Bu ticarət köşklərində SATICILAR YOXDUR - FOTO/ VİDEOAlmaniyanın Münhen şəhəri yaxınlığında satıcısız fəaliyyət göstərən ticarət köşkləri mövcuddur.

Avrasiya.net xarici mətbuata istinadən xəbər verir ki, köşklərdən birində tərəvəz, digərində isə çiçəklər satışa çıxarılıb.
Köşklərdə tərəvəzin qiyməti xüsusi lövhəyə vurulub. Alıcılar onun vasitəsilə məhsulların qiyməti ilə tanış ola bilirlər.

Lakin qeyd etdiyimiz kimi məhsulların satışına kimsə nəzarət etmir. Belə ki, malların yanında alıcıların aldıqları məhsullara görə pul ödəmələri üçün xüsusi kassalar da qoyulub. Köşklərdən məhsul alan hər kəs pulu kassaya ödəyə bilər.

Köşklərlə bağlı ikinci maraqlı məqam bundan ibarətdir ki, kassa aparatları alıcıların ödədiyi artıq pulun qalığını da qaytarır.
Bu ticarət köşklərində SATICILAR YOXDUR - FOTO/ VİDEO


Anar Tağıyev
Lənkəranski və Surət Hüseynova yaxınlığı ilə tanınan “Bakılı Əhməd” İstanbulda güllələndiİstanbulda “Bakılı Əhməd” ləqəbi ilə tanınan iş adamı Əhməd (soyadı məlum deyil) evində güllələnib.

Avropa.info-nun Türkiyədəki mənbələrdən əldə etdiyi məlumata görə, “Bakılı Əhməd” ləqəbli iş adamı kriminal avtoritet Rövşən Lənkəranski və eyni zamanda keçmiş baş nazir Surət Hüseynovla yaxın olması ilə tanınırmış.

“Bakılı Əhməd”in hətta Rövşən Lənkəranskinin cənazəsinin Azərbaycana yola salınmasında fəal iştirak etdiyi bildirilir. Rövşənin ölümündən sonra isə iş adamının onun qardaşı, gömrük polkovniki Namiq Caniyevlə yaxın əlaqələrinin olduğu qeyd edilir.

“Bakılı Əhməd”in keçmiş baş nazir, hazırda Türkiyədə biznes fəaliyyəti ilə məşğul olan Surət Hüseynovla da yaxşı münasibətlərinin olduğu bildirilir. İstanbulda tekstil biznesi ilə məşğul olan Surət Hüseynova məhz “Bakılı Əhməd”in yardım etdiyi də gələn məlumatlar arasındadır. Mənbə bildirir ki, Surət Hüseynovun biznesinə məhz

“Bakılı Əhməd” rəhbərlik edirmiş. Bununla yanaşı Lənkəranski ilə Surət Hüseynov arasında hər hansısa münasibətlərin olub-olmaması haqda məlumat yoxdur.

Bu arada evində güllələnən “Bakılı Əhməd”in ağır yaralı olduğu və İstanbuldakı xəstəxanalardan birinə aparıldığı bildirilir. Onun vəziyyətinin kritik olduğu qeyd olunur.

"Fədayə o atın tərkinə minib getdi”Əməkdar artist Elza Seyidcahan Fədayə Laçınla “Qoca” ləqəbli avtoritet Etibar Məmmədova balet həsr edib.

Bu barədə Yenicag.az-a açıqlama verən sənətçi sevginin böyük qüvvə olduğunu bildirib:

“Fədayənin həbsə düşməsi xəbəri məni çox sarsıtdı. Sanki onunla bərabər mən də həbsdəyəm. Mən o “Qoca” deyilən avtoritetin videolarını izlədim. Fədayə ona sarılmışdı. Görünür ki, mərd, sözünü deyən oğlan imiş. Əsl kişiymiş. Fədayənin də mərd kişiyə ehtiyacı olub deyə, onu sevib. Əslində, bəlkə də Fədayə onu bir ana, bir bacı kimi qorumaq istəyib. Kaş ki, Etibar heç həbsdən qaçmayaydı, vaxtını gözləyəydi. Bəzi kişilər var, sevdiyini darda qoyur, qaçır. Amma qadınlarımız hər zaman sevgilərinin arxasında dayanır. Fədayə də bəlkə onu qorumaq üçün belə edibmiş. Artıq Etibar yoxdur, Allah Fədayənin də qapısını açsın. Oğlum da onu çox istəyir. Uşaq vaxtı deyirdi ki, ana, böyüyəndə çoxlu pulum olsa, Fədayə Laçına sponsorluq edəcəm. Mən bu sevgiyə həsr olunmuş balet yazdım, adı da belədir: “Etibarda əfsənəyə dönmüş Qoca Fədayənin fədası””

Bəs görəsən Elza özü nə vaxtsa avtoritetə aşiq olardımı?

Sənətçinin cavabı belə oldu:

“Heç kim heç nədən sığortalanmayıb. Hər qadın ağ atlı oğlanı gözləyir. Və o oğlan gələndə gözübağlı atın tərkinə minib gedir, baxmır ki, o adam avtoritetdir, quldurdur, yoxsa oğrudur. Fədayə də o atın tərkinə minib getdi”.
Azərbaycanlı İŞİD-çinin VİDEOsu yayıldı: “Anama, bacıma səslənirəm…”İŞİD terror təşkilatının azərbaycanlı terrorçularından birinin videogörüntüsü yayılıb.

Missiya.Az xəbər verir ki, İraq və ya Suriyada çəkildiyi bilinməyən videoda danışan terrorçu Azərbaycandakı əqidədaşlarına çağırış edərək, “Dövlətinizə gəlin” deyir və onları da İŞİD-ə qoşulmağa səsləyir.

Terrorçunun çıxışı zamanı “Orucluq necə keçir?”, sualından aydın olur ki, çəkiliş
Ramazan ayına, yəni may-iyun ayları arasındakı müddətə aiddir.

Avtomobildə naşid (sinxron səslərdən ibarət dini musiqi) dinləyərək çağırış edən terrorçu əqidədaşlarına gəlməyəcəkləri şəkildə peşman olacaqlarını, problemlər olacağını bildirərək, “əxi”ləriylə birgə, öz ailəsinə; anasına, bacılarına və qardaşlarına da səslənir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının qanunvericiliyin əsasən terrorçu qruplaşmaya üzv olan, habelə terrorla əlaqədar fəaliyyətlərlə məşğul olan şəxslər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumedilmə cəzaları ilə cəzalandırılırlar.

Qeyd edək ki, İraq və Suriyada ordu və müttəfiq qüvvələrin apardığı uğurlu
əməliyyatlardan sonra hər iki ölkədə terror təşkilatı məhv olmaq üzrədir. İŞİD-in İraqda “son qalası” olaraq bilinən Əl-Qaim və Rava şəhərləri tam olaraq ordunun nəzarətinə keçib.

Suriyada bu gün yekunlaşan Deyr əz-Zor əməliyyatı nəticəsində isə bölgə İŞİD-dən tamamilə təmizlənərək, şəhərdə ordunun nəzarəti təmin olunub. Suriyada İŞİD-in əlində qalan yeganə ərazi paytaxt Dəməşqin cənubunda yerləşən fələstinli qaçqınların yerləşdiyi Yarmuk düşərgəsidir.
Sevgilisi tərəfindən tərk edilən 300 kiloluq qız... - FOTOABŞ-ın Oreqan ştatında yaşayan Ember Raşdi 24 yaşı olanda 300 kq çəkiyə sahib olub

Sevgilisi tərəfindən tərk edilən qız həyatını dəyişdirmək qərarına gəlib. 121 kilo arıqlayan qızı görənlər gözlərinə inanmayıblar.

24 yaşlı Ember 300 kilo çəkisi ilə çox ciddi problemlərlə üzləşib. Evdə hərəkət etmək üçün belə ailə üzvlərinin yardımına ehtiyac duyub. Artıq çəkisi ona həm fiziki, həm də psixoloji cəhətdən təsir edib. Bu səbəbdən Ember bir televiziya verilişinə müraciət edib.
Amma əməliyyata girmək üçün 10 kilo arıqlamalı idi. Amma qız qarşısına məqsəd qoymuşdu. Bu səbəbdən həkiminə yaxın yaşamaq üçün Texasa köçür. Üç ayda 10 kilo arıqlayan Ember əməliyyatdan sonra da 40 kilo arıqlayır.

Sonra isə idmanla məşğul olur. Əməliyyatdan bir il sonra isə 65 kilo arıqlayan Emberi görənlər gözlərinə inanmayıblar.
Sevgilisi tərəfindən tərk edilən 300 kiloluq qız... - FOTO

Ölkə.Az
Eldar Mahmudov istintaqa çağırıldıSabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğa çağırılıb.

Bu barədə Trend-ə açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Prokurorluq rəsmisinin sözlərinə görə, fəaliyyəti dayandırılmış Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

E. Sultanov bildirib ki, V.Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan edilməklə barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da qeyd edilən cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.
Qurban Qurbanov AFFA-dan ayrıldıAzərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov AFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verib.

Bu haqda Qol.az saytına açıqlamasında Q.Qurbanovun özü bildirib.

Qeyd edək ki, dünən Q.Qurbanov milliyə baş məşqçi təyin olunduqdan sonra onun AFFA İcraiyyə Komitəsindəki vəzifəsində qalıb-qalmayacağı maraq doğururdu.

Qurban Qurbanovun sözlərinə görə, o, iki işdə - milli komanda və “Qarabağ”dakı fəaliyyətinin çoxluğu ilə əlaqədar İcraiyyə Komitəsinin üzvlüyündən ayrılmaqla bağlı AFFA-ya müraciət edib.
SOCAR işçisi dənizə düşüb öldü“28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi dənizə düşüb.

SOCAR-dan Avrasiya.net-ə verilən məlumata bu gün səhər saatlarında “28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb. O, operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub.

Hadisənin səbəbləri araşdırılır.
Kremlin 5 rayon əvəzində şərti: Politoloq detalları açıqladıBeş rayonun geri qaytarılması ilə bağlı ortaya atılan bu plan köhnədir, vaxtilə həmin müddəların hər biri ayrı-ayrılıqda Rusiyanın könlündən keçib və Azərbaycan tərəfindən çox sərt qarşılığını alıb.

Bu sözləri Axar.az-a Rusiya və Türkiyə prezidentlərinin gözlənilən görüşü və bu fonda Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Moskvanın Azərbaycan qarşısında şərtlər qoyması ətrafında gedən müzakirələrə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq əvvəla Lavrov planında müxtəlif variantların olduğunu açıqlayıb:

“Danışıqların Kazan variantının sonradan Lavrov tərəfindən mənimsənilmiş hissəsində və bu adla bir müddət dövriyyəyə girən həll planında Rusiyanın Azərbaycana qarşı müəyyən şərtləri olub. Ancaq Azərbaycan bunu artıq bir ildən çoxdur ki, rədd edib. Bu müddəaların təkrar irəli sürülməsi mümkünsüzdür. Xüsusilə də Rusiyanın Azərbaycandan təvəqqesi Avrasiya İttifaqına daxil olmaqdır. Bəli, bu məsələ gündəmdə olub və ola bilsin ki, bu gün də var. Azərbaycan bu şərti yalnız Qarabağ probleminin tamamilə həll edilməsi və böyük sülh sazişinin imzalanmasından sonra dəyərləndirə bilər. Ancaq KTMT-yə daxil olmağımız haqda qənaətlər reallığı əks etdirə bilməz. Çünki Azərbaycanın təcavüzkarla bir təşkilatda yer alması və Moskvanın bu yöndə Bakıya təklifi ağılasığmazdır. O ki qaldı üçüncü şərtə, sülməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi ilə bağlı niyyətlər azı 3 il qabaq Rusiya tərəfindən irəli sürülüb. Azərbaycan da çox taktiki bir formada, yəni diplomatik şəkildə bildirib ki, bölgədə maraqlı tərəflərin deyil, neytral dövlətlərin sülhməramlı qüvvələri yerləşdirilə bilər. Rusiyanın sülhməramlı qüvvələrinin bölgəyə gətirilməsi birmənalı sürətdə qəbuledilməzdir. Bu, bölgə dövlətlərinin təhlükəsizliyi üçün çox təhlükəli bir presedent ola bilər. İnanmıram ki, diplomatik formada rədd edilən planı kimsə təkrar Azərbaycana təklif etsin”.

Politoloq hesab edir ki, ermənilərin əsas tələbi olan Dağlıq Qarabağa keçici statusun verilməsi əvəzinə bölgəyə sülhməramlıların gətirilməsi varinatı da ağılabatan deyil:

“Rusiya bu məsələdə Ermənistanın tələbini kənara ataraq öz məqsədini güdə bilməz. Ən başlıcası isə öz ərazi bütövlüyünü təmin etmək istəyən Azərbaycan bölgəyə yeni qoşun kontingentinin gətirilməsinə yol verməyəcək. Bu, suverenliyimizə təhdiddir və Azərbaycan siyasi rəhbərliyi qətiyyətlə bunu rədd edib. Bu məsələnin Rusiya tərəfindən gündəmə gətirilməsini belə mümkünsüz sayıram. Çünki bu, çox həssas və Azərbaycan üçün olduqca önəmli bir məsələdir. Hətta Bakının bu tonda danışıqlara getməsi belə mümkün deyil. Dövlət başçısının Azərbaycan torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına qətiyyən imkan verilməyəcəyi ilə bağlı bəyanatında bütün sualların cavabı verilir. İndi dövriyyəyə bu cür iddiaların atılması və bölgəyə rus qoşunlarının yerləşdirilməsi Azərbaycanla yanaşı, Türkiyənin də maraqlarına ziddir. Türkiyə Cənubi Qafqaza iddiası olan dövlətdir. Qafqaz ərazilərinin bir hissəsi Türkiyənin suverenliyinə aiddir. Problemin həllinə girişən Türkiyə Rusiya tərəfindən alçaldıcı şərtlərin irəli sürülməsinə razı olmayacaq. Türkiyə məsələnin həllinə dair Azərbaycan üçün prioritet olan şərtləri çox yaxşı bilir. Bu üzdən Ankara Bakı üçün vazkeçilməz sayılan prinsiplərdən imtina edə bilməz. Əgər gündəmdə Azərbaycanın suverenliyi durursa və Dağlıq Qarabağa ölkəmizin suverenliyi daxilində öz müqəddaratını təyinetmək hüququnun verilməsinə dair Azərbaycan prezidenti plan irəli sürübsə, bundan sonra Rusiyanın bu məsələ ətrafında yenidən qeyri-real, kifayət qədər imperialist xarakterli təkliflər irəli sürməsi sadəcə ağılasığmazdır”.

Politoloq Türkiyənin Qarabağ məsələsinin nizama salınması yönündə Rusiya ilə ciddi danışıqlar aparmağı planlaşdırdığını təsdiqləyib:

“Hətta Ərdoğan bu məsələ ilə bağlı rusiyalı həmkarı ilə Rusiyada görüşəcək. Fikir verin, bu səfər Türkiyə prezidentinin Azərbaycana səfərindən, əsasən də ölkə başçısı ilə məsləhətləşmələri və Qarabağ planının həllinə dair müəyyən bir platformanın işlənib hazırlanmasından sonra ərsəyə gəlib. Rusiyanın könlündən çox şeylər keçə bilər. Məsələ ondan ibarətdir ki, Qarabağ probleminin həlli Cənubi Qafqazı sülh regionuna çevirməli, sonradan dövlətlər arasında yenidən qarşıdurma ortaya çıxarmamalıdır. ABŞ da bu qənaətdədir. Rusiyanın regionda tam hökmranlğını yaradacaq şərtlərin reallaşdırmasına heç beynəlxalq Qərb dünyası da icazə verməz. Bir sözlə, 5 rayonun geri qaytarılması ilə bağlı ortaya atılan bu plan köhnədir, vaxtilə həmin müddəların hər biri ayrı-ayrılıqda Rusiyanın könlündən keçib və Azərbaycan tərəfindən çox sərt qarşılığını alıb. Yeganə Avrasiya İttifaqına üzvlükdən başqa, yerdə qalan şərtlər Bakı tərəfindən birmənalı qaydada rədd edilir”.

Qeyd edək ki, politoloq Elxan Şahinoğlu Rusiya və Türkiyə prezidentlərinin görüşü haqda və bu görüşdə Qarabağ məsələsinin müzakirə olunacağına dair ilginc məlumat paylaşıb. O, “etibarlı qaynaqdan” əldə etdiyi bu informasiyada Ərdoğanla Putinin görüşü ərəfəsində Rusiyanın Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərt qoyduğunu qeyd edib. Onun sözlərinə görə, bunlar - Azərbaycanın Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvülüyü və Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsidir.
DTX casusu həbs etdiDövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarını ölkədən kənara çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Soltanov Miryusif Mirmahmud oğlu saxlanılıb.

DTX-nin İctimai əlaqələr şöbəsindən Avrasiya.net-ə verilən məlumata görə, M. Soltanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.