Ordumuzun itlərinə erməni dili də öyrədiləcək – FOTO - VİDEOAzərbaycan Ordusunda Kinologiya mərkəzi 1992-ci ildən fəaliyyətə başlayıb. Hazırda mərkəzdə xüsusi itlər yetişdirilir və seçilərək təyinatı üzrə bölmələrə verilir. Burada ümumilikdə 30 baş xidməti itə təlim keçilir.Onlardan 13 baş erkək, 17 baş isə dişi itlərdir.

Silahlı Qüvvələrin Kinologiya Mərkəzinin girişində bizi oranın rəisi, polkovnik-leytenant Ariz Xasıyev qarşılayır. Qısa tanışlığımız zamanı məlum olur ki, o, uzun müddət cəbhə bölgəsində xidmət edib.

…Artıq itlərin təlim keçdiyi poliqondayıq. Sıra ilə düzülən itlər öz məharətlərini göstərmək üçün əsgərlərin əmrini gözləyir. Bacarığını nümayiş etdirmək üçün ilk olaraq kifayət qədər peşəkar olan “Soltan” ləqəbli labrador cinsindən olan it önə atılır. Düzü, onun üzündə olan zəhmi gördükdən sonra təlim keçirilən ərazidən bir qədər uzaqlaşmaq istədim. Bunu görən zabit bu itlərin xüsusi təlim gördüyünü və bizə xəsarət yetirmək təhlükəsinin olmadığını deyir.

“Soltan” təlimçinin əmrini gözləyir. Onun ilk tapşırığı maşınlarda gizlədilən şərti bombanı tapmaqdır. “Soltan” ilk sınaqdan uğurla çıxır. Elə ilk həmlədə “bomba”nı tapır. O növbəti sınaqdan da üzüağ çıxır: bizim əməkdaşın gizlətidiyi şərti partlayıcını tapır. Peşəkar təlim keçmiş it bütün tapşırıqları yerinə yetirdikdən sonra təlimçinin əmri ilə yerinə keçir.

Kinologiya mərkəzinin baş kinoloq-təlimatçısı kapitan Mövcud Əsgərovun sözlərinə görə, hazırda mərkəzdə 6 növdə it var: Alman qurdbasanı, labrador, rotveyler, doberman, pitbull… Bu itlərin əksəriyyəti damazlıq bölməsində yetişdirilir. Daha sonra digər bölmələrə paylanılır. İtlər 4 aylığından xidmət göstərəcəyi sahə üzrə seçilir. Sakit itlər minaaxtaran bölümünə, nisbətən bəd itlərsə qarovul xidmətinə verilir. Bunun da səbəbi var. Baş təlimçi deyir ki, qarovul itləri posta kənar şəxslərin yaxınlaşdığını dərhal hiss edir və buna reaksiya verirlər. Minaaxtaran itlərsə nisbətən sakit olduğu üçün onlar qaravula çıxarılmır.

Peşəkar təlimatçı bizimlə söhbəti zamanı çox maraqlı bir məsələyə də toxunur. Onun sözlərinə görə, hazırda itlərə təlimlər ancaq Azərbaycan dilində keçilir. İtlər bütün tapşırıqları Azərbaycan dilində səsləndirilən sözlər əsasında edir. Yaxın zamanda itlərə erməni dilində sözlərin öyrədilməsi nəzərdə tutulur. Bu, daha çox qaravul itləri üçün nəzərdə tutulub. Çünki onlar düşmən yaxınlaşdığı zaman erməni dilində danışıq eşitdikdə əsgərləri xəbərdar edə biləcəklər.

Artıq 5 ilir ki, bu mərkəzdə çalışan baş kinoloq Silahlı Qüvvələr tarixində seçilən itlər barədə də məlumat verir:

– Əvvəllər başqa ordularda kamikadze itlər var idi. Onlardan düşmən texnikasını məhv etmək üçün istifadə olunurdu. Amma bu gün bizim ordumuzda humanistlik nöqteyi-nəzərindən o cür itlərdən istifadə olunmur. Bizim seçilən itlərimiz çox olub. “Slayd” ləqəbli it keçirilən müsabiqələrdə üç dəfə 3-cü yerə layiq görülüb. Bizim hazırladığımız itlər yüksək nəticələr verir. Bu il 24 baş it ön cəbhəyə göndərilib. Onlardan qarovul xidmətində istifadə olunur. O itlərin qorxusundan düşmən kəşfiyyatı mövqelərimizə yaxın dura bilmir. Hərbçilərimiz də itlərdən çox razıdırlar.

Hərbi hissənin ərazisini dolaşdıqca diqqətimi yaradılan səliqə-səhman və yeni əkilən ağaclar cəlb edir. Mərkəzin rəisi polkovnik-leytenant Ariz Xasıyev əsgərlər və itlər üçün yaradılan yüksək şəraitlə bizi tanış edir. Əsgər yataqxanasına daxil olan zaman səliqəli ilə düzülmüş çarpayılar, təmiz yataq dəstləri görülən işlərdən xəbər verir. Əsgərlərin istiliklə bağlı da heç bir problemləri yoxdur. Yataqxanada kombi sistemi ilə yanaşı, ehtiyat sobanın olması da diqqətimizdən yayınmır. Qayğıkeş komandir əsgərlərin sağlamlığı və təmizliyi üçün əvvəllər hərbi hissənin ərazisində yerləşən hamamı kazarmanın içərisinə köçürüb. Bu isə əsgərləri soyuq hava şəraitində xəstələnməkdən qoruyur.

Əsgər yataqxanası ilə tanışlıqdan sonra nahar vaxtı yaxınlaşır. Əsgər yeməkxanasında onlarla birgə yeməklərin dadına baxmağın tam başqa bir ləzzəti var.

Əsgər yeməkxanasına səfərimiz öncə əsgərlər üçün yemək bişirən xanımlarla tanışlıqdan başlayır. Rəfiqə xanım bir müddətdir ki, bu hərbi hissədə əsgərlər üçün yemək bişirir. Deyir ki, onları öz övladları qədər sevir. “Əsgərlər üçün hər gün müxtəlif cür yeməklər bişirirəm. Bu işdən böyük həzz alıram. Mən də Vətənə belə xidmət edirəm”,- deyir baş aşpaz.

Əsgərlərlə birlikdə dadlı yeməklərdən yedikdən sonra reportajın daha maraqlı və həyəcanlı bölümünə keçirik.

Poliqonda əsgərlər itlərilə bizi gözləyirlər. Bayaqdan aktivliyi ilə seçilən, Labrador cinsindən olan “Soltan” ləqəbli it bu dəfə də öndə dayanıb. O, təlimçidən veriləcək əmrləri gözləyir. Artıq əmr gəlir. “Soltan” maneələri dəf edə-edə sahibinin yanına qayıdır. Onun arxasınca başqa cinslərdən olan itlər də məharətini göstərir. Kənar şəxslərin əraziyə girdiyini görən canavara bənzəyən bir itsə, heç də ipə-sapa yatmır. Sanki kənar şəxsləri parçalamaq üçün bir əmr gözləyir…

İtlərin sayı artıqca həyəcanımız da artır. İndi daha çox riskli olan bir hərəkət yerinə yetiriləcək. “Qraf” ləqəbli it əraziyə girmiş kənar şəxsi zərərsizləşdirməlidir. Əmr verilir. Xüsusi geyimlə, təlim kombinizonu ilə təchiz olunmuş əsgəri görən “Qraf” ona hücum edir və yerə yıxır. Təlimçilərin dediyinə görə, it bu zaman kəsiyində tutduğu adamı dişləmir. Hərbçilərin əraziyə gəlməsini gözləyir. Əgər əraziyə girmiş kənar şəxs müqavimət göstərərsə, təlim görmüş it onu parçalaya da bilər…

Digər itlər məharətlərini göstərən zaman günün qəhrəmanı olan “Soltan” ləqəbli it qarşıda onu gözləyən ən təhlükəli təlim növündən xəbərsiz idi. Təlimçilər onu alovla əhatələnmiş dəmir halqadan tullanmaq əmrini verir. O, bu əmrin də öhdəsindən məharətlə gəlir. Bir neçə dəfə odla əhatələnmiş halqanı keçən “Soltan” ayağından yüngül yanıq xəsarəti alır. Bu zaman özlüyümdə narahatlıq keçirirəm. “Soltan” isə əsl hərbçi iti olduğunu və yüksək təlim keçdiyini o dəqiqə hiss etdirir. Heç nə olmayıbmış kimi yoluna davam edir…

İtlərin təlimləri davam edir. Məni isə onların səhhəti ilə bağlı suallar düşündürür. Onlar təlim zamanı zədə alsa, yaxud xəstələnsə kim yardım edəcək,- deyə, hərbi hissə komandirindən soruşuram.

– İtlərin sağlamlığında müəyyən problem yarandıqa bu şəxs onların qayğısına qalır,- deyə komandir baytar həkimə işarə edir. Baytar həkim Elçin Nəsirovla görüşümüzün əvvəlində qısaca tanış olmuşduq. O, itlərə verilən qidalardan, onların müalicəsindən bizi xəbərdar edir.
– İtlər Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən dərman preparatları və xüsusi qidalarla təmin olunur. Yeni doğulan küçüklər üçün ana itlərin südü kifayət etmədikdə onlara xüsusi südlər veririk. Bala itlər gün ərzində 150-500 qram quru süd yeyir. Onların qidası təkcə südlə bitmir. Gün ərzində hər bir küçük 100 qram müxtəlif tərəvəzlər, 3-10 qram duz, 10 qram yağ, 20-200 qram II növ ət yeyir. Böyük itlərin də qidalanması təxminən eynidir. Fərq yalnız qidanın miqdarındadır.

Mərkəzin baytar həkimi itlərlə bağlı bir maraqlı faktı da bizimlə bölüşür: “Alman ovçarkaları digər itlərdən seçilir. Onların öz əcdadlarına məxsus xüsusiyyətləri var. İtlər bala verdiyi gündən ilk olaraq onlara süd vermir. Südün əvəzinə ana it yediyi qidanı qusma yolu ilə geri qaytarır. Balaca küçüklər də onunla qidalanır. Bizdə “Alisia” ləqəbli bir it var. Bu xüsusiyyət onda var. Görünür o, əcdadlarının genini hələ də özündə saxlayıb”.

Mərkəzin baytar həkimi ilə söhbətimiz zamanı masanın üzərində olan müxtəlif əşyalar diqqətimi cəlb edir. Elçin Nəsirov həmin əşyaların itlərə məxsus olduğunu bildirir. Hətta itlərin oyuncaqlarının da olduğunu qeyd edir: “Gördüyünüz bu əşyalar hamısı itlərə aiddir. Bu xüsusi daraqla onlar masaj edilir. Digər daraqla isə itlər çimizdirildikdən sonra daranır. Həftənin 6-cı günü itlərin hamam günüdür. Onlar xüsusi dərmanla və şampunla çimizdirildikdən sonra qurulanır”.

Burada yetişdirilən itlərdən təkcə mina axtarmaq, düşməni yaxlamaq məqsədilə deyil, bir məntəqədən digər yerə məktub çatdırmaq məqsədi ilə də istifadə olunur. Müəyyən şərait yaranarsa, it əsgərlərə lazım olan əşyanı və digər ləvazimatları aparıb çatdıra bilir.

…Artıq günortadan xeyli keçir. Hərbi hissədə günümüz o qədər maraqlı keçib ki, geri qayıtmaq istəmirik. Lakin hərbçilərimizi xidmətdən də ayırmaq istəmirik. Yenidən görüşmək ümidi ilə əsgərlərlə və hərbi hissənin zabit, gizir heyəti ilə sağollaşırıq…

Reportajın hazırlanması üçün şərait yaratdıqlarına görə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığımızı bildiririk.
Sabiq polis mayoru bağ evində narkotik yetişdirirmişHazırda təqaüddə olan qanun keşikçisi özü qanunları pozmaqda ittiham edilir. 25 il polis orqanlarında çalışan sabiq polis mayorunun bəlkə ağlına da gəlməzdi ki, ahıl yaşlarında qanun qarşısında cavab verməli olacaq. Bakı Ağır Cinayətlər Məhkəməsində 55 yaşlı İlqar Rzayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org xəbər verir ki, prosesə hakim Zeynal Ağayev sədrlik edib.

İttihama əsasən, İlqar Rzayev Xəzər rayonu, Qala qəsəbəsindəki bağ evinin həyətində qanunsuz olaraq narkotik vasitə olan çətənə bitkisi yetişdirib və kultivivasiya edib. Xəzər Rayon Polis (RPİ) 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.Rzayevə məxsus bağ sahəsinə baxış keçirilib. Polis əməkdaşları baxış keçirərkən təmiz çəkisi 1145 qram (1 kq 145 qram) çətənə bitkisi aşkar edilərək götürülüb.

Cinayət Məcəlləsinin 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham olunan İ.Rzayevin barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Uzun illər DİN-in Nəqliyyat Polisində işləyən, hazırda təqaüddə olan sabiq polis mayoru istintaq zamanı narkotik istifadəçisi olduğunu etiraf edib. O, ifadəsində yay aylarında bağda qaldığını, mayın əvvəlində ağacları sulayarkən yaşıl otlara rast gəldiyini deyib: “O otların orada necə bitməsindən xəbərim olmayıb. Narkotik istifadəçisi olduğumdan həmin bitkilərə qulluq edib yetişdirdim. Bitkiləri dərib qurudub özüm istifadə etməyə hazırlaşırdım. İyunun 7-də bağda olan zaman bir neçə nəfər həyətə gəlib polis olduqlarını dedilər və evə baxış keçirmək istədiklərini bildirdilər. Baxış zamanı 50 ədəd çətənə kolu aşkarlanaraq götürüldü”.

Şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Ata Atayev ifadəsində göstərib ki, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində yaşayan İlqar Rzayevin narkotik bitkilərin kultivasiyası ilə məşğul olması barədə məlumat daxil olub. Əməliyyat qrupu ilə birgə həmin əraziyə yollanıblar. Evin qarşısında dayanmış İ.Rzayevə mənzilə baxış keçirmək istədiklərini deyiblər: “İlqar etiraz etmədi. Həyətə baxış zamanı ağacların dibində əkilmiş çətənə kolu aşkar edildi. Evə baxış zamanı şkafın içərisində 60 ədəd boş kibrit qutusu tapıldı”.

Təqsirləndirilən İ.Rzayev istintaq zamanı etirafedici ifadə versə də, məhkəmədə çətənə kollarının ona aid olmadığını deyib. Mənzildən tapılan 60 ədəd kibrit qutusuna gəlincə isə, sabiq polis mayoru “nəvəmə oyuncaq düzəldəcəkdim” deməklə kifayətlənib.

Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.
Azərbaycanlı Batumidə uçan aparatla dənizə düşdüBazar günü Gürcüstanın Batumi şəhərinin Qara dəniz sahillərində Azərbaycan və Ukraynadan olan iki turist deltaplanla dənizə düşüb.

Report xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Agentliyinin mətbuat xidmətinə istinadən "İpress" məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Uçan aparat havaya qalxmaq cəhdlərindən dərhal sonra dənizə düşüb. Xilasedicilər yedək qurğu vasitəsi ilə aparatı və onda olan iki turisti tapa biliblər", - idarənin məlumatında bildirilib.

Qeyd olunur ki, aparat dənizə 15 metr hündürlükdən Batumi yaxt-klubu yaxınlığında düşüb.
Türk əsgərindən insanlıq dərsi: PKK-nın qadın terrorçusunu ölümdən xilas etdi- VİDEOTürkiyənin Tunceli bölgəsində yaralanaraq, təslim olan PKK-lı qadın terrorçuya ilkin tibbi yardımı türk əsgəri göstərib.

A24.Az xəbər verir ki, türk əsgərinin Səma adlı terrorçuya göstərdiyi tibbi yardım və təslim olma anı addım-addım kameranın yaddaşına həkk edilib.

Təhlükəsizlik qüvvələri, qadının üzərində hər hansı bir partlayıcı maddə olub olmadığını yoxladıqdan sonra onunla dialoq qurublar. Terrorçu qadın əsgərlərə deyib ki, ayaqqabısı dərəyə düşdüyü üçün ayaqyalın qalıb. Komandir əsgərlərə təlimat verərək, dərəyə düşən ayaqqabının gətirilməsini tələb edib.

Ayağından yaralanan terrorçu ilkin tibbi yardımdan sonra Tunceli Dövlət Xəstəxanasına çatdırılıb.
Rövşənin “Lotu Quli”dən qisasını Şeyx Həmzət alacaq? - Qardaşı ilə FOTOsu yayıldıAzərbaycanlı məmur, Rövşən Lənkəranskinin polkovnik qardaşı Namiq Canıyev 2 gün öncə İstanbulda bu yaxınlarda həbsxanadan çıxmış "Lotu Quli" ləqəbli "qanuni oğru" Nadir Səlifova qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinərək saxlanılmış, sonra sərbəst buraxılmışdı.

Avrasiya.net "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, İstanbulda baş verənlərin bir sıra təfərrüatları məlum olub. Belə ki, Namiq Canıyev kriminal avtoritetə qarşı hazırlanan sui-qəsdin iştirakçısı olmayıb. Onun mediada yayılan sonuncu şəklini isə ondan xəlvət çəkiblər.
N.Səlifovla haqq-hesabı Şeyx Həmzət ləqəbli çeçen kriminal avtoritet, oğru dünyasının "Ümumavropa kassası"nın nəzarətçisi Həmzət Qastəmirov "çürütmək" istəyir. Hansı ki, o, bu yaxınlarda saxta pasport gəzdirməkdə və odlu silah saxlamaqda günahlandırılaraq 8 cangüdəni və aralarında yaxınlarının da olduğu 13 nəfərlə birlikdə Amsterdamın Sxiphol hava limanı yaxınlığında saxlanılmışdı. Sonra Qastəmirov Hollandiya məhkəməsinə 3,6 milyon avro ödəyərək azadlığa çıxmışdı. Qastəmirovun adamları onu holland polisinə "Lotu Qulinin" adamlarının satdığını güman edirlər.

Məlumata görə, Namiq Canıyev Türkiyəyə bir sıra maliyyə məsələsini yoluna qoymaq üçün gedibmiş. O, səfər zamanı həmçinin Rövşən Lənkəranskinin yaxın tərəfdaşları Şeyx Həmzət və Hacı Beyləqanski ilə də görüşüb.

Sayt qeyd edir ki, N.Canıyev qardaşı Rövşən həyatda olarkən onunla birlikdə şəkil belə çəkdirməyib. Amma bu dəfə mərhum qardaşının yaxın dostları ilə görüşmək onun üçün ölüm-dirim məsələsi olub. Ola bilsin, Namiq Canıyev qətlə yetirilmiş qardaşının intiqamının alınmasını istəyib. Rövşən Lənkəranskinin qisasını almağa bu yaxınlarda ona Şeyx Həmzət söz verib. O, bu məqsədlə türk və çeçen mafioz klanlarını bir yerə toplayıb. İnternetdə Şeyx Həmzətin dünənki İstanbul əməliyyatında ələ keçən Mehmet Sabri Şirinlə birgə fotosu yer almaqdadır. Bu, onların yaxın münasibətlərdə olduğu faktını bir daha təsdiqləyir.

Yeri gəlmişkən, polis Namiq Canıyevi ticarət mərkəzində deyil, oteldə saxlayıb.

Bu məqamda criminal.az-ın N.Canıyevlə Şeyx Həmzətin fotosunu təqdim edirik. Bildirilir ki, onların görüşü böyük ehtimalla, bu ilin avqustunda, Lənkəranskinin il mərasimində baş tutub.
Rövşənin “Lotu Quli”dən qisasını Şeyx Həmzət alacaq? - Qardaşı ilə FOTOsu yayıldı
Suriyada dəhşətli partlayış – yüz ölü, onlarla yaralıSuriyanın Deyr əz-Zor şəhərinin şimal-qərbində baş vermiş partlayış qurbanlarının sayı 100-ə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Suriyanın Dövlət Televiziyası informasiya yayıb.

Məlumata görə, partlayış nəticəsində onlarla qaçqın isə ağır yaralı vəziyyətdədir.

Qeyd edək ki, ötən gecə Deyr əz-Zor şəhərinin şimal qərbində qaçqınların sıx toplaşdığı ərazidə minalanmış avtomobil partladılmışdı.
“Qoca” şeirlərini Fədayəyə yox, həyat yoldaşına həsr edib - FOTOÖtən gün cənazəsi ailəsinə təhvil verilən "Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun nəşi torpağa tapşırılıb.

"Qafqazinfo” mərhumun həyatı ilə bağlı maraqlı məlumatlar əldə edib. Məlum olub ki, "Qoca” şeirlərini müğənni Fədayə Laçına yox, həyat yoldaşına həsr edib:

""Qoca” və həyat yoldaşı bir-birini uşaqlıqdan istəyiblər. Etibar 18 yaşında həbsə düşəndən sonra belə sevgilisi onu gözləyib. Həbsdən çıxandan isə nişanlanıblar. 10 il ailəli olublar, ancaq bəzi səbəblərdən 2014-cü ildə rəsmi nikaha girə biliblər. Bu müddət ərzində bir neçə dəfə uşaqları doğulmamış dünyasını dəyişib. "Qoca” mətbuatda deyildiyi kimi şeirləri Fədayəyə yox, xanımına həsr edib. Fədayə ilə "Qoca” evlərindəki qonaqlıqda tanış olublar. Həmin qonaqlıqda xanımı Fədayəyə üzük bağışlayıb və yoldaşının nömrəsini özü ona verib. O, "Qoca”nın adının Fədayə ilə hallanmasına pis olub”, - deyə "Qoca”nın yaxın qohumlarından biri söyləyib.
“Qoca” şeirlərini Fədayəyə yox, həyat yoldaşına həsr edib - FOTO
Bakıda qız atasını baltaladıBakıda qız atasını baltalayıb.

APA-nın məlumatına görə, insident paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon Cəfər Xəndan küçəsində yerləşən evlərdən birində baş verib. Məlumata görə, ailə münaqişəsi zamanı qız atasına balta ilə ağır xəsarətlər yetirib. 1956-cı il təvəllüdlü Salxaki Cəmşid Azad oğlu başından kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı şəhər xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cəmşid Salxakinin şəxsiyyəti hələlik açıqlanmayan qızı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Səudiyyə Ərəbistanında 11 şahzadə həbs edildiSəudiyyə Ərəbistanında rüşvət və vəzifəsindən sui-istifadə etməkdə günahlandırılan 11 şahzadə və bir neçə nazir həbs edilib.
Kral Salman bin Əbdüləziz ölkədə rüşvətxorluğun araşdırılması üçün Korrupsiyaya qarşı Mübarizə Komitəsinin qurulması üçün fərman imzalayıb.
Şahzadələr qanunsuz silah-sursat müqavilələrinin imzalanması, çirkli pulların "yuyulması" və s. əməllərdə ittiham edilirlər. (qafqazinfo)
Kişinin mədəsindən 639 mismar çıxdı - VİDEOKəlküttə Tibb Kollecinin həkimləri hindistanlı pasiyentin mədəsindən 5 santimetr uzunluğunda olan 639 ədəd mismar çıxarıblar.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Deyli Meyl” qəzeti yazıb. Qəzet kişinin mədə ağrısı şikayəti ilə xəstəxanaya aparıldığını və endoskopiyadan sonra xəstənin mədəsinin mismarla dolu olduğunun müəyyən edildiyini bildirib.

İki saatlıq əməliyyat zamanı cərrahlar pasiyentin qarnında 10 santimetrlik yarıq açaraq maqnitin köməyi ilə metalları çıxarmağı bacarıblar. Həkimlər mismarların iti olmasına baxmayaraq, xəstənin daxili orqanlarına heç bir ciddi ziyan dəymədiyini bildiriblər.