Şagirdə qarşı əxlaqsız hərəkət etməkdə təqsirləndirilən direktor həbs olunduXaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində həbs qəti imkan tədbiri seçilib.

APA-nın verdiyi məlumata görə, Gülməz Alxasov barəsində, Xaçmaz Rayon Prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə, 3 aylıq həbs qəti imkan tədbiri seçilib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.

Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur.
Bakıda xeyriyyəçiliklə məşğul olan qız itkin düşüb - FotoPaytaxtın Nəsimi rayonunda 27 yaşlı Nigar Bayramlı itkin düşüb.

1news.az xəbər verir ki, onu sonuncu dəfə “28 may” metrostansiyası yaxınlığında, Səməd Vurğun bağında görüblər.

N.Bayramlı “Azərbaycan Uşaqlar Birliyi”ndə işləyir və xeyriyyəçiliklə məşğul olur. Evdən çıxarkən, o, anası və qardaşına vida məktubu qoyub. Bundan əlavə Nigar iki mobil telefonu və zinət əşyalarını da özü ilə götürməyib.

Polis Nigar Bayramlının yeri barədə məlumatı olan hər kəsdən DİN-in qaynar xətti “102” və ya Nəsimi Rayon Polis İdarəsinə müraciət etməsini xahiş edir.

Makaleyi düzenleyen: cavid - 3-11-2017, 02:04

İlham Əliyev: "Bizim Putinlə həll olunmamış məsələmiz qalmayıb”“Bizim xalqlarımız arasında mövcud olan sıx əlaqələr bu gün uğurla inkişaf edir. Elə dünən axşam Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə növbəti görüşdə biz münasibətlərimizin ikitərəfli gündəliyinə nəzər yetirdikdə aşkar etdik ki, öz həllini tələb edən heç bir məsələ yoxdur”.

AzərTAc bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Şurası sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanov və Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovla görüşündə deyib.

“Biz, sadəcə, əldə olunan nailiyyətləri - həm iqtisadi, həm nəqliyyat, həm enerji, həm də siyasi sahələrdə əməkdaşlığımızın nəticələrini yada saldıq və müvafiq qurumlara münasibətlərin gələcək inkişaf yollarını müəyyənləşdirmək üçün göstərişlər verdik. Yəni, bu, artıq elə bir münasibətlər səviyyəsinin göstəricisidir ki, hətta prezidentlər səviyyəsində həllini tələb edən hansısa xüsusi məsələ yoxdur”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Xatırladaq ki, bir gün əvvəl Tehranda Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü olub.
Müsavat Partiyası sabah BŞİH-in binası qarşısında piket keçirəcəkBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının piketlə bağlı müraciətini cavabsız qoyub.

Bu barədə "Ölkə.Az"a partiyanın Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı deyib.

O xatırladıb ki, noyabrın 3-də saat 16:00-da keçiriləcək piketlə bağlı əvvəlki müraciətə BŞİH-də baxıldı və məqsədəuyğun sayılmadı:
“Bildirildi ki, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında planlaşdırdığınız piketin keçirilməsi məqsədəuyğun hesab edilmir. Cavabda qeyd olunurdu ki, Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında 200 metr radius çərçivəsində toplantıların keçirilməsi məhdudlaşdırılır. Biz bu cavabı qanunsuz hesab etdiyimizdən yenidən noyabrın 3-də saat 16:00-da keçiriləcək piketlə müraciət etdik, amma icra hakimiyyəti bu müraciətı cavabsız qoydu”.

R.Əmiraslanlı qeyd edib ki, Müsavat Partiyası müraciətin cavabsız qoyulmasına baxmayaraq, həmin tarixdə icra Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası qarşısında piket keçirəcək.
"Qoca"nın ölümündən öncəki son VİDEOsuBu gün sosial şəbəkələrdə hüquq mühafizə orqanlarının əməkdaşları ilə atışmada həlak olan Bakı-Astara-Bakı qatarından qaçan "Qoca” ləqəbli Etibar Məmmədovun ölümündən öncəki son videosu yayılıb.

Video görüntüdə Etibar Məmmədovun yanına gələn şəxslər onun həbsxana həyatı ilə maraqlanır və gələcək günlar üçün planları barədə danışırlar.

E.Məmmədovun yanına gələn şəxslərdən biri icbari həbsdə olduğunu deyir. O, həbs olunmaması üçün rüşvət verdiyini də açıqlayır.

Daha sonra “Qoca” adının çəkmədiyi insanı məhkəməyə gətirməsini tələb edib: “Çalış onu gətir. Denən ki, Qoca səni məhkəmədə görmək istəyir”.

Etibar Məmmədov yanına gələn şəxs Sulutəpə uşaqlarının ona salam göndərdiyini deyir.

Əlavə edək ki, E.Məmmədov xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, “Qoca”nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş. Bəyəlizadənin “Qoca” ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.
Prezident  Sumqayıt Dövlət Universitetinin əməkdaşlarını təltif etdiPrezident İlham Əliyev Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamda deyilir:

Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə Sumqayıt Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağayev Ulduz Xeyrulla oğlu

Hüseynov Aqil Həmid oğlu

Hüseynov Qalib Sirac oğlu

İsgəndərova Nigar Vəliş qızı

Mustafayev Musa Musa oğlu

Mustafayev Valeh Azad oğlu

Talıbov Natiq Həsən oğlu.
Məmur oğlu azyaşlı qıza oteldə təcavüz edib - BakıdaVəkil Vaqif Əhmədov: «Hörmətli Zakir müəllim! Hüquqlarını müdafiə etdiyim azyaşlı Aidə Həsənli (ad şərtidir) Azərbaycan İdman Akademiyasının tələbəsi Fərid Cəfərli tərəfindən gecə saatlarında «Ambasador» Otelinə aparılıb və orada təcavüzə məruz qalıb, bu cinayət hərəkəti 8 aydır prokurorluq və polis orqanlarında yekunlaşdırılmır»

«Fərid Cəfərlinin anası Firəngiz Həsənova Bakıdakı 53 nömrəli məktəbin direktoru, atası Ramil Cəfərov isə SOCAR-da auidit işlədiyindən istintaq görünməmiş süründürməçiliklə məşğuldur…»

Ötən gün «Təzadlar»da «Qızlar, sözüm sizədir» başlıqlı müəllif yazısı dərc olunmuşdur. Yazıda əsas hədəf gənc qızlar və oğlanlardır. Müəllif son illər Azərbaycanda boşanmaların sayının durmadan artması fonunda gənc oğlanların evlənmək üçün qızlar arasında seçim etməkdə tərəddüd etmələrinə və s. səbəblərə diqqəti çəkir. Yazının əsas hədəflərindən biri də valideynlərdir. Yaşı 30-u keçmiş oğlanların hələ də subay qalmasının elə əsas günahkarı da valideynlərdir. Bir qism gənc oğlanlar qızlara bəlli səbəblərdən etibar edə bilmirsə, bir qismi də bəzi valideyn nəzarətindən kənar qızlara qoşulub ailə qurmağa hazır illərini gənclik həvəsi ilə boşa verir. Bəs valideynlər oğlanlarının bu həyat tərzini görmürlərmi? Niyə görmürlər, yaxud, görürlərsə, niyə ərköyün övladlarının bu həyat tərzinə susurlar???
Bakıdakı məşhur «Ambasador» Otelində baş verənlərin səsi Baş Prokurorluğa gedib çıxdı

Aşağıda bəhs edəcəyimiz ailə faciəsi də valideynlərin oğullarının ərköyün həyat tərzinə göz yummasının nəticəsində baş verib. Bəlkə də sadəlövlük etdiyindən gələcəyini risqə atan tələbə qızın həyatı ömürlük olaraq başqa bir universitetin tələbəsi olan, valideynləri pullu və imkanlı oğlan tərəfindən məhv edilir. Həyata zarafat kimi baxan gənc-tələbə oğlanın valideynləri, xüsusən də Bakıdakı tanınmış məktəblərdən birinin direktoru işləyən anasının da onun şıltaq həyat tərzinə zarafat kimi baxıb seyr etməsi sonda hər iki ailənin gün-güzəranını zəhərə döndərib…

***

Qızın atası F.Nəsibov neçə gündür «Təzadlar»a yazdığı şikayət məktubu ilə bağlı redaksiyamızda olur. Ziyalı insandır. Amma qürur onu hövsələdən çıxarır, ailəsinin pozulmuş, nəinki pozulmuş, məhv edilmiş, təcavüzə məruz qalmış hüquqlarını bərpa etmək üçün hər şeyə getməyə hazır kimidir… Təəssüflə deməliyik ki, qızının başına gələn müsibətlər onun vəzifə başında olarkən baş vermiş bir anlaşılmazlıqla əlaqədar həbsə atılması zamanı törədilib (O, həmin iş üzrə artıq bəraət alıb). «Məni yandıran da budur ki, ailəmizə faciələr gətirmiş Fərid Cəfərlinin anası Firəngiz Həsənova Bakıdakı 53 nömrəli məktəbin direktoru, atası Ramil Cəfərov isə SOCAR-da auidit işləyir və onlar oğlanlarının hansı əməllərə əl atdıqlarını bildikləri halda, onu bu yoldan çəkindirməyiblər… Mən həbsdə olan zaman Ramil Cəfərli evimizə basqın edir, həyat yoldaşımı döyür, qızımı şantaj edərək onu evdən aparır… İndi bir ailə başçısı kimi mənim vəziyyətimi qiymətləndirin… Ən pisi budur ki, Ramil Cəfərlinin valideynləri vəzifə və pul imkanları qarşılığında istintaqa təsir edirlər və billə-biləki bunun sonu yoxdur. Mən pozulmuş hüquqlarımızı nəyin bahasına olursa-olsun bərpa etməliyəm, günahkar və qudurğan gənc oğlan qanunun bütün gücü ilə cəzasını almalıdır, bu ləkə ən azı bu yolla üzərimizdən silinməlidir…», -deyən atanın psixoloji durumunu başa düşmək çətin deyil…

Prezident məmurlara övladlarının tərbiyəsi ilə ciddi məşğul olmağı tapşırsa da…

Məlum olduğu kimi, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında məmurlara və onların övladlarına xəbərdarlıq edib, onların özbaşınalığa son qoymasını, vətəndaşları incitməməsini, qudurğanlıq və harınlıq etməməsini, əyləncəli həyatlarını gözə soxmamasını, sadə olmalarını tövsiyə edib. Lakin təəssüflər olsun ki, cəmiyyət hələ də ərköyün məmur övladlarının özbaşınalıqlarından yaxa qurtara bilmir. Prezidentin sərt reaksiyasından sonra təkcə son bir ildə 4 yüksək rütbəli məmur oğlu həbs edilib, özləri isə vəzifələri ilə vidalaşmalı olublar… Ən sonuncu hadisə, Baş nazirin mavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin Bakıda avtoşluq etdiyinə görə həbsi də bəzi məmurlara dərs olmadımı!?

***Bakı şəhər sakini F.Nəsibovun hüquqi nümayəndəsi Vaqif Əhmədovun faciə ilə üz-üzə qalmış ailənin Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova və surəti «Təzadlar» qəzeti redaksiyasına ünvanlı müraciətini oxuyanda bir daha cənab Prezidentin məmurlara və onların övladlarına tövsiyələrini xatırladıq. Bakının Səbail rayonunda yaşayan F.Nəsibovun hüquqi nümayəndəsi V.Əhmədovun ailə adından Baş Prokuror cənab Zakir Qaralova ünvanlı (surəti «Təzadlar» qəzetinə) müraciətində deyilir:

[b]Hörmətli cənab Baş Prokuror!
[/b]
Sizə müraciət edərək bir dəhşətli cinayətin səbəbkarlarına və onlara himayədarlıq edən hüquq-mühafızə orqanı əməkdaşlarına qanunla ən ciddi cəzanın verilməsini xahiş edirəm. Ulu Öndərimiz Heydər Əliyev demişdir ki, “Dövlət bir neçə sütun üzərində dayanır. Bu sütunlardan biri də Prokurorluq orqanlarıdır». Eyni zamanda, qeyd etmişdir ki, «Dövlət iki halda sarsıla bilər: günahsıza cəza veriləndə, günahkar cəzasız qalanda”.

[b]Hörmətli cənab Baş Prokuror!
[/b]
Hal-hazırda hüquqlarını müdafiə etdiyim müvəkkilim F.Nəsibovun ailə üzvlərinə qarşı baş vermiş görünməmiş dəhşətli cinayətə aylardır hüquq-mühafızə orqanlarının göz yumması və barədə heç bir tədbir görülməməsi hüquq- mühafizə orqanı əməkdaşlarının qanunsuzluğu, cinayəti öz şəxsi maraqları ilə ört-basdır etməsi, süründürməçiliyə yol vermələri, 8 aydan artıqdır ağır cinayət törətmiş şəxs barəsində hal-hazıra kimi həbs-qətimkan tədbiri seçilməməsi çox təəssüf doğuran haldır. Bunun səbəbi isə cinayət törətmiş şəxsin valideynlərinin vəzifəli şəxs və zəngin ailə olmalarıdır.

[b]Hörmətli cənab Baş Prokuror!
[/b]
İndi isə baş vermiş və bağışlanılmaz cinayətin təfsilatı barədə bunları bildirirəm: Müvəkkilimin qızı Aidə Həsənli (Müraciət Baş Prokurorluğa və redaksiyamıza təqdim olunduğu üçün ad şərtidir – red.) 2015-ci ildə tanınmış Universitetlərdən birinə qəbul olunub. Həmin il o, qrup yoldaşları ilə birlikdə universitetin yaxınlığındakı kafelərin birində çay və şirə içirmişlər. Orada hansısa bir formada zühur edən Bakı şəhər sakini Cəfərli Fərid Ramil oğlu tələbə qızın içdiyi çaya yuxu gətirən hansısa məhlul atıb və qız orada yuxuya gedib. Qeyd edim ki, Fərid Cəfərlinin anası Firəngiz Həsənova Bakıda 53 nömrəli məktəbin direktoru, atası Ramil Cəfərov isə Dövlət Neft Şirkətinin auditorudur.

Fərid Cəfərli əvvəlcədən düşünülmüş şəkildə çirkin niyyətini həyata keçirərək həmin kafedən qızı yardım etmək adı altında şəxsi /avtomobilinə mindirərək evlərinə aparmış və orada qıza qarşı cinsi zorakılıq etmişdir. Eyni zamanda öz mənzillərində təxminən bir neçə saat saxlamış və onunla yenə də qeyri-insani hərəkətlər edərək, ağır cinayət törətmişdir. Hadisədən bir neçə saat sonra qız yuxudan ayılarkən başqa bir ünvanda özünü tam çılpaq vəziyyətdə və Cəfərli Fərid tərəfindən ona qarşı cinsi zorakılıq törədildiyini görmüşdür. Aidə qışqıraraq kömək istəsə də, Cəfərli Fərid tərəfındən ona qarşı təzyiq və ölüm hədələri edilmişdir. «Bu hadisə barədə bir kəsə məlumat versən, əlimdə olan çılpaq video görüntülərini universitetdə və yaşadığın ərazidə yayaraq səni rüsvay edəcəyəm, kiçik qardaşını öldürəcəyik» deyə qıza hədə-qorxu gəlmişdir. Hazırkı vəziyyətindən qorxan və qardaşını ölüm təhlükəsindən qorumaq məqsədi ilə bu hadisəni heç kimə söyləməyəcəyinə söz verən Aidə həmin gün Cəfərli Fəridin əlindən qurtarmağa nail olmuşdur. O, qorxu içində bu dəhşətli hadisədən sonra evdə dəfələrlə intihara cəhd etsə də, anası və tibb işçilərinin səyi nəticəsində hadisənin qarşısı alınmışdır.

Buna baxmayaraq, yenə də Fərid Cəfərli qızın oxuduğu universitetə gələrək onu təhdid etmişdir ki, onunla vacib söhbəti var, məlum problemi yoluna qoyacaq, onu istəyir və s. Odur ki, onunla getməsə əlindəki video çəkilişi universitetin tələbələrinə paylayacaq, sonra da qardaşını oxuduğu məktəbdən oğurlayıb öldürücək. Fərid Cəfərli qorxu və həyəcan içərisində olan Aidəni idarə etdiyi /maşına zorla oturdaraq əvvəlcədən danışdığı “Ambasador” otelinə aparıb və orada yenə öz çirkin niyyətinə nail olub… Sonradan qızın anasının polis orqanlarına və DİN-nin 102 xidmətinə şikayətindən sonra araşdırma aparılıb, istintaq oteldə çəkilişlər aparıb, baxış keçirilib, mühüm sübutlar toplanıb. Lakin bu günə kimi istintaqa dair prokurorluğun hansı qərar qəbul etməsındən xəbərsizik və nəticəsizlik bizi ciddi narahat edir. İş o yerə çatıb ki, Bakı şəhər Prokurorluğunun şöbə prokuroru müvəkkilimə qəbul edilmiş qərarların surətini belə vermək istəmir. İnanırıq ki, təqdim etdiyimiz əlavə maddi sübutlar cinayət işinə əlavə olunacaq və istintaqın fərqli səmtə yönəldilməsində əli olanlar ciddi cəzalandırılacaq.

Onu da xatırladım ki, təxminən 2016-cı il may ayının sonlarında canından bezmiş Aidə Fərid Cəfərlinin telefon zənglərini rədd etməklə cavab verməmişdir və telefonu söndürmüşdür. Telefon söndürüldüyünə görə Fərid Cəfərli 24 iyun 2016-cı il tarixində, gecə saatlarında ailənin yaşadığı ünvana gələrək qapını sındırıb evə daxil olmuş, Aidəyə əl və ayaq zərbələri endirərək ona xəsarət yetirmişdir. Bu zaman səs-küyə onun otağına daxil olan anası da Fərid Cəfərlinin yumruq, təpik zərbələrinə məruz qalmışdır. Bütün bunlar qonşuların şahidliyi ilə baş vermişdir. Bu basqın barədə DİN-nin 102 xidmətinə məlumat verilmiş, sonra Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları araşdırmalar aparmışlar. Lakin yenə də şəxsi maraqları nəticəsində Fərid Cəfərlinin barəsində heç bir ölçü götürülməmiş, ailə başçısı həbsdə olan ailə dəhşətli qanunsuzluqla üz-üzə qalmışdır. Cinayətləri törədən və barəsində heç bir tədbir görülməyən Fərid Cəfərlinin valideynləri baş vermiş cinayəti ört-basdır etməyə çalışmışlar və təəssüflə qeyd edim ki, buna nail də olmuşlar. Rayonun polis və prokurorluq əməkdaşları da bu cinayətə seyrçi qalmışlar.

b]Hörmətli cənab Baş Prokuror![/b]

Baş vermiş bu ağır cinayətdən heç bir cəza almayan Fərid Cəfərli yenidən – 02.03.2017-ci il tarixində Aidənin təhsil aldığı universitetə gələrək, onun dərsdən çıxmasını gözləmişdir. Aidə dərsdən çıxan zaman ona qəflətən hücum etmiş, zorla maşına oturtmuş, avtomobilin içində qızı döyərək uzun saçından tutub /maşının əl tutacağına bağlamış, sonra qapıları avtomatik kilidləyərək özlərinə məxsus olan villaya aparmışdır. Sonra orada zor tətbiq etməklə onunla yenidən cinsi əlaqəyə girmiş, qeyri-insani hərəkət edib onu orada bir neçə saat saxlayandan sonra yenidən döymüş, öldürəcəyi ilə hədələmişdir. Fərid Cəfərli Aidəni öz mənzillərində təxminən 7-8 saat saxlayandan sonra onu anasının direktor işlədiyi 53 nömrəli məktəbin qarşısına gətirərək anası ilə birlikdə qızı öldürmək və harasa atmaq barədə plan qurmuşdur. Lakin bu zaman onun əlindən qaçmaq istəyən Aidənin bu vəziyyətini təsadüfən müvəkkilimin ailəsini tanıyan bir şəxs onu maşında pis vəziyyətdə görüb Fəriddən onu buraxmağı tələb etmişdir. Bunu etmək istəməyəndə isə o, DİN-nin 102 xidmətinə məlumat verəcəyini demişdir. Bundan qorxuya düşən Fərid Cəfərli qızı /maşından düşürüb buraxmışdır. O, yenidən Aidəyə bu barədə bir kəsə məlumat verərsə, özünün və qardaşının ölümünü düşünməsini bildirərək onu yenidən hədələmişdir. Dərhal evlərinə gələn Aidənin pis vəziyyətdə olduğunu görən anası hüquq-mühafızə orqanına təkrar ərizə ilə müraciət etmişdir. İşin təhqiqatı Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində aparılsa da, PB-nin isntintaq şöbəsinin əməkdaşları ilə yanaşı, Səbail rayon Prokurorluğunun əməkdaşları da cinayəti ört-basdır edərək, süründürməçiliyə yol vermişlər. Hətta 02.03.2017-ci il tarixindən hal-hazıra kimi bu dəhşətli cinayətə göz yummaqdadırlar. Lakin hal-hazırda işin Bakı şəhər Prokurorluğunda olması və orada da 2 aydan artıqdır eyni üsulla istintaqının aparılması bu dəhşətli cinayəti, bu bağışlanılmaz cinayəti ört-basdır etməklə – təqsirləndirilən, şübhəli şəxsin 8 aydır azadlıqda gəzməsinə şərait yaradırlar.

[b]Hörmətli Zakir müəllim![/b]

Müvəkkilim F.Nəsibov bir Azərbaycan vətəndaşı olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək II qrup əlil olaraq xahiş edib ki, bu dəhşətli, bağışlanılmaz cinayəti törədən şəxs və şəxslərin barəsində ictimaiyyəti bu barədə məlumatlandırım. Çünki ailə istintaq orqanına inanıb etibar etdiyi müddətdə tamamilə əks mövqe ilə qarşılaşmışdır. Ailənin Sizə müraciətlə yazdığı ərizə isə ola bilsin diqqətinizə çatdırılmır. Amma bu dəfə bunları nəzərə alıb, bəzi istintaq motivlərini və sirlərini nəzərə alıb sadəcə hadisə barədə Sizi məlumatlandırmağı özümün nümayəndə borcum bildim. İnanırıq ki, möhtərəm Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, vəzifələri şəxslərin harın və qudurğan övladları ilə əlaqədar ciddi ölçü götürülməsi vacibdir, əks halda, daha ciddi və dəhşətli cinayət hadisələri baş verə bilər.

[b]Redaksiyadan[/b]: hazırda əməkdaşlarımış redaksiyaya daxil olmuş şikayət ərizəsi və digər prosessual maddi sübutlar və zərərçəkənin müsahibəsi əsasında KİV qanunvericiliyinin tələblərinə uyğun araşdırma aparır… Artıq şikayətdə adı çəkilən Fərid Cəfərlinin təhsil aldığı universitet rəhbərliyi, eləcə də «Ambasador» Otel Kompleksinin rəhbərliyi, həmçinin baş vermiş cinayət hadisəsi ilə bağlı polis və prokurorluq orqanları ilə əlaqə yaratmaqda, mövqelərini öyrənməyə çalışırıq. Dünən isə «Ambasador» Otel Kompleksinin rəhbərliyinə zəng vurduq. Telefona cavab verən şəxsə məsələ ilə bağlı məlumat verdik. Söz verdi ki, bir neçə dəqiqəyə rəhbərlik özü zəng vuraraq mövqeyini açıqlayacaq… Az keçmiş bizə başqa bir mobil nömrədən zəng gəldi və özünü otelin rəsmisi kimi təqdim edən şəxs bildirdi ki, rəhbərlik iclasdadır, az sonra əlaqə saxlanılacaq… Yarım saat sonra yenidən həmin şəxs redaksiyaya zəng vurdu və bildirdi ki, «Bizim «Ambasador» Otelinin İşad adlı hüquqşünası var və «Azərbaycan» nəşriyyatında oturur, nə sualınız varsa, ona müraciət edin…». Lakin biz həmin şəxsin diqqətinə çatdırdıq ki, oteldə baş verdiyi ehtimal edilən ağır cinayətin detallarını hansısa hüquqşünasla deyil, rəhbərliklə çözməli, münasibətini öyrənməliyik. Çünki bizə müvafiq maddi sübutlar təqdim edilib və sualımız ondan ibarətdir ki, gecə saatlarında həmin otelə sənədsiz gəncləri kim buraxıb və sair… Və belə çıxırdı ki, Bakıda məşhur bir vəzifəli şəxsə mənsub olan «Ambasador» Otul-Restoranına hansısa hüquqi problemlərlə müraciət edən vətəndaşa «Azərbaycan» nəşriyyatına gəlməsi lazım olacaq? Doğrudanmı bu boyda otel-restoranın hüquqşünasına otelin özündə oturmağa yer tapılmır?!

O ki qaldı Fərid Cəfərlinin özünün və Bakıdakı 53 nömrəli məktəbin direktoru işləyən anası Firəngiz Həsənovanın, həmçinin SOCAR-da audit işləyən atası Ramil Cəfərovun mövqeyinə, onların mobil və iş telefonlarına etdiyimiz zənglərə cavab verilmir. Bununla belə, araşdırma zamanı öyrəndik ki, bir neçə ay əvvəl bu dəhşətli hadisə barədə ilkin məlumat yayılanda bəzi KİV əməkdaşları hər iki valideynin mövqeyini öyrəniblər, artıq mətbuatda yayımlanıb. «Təzadlar» olaraq onların da mövqeyini öyrənməyə hazırıq…

Xatırladırıq ki, bu gün zərərçəkmişin atası Fəqan Nəsibob artıq Bakı şəhər Prokurorluğunda və Baş Prokurorluqda olmuşdur…

Daha ətraflı yazı “Təzadlar”ın növbəti sayında dərc ediləcək…

Qeyd edək ki, adı çəkilən “Ambasador” Otel Kompleksinin Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalova məxsus olduğu deyilir.

tia.az
Lotu Qulinİ Yekaterinburqda gözləyirlər - BÖYÜK ZİYAFƏT VERİLDİLotu Qulinin vaxtından əvvəl həbsdən azad edilməsi Rusiyanın Yekaterinburq şəhərində böyük coşquyla qarşılanıb. Lent.az-ın məlumatına görə, bu barədə yerli KİV xəbər yayıb.

Məlumata görə, hələ həbsdəykən Ural regionunu meyvə-tərəvəzlə təmin edən 4 saylı bazaya əl qoyan Qulu ora yeni “smotryayuşi” də təyin edib. Bu, 47 yaşlı Rəhman Abdullayevdir.

Lent.az-ın məlumatına görə, Quli həbsdən çıxan gün Yekaterinburqdakı restoranların birində Rəhman Abdullayev tərəfindən böyük bir ziyafət də verilib. Ziyafətdə Abdullayev bəyan edib ki, Quli ən qısa zamanda Yekaterinburqa gələcək.
“Qoca” həbsdə olarkən facebook-a girirmiş - FOTOLAR2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış, dünən isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı yaralanaraq ölən "Qoca” ləqəbli Etibar Məmmədovun yeni fotoları yayılıb.

Fotolar onun feysbuk sosial şəbəkəsindəki hesabından götürülüb.

Maraqlı məqam isə odur ki, onun bu hesabdan həbsdə olarkən belə istifadə etdiyinə dair şübhələr var. Belə ki, o, həbsdə olarkən fotosuna gələn "Allah qapısını açsın” şərhini özü cavablandırıb.

"Qoca”nın ən son paylaşımı ötən ilinmart ayında olub.

Profildə son paylaşım isə ötən ilin mart ayında olub: "Yaşamaq üçün ölmək, ölmək üçün yaşamaq lazımdır”.
“Qoca” həbsdə olarkən facebook-a girirmiş - FOTOLAR
“Qoca” həbsdə olarkən facebook-a girirmiş - FOTOLAR
“Qoca” həbsdə olarkən facebook-a girirmiş - FOTOLAR
Rus qızlarını zorlayan Kürdəmir sakinləri həbs edildiRusiyada yaşayan iki azərbaycanlı gəncin rus qızlarla əyləncəsi onların həbsxanaya düşməsi ilə nəticələnib.

Qafqazinfo xəbər verir ki, hadisə 2009-cu il yanvarın 26-da Rusiyanın Surqut şəhərində baş verib.

Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Seymur Eyvazov bibisi oğlu Həsən Orucovla birgə əylənmək qərarı veriblər. Buna görə tanışları – 1993-cü il təvəllüdlü Diana və 1995-ci il təvəllüdlü Yekaterinanı da çağıraraq Profsoyuz küçəsində kirayə tutduqları evə gediblər.

Qızlardan biri, Yekaterina Bakıya gələrək istintaqa ifadə verib və həmin mənzildə başına gələnləri danışıb. O deyib ki, həmin il yanvarın 24-dən 26-dək tanışları Əkbərin evində qalıblar, sonra isə Seymur ona zəng edərək görüşmək istədiyini deyib: “Görüşdük, bir yerdə onların mənzilində pivə içməyə getdik. Seymurun qohumu Oruc da bizimlə idi. İçəndən sonra mənə, Dianaya hədə-qorxu gəlib soyunmağımızı, əks təqdirdə çoxlu adam çağırıb zorlayacaqlarını dedilər. Seymur məni şillə ilə vurub itələdi, yıxıldım. Qorxumuzdan soyunduq, Oruc Diananı mətbəxə apardı, Seymur isə məndən divanda uzanmağımı tələbə etdi. Mən ona 13 yaşımın olduğunu, bakirə olduğumu dedim. Buna baxmayraq, o mənimlə zorla qeyri-təbii yolla cinsi əlaqədə oldu.

Bir qədər sonra Diana ağlayaraq otağa gəldi, ardınca da Oruc gəldi. O, Diana və Seymura otaqdan çıxmağı tapşırdı. Oruc bu dəfə mənimlə əvvəlcə qeyri-təbii yolla, sonra isə təbii yolla əlaqədə oldu. Müqavimət göstərəndə Oruc məni itələdi, ayağım divana dəyərək xəsarət aldı. Həmin vaxt Diananın da mətbəxdən qışqırıq səsləri gəlirdi. Oruc Diana ilə də təbii yolla əlaqədə olmuşdu.
Gecə saat 4-də bizi oradan göndərdilər, başımıza gələnlər haqda valideynlərimizə danışdıq və polisə şikayət etdik”.

Rusiyada məhkumluq həyatı yaşayan O.Həsənov da ifadə verərək baş verənləri təsdiqləyib. Amma deyib ki, Diana və Yekaterina özləri onlarla getmək istəyib: “Qızların təklifi ilə 150 rubla kirayə ev tutduq, Diana ilə Yekaterinaya pul verdim ki, gedib pivə alsınlar. Onlar da 4 pivə, 4 enerji içkisi, 2 qutu da prezervativ almışdılar. İçəndən sonra mən Diana ilə mətbəxdə tək qalan vaxt onunla əlaqədə olmaq istədiyimi dedim, o isə etiraz etdi. Mən də əsəbiləşərək mənzil və içkilərə bu qədər xərclədiyimi və buraya onlarla cinsi əlaqədə olmaq üçün gəldiyimi dedim. Mən onu döymədim, sadəcə, razılaşmasa köynəyini cıracağımı dedim. Sonra Diana paltarlarını çıxardı, onunla əlaqədə oldum. Sonra otağa keçib Yekaterinaya da eyni təklifi etdim, razılaşmasa, paltarlarını cıracağımı dedim. Onunla da təbii yolla əlaqədə oldum. Həmin vaxt Diana və Seymur mətbəxdə idi.

Mən qızların yaşının az olduğunu bilmirdim, görünüşlərinə görə böyük olduqlarını düşündüm. Sonra evin açarlarını qızlara verib Seymurla kazinoya getdik. Təxminən saat 6-da qayıtdıq, onlar hələ də evdə idilər”.

O.Həsənov Rusiya vətəndaşı olduğu üçün orada məhkum edilib və 4 il 6 ay cəza verilib. S.Eyvazovun cinayət işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Tamella Nəsrullayeva ona da bibisi oğlu ilə eyni cəzanı verib.