“Azərbaycan, İran və Rusiya arasında əməkdaşlıq təhlükəsizliyin təmin edilməsi üçün önəmlidir”Azərbaycan, İran və Rusiya arasında əməkdaşlıq təbiidir, çünki bizim ölkələrin xalqlarının tarixi və coğrafi bağları var.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Azərbaycan prezident İlham Əliyev Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündən sonra mətbuata açıqlamasında bildirib.

Prezident İ. Əliyev qeyd edib ki, bu əməkdaşlıq təhlükəsizliyin təmin edilməsi üçün önəmlidir və həyata keçirilən infrastruktur layihələrinin reallaşdırılmasına yardım edir: “Ticarət dövriyyəsinin artması ölkələrimizdə iqtisadiyyatın inkişafının göstəricisidir”.

Neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsir göstərmədiyini bildirən prezident İlham Əliyev qeyd edib ki, üçtərəfli görüşdə Rəşt-Astara dəmir yolunun tikintisi üçün maliyyə vəsaiti Azərbaycan və İran tərəfindən təmin edilib.
Müəlliminin başını kəsib cəsədiylə selfi etdi – Sonra özünü öldürdü – 18+FOTOMoskva Texniki kollecində dəhşətli hadisə baş verib.

Milli.az xəbər verir ki, dərs otaqlarının birində 2 doğranmış meyit tapılıb. Rusiya KİV-ləri onların tələbə və müəllim olduğunu bildirir.

Tələbə ilə müəllim arasında konflikt yaşanıb. Daha sonra gənc müəllimini qətlə yetirərək onun meyiti ilə selfi edib.

Tələbə öldürdüyü müəllimi ilə çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşıb.

Faktla bağlı araşdırma başladılıb.
Müəlliminin başını kəsib cəsədiylə selfi etdi – Sonra özünü öldürdü – 18+FOTO
Maral Tahirqızı Fədayə Laçına məsləhət verdi: "Həbsxanada..."Bu yaxınlarda azadlığa çıxan müğənni Maral Tahirqızı həmkarı Fədayə Laçın həbs olunmasına münasibət bildirib.

"Qaynarinfo"ya açıqlama verən Maral Tahirqızı ona həbsxanada qayda-qanunlara əməl etməyi məsləhət görüb:
"Heç kimə o həyatı arzulamaram. O çox məsuliyyətli bir işi öhdəsinə götürüb. Azərbaycanda hər adam bu işi görə bilməz. Belə bir şeyi ancaq kinolarda görmüşük. Eşitmişəm ki, ağır vəziyyətdə yaşayan bir qadın olub. Yəqin dolanışığı, yaşayışı üçün həmin adamın arxasınca gedib. Bildiyim qədərilə hələ ona iş kəsilməyib. Əgər həbs olunsa, orada gərək rejimlərə ciddi riayət etsin, qaydaları pozmasın ki, cəza müddətini artırmasınlar".

Həbsxanada yüksək insani keyfiyyətlərə malik qadınların da olduğunu deyən müğənni həmkarına həmin insanların əhatəsində olmağı tövsiyyə edib:

"Həbsdə yüksək insani keyfiyyətlərə malik qadınlar da var. Orada olanda bəziləri ilə söhbət edən zaman həsəd aparırdım ki, nə gözəl xanımdı, necə mədəni insandı. Mən həmişə elə insanların içərisində oturmuşam. Sözün düzü siqaret çəkən, narkomaniyaya qurşanan adamların arasına getmirdim. Çünki onlar əsəbi olurlar. Nə deyə bilərəm? Allah qapısını açsın. Heç bir Azərbaycan qadınına türmə həyatı arzulamaram. Həbsxana həyatı çox ağır həyatdı".
21 yaşlı qız intihar etdiSumqayıtda intihar olub.

APA xəbər verir ki, şəhər sakini, 1996-cı il təvəllüdlü Şəmsiyyə Şəmistan qızı Zeynalova yaşadığı evdə özünü asıb.

Ş. Zeynalovanın özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da, onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
12 yaşlı şagirdə qarşı seksual hərəkətlər edən direktor işdən çıxarıldıXaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə APA-nın yerli bürosuna Xaçmaz rayon təhsil şöbəsinin məsləhətçisi Ağamirzə Əzimov bildirib. O deyib ki, hazırda direktorun vəzifəsini direktor müavini icra edir.

Məktəb direktoru yeniyetmə şagirdə qarşı seksual hərəkətlər etməkdə günahlandırılır.

Xaçmaz rayon Prokurorluğundan APA-ya bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir. Məktəb direktorunun məsələ ilə bağlı izahat alınması üçün prokurorluğa çağırılıb.

Qeyd edək ki, həmin şəxsin 12 yaşlı qız şagirdə qarşı əxlaqsızlıq etdiyi iddia olunur.
Qax rayonunda qadınların əsas problemləri gündəmə gətirildi Qax rayonunda ziyalı qadınların sayı çoxdur və onlar istər dövlət işində, istər ictimai sektorda, istərsə də şəxsi təsərrüfatda kifayət qədər fəaldırlar. Onların imkanları var ki, öz sahibkarlıq müəssisələrini, şəxsi bizneslərini qursunlar, bölgənin turistik imkanlarından istifadə edib sosial vəziyyətlərini yaxşılaşdırsınlar. Bunun üçün onlara azca təkan vermək lazımdır.

Bu fikirlərı Qax rayonunun fəal xanımları “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin təşkilatçılığı ilə “Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunda keçirilən görüşdə səsləndiriblər.

“Qadın Liderliyi Uğrunda” İB-nin sədri Ülkər Abdullayeva bildirib ki, turizm və kənd təsərrüfatı potensialı olan bu bölgədə qadınlarla görüşün məqsədi ümumi vəziyyəti daha dərindən öyrənmək və onlara müvafiq dəstəyi verməkdir.

Tədbirdə YAP Qax rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərova deyib ki, Qaxda qadınlar müvafiq dövlət idarələrində, məktəblərdə, bağçalarda, kitabxanalarda və s. işləyir, ictimai tədbirlərə qatılır, həm də şəxsi təsərrüfatlarını idarə edirlər. Onların imkanı var ki, geniş turizm resusrları olan bu bölgədə kiçik sahibkarlıq müəssisələri yaradıb rayon əhalisinin güzəranının yaxşılaşdırılmasına töhfələr versinlər. Qonşu Gürcüstanda turizm sahəsindəki uğurlara diqqət çəkən S.Əsgərova, oradakı imkanların bizdə də olduğunu, Qaxa daha çox turist cəlb etmək üçün zəruri addımları atmaq lazım gəldiyini deyib.

Rayonun fəal xanımlarından Səfyə Süleymanova deyib ki, Qax rayonu kişilər üçün cənnətdir. Onları çayxanalarda, pivəxanalarda nərd, domino, şahmat oynayarkən tapmaq olar. Amma qadınların istirahət etmək imkanları yoxdur. O, rayonda qadınların öz dərdlərini bölüşə, problemlərinin həllinə dəstək verə biləcək qadın klublarının yaradılmasına ehtiyac olduğunu deyib.

Qaxda qadınların çox işlədiyini vurğulayan tədbir iştirakçıları deyiblər ki, qadının çıxılmaz problemi olmasa, sevdiyi işlə məşğul olsa, ailədə zorakılıq görməsə, sevgi və sayğı ilə qarşılansa, heç vaxt özünü öldürmək fikrinə düşməz. “Bizim sadəcə xoş sözə, insani davranışlara ehtiyacımız var. Gərgin əməkdən sonra danlananda, xoş üz görməyəndə, həyatdan küsürük” – deyə xanımlardan biri bildirib.
Qax rayonunda qadınların əsas problemləri gündəmə gətirildi
Tədbirdə o da səslənib ki, qadınların sosial-psixoloji problemlərinin həlli üçün ilk növbədə onlarda özünə güvən hissini formalaşdırmaq lazımdır. Bunun üçün maarifləndirici tədbirlər keçirilməli, qadınların sosiallaşmasına cəhd göstərilməlidir.

Qadınlara təşkilat üzvləri tərəfindən öz sosial vəziyyətlərini yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər, bisneslərini qurmaqla bağlı faydalı məsləhətlər verilib, motivasiya nitqləri söylənilib.

Qeyd edək, sözügedən görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsində həyata keçirilib.
Baş redaktora xəbərdarlıq edilibBaş Prokurorluq "Teref.info” internet saytının baş reaktoru Nurəddin İsmayılova xəbərdarlıq edib.

Qurumdan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış araşdırmalarla "Teref.info” internet saytında "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələbləri pozulmaqla dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Nurəddin İsmayılov Baş Prokurorluğa dəvət edilərək kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyi diqqətinə çatdırılmaqla, "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq gələcəkdə qanunazidd əməlləri davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
MTN-in tutduğu məktəb direktoru həbsdə öldüAzərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan, Böyükxan Nağıyev xəstəlikdən ölüb.

B. Nağıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2013-cü ildə keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Cəlilabadda uzun müddət məktəb direktoru və ədəbiyyat müəllimi işləyən B. Nağıyev İrandan qanunsuz yolla Azərbaycana keçirilən külli miqdarda narkotik vasitəni Zaqatala rayonu ərazisində satarkən tutulub.

O, 12 il müddətinə azadlıqdan məhrum edilib.