5 milyon müsəlman öləcək - ABŞ-ın yeni planı“ABŞ 2018-ci ilin fevral-mart aylarından etibarən İraq ordusu ilə peşmərgəni (Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri - red.) döyüşdürəcək”.

Publika.az xəbər verir ki, bu iddia ilə ehtiyatda olan iraqlı general Sübhi Nazım deyib.

Onun sözlərinə görə, silahlı qarşıdurmaya səbəb kimi “Haşdi Şabi” şiə qruplaşması göstəriləcək. General ABŞ Konqresinin peşmərgəyə 365 milyon dollarlıq silah-sursatın verilməsi barədə qərarını xatırladıb.

Konqresin qərarında ilk dəfə “İraqın ərazi bütövlüyü” şərtinin götürülməsinə diqqət çəkən S.Nazim hesab edir ki, bu, İraqda ABŞ tərəfindən idarə olunacaq yeni müharibə dövrünün başlanacağına dair dəqiq mesajdır.

İraqlı general qeyd edir ki, ABŞ-ın 2018-ci ilin ilk aylarından etibarən, Körfəz ölkələrindən başlayaraq xaos planını işə salacaq. Onun sözlərinə görə, tək qazananların İsrail və ABŞ olacağı döyüş ən az 5 il davam edəcək və 3 milyondan çox müsəlman öldürüləcək.

Onun sözlərinə görə, ABŞ 1960-cı illərdən bu yana investisiya qoyduğu Bərzani aşirətindən (tayfa) asanlıqla imtina etməyəcək. General qeyd edib ki, ABŞ Kərkük, Tuzhurmatu, Kifrə və Telafer başda olmaqla, 40 min kvadrat kilometrə qədər ərazini bir gecədə itirən Məsud Bərzaninin yenidən baş oyunçu olması üçün fərqli variantları sınaqdan keçirəcək.

“Livan, Qətər, Yəmən, Bəhreyn və Səudiyyə Ərəbistanında baş verəcək xaos prosesində ABŞ üçün İraqdakı ən yaxşı tərəfdaş Bərzani olacaq”, - o yekunlaşdırıb.
“Özünü müxalifət adlandıran ünsürlərin kitabı çoxdan bağlanıb”“Azərbaycanda bundan sonra da bütün azadlıqlar təmin ediləcəkdir. Biz demokratik cəmiyyət qururuq. Yeni Azərbaycan Partiyasının yaradılması demokratiyanın təzahürü idi. Buna baxmayaraq, o vaxt hakimiyyəti dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat cütlüyü ən antidemokratik addımlar atmağa hazır idi ki, bu partiyaya əngəllər törətsin. Ancaq Yeni Azərbaycan Partiyası o vaxt ölkədə siyasi sistemin yaradılmasına da çox böyük töhfə vermişdir. Bu gün biz demokratiya yolu ilə gedirik”.

Report xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir: “Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır”.

“Xüsusilə indiki şəraitdə, internet dövründə nəyisə gizlətmək mümkün deyil. Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək.

Metodologiya da çox bəsitdir, çox sadədir. Xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir. Ondan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bunun əsasında da müəyyən tərpənmə, - mən canlanma deməzdim, - müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır.

Yəni, bu gün siyasi mübarizəni bu formada aparmaq istəyən dəstəyə, - bunlara heç qüvvə də demək olmaz, - heç nə dərs olmur. Vaxt dəyişir, insanlar dəyişir, Azərbaycan dəyişir, siyasi mübarizə metodları dəyişir, onlar isə hələ də köhnə təfəkkürlə yaşamaq istəyirlər və öz mənasız həyatlarını bu işlərə sərf edirlər”, - deyə, dövlət başçısı əlavə edib.
Telman İsmayılovun gizləndiyi yer məlum oldu - Qardaşı ilə FransadadırMusavat.com xəbər verir ki, beynəlxalq axtarışa verilən T.İsmayılovun çevrəsinə yaxın mənbələrdən biri deyib ki, iş adamı bir neçə aydır ki, Rusiyaya getmirmiş. "Bu, məhz həbs təhlükəsi ilə bağlı idi” deyən mənbə T.İsmayılovun İsraildə olduğunu iddia edib. Vəkili isə iddia edir ki, müvəkkili heç vaxt gizlənməyib. "Onu heç kim heç yerə çağırmayıb. Hətta məhkəmədə belə vəkil təyinatla çıxış edib”, - deyə, Marina Rusakova bildirib.

Vəkilin sözlərinə görə, T İsmayılov heç bir cinayətdə özünü təqsirli bilmir. Rusiya KİV-i isə yazır ki, T.İsmayılov hazırda Fransada gizlənir.

Qeyd edək ki, Telman İsmayılovun adam öldürməkdə və qanunsuz silah saxlamaqda ittiham olunan qardaşı Vaqif İsmayılovun da əvvəlcə Rusiyada gizləndiyini sanırdılar. Sonra onun qardaşı Telmanın yanına, Türkiyəyə köçdüyü məlum olub. Hər iki qardaşı son zamanlaradək Antalya sahilində yerləşən "Mardan Palace” otelində yaşayırlarmış. Otelin özünün isə elektrik borcuna görə işığı kəsilib. İndi Vasif İsmayılovun da Fransa da olduğu bildirilir.
Güman edilir ki, qardaşlar Türkiyənin onları Rusiyaya verə biləcəyindən ehtiyat edərək bu ölkəyə sığınıblar.
Azərbaycan kommunistləri Moskvada tədbirlərə qatılıblarBu il oktyabr ayının 24-dən noyabr ayının 8-ə kimi, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Böyük Oktyabr Sosialist İnqlabının (BOSİ) 100 illiyinə həsr edilmiş təntənəli tədbir keçirilib.

Azərbaycan Kommunist Partiyasından Avrasiya.net-ə verilən məlumata görə, Rusiya kommunistlərinin rəhbəri M.A.Suraykinin dəvəti ilə tədbirdə iştirak edən Azərbaycan Kommunist Patiyasının birinci katibi Telman Nurullayev və Azərbaycan KP MK-nın katibi Qəhrəman Qəhrəmanov RK KP-nin rəhbərliyi ilə görüşüb və partiya daxili münasibətlərin daha da inkişaf etdirilməsinin hər iki partiya üçün faydalı olduğunu müzakirə ediblər.

Sonra BOSİ-nın 100-illik yubileyinə həsr olunmuş Beynəlxalq kommunist və fəhlə partiyalarının 19-cu Seminar Görüşündə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti Sankt-Peterburq və Moskva şəhərlərində keşirilən tədbirlərdə iştirak edib. Görüş G.A.Züqanovun rəhbərlik etdiyi Rusiya Fedarasiyası Kommunist Partiyasının sədirliyi ilə keçirilib.

Tədbirlərdə Azərbaycan KP MK-nın birinci katibi T. Nurullayevin çıxışları maraqla qarşılanıb.

Leninqrad və Moskva şəhərlərində keçirilən 19-cu Beynəlxalq kommunist və fəhlə partiyalarının Seminar Görüşündə isə 88 ölkənin 103 kommunist və fəhlə partiyalarının nümayəndələri iştirak ediblər.

Seminar zamanı AKP nümayəndə heyəti Litva Sosialist Partiyası rəhbərləri-Rubiks A.P., Frolov V.V. , Suriya Kommunist Partiyasının Baş katibi Əmmar Baqdaş, İtaliya Kommunist Partiyasının Baş kitibi Marko Risso və Siyasi büro üzvü Quido Rişşi, İsrail Kommunist Partiyasının rəhbəriləri Şükri Avavdeh, Afo Ağbaria, Tacikistan Kommunist Partiyasının rəhbərləri Miroj Abdulloyev və Toşmad Temirov, Türkiyə Kommunist Partiyasını Baş katibi Kemal Okuyan ilə görüşlər çərçivəsində qardaş partiyalarının partiyadaxili münasibətlərinin möhkəmləndrilməsi barədə və beynəlxalq kommunist hərəkatının inkişafı yollarının problemləri ətrafında fikir mübadiləsi ediblər.
CBC TV-yə yeni baş direktor təyin edilibCBC telekanalına yeni baş direktor təyin edilib.

Apa xəbər verir ki, bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.

ATV telekanalının prezidenti, CBC TV-nin keçmiş baş direktoru Azər Xəlilov faktı APA-ya təsdiqləyib.

Onun sözlərinə görə, bu gün CBC telekanalının təsisçisi, "SOCAR Media" İctimai Birliyinin sədri Xalik Məmmədov V. Xəlilovu kollektivə təqdim edib.

Qeyd edək ki, təcrübəli jurnalist Vüqar Xəlilov Azər Xəlilovun qardaşıdır.
Xaçmazda ŞOK HADİSƏ: sevdiyi qızın anası ilə yatdı, öldürdü, sonra...Sevdiyi qızın anasını öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Samir Hacıəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Samir Hacıəliyev bu il martın 27-də Xaçmaz rayonu, Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb. Onun Gülnaz Sultanovanın qızı ilə sevgi münasibətləri olub.

Samir 2014-cü ildən Gülnaz Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bir müddət sonra o, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.
Hadisə baş verən günü Samir Hacıəliyevlə Gülnaz Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı Gülnaz Sultanova onu söyərək təhqir edib. Bu isə qanlı cinayət hadisəsi ilə nəticələnib. Cinayəti törədən Samir Hacıəliyev Xaçmaz rayon polis şöbəsinə gələrək təslim olub.

Samir Hacıəliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Məhkəmənin baxış iclasında qətlə yetirilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, dörd il ərzində anası ilə Samir Hacıəliyevin münasibətləri olduğunu deyib: “Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə xəcalət çəkirəm. Maraqlandım, mənə dedilər ki, onların münasibəti var, guya sən bilmirsən? Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, anamla münasibəti yoxdur, amma inanmadım”.
AST Telman məşhur müğənninin qətlini sifariş verib"İnterpol" xətti ilə beynəlxalq axtarışa verilən azərbaycanlı iş adamı, Rusiyanın məşhur "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılovun adı daha bir qətldə hallanır.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, istintaqa görə, İsmayılov Rusiya Dövlət Bədən Tərbiyəsi Universitetinin prorektoru Mixail Bodinin qətlinə cəlb oluna bilər.

Məlumata görə, ali məktəbin binası İsmayılova aid olan “Çerkizov” bazarının qonşuluğunda yerləşirdi. 1996-cı ildə sahibkar ali məktəb ərazisinin bir hissəsini almağa qərar verib, ancaq Bodin buna qarşı çıxıb.

Bundan başqa, elə həmin vaxt daha bir prinsipial fiqur - torpaq departamentinin məmuru qətlə yetirilir. Ali məktəbin ərazisi ilə bağlı qərarın verilməsi həm də sözügedən məmurdan asılı idi.

Müstəntiqlər həmçinin güman edirlər ki, Telman İsmayılov məmurlar, biznesmenlər və kriminal qruplaşmaların üzvlərindən başqa, məşhur müğənni Avraam Russonun qətlini sifariş edib. Müstəntiqlər əmindirlər ki, İsmayılov Moskvada öz ailəsinin imperiyasını genişləndirərək, ən azı səkkiz insanın qətlini sifariş verib. Müğənnini son anda ölümdən xilas edən məqam onun qətli üçün qatil-narkomanların işə götürülməsi olub. Kokainin artıq dozasından özünə gələ bilməyən qatil atəş açarkən səhvə yol verib.

Müğənniyə qarşı sui-qəsd cəhdi 2006-cı il avqustun 19-da Moskvada olub. Russonu odlu silahla ayağından yaralayıblar. Məlumatlara görə, Avraam Russo onun populyarlaşması üçün iri məbləğdə pul xərcləyən Telman İsmayılova sonradan saymazyana yanaşıb və koorporativ məclislərdən qazandığı pulları prodüserindən gizlədib. Nəticədə, milyarder onu aradan götürmək barədə qərar qəbul edib.

Xatırladaq ki, noyabrın 11-də Moskvanın Basman rayon məhkəməsi iki qətlin təşkilində iştirakda və qanunsuz silah dövriyyəsində ittiham olunan Telman İsmayılovun qiyabi həbsi barədə qərar verib. O, həmçinin beynəlxalq axtarışa verilib.

Telman İsmayılovun vəkili Marina Rusakova bildirib ki, İsmayılov ittihamları qəbul etmir.

Son məlumatlara görə, Telman İsmayılov Türkiyəni tərk edərək Fransaya köçüb.
47 yaşlı kişi özünü yandırdıAğdamda avtomobili cərimə meydançasına salınan rayon sakini özünü yandırıb.

Trend xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Bəhlul Əmirov avtomobili ilə hərəkət edərkən Ağdam rayon Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtomobilin sənədləri yoxdur və maşının külli miqdarda ödənilməmiş cəriməsi var. Avtomobil B.Əmirovdan alınaraq cərimə meydançasına salınıb.

B.Əmirov avtomobili cərimə meydançasından çıxarmaq istəsə də, mümkün olmayıb. Şöbədən bildiriblər ki, avtomobilin cərimələri ödənilməli və sənədləri qaydasına salınandan sonra sahibinə qaytarılmalıdır.

B.Əmirov isə cəriməni ödəmədən avtomobili almağa cəhd edib. Cəhdləri boşa çıxan B.Əmirov evinə qayıdaraq yaşadığı evin həyətində üzərinə benzin tökərək özünə od vurub. O, ailə üzvlərinin köməkliyi ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu təyin edilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Polis Şöbəsində özünü yaraladıDaşkəsən rayon Polis Şöbəsinin Müvəqqəti saxlama kamerasında saxlanılan şəxs özünə xəsarət yetirib.

“Report” xəbər verir ki, Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə təqsirli bilinərək saxlanılan 50 yaşlı Rahib Əsədov özünü kəsici alətlə vurub.

Yaralıya tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
Neft şirkətinin keçmiş rəhbərinin arvadı pilotla qaçdı"Rosneft" şirkətinin keçmiş rəhbəri İqor Seçinin bu ilin iyununda boşandığı həyat yoldaşı özünə yeni sevgili tapıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Olqa Seçinanın yeni sevgilisi italyan pilot Françesko Provençanodur.

Məlumata görə, onların münasibətləri daha əvvəl, 2015-ci ildə başlayıb.

Olqa Seçina yeni "boyfriend"i ilə şəklini boşanandan 4 həftə sonra İnstagram-da paylaşıb.

Qeyd edək ki, Seçinlər 2017-ci ilin 14 iyununda boşanıblar. Bu, "Rosneft"in keçmiş rəhbərinin ikinci nikahıdır. Olqa ondan 25 yaş kiçik olub. Onların Varvara adında bir qız övladı da var.