Qardaşını edam edən İŞİD-çi yaxalandı - VİDEO2016-cı ildə müxalif fikirdə olduğu üçün qardaşını edam edən İŞİD üzvü Abdulxaliq Abdulqadir Əli Türkiyənin Kayseri şəhərində ələ keçib.

Teleqraf.com xəbər verir ki, İraq əsilli terrorçu qardaşı Abdurrahmanın başından atəş açaraq öldürmüşdü və görüntüləri videoya çəkdirərək internetə yerləşdirmişdi.

Gizli yollarla Türkiyəyə keçən Abdulxaliq Abdulqadir Əli sağ ələ keçən edam hökmünü icra etmiş və İnternetdə videosu yayılmış ilk İŞİD üzvüdür.

Onunla bərabər Yusuf Mustafa, Sabir Kurdi və Məhəmməd Kurais də polis tərəfindən yaxalanıb.
Qazaxda məktəblilər arasında dava - Bıçaqlanan varQazax rayonunda məktəblilər arasında dava düşüb.

Report-un məlumatına görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb.

Belə ki, 16 yaşlı iki orta məktəb şagirdi arasında mübahisə əlbəyaxa davaya çevrilib. Daha sonra onlardan biri bıçağa əl atıb. Bu zaman mübahisə edənləri ayırmaq istəyən yeniyetmə əl və bilək nahiyəsindən bıçaq xəsarətləri alıb.

Mübahisənin hansı səbəbdən düşdüyü isə hələlik məlum deyil.
Deputatın, polis rəisinin, prokurorun, hakimin MAAŞI - SİYAHINoyabrın 7-də Milli Məclisdə 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatların maaşının aşağı olması ilə bağlı məsələ qaldırıldı.
Hətta deputatın maaşının bir rayonun məhkəmə sədrinin, polis rəisinin və prokurorun məvacibindən az olduğu bildirildi.

Məsələ ilə bağlı Modern.az-ın əməkdaşı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, uzun müddət hüquq-mühafizə orqanlarında çalışmış Çingiz Qənizadə ilə əlaqə saxlayıb.

Deputat bildirib ki, parlamentin bir neçə komitəsinin birgə iclaslarında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi müzakirəyə çıxarılıb.

“Bu müzakirələrdə deputatlarla yanaşı, müvafiq qurumların rəhbərləri, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və digər vəzifəli şəxslər iştirak edib. Parlamentin bütün iclaslarında deputatların fikir ifadə etmək hüququ sərbəstdir. Bu iclaslarda hər bir deputat təhlillərinə uyğun olaraq fikir formalaşdırır. Dünən Milli Məclisdə 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatların maaşının aşağı olması ilə bağlı məsələ qaldırıldı. Doğrudan da Azərbaycan Milli Məclisinin deputatlarının maaşı digər dövlətlərlə müqayisədə aşağıdır. Neftin qiymətinin dünya bazarında aşağı düşməsi nəticəsində ölkəmizə gələn gəlirlərin azalmasını nəzərə alsaq, deputatların maaşlarının artırılması məsələsinin müzakirə olunmasını bir az real hesab etmirəm. Amma belə bir artım olacaqsa, buna sevinəcəm”.

Ç.Qənizadə deyib ki, sosial şəbəkələrdə “deputatın maaşının bir rayonun məhkəmə sədrinin, polis rəisinin və prokurorun məvacibindən az olması” fikrindən istifadə edən bəzi şəxslər bu qurumlar haqqında neqativ fikirlər formalaşdırmaq istəyirlər.

“Çox təəssüflər olsun ki, bəzi şəxslər də onların bu fikirlərinə rəy bildirirlər və paylaşırlar. Bu gün müstəqil Azərbaycanın hər bir bölgəsində təhlükəsizlik şəraitndə, azad, rahat şəkildə hərəkət edə biliriksə və olduğumuz yerdə ictimai asayiş çox yüksək şəkildə qorunursa, buna görə hüquq-mühafizə orqanlarına təşəkkür etməliyik. Eyni zamanda pozulmuş hüquq və azadlıqlarımızın qorunması üçün onlara müraciət edirik. Çünki Konstitusiya ilə hüquq və azadlıqlarımızın qorunmasının təminatı bu orqanlara tapşırılıb. Bu orqanlar da bizim hüquq və azadlıqlarımızın qorunmasına daim diqqət yetirirlər”.

Deputat hüquq-mühafizə orqanlarının əməkdaşlarında çalışan şəxslərin əmək haqları barədə məlumatlı olduğunu qeyd edib.
“Hər hansı bir rayon polis rəisinin aylıq məvacibi 1000 manat civarındadır. Bu onun xidməti, yaşı və həmin orqanda nə qədər işləməsi ilə bağlı 1000-1200 manat arası dəyişə bilər. Eyni zamanda, məhkəmə hakimiyyətində olub, 17 il hakim işləyən şəxsin əmək haqqı 1450 manat civarındadır. Bildiyimiz kimi, xidmət keçmə ilə bağlı həmin şəxslərin maaşları hər 5 ildən bir 15 faiz artır.

Rayonlardakı prokurorların əmək haqqı isə əhalinin sayına görə tənzimlənir. 100-150 min əhalisi olan bir rayonda prokurorun aylıq əmək haqqı 1350 manatdır. 150 mindən çox əhalisi olan rayonlarda işləyən prokurorların əmək haqqı 1375 manatdır. Dövlətin gəlirləri çox olduğu təqdirdə bu qurumların həm sıravi, həm də rəhbər heyətinin əmək haqlarının artırılmasını arzu edərdim. Çünki biz ölkədə sabitliyin qorunması, cinayətkarlıqla mübarizənin aparılması istiqamətində uğurlu nəticələr əldə edən bu qurumların əməyinə, zəhmətinə qiymət vermədən, onlardan nəisə tələb edə bilmərik. Qeyd edim ki, hər üç hüquq-mühafizə orqanlarının yerlərdəki rəhbər nümayəndələri xidmət keçdikləri ərazilərdə yaşamaq üçün kirayə haqqı da ödəyirlər. Ümid edirəm ki, dövlət büdcəsinin gəlirləri gələcəkdə artıqdan sonra bu qurumların əməkdaşlarının əmək haqqılarının artması məqsədə uyğun olardı”.

Qeyd edək ki, hazırda Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2250 manatdır. Parlament sədrinin birinci müavini isə spikerin aylıq vəzifə maaşının 90 faizini, Milli Məclis sədrinin müavini – 85 faizini alır.

Milli Məclisin komitə və komissiya sədri spikerin maaşının 80 faizi, komitə və komissiya sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi miqdarında aylıq məvacib alır.

Sadə riyazi hesablama aparsaq, görərik ki, sıravi deputatın aylıq vəzifə maaşı 1575 manat təşkil edir.

“Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə əsasən, Milli Məclis tətilə buraxıldığı vaxt parlament üzvlərinə məzuniyyət verilir.
Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.
Şahzadələr kütləvi şəkildə ölkədən qaçırSəudiyyə Ərəbistanını çoxlu sayda şahzadə və biznesmen tərk edib.

Axar.az xəbər verir ki, bu barədə “Arabi21.com” saytı yazıb. Sayt Səudiyyə Ərəbistanı kral ailəsinə 20-30 min şəxsin mənsub olduğunu və onların hazırda həbs edilmə qorxusu ilə yaşadığını bildirib:

“Çox sayda şahzadə ölkəni tərk edib. Ölkəni tərk edə bilməyənlərin sayı da kifayət qədər çoxdur”.

Qeyd edək ki, vəliəhdin təzyiqi ilə Kral Salman ibn Əbdüləziz əs-Səud 4 noyabrda 10 şahzadə və 12 keçmiş nazirin həbs olunmasıyla bağlı qərar verib. Daha sonra isə kral ailəsi üzvlərindən həbs edilənlərin sayı 30-a çatıb. Onlar korrupsiyada ittiham olunur.

Bundan öncə ərəb mətbuatı Məhəmməd bin Salmanın Ciddə şəhərindən özəl təyyarələrin uçuşuna qadağa qoyduğu haqqında informasiya yaymışdı. Mətbuat həmçinin həbs edilən şahzadələrin hesablarının dondurulduğunu da bildirmişdi.
5 yaşlı qızını öldürən anaya 17 il verildiQusar rayonunda 5 yaşlı qızı Luizanı öldürməkdə ittiham olunan Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Gülnarə Seypullayevaya 17 il cəza təyin olunub.

İttihama görə, 2017-ci il iyunun 14-də Qusar rayonunun Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva 5 yaşlı qızı Luizanın qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib. Şübhəli şəxs qismində dindirilən Gülnarə Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib.

Amma ekspertizanın rəyindən sonra məlum olub ki, uşaq zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağa içirtdiyini bildirib.

Gülnarə Seypullayeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
"Dünyada artan gücümüzün təməlində Heydər Əliyevin neft strategiyası dayanır "Bu gün Azərbaycan dünyada neft və qaz hasil edən ölkə kimi tanınır. Bizim dünyadakı rolumuz, gücümüz artır və bunun təməlində Heydər Əliyev neft strategiyası dayanır.

AzNews.az xəbər verir ki, Azərbaycanda iki milyardıncı ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdəki nitqində bu barədə danışan Prezıdent İlham Əliyev 1990-cı illərdə neft sənayesində bir çox tarixi hadisələrin baş verdiyini diqqətə çatdıraraq deyib: “Mən xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsini qeyd etməliyəm. Ulu öndər Heydər Əliyev öz əlləri ilə bu kəmərin təməlini qoydu və 2006-cı ildə biz bu kəməri istifadəyə verdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşdü ki, bu gün bizim qaz ixracımızın əsas infrastruktur layihəsidir və bu kəmər əsasında bu gün Cənubi Qafqaz, Cənub Qaz Dəhlizi layihələri icra edilir. 1990-cı illərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərinin biri təmir olundu, digəri yenidən tikildi. Yəni, o vaxt neft infrastrukturunun əsası qoyuldu və 2000-ci illərdə də bu proses davam etdirildi”.

Dövlətimizin başçısı qeyd edib ki, hazırda Bakıda ən müasir qazma qurğuları, platformalar inşa edilir. “Şahdəniz-2” üçün bütün tikinti işləri Azərbaycanda icra olunub. Azərbaycanın minlərlə, bəlkə də on minlərlə vətəndaşı bu işlərə cəlb edilib. Dünyanın ən böyük neft-qaz terminalı – Səngəçal terminalı da bizim böyük sərvətimizdir. Neft əməliyyatlarının aparılması üçün bizim gəmiqayırma zavodumuzda istənilən növ gəmilər istehsal olunur.
"Bəzi türk deputatların AŞPA-da Azərbaycana qarşı səs verməsi bizi incitdi""Türkiyəni təmsil edən 4 nəfərin Dağlıq Qarabağa qanunsuz səfəri və bəyanatları bizi nə qədər incitdisə, inanıram ki, sizi də, Türk dünyasının birliyini arzulayanları da o qədər incitdi".

Apa xəbər verir ki, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovölkəmizdə səfərdə olan Türkiyə Çukurova Bələdiyyələr Birliyinin bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib.

Ə. Həsənov Türkiyənin bəzi deputatlarının Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın əleyhinə olan qətnamənin qəbulunə səs vermələrinin də narahatlıq yaratdığını deyib: "Avropa Şurası Parlament Assambleyasında bəzi türk deputatların Azərbaycanın əleyhinə səs verməsi də bizi incitdi. Bu kimi halların olmamasını istərdik".
Mətbuat Şurası 9 KİV-ni “qara siyahı”ya saldı - ADLARMətbuat Şurasının (MŞ) “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.

Şuradan Avrasiya.net-ə verilən məlumata görə, iclasda çıxış edən MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Şuranın “qara siyahı”sına daxil edilmiş informasiya vasitələri yenidən xoşagəlməz fəaliyyətlərini davam etdirib.

Şura sədri deyib ki, bu cür mənfi tendensiyalar ciddi hüquqi ölçü tədbiri götürülməsini zəruriləşdirir.

“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, rəhbərlik etdiyi komissiyaya Şuranın Şikayətlər üzrə Komissiyası tərəfindən təqdim edilmiş 9 rəydə 9 KİV-in adının “qara siyahı”ya salınması nəzərdə tutulub. Bunlar “Obyektiv.org” saytı, “Korrupsiyaya yox” qəzeti, “Aztoday.az” saytı, “Dövrün nəbzi” (dovrunnebzi.com) informasiya portalı, “Dünyapress.com” saytı, “Nia.az” saytı, “Reallıq.info” saytı, “Qanunxəbər” İnformasiya Agentliyi (“Qanunxeber.az” saytına) və “Xalqınsesi.com” saytıdır.

Müzakirələrin gedişində bildirilib ki, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının fəaliyyətini gücləndirməsi vacibdir. Qeyd olunub ki, xüsusən də qurumun tərkibində hüquq-mühafizə orqanlarının təmsilçilərinin olmaları mövcud sahədə daha intensiv işin aparılmasına kömək göstərəcək.
Müzakirələrdən sonra adları çəkilən KİV-lərin adlarının MŞ-nin “qara siyahı”sına daxil edilməsinə dair rəy çıxarılıb.
Bu istiqamətdə yekun qərar Şuranın İdarə Heyəti tərəfindən veriləcək.
"Lənkəranski"nin qardaşı "Quli"nin başına 5 milyon qoyub - VİDEOTürkiyə polisi Rövşən “Lənkəranski”nin polkovnik qardaşının İstanbulda planladığı əməliyyatın detalları barədə məlumat yayıb.

DHA xəbər verir ki, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində ötən həftə İstanbulun Bakırköydəki AVM-dəki restoranların birində həyata keçirilən əməliyyatın detalları bəlli olub.

Həyata keçirilən əməliyyat nəticəsində 4-ü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər yaxalanıb. Əməliyyat zamanı saxlanılan şəxslərdən 9 tapança götürülüb.
İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən verilən xəbərə görə, 2016-cı ilin 18 avqustunda Beşiktaş rayonu ərazisində azərbaycanlı mafiya başçısı Rövşən “Lənkəranski”nin öldürülməsindən sonra qardaşı Namiq Caniyevin intiqam almaq üçün İstanbula getdiyi bəlli olub.

Namiq Caniyev və Mehmet Sabri Şirinə 5 milyon dollar qarşılığında Rövşən “Lənkəranski”nin qatillərinin aradan götürülməsi barədə razılığa gəlindiyi bildirilir. Hadisə zamanı saxlanılan şəxslərin üzüstə yerə yıxaraq fotoları çəkilib.

Gununsesi.info
Abbas Abbasovun məşhur qohumu öz restoranında qətlə yetirildiNoyabr ayının 4-ü, gecə saat 5:00 radələrində Gəncədə müəmmalı qətl hadisəsi baş verib.

Öldürülən şəxs güləş üzrə idman ustası, Gəncədəki "Təhsil” idman kompleksinin keçmiş direktor müavini, sahibkar, "Qoşu” ləqəbli Qoca Tofiq oğlu Quliyevdir.

Gununsesi.info xəbər verir ki, qətl hadisəsi mərhum Qoca Quliyevin şəxsi obyekti sayılan "Çinar” restoranında baş verib.

Hadisə ilə bağlı Gəncənin hüquq-mühafizə orqanları araşdırma aparır.

Mərhum Qoca Quliyev Azərbaycan cəmiyyəti üçün məşhur personalardan hesab olunurdu və "Qoçu” ləqəbi ilə tanınırdı. Ötənlərdə bir neçə dəfə həbsdə olmuşdu. Mərhumun baş nazirin keçmiş müavini Abbas Abbasovun yaxın qohumu olduğu deyilir.