Qurban Qurbanov AFFA qarşısında şərtlər qoyduRobert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçi postundan getməsindən sonra yeni baş məşqçinin kimliyi ilə bağlı fərqli versiyalar səsləndirilsə də, AFFA Qurban Qurbanov variantına daha çox üstünlük verir. Qurban Qurbanovun milli komandaya baş məşqçi təyin olunacağı artıq dəqiqdir və sabah İcraiyyə Komitəsinin növbəti iclasında bu haqda qərar qəbul olunacaq.

“Sportlife.az”ın məlumatına görə, Q.Qurbanovu bu posta gətirmək AFFA-ya o qədər də asan başa gəlməyib.

Qurban Qurbanov AFFA prezidenti Rövnəq Abdullayevlə görüşü zamanı bir neçə şərtinin olduğunu və bu şərtlərə əməl olunacağı təqdirdə təklifi qəbul edə biləcəyini bildirib. Şərtlərdən biri də Azərbaycanın əsas və aşağı yaş milli komandalarına nəzarətin şəxsən özünə verilməsi olub.

R. Abdullayev “Qarabağ”ın uğurlarının memarı olan Qurbanovun bütün şərtləri ilə razılaşdığını və onun üçün ən yüksək şəraitin yaradılacağına söz verib.

Qeyd edək ki, buna qədər Azərbaycan milli komandalarına nəzarət AFFA-nın baş katibi Elxan Məmmədovun əlində idi.
50-dən çox kürd terrorçusu məhv edilibTürkiyədə terrorçulara qarşı əməliyyatlar davam edir.

“Ölkə.Az” xəbər verir ki, bu gün səhər saatlarından Türkiyənin Şimali İraqla sərhəd olan Hakkari vilayətinin Şəmdinli rayonunda terrorçulara qarşı əməliyyatlara başlanılıb. Əməliyyat zamanı türk əsgərlərinin şəhid olmasından sonra Türkiyə Silahlı Qüvvələri havadan dəstək istəyib. Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları səmaya qaldırılıb.

Türkiyənin “F16” qırıcılarının keçirdiyi əməliyyat nəticəsində PKK və YPG terror təşkiltının gizləndiyi obyektlər dağıdılıb. Əməliyyta zamanı 50-dən çox terrorçu məhv edilib. Hazırda qırıcılar əraziyə nəzarət edirlər. Əməliyyat davam etdirilir.
Qeyd edək ki, səhər saatlarında Hakkari vilayətində PKK terrorçuları ilə atışma zamanı 8 türk əsgəri şəhid olub.
Bakıda itkin düşən xeyriyyəçi qız tapıldıNoyabrın 2-də günorta saatlarında yaxınlarına vida məktubu yazaraq itkin düşən 27 yaşlı Nigar Bayramlı tapılıb.

Hazırda N.Bayramlı evdə, yaxınlarının yanındadır, ona psixoloji yardım göstərilir.

Xatırladaq ki, dünən onun itkin düşməsi ilə bağlı məlumat yayılıb.

1news.az-ın məlumatına görə, onu sonuncu dəfə “28 May” metrostansiyası yaxınlığında, Səməd Vurğun bağında görüblər.

N.Bayramlı “Azərbaycan Uşaqlar Birliyi”ndə işləyir və xeyriyyəçiliklə məşğul olur. Evdən çıxarkən, o, anası və qardaşına vida məktubu qoyub. Bundan əlavə Nigar iki mobil telefonunu və zinət əşyalarını da özü ilə götürməyib.

Polis Nigar Bayramlının yeri barədə məlumatı olan hər kəsdən DİN-in qaynar xətti “102”-yə və ya Nəsimi Rayon Polis İdarəsinə müraciət etməsini xahiş edir.
Lotu Quliyə sui-qəsd cəhdi - 11 killer zərərsizləşdirilib - İstanbulda - VİDEO+FOTOLARBir neçə saat öncə İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinin qarşısını alıb.

Xatırladaq ki, Azərbaycanda 20 illik həbs cəzasını çəkmiş N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı. Azadlığa çıxdıqdan sonra N.Səlifov İstanbula yollanmışdı.

Azad edildikdən dərhal sonra N.Səlifov Azərbaycanın kriminal cımiyyətinin başçısına çevrilib, bundan əlavə, onu postsovet məkanının kriminal aləminin alternativsiz lideri kimi tanıyıblar.

Virtualaz.org-a İstanbuldakı mənbələrin verdiyi məlumata əsasən, dünən, noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsdin hazırlanması barədə operativ məlumat alıblar. Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət killer qrupu gəlib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.

Killer dəstəsinə öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.

Qrupa həmçinin aşağıdakı şəxslər daxil olublar: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

Saxlanılanların fotoşəkillərini diqqətinizə çatdırırıq:
Lotu Quliyə sui-qəsd cəhdi - 11 killer zərərsizləşdirilib - İstanbulda - VİDEO+FOTOLAR
Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev
Lotu Quliyə sui-qəsd cəhdi - 11 killer zərərsizləşdirilib - İstanbulda - VİDEO+FOTOLAR
Məşhur killer Hacı Beyləqanski Türkiyədə saxta pasportdan istifadə edir
Lotu Quliyə sui-qəsd cəhdi - 11 killer zərərsizləşdirilib - İstanbulda - VİDEO+FOTOLAR
Lotu Quliyə sui-qəsd cəhdi - 11 killer zərərsizləşdirilib - İstanbulda - VİDEO+FOTOLAR
Lotu Quliyə sui-qəsd cəhdi - 11 killer zərərsizləşdirilib - İstanbulda - VİDEO+FOTOLAR
Lotu Quliyə sui-qəsd cəhdi - 11 killer zərərsizləşdirilib - İstanbulda - VİDEO+FOTOLAR
Lotu Quliyə sui-qəsd cəhdi - 11 killer zərərsizləşdirilib - İstanbulda - VİDEO+FOTOLAR
Lotu Quliyə sui-qəsd cəhdi - 11 killer zərərsizləşdirilib - İstanbulda - VİDEO+FOTOLAR
Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi məhkəməyə üz tutduDini Məsələlər üzrə Dövlət Agentliyi məhkəməyə verilib

Bu barədə Avrasiya.net-ə Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi seyid Mirtagi Əsədov bildirib.

Onun bildirdiyinə görə, Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi seyid Mirtagi Əsədov Dini Məsələlər üzrə Dövlət Agentliyinə sorğu məktubu ünvanlayıb.

Məktubda vurğulanıb ki, müsəlman birləşmələri tərəfindən imzalanmış büdcə və xərclərlə bağlı sənədlərin, agentliyə təqdim olunmuş müvafiq surətlərini bizə təqdim etsin.

Dini Məsələlər üzrə Dövlət Agentliyi bizə ünvanladığı cavab məktubunda qeyd edir ki, qeyd olunan simeta sənədlərini (xərcləri) sizə verməkdə hüquqi tərəfdən acizik.
Dini Agentliyin ictimai sorğunu, ictimai bir təşkilatdan gizlətdiyi üçün və üstə gəl, 117N-li qərara əsasən ÜGMADİ olaraq bütün məsələləri bilmək haqqımızdır və buna görə də məhkəməyə müraciət etdik ki, ədalət məhkəməsi özü qərar versin.

Ümumiyyətlə hər bir Gürcüstan vətəndaşının haqqıdır hər bir hökumət qurumuna sorğu göndərsin və həmən qurumun da borcudur ki, vətəndaşların sorğularına cavab versin.
Fədayə kimi ola bilməyənlərin rəzaləti Ülkər İSMAYILQIZI

Həssas, müdafiəsiz qalmış bir qadına qarşı bu qədər nifrət haradan doğur!?

Həyatında ölümünə sevəcəyi bir insan olmayan şəxs insan deyil. Canlı olanı cansızlardan fərqləndirən onun hisslərinin olmasıdır. Sevgi bəşəriyyətin bütün fiziki və bioloji qanunlarına tabe olan bir hissdir. Bu hiss canlıya məxsusdur. Yoxdur elə bir insan ki, dəlicəsinə, bütün tabuları, yasaqları, hər şeyi rədd edib ağılsızcasına sevməyi bacarmasın. Amma böyük əksəriyyət öz hisslərini cilovlamağı, özünü bu ülvi hissdən məhrum etməyi bacarır. Amma bir qisim insanlar da var ki, onlar üçün sevgi hər şeyin fövqündə dayanır.

Bu günlər ölkənin gündəmi Fədayə Laçındır. Onu gündəm edən ağır cinayətlər törətmiş bir məhbusun həbsdən qaçmasına yardım etdiyinə dair şübhəli şəxs qismində saxlanılmasıdır. Sonra media hadisələri bir az şişirdərək o məhbusun Fədayənin sevgilisi olduğunu bəyan etdi. İkilinin birgə şəkilləri, videoları sosial medianı bürüdü. Qınaqlar, ittihamlar, təhqirlər bir-birini əvəz etdi. Onu müşahidə etdim ki, ölkənin şou-biznes çevrəsi Fədayəyə sevgi və sayğı ilə yanaşdı. Kimi onun suç işlədiyinə inanmadığını, kimi də tezliklə azadlığa çıxacağına inandığını bildirdi. İndiyə qədər bəndənizdə hər hansı hörmət doğurmamış və münasibət formalaşdırmamış Nadir Qafarzadənin Fədayəyə ağı deməsi onun haqqında fikrimi dəyişdirdi. Ürəyi var imiş. Onun ağısına verilən əcaib-qəraib reaksiyalar olmasaydı, bəlkə də bunları yazmayacaqdım.

Fədayə "vor-zakon"u sevməklə və bunu bəlli etməklə oğlunu rəzil edirmiş. Sevmək, sevdiyinə öz hisslərini bəlli etmək niyə rəzalət olsun ki? Sevmək ancaq Azərbaycan kimi geridə qalmış, orta əsrlər təfəkkürü ilə yaşayan bir məmləkətdə "rəzalət", "rüsvayçılıq" sayıla bilər. Ancaq belə ölkələrdə qızı, qadını sevdiyinə görə qınaya, təhqir edə, alçalda, öldürə bilərlər. Yalnız bu ölkədə oğlu olan anaya sevməyi yasaq edə bilərlər.

Gənc yaşlarda həyat yoldaşından ayrılmış və tənha qalmış, övladını min müşkülatla böyüdüb ərsəyə çatdırmış, ona olan analıq borcunu yerinə yetirmiş qadının sevmək, ömrünün ikinci baharını yaşamaq haqqı yoxdur?! Kim onun bu doğal haqqını əlindən ala bilər?! Bəsit, dar düşüncəli, özü yaratdığı çərçivələrin köləsi olan adamlar?! O adamlar ki, başqasının malına göz dikməyi, oğurlamağı, atmağı, kələk gəlməyi, rüşvəti, yaltaqlığı, işverənliyi, üzə durmağı, ev yıxmağı həyatının qayəsinə çevirməyi rahatlıqla bacarır, amma səmimi qəlblə sevməyi cinayət hesab edir?! O adamlar ki, qadınlarla olan cinsi münasibətlərini böyük bir qəhrəmanlıq edibmiş kimi hər yerdə bağıra-bağıra, fəxrlə dolaşır və bunu "kişilik" hesab edir?!

Bəsdir, hamınız özünüzü qoymusuz artistliyə. Ağıllı-ağıllı yazırsız: "Oğlundan ayıb olsun, nəyinə yaraşır, soxdu oğlunun papağını yerə, oğlunun qeyrəti olsa elə ananın başını kəsər…!"

Ömrünü mahnılara, musiqiyə vermiş, həyatını mədəsi uğrunda deyil, hissləri uğrunda yaşayan bir insan sizin sevgiyə qısqanclığınızın, məsuliyyətsiz, qaramat, üfunət qoxuyan düşüncələrinizin əsirinə niyə çevrilməlidir?! Onun həyatı, hissləri ona aiddir. Onu şöhrət naminə, "gör filankəs toyuna kimi gətirib" deyilməsi üçün dəstə-dəstə pullarınızı səpərək toyunuza gətirəndə, toyxanalarda oxuduğu mahnılara qulaq asıb feyziyab olanda, qol qaldırıb oynayanda, könlünüzü əyləndirəndə yaxşı idı, amma o kimisə sevəndə, sevdiyi adama görə həbsxanaya düşməyi gözə alanda, sevgisi uğrunda qanunları pozmağa özündə cəsarət tapanda pisdir?! Sevdiyi insan, dost cinayət törədib deyə aferistlik edib onu tanımadığını bildirməli, onunla münasibətlərini danmalı idi?!

Əslində Fədayə hisslərinə görə alçaldılmış, təhqir olunmuş, məhv edilmiş bütün qadınların simvoludur. Bəlkə onun oğlunu anasını "namus üstündə" öldürməyə, ana qatili olmağa təhrik edəsiz, hə!? Axı siz əsrlərdir buna alışıqsız.

Bu dünyada gördüyü işin adamlara "vedrə qoşmaq", son dərəcə ciddi olan məsələləri lağlağıya çevirmək, hər fürsətdə atmaq, kələk gəlmək, badalaq vurmaq olan azərbaycanlılar, söhbət qadının üzərinə gəlincə dərhal namus, qeyrət mücəssəməsinə çevrilirlər. Namus anlayışını qadının bədənindən o yanda dərk edə bilmirlər. Oysa, namus fiziki anlayış deyil, mənəvi anlayışdır. Əməyində, yaşayış tərzində, başqalarına münasibətdə namuslu olmayan, hər fürsətdə başqalarının haqqına girən, əxlaq anlayışını yalnız cinsi münasibətlər müstəvisində dərk edən nəfərlər yığnağı, axı haradan bilsin ki, başqalarının özəl, privat, intim həyatına bu qədər müdaxilə etmək olmaz?!

Sonucda Fədayə Laçın bir sənət adamıdır. Siyasət adamı, dövlət xadimi deyil. Seçki kampaniyalarda iştirak etmir, ölkəni və dövləti yönəltmir. Onun həssas qəlbi sevməyə, musiqidən zövq almağa, yaratmağa, yaşatmağa hədəflənib. Həssas, müdafiəsiz qalmış bir qadına qarşı bu qədər nifrət haradan doğur!? Lev Tolstoy "Anna Karenina"sında göstərirdi ki, gizlində sevgililəri, oynaşları olan zadəgan silkinin nümayəndələri Anna Karenina kimi şan-şöhrətdən, aristokrat həyatından, nüfuzlu bir dövlət məmurunun arvadı olmaqdan öz sevgisini etiraf edərək əl çəkəcək qədər səmimi ola bilmədiklərinə görə ona nifrət edirdilər. Bəlkə siz də Tolstoyun qəhrəmanları kimi gizlində etdikləriniz gün üzünə çıxmadıqca "qəhrəman" olduğunuzu, xəlvətdə hər oyundan çıxıb aşkarda mələk kimi göründüyünüzü düşünürsüz?! Bəlkə ona görə Fədayəni həzm edə bilmirsiz ki, o, sizdən fərqli olaraq sevdiyi insan uğrunda həbslərə düşməyi gözə almışdı?!

Başa düşürəm ki, bir qatilin, cinayətkarın cəzadan qaçmasına yardım etmək cinayətdir. Amma Fədayə hələ sadəcə şübhəli şəxsdir. Onun cinayət törətdiyi sübuta yetirilməyib, məhkəmə onun haqqında qərar çıxarmayıb. Niyə hamı xorla onu cinayətkara yardım etməkdə suçlayır?! Ey özünə sərf edəndə qayda-qanun tərəfdarı olduğunu, adət-törələrin, ənənələrin keşiyində durduğunu hayqıran namus keşikçiləri? Bəs ana qanunumuz olan Konstitusiyada əksini tapmış təqsirsizlik prezumpsiyası sizə heç nə demir?! Bəs hər addımda istinad etməyi sevdiyiniz müqəddəs kitabınız, dininiz günahı şahidlərin şəhadəti ilə sübuta yetirilməmiş bir insanın günahkar sayılmasının suç olduğunu sizə öyrətməyib?!

Artıq Fədayənin "sevgilisi", "cinayət ortağı" sayılan adam öldü. Fədayə bu ağrını, bu yükü bir ömür içində gəzdirməli olacaq. Aman verin bu yükü daşıya bilsin! İmkan varsa, Fədayəni rahat buraxın! Hamı sizin qədər ağıllı, namuslu, əxlaqlı ola bilməz ki. Qoyun başqaları "axmaq", "namussuz", "əxlaqsız" olsun. Bəlkə də bu dünyanı, bu ölkəni ayaqda tutan sizin ağlınız, namus, əxlaq anlayışlarınız deyil, onların "axmaqlığı", "namussuzluğu" və "əxlaqsızlığı"dır!

Sputnik.az
Öldürülən avtoritet "Qoca"nın evindən reportaj Avrasiya.net Musavat.com-un reportyor qrupunun kriminal avtoritet Qocanın evindən hazırladığı reportajı təqdim edir:

Yolumuz Hacıqabuladır. Qocanın yas yerinə gedirik. Rayon mərkəzində Qocanın ünvanını xəbər aldıq. Səsi xırıldayan, yaşlı biri siqaret istəyib kimliyimizlə maraqlanır. Cavabı gözləmədən “dön sağa, get dəmir yol xəttini keç, sola get, düz dəmir yol vağzalı ilə üz-üzə “Çkalov”dur. Evləri ordadı”.

Hacıqabul dairəsindən Məmmədovların evinə qədər 2-3 kilometrlik dağınıq yol zülmət qaranlıqdır. Dəmir yol xəttinin kənarı ilə Qocanın yaşadığı ünvana çatınca palçıqlı, çala-çuxur dolanbac yolları keçməli oluruq. Zülmətdən peyda olub tez də itən köhnəlmiş, işıqsız motosiklet sürücülərindən yolu soruşub birbaşa ünvana gedib çatırıq. Qapıda yas çadırı qurulub. Alaqaranlıqda çadırın çölündə toplaşanlardan öyrənirik ki, E.Məmmədovun nəşi hələ yaxınlarına təhvil verilməyib. Bakıda, mərkəzi morqda, müayinədədir. Yaxınlarına deyiblər ki, nəşi sabah onlara təhvil verəcəklər. Bir qədər əvvəl həbsdən çıxan Vüqar Məmmədov – Qocanın özündən böyük qardaşı onun nəşini gətirmək üçün Bakıya gedib. Məmmədov qardaşları ataları Əkbər Məmmədovu illər əvvəl itiriblər. E.Məmmədovun özündən böyük 4 qardaşı olub. Onlardan biri dünyasını dəyişib. Qardaşları Azad, Akif, Vüqar da həbsxana həyatı yaşayıblar.

Həmsöhbətlərimizdən biri deyir ki, Qocanın qardaşlarından Akif Məmmədov hazırda Qobustan qapalı həbsxanasında saxlanılır. A.Məmmədovu “Akula Akif” kimi təqdim edir həmsöhbətimiz. Deyir ki, Azad Məmmədov da illərdir ki, həbsdədir, başqa bir cəza yerində saxlanılır. E.Məmmədovun özünə gəlincə isə ilk dəfə həbsxanaya düşməsi oğurluğa görə olub. Orada nəzarətçini öldürüb. Həbsdən çıxandan sonra isə Hacıqabulda ətrafına xeyli gənc toplaya bilib. Onun xüsusi söhbət aparmaq qabiliyyəti gənclərin ətrafına toplanması üçün bir növ vasitə olub. Hacıqabulda xatırlayırlar ki, ətrafındakı gənclər Qocanın bir sözü ilə istənilən addımı ata, gözünə xoş görünməyənləri cəzalandıra bilərdilər. Ətrafında olanlardan bu gün həbsə düşənlər də az deyil. Qocanı rayonda kriminal avtoritet kimi tanıyanlar çoxluqdadır. Söhbətlər var ki, Qoca əvvəllər də həbs yerindən qaçıb. İddialara görə, vaxtilə Bayıl türməsində saxlananda, 2001-ci ildə o, 21 yaşında Bayıl türməsindən məhkəməyə aparılarkən nəzarətçılərin diqqətindən yayınaraq, qaça bilib. Həmin vaxt onu qısa bir vaxtda tutub yenidən həbs yerinə qaytarıblar...

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürməkdə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilmə cəzası istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Onlara bu işdə yardım edənlər olub.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb. Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təhvil verilib. Etibar Məmmədovun taleyi isə çox pis qurtarıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə "Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov olub.

E.Məmmədov atışmada yaralanıb və ölüb.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, "Qoca"nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş.Bəyəlizadənin "Qoca" ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.
Messi 5-ci dəfə "ən yaxşı" olduArgentinalı futbolçu Lionel Messi “Barselona”da ötən mövsümün ən yaxşı oyunçusu seçilib.

AzNews.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bu mükafat klubun müxtəlif şöbələrinin rəhbərlərindən ibarət şura tərəfindən seçilən oyunçuya təqdim olunur və Aldo Rovirin adını daşıyır.

Bu argentinalı futbolçunun karyerasında 5-ci belə nəticədir.
4 qat dünya çempionunun alacağı maaş - 40 milyonFormula 1-də 4 qat Dünya Çempionu olan Luis Hamilton "Mercedes"lə müqaviləsini uzatmağa çox yaxındır.

AzNews.az Sky Sports-a istinadən xəbər verir ki, Formula 1 tarixində ən titullu Britaniya pilotu olan Luis Hamiltonun maaşı da arta bilər. Pilotun maaşı ildə 40 milyon funt sterlinq təşkil edəcək.

Bununla da o, Britaniya idmanı tarixində ən yüksək maaş alan şəxs kimi tarixə düşəcək.

"Danışıqlar prosesi çox rahat başa gəldi. Biz müqavilədəki hər bir detalı müzakirə etmişik. Yalnız, sponsorlarla əməkdaşlıq şərtləri, brendin inkişafı və ikitərəfli xeyirlər barədə məsələlərin həlli qalır. Mən əminəm ki, yaxın aylarda bütün bu məsələlər həll olunacaq. Bizə son iki yarışda sürətdən həzz almaq qalır." , - deyə Hamilton bildirib.

İngilis pliot əlavə etdi ki, beşinci çempion titulu üçün də mübarizə aparmaq istəyir.