Sumqayıtda dəhşətli qətl: Qadının başını kəsdilər - VİDEOSumqayıtda 58 yaşlı qadın qətlə yetirilib. Hadisə ötən axşam şəhərin birləşmiş məhəllə ərazisində baş verib.

Mənzilə daxil olan şəxs və ya şəxslər əvvəlcə kəsici-deşici alətlərlə Nuridə Həsənovanın müxtəlif nahiyyələrinə zərbələr vurmaqla ona xüsusi işgəncə veriblər. Daha sonra isə başını kəsiblər.

Qadının meyitini həyat yoldaşı aşkar edib. Qətli törədən şəxs və ya şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırmalar aparlır.

Qətlə yetirilən Nuridə Həsənovanın Sumqayıtda mənzil istismar sahəsində çalışdığı bildirilir.
ABŞ-dan peşmərgəyə böyük yardım gəlirABŞ İraqın ərazi bütövlüyünün şətini qaldırdı: Peşmərgəyə böyük yardım gəlir!

ABŞ Konqresi 2018-ci ilin büdcə tarixində Peşmərgə qüvvələrinə hərbi yardımda "İraqın ərazi bütövlüyü" şətini aradan qaldırıb.
365 milyon dollarlıq hərbi yardımın şərtsiz olaraq Peşmərgə qüvvələrinə göndərilməsinə qərar verilib.

"ABŞ Konqresinin Peşmərgə qüvvələrinə kömək etmək üçün qoyduğu bu addım çox vacibdir və onların mövqeyini dəyişdirdiklərini göstərən bir göstəricidir".
Bakıda məşhur oteldə intim QALMAQALI: İranlı turist fahişəni döydüBakıda qadın İran vətəndaşı tərəfindən döyülməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.

Bu barədə Sputnik-Azərbaycana hüquq-mühafizə orqanlarından məlumat verilib.

1993-cü il təvəllüdlü Bakı sakini N.Q. bildirib ki, Xətai prospektindı yerləşən "Qorqud" hotelində gecə saat üçdə 1987-ci il təvəllüdlü İran vətəndaşı Əhməd Miqvaninin hücumuna məruz qalıb.

Araşdırma zamanı məlum olub ki, noyabrın 4-də Bakıya gələn iranlı turist gecə saatlarında hotelə fahişə çağırıb. Qadın ona intim xidmət göstərdikdən sonra, iranlı pul ödəməkdən imtina edib. Tərəflər arasında yaranan münaqişə zamanı turist qadını döyüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi araşdırma aparılır.
Şəkili qız oğlan tanışı ilə polisi aldatdı - Rəfiqəsinə görə... (FOTO)Şəki rayonunda evlərinə basqın olduğunu deyən qadının polisə yalan ifadə verdiyi məlum olub.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakini Məhəmməd Şirinov noyabrın 11-də Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin yaşadıqları evə basqın edərək bacısı Günəş Mikayılzadənin əllərini və ayaqlarını iplə bağladığını, onu öldürəcəyi ilə hədə-qorxu gəldiyini bildirib. Polis hadisə yerinə baxış keçirib və G.Mikayılzadənin əlləri və ayaqları bağlı vəziyyətdə tapıb. Faktla bağlı araşdırmalar başlanılıb.
G.Mikayılzadə istintaqa ifadəsində evlərinə basqına görə rəfiqəsindən şübhələndiyini bildirib. Lakin keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, hadisə quramadır, G.Mikayılzadə hadisəni tanışı Zabit Salmanovla qabaqcadan əlbir olaraq səhnələşdirib. Məqsəd isə rəfiqəsindən qisas almaq olub.
Bundan başqa istintaq zamanı o da məlum olub ki, G.Mikayılzadənin oktyabrın 15-də 1000 manatının və geyim əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib. O, həmin hadisədə də rəfiqəsini günahlandırıb.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanları araşdırma aparır.
Ermənistanın müdafiə naziri hərbi xidmətdə olmayıb — FOTO FAKTErməni deputat Nikol Paşinyan müdafiə naziri Viqen Sarkisyan haqqında hərbi komissarlığa məktub göndərib.

"Ölkə.Az" həmin məktuba hərbi komissarlığın cavabını oxuculara təqdim edir:

Ermənistan Respublikasının Milli Məclisinin deputatı Nikol Paşinyana

Hörmətli Nikol Paşinyan
Sizin 2017-ci il noyabr ayının 1 də № 98-050 nomrəli məktubunuza cavab olaraq bildiririk ki, ərazi hərbi komisarlığının sənədlərinə əsasən 10. 05. 1975-ci il təvvəlüdlü Vigen Aleksandr Sarksyana təhsilini davam etdirmək məqsədi ilə 2000-ci ilin payız çağrışına qədər möhlət verilmişdir. Cənab N. Paşinyan, diqqətinizə çatdırıram ki, ER Sillahlı Qüvvələrinin zabit heyyətinin xidmətə çağırılma qanunun 10 bəndinin “D” nöqtəsinə görə V. Sarksyan ali təhsil aldıqdan sonra hərbi peşəsinə sahib olmaq imkanı əldə etməsinə baxmayaraq, ərazi hərbi komissarlığı tərəfindən 17.10. 2000-ci ildə ehyiyyatda olan zabit kimi təxris edilib. 19. 10. 2000-ci ildə isə ER Müdafiə nazirinin müavinin № 5730 əmrinə görə V. Sarkisyana ehtiyyatda leytenant rütbəsi verilibdir.

Sonradan ER Müdafiə nazirinin müavinin 19. 10. 2000-ci № 5730 əmri ilə V. Sarkisyan 3 il müddətinə hərbi həqiqi xidmətə çağrılmış və ER Müdafiə nazirliyinin inzibati aparatında Təşkilati təmin etmə şöbəsində referent kimi xidmət etmişdir.

Hörmətlə
general-mayor H. Muradyan

Ermənistanın müdafiə naziri hərbi xidmətdə olmayıb — FOTO FAKT
Ermənistanın müdafiə naziri hərbi xidmətdə olmayıb — FOTO FAKT
Bacısını İranlı narkotacirlərdə girov qoydu - DTX ölkəyə narkotik gətirəni həbs etdi (FOTO)Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Babək Rzabala oğlunun öz bacısı Minayə Eyvazovanı İran vətəndaşları olan narkotacirlərdə girov qoyması və külli miqdarda narkotik vasitələri qaçaq yolla Azərbaycana keçirmək üçün qəbul etməsi barədə məlumat daxil olmuşdur.

DTX-dan verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda Astara rayonu Şəvqo kəndi istiqamətində qanunsuz keçərək, çəkisi külli miqdar təşkil edən 3 kiloqram 12,23 qram heroin və külli miqdarda metadon həblərini qaçaq yolla Azərbaycana keçirən Babək Eyvazov əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmışdır.

Babək Eyvazov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə dövlət sərhədini qanunsuz keçmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər faktlar üzrə məhkəmə qərarı ilə həbs edilmişdir.

Minayə Eyvazova Babək Eyvazovun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə ölkəyə qaytarılmışdır.
Hazırda araşdırmalar davam edir.
Azərbaycanlı model dünya şöhrətli brendin reklamı üçün SOYUNDU - VİDEOƏslən azərbaycanlı məşhur geyim markası "Calvin Klein"in reklam çarxında çəkilib.

Publika.az xəbər verir ki, sözügedən brendin bu il üçün yekun video roliki lentə alınıb. Azərbaycanlı model reklam çarxında idman alt geyimlərini nümayiş etdirib. Bu rolik
Nyu-Yorkda "Calvin Klein"in bütün satış şöbələrində yayımlanacaq.

Modelin sözlərinə görə, çəkiliş çox maraqlı keçib:

"Görüntülər açıq havada lentə alındı. Xüsusi ilə make-up ustası Lusi Luni qeyd eləmək istəyirəm. O, Avropadan təşrif buyurub. Hazırda "Style Fashion Week"lə çalışdığı üçün komandamızda əsas yerlərdən birini tuturdu. Hava şəraitini nəzərə alsaq, ən çox yük onun üzərinə düşürdü.

Hazırda brendin siması məşhur amerikalı aktyor Ceyk Qillenhaldırş Növbəti ildə "Calvin Klein"dən gələcək təklifi məmuniyyətlə qəbul etmək barədə düşünürəm” .
21 yaşlı qız ona təcavüz edən atasını öldürdü, qandonduran həqiqət ÜZƏ ÇIXDI - FOTO“Atam narkotik çəkib, gecələr mənə təcavüz edirdi. Özümü qorumaq üçün atəş açdım”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Bursa şəhərində anasını döydüyünə görə atasını öldürən 21 yaşlı qız ifadəsində deyib.

Hadisə dünən axşam saatlarında baş verib. 40 yaşlı Kamal K. həyat yoldaşı G.K.-nı saçından tutub sürüyüb, sonra da başını qaz sobasına və divana çırpıb. Qızı Dilarə K. ona mane olmaq istəyəndə Kamal K. söyüş söyüb və bıçaqla arvadının üstünə hücum edib. Bu zaman atasının silahını götürən qız atəş açıb. Açılan atəş nəticəsində iki güllə yarası alan kişi hadisə yerindəcə ölüb. Dilarə K. isə polisə təslim olub.

O, ifadəsində atasının narkotik istifadəçisi olduğunu deyib:

“Atam narkotikdən asılı halda idi. Bəzən mənə təcavüz edirdi. Hadisə gecəsi də bronxit xəstəsi olan anamı döydü, onu öldürəcəyini deyirdi. Qorxumdan silahı götürdüm.

Onu qorxutmaq üçün atəş açdım”.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sarayda ŞOK OLAY: 25 yaşlı oğlan 9 yaşlı uşaqla dəfələrlə cinsi əlaqəyə girdi və...Abşeronda 9 yaşlı oğlan uşağına qarşı seksual xarekterli hərəkətlər törətməkdə və uşaqbazlıqda təqsirləndirilən 1992-ci il təvəllüdlü Seyfəddin Əfəndiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Publuka.az xəbər verir ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində baş verib. 25 yaşlı Seyfənddin Əfəndiyev qonşuluqda olan 9 yaşlı Samir Babayevə (ad və soyad şərti verilib – red.) zorla həyətlərində olan tövləyə salıb.

Azyaşlıya zorakılıq

Seyfəddin tövlədə Samirə zorakılıq göstərərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib. Bu zaman 9 yaşlı oğlan ona etiraz edib.
Lakin Seyfəddin güc nümayiş etdirərək, Samiri döyüb və daha sonra əli ilə onun ağızını tutub və paltarını soyunaraq Samirlə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Hədə-qorxu

Daha sonra Seyfəddin Samirə hədə-qorxu gələrək, bu barədə heç kimə deməməsini tapşırıb. O, azyaşlıya deyib ki, bu barədə kimsəyə desə, onu və valideynlərini öldürəcək. Azyaşlıda Seyfəddinin qorxusundan başına açılan oyunla bağlı heç kimə bir söz deməyib.

Azyaşlının susmasından istifadə edən Seyfəddin yenə də onunla cinsi əlaqədə olmaq qərarına gəlib. Növbəti gün küçədə rastlaşıdığı Samiri Saray qəsəbəsinin kənarında olan kimsəsiz bir yerə gətirib.

Kimsəsiz yerdə cinsi əlaqə

Orada seyfəddin yenə də Samirlə cinsi əlaqədə olmaq istəyib. Həmin vaxt Samir Seyfəddinlə cinsi əlaqəyə girməkdən imtina edib. Seyfəddin Samirinin onun təklifindən imtina etməsindən əsəbləşib və onu döyüb.

Daha sonra Seyfəddin Samirin şalvarını zorla çıxararaq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Seyfəddin cinsi əlaqədə olandan sonra Samirə yeni də eyni tələblə hədə-qorxu gəlməyə başlayıb.

Seksual hərəkət

Samir yenə də Seyfəddindən qorxduğu üçün onun hərəkətləri barədə nə valideynlərinə, nə də başqa bir kimsəyə danışıb.

Samirinin susmasından istifadə edən Seyfəddin iki gün sonra yenidən onunla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb.
Seyfəddinin davamlı olaraq seksual xarakterli hərəkətlər etməsini görən Samir bu hərəkətlərini anasına danışıb. Şoka düşən azyaşlının anası polisə şikayət edib. Şikayət əsasında Seyfəddin həbs edilib.

Cinayət işi

Seyfəddin Əfəndiyev Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xaraketli hərəkətlər, təqsirkar şəxs üçün aşkar sürətdə 14 yaşına çatmayan şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilib.

Onun barəsində olan cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Tamella Nəsrullayevin sədrliyilə baş tutan iclaslarda araşdırılıb.

Peşmançılıq və 11 il cəza

Məhkəmədə ifadə verən Seyfəddin Əfəndiyev törətdiyi cinayəti etiraf edib. O, əməlindən peşman olduğunu, bağışlanmasını istəyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan azyaşlı – Samir Babayev ifadəsində başına açılan oyundan danışıb. O, Seyfəddinin hədə-qorxularına məruz qaldığını, onun tərəfindən zorlandığını deyib.

Məhkəmə cinayət işi üzrə şahidləri dinləyib, işdə olan sənədləri tədqiq edəndən sonra hökm elan olunub. Hökmə əsasən, Seyfəddin Əfəndiyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xəzərdə iki balıqçı itkin düşdüBakı şəhərinin Pirallahı rayonu ərazisində iki balıqçı itkin düşüb.

FHN-dən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, bu gün səhər saatlarında Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxıan Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlu geri qayıtmayıblar.

Yaxınlarının verdiyi məlumata əsasən, onların olduğu qayıq çevrilmiş vəziyyətdə dənizdə aşkarlanaraq sahilə çıxarılıb. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xəzər Hövzə Qəza-xilasetmə Xidməti və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.