Telman İsmayılov Türkiyədə gizlənirTelman İsmayılov Türkiyədə gizlənir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Agentliyin informasiyasını hələlik heç bir rəsmi qurum təsdiqləməyib.

Qeyd edək ki, bundan öncə Moskva məhkəməsi azərbaycanlı iş adamını iki nəfərin ölümündə təqsirkar bilərək, qiyabi həbsə məhkum edib. O, beynəlxalq axtarışa verilib.
"Tərəqqi" İmişlidə tədbir keçirib“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və Vətəndaşların Maraqlarının Müdafiəsi” layihəsi çərçivəsində 11 oyabr 2017 - ci ildə İmisli rayonunda Bələdiyyə - İcra hakimiyyəti və ictimai təşkilatlarla daha sıx əməkdaşlığın qurulması və birgə fəaliyyətlərin genişləndirilməsi məqsədi ilə yerli İcra hakimiyyəti-Bələdiyyə və ictimai təşkilatların nümayyədələrinin iştirakı ilə 11 noyabr 2017-ci il tarixdə dəyirmi masa keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə vətəndaş cəmiyyəti insitutlarının, ictimai təşkilatların yerli hökumətlə münasibətlərin və əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə fəaliyyətlərin təşkili, gorülə biləcək işlər müzakirə movzusu olub.

Bələdiyyə - İcra hakimiyyəti və ictimai təşkilatlarla daha sıx əməkdaşlığın qurulması və birgə fəaliyyətlərin genişləndirilməsi mövzusunda növbəti sil-silə tədbirlərin Saatlı və Sabirabad rayonlarında yerli İcra hakimiyyəti-Bələdiyyə və ictimai təşkilatların nümayyədələrinin iştirakı ilə keçirilməsi növbəti həftələrdə planlaşdırılıb.
"Konfliktin həlli ilə bağlı hər hansı bir irəlləyişin olcağı gözlənilmir" - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Bu gün Soçidə Türkiyə prezidenti R.T. Ərdoğanla Rusiya prezidenti V.Putin görüşür. İki lider, dövlətlər arası siyasi-iqtisadi və Suriyadakı məsələri müzakirə edib, ortaq siyasi mövqeyə gələcəyi şübhəsizdir.

İki ölkə liderinin Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparacağı, amma konfliktin həlli ilə bağlı hər hansı bir irəlləyişin olcağı gözlənilmir.

Rusiya ümumiyyətlə münaqişənin həllində indiki situasiyada hazır deyil. Cənubi Qafzazda hazırda Azərbaycanın maraqlarına uyğun olaraq geosiyasi lahiyələr həyata keçirilib. Geoiqtisadi lahiyə olan Bakı-Tibilisi - Qars dəmiryolu Rusiyadan yan keçməklə regionda Rusiyanın təsirinin qarşısın almağa hesablanıb. Bundan əlavə "Cənubi Qaz " dəhlizi -"TANAP" qaz lahiyəsi, Moskvanın Avropada qaz bazarına alternativ olaraq çəkilir.

Göründüyü kimi, Rusiyanın qaz və nəqliyyat sahələrinə alternativ olan bu lahiyələrin əsas iştirakçısı olan Azərbaycana qarşı Rusiya Qarabağ münaqişəsində güzəştə getməyəcək. Sadəcə Ərdoğanla geniş spektrdə danışıqlar aparsada, nəticə etibarı ilə Qarabağ konflikti gələn il üçün aktual olaraq qalacaq.

Nəzərə alaq ki, gələn il Azərbaycan və Rusiyada prezident seçkiləri keçiriləcək. Ermənistanda isə, hakimiyyət strukturlarında dəyişilik gözlənilir. Üç ölkənin siyasi sferasında gözlənilən seçkilərə nəzər saldıqda görünür ki, Qarabağ danışıqlarında müsbət irəlləyiş gözlənilmir.
Bakıda küçə itləri müstəntiqin ayağını gəmirdi - 24 tikiş qoyulubBakıda xidmət vaxtı polis müstəntiqini küçə iti dişləyib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, Səbail rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Anar Miralayev küçə itlərinin hücumuna məruz qalıb. Heyvanlardan biri A.Miralayevin sağ ayağının dizdən aşağı hissəsini gəmirərək parçalayıb.

Xəsarət alan müstəntiq xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub və yarasına 24 tikiş qoyulub.
Bərdə rayon İcra Şöbəsinin rəisi işdən çıxarılıbBərdə rayon İcra Şöbəsinin rəisi Atayev Babək Alyoşa oğlu işdən çıxarılıb.

Report xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov əmr imzalayıb. Hələlik rayon İcra Şöbəsinin rəisi vəzifəsinə yeni təyinat olmayıb. İdarə rəisi vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavini Cahangir Məmmədova tapşırılıb.
19 yaşlı gənc pensiyaçı qadını zorladıRusiyanın İrkustk vilayətində 19 yaşlı narkotik istifadəçisi pensiyaçı qadının evinə daxil olaraq onu zorlayıb, daha sonra öldürüb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, cinayətkar qadının evində olan qiymətli əşyaları da götürüb.

Müəyyən olunub ki, o, narkotik vasitələrin təsiri altında olub.

Məhkəmənin qərarı ilə ona 15 il cəza kəsilib.
Bakıda adam oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirildi - FOTODaxili işlər orqanları əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan adam oğurluğu cinayəti törətməkdə təqsirli bilinən cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.

DİN-in mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, cari ilin noyabrın 8-də Bakı şəhər sakini Balabəy Məmmədov Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, Binəqədi rayonunda qardaşları ilə birlikdə olarkən borcu olduğu Rövşən Əmirxanlı Rasim və Orxan adlı şəxslərlə birlikdə onların qarşını kəsib zorla maşına oturdub hədə-qorxu gəldikdən sonra Akademik H.Əliyev küçəsində qardaşı Rüfət Kəngərlini girov götürərək özləri ilə aparıblar.

Həmin şəxslər B.Məmmədovla əlaqə saxlayaraq qardaşının azad olunması müqabilində ilkin olaraq 1000 manat tələb ediblər. Pulu verməyəcəkləri təqdirdə isə qardaşını qətlə yetirəcəklərini bildiriblər.

Nərimanov RPİ əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Rasim Ramazanov, Rövşən Əmirxanlı və Orxan Ağalı saxlanılıb.

Qeyd edək ki, dəstə üzvləri R.Kəngərlini oğurlayandan sonra onu səhərə qədər R.Ramazanovun Biləcəri qəsəbəsində yerləşən kirayə yaşadığı evdə saxlayıblar.

Saxlanılan şəxslərdən R.Ramazanovun üzərinə baxış zamanı 1 ədəd idman tapançası, 1 ədəd gözyaşardıcı qaz balonu, 2 ədəd bıçaq, 20 ədəd “Fenadiazepin”, 20 ədəd “Tramadol”, 9 ədəd “Contromal”, 2 ədəd “Gerica” psixotrop həbləri həbləri, eləcə də 2.031 qram heroin, R.Əmirxanlıdan isə 2.931 ram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.
"Bəzən gündə yanıma 3-4 kişi gətiridilər" - seks köləsi olan Həlimə Müsəlman qızın başına gətirilənlər

"Bura gələndə bizi bir düşərgəyə yerləşdirdilər. Bir adam bizə yemək verdi. Mənimlə evlənmək istədiyini dedi. Onun evinə getdik. Evə girdiyim anda orada mənim kimi 7-8 gənc qızın olduğunu gördüm. Dəhşətə düşmüşdüm. Orada xeyli kişi ilə cinsi münasibətə girməyə vadar edildim".

Birləşmiş Billətlər Təşkilatı (BMT) Myanmadan qaçaraq Banqladeşə sığınan Arakan müsəlmanlarının cinsi istismarla qarşı-qarşıya olduqlarını açıqlayıb.

İstiPress-in məlumatına görə, zülmdən qaçaraq canlarını xilas edənlərdən biri, 21 yaşlı Arakan müsəlmanı Həlimə Bangqladeşə gəldikdən sonra seks köləsinə çevrilmə hekayəsini BBC-yə danışıb.

Qonşuları ilə birlikdə Banqladeşə qaçan, ailəsini itirən gənc qız zorla tutulduğu evi bir qadının işlətdiyini deyib. "Mənə makiyaj edirdilər, bəzəyirdilər. Bəzən gündə 3-4 kişi gətirirdilər. Çox çətin idi. Günlərlə qanamam olurdu".

Gündə 3 dəfə yemək qarşılığında istismar edilən qızı müştərilərindən biri xilas edib. Müştəri polis olub. "Seks üçün gəlmişdi. Amma hekayəmi eşitdikdən sonra mənə "bacı" deməyə başladı. Bütün gecə qaldı, amma heç nə etmədi. Sonra mənə telefon nömrəsi verib getdi".

Həlimə evdən qaçma planları hazırlayıb və bir gün müştərilərindən biri yatarkən onun telefonu ilə polisə zəng edib. O, isə 6 nəfərlə gələrək Həlimə və daha 6 qızı seks köləliyindən xilas edə bilib.

Lakin o uzaağa gedə bilməyib, pulu və tanışı olmadığı üçün yenidən bədənini satmağa vadar olub. "Gündə beş dəfə namaz qıldığım, ailəmlə birlikdə yemək yediyim günlərə geri dönmək istəyirəm", deyən gənc qız Banqladeşdə onun kimi köləliyə vadar edilənlərin sayının da kifayət qədər çox olduğunu qeyd edib.