Azərbaycanda zəlzələ: əhali küçələrə axışdı; İranda dağntılar var - FotoGüney Azərbaycan da daxil olmaqla, böyük bir ərazidə güclü zəlzələ baş verib.

Axar.az xəbər verir ki, İraqda (Süleymaniyyə) 7,2 bal, İranda, Kirmanşahda isə 7,3 bal gücündə dəhşətli zəlzələ olub. Zəlzələ İranın bir çox vilayətlərində - Ərak, Həmədan, o cümlədən Şərqi və Qərbi Azərbaycanda, həmçinin Təbriz şəhərində 4,9 bal gücündə özünü göstərib.

Təbrizdə əhali panika səbəbindən küçələrə axışıb. Hazırda təbrizlilər küçələrdədir.

Hələlik rəsmi açıqlama yoxdur.

Yeraltı təkanların Azərbaycan Respublikasının cənub bölgəsində - Lənkəran və Astara şəhərlərində də 4 bal gücündə hiss edilib.

***

İranın Kirmanşah şəhərində baş verən zəlzələnin böyük dağıntılara səbəb olduğu barədə məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri dağıntıya aid fotolar paylaşıblar.

Zəlzələ, dağıntı və tələfatla bağlı hələlik rəsmi açıqlama verilməyib.
5 nazirlik ləğv ediləcəkGürcüstan hökumətinin tərkibində struktur dəyişiklikləri aparılacaq.

Azərtac xəbər verir ki, hazırda fəaliyyət göstərən 18 nazirlikdən 5-i ləğv olunacaq.

Dəyişikliklər nəticəsində İqtisadiyyat ilə Energetika, Mədəniyyət ilə İdman, Kənd Təsərrüfatı ilə Ətraf Mühit nazirlikləri birləşdiriləcək.

Bundan başqa, Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin vəzifəsi ləğv olunacaq və bu struktur Xarici İşlər Nazirliyinə birləşdiriləcək.

Mətbuatın yazdığına görə, İqtisadiyyat ilə Energetika nazirlikləri birləşdirildikdən sonra bu quruma hazırki maliyyə naziri Dmitri Kumsişvilinin rəhbərlik edəcəyi gözlənilir. Daxili işlər naziri Qeorqi Mqebrişvili və elm və təhsil naziri Aleksandr Cecelava vəzifələrindən kənarlaşdırılacaqlar. Hazırki iqtisadiyyat naziri Qeorqi Qaxariya isə daxili işlər naziri təyin olunacaq.

Mədəniyyət ilə İdman nazirlikləri birləşdikdən sonra bu quruma kimin nazir təyin olunacağı hələlik məlum deyil.

Maliyyə naziri vəzifəsinə “Gürcüstan Dəmir Yolları” SC-nin sədri Mamuka Baxtadzenin və ya D.Musişvilinin hazırki müavini Qeorqi Tabuaşvilinin təyin ediləcəyi gözlənilir.

Hökumətdəki kadr dəyişiklikləri barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.
Əməkdar artist ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiTanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffər xəstəxanaya yerləşdirilib.

Bu barədə Milli.az məlumat yayıb.

Əməkdar artist jurnalistin telefon zənginə cavab verməsə də, aktrisanın yaxınları yayılan məlumatı təsdiqləyib:

"Kəmalə xanım "Vicdan haqqı" serialından getdiyinə görə uzun zamandır ki, izləyicilərinin böhtanlarına, ağır ittihamlarına məruz qalırdı. Bütün bu təhqirlər və ittihamlar aylardır Kəmalə xanıma çox pis təsir edirdi. Elə bunun nəticəsidir ki, əsəb və stressdən bu səhər Kəmalə xanımın səhhəti ağırlaşdı və səhər saatlarında onu xəstəxanaya çatdırdıq. Bəzi İnstaqram səhifələri isə Kəmalə xanımın pula görə serialdan getməsini əsas gətirərək onu ittiham da edirdilər. Bilirik, tamaşaçıları Kəmalə xanımın serialdan getməsini istəmirdi, sadəcə olaraq belə alındı. Onu sevənlərdən Kəmalə xanıma qarşı sayğılı və anlayışlı olmalarını xahiş edirik".
“Əlil Qadınlar Cəmiyyəti layihəni dövlət başçısının sərəncamına əsasən gerçəkləşdirib”“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Əlil Qadınlar Cəmiyyətinin (ƏQC) nəzdində yaradılan Qazax rayon “Günərzi Qayğı Mərkəzi”nin fəaliyyəti uğurla davam edir”.

Bu barədə Versus.Az-a ƏQC-nin rəhbəri Məhluqə Qəhrəmanova bildirib:

“Əlil Qadınlar Cəmiyyəti bu layihəni dövlət başçısının “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamına əsasən gerçəkləşdirib. Layihənin əsas məqsədi Ermənistanla həmsərhəd bölgədə yerləşən Qazax rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısını almaq, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışını təmin etməkdən ibarətdir”.

ƏQC-nin rəhbəri bildirib ki, GQM-də maddi çətinlik üzündən yarımçıq qalan – istilik sisteminin yaradılması, dam örtüyünun dəyişdirilməsi və sair məsələlər yeni layihəyə əsasən Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığına təqdim olunmaqa həllini tapıb. Mərkəz yeni mebel və avadanlıqlarla təmin edilib.

M.Qəhrəmanova qeyd edib ki, ƏQC “Günərzi mərkəzinin yaradılması və fəaliyyəti” layihəsi 4 ildir uğurlu fəaliyyət göstərir. Onun sözlərinə görə, yer, məkan olaraq ƏQC-ə təqdim olunan binalar arasından Qazax rayonu Ağköynək kənd orta məktəbinin 1947-ci ilin köhnə binası seçilib. Tamamilə yararsız vəziyyətdə olan məktəb binası təmir edilib və Qazax Günərzi Qayğı Mərkəzi olaraq fəaliyyətə başlayıb:

“Mərkəzdə 3-12 yaşlarında çətin həyat şəraitində olan 30 uşağa gün ərzində sosial xidmətlər göstərilir və onların bacarıqlarının inkişafı üçün təlimlər keçirilir. Uşaqlar gündə 2 dəfə yeməklə və yataqla təmin edilirlər. Mərkəzdə uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə 16 nəfər işçi heyət məşğul olur”.

M.Qəhrəmanova bildirib ki, Prezidentin sosial sahədə apardığı uğurlu siyasətdə QHT-nin rolu danılmazdır:
“Hesab edirik ki, Əlil Qadınlar Cəmiyyəti həyata keçirdiyi bu layihədə öz məqsədinə nail ola bilib”.
“Əlil Qadınlar Cəmiyyəti layihəni dövlət başçısının sərəncamına əsasən gerçəkləşdirib”
“Əlil Qadınlar Cəmiyyəti layihəni dövlət başçısının sərəncamına əsasən gerçəkləşdirib”

“Hesab edirik ki, Əlil Qadınlar Cəmiyyəti həyata keçirdiyi bu layihədə öz məqsədinə nail ola bilib”.
Erməni və azərbaycanlı qanuni oğrular ittifaq yaradırRusiya mafiyasına liderlik uğrunda savaşa başlamaq üçün əslən erməni olan qanuni oğru Eduard Asatryan (Edik Osetrina) güclü koalisiya yaradır.

Bu barədə informasiyanı “Rosbalt” agentliyi yayıb. Agentlik artıq Asatryanın Gela Kardava (Gela Qalski) və Vaqif Süleymanovla (Vaqif Bakinski) ittifaq yaratdığını bildirib:
“Asatryan hər gün müxtəlif qanuni oğrularla danışıqlar aparır. Tərəfdarlarını daha çox keçmiş dostları arasında axtarır. Mənbəmizin məlumatına görə, Asatryan qanuni oğru Georgi Diakvnişvili (Giya Dlinnıy) ilə razılaşma əldə edib. Vaqif Süleymanovla da məsləhətləşmələrə start verilib. Maraqlı məqam odur ki, Aslan Usoyanın (Ded Xasan) dönəmində Süleymanov Asatryana heç də yaxşı münasibət bəsləmirdi.

Vaqifin indi ciddi maliyyə resursları var. O, böyük göy bazarındakı bir sıra proseslərə nəzarət edir. Vaqif hər zaman böyük döyüşçülər qrupu olmamasından əziyyət çəkib. Məhz buna görə bir zaman o, Nadir Səlifovla (Lotu Quli) koalisiyaya girməyə məcbur olub. O zaman da bu ittifaq ilk baxışdan etibarlı görünmürdü və daha çox ümumi düşmən sayılan Rövşən Lənkəranskiyə qarşı nəzərdə tutulmuşdu. Rövşənin ölümündən sonra Vaqif yeni güc axtarmaq məcburiyyətində qalıb və bunu Asatryanın yanında tapıb. Vaqif və Asatryanın həmçinin ümumi düşməni də tapılıb. Bu, Dağıstandan olan qanuni oğru Əmirdir”. //axar.az
Zorla ərə verilən qız özünü binadan atdıPaytaxtın Nizami rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, gənc qız Qara Qarayev prospekti məhəllə 2517/2518 ünvanında yerləşən 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb.

Təxminən 22 yaşlarında olan qız hadisə yerində vəfat edib. Şahidlərin bildirdiyinə görə, gənc qız qeyd edilən binada yaşamır. Onun Şamaxı rayon sakini olduğu bildirilir.

Məlumata görə, qız zorla ərə verildiyi üçün evdən qaçıb və həmin binaya gələrək özünü balkondan aşağı atıb.

Hazırda hadisə yerinə Nizami rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.
Bakıda 26 yaşlı oğlan özünü zəhərlədiBakıda gənc oğlan intihara cəhd edib.

Lent.az xəbər verir ki, Səbail rayonu Ə.Nəzmi küçəsində yaşayan, 1991-ci il təvəllüdlü Camalxanov Turxan Elxan oğlu yaşadığı ünvanda psixotrop dərmanı içib. O, travmatoloji xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
“Qonşumuz məni zorlamaq istəyirdi” deyən 21 yaşlı Kamran niyə yalan danışdı?Qonşusunu bıçaqlamaqda təqsirləndirilən cinsi azlıq nümayəndəsi növbəti dəfə hakim qarşısına çıxarılıb. O, ötən prosesdə hadisəyə səbəb kimi göstərmişdi ki, qonşusu onunla cinsi əlaqədə olmaq istəyibmiş.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü İslamov Kamran Arif oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib. Zərərçəkmiş şəxs Kamran İslamovun qonşusu Murad Həsənovdur.

Murad Həsənov Kamrandan fərqli olaraq hadisənin baş vermə səbəbi kimi 50 manata görə başlayan mübahisəni göstərib.

O deyib ki, Kamranın atası onların evində usta kimi işləyib. Bu işdən sonra ona 50 manat borclu qalıb: "Biz qonşuyuq. Uzun illərdir bir-birimizi tanıyırıq. Ailəvi gediş-gəlişimiz var. Çox yaxşı münasibətlərimiz olub. İndi də var. Kamran həmin gün məni çağırdı. Dedi ki, səninlə söhbət etmək istəyirəm. Mən də getdim. Atasına borclu olduğum pulu istədi. Bir az mübahisə elədik. Cibindən alma bıçağını çıxarıb vurdu".

M.Həsənov bildirib ki, Kamranı əsəbi uşaq kimi tanıyıb və hadisə vaxtı da əsəbi olaraq onu bıçaqlayıb: "Uşaqdır əsəbi olub. Mənim ondan şikayətim yoxdur. Hadisədir olub".

Məhkəmədə suallara cavab verən zərərçəkmiş hadisənin başqa bir səbəbdən baş verməsi ilə bağlı deyilənlərin doğru olmadığını söyləyib.

Zərərçəkmişin bu ifadəsindən sonra məhkəmədə hər kəsi təəccübləndirən hal baş verib. Belə ki, ötən prosesdə qonşusu Vüqarın onu zorlamaq istədiyini, etiraz etdikdə isə yaxınlarının ünvanına təhqirlər işlətdiyi üçün onu vurduğunu deyən Kamran bu dəfə fərqli fikirlər bildirib.

O, ötən məhkəmədə yalan danışdığını və yalnız qoşusunun dediklərinin həqiqət olduğunu söyləyib.

Hakim və dövlət ittihamçısı təqsirləndirilən şəxsə fikrini hansı səbəbdən dəyişməsi ilə bağlı suallar verib. K.İslamov sadəcə "mən yalan demişdim" deməklə kifayətlənib

Prosesin davamında təqsirləndirilən şəxsi atası Arif İslamov da dindirilib.

O da hadisənin baş vermə səbəbi kimi qonşusunun ona 50 manat borclu olmasını göstərib. Oğlunun əsəbi olduğunu deyən ata qonşusu ilə barışıq əldə etdiklərini deyib və məhkəmədən də Kamranı bağışlanmasını xahiş edib.

Arif İslamov oğlunun hadisədən cəmi 3 ay əvvəl əsgərlikdən qayıtdığını söyləyib.

Qeyd edək ki, ittihama görə, K.İslamov eyni qəsəbədə yaşadığı Murad Həsənovla görüşərək mübahisə edib. Buna səbəb isə Murad Həsənovun Kamran İslamovun atasına 50 manat borclu olması olub.

Hadisə ilə bağlı ittihamda yazılır ki, Kamran usta işləyən atasının 50 manatını Muraddan tələb edib. Amma Murad pulu verməkdən imtina edib və aralarında mübahisə yaranıb. Kamran cibində olan bıçaqla Murada zərbə endirərək oradan qaçıb.

Amma məhkəmədə bu ittiham elan edilərkən Kamran İslamov özününü qismən təqsirli bilmişdi. Söyləmişdi ki, Muradı bıçaqlamasına səbəb 50 manat olmayıb. O, istintaq zamanı müstəntiq tərəfindən belə bir səbəb yazıldığını demişdi. K.İslamov iddia edirdi ki, müstəntiq Murad Həsənovun ona qarşı etdiyi zorakılıq hərəkətini gizlətmək üçün belə bir ittiham yazıb.

K.İslamov istintaqda da ziddiyətli ifadələr verib. O, istintaqdakı ilk ifadəsində hadisənin əsas səbəbini başqa şəkildə danışıb.

K.İslamov həmin ifadəsində deyib ki, M.Həsənov ona zəng edərək görüşmək istəyib: "Murad Həsənov özü zəng edib məni görüşə çağırıb. Məqsədi isə onunla cinsi əlaqədə olmaq idi. Mən etiraz elədim. Dedi ki, "əgər istəmirsənsə, get ananı, bacını gətir". Cibimdə olan bıçağı çıxarıb onu vurdum".

K.İslamov istintaqda da ifadəsini dəyişib və hadisəyə səbəb 50 manata görə mübahisə olub.

Cinsi azlıq nümayəndəsi olduğunu etiraf edən K.İslamov M.Həsənovla görüşə getmək istəməsinin səbəbini belə izah etmişdi: "Əvvəlcə razı idim. Sonra fikrimi dəyişdim. Təkid elədi ki, onunla cinsi əlaqə olum. Şalvarı aşağı çəlkdim. Amma sonra fikrimi dəyişdim. Etiraz edəndə məni hədələdi və təhqir elədi".

O da məlum olub ki, K.İslamova qarşı bir neçə il əvvəl, azyaşlı olarkən seksual hərəkətlər edilib. Bununla bağlı cinayət işi açılıb. K.İslamov deyib ki, sonra həmin cinayət işi bağlanıb.

Qeyd edək ki, K.İslamov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağıamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir. Bu onun ilk məhkumluğudur.

Musavat.com
Xəzərdə itkin düşmüş hər iki balıqçının meyiti tapılıbNoyabrın 11-də Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlunun meyitləri Dövlət Neft Şirkətinin "Orion-25" gəmisi tərəfindən aşkarlanıb.

Avrasiya.net FHN-ə istinadən xəbər verir ki, F. Hüseynzadə və S. Qurbanovun meyitləri sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Tursaf İslam Ülkeleri Sağlık Turizmi ve 4. Olağan Çalıştayı Adana da gerçekleştiTürkiye Sağlık Turizmi Dernekleri Federasyonu (TURSAF) İslam Ülkeleri Sağlık Turizmi ve 4. Olağan Çalıştayı Adana'da gerçekleşti. Adana Valisi Mahmut Demirtaş, bir otelde düzenlenen çalıştayın açılışında yaptığı konuşmada, asırlardır çok şeyin değiştiğini ancak sağlık arayışının değişmediğini, bunun da sağlık turizmini geliştirdiğini söyledi. Türkiye'de son yıllarda sağlık alanında güzel gelişmeler olduğuna değinen Demirtaş, Türkiye'nin, Avrupa ve Ortadoğu'da bir çekim merkezi haline dönüştüğü dile getirdi.

Demirtaş, sağlıkta devrim niteliğinde adımlar atıldığını vurgulayarak şöyle devam etti: "Bu yatırımlardan şehrimiz de nasibini almıştır. Geçtiğimiz ay hizmet vermeye başlayan Adana Şehir Hastanesi bu zincirin halkalarından biridir. Adana, özel sağlık kurumları ve devlet hastanelerimizle bölge ve komşu ülkelere yakın stratejik konumunu en iyi şekilde değerlendirebilecek, sağlık turizmi potansiyelini katlayabilecek bir ildir. Katar'dan 6 Kasım tarihinden itibaren direkt uçuşların başlaması bizim açısından önemlidir. Bölgeye iki kent arasında kardeşlik ve turizm köprüsü kuracağız. Gerçekleşecek uçuşlarla Adana'nın hem ekonomisine hem de sağlık turizmine çok önemli katkılar sağlayacağız."

Sağlık turizminde 2023 hedefi

TURSAF Başkanı Tevfik Yazan da sağlık turizminde tedavi amacıyla 10 milyonu aşkın insanın seyahat ettiğini, sektörün geçen yıl itibariyle 100 milyar doları aştığını anlattı. Sağlık turizminin her ülke için stratejik önem taşıdığına işaret eden Yazan, şunları söyledi: "Özellikle de ülkemiz için önemli. Katma değeri yüksek bir sektör. Bu stratejik sektörden aldığımız payda sayı olarak dünyada ilk 5 ülke içerisindeyiz.

ABD, Almanya, Tayland, Hindistan ile beraber ilk beşin içerisindeyiz. Ama pastadan aldığımız paya baktığımızda oranlar bu şekilde değil. Cumhurbaşkanımızın önümüze koyduğu hedefler doğrultusunda 2023'te en az 2 milyon sağlık turizmi hastası ve en az 20 milyar dolar da gelir amaçlıyoruz." "Adana, Ortadoğu'nun sağlık üssü olacaktır" Adana Sağlık Turizmi Derneği Başkanı Halis Bayrak ise sağlık turizminin getirisinin normal turizme göre kimi zaman 10 kimi zaman da 50 kat daha fazla olduğunu aktardı.

Bayrak, sağlık turizminin Adana ve ülke için çok önemli noktada olduğuna dikkati çekerek "Adana, Ortadoğu'nun sağlık üssü olacaktır. Adana, komşuluk ilişkilerinden dolayı sağlık turizmi hastası almaktadır. Komşu ülkeler özellikle Suriye, Irak, İran, Kıbrıs, Azerbaycan, Kırgızistan, Türkmenistan, Özbekistan ile Avrupaülkelerinden de hasta almaktayız."dedi. Çalıştay ertesi günde de türkiyenin birçok kentinden gelen misafirlerin katılımıyla devam etti.