Qurban Qurbanov 60000 manat maaş alır - SİYAHITopaz Premyer Liqasında iştirak edən 8 komandanın baş məşqçilərinin məvacibi bəlli olub.

Avrasiya.net Futbolpress.az-a istinadən çalışdırıcıların maaşlarını təqdim edir:

Qurban Qurbanov (“Qarabağ”) - 60000+

Roman Qriqorçuk (“Qəbələ”) - 35000+

Şahin Diniyev (“Kəpəz”) - 10000+

Ayxan Abbasov (“Zirə”) - 8000+

Ramiz Məmmədov (“Keşlə”) - 4000+ (Sələfi, Zaur Svanadze – 5000+)

Samir Abasov – (“Sumqayıt”) - 4000+

Tərlan Əhmədov (“Neftçi”) - 3000+ (Hələlik)

Samir Əliyev (“Səbail”) - 3000+

Qeyd: Məbləğ manatladır və rəqəmlər minimum göstəricidir.
Ermənilər azərbaycanlı generalın görüntüsünü paylaşdı - FOTOErməni Feysbuk istifadəçiləri ehtiyatda olan azərbaycanlı general-leytenant Yaşar Aydəmirovun fotosunu paylaşıb.

Publika.az xəbər verir ki, fotoda general-leytenant Yaşar Aydəmirov şəhid anasının əlini öpməsini əksini tapıb.

Erməni Feysbuk istifadəçisi Haykaz Gevorgyan fotonun “Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil” başlığı ilə paylaşıb.
Qeyd edək ki, Yaşar Aydəmirovun sözügedən fotosu xüsusi tapşırıqla Ermənistana göndərilən kəşfiyyat qrupu ilə bağlı bu il noyabrın 1-də Azərbaycan Texniki Universitetində keçirilən anım tədbirində çəkilib. Şəhid kəşfiyyatçının anasına medal təqdim edən general-leytenant ehtiram əlaməti olaraq onun əlindən öpür və qarşısında baş əyir.

Xatırladaq ki, 1997-ci il aprel ayının 7-də səkkiz nəfərdən ibarət xüsusi təyinatlı kəşfiyyat qrupu ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə düşmənin arxasına göndərilir və düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəliləyərək tapşırığı yerinə yetirir. Qrup geri qayıdarkən təsadüfən düşmən tərəfindən aşkarlanır. Kəşfiyyatçılarımız mühasirə şəraitində müxtəlif manevrlər edərək üç gün döyüşürlər.

Həmin döyüşlər gedən zaman xüsusi qurğularla düşmənin radio danışıqlarından nə baş verdiyini müəyyənləşdirmək mümkün olur. Alınan məlumatlardan bəlli olur ki, mühasirə həlqəsi daralan kəşfiyyatçılarımız ermənilərə çox ciddi zərbələr endirirlər. Düşmən həm canlı qüvvə, həm də texnika sarıdan itkilər verir. Mühasirə tam daraldıqda isə ermənilər onları təslim olmağa çağırıblar. Amma kəşfiyyatçılarımız onların bu təklifini rədd edib sona qədər döyüşüblər və qumbara ilə özlərini partladaraq şəhid olublar. Onlardan yalnız biri, çavuş Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür.
“Gələcəkdə Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə...” - VİDEOAzərbaycan Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər Televiziyasında yayımlanan "Gündəm” proqramının qonağı olub.

Avrasiya.net xəbər verir ki, prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Gündəm” proqramında ötən həftə açılışı həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətindən danışıb. Əli Həsənov bildirib ki, prezident İlham Əliyev milli iradə nümayiş etdirərək bütün bu layihələrin reallaşmasına öz hərtərəfli dəstəyini verib: “Prezident İlham, Əliyev, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani xüsusilə bu mövzuda danışıqlar apardılar. Bunun ətrafında ciddi iş birliyi yaradıladı və son zamanlar Azərbaycanın bölgədə reallaşdırdığı həm enerji layihələri, həm nəqliyyat və komunikasiya layihələri təkcə Azərbacanın maraqlarını deyil, bölgə ölkələrinin də maraqlarını ifadə edir. Bu platforma üzərində Azərbaycanın təşəbbüsü ilə Azərbaycan-Rusiya-İran üçtərəfli əlaqələri və tərəfdaşlıq kursu realllaşmaqdadır və artıq öz nəticələrini verməkdədir. Tehranda keçirilən 3 ölkə başçısının sammiti və onların ortaya qoyduğu iradə, nümayəndə heyərlərinin müzakirəsi onu göstərdi ki, Azərbaycan təkcə ayrı-ayrılqda İranla və Rusiya ilə tərəfdaşlıq münasibətlərini yaratmayıb, eyni zamanda Azərbaycan bu dövlətlər arsında tərəfdaşlıq mühitinin yaranmasında da öz töhfəsini verib.

Azərbaycan bütün bu layihələri, nəqliyyat dəhlizlərini, Bakı-Tbilisi-Qars dəmir yolunu tək özü üçün yaratmır ki? Şərqlə Qərb arasında əlaqələrin çatışmayan məsələsi dəmir yolu əlaqəsi idi. Ümumiyyətlə, birbaşa əlaqə Çindən başlayaq Londona qədər uzanan ticarət yolunda çatışmayan Cənubi Qafqazdakı bu bağlılıq idi.

Təəssüflər olsun ki, beynəlxalq aləmdə ayrı-ayrı dairələrin, xüsusən də bu layihədən kənarda qalmış Ermənistan dövləti və onun himayədarlarının neçə müddətdir ki, beynəlxalq aləmdə təlqin etməyə çalışdıqları “Cənubi Qafqaz dəhlizinin perspektivi yoxdur”, “Bu Ermənistanı bilərəkdən izolyasiyaya alır” kimi tezislər keçərli deyil. Ermənistan öz-özünü bu dəhlizdən kənarda qoyub. Gələcəkdə Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, Cənubi Qafqazda həyata keçirilən tərəfdaşlıq kursuna, mehriban qonşuluq siyasətinə, xalqların millətlərin birgə yaşayış formalarına tənzimlənməsinə öz töhfəsini vermək əzmini ortaya qoyarsa, əlbəttə, Ermənistan da gələcəkdə bu yolun imkanlarından istifadə edə bilər”.
3 uşağını ataraq sevgilisi ilə qaçan qadın barədə qərar verildiAğsu rayonunda 3 uşağını atıb başqa kişi ilə qaçan ana ilə bağlı qərar verilib.

Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akifli məlumat verib. Onun sözlərinə görə, uşaqların qəyyumluq hüququ Xəyalə Kərimovadan alınıb:

“Uşaqların qəyyumluğu hazırda Azərbaycan Uşaqlar Birliyinə verilib. Uşaqların üçü də burdadır, vəziyyətləri də yaxşıdır”.

Vasif Akifli onu da qeyd edib ki, Uşaqlar Birliyi tərəfindən nənənin uşaqları küçədə atması və valideyin diqqətsizliyi ilə bağlı məhkəməyə müraciət olunacaq.

Ana Xəyalə Kərimova adlı gənc qadının 3 uşağını ataraq başqası ilə qaçdığı söylənilirdi. Qızı qaçdıqdan sonra isə uşaqların nənəsi nəvələrini küçəyə atıb. Uşaqlar tapılan zaman əllərində olan çörək və sənədlər yerləşdirilmiş çantada analarının birgə qaçdığı kişinin də fotosu olub. Uşaqların ana və atası ayrılıblar.
Telman İsmayılovun 1,4 milyardlıq otelində 1000 işçi çıxdı, su və işıq kəsildi Antalyada 1,4 milyard dollara tikilən, Azərbaycanlı milyarder Telman İsmayılova məxsus"Mardan Palace Otel"də borc səbəbiylə yaşanan problemlər böyüyür.

Avqustun ilk həftəsində rezervasiyanı dayandıran 5 ulduzlu otelin suyunu kəsmişdilər. Bu dəfə isə otelin elektrik verilişi də dayandırılıb.

Antaliyanın Aksu bölgəsində yerləşən otelin 2009-ci ildə açılışına Şeron Ston, Riçard Gir, Paris Hilton, Maray Keri və Monika Belluççi kimi ulduzlar iştirak edib. Oktyabr ayının əvvəlində Antalya Su və Atıksu İdarəsi (ASAT) qarşılıqlı razılaşmalar və məhkəmə qərarı ilə təxirə salınan təxminən 2 milyon lirə borca görə su təchizatını dayandırıb. Artıq vəziyyət o həddə çatıb ki, eletrik enerjisi də dayandırılıb və faktiki olaraq otel fəaliyyətini dayandırıb.

Oteldə təxminən 1000-ə yaxın işçi çalışırdı. Ancaq maddi problemlər səbəbindən bütün işçilər oteli tərk edib. İşçilərin 4- 5 aylıq maaşlarının da verilmədiyi bildirilir./baku.ws
Elariz intim videosundan danışdı: “Ailəm deyir ki, olan şeydir"Müğənni Elariz Məmmədoğlu bir müddət əvvəl yayılan intim görüntülərindən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi "Lider maqazin”ə açıqlamasında bildirib ki, bu görüntülər onu narahat etmir: "Artıq ailəm də buna öyrəşdi. Heç bir reaksiya vermədilər. Çox sakitəm. 20 il əvvəl belə bir şey olsaydı, evdə qısqanclıq yaranardı. İndi hamı deyir ki, olan şeydir. Kimsə məni özünə düşmən sayır, vaxtaşırı belə şeylər yayırlar. Həmişə toy mövsümü başlamazdən əvvəl belə qara piar başlayır. Yayılır ya səsi batıb, ya toya getmir, ya da onu restoranda xanımla tutdular. Həmkarlarım toyumu azaltmaq üçün edir. Məndən çox toya getmək istəyən mahnı yazdırmalıdır. Onda mənim kimi tələbatlı olacaq. Başqa yolu yoxdur”.
"Lənkəranski"nin qardaşını öldürmək üçün göndərilən iki azərbaycanlı ələ keçdi - TƏFƏRRÜATLARÖtən axşam İstanbulun Bahçelievlerdə yüzlərlə insanın olduğu alışveriş mərkəzinin boşaldılmasına səbəb olan şəbəkə əməliyyatının detalları ortaya çıxıb.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları Azərbaycandan gələn iki Azərbaycan vətəndaşının “Şirinlər şəbəkəsi” ilə azərbaycanlı iş adamlarının öldürülməsi üçün ticarət mərkəzində yemək masası ətrafında toplaşdıqları barədə məlumat əldə edib.

Xəbəri alan Xüsusi Əməliyyat qruplarının da iştirak etdiyi İstanbul Polis İdarəsi ilk növbədə ticarət mərkəzini blokadaya alıb. Şəbəkənin iclas etdiyi restoran nəzarət altında alınaraq, əməliyyat qrupu vətəndaşları təşvişə salmadan çölə çıxartmağa nail olub. Bütün müştərilər evakuasiya edildikdən sonra qapılar bağlanıb.

Əməliyyat qrupu ani basqın edərək şəbəkə üzvlərini qarşıdurmaya imkan vermədən nəzarətə alıb. Bir güllə belə atılmadan həyata keçirirlən əməliyyat zamanı şəbəkənin bəzi üzvlərinin qaçdığı məlum olub. Lakin daha sonra onlar da yaxalanıb.

“Şirinlər şəbəkəsi”nin lideri Mex olaraq tanınan Mehmet Sabri Ş.-nın adamları və Azərbaycan əsilli Orxan İ. və Camal H.-nın da olduğu 13 nəfər saxlanılıb.

Şübhəli şəxs qismində saxlanılan şəxslərin üzərindən 9 ədəd tapanca və çoxlu sayda güllə götürülüb.

TƏLİMAT AZƏRBAYCAN MAFİYASINDAN GƏLİB…

Polisin əldə etdiyi məlumata görə, keçirilən iclasda azərbaycanlı bir iş adamına qarşı sui-qəsd planlaşdırılırmış.

İddialara görə, ötən ay Azərbaycanda həbsxanadan çıxan mafiya lideri N.S. ötən ilin avqust ayında Beşiktaşda açılan atəş nəticəsində öldürülən “Lənkəranski” ləqəbli Rövşən Canıyevin qardaşı Rahib Canıyevin öldürülməsi üçün 2 adamını İstanbula göndərib. Orxan İ. və Camal H. Canıyevin öldürülməsi üçün “Şirinlər şəbəkəsi” ilə əlaqə yaradıb. İki şəbəkə planı müzakirə etmək üçün alışveriş mərkəzində görüşüblər.

Qeyd edək ki, Azərbaycanda “Lənkəranski” ləqəbi ilə məşhur olan Rövşən Canıyevin İstanbuldan göndərilən cənazəsini Azərbaycandan 50 min nəfər qarşılamışdı.
İş adamını öldürdülər, soydular, sonra... - Xaçmazdakı olayın ŞOK TƏFƏRRÜATIXaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradıblar, Xaçmazda quldurluq, oğurluq cinayətləri məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar.

Bundan başqa dəstə üzvləri əvvəlcədən hazırladığı plan üzrə topdan satış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. Orada İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 189 min manat pul və qızıl zinət əşyaları götürüblər.

İttihama münasibət bildirən Qalib Kərimov özünün qismən, Firudun Axverdiyev və Vüsal Rüstəmov isə özlərini təqsirli bilməyib.
Qalib Kərimov bildirib ki, Nəzakət Hacıyevanın epizodu üzrə hadisədə iştirak etməyib: “Həmin hadisəni mən törətməmişəm. Zorla boynuma qoyulub. Guya Nəzakəti kolbasa çörəyinə zəhər qataraq öldürüb, evindən oğurluq etmişəm. Bunu elə Firudin deyib”.

Təqsirləndirilən şəxs öldürülən iş adamı İlqar Məmmədovla bağlı da danışıb: “İlqar Məmmədovun epizdou üzrə mən, bir də Vüsal olub. Həmin zaman orada Firudin olmayıb. Birinci qətl olayına görə, Firudun məni ilişdirdi. Orada-burada deyirdi ki, Qalibin üstünə başqa da ölüm işi qoyacam. İstintaq aparılan zaman müstəntiq dedi ki, Nəzakəti də sən öldürmüsən. Mən də acıq edib, Firudunun da İlqar Məmmədovun öldürülməsi epizodunda iştirak etdiyini dedim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, İlqar Məmmədovun evinə oğurluq məqsədilə giriblər: “2012-ci ildə həmin evdən oğurluq etmişəm. O zaman həbs edilmişdim. İndi isə fikirləşirdim məni tanımaz. Hadisə baş verən günü Vüsalla içmişdik. Sonra İlqarın evinə getdik. Məqsəd əvvəlcədən həmin yerə baxmaq idi. Kameraların hardan çəkdiyini müşahidə edəcəkdim ki, sonra oğurluğa girəndə bilim. Evi ilə ticarət obyekti bitişik idi. Həmin yerə müştəri qismində girdim. İlqar məni tanıdı. Dedi, sən mənim evimdən oğurluq etmisən. Sonra məni söyməyə başladı. Bu zaman soyuducunun yanında bıçağı götürərək, ona bir neçə dəfə bıçaq vurdum”.

Qalib Kərimov bildirib ki, İlqar Məmmədovun evinə tək girib: “Vüsal sərxoş idi deyə maşında gözləyirdi. İlqarı öldürəndən sonra bıçağı yudum. Sonra qapıları bağladım. Kameraların kabellərini kəsdim. Yaddaş aparatını özümlə götürdüm. Evin içərisənə girdim. Birinci mərtəbə televizorun altında qutuda 80 min dollar pulu götürdüm. Orda pul 80 min dollar bir də 500 manat olub. Halbuki, istintaq 180 min dollar hesablayıb. Pullları götürüb, ikinci mərtəbəyə qalxdım, oradan qızılları da götürdüm. Vüsalla birinci bizim evimizə getdik. Evdə paltarlarımı dəyişdim. 10 min dolları evə qoydum. Daha sonra Vüsal Rüstəmovla Bakıya gəldik. Yolda pulları yarı böldük. Vüsal 40 min dolları götürərək qeyri rəsmi yaşadığı qadının evinə getdi. Səhəri gün onunla görüşdük. Hərəmizə bir dənə “iphone” aldıq. Sonra mən “Niva”, Vüsal da “X6” aldı”.

Növbəti proses noyabrın 13-də davam edəcək.
“Lotu Quli” Türkiyədə klanını formalaşdırır“Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun (hazırda həbsdədir - red.) yaxın ətrafı nəhayət, müvəqqəti varisin namizədliyi ilə bağlı qərara gəlib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, kriminal dünyada “bir nömrəli qanuni oğru” olmağa ən yaxın şəxs Vasiliy Xristoforov (“Vasya Voskres”) hesab edilir.
2016-cı ilin avqustunda Zaxariya Kalaşovun həbsindən sonra onun varisinin namizədliyi haqqında müzakirələr aparılsa da, yekun qərar qəbul edilməmişdi. “Şakro”nun klanından bildirilirdi ki, “bir nömrəli qanuni oğru” azadlığa çıxacaq.

Ancaq “taxt”a müəyyən iddialar yenə də qalırdı. Məsələn, 2016-cı ilin sonunda üç avtoritet - Yuri Piçuqin (“Piçuq”), Vladimir Tyurin (“Tyurik”) və Laşa Şuşanaşvili (“Laşa Rustavski”) “taxt”a iddia edirdi. Güman edilirdi ki, “Şakro” azadlığa çıxmasa, Tyurin Rusiya mafiyasının yeni üzü olacaq. “Piçuq”un bütün operativ işlə məşğul olacağı, “Laşa”nın xaricdə klanın nümayəndəsi olacağı deyilirdi.

Amma 2017-ci il bu planlar çökdü və “Piçuq”u cinayət seriyasına görə həbs etdilər.

Kriminal dairələrdə bir vaxtlar Oleq Şişkanovun (“Şişkan”) “taxt”a çıxması imkanını fəal müzakirə edirdilər. Bundan başqa, Mixail Voyevodinin (“Mişa Lujneski”) “bir nömrəli qanuni oğru” adına mümkün namizədliyi haqqında danışırdılar. Amma o, İsveçrədə sakit və xoşbəxt yaşayır, Rusiyaya qayıtmaq isə planlarına daxil deyil.
Hazırda “Şakro”nun üzərində məhkəmə gedir. Görünür, o, yaxın vaxtlarda azadlığa çıxmayacaq. Buna görə də onun klanında müvəqqəti varisin namizədliyi haqqında ciddi olaraq fikirləşməyə başlayıblar. Müzakirələrdən sonra, seçim hələlik Vasiliy Xristoforov üzərindədir. Bunun bir neçə səbəbi var. Onun başqa avtoritetlər arasında çəkisi hansısa suallar yaratmır. İstənilən avtoritet Xristoforovla ünsiyyət saxlaya bilər. ”Vasya”nın həmçinin kriminal aləmdə vəsait yığımı təcrübəsi var. O, bununla bir vaxtlar “kriminal general” Aslan Usoyanın (“Ded Xasan”) qruplaşmasında məşğul olub.

Kriminal dairələrdə ciddi təsirə malik olan “Vasya” taxta çıxmağa hələlik öz razılığını verməyib. “Şakro”nun klanı isə artıq tələsməlidir. Bildirildiyi kimi, son zamanlar “bir nömrəli qanuni oğru” adına Eduard Asatryan (“Edik Osetrin”) iddia edir. “Vasya”nın çoxdankı düşməni görünməmiş fəallıq nümayiş etdirir. Asatryan hazırda Moskvada güclü qruplaşma toplayır, hətta öz ətrafına keçmiş opponentləri, məsələn, Dmitri Çanturiyanı (“Miron”) qəbul edir.

Amma bu da son deyil. Ötən ay azadlığa çıxan azərbaycanlı avtorietet Nadir Salifov (“Lotu Quli”) “bir nömrəli qanuni oğru” olmaq ambisiyasını gizlətmir. Azadlığa çıxandan sonra Türkiyəyə gedən “Lotu Quli” hazırda burada klanını formalaşdırır.

Məlumata görə, hazırda “Quli”nin ətrafında qardaşı Namikdən başqa “Puxliy”, “Kuner”, “Nika”, “Maçi”, “Merab” və “Pipiya” ləqəbli avtoritetlər var. Məhz onlar klanın özülünü təşkil edəcək. Klana 2015-ci ildən “Şakro”nun “qara siyahı”sına düşən şəxslərin da qəbulu gözlənilir.
ABŞ-da 26 şəxsi güllələyən bilindi - FOTOABŞ-ın Texas ştatında “Birinci Baptist” kilsəsinə silahlı hücum təşkil edən Hərbi Hava Qüvvələrində xidmət etmiş Devin Kelli adlı şəxsdir.

Axar.az xəbər verir ki, bu barədə CBS telekanalı informasiya yayıb.

Telekanalın rəsmi saytında Devin Kellinin fotosu yerləşdirilib və onun 1991-ci il 21 fevral tarixində anadan olduğu göstərilib.

“Onun 26 yaşı var. 2010-cu ildən 2014-cü ilə qədər Hərbi Hava Qüvvələrində xidmət edib. 2014-cü ilin mayında tribunala verilib və rüsvayçılıqla xidmətdən qovulub”, - xəbərdə qeyd olunub.

Hazırda qatilin terror qruplaşmaları ilə əlaqəsinin olub-olmadığını yoxlamaq üçün sosial şəbəkə hesabları, xüsusən hücumdan əvvəlki bir neçə gün ərzindəki yazışmaları yoxlanılır.

Qeyd edək ki, silahlı hücum nəticəsində 26 nəfər ölüb, 20 şəxs yaralanıb. D.Kellinin də öldüyü bildirilir, ancaq onun atışma zamanı zərərsizləşdirildiyi, yaxud intihar etdiyi bəlli deyil.