"Rüşvət alan müəllim fahişədən daha təhlükəlidir" - VİDEOXalq yazıçısı Çingiz Abdullayev oxucuları ilə görüşüb.

Yazıçı çıxışı zamanı Azərbaycan təhsilində tüğyan edən rüşvətxorluq mövzusuna toxunub.

O qeyd edib ki, rüşvət alan müəllim fahişədən daha təhlükəlidir: “Ötən dəfə universitetlərdən birində qonaq idim. Dedim ki, təhsildə rüşvət yolverilməzdir. Hətta təhsildə rüşvətxorluq varsa, bu biabırçılıq deyil, bu fahişəlikdir. Hətta bilirsən ki, fahişəlik fahişənin işidir, ancaq rüşvət alanlar gələcəyimizin kökünü kəsirlər.

Çingiz Abdullayev deyib ki, auditoriyada bu sözləri deyəndən sonra bütün tələbələr öz rektorlarına baxıblar: “Bu sözləri deyəndən sonra gördüm ki, auditoriyada oturan 400 nəfər mənə baxmır, hamısı rektora baxır. Yazığım gəldi, o rektora”.

Yazıçının bu sözləri alqışlanıb.
Zəlzələ qurbanlarının sayı 129-a çatdı, 1000-dən çox yaralı var İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 129 nəfərə çatıb. 1000-dən çox insanın yaralandığı bildirilir.

Publika.az xəbər verir ki, yerli sakinlər daha dağıdıcı təkanlardan ehtiyatlanaraq küçələrdə gecələməli olublar.

Son saatlar ərzində İran-İraq sərhədində ondan çox təkrar təkanlar qeydə alınıb. Qızıl Aypara Cəmiyyəti zəlzələdən zərər çəkənlər üçün çadır düşərgələrinin quraşdırılmasına başlayıb. Məlumata görə, təbii fəlakət ən çox Kermanşah, Qəsri Şirin və İlam şəhərlərinə ziyan vurub.

Xatırladaq ki, ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kermanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.
Göyçay toyunda qan töküldüGöyçay rayonunda toy mərasimində qohumlar arasında baş verən dava qanla nəticələnib.

Hadisə bu gün gecə saatlarında rayonun Cəyirli kəndindəki “Şirvan” şadlıq sarayında qeydə alınıb.

Cəyirli kənd sakini, 1977-ci il təvəllüdlü Vəlibəyov Bəhruz Bəylər oğlu qardaşı oğlunun kiçik toy mərasimi zamanı əmisinin nəvəsi və qonşusu olan 1994-cü il təvəllüdlü Babayev Dəyanət Ədalət oğlu arasında şəxsi münasibətlər zəmnində dava baş verib. Bəhruz Vəlibəyov üzərindəki bıçaqla Dəyanət Babayevə xəsarət yetirib. O, təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Bəhruz Vəlibəyov sahibkar, Dəyanət Babayev isə “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin əməkdaşıdır. (apa)
Dəhşətli zəlzələnin başladığı an - VİDEOİran-İraq sərhədində baş verən 7.2 ballıq zəlzələnin başlama anı müşahidə kamerlarına düşüb.

Axar.az xəbər verir ki, marketlərdən birində qeydə alınan görüntülərdə yeraltı təkanların başladığı zaman piştaxtalarda olan bütün məhsullar yerlə-bir olur.

Olayın təsirindən şoka düşən alıcılar isə qaçmağa başlayırlar.

Qeyd edək ki, İraq və İranda baş verən güclü zəlzələ Türkiyə, Bəhreyn, BƏƏ, Azərbaycanda da hiss edilib. İranda zəlzələ nəticəsində xüsusilə Kirmanşah vilayətində bir neçə kəndin dağıldığı, çoxsaylı ölü və yaralılar olduğu bildirilir.