utanırsınız?

– Xeyr, elə demək istəmirdim. Adımın çox böyük mənası var, adımla hər zaman fəxr etmişəm. Mənim adım fəzilətlərin cəmi deməkdir. Fəzilətlərin cəmində də 10-15 dəyərli ifadə var. Buna görə də mən Fəzail adını daşıdığım üçün heç zaman utanmıram. Sadəcə olaraq, Fəzailin Fəzail haqqında yaratdıqlarını özüməməxsus formada qorumağa çalışıram.

– Bəs nə üçün Fəzail Ağamalı ilə aranızda yaranan soyuqluq ictimai gündəmə səbəb oldu?

– Qısaca deyim ki, mənim oğlum yıxılana kömək etdiyi üçün özünə problem yaradıb. Amma mən hesab edirəm ki, o düz edib. Təxminən oktyabrın 3-də saytlardan biri Fəzail Ağamalının oğlunun adam vurması barədə xəbər yayıb. Sonra isə həmin sayt təkzib verərək, Fəzail Ağamalıdan üzr istəyib. Bundan sonra “Fəzail Ağamalı” yerinə, “Fəzail İbrahimli” ifadəsi işlədilməyə başlayıb. Bununla da Fəzail Ağamalı gündəmdən çıxıb. Mən isə öz müsahibələrimdə söyləmişəm ki, qəza törətmək başqa, insana kömək etmək başqadır. Qısası məlum hadisəni hüquq mühafizə orqanları və mətbuat araşdıraraq, üzə çıxarıb. Hətta, oğlumun kömək etdiyi adamın valideyni də mətbuata müsahibə verərək, təşəkkür edib. Bununla da bu məsələ gündəmdən çıxıb. İndi iki aydan sonra Fəzail Ağamalı yatıb yuxu görüb və beynində şübhələr başlayıb ki, guya həmin vaxtı onun oğlunun adını hansısa xəstəxana ilə əlaqəyə girərək, mən gündəmə gətirmişəm. Guya mən bunun kölgəsində yatmışam. Məni də kölgədə yatmaqda ittiham edir. Mən isə deyirəm ki, ay Fəzail Ağamalı sənin heç kölgən də yoxdur! Fəzail Ağamalının ancaq tikanı var. Ağlı kəsəndən də Fəzail Ağamalı həmin tikanları ona-buna batıra-batıra gəzir. Onun növbəti hədəfi də mən oldum. Ən azı iki millət vəkilinin bir-biri haqqında belə düşünməyi cəmiyyətdə ikrah hissi yaradır. Mənim də, Fəzail Ağamalının da 40 min seçicisi var. Biz bir-birimizi ittiham etməklə, axı 80 min nəfərlik insana qarşı hörmətsizlik etmiş oluruq. Fəzail Ağamalı heç zaman bunu düşünməyib. Onun üçün müqəddəs heçnə yoxdur. Sual verə bilərsiniz ki, axı niyə birinci sənin oğlun deyil, Fəzail Ağamalının oğlunun adı çəkilib? Sizcə, səbəb nədir? Çünki ictimai rəydə belə fikirlər var ki, harada mənfi hallar olursa, bunu Fəzail Ağamalıdan şübhələnirlər. Harada pis əməl olursa, Ağamalıdan qaynaqlana bilər. Bax, onun oğlu haqqında yayılan xəbərlərin də kökü məhz bu amillərə görədir. Ay Fəzail Ağamalı, sənin əkdiklərindir, indi qabağına çıxır! Bu fikirləri mən deyil, özün özün haqqında yaradırsan. Ona görə də cəmiyyət hər zaman nə pis əməl olursa, səndən şübhələnir.
İki ay əvvəl belə hadisə oldu və həqiqət ortaya çıxandan sonra məsələ bitdi. Daha bu məsələni 2 aydan sonra niyə gündəmə gətirirsən? Fəzail Ağamalı, gündəmdə qalmaq üçün iki aydan sonra bu fikirləri söyləyirsən? Hər kəs öz həyat tərzindən danışır. Görünür, Fəzail Ağamalının da həyat tərzi belədir. Axı sənin həyat tərzin hamıya məlumdur. Bu gün oturub şirin-şirin “Yeni Müsavat” qəzetinə palaz boyda müsahibə vermək nə deməkdir? Bunu övladların bilir, qoy nəvələrin də bilsinlər. Ay Fəzail Ağamalı, deyəsən bir neçə il öncə Türkiyədə restoranlardan birində dollarları əlində hara dürtdüyünü unutmusan? İndi həmin qəzetə şirin-şirin müsahibələr verirsən! Özü də mənim şərəf və ləyaqətimi təhqir edirsən. O hadisə olub-bitib və hüquq mühafizə orqanları da araşdırmalar aparıblar. İndi Fəzail Ağamalı yenidən istintaq işi aparır.

– Dediniz ki, şərəf və ləyaqətiniz təhqir olunub. Buna görə məhkəməyə müraciət edəcəksiniz?

– Xeyr, onu məhkəməyə vermək istəmirəm. Çünki mən Fəzail Ağamalını yaxşı tanıyıram. Mən onunla ötən əsrin 80-ci illərindən tanışam. Onu mən tanıdığım kimi, hər kəs də tanıyır. Hər kəs onu pis əməl sahibi kimi tanıyır, görür.
Bilirsiniz, hər kəs dünyaya özünəməxsus formada gəlir, hər kəs öz xarakteri və həyat tərzi var. Mən onun müsahibədə dediyi bir fikirinə görə Fəzail Ağamalıya təşəkkür edirəm. Fəzail Ağamalı mənim haqqımda deyir ki, biz ayrı-ayrı adamlarıq, bir-birimizə əks qütblərdə təmsil olunuruq. Bəli, adlarımız eyni olsa da, həyat tərzimiz, xarakterimiz və siyasi mövqeyimiz bir-birimizdən kifayət qədər fərqlidir. Ona görə də mən onun haqqında çox danışmaq istəmirəm. Tanrıdan arzum odur ki, Fəzail Ağamalı tezliklə sağalsın, işinin başına dönsün və oturub onunla üzbəüz söhbət edim, onunla bağlı içimdəki düşüncələrimi bölüşüm. O zaman Fəzail Ağamalı başa düşsün ki, mən namərd yox, çox mərd adamam ki, bütün bunların hamısını mətbuata ötürmədim, gizli saxladım.

– Siz gizli saxladım deməklə, nəyi nəzərdə tutursunuz?

– Mən mətbuatda Fəzail Ağamalının səhhəti ilə bağlı oğlunun müsahibəsini oxumuşdum. Oğlu deyirdi ki, atası xaricə dincəlməyə gedib və sairə.

Ümumiyyətlə, Fəzail Ağamalı ilə hər zaman məsafəli münasibətimiz olub. Biz 40 ildən çoxdur ki, bir-birimizi tanıyırıq. Amma onun üçün müqəddəs heçə olmadığı üçün ondan özümü gözləmişəm. Yəni, Fəzail Ağamalı bir dəqiqənin içərisində min illərin ibadətini tapdalayıb keçmək imkanında olan adamdır.

Mən siyasətə gələndə içimdə bir andım olub ki, əxlaqımı siyasətə dəyişməyim, heç zaman qərəzli mövqedə olmayım və dövlətçilik məsələsində şəxsi mənafeyimdən də imtina edim. Mən bütün bunları göz bəbəyim kimi qoruya-qoruya bu günə gəlib çıxmışam. Ona nə qədər nail olmuşamsa, bunu cəmiyyət və siz jurnalistlər bilir. Mən istəmirim ki, Fəzail Ağamalınım səviyyəsinə enim. Namərdlik də belə məqamlarda, yəni sandıq çaılanda, pambıq töküləndə üzə çıxa bilər. Mən isə sandığın qapalı qalmasını istəyirəm.
Sumqayıtda marşrut avtobusu atəşə tutuldu? - RəsmiBaş Prokurorluq Sumqayıt şəhərində marşrut avtobusunun atəşə tutulması barədə məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Belə ki 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələri sındırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir”.
Yumurtanın içindən bütöv yumurta çıxdı - VİDEOYumurtanın içindən daha bir yumurta çıxdı.

Avrasiya.net Xəzərxəbər-ə istinadən xəbər verir ki, maraqlı hadisə Ağsu rayonunda baş verib.

Rayon sakini yumurtanın böyüklüyündən və çəkisinin ağırlığından şübhələnib. Ona görə də yumurtanı qırarkən onu videoya çəkmək qərarına gəlib.

Yumurtanın içindən öz sarısından əlavə qabıqlı daha bir yumurta çıxıb.

Məsələ ilə bağlı Zoologiya İnstitutundan "Xəzər Xəbər"ə bildirildi ki, bu, dünyada baş verən nadir hadisələrdəndir. Yumurtanın içində iki sarının olması adi hal olsa da, qabıqlı daha bir yumurtanın çıxmasına az-az hallarda rast gəlinir.

Zoologiya İnstitutunun əməkdaşı Sevinc Rəcəbovanın sözlərinə görə, bu anomaliya hadisəsidir.

Ancaq belə yumurtanın yeyilməsi orqanizm üçün zərərli hesab olunmur.

Toyuq düzgün qidalanmadıqda, yəni hər gün eyni yemi yedikdə və ya güclü işıqlanmaya məruz qaldıqda da bu hal baş verə bilər.
İdmançı arvadının başını kəsdiAmerikada dəhşətli qətl hadisəsi törədilib.

"Ölkə.Az" xəbər verir ki, keçmiş reqbi oyunçusu Entoni MakKlanahan 2016-cı ildə ailə qurduğu arvadının boğazını kəsərək öldürüb.

Qonşular polisə xəbər verdikdən sonra "Dallas" klubunun keçmiş oyunçusu Entoni həbs edilib. İstintaq müəyyən edib ki, idmançı 28 yaşlı arvadının boğazını kəsərək öldürüb. Qadın ölənə qədər tərəflər arasında dava olub.
Portuqaliyalı aktrisa Ronaldu ilə keçirdiyi gecədən BƏHS ETDİPortuqaliyalı aktrisa Vanessa Palma futbolçu Ronaldu ilə bir gecə görüşdüyünü iddia edib.

"Ölkə.Az" xəbər verir ki, Vanessa jurnala verdiyi müsahibədə Ronaldunun Portuqaliya millisinin heyətində oynamaq üçün vətənə qayıtdığı ərəfədə onunla ilə bir oteldə gecələdiyindən danışıb.

Aktrisa deyib: "Portuqaliyaya gəlmədən bir neçə ay əvvəl İnstaqramda mənə yazdı. Beləcə danışmağa başladıq. Millinin oyunu üçün Portuqaliyaya gələcəyini və oyundan sonra görüşə biləcəyini bildirdi. Sonra isə otelin adını və otağın adını göndərdi. Əvvəlcə tərəddüd etdim. Amma sonra otelə yollandım. Məni qapıda qarşıldı. İçəri girən kimi çarpayıya yıxdı. Səhərə qədər əyləndik. O gecədən sonra bir də mənə yazmadı. Bir müddət sonra isə məni bloka atdı".
Aktisa hadisənin nə vaxt baş verdiyinə aid sualı cavablandırmayıb.
Rusiyadan Türkiyəyə TƏK ŞƏRT: “S-400-lərin çatdırılması üçün...”"S-400 “Triumf” zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması üçün Ankara müqavilədə göstərilən bütün vəsaiti ödəməlidir".

Publka.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu sözləri xarici ölkələrlə hərbi əməkdaşlıq üzrə Rusiya Federal Agentliyinin bir səlahiyyətlisi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müqaviləyə uyğun olaraq, S-400 batareyalarının Türkiyəyə çatdırılması 2019-2020-ci illərdə həyata keçirilə bilər.

“Rosteks” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib ki, S-400 “Triumf” zenit-raket sistemlərinin çatdırılması üzrə Türkiyə ilə müqavilənin məbləği 2 milyard dolları ötür.

Qeyd edək ki, S-400-lərlə bağlı razılaşma sentyabrın ortalarında əldə edilib.

S-400 “Triumf” ən yeni böyük mənzilli zenit-raket kompleksidir. Kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin 4,8 km/san-a qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura bilir.

Erkən aşkar etmə radarı 600 kilometrə qədər məsafərə hədəfi aşkar edir. Raketlər 5 metrdən başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər. Müqayisə üçün deyək ki, “Patriot” yalnız ən azı 100 metr hündürlükdə hədəfləri vura bilir. Zenit-raket sistemi ilə 30 kilometrə qədər hündürlükdə olan hədəfləri məhv etmək mümkündür. Raketlərin bir neçə tipindən istifadə mümkündür, bu isə eşelonlaşdırılmış müdafiə qurmağa imkan verir.
Kremldə qapalı Qarabağ TOPLANTISI: Putindən Sarkisyana İKİ ƏMRBu gün Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya işgüzar səfərə gedir.

Publika.az xəbər verir ki, Sarkisyan 15-16 noyabr tarixlərində Moskvada keçiriləcək erməni mədəniyyət günlərində iştirak edəcək. Lakin onun Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi də şübhəsizdir. Hətta Ermənistan mediası Sarkisyanın Putin tərəfindən Moskvaya dəvət edildiyini yazıb.

Putinlə Sarkisyanın nələr müzakirə edəcəyi maraqlıdır. Xüsusilə noyabrın 13-də Soçidə Ərdoğan-Putin görüşü keçirildi və iki lider qapalı müzakirələrdə Qarabağ münaqişəsinə də toxundu. Hətta Ərdoğanla Putinin Qarabağla bağlı yeni planının olduğu, Rusiya XİN rəhbəri Sergey Lavrovun da məhz bu planı müzakirə etmək üçün noyabrın 19-da Bakıya, 20-də isə İrəvana səfər edəcəyi haqda fikirlər var.

Dağlıq Qarabağla bağlı müzakirələrin aparıldığı Soçi görüşündən sonra Putinin Sarkisyanı Moskvaya dəvət etməsi diqqət çəkir.
Bu kontekstdə Putinlə Sarkisyanın Moskvada iki məsələni müzakirə edəcəyi ehtimal edilir.

1. Dağlıq Qarabağ münaqişəsi

2. Ermənistan-Avropa İttifaqı arasında imzalanması gözlənilən yeni saziş.

Ərdoğan-Putin görüşündə Qarabağla bağlı müəyyən müzakirələrin aparılacağı, bundan sonra Putinin Sarkisyana yeni plana uyğun hərəkət etmək haqda təlimat verəcəyi fikirləri əvvəldən mövcud idi. Ehtimal olunur ki, Putin-Sarkisyan görüşündə məhz Qarabağla bağlı hansısa yeni müzakirələr aparılacaq. Bu müzakirələrin münaqişənin mövcud status-kvonun dəyişməsi ilə nəticələnən həlli üzərində olacağı ehtimalı böyükdür.

İkinci məqam noyabrın 24-də imzalanacağı gözlənilən Avropa İttifaqı və Ermənistan arasında yeni sazişdən ibarətdir. Sarkisyan bu sazişi imzalamaq üçün Brüsselə səfər etməlidir. Lakin onun 2013-cü ildə Assosiativ Sazişdən imtina etdiyi kimi, indi də geri addım ata biləcəyi ehtimal olunur. Xüsusilə Putinin Sarkisyanı Brüsselə getməmişdən öncə Moskvaya çağırması göstərir ki, Kreml erməni prezidentə yerini göstərəcək.

Qarabağ münaqişəsi ətrafında baş verən proseslər və Ermənistan-Avropa İttifaqı sazişi əslində bir-biri ilə üzvü şəkildə bağlı görünür.

Putin Ərdoğanla görüşür, münaqişənin Rusiya və Türkiyə (dolayısı ilə Azərbaycan) maraqları nəzərə alınmaqla “mərhələli həll” yolu ilə nizama salınması haqda razılaşma əldə olunur, Lavrov yeni planı müzakirə etmək üçün 19-20 noyabr tarixlərində Bakı və İrəvana səfər edir. Putin də müzakirə aparmaq üçün bu gün Sarkisyanı Moskvaya çağırır.

Göründüyü kimi, Ermənistan ətrafında halqa daralır və işğalçı ölkənin qaçış şansları azalır. Məhz Ermənistan-Avropa İttifaqı sazişi İrəvan üçün qaçış şansı ola bilər. Bu sazişim imzalanacağı ehtimalı olduqca azdır, lakin Sarkisyan yeni sazişi başının üzərində bayraq kimi dalğalandıraraq, Moskvanı şantaj edə bilər, yaxud da edir. Putin-Sarkisyan görüşü bu proseslər fonunda təsadüfi deyil. Hesab etmək olar ki, Putin Moskvada Sarkisyana iki məsələdə diktə edəcək: Dağlıq Qarabağ və Brüssellə imzalanacaq saziş. Və Moskvanın İrəvanın bu iki məsələ arasında oyun oynamasına imkan verəcəyi mümkünsüz görünür.
Yüksək vəzifəli üç məmur işdən çıxarıldıYeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov nazirliyin 3 rəhbər şəxsini vəzifədən azad edib.

APA-nın verdiyi məlumata görə, nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqov ötən gün işdən çıxarılıb.

Bundan başqa, nazirliyin Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynov və beynəlxalq şöbənin müdiri Rauf Həsənov da vəzifəsi ilə vidalaşıb.

Hələlik onların yerinə təyinat aparılmayıb.

Hər üç şəxsin vəzifədən azad edilməsi P. Şahbazovun yeni komanda qurması ilə əlaqələndirilir.
"Qoca"nı vuran polislərə YÜKSƏK MÜKAFAT VERİLDİ“Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanması zamanı xüsusi sücaət göstərmiş bir neçə polis əməkdaşı mükafatlandırılıb.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb. Əmr görə, “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanması zamanı fərqlənən polis əməkdaşlarından ikisinin rütbəsi qaldırılmış, digərini isə müvafiq zamanda Polis Akademiyasında təhsil almağa göndərilməsi ilə bağlı göstəriş verilib. Bundan başqa həmin əməliyyatda iştirak edən polis nəfərləri pul mükafatları və digər qiymətli əşyalarla mükafatlandırılıb.

Bununla bağlı məlumat DİN-nin mətbuat xidmətindən saytımıza açıqlama verilərək təsdiq edilib.

Qeyd edək ki, Oktyabrın 23-də Bakıya etap edilən zaman Biləcəri dəmir yolu stansiyasından qaçan "Qoca" ləqəbli Etibar Məmmədovun saxlanılması zamanı atışma baş vermiş, E.Məmmədov öldürülmüşdü.