Eldar Mahmudovun əmisi oğlu həbs olunduAzərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu həbs edilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, fəaliyyəti dayandırılmış MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, V.Mahmudov Eldar Mahmudovun əmisi oğludur.
Lənkəranskinin yaxın dostu, “Lotu Quli”nin qatı düşməni “Kor Hüseyn” həbs edildi — FOTOOktyabrın 24-də Çeçenistanın paytaxtı Qroznı şəhərində daha bir məşhur “qanuni oğru” həbs edilib.

Bu barədə Rusiyanın məşhur kriinal saytı olan “Praym-Kraym” məlumat yayıb. Verilən məlumata görə, saxlanılan şəxs kriminal aləmdə “Kor Hüseyn” ləqəbilə tanınan “qanuni oğru” Hüseyn Əhmədovdur.

Saxlanılan 51 yaşlı Hüseyn Əhmədovun üzərindən çoxlu narkotik maddə aşkar edilib. Onu naməlum şəxsin gizli zəngi əsasında saxlayıblar.

Qeyd edək ki, 51 yaşlı “Kor Hüseyn” tanınmış “qanuni oğru” Rövşən Lənkəranskinin ən yaxın adamlarından biridir. O, həm də “Lotu Quli”nin qatı düşmənlərindən sayılır. Bir müddət əvvəl, hələ “Lotu Quli” azadlığa çıxmamışdan əvvəl onun adamları ilə davası da olub. Səbəb isə “Kor Hüseyn”nin çağırdığı “sxodka”ya “Lotu Quli”nin adamlarının müdaxilə etməsi səbəb olub.
Belə ki, Türkiyədən Çeçenistana təzə gələn “Kor Hüseyn” tanınmış “qanuni oğru” “Sabirabadlı Hikmət”in qardaşı oğlu Məmmədqulu Muxtarovu taclandırmaq istəyib. Bunun üçün məclis təşkil edib. Lakin “Lotu Quli”nin adamları ona mane olublar.

Xatırladaq ki, “Kor Hüseyn” bundan əvvəl 6 dəfə məhkəmədə mühakimə olunub. Onlardan 5-də narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırılıb.

Ölkə.az
“Səhvən ərimin əkiz qardaşından hamilə qaldım” – Canlı yayımda şok etiraf – VİDEOTelefonla canlı yayıma qoşulan qadın izləyicinin etirafı hamını heyrətə salıb.

A24.Az türk mediasına istinadən xəbər verir ki, Nur Viralın aparıcılıq etdiyi “Hayatta her şey var” adlı verilişdə izləyicinin etirafı qalmaqala səbəb olub. Belə ki, qadın canlı yayıma qoşularaq səhvən ərinin əkizindən hamilə qaldığını söyləyib. 3 aylıq hamilə olan qadının etirafına aparıcı belə inanmaqda çətinlik çəkib.
Fədayə Laçın azadlığa buraxıla bilərFədayə Laçının qaçmasına köməklik göstərdiyi şəxslərdən biri tutulduğuna, digəri öldürüldüyünə görə, onun barəsindəki həbs-qətiimkan tədbirinin dəyişdirilməsi gündəmə gələ bilərmi?

Modern.az məsələnin hüquqi müstəvidə həlli və F.Laçının həmkarlarının ona zamin dura bilib-bilməyəcəklərilə bağlı məsələni araşdırıb. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, qətiimkan tədbirinin dəyişdirilməsi mümkündür:

"Qətiimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətiimkan tədbirləri seçilə bilər. Cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda, yüngül qətiimkan tədbirilə əvəz edilə bilər.

Hazırkı şəraitdə Fədayə Laçın barəsində həbs-qətiimkan tədbiri seçilib. Bu, ciddi qətiimkan tədbiri hesab olunur. Qətiimkan tədbirinin təsdiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti çərçivəsində onu ləğv edə bilər. Nəzərə alsaq ki, həbs-qətiimkan tədbiri məhkəmə tərəfindən seçilib, onun ləğvi də yalnız məhkəmə qaydasında mümkündür. Qətiimkan tədbirinin dəyişdirilməsi, yaxud zaminliyə verilməsilə bağlı qərar verilə bilər. Bu da yalnız məhkəmə qərarı ilə. Zaminliyə verilmə iki cür olur: şəxslərin zaminliyinə verilmə və təşkilatın zaminliyinə verilmə. İndiki halda Fədayə Laçın yalnız məhkəmə qərarı ilə şəxslərin zaminliyinə verilə bilər”.

Hüquqşünas bildirib ki, zamin durmaq istəyən şəxslər müvafiq qaydada cinayət işinə prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edə bilər:

"Bu halda prokuror tərəfindən də məhkəməyə müraciəti əsasında qətiimkan tədbiri dəyişdirilə bilər. Yaxud vəkil məhkəmə qarşısında vəsatət qaldıra bilər. Amma hər şeydən əvvəl məhkəmə tərəfindən zaminliyin mümkünlüyü haqqında qərar olmalıdır. Bütövlükdə Fədayə xanımın zaminliyə verilib-verilməməsi ilə bağlı məsələ həm cinayət işinin istintaqını aparan müstəntiq və həm də prokuror tərəfindən qaldırıla bilər. Bu baş verəcək yoxsa yox, söyləmək çətindir.

Qətiimkan tədbirinin dəyişdirilməsi zamanı təqsirləndirilən şəxsə 2 nəfərdən 5 nəfərə qədər şəxs zamin dura bilər. Şəxsin gələcəkdə istintaqdan qaçıb gizlənmə ehtimalı və istəyi yoxdursa, qətiimkan tədbirinin dəyişdirilməsi mümkün sayılır. Zaminliyə buraxılma zamanı şəxsin məhkumluğu ləğv edilmir, istintaq davam edir. Bunun üçün ibtidai istintaqı həyata keçirən subyektlərin fikirləri və rəyləri əsasdır. Amma məhkəmə bütövlükdə məsələyə baxıb qərar verə bilər. Nə qədər ki, Fədayə Laçın haqqında həbs-qətiimkan tədbiri seçilib, onun dəyişdirilməsi yalnız məhkəmə qaydasında mümkündür”.

Bəs, məhkəmə həbs-qətimkan tədbirinin dəyişdirilməsilə bağlı qərar çıxararsa, həmkarları ona zamin durmaa istəyərmi?

Fədayə Laçının həmkarı, uzun müddət duet ortağı olan Tacir Şahmalıoğlu Modern.az-a deyib ki, zamin durmaq xoşuna gələn iş deyil:

"Bir eloğlu, müəllim, həmkar kimi nə kömək lazım olarsa, etməyə hazıram. Biz bir yerdə çörək kəsmişik. Fədayə mənim tərəf-müqabilim olub, yaxşı insandır, xətrini çox istəyirəm. Köməkliyimi bu cür edərəm. Amma zamin durmaq mənim xoşuma gələn iş deyil”.

Digər tanınmış müğənni Manaf Ağayev isə həmkarı Tacir Şahmalıoğlundan daha ürəkli danışıb:

"Desəm durmaram pis çıxacaq, desəm duraram, onda da cinayətkar olacam. Yox əgər, qanun buna yol verirsə, zamin duraram”.
“Qoca”ya kömək edən dostu həbs edildiNəsimi rayon Məhkəməsində “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun zərərsizləşdirilməsi ilə bağlı keçirilən əməliyyat zamanı saxlanılan Şahmar Bəyəlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanının vəsatətinə baxılıb.

APA-nın xəbərinə görə, məhkəmədə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 23-də Bakıya etap zamanı konvoy mühafizəsi altından qaçmış, ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizləndiyi məlum olub.

Etibar Məmmədov və İlqar Əzimovun noyabrın 1-i saat 23 radələrində paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib.

Adı çəkilən şəxslər polis əməkdaşlarının avtomobili polis postunda saxlamaq barədə tələbinə tabe olmayaraq avtomobili onların üzərinə sürüb və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər.

Əməliyyat qrupunun cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər. Digər yaralı Anar Əsgərov xəstəxanaya yerləşdirilib, heç bir xəsarət almayan Şahmar Bəyəlizadə saxlanılıb.
"Oğlumun bir ay sonra toyu olacaq. Toyumu yasa çevirməyin”“Cavidin ölümündə həkimlər günahkardır”.

Bunu AzNews.az-a açıqlamasında arı sancmasından dünyasını dəyişən, mərhum Cavid İmanlının bacısı Natavan Həsənli bildirib. O, qardaşının əməliyyatının ailə üzvlərinin razılığı olmadan həyata keçirildiyini deyib:

“Cavidin qolundan arı sancmışdı. Qolu şişmişdi. Deyirdi ki, “mən belə dayana bilmirəm”. Şişdən narahat olurdu. Biz nə qədər desək də eşitmədi, öz ayağı ilə həkimə getdi. Anamın yanında qanı analiz olundu. Nəticələr çıxanda məlum oldu ki, heç bir mikrob keçməyib. Həmin vaxt iynə də vurub şişin altında çirkin olub-olmamasını yoxlayıblar. Dedilər sistem köçürək, sabah evə yazılar. Səhəri anam gəldi ki, həkimlər Cavidin əməliyyat olunacağını deyirlər. Anam isə onun əməliyyat olunmağını istəmədiyini bildirib. Həkim deyib ki, “qolunda cirk var, yarılıb çıxarılmalıdır. Yoxsa çirk bədənə yayılar, qolu "qanqrena" verər”.

Natavan Həsənli qeyd edib ki, Cavid İmanlı xəstəxanada olduğu müddətdə ona bir ağrıkəsici vurublar:

“Qanqrena etsəydi, qolunu kəsərdin, daha niyə öldürürdünüz? Anam deyib ki, “nə istəsəniz verəcəm. Oğlumun bir ay sonra toyu olacaq. Toyumu yasa çevirməyin”. Anam Cavidə narkoz vurulmasına razı olmayıb. Bildirib ki, yerli ağrıkəsicidən istifadə edin. Həkimlər anamın bu istəyini də nəzərə almadan Cavidə adi bir palatada narkoz vurub qolunu yarıblar. Elə orada baxıblar ki, uşaq ölüb. Orada bir aparat olsaydı onu şokdan çıxarardılar”.

Natavan Həsənli qardaşının ölməmişdən öncə son arzusundan da danışıb: “Cavid deyib ki, “ana acam, yemək istəyirəm”. Həkim ona heç nə yeməyə imkan verməyib”.

Natavan Həsənli onu da bildirib ki, Cavid poeziya vurğunu olub: “Tez-tez şeir deyirdi. Nişanlısı ilə birlikdə “Unutmaq asansa, sən unut” şerinin videorolikini hazırlatmışdı. Dediyi şeirdə nişanlısına "Beləmi bitirmiş hər eşqin sonu" deməsi sanki həyatından xəbər verirmiş. Ondan bu haqda soruşanda deyirdi ki, “bilmirəm, bu şeirdən cox xosum gəlir”.

Xatırladaq ki, Bakı şəhər sakini Cavid İmanlını oktyabrın 25-də arı sancıb. O, bununla bağlı 3 saylı Sabunçu Tibbi Mərkəzə müraciət edib. Həkimlər onun qolunda çirk kristallaşması diaqnozu ilə əməliyyat ediblər. Əməliyyatdan sonra Cavidin vəziyyəti ağırlaşıb. Reanimasiya şöbəsinə köçürüldükdən sonra isə dünyasını dəyişib.
"Oğlumun bir ay sonra toyu olacaq. Toyumu yasa çevirməyin”
Lənkəranskinin qardaşı İstanbulda həbsdən buraxıldıDünən İstanbulda keçirilən polis əməliyyatı zamanı saxlanılan Namiq Canıyev azad olunub.

Bu barədə Musavat.com-a məlumatlı və mötəbər mənbə xəbər verib.

Mənbəmizin bildirdiyinə görə, sərbəst buraxılan Namiq Canıyev tezliklə Azərbaycana qayıdacaq. Onun həbsdən buraxılması üçün nüfuzlu adamların məsələyə müdaxilə etdiyi bildirilir.

Qeyd edək ki, o, Dövlət Gömrük Komitəsinin Keşlə bölməsinin rəisi vəzifəsində çalışır.

N.Canıyevin məşhur kriminal avtoritet “Lotu Quli”ni öldürmək üçün İstanbulda 10 nəfərlə birlikdə hazırlıq gördüyü üçün saxlanıldığı bildirilirdi.

Yayılan xəbərə görə, həmin əməliyyatı antiterror polisi keçirib və silahlı qrupa qarşı əməliyyat zamanı küçədə hərəkət dayandırılıb, ticarət mərkəzinə giriş-çıxış kəsilib. Əməliyyatda Namiq Canıyevlə birlikdə tutulanlar bunlardır: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin.

Sabiq polis rəisi Fədayə Laçının müdafiəsinə qalxdıMahmud Hacıyev: “O qızın üstünə elə gedəndə kövrəlirəm”

Tanınmış müğənni Fədayə Laçının “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovla münasibətinin üzə çıxması, onun qaçmasına kömək etmə ittihamı ilə həbs olunması ictimaiyyət arasında onunla bağlı fərqli rəy formalaşdırıb. Kimisi onu kriminal aləmlə əlaqələrinə görə qınayır, kimisi də həbsinə acıyaraq, sevgi qurbanı olduğunu düşünür. Maraqlıdır ki, F.Laçının sənət dostlarının da arasında fikir ayrılığı yaranıb. Onu müdafiə edənlər də, əleyhinə çıxış edənlər də var.

Bütün bunlarla bağlı musavat.com-a danışan sabiq polis rəisi Mahmud Hacıyev müğənninin müdafiə qalxdı: “Son günlərdə istər sənət dostları, istərsə də, ictimaiyyət arasında bəzi şəxslər Fədayə Laçının həbsindən sonra onun üstünə çox gedirlər. Burada olan incə məqamı sanki ya unudublar, ya da görməzlikdən gəlirlər. Burada incə hissiyyat məsələsi var. Onun sənət adamları iş-güclərini buraxıb, üstünə gəlirlər. Ağına-bozuna baxmadan onu tənqid edirlər. Fədayə Laçının yaxınlarının bir çoxunu tanıyıram. O təbiətən təmiz xanım olub, ürəkli insan olub. Hər kəsin halına acıyırdı. Ola bilməzmi ki, Fədayə Laçında sevgi hissləri olsun? O sevə bilməz? İnsanın incə hisslərinə toxunub, üstünə getmək olmaz. Sənətçilərdən biri deyir ki, bilirdim onun axırı belə olacaq, biri də deyir ki, lap yaxşı oldu belə olmağı. Bunlar insana yaramaz. Məsələyə iki konteksdən yanaşmaq lazımdır. Birincisi, o cinayət əməli törədib, qanunu pozub, onun da cəzasını almaqdadır, gələcəkdə də istintaqdan sonra məhkəməyə çıxarılacaq və müvafiq cəzanı alacaq. Bunu bilərəkdən edib-etmədiyi barədə konkret fikir demək olmaz. O hüquqşünas deyil, hüquq orqanlarında işləməyib, elədiyi cinayətin bəlkə də həddindən artıq ağır olduğunu dərk etməyib. Məsələnin ikinci tərəfi də odur ki, o kimisə sevə bilməzmi? Dəxli yoxdur qarşısındakı adam kimdir. Bir tanıdığım qadın var, bir şikəst kişiyə vurulmuşdu. Onu sevmək indi qadının suçudur? Hamı onu lağa qoyurdu ki, şikəst kişini sevir, onun nəyinə aşiqdir. Şikəst olmasa da, eynisini Fədayə edə bilməzmi? Kimisə sevməyin cinayət olması barədə cinayət qanunvericiliyində maddə yoxdur. Sevgini cinayət sayanlara insan sadəcə acıyır. Bu filankəsdir, onu sevmək olmaz kimi düşüncələr yazıqlıqdır. Bu incə bir insanın hissiyyatıdır. Özü bilər, kimi sevib, sonunda hansı tale ilə üzləşib. Onun cinayətə yol verdiyini kimsə danmır. Ola bilməzmi ki, müəyyən məqamda yol verdiyi cinayəti başa düşməsin. Sevgi insanı bu həddə çatdıra, bütün hisslərini üstələyə bilər. Kim gəldi döşəyir, sağdan, soldan. El-aləm iş-gücünü buraxıb, onun üstünə yeriyir. Ən çox da məni yandıran öz sənəd dostlarının onun üstünə getməsidir. Sevgisinə görə onu bu qədər qınaq obyektinə çevirmək olmaz. Müğənni olanda nə olar, bəzən onlar xeyir-şərdə elə özlərini göstərirlər ki, deyirsən dünyada bundan qeyrətlisi yoxdur. O qızın üstünə elə gedəndə kövrəlirəm”.

Qeyd edək ki, F.Laçın “Qoca”nın həbsdən qaçmasına şərait yaratmaqda suçlu bilinir və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 oktyabr tarixində barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
"İstanbul organize suçlar" şöbəsindən Lotu Quli sui-qəsdi ilə bağlı açıqlamaXəbər verdiyimiz kimi, həbsdən buraxıldıqdan sonra İstanbulda köçən məşhur kriminal avtoritet "Lotu Quli”ni öldürmək üçün gedən Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin və o, cümlədən "Rövşən Lənkəranski”nin qardaşı Namiq Canıyev saxlanılıblar.

Məsələ ilə bağlı İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Unikal.org-un sorğusunu cavablandırıb. Bildirilib ki, həyata keçirilmiş operativ-axtarış tədbirlər nəticəsində İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM” ticarət mərkəzində saxlanılanlar arasında azərbaycanlılar da var. Dünən gecə onlar saxlanıldığı üçün izahatları bu gündən alınmağa başlayıb. Onların hər birinin hadisədə cinayət əməli olub-olmaması araşdırılır. Əgər kiminsə bu cinayətdə günahı yoxdursa, yaxın iki gün ərzində sərbəst buraxılacaqlar. Əks halda Türkiyə qanunvericiliyinə uyğun olaraq işləri məhkəməyə göndəriləcək.

İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Namiq Canıyevin səhhəti və deportasiya olunmasına da münasibət bildirilib. Vurğulanıb ki, Namiq Canıyev və digərlərinin sağlıq durumu yaxşıdır. Hadisə nəticəsində onlardan heç biri güllə yarası və yaxud hər hansısa bir xəsarət almayıblar: "Gündə 3 dəfə yeməkləri verilir. Sağlıq durumları yoxlanılır”.

Namiq Canıyevin deportasiya olunması məsələsinə gəldikdə isə İdarədən qeyd edilib ki, bu barədə məlumatı qarşıdakı iki gün ərzində bilmək mümkün olacaq.
“Euronews” İlham Əliyevlə müsahibəsini yaydı“Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu iqtisadi cəhətdən də çox cəlbedici etməkdir. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı zamanı “Euronews” televiziyasına müsahibəsində deyib.

“Bu, tarixi hadisədir. Bu yol qitələri, Avrasiyanı birləşdirir. Bu, Asiya ilə Avropa arasında ən qısa yoldur. Azərbaycan Türkiyə və Gürcüstan ilə birlikdə onun tikintisində çox fəal iştirak edib. Çox şadam ki, bu gün biz birlikdə tarixi hadisəni qeyd edirik: Türkiyə Prezidenti, gürcüstanlı, qazaxıstanlı, özbəkistanlı dostlarımız – baş nazirlər, Türkmənistandan, Tacikistandan nazirlər. Yəni, onların iştirakı bu layihənin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu, ən qısa, ən etibarlı yoldur. Bu yol bütün region üçün firavanlıq, sabitlik, inkişaf gətirəcək”, - dövlət başçısı vurğulayıb.

Prezident bildirib ki, bu yolun iqtisadi cəhətdən böyük əhəmiyyəti var: “Bu yol boyunca yerləşən bütün ölkələr ondan istifadə edəcəklər. Çünki yenə də deyirəm, bu, ən qısa yoldur. Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu, həmçinin iqtisadi cəhətdən çox cəlbedici etməkdir. Buna görə də biz bunun üzərində birlikdə işləyəcəyik.

Biz bu yolla, Azərbaycan ərazisi vasitəsilə yüklərin tədricən 17 milyon tona qədər artacağını gözləyirik. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir”.