İcra nümayəndəsi və fermer şəhid övladının pulunu mənimsəyib - FOTOZərdab rayonu Məlikumudlu kənd sakini şəhid övladı Zərbəliyev Cahid Zabit oğlu Avrasiya.net-ə müraciət edərək Zərdab rayonu Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzov və fermer Abdullayev Bəhram Şahlar oğlu tərəfindən haqqının tapdandığını bildirib.

Müraciəti olduğu kimi təqdim edirik:

Mənim atam Zərbəliyev Zabit Kamil oğlu polis serjantı işləyib.1992-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.Atam şəhid olanda mənim 2 yaşım var idi. İndi isə traktor sürüb ailəmi əlimin zəhməti ilə dolandırıam. Ancaq halal zəhmət haqqımı ala biımədiyim üçün mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət etməyi qərara aldım.

Belə ki, Zərdab rayonu Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovun tapşırığı ilə fermer Abdullayev Bəhram Şahlar oğluna məxsus 10 hektar torpaq sahəsini şumlayıb bir neçə dəfə malalamışam. Buna görə danışdığımız kimi 600 manat zəhmət haqqımı vermək istəmirlər.Bu ilin aprel ayı tarixindən məni sabah-sabah deyə-deyə aldadıb süründürməçiliyə məruz qoyub pulumu vermək istəmirlər.Mən bu barədə Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudovanın qəbulunda olub şikayət etsəmdə heç bir tədbir görmədilər. Ailəmiz külfətdən ibarətdir gözümüzü tikdiyimiz tək həmin traktordan gələn gəlirdi ki, bunuda Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovla, keçmiş polis əməkdaşı fermer Bəhram Abdullyev vermək istəmirlər.

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirəm şəhid ailəsini aldadıb zəhmət haqqısını mənimsəyib verməyən Zərdab rayon Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovun və fermer Bəhram Abdullyevin barəsində tədbirlər görəsiniz.Onların maddi imkanları çox geniş olsada şəhid ailəsinin pulunu mənimsəməyi üstün tuturlar. Şəhid ailəsinin işlədib aldadıb zəhmət haqqısını mənimsəyən şəxsdən dövlət qulluqçusu olmaz. Xahiş edirəm bizə köməklik edin.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
“Ona görə öldürdüm ki...” - Qardaşını edam edən İŞİD-çidən ŞOK İFADƏ - FOTOLARŞimali İraqda İŞİD terror təşkilatına qarşı çıxdığı üçün böyük qardaşını edam edən Abdulxaliq Abdulqadir Əlinin ilk ifadəsi məlum olub.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, İŞİD terrorçusu qardaşını qruplaşmaya bağlılığını sübut etmək məqsədiylə öldürdüyünü deyib.
2016-cı ildə qardaşını öldürən Abdulxaliq Abdulqadir Əli dünən Türkiyənin Kayseri şəhərində tutulub. İraq əsilli terrorçu qardaşı Abdurrahmanın başından atəş açaraq öldürmüşdü və görüntüləri videoya çəkdirərək internetə yerləşdirmişdi.

Gizli yollarla Türkiyəyə keçən Abdulxaliq Abdulqadir Əli edam hökmünü icra etmiş və internetdə videosu yayılmış ilk İŞİD üzvüdür ki, sağ ələ keçirilir.

Terrorçunun sözlərinə görə, özündən bir yaş böyük qardaşı Abdulkadir Əbdürrəhman İraqda polis vəzifəsində idi. Əbdürrəhman İŞİD-ə qarşı çıxdığı üçün terror qruplaşması tərəfindən barəsində ölüm hökmü verilir. Onun öldürülməsi barədə əmr isə İŞİD-ə sədaqətinin sübut etməsi üçün kiçik qardaşı Abdulxaliq Abdulqadir Əliyə verilir. Abdulqadir Əli isə İŞİD-ə sədaqətini sübut etmək üçün ona verilən əmri yerinə yetirir.

Məlumata görə, kəşfiyyat işləri nəticəsində onun təxminən 20 gün əvvəl qeyri-qanuni yollarla Suriya üzərindən Hataya daxil olduğu müəyyən edilib. Kayseridə tutulan terrorçunun həyat yoldaşı və 2 uşağının da təxminən 2 ay əvvəl şəhərə gətirildiyi məlum olub.

Hazırda Əlinin digər İŞİD üzvləri ilə əlaqələri araşdırılır.
“Ona görə öldürdüm ki...” - Qardaşını edam edən İŞİD-çidən ŞOK İFADƏ - FOTOLAR
Rusiyadan xəbərdarlıq: Dünyada yeni münaqişə yaranacaqSuriya böhranı, demək olar ki, bitib. ABŞ-ın yeni silahlı münaqişələrə ehtiyacı var. Xüsusilə də Rusiya sərhədlərində...

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin rəhbəri Viktor Bondarev ABŞ Konqresinin təsdiq etdiyi yeni büdcə layihəsi ilə bağlı açıqlamasında deyib.

“Bu büdcə artırılmasına eynilə qarşılıq verə bilmərik. Yəni büdcəmizi artırmayacağıq. Bizim büdcəmiz müdafiə ehtiyacımızı tam olaraq qarşılayır. ABŞ-ın zəifləyən dolların axınını təmin etmək üçün yeni “teatr səhnələri”nə ehtiyacı var”, - Bondarev qeyd edib.

Qeyd edək ki, Konqresin təsdiq etdiyi büdcə layihəsinə görə, Avropada Rusiya təcavüzkarlığının qarşısını almaq üçün 4.6 milyard dollar ayrılacaq.
İcra nümayəndəsi ilə icra başçısının qardaşı oğlu qəzaya düşdüNəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri Ağsu rayon İcra Hakimiyyəti başçısının qardaşı oğludur.

Apa xəbər verir ki, iki "Vaz" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar “VAZ 21015”in sürücüsü Cavid Novruzov, sərnişini, 1984-cü il təvəllüdlü Comərdov Vüsal Çingiz oğlu, “VAZ 2107”nin sürücüsü Fərəc İsgəndərzadə və sərnişini, Ağsunun Pirhəsənli kənd sakini, Seyidəliyev Faqil Mirfazil oğludur. Onlar Şamaxı və Ağsu rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.

Qeyd edək ki, Fərəc İsgəndərzadə Ağsu rayon İcra Hakimiyyətinin Qaraqoyunlu kəndi üzrə icra nümayəndəsi, Faqil Seyidəliyev isə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qardaşı oğludur.

"Qarabağ" - "Çelsi" matçına 45 min bilet satılıb“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyun üçün nəzərdə tutulan 67200 biletin 50 faizindən çoxu satılıb.

Artıq 45 min bilet azarkeşlər tərəfindən alınıb.

Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.
2 rayonun rəisi dəyişdirildiSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə və Zaqatala rayon şöbələrinə yeni rəislər təyin edilib.

Report-un məlumatına görə, bununla bağlı Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, xidmətin Bərdə rayon şöbəsinin rəisi polkovnik-leytenant Mətləb Murquzov tutduğu vəzifədən azad edilərək, Zaqatala rayon şöbəsinin rəisi, Zaqatala rayon şöbəsinin rəisi polkovnik-leytenant Ramil İsmayılov tutduğu vəzifədən azad edilərək, Bərdə rayon şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Dələduzluqla üzləşən jurnalistdən Vilayət Eyvazova — MəktubANS və Space TV-nin keçmiş əməkdaşı, tanınmış aparıcı Tünzalə Rafiqqızı dələduzlar tərəfindən aldadılıb və bununla bağlı polisə müraciət etsə də, heç bir nəticə əldə etməyib.
Xanım aparıcı polis tərəfindən dələduzlara qarşı heç bir tədbir görülmədiyi gördüyü üçün Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazova açıq məktub yazıb.

"Ölkə.Az" həmin məktubu sizə təqdim edir:

"Çox hörmətli Vilayət müəllim. Bu məktubu sizə yazdığım zaman nə qədər əziyyət çəkdiyimi (mənəvi, maddi) kaş biləydiniz. Bir qadın, ana olaraq hüquqlarım sözün hər mənasında tapdalanıb. Polis bölməsinə və idarələrə gedib verdiyim şikayətlərə isə baxılmır.

Bakıda dələduz şəbəkəsi açan və bu vaxta qədər eyni əməllə məşğul olan bir şəxs tərəfindən aldadılmışam. Özunü müxtəlif yerlərin, dövlət orqanlarının məsul işçisi kimi tanidan Atəş Məhərrəmov üç aydır məndən dələduzluq yolu ilə 600 manat alıb və aldadıb. Özünü Daxili İşlər Nazirliyinin cinayət axtarış şöbəsinin əməkdaşı kimi təqdim edən bu şəxs, güya Asan Xidmətdə DİN- i təmsil etdiyini deyərək mənim 25 sentyabrda facebookda yazdığım rentecarla bağlı elanımı görən kimi dərhal mənə mesaj yazdı.
600 manat müqabilində ofislərinə gədib müqavilə bağladıqdan sonra maşını götürə biləcəyimi dedi. Gedib görüşdüm, pulu verdim. Vacib işinin olduğunu deyərək, mənə sabah görüşməyi təklif etdi. Bundan sonra telefonlarıma cavab vermədi.

Bir müddətdən sonra dövlət tədbirlərinə başı qarışdığını, daha sonra isə borca düşdüyündən işə gedə bilmədiyini dedi. Daha sonra öyrəndim ki, Atəş Məhərrəmov adlı şəxs Asan Xidmətdə işləmir və DİN -i təmsil edənlər arasında onun adı yoxdur. Bundan sonra aldandığımı bildim və polisə müraciət etdim. Atəş kimi dələduzdan çəkdiyim az imiş artıq bir neçə aydır mən hüquq mühafizə orqanlarının əməkdaşlarının süründürməçiliyindən narahatam. Himayəmdə olan 10 yaşlı qızımla azı 4 dəfə Suraxanı rayon 30-cu PB-də olmuşam. Rəis, rəis müavini sözün əsil mənasında məni dolayıblar. "Narahat olmayın , düzələcək xanım "sözlərini təkrar- təkrar eşitməkdən mən yorulsam da onlar deyəsən bundan heç narahat deyillər. Polisə yuxarıda adı hallanan şəxsin telefon nömrəsini də vermişəm. Heç bir tədbir görülmür. Suraxanı rayon polis idarəsində də olmuşam. Şəxsən rəis müavini Cavanşir müəllimin qəbulunda oldum. Məni dinlədikdən sonra "darixmayın" sözünü o da dedi. Qeyd edim ki, bu barədə DİN -nin 102 zəng mərkəzinə də zəng etmişəm. Onlar bölməyə tapşırsalar da heç bir nəticə yoxdur.

Hörmətli Vilayət müəllim sizə məktubu yazmaqda məqsədim artıq heç də 600 manatımın geri qayıtması deyil. Polis bölmə və idarələrinə getdikdən sonra bu işin düzələcəyinə ümüdim tam azaldı. Bu pul qayıdarsa mən onu uşaq evlərinin birinə də köçürə bilərəm. Baxmayaraq himayəmdə bir azyaşlı evladım var. Məni sadəcə Atəş Məhərrəmov kimi dələduzların əməllərindən əziyyət çəkən növbəti qadın qurbanların taleyidir. Sizə isə hər kəs yazmayacaq. Bəziləri utanacaq, bəziləri aldandığını bilib pulundan əl çəkəcək. Atəş kimilər isə polis adına ləkə gətirərək insanları yenidən aldadacaqlar. Bundan əziyyət çəkən isə cəmiyyət olur".
Kəndin üstündəki UNO-lar hər kəsi təəccübləndirdi - VİDEOUkraynanın cənub-qərbində, Odessa ərazisində yerləşən Novoqradovka kəndində sakinlər səmada qeyri-adi işıqsaçan obyektlərin yığışmasını qeydə alıblar.

Publika.az bildirir ki, təyyarələrə, və ya nə hansı bir təbii hadisəyə oxşamayan UNO-ların videosu internetə yerləşdirilib.

Videomaterial Britaniya tabloidi “Daily Mail” də daxil olmaqla, bir sıra KİV-in diqqətini cəlb edib. Nəşrin bildirdiyinə görə, Ukrayna ordusu artıq sirli hadisəni şərh edib və bu qeyri-adi mənzərənin səbəbi guya Ukraynanın silahlı qüvvələrinin hərbi təlimlərinin gedişatında istifadə etdiyi hədəflər olduğunu bildirib.

Hadisənin hərbçilər tərəfindən ört-basdır edildiyini düşünən qəzet yazır ki, bu halda hərbi təlimlər üçün hansı materialdan istifadə edildiyi, yaxud obyeklərin niyə məhz o qədər uzaqlıqda olmağına aydınlıq gətirilməyib.
Türk ordusu 11 ayda  2304 terrorçunu məhv edibTürkiyə Müdafiə Nazirliyi son 11 ay ərzində terrorçulara qarşı keçirilən əməliyyatlarla bağlı açıqlama yayıb.

Nazirlik 11 ay ərzində 2 min 304 terrorçunun məhv edildiyini açıqlayıb.

“Daha əvvəl də dediyimiz kimi, YPG təşkilatı PKK-nın Suriya qanadıdır. PKK-ya qarşı əməliyyatlar zamanı ələ keçirdiyimiz silahlarla bağlı araşdırma apardıq. Bu araşdırmaları ABŞ başda olmaqla, İngiltərə, İspaniya və başqa ölkələrə göndərdik. Bəzi silahlar var idi ki, bunların ABŞ-ın YPG-yə verdiyi silahlar olduğunu düşünürük”, - nazirlik bildirib.
Sabiq polis rəisi əməliyyatdan sonra dünyasını dəyişdiSabiq polis rəisi əməliyyatdan sonra vəfat edib.

Musavat.com xəbr verir ki, uzun müddət daxili işlər orqanlarında çalışmış Mətləb Rzayev vəfat edib. Cəlilabad, İsmayıllı,
Bərdə, Dəvəçivə digər rayonların polis şöbələrinin rəisi vəzifəsini tutmuş Mətləb Rzayev ürək əməliyyatından sonra dünyasını dəyişib.

Sabiq polis rəisi əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mətləb Rzayev 14 ildən artıqdır daxili işlər orqanlarından polkovnik rütbəsində təqaüdə çıxıb.

Yaxından tanıyanların dediyinə görə, 1947-ci il təvəllüdlü M.Rzayev gəncliyində Politexnik İnstitutunu, sonra Ali Partiya Məktəbini, daha sonra Moskvada Milis Akademiyasını bitirib.