Fədayənin bacısından canlı yayımda Tacirə sərt sözlər — VİDEOMüğənni Tacir Şahmalıoğlunun həbs olunan həmkarı Fədayə Laçın barədə dediyi sözlərə bacısı İlahə Fədadan cavab gəlib.
Ölkə.Az-ın məlumatına görə, İlahə Fəda “Show time” verilişinə zəng edərək T.Şahmalıoğlunu tənqid edib:

“İlk öncə deyim ki, Tacir Şahmalıoğlu gözəl musiqiçidir. Bunu bir kənara qoyduq. Mənə təsir edən odur ki, Tacir deyib ki, mən Fədayənin müəllimiyəm. Özünü bir müəllim kimi təqdim edir. Mən də ona cavab olaraq deyirəm ki, Tacir heç vaxt Fədayənin müəllimi ola bilməz. Fədayənin müəllimi ilk öncə xalqdır. Bundan başqa, bacım da, mən də xalq artisti Zeynəb Xanlarovaya qulaq asmışıq. İncəsənətdə oxuyanda onun müəllimi Arif Babayev, Canəli Əkbərov olub. Əbülfət Əliyev, Şövkət Ələkbərova, Qulu Əsgərov, Rübabə Muradovanın da adını çəkə bilərəm. Yəni bu şəxslər Fədayənin müəllimi olublar. Tacir müəllim ola bilməz. Onun musiqi fəaliyyətinə nəzər salasaq, görərik ki, Murad müəllimin sayəsində “Qarabağ bülbülləri”ndə bir parça “Bayatı şiraz” oxuyub, bununla da qızıl fonda düşüb. Onun elə uğuru bircə bu olub. Ondan sonra nə oxuyub ki?! Hansı mahnısı yadınızda qalıb? Tacir Fədayə ilə duet oxuyandan sonra tanınıb. Mən də deyirəm ki, sən elə yaxşı müəllimlik eləmisən ki, Fədayə indi həbsdədir”.

Qeyd edək ki, T.Şahmalıoğlu “Fədayə Laçına zamin durardınızmı?” sualına bu cür cavab vermişdi:
“Bir eloğlu, müəllim, həmkar kimi nə kömək lazım olsa edərəm. Biz bir yerdə çörək kəsmişik. Fədayə mənim tərəf-müqabilim olub, yaxşı insandır, xətrini çox istəyirəm. Köməkliyimi bu cür edərəm. Amma zamin durmaq mənim xoşuma gələn iş deyil”
Həbsxanadan qaçan “Qoca” öldürüldü, bəs əsl oğru “Qoca” kim idi? — FOTOÖtən həftə hüquq-mühafizə orqanları ilə atışmada öldürülən avtoritet Etibar Məmmədovdan başqa, Azərbaycan kriminal aləmində “Qoca” ləqəbli başqa “qanuni oğru” da olub.

Bu, 1972-ci il təvəllüdlü Əlibala Həmidovdur.

Əlibala Həmidov Etibar Məmmədovdan fərqli olaraq, bu aləmin ən böyük zirvəsi olan “qanuni oğru” adına yiyələnib. Etibar Məmmədov isə yalnız kriminal avtoritet statusunda qalıb.

Bəs Əlibaba Həmidov kim olub?

Əlibala Həmidov 1972-ci ilin noyabrında Bakının Yasamal rayonunda dünyaya göz açıb. Həmidov ilk məhkumluğunu 20 yaşında yaşayıb. 1992-ci ildə Bakı məhkəməsi onu 14 il müddətinə azadlıqdan məhrum edib. Ə.Həmidov həbsdə olduğu müddətdə oğru aləminin qanunları ilə yaşayıb. O, 14 il azadlıqdan məhrum edilməsinə baxmayaraq, 5 il sonra - 1997-ci ildə azadlığa çıxıb.

Əlibala Həmidov azadlığa çıxandan dərhal sonra Azərbaycanı tək edərək, “oğruların şəhər”i olan Moskvaya üz tutub. Burda azərbaycanlı kriminallarla birgə fəaliyyət göstərməyə başlayıb. Həmidov Moskvada böyük “razborkalar”da iştirak edib. Bunun nəticəsində 1998-ci ildə “Seymur Nardaranski” kimi tanınan Mirseymur Abdullayevin təşəbbüsü ilə Əlibala Həmidova “qanuni oğru” adı verilib.

26 yaşında oğru aləminin ən yüksək pilləsinə çıxan Əlibala “Qoca”, “Qoca Bakinski”, “Qoca Yasamalinski” ayamaları ilə tanınmağa başlayıb.

Mirseymur Abdullayevin o zamankı “oğru aləminin şahı” hesab edilən Aslan Usayonla (Ded Xasan) çox yaxşı münasibətləri olub. Bunun müqabilində “Qoca” da Moskvanın mərkəzində olan rayonların birinə “əmir” təyin edilib. Burda olan “qara işlər” hamısı ona tapşırılıb.

2000-ci ildə Moskvanın Paveletskaya meydanın yaxınlığında “Qoca” polis tərəfindən saxlanılır. Onun üzərində narkotik maddə aşkarlanır və həbsxanaya göndərilir. Lakin elə həmin il amnistiyaya düşürərək azadlığa çıxır.

Əlibaba Həmidov 2003-cü ildə “Lotu Quli” kimi tanınan Nadir Səlifovdan “oğru” adının alınmasına dəstək verən azərbaycanlı oğrulardan olub. Həmin vaxtı “Lotu Quli”nin böyük qardaş “Sabirabadlı Hikmət”ə əl qaldırması onun adının alınması ilə nəticələnib. Məhz o zamandan “Qoca”ın “Lotu Quli” ilə münasibətləri korlanıb.

“Qoca” haqqında məlumatlarda onun “Otar Marneulski” kimi tanınan Otar Bədəlovla düşmən olduğu deyilir. Onu da qeyd edək ki, onun “Lotu Quli” ilə münasibətlərinin korlanmasının mərkəzində elə Otar Bədəlov durur. Çünki Otar Bədəlovun Nadir Səlifovla çox yaxın dostluq münasibətləri olub.

2003-cü ilin sonlarında Mirseymur Nardaranlının öldürülməsindən sonra “Qoca”ın yükü daha da çoxalır. Bir çox obyektlərə nəzarət etmək onun üstünə düşür.

Əlibala Həmidov azərbaycanlı kriminallardan “Vaqif Diplomat”, “Rəşad Gəncinski”, “Emin Hacıqabulinski”, “Rafiq Masallinski”yə “oğru” adı verilməsində iştirak edib. O, 14-dən çox “qanuni oğru”nun “tac”lanmasında iştirak edib.

“Qoca” 2005-2010-ci illər arasında bir neçə dəfə saxlanılsa da, müxtəlif yollarla azadlığa çıxıb.

2010-cu ildə Ukraynada saxlanılan “Qoca” tez bir zamanda Rusiya ekstradisiya edilib. Çünki Əlibala Həmidov həmin vaxt Rusiya vətəndaşı olub. Məhkəmə onun narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilib, 8 ay azadlıqdan məhrum edib.

2012-ci ildə o, yenidən Moskvada saxlanılır. Qaqarin rayon Məhkəməsi bu dəfə ona 10 ay cəza kəsir.
Ded Xasanın öldürülməsindən sonra onun varisləri ilə “Qoca” arasında soyuq müharibə başlayır. O zaman mətbuatda yazılanlara görə, “Qoca” “Ded”in ölməsindən istifadə edərək, onun 15 böyük obyektini ələ keçirib.

“Ded Xasan”ın klanı “Qoca”nın aradan götürülməsi ilə bağlı qərar qəbul edir. Eyni zamanda, həmin vaxtı Əlibabanın “Quli” ilə də münasibəti kəskin olub.

2013-cü ilin avqust ayının 18-də Əlibala Həmidov İstanbulda qətlə yetirilir.

“Lotu Qoca” öldürüldüyü gün İstanbuldakı kafelərin birində avtoritet Adəm Avarski, sinif yoldaşı, avtoritet Hacıbaba və başqa bir nəfərlə çörək yeyərkən qəfildən ona zəng gəlib. Zəng edən şəxs onu küçəyə çağırıb. “Qoca”nın küçəyə çıxması ilə güllələnməsi isə cəmi bir neçə saniyə çəkib. “Qoca” küçəyə çıxdıqdan 3-4 saniyə sonra 3 nəfər onu güllələyərək qaçıb.

Onun meyitinin gətirilməsi kriminal aləmdə tanınan sima olan Adəm Avarskinin müşayiəti ilə həyata keçirilib. Cənazə 30-a yaxın avtoritetin müşayiəti ilə Bakı hava limanında qarşılanıb və Yasamal rayonu Şərifzadə küçəsinə gətirilib. Avqustun 20-də axşam məşhur avtoritet “Qoca Yasamalski” həmin ünvandan son mənzilə yola salınıb. O, Yasamal qəbiristanlığında dəfn edilib.

Onu “Ded”in, yoxsa “Quli” adamlarının öldürməsi məlum deyil.

Qeyd: 2016-cı ilin məhz avqust ayının 18-də digər azərbaycanlı “vor zakon” “Rövşən Lənkəranski” İstanbulda öldürülüb. Hər iki avtoritetin eyni gündə, eyni şəhərdə öldürülməsinin heç də təsadüf olmadığı deyilir.

lent.az
2600-cü ilə kimi bəşəriyyət məhv olacaq - ŞOK XƏBƏRDARLIQBəşəriyyət 2600-cü ilə kimi yox ola bilər.

Publika.az “Nyu York Post” nəşrinə istinadən xəbər verir ki, bu haqda britaniyalı məşhur fizik Stiven Xokinq xəbərdarlıq edib.

Alimin fikrincə, Yer kürəsinin əhalisi artacaq, enerji istehlakı yüksələcək və planet “alışan alovlu kürəyə” çevriləcək. Onun fikrincə, yalnız həyat üçün yararlı planet tapmaqla faciədən xilas olmaq olar.

Fizik investorları onun “Breakthrough Starshot” layihəsini dəstəkləməyə çağırıb. Layihə “Sentavre Alfa”ya - Günəş sisteminə ən yaxın ulduza səyahəti nəzərdə tutur. Alim hesab edir ki, onun ətrafında həyat üçün yararlı planet ola bilər.

Stiven Xokinq bildirib ki, “Breakthrough Starshot” layihəsi çərçivəsində uçuş aparatı ulduza işıq sürəti ilə iyirmi il ərzində çata biləcək. Halbuki, onun sözlərinə görə, müasir kosmik gəmilərə bunun üçün təxminən otuz il lazımdır.
Münaqişənin həllində irəliləyiş gözlənilmir - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı ilə görüşmək üçün bu ölkəyə noyabrın 13-də səfər edəcək. Bu görüş Türkiyə-Rusiya əlaqələrinin siyasi-iqtisadi spektrlərinə həsr olunacaq. Əsasən "Türk axını" qaz kəmərinin tikintisi, Rusiya ilə hərbi-texniki əməkdaşlıq və Suriyadakı vəziyyət, Qərb-Türkiyə əlaqələri fonunda Rusiya ilə bundan sonrakı münasibətlərin perspektivləri əsas müzakirə predmeti təşkil edəcək. Bu görüşdə iki ölkə arasında yeni müqavilələrində bağlanılması gözlənilir.

Azərbaycanın diqqətlə gözlədiyi an Dağlıq Qarabağ konfliktinin Ərdoğanın Putinlə müzakirə edəcəyidir. Qeyd edək ki, Ərdoğan bir neçə dəfə Putinlə münaqişənin həlli istiqamətində danışıqlar aparıb. Bundan əlavə regionda böyük geosiyasi və geoiqtisadi dəyişikliklər baş verdiyi üçün yenidən Ankaranın Moskva ilə münaqişənin həllini müzakirə etməsinə ehtiyac yaranıb. Çünki, Türkiyə Minsk qrupunun üzvüdür və problemin həllinə töhfə vermək üçün yaxından iştirakı qanunauyğundur. Hazırda Türkiyə və Rusiya Yaxın Şərqdə baş verən siyasi şərtlər daxilində müəyyən dərəcədə siyasi ortaq məxrəcə gəlib.

İqtisadi əməkdaşlığın inkişafı iki ölkə üçün strateji tərəfdaşlığa qədər yüksəlib. İki ölkə arasında hazırkı münasibətlər yüksək səviyyədə olsa da, bu Ərdoğan və Putinin şəxsi xarakterlərinin Qərbə baxışından irəli gəlib. İki ölkə daimi siyasi rəqib olub, xüsusilə Türkiyə NATO üzvüdür və Qərblə strateji müttəfiqdir. Qərblə Türkiyə arasında siyasi konforantasiya müvəqqəti xarakter daşıyır. Bundan irəli gələrək Ankara və Moskvanın Qarabağ problemini həll etmək qədər yaxın olması, xüsusilə Rusiya tərəfindən mümkün görünmür. Ərdoğanın qeyd etdiyi kimi "Putin istərsə, münaqişə həll edilə bilər" tezisi Moskva səfərindən öncəsi, Kremlə mesaj idi. Amma Kreml konfliktinin həllini istəyirmi, əlbəttə ki, xeyir. Putin indiki şərtlər daxilində status-kvonu qorunmasına çalışır.

Qeyd edək ki, Ərdoğanla danışıqlar prosesində müəyyən həll variantları müzakirə ediləcək. Ortada olan "Lavrov planından" kənar, Rusiya heç bir həll planına uyğun addım atmayacaq. Çünki, Ərdoğanla Putinin münaqişəyə baxışında ciddi fərq var. Ərdoğan mərhələli, Putin isə " paket həllini" irəli sürür. Hazırda münaqişənin həllində əsas maneə Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsi, Laçın və Kəlbəcərin Azərbaycana verilməməsidir, həmçinin Qarabağa yekun statusda referendumun qeyd edilməsidir. Putinin bu planından geri çəkilməsi mümkün görünmür. Ərdoğan-Putin görüşü Qarabağ danışıqlarında dinamikliyi artırsa da, konfliktin həllinə real imkanlar yaransada, Putin hələki gözləmək mövqeyində olacaq. Gələn ildə münaqişəsinin həllində irəliləyiş gözlənilmir.
“MTN işi”ndə şok gəlişmə - Vidadi Zeynalovun cəzası 9 il azaldıldıBu gün Bakı Apellyasiya Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, Hakimlər Kollegiyasının qərarına əsasən Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib.

Namazalı Məmmədovun barəsində isə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vidadi Zeynalov 13 il, Beytulla Hüseynov 13 il, Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Biləsuvarda pambıq yığan qadınlar arasında dava olub - Xəsarət alanlar varBiləsuvar rayonunda pambıq yığımı zamanı qadınlar arasında dava düşüb.

Dava zamanı iki qadın ağır bədən xəsarətləri alıb.

Belə ki, xəsarət alan qadınlar - rayonun Ağayrı kənd sakini, 1990-cı il təvəllüdlü Aybəniz Bacəddin qızı Fərzullayeva və rayonun Nəsimi kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Sərhad qızı Fərhadova müxtəlif dərəcli xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qadınlar sahədə pambıq yığımı zamanı bir - biri ilə mübahisə ediblər.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycan diaspor təşkilatının üzvü Kiyevdə saxlanılıbUkraynada Azərbaycan vətəndaşı quldurluq ittihamı ilə tutulub.

"Report" xəbər verir ki, əslən Azərbaycanın Kürdəmir rayonundan olan, 1993-cü il təvəllüdlü Abbasov Əli hazırda Kiyev şəhəri Qoloseevskiy rayon polis idarəsində saxlanılır.

O, rayon ərazisində digər istintaqa məlum olmayan, sonradan qaçıb gizlənən bir şəxslə yerli biznesmenlərdən birinə hücum edərək təhdidlə onu soymaqda ittiham olunur.

Azərbaycanlı gənc barəsində rayon məhkəməsinin qərarı ilə iki aylıq həbs qətimkan tədbiri seçilib, istintaq aparılır.

Ə.Abbasovun Kiyevdə azərbaycanlı gənclərin yaratdığı diaspor təşkilatının üzvü olduğu bildirilir.
Həkimlərin “ölüb” dediyi şəxs komadan ayıldı - Lerikdə ilginc hadisəLerikdə həkimlərin "ölüb” dediyi şəxs komadan ayılıb.

Xəstəxanadan "Report"un Cənub bürosuna bildirilib ki, cərrahiyyə əməliyyatı zamanı bir neçə dəqiqəlik kliniki ölüm keçirən şəxs komadan çıxıb.

Hazırda 59 yaşlı İsabala Sarıbala oğlu Asimovun üzərində aparılan cərrahiyyə əməliyyatı yekunlaşıb. Xəstənin vəziyyəti ağır olaraq qalır.
ADİİM pulsuz Məsləhət Mərkəzi açıb - ABŞ və Kanadaya viza almaq istəyənlərin nəzərinə!Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Azərbaycanda yaşayan vətəndaşlara ABŞ və Kanadaya viza almaq üçün pulsuz Məsləhət Mərkəzi açıb.

ADİİM sədri Cavid Şahverdiyevin bildirdiyinə görə, məqsəd Azərbaycanda yaşayan vətəndaşların ABŞ almaq üçün sənədlərin düzgün tərtib edilməsi məqsədilə pulsuz məsləhət verməkdir.

QHT sədri bildirib ki, Azərbaycan vətəndaşlarının ABŞ və Kanada ölkələrinə maraqları ildənilə çoxalır: “Bizim araşdırmalarımıza görə vətəndaşların müraciətləri əsasında sənədlərin 20-30 faizi düzgün tərtib olmadığına görə geydiyyatdan keçə bilmirlər. Onların B1/B2, F, M və yaxud iş vizalarının düzgün seçilməməsi nəticədə on-line qeydiyyatdan keçməməyinə gətirib çıxarır. Araşdırmalar viza rüsumun ödənilməsi və görüşün təyin edilməsi ilə bağlı onu göstərir ki, bu bölmələrə çatanda da müraciət edənlər çətinliklə üzləşilər.

Eyni zamanda bizə məlumdur ki, müəyyən turizm agentləri və vizanın alınması xidmətini göstərənlər vətəndaşlara kömək edə biləcəklərini söz verirlər və onların xidmətlərindən istifadə etməyə inandırırlar.

Bir çox fərdlər, turizm agentləri və yaxud viza konsultantları vətəndaşlara onların xidmətlərindən istifadə etməyi tövsiyə edirlər. Onların bəziləri qanuni fəaliyyət göstərir və həqiqətən də insanlara vaxtlarına qənaət etməyə kömək olurlar, lakin yadda saxlamalıyıq ki, onlar müraciət edən vətəndaşların şəxsi həyatlarıyla bağlı olan sualların cavablarını bilmirlər.

Bu kimi problemlərlə üzləşən vətəndaşlar viza almaq üçün çarəsiz qalırlar və müxtəlif adamların “kömək edəcəkləri“ təkliflərinə inanmağa məcbur olular. Belə ki, həmin adamlar müəyyən pul müqabilində vətəndaşlara vizanın alınmasında “köməklik” təklif edirlər”.

C.Şahverdiyev qeyd edib ki, ABŞ və Kanadanın immiqrasiya haqqında qanunun tələblərindən bixəbər olanlar onlarla Azərbaycan vətəndaşının aldanmasına səbəb olurlar: “Buna misal yaxın vaxtlarda Nəsimi Rayon Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesini xatırlamaq olar.

Məhkəmə tərəfindən ictimai fəal Ramin Hacılı və digər şəxslər - Anar Vəliyev, Qalib Fərəcov, Orxan Əkbərov, Qismət Məmmədov və Cavid Məmmədov ABŞ-a viza almaq məqsədilə vətəndaşları aldatdıqlarına, ABŞ-a getməyə viza almaq istəyənlər üçün ABŞ-ın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinə saxta sənədlər təqdim etdiklərinə görə cəlzandırılıblar. Onlarla Azərbaycan vətəndaşı isə onlar tərəfindən aldanılıb”.

QHT sədri onu da deyib ki, belə halların qarşısını almaqdan ötrü Mərkəzin açılmasında əsas məqsəd vətəndaşlara vizanın hansı növün seçilməsi və müraciətin düzgün tərtib olunması, seçilən viza növünə uyğun sənədlərin toplanması, on-line qeydiyyatın düzgün keçməsi, viza rüsumun ödənilməsi, səfirlikdə görüşün təyin edilməsi və s. kimi problemlərin izah olunmasıdır.

Vətəndaşlar aşağıdakı ünvana müraciət edə bilərlər:

M.Hadi, 87 (H.Aslanov metro stansiyasının çıxışı)

Tel: 077 228 29 29

ADİİM pulsuz Məsləhət Mərkəzi açıb - ABŞ və Kanadaya viza almaq istəyənlərin nəzərinə!
Səudiyyə şahzadəsi 2 günə 1 milyard itirdiSəudiyyə Ərəbistanı şahzadəsi Valid bin Talal həbs olunduqdan indiyə qədər 1,3 milyard dollar pul itirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Blomberq” agentliyi yayıb.

Qeyd edək ki, Əl Valid bin Talal noyabrın 5-də həbs edilib. O, korrupsiyada ittiham olunur. Onun sərvətinin 19 milyard dollar olduğu ehtimal edilir.