Müsəlman ata oğlunun qatilini bağışladıABŞ-ın Kentuki əyalətində öldürülən pizza kuryeri Salahuddin Jitmoundun atası məhkəmə zalında oğlunun qatilini bağışladığını açıqlayıb.

22 yaşlı mərhumun atası tutulan şəxsə sarılıb və İslamın ruhuna uyğun davranaraq gözyaşları içində bu sözləri deyib:
“İslam haqsızlığa uğrayan bunu etmədiyi müddət ərzində Allahının günahkarı bağışlamayacağını deyib. Səni yox, səni bu işə sövq edən və günahı etməyə səbəb olan şeytanı günahlandırıram. Günahın yoxdur, səni bağışlayıram. Allaha inan. O, hər şeyi görür və ədaləti hər zaman bərqərar edir”.
Məhkəmədə baş verən duyğusal anlardan sonra hakim məhkəmə iclasına qısa bir müddət ara verib. Cinayətkar və onun anası bu sözlərdən sonra ölən uşağın atasından üzr istəyib.
Qeyd edək ki, Jitmout gecə son təslimini etməyə gedərkən öldürülmüşdü.
Beş qat dünya çempionumuz Los Ancelesdə döyüşəcək - FOTO/VİDEO77 kq çəki dərəcəsində peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu, Qəbələ idman klubunun üzvü, əməkdar idman ustası Kobra ləqəbi ilə tanınan Pərviz Abdullayev sabah ABŞ-ın Los Anceles şəhərində keçirilən ACB KB 12 çempionatında iştirak edəcək.

Publika.az xəbər verir ki, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu olan idmançımız noyabrın 11-də nüfuzlu ACB KB-12 turniri çərçivəsində qüvvəsini sınayacaq. Həmyerlimiz əslən hollandiyalı olan və ABŞ-ı təmsil edən Qodvin Afriyie ilə döyüşərək vətənimizi təmsil edəcək.

Kobranın Meneceri Faiq Abdullayevin verdiyi məlumata görə, Qodvin Afriyie Amerikanın kikboks favoritlərindəndir. Lakin Pərviz bir neçə aydır məşqlərə çox ciddi hazırlaşıb. O, yarış öncəsi artıq öz peşəkar davranışı və titulları ilə amerika mediasının diqqətini özünə çəkə bilib.

ACB KB-12-yə Bakı vaxtı ilə səhər saat 6:00-da start veriləcək.
Bakıda çoxmərtəbəli bina yanırBakıda çoxmərtəbəli bina yanır.

Paytaxtın 7-ci mikrorayon yaşayış məntəqəsində, Fərman Məlikov küçəsindəki 17 mərtəbəli binada yanğın baş verib. Bu barədə Trend məlumat yayıb.

Şahidlərin sözlərinə görə, yanğın bütün binanı əhatə edib.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çalışır.
Prodüseri müğənninin pulunu və maşınını qaçırıb - FotoBakıda müğənni Mehrim Məmmədovanın evindən oğurluq olub.

Bu barədə RePost.Az saytına müğənni özü məlumat verib.

O bildirib ki, oğurluq edən şəxs onun prodüseri kimi işləyən Mehtiyeva Tamella Rövşən qızıdır. Müğənninin sözlərinə əsasən, prodüseri onun 3 min AZN pulunu oğurlayaraq 90 LR 250 dövlət nömrə nişanlı ağ rəngli “Volkswagen” markalı avtomobili ilə Qazaxa qaçıb.

Hadisə barədə polisə də məlumat verilib. Polisdə T. Mehtiyevanın bir müddət öncə kirayədə qaldığı İrina adlı qadının evini də oğurluq etdiyi məlum olub. Hazırda iş Nərimanov rayon məhkəməsində araşdırılır.
Prodüseri müğənninin pulunu və maşınını qaçırıb - Foto
Şikayətçilər küçədə Eldar Mahmudovun üstünə yeridiİllərdir sabiq milli təhlükəsizlik nazirindən şikayətçi olan Yasamal rayon sakinləri Sevda Süleymanova və Elmidar İsmayılov bu gün Baş Prokurorluğun qarşısında Eldar Mahmudovla qarşılaşıblar.

Bu barədə Cebhe.info-ya Sevda Süleymanova özü məlumat verib. Onun sözlərinə görə, Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib çıxdığı vaxt küçədə qarşılaşıblar. Keçmiş MTN-nin qurbanına çevrilmiş şikayətçilər məsələlərində günahkar bildikləri keçmiş nazirin üzərinə gediblər:

"Eldar Mahmudovu görüb dedim ki, izahat vermək asandırmı? Keyf etdinmi? Necədir? Başını aşağı salıb mühafizəçisi və sürücüsü ilə 90 KU * nömrəli BMW markalı qara avtomobilə minib getdi. Eldar Mahmudov bundan sonra da bilmirəm nə qədər yaşayacaq. Amma nə yaşadığı illərdə, nə də bundan sonra belə bir epizod görməyib. Əminəm ki, bu epizod onun həyatında iz buraxacaq”.

Xatırladaq ki, Sevda Süleymanovanın həyat yoldaşı Qüvvətəli Süleymanov ərinin keçmiş MTN-nin sabiq naziri Eldar Mahmudovun sağ əli Akif Mustafayevin sifarişilə 21.10. 2013-cü il tarixində qeyri-qanuni həbs olunubr. Qadının iddiasına görə, sifarişin məqsədi yoldaşının "AFİNA” MMC və "OMAKS” MTK-ya qoyduğu təqribən 8 milyon manat pulunu və 6 mənzilini əlindən almaq olub.

Digər şikayətçi Yasamal rayon sakini Elmidar İsmayilov və onun ailəsi keçmiş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının qurbanına çevrilib. İsmayılovlar ailəsi 3 ildir ki, çarəsiz durumda qalıb. Haqlarını tələb etdiklərinə görə isə ona və ailəsinə qarşı təzyiqlərin ardı-arası kəsilmir. Üz tutmadıqları, müraciət etmədikləri dövlət qurumu qalmayıb.
"Kriminal avtoritetləri təbliğ etmək ziyandır" - BAXCP yetkilisindən açıqlamaMətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə "Mediada kriminal hadisələrin işıqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MŞ sədri Əflatun Amaşov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, media rəhbərləri iştirak edib.

Sosial şəbəkələrdə və mətbuatda kriminal mövzunun yayılmasının kəskin əleydarlarından olan BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bu barədə açıqlama verib.

O bildirib ki, bu günki keçirilən tədbir çox əhəmiyyətli və vacibdir : "Çox təşəkkür edirəm ki, bu sahəyə rəhbərlik etmiş insanların iştirakı ilə dəyirmi masa keçirilib. Bu, mövzu son dərəcə cəmiyyət üçün aktualdır. Siz junralistlərdə şahidsiniz ki, uzun müddətdir, sosial şəbəkələrdə, mətbautda bununla bağlı çıxışlar etmişəm və xüsusən mediayanın kirminal avtoritetlərlə bağlı ardıcıl informasiyaların yayılmasının gənc nəslinin psixologiyasında mənfi təsir etidyini bildirmişəm. Son illərdə cəmiyyətdən aldığın informasıyalarda onu da deməyə əsas verirdi ki, gənclər bu zərrərli vərdişlərə meyillənirdi. Bəzən medianın oxucu maraqlarını başa düşürəm və təbii ki, inoformasiyanın yayılma marağı var. Ancaq bunun ziyanı tərəfini də hörmətli media rəhbərləri və rəsmi qurumlar da müzakirə ediblər. Haqlıdırlar ki, bu məsələdə ehtiyatlı davranılmalıdır. Və cəmiyyətə ziyan vura biləcək prosesin qarşısı vaxtında alınmalıdır.”
İki tələbə qız bakirəliyini satışa çıxardı - 20 avroya - FOTOLARHollandiyada iki tələbə qız bakirəliyini satışa çıxarıb.

Qızların məqsədi təhsil xərcini ödəməkdir. Qızlara verilən ilk məbləğ isə 20 min avrodur.

Ötən həftə İngiltərədə də 26 yaşlı qız bakirəliyini hərraca çıxarmışdı. Hollandiyada isə Lola və Monika adlı 18 və 20 yaşlı ikitələbə qız bir internet səhifəsində bakirəliklərini elan verərək satışa çıxarıblar. Bakirəliklərini həkim sənədi ilə təsdiq edən qızlara 20 min avro təklif edilib.

Lola pulu təhsil və ailəsinin borclarına xərcləyəcəyini bildirib. Monika isə qazanacağı pul ilə təhsil xərclərini ödəməyi planlaşdırdığını bildirib.
olke.az
Qubada aprel döyüşlərinə həsr olunmuş sərgi keçirilib Quba şəhərində 2016-cı ilin aprel döyüşlərinə və şəhidlərin xatirəsinə həsr olunmuş istedadlı gənclərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin “Aprel döyüşləri qələbəmizin ilk carçısıdır!” adlı layihə çərçivəsində baş tutan sərginin rəsmi hissəsində çıxış edən layihə rəhbəri Ramin Mahmudov aprel döyüşlərinin əhəmiyyətindən danışıb, azad olunmuş ərazilərimiz haqqında məlumat verib. Hərbiçilərimizin bu döyüşlərdə qəhrəmanlıqlarını qeyd edən natiq şəhidlərimizin daim qəlblərimizdə yaşadığını bildirib. Bu kimi tədbirlərin təşkilinin də əsas məqsədinin yetişməkdə olan gənc nəslə həmin qəhrəmanlarımızı tanıtmaq, onların şərəfli həyat yolunu təbliğ etmək, şəhidlərin ruhunu daim əziz tutmaq olduğunu bildirib. Natiq eyni zamanda müsabiqəyə rayonun müxtəlif məktəblərində təhsil alan 80 nəfər yeniyetmə və gəncin 120-dən artıq əl işinin təqdim edildiyini, münsiflər heyyəti tərəfindən 70 əl işinin sərgidə nümayişinə qərar verildiyini nəzərə çatdırıb.

Tədbirdə çıxış edənlər Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, Quba rayon Uşaq İncəsənət Məktəbinin direktoru Mirkazım Cəfərov, Quba Uşaq İncəsənət Məktəbinin rəssamlıq bölməsinin rəhbəri, müəllim Sadıq Məmmədov şəhidlərin xatirəsinə həsr olunan sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib, vətənpərvərlik hislərinin yüksəldilməsində bu kimi təbliğata daim ehtiyac olduğunu qeyd etmişlər.

Rəsmi hissə başa çatdıqdan sonra iştirakçılar gənc istedadların nümayiş olunan əl işləri ilə tanış olublar.
Yekunda rəsm müsabiqəsinin qalib və mükafatçılarına təşkilatçılar tərəfindən diplomlar, bütün iştirakçılara sertifikatlar, eləcə də layihə çərçivəsində hazırlanmış xüsusi kitabça və bukletlər təqdim edilib.

Qeyd edək ki, 3 ay davam edən layihə çərçivəsində aprel döyüşləri şəhidlərinin xatirəsinə Xaçmaz rayonunda kikboksinq, Qusar və Şabran rayonlarında cüdo, Xızı rayonunda sərbəst güləş və Quba rayonunda isə atıcılıq turnirləri keçirilib.
Qubada aprel döyüşlərinə həsr olunmuş sərgi keçirilib
Qubada aprel döyüşlərinə həsr olunmuş sərgi keçirilib
Qubada aprel döyüşlərinə həsr olunmuş sərgi keçirilib






Kürd nazir İngiltərəyə qaçdıİraq Kürd Muxtariyyətinin Energetika naziri Aşti Xavrami İngiltərəyə qaçıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İraq mətbuatı yayıb. Mətbuat Xavraminin Ərbili muxtariyyətdə müstəqillik referendumunun keçirilməsindən dərhal sonra tərk edib. Hələlik muxtariyyətin rəsmi nümayəndələri bu informasiyanı təsdiq etməyiblər.

Qeyd edək ki, Xavrami 2006-cı ildən muxtariyyətin energetika naziri vəzifəsini tutur.
“Anam başqa kişiylə qaçdı, atam intihar etdi” - Təqsirləndirilən şəxsÇayxanada qətl törətməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1992-ci il təvəllüdlü Sadiq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az xəbər verir ki, Sadiq Məmmədov 11 avqust 2016-ci il tarixdə, günorta saatlarında Yevlax şəhəri Q.Quliyev küçəsində yerləşən və əvvəllər ofisiant kimi işlədiyi "Şahin” adı ilə fəaliyyət göstərən çayxanaya gəlib.

Söyüşlü zarafat

Sadiq çayxanada dostları İntiqam Məmmədov və İlkin Ağakişiyevlə çay içib. Həmin vaxt Sadiq dostlarının yanında zarafatla söyüş söyüb.

Bu zaman çayxanada olan digər şəxslər və çayxananın sahibi Valeh Musayev Sadiqə özündən böyüklərin yanında söyüş söyməsinə görə iradını bildirib. Valeh dostlarının yanında Sadiqə "şərəfsiz” deyib, ondan çayxananı tərk etməsini tələb edib.

Təhqir və üzr istəmə tələbi

Sadiq dostları – İntiqam və İlkinin yanında onun ünvanına təhqiramiz, nalayiq sözlər işlətməsilə əlaqədar Valehdən qisas almaq niyyətinə düşüb. O, bu məqsədlə Valehi öldürmək qərarına gəlib.

Sadiq 12 avqust 2016-ci ildə, saat 17.30-da yaşadığı evin mətbəxindən götürdüyü bıçaqla Valehin işlətdiyi kafeyə gəlib. O, bir gün əvvəl dostlarının yanında onu və ailə üzvlərini nalayiq sözlərlə təhqir edərək alçaltmasına görə Valehdən üzr istəməsini tələb edib.

Qətl

Lakin Valeh onun və valideynlərinin ünvanına yenidən nalayiq söyüşlər söyüb. Bu zaman Sadiq üzərində gəzdirdiyi bıçaqla Valehin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. 16 bıçaq xəsarəti alan Valeh hadisə yerində ölüb.

Sadiq Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə ittiham edilib. Cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

"Anam başqa kişiylə qaçdı, atam intihar etdi”

Təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq Məmmədov bildirib ki, atası Cəlil Məmmədov 1988-ci ildə Füzuli rayonundan olan Vəsilə Məmmədova ilə ailə həyatı qurub: "Ailədə iki uşağıq. Mən və bacım Fərqanəni bibim Almaz boya-başa çatdırıb. Mən və bacım dünyaya gəldikdən bir qədər sonra, yəni 1994-cü ildə anam başqa kişiyə qoşularaq qaçıb, atam da bununla əlaqədar özünü asaraq intihar edib”.

Sadiq Məmmədovun sözlərinə görə, avqustun 11-də, günorta saatlarında əvvəllər işlədiyi Valehin çayxanasında sinif yoldaşı İlkin, dostu İntiqam və həmin kafedə işləyən İbrahimlə çay içib: "Sinif yoldaşım və dostlarımla münasibətim yaxın olduğu üçün aramızda söyüş zarafatı etdik. Bu zaman çayxanada oturan tanımadığım yaşlı kişi mənə "ə heyvan, nə söyüş söyürsən” dedi. Həmin yaşlı kişiyə "ağsaqqal, burada hər kəs söyüşlə zarafat edir” ifadəsini işlətdim. Həmin kişi məni vurmaq istədi. Lakin sonradan fikrini dəyişərək geri qayıtdı. Bundan sonra çayxananın sahibi Valeh üzərimə gəldi, məni təhqir etməyə başladı. Valeh mənə "şəxsiyyətsiz” dedi və bildirdi ki, axşam saat 12-də burada olarsan, söhbətimizi edərik, səni vuraram”.

"Üzr istəməsini tələb etdim”

Sadiq Məmmədov Valehin həmişə üzərində bıçaq gəzdirdiyi bildiyini deyib: "Bunun üçün avqustun 12-də, saat 17.30-da ehtiyat üçün evdən mətbəx bıçağını götürərək Valehin çayxanasına gəldim. Valehdən ötən gün məni təhqir etməsinin səbəbini soruşdum. Ona "dünən axşam demişdin ki, gələrsən söhbətimizi edərik”, deyə bildirdim. Valehdən üzr istəməsini tələb etdim. Valeh heç bir söz demədi. Həmin vaxt Valehin köməkçisi İbrahim də orada idi. Valeh əsəbi şəkildə İbrahimi içəri otağa keçməyə məcbur etdi. İbrahim də arxa otağa keçmdi. Mən isə həmin vaxt çayxanadan çıxdım. Oradan uzaqlaşarkən Valeh ardımca valdeynlərimin ünvanına və "varyoxuma” söyüşlər söyməyə başladı. Buna görə də çayxanaya yenidən daxil oldum”.

"Dəfələrlə bıçaq zərbələri vurdum”

Təqsirləndirilən şəxs bildirib ki, həmin vaxt Valehin cibindən bıçaq çıxarmağa hazırlaşdığını görüb: "Valehdən cəld hərəkət etdim. Valeh cibindən çıxardığı qatlanan bıçağı açana qədər üzərimdə gəzdirdiyim mətbəx bıçağı ilə onun arxadan bel nahiyəsindən vurdum. Sonra Valeh yenə də əlindəki qatlanan bıçağı açmaq istəsə də, müqaviməti olmadığı üçün aça bilmədi. Valehin bıçağı açmasından qorxduğum üçün yenə onun qarın nahiyəsindən vurdum. Onun qarın nahiyəsindən qan axdığını gördüm. Bıçaq qana bulaşdığı üçün əlim sürüşdü və bıçaq sağ əlimin orta barmaqlarını kəsdi. Buna baxmayaraq Valehə dəfələrlə bıçaq zərbələri vurdum”.

"Məqsədim öldürmək olub”

Sadiq Məmmədov qeyd edib ki, Valeh onun ailə üzvlərini təhqir etdiyinə görə çox əsəbiləşib və acığını çıxmaq, özünü sakitləşdirmək üçün Valehə çoxsaylı bıçaq xəsarətləri yetirib: "Valehin həmin vaxt ayaq üstə qalmağa taqəti çatmadı və yerə yıxıldı. Valeh yerdə olarkən kürək nahiyəsindən bir neçə dəfə yumruqla vurdum və çölə çıxdım. Valehi bıçaqla vurmaqda məqsədim onu öldürmək olub. Səbəbi isə Valehin məni təhqir etməsi, valideynlərimin ünvanına nalayiq söyüşlər söyməsidir”.

"Qardaşımın qatilindən şikayətçiyəm”

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən İsmayıl Musayev bildirib ki, Sadiqi qardaşı Valehin işlətdiyi kafedə 2016-cı ilin iyun-iyul aylarında köməkçi işləyərkən tanıyıb: "Avqustun 12-də saat 16-17 radələrində İbrahim zəng edərək Valehin vurulduğunu və vəziyyətinin ağır olduğu üçün xəstəxanaya aparmaq üçün təcili yardımn çağırdıqlarını bildirdi. Hadisə baş verən yerə getdim, orada qardaşım Valehi qan içində yerə uzanmış vəziyyətdə gördüm. Bundan sonra təcili tibbi yardım maşını gəldi və xəstəxanaya apardılar. Avqustun 13-də Velehi dəfn etdik. Konkret nə səbəbə Sadiqin Valehi öldürdüyünü bilmirəm. Qardaşımın qatilindən şikayətçiyəm”.

17 il 6 ay cəza

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadiq Məmmədov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sadiq Məmmədov apelyasiya şikayəti verib.

O, barəsində olan hökmün ləğv edilməsini, daha yüngül cəza verilməsini xahiş edib. Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayəti hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Sadiq Məmmədovun şikayəti təmin edilməyib.