Özünü ticarət mərkəzinin üstündən atmaq istədiBu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin intihar məqsədilə ticarət mərkəzinin damına çıxması barədə məlumat daxil olub.

Nazirliyin saytı xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək vətəndaşla müvafiq söhbətlər aparıb. Xilasedicilər onu intihar etmək fikrindən daşındırıblar.

Əməliyyat başa çatıb.
"Qoca"nın anası: "İki kitabı çıxıb - "Mirvari damlalar" və "Gözlədiyim illər""Bakıda keçirilən xüsusi əməliyyat zamanı ölən Qoca ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yas çadırı qurulub.

Teleqraf.com-un Hacıqabula ezam edilən əməkdaşının verdiyi məlumata görə, hələlik Qocanın cənazəsi ailəsinə təhvil verilməyib.

Anası bildirib ki, onun dəfn mərasiminə hazırlıq görülür, yas çadırı qurulub və mərhumun yaxınları Etibar Məməmdovun nəşinin təhvil verilməsini gözləyirlər.

Qeyd edək ki, mərhumun anası və qardaşı Hacıqabul rayonu, İsrafil Məmmədov küçəsi, 28 ünvanında yaşayır.

***

Qocanın anası Svetlana Məmmədova Teleqraf.com-a bildirib ki, onun 5 övladı olub:

"4 oğlum, 1 qızım vardı. Qızım rəhmətə getmişdi. Etibar da belə oldu. İki oğlum həbsdədir. Digər oğlumla birgə yaşayıram. Övladlarımın ən kiçiyi Etibar idi. Ən sevimli övladım idi. Uşaqlığı yaxşı keçib. İlk dəfə 16 yaşında həbsə düşdü. Kərbala ziyarətində olub. Qəzəllər yazırdı. İki kitabı çıxıb: "Mirvari damlalar" və "Gözlədiyim illər". Daha bir kitabı çapa hazırlanırdı".

Svetlana Məmmədova Qocanın müğənni Fədayə Laçınla münasibətlərindən də danışıb:

"Onlar dost idilər. Fədayə bir dəfə bizim evdə olub. Hacıqabula toya gəlmişdi, sonra da Etibarla görüşmək üçün bizə gəldi".
Mehriban Əliyeva tapşırıq verdi: bəstəkarın müalicəsi...Bir neçə gün öncə insult keçirərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar İncəsənət Xadimi, bəstəkar Tahir Əkbərin vəziyyəti ağır olaraq qalır.

Bəstəkarın səhhəti ilə bağlı Azxəbər.com-a açıqlama verən onun yaxın dostu, əməkdar artist Aybəniz Haşımova qeyd edib ki, hazırda T.Əkbər ciddi həkim nəzarəti altındadır.

Aybəniz Haşımova qeyd edib ki, 1-ci vitse-prezident Mehriban Əliyeva bəstəkarın xəstəxana xərclərinin qarşılanması ilə bağlı tapşırıq verib:

"Bir az əvvəl isə bizimlə əlaqə saxlayaraq bəstəkarın bütün müalicə xərclərinin və bütün digər problemlərin hörmətli Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən qarşılanacağını bildirdilər. Tahir Əkbərin ailəsi və öz adımızdan Mehriban xanıma çox təşəkkür edirik".
Erməni terrorçu öldü1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilən terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş Eduard Qriqoryan ürəyində yaranan problemlər səbəbindən xəstəxanada ölüb.

Avrasiya.net Azərtac-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin cinayət-icra idarəsinin mətbuat katibi Qor Qleçyan bildirib.

Xatırladaq ki, 18 il bundan əvvəl bir qrup silahlı şəxs Ermənistan parlamentinə hücum edərək deputatlara və hökumət üzvlərinə atəş açmışdı. Hücum nəticəsində parlamentin sədri Karen Demirçyan, baş nazir Vazgen Sarkisyan, parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, deputatlar Mikael Kotanyan, Armenak Armenakyan, Henrix Abramyan və operativ məsələlər üzrə nazir Leonard Petrosyan həlak olmuşdu.

Terrorçuların məhkəmə prosesi 2001-ci ildən 2003-cü ilə qədər davam etmiş, hücumda iştirak edən 6 nəfər, o cümlədən qrupun lideri Nairi Unanyan ömürlük həbs cəzasına məhkum olunmuşdu.
Biləcəri bələdiyyəsi sədri qəsəbə sakinləri ilə səyyar görüşü keçiribYerli Demokratiya həftəsi çərçivəsində 02 noyabr 2017 – ci il tarixdə “Bələdiyyə -vətəndaş, vətəndaş-bələdiyyə” əlaqələrini möhkəmləndirək şüarı altında Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi, bina 33 ünvanında yerləşən xeyir - şər evində Binəqədi rayon Biləcəri bələdiyyəsi sədri H.Quliyevin qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib.

Görüşü Biləcəri bələdiyyəsi sədri H.Quliyev açaraq qəsəbədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.

Daha sonar bələdiyyə sədri H.Quliyev sakinlər qarşısında bələdiyyənin 9 aylıq hesabatını səsləndirdikdən sonra dəvət olunan qonaqlar və sakinlərlə canlı təmasda olmuş, onlar tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar izahatlar vermiş və bələdiyyənin məsul şəxslərinə məsələnin həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Biləcəri bələdiyyəsi sədri qəsəbə sakinləri ilə səyyar görüşü keçirib
Biləcəri bələdiyyəsi sədri qəsəbə sakinləri ilə səyyar görüşü keçirib
Rövşən Lənkəranskinin İstanbulda həbs edilən qardaşı polkovnik Namiq Canıyev kimdir? + FOTO Xəbər verildiyimiz kimi bir neçə saat öncə İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinin qarşısını alıb.

Xatırladaq ki, Azərbaycanda 20 illik həbs cəzasını çəkmiş N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı.

Azadlığa çıxdıqdan sonra N.Səlifov İstanbula yollanmışdı. Azad edildikdən dərhal sonra N.Səlifov Azərbaycanın kriminal cımiyyətinin başçısına çevrilib, bundan əlavə, onu postsovet məkanının kriminal aləminin alternativsiz lideri kimi tanıyıblar.

Noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsdin hazırlanması barədə operativ məlumat alıblar.

Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət killer qrupu gəlib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.

Killer dəstəsinə öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib. Qrupa həmçinin aşağıdakı şəxslər daxil olublar: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

A24.az burada başqa bir maraqlı informasiyan oxucuların nəzərinə çatdırır.

Belə ki, 2016-cı ilin avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində silahlı hücuma məruz qalan və xəstəxanada dünyasını dəyişən tanınmış qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev hadisə baş verəndən dərhal sonra İstanbula getmişdi. N. Canıyev qardaşının cənazəsi ilə bərabər ölkəyə qayıtmışdı və dəfn mərasimində iştirak edib. Yerli KİV-də yayılan məlumata görə, N. Canıyev gömrük sahəsində yüksək vəzifə sahibidir, eyni zamanda gömrük polkovnikidir.(Enter.News)
“Vəhşi diviziya”: “Alman əsgərlərinə ərə gedin” - Çeçen komandir -VİDEOAMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlayıb. Filmdə Çar Rusiyası dönəmində Azərbaycan və Qafqazın müsəlman xalqlarından yaradılmış və diviziyaya daxil olan könüllü süvari alaylarının, həmçinin tatar (azərbaycanlı) alayının Birinci Dünya müharibəsində iştirakından bəhs edilir.

Qafqaz Yerli Süvari diviziyasında (“Vəhşi diviziya”) azərbaycanlıların xüsusi yeri olub. Diviziyada şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar, Hüseyn xan Naxçıvanski, Nur bəy Sofiyev, Cəmşid xan Naxçıvanski kimi məşhur azərbaycanlı hərbçilər qulluq edib. “Vəhşi diviziya”nın, xüsusən də tatar alayının müharibə dövründəki şücaəti misilsiz olub. Belə ki, məhz tatar alayının hərbçiləri Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında vacib rol oynayıblar.

Qeyd edək ki, tariximizin bu dönəmi çox az araşdırılıb. Təəssüf ki, “Vəhşi diviziya” barədə tarixi araşdırma və sənədli filmlərin hazırlanmasına baxmayaraq azərbaycanlıların bu hərbi qurumda rolu arxa planda qalıb. MEK film vasitəsilə azərbaycanlıların diviziyadakı qəhrəmanlıqlarını ön plana çəkməyə çalışıb. Film gələcəkdə bu mövzuda hazırlanması planlaşdırılan silsilənin birinci hissəsidir.
SOCAR-da faciə: iki fəhlə yaralandı - Araşdırma aparılırSOCAR-ın Qaradağ rayonu ərazisində yerləşən 490 saylı quyusunda faciə baş verib.

Bu barədə Axar.az-a məlumat verən SOCAR-ın sözçüsü İbrahim Əhmədov bildirib ki, Qazma İşləri Trestinin Qaradağ sahəsində qazma işləri aparılarkən baş vermiş qəza nəticəsində iki nəfər qazmaçı yaralanıb.

“Yararlılardan biri hazırda xəstəxanadadır, müalicəsi davam edir. Digər yaralı isə ilkin tibbi müayinədən sonra evə buraxılıb. Hadisə zamanı yaralanan işçilərin kimliyi ilə bağlı dəqiqləşdirmə aparılır. Yaxın dəqiqələrdə bu barədə rəsmi məlumat veriləcək”, - SOCAR sözçüsü bildirib.

***

Qazma prosesi zamanı xəsarət alan neftçilərin vəziyyəti qənaətbəxşdir.

Bu barədə SOCAR rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, “Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb. Bu zaman Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib.

Hər iki zərərçəkən təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hazırda xəsarət alan qazmaçılar xəstəxanada müalicə alırlar. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tanınmış jurnalist ATV-dən getdiTanınmış jurnalist Eldəniz Vəliyev ATV-dəki işindən ayrılıb.

Bu barədə həmkarımız özü sosial şəbəkədə yazıb:

"ATV ilə yollarımız ayrıldı. Üç il çalışdığım bu şirkət mənim üçün çox doğma olmuşdu. Amma pis olmadım. Çünki heç bir şeyin daimi olmadığını lap çoxdan anlamışam. Əsas olanı odur ki, vicdanla işlədim, ləyaqətimi hər şeydən və hər kəsdən uca tutdum. Sakit gedirəm, hər zamankı kimi... Yemək yediyim qaba tüpürənlərdən (üzr istəyirəm) deyiləm. Üzərimdə haqqı olanlardan halallıq, bilməyərəkdən incitdiklərimdən (əyər incitmişəmsə) bağışlanmağımı istəyirəm! Var olun!".

Qeyd edək ki, E.Vəliyev bundan öncə ANS-də və APA TV-də çalışıb.
"Qoca"nın tutulması ilə bağlı yeni - Təfərrüat“Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatla bağlı yeni təfərrüat məlum olub.

Report-un xəbərinə görə, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları keçirib.

Belə ki, Etibar Məmmədov və İlqar Əzimovun noyabr ayının 1-də gecə saatlarında İ.Əzimova məxsus avtomobildə Bakı sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyənləşdirilib və onların saxlanılması üçün BMCMİ tərəfindən xüsusi əməliyyat keçirilib.

Həmin şəxslərin olduğu avtomobil Nəvai postunda polisin qanuni tələbinə tabe olmayıb, hətta sürücü avtomobili polislərin üstünə sürüb və qanun keşikçilərinə tapançadan atəş açılıb.

Əraziyə BMCMİ əməkdaşları gəlib. Qaçan şəxslər onlara da atəş açıb. Bundan sonra polislər də xidməti silahdan atəş açmağa başlayıb. Atəşlə qaçan şəxslərin olduğu avtomobilin təkərləri boşaldılıb. Bundan sonra da onlardan ikisi – Qoca və digər bir nəfər tapançadan polis əməkdaşlarına atəş açmaqda davam ediblər. Cavab atəşi nəticəsində Etibar Məmmədov və İlqar Əzimov yaralanıb. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər. Şahmar Bəyəlizadə və yaralı Anar Əsgərov isə tutulub.

BMCMİ əməkdaşlarının yüksək peşəkarlığı ilə keçirilən əməliyyat zamanı polis əməkdaşlarından yaralanan olmayıb.

Xatırladaq ki, cinayət törətməkdə təqsirləndirilən Etibar Məmmədovun və adları çəkilən digər şəxslərin olduğu avtomobilə baxış zamanı iki ədəd “Makarov” markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilib götürülüb.

Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.