Bakıda keçmiş həyat yoldaşını küçənin ortasında döydüBakıda xuliqanlıq hadisəsi baş verib.

Lent.az xəbər verir ki, Xətai rayon sakini, 41 yaşlı Qərənfil Mustafayeva (ad şərtidir) polisə müraciət edərək bildirib ki, keçmiş həyat yoldaşı Nazim onu Cavanşir küçəsi 2 ünvanındakı binanın qarşısında döyüb.

Qadın bildirib ki, bir neçə il əvvəl həyat yoldaşından rəsmən boşanıb. Lakin bundan sonra da onlar arasında münaqişələr baş verib.

Müraciət əsasında araşdırma aparılır.
Sabah Akif Çovdarova hökm oxunacaqSabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinə elan olunacaq hökmün vaxtı məlum olub.

APA xəbər verir ki, hökm sabah elan olunacaq.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərdən Akif Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Akif Əliyevin 9 il, Orxan Osmanovun isə 9 il il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

A. Çovdarov da daxil olmaqla, təqsirləndirilən digər şəxslər son sözündə məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Boksçumuz erməniyə qalib gələrək Avropa çempionu olduTürkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub.

Azərbaycan millisi yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Məhəmməd Abdullayev (+91 kq) bütün görüşlərini qələbə ilə bitirib və finala kimi 3 qarşılaşmasını nokautla başa vurub. Həlledici döyüşdə isə erməni əsilli Yunanıstan idmançısı Vaqkan Nanitzanyana 4:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.

Millimizin digər üzvləri-Amina Kuşkova (75 kq) Avropa birinciliyini gümüş, Həsən İbrahimov (49 kq) və Surət Qarayev (81 kq) isə bürünc medalla başa vurublar.
Kennedinin qətlinə dair qalan məxfi sənədlər açılırABŞ prezidenti Donald Tramp özünün Tvitter bloqunda bəyan edib ki, Federal Təhqiqatlar Bürosunun və Mərkəzi Kəşfiyyat İdarəsinin əvvəlki tələblərinə baxmayaraq 35-ci prezident Con Kennedinin qətlinə dair qalan məxfi sənədləri də açıqlamaq niyyətindədir.

Virtualaz.org xəbər verir ki, Tramp bu qərarı “maksimum şəffaflıq və konspirologiya nəzəriyyələrinə son qoymaq üçün” verdiyini bildirib.

“Ağ Evin aparat rəhbəri Con Kelli, MKİ və digər agentliklərlə məsləhətləşmələrdən sonra mən qərara aldım ki, Kennedinin qətlinə dair bütün sənədləri açıqlayıb, hazırda sağ olan adamların ünvanlarının və adlarının yer aldığı sənədlər istisna olmaqla”-ABŞ prezidenti yazıb.

Bundan əvvəl ABŞ-da Kennedinin qətlinə dair 2800-dən çox sənəd açıqlanıb. Lakin kəşfiyyat orqanları prezidentin qətlinə dair sənədlərin bir hissəsinin üzərindən məxfilik qrifini götürməkdən imtina ediblər. Bildirilib ki, bunun üçün sənədlər üzərində əlavə təhqiqat aparılmalıdır.

Con Kennedinin 1963-cü ildə baş vermiş qətlindən 55 ilə yaxın vaxt keçsə də bu hadisə ətrafında müzakirələr hələ də davam edir. Prezidentin qətlinin arxasında ABŞ xüsusi xidmət orqanlarının dayandığı haqda versiyalar hələ də güclü olaraq qalır. Açıqlanan sənədlər isə Kennedinin qətli ilə bağlı şübhələrə nəinki son qoyub, əksinə, müzakirələri yenidən qızışdırıb.

Məlum olduğu kimi Kennedinin qətlinə dair rəsmi versiyaya əsasən prezidenti tənha qatil Li Harvi Osvald öldürüb və bu qətlin arxasında hansısa siyasi sifariş yoxdur. Lakin Osvaldın özünü həbsindən iki gün sonra polis əməkdaşı məhkəməyə aparılarkən yolda öldürüb, beləliklə də qatili dindirmək mümkün olmayıb. Bu səbəbdən Kennedinin ölümü ilə bağlı çoxsaylı konspiroloji nəzəriyyələr irəli sürülür.

ABŞ hökumətinin prezident Kennedinin qətli ilə bağlı indiyədək məxfi olan sənədləri açmaq qərarı o zamandan bəri qaranlıq qalan bir sualı yenidən diqqət mərkəzinə gətirib: Prezidentə atəş açmış Le Harvi Osvald bu qətldən iki ay əvvəl Meksikada Sovet kəşfiyyat zabitləri ilə görüşübmü?

Bu zabitlərdən biri olan Valeri Kostikovun adını Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Kennedinin qətlindən bir gün sonra aşkar etmişdi. Onun sovet casus agentliyinin “təxribat və sui-qəsdlərə” cavabdeh olan 13-cü şöbəsinin zabiti olduğu iddia edilirdi. Osvaldın Kostikovla əlaqələri bu qətlddən xeyli əvvəl məlum idi və belə bir şayiəyə səbəb olmuşdu ki, DTK-nın Kennedinin qətlində əli olub.

İndi Kennedinin qətli ilə bağlı 3000 sənədin açılması barədə qərarla əlaqədar Osvaldın Kostikovla Meksikadakı Sovet səfirliyyində görüşməsi barədə məlumat həm Qərb, həm də Rusiya mediasının diqqətini cəlb edib. Lakin 1963-cü ilin sentyabrında Meksikadakı konsulluqdan SSRİ-yə getmək üçün cidd-cəhdlə viza almağa çalışan Osvaldla həmin vaxt həmin konsulluqda vise-konsul işləyən Kostikov arasında baş vermis görüşün təfərrüatları barədə çox az məlumat var.

Bu həftə ABŞ-ın MuckRock saytı yazıb ki, MKİ-nin direktoruna FTB direktoru Edqar Huverin 1964-cü ilin sentyabrında göndərdiyi memoda, Kostikoivun DTK-nın 13-cü şöbəsində işlədiyini tam təsdiq edən məlumatların olmadığı göstərilir. Huver bu memoda MKİ direktoruna Kostikovun 13 şöbədə işlədiyinə dair hissəni dəyişərək “13-cü şöbədə işləyə bilər” ifadəsi ilə əvəz etməyi təklif edir.

Bunun ardınca MKİ 1964-cü ilin əvvəllərində yazdığı hesabatda Osvaldın Mexikoda diplomatik pərdə altında çalışan Kostikov və başqa DTK zabitləi ilə bağlarının “sırf təsadüf” olduğu bildirilirdi.

Valeri Vladimiroviç Kostikov kim olub?

Rusdilli mənbələrdə Kostikov haqqında çox cüzi məlumatın olmasına baxmayaraq, MKİ-nin açıqlanmış sənədlərində onun barəsində, bioqrafiyası da daxil bir xeyli məlumat var. Bu sənədlərə görə o, 1933-cü ildə Moskvada doğulub və elə burada Xarici Dillər İnstitutunda təhsil alıb. MKİ-nin məlumatına görə ispanca səlis danışan Kostikov İspaniyada keşirilən bir çox sərgilərdə tərcüməçilik edib, sonralar Meksika və Kubaya səfər edib.

Kostikovun xarici görkəmi “FTB-nin nəzarətində olmuş ikili agentin əlamətlərinə” uyğun gəlir. MKİ-nin materiallarında Kostikovun birbaşa rəisinin Birləşmiş Ştatlarda işləyən Oleq Brıkinin olduğu bildirilir. Brıkin 13-cü şöbənin əməkdaşı olub. 1963-cü il 23 noyabr tarixli açıqlanmış məxfi sənədə görə Osvald 1963-cü ilin 28 sentyabrında Mexikodakı Sovet səfirliyində olub.

1959-cu ildə Minskdə özünün sovet arvadı ilə 2 il yarım yaşadıqdan sonra Birləşmiş Ştatlara qayıtmış Osvaldın yenidən SSRİ-yə getmək üçün canfəşanlıqla viza almaq istədiyi məlumdur. MKİ sənədindən məlum olur ki, Osvald 1963-cü il oktyabrın 1-də Sovet səfirliyinə zəng edib və pozuq rusca danışaraq Kostikovla görüşdüyünü deyib.

Bu da məlum olur ki, Osvald bu zənglə onun barəsində Vaşinqtondan bir xəbər olub-olmadığını öyrənmək istəyirmiş. Kostikovun Osvaldla görüşləri barədə, həm də onun DTK həmkarı Oleq Neçiporenkonun Kennedy-nin qətli haqqında yazdığı kitabda da bəhs olnur.Kitabın rusca variantında deyilir ki, Osvald 28 sentyabr 1963-cü ildə səfirliyə gələndə Kostikov yoldaşları ilə volleybol oynamağa hazırlaşırmış.

Kostikov deyib ki, o diplomatik şəhəciyə qayıdanda orada Osvaldın onun həmkarı Pavel Yatskovla söhbət etdiyini görüb. Kostikov deyir ki, söhbət zamanı FTB-nin adı çəkiləndə Osvald isterikaya düşüb, ağlayaraq bildirib ki, bu təşkialtın onu öldürəcəyindən qorxur.

Bundan sonra Osvald tapança çıxarıb və deyib ki, bunu təhlükəsizliyi üçün gəzdirir. O tapançanı stolun üstünə qoyub. Yatskov tapançanın içindəki güllələri çıxararaq onu siyirtməyə atıb.Onlar Osvalda bir stəkan su veriblər və Kostikov saatına baxıb. Volleybol oyununa az qalırmış.

“Təlimli neytrallaşdırıcı”

Kennedinin qətlinə dair sənədlərin açıqlanacağı barədə məlumatdan iki gün əvvəl Brian Litman adlı ABŞ biznesmeni Tvitterdə Kostikovun şəkli olduğu iddia olanan foto yaymışdı.Litman-ın LinkedIn profilindən görünür ki, o, 1990-cı illərin əvvəllərində Rusiyada media sənayesində fəaliyyətdə olub və Kostikov da daxil bir neçə DTK zabitini təmsil edib. 1992-ci ilə aid bir qəzet yazısı və pres-reliz bunları təsdiqləmiş olur.

O oktyabrın 26-da çap etdiyi postda bildirir ki, Kostikov DTK-nın 13-cü şöbəsinin əməkdaşı olub. Litman Kostikovu “təlimli neytrallaşdırıcı” adlandırır. Bununla yanaşı Litman yazır ki, Kostikovun Osvaldla görüşü “yalnız və yalnız birincinin diplomatik vəzifəsi ilə bağlı olub”.

Litman bunu da yazır ki, bir neçə dəfə Kostikovun evində olub və onun o vaxt Moskvanın Kuzminski rayonunda yaşadığını bilir. Litman bildirir ki, Kostikov DTK-dan 1992-ci ilin yanvarında pensiyaya çıxıb və bundan səkkiz il sonra, 2000-ci ilin oktyabrında vəfat edib.

Bu məlumatlar müstəqil mənbələrlə yoxlanmayıb. Litman AzadlqRadiosuna oktyabrın 27-də göndərdiyi email-də yazıb ki, Kostikov-un ölümündən 10 il əvvəl onun dul xanımına zəng edəndə xəbər tutub. Litman Kostikovun “100 faiz 13-c şöbədə işlədiyini” yazır. Kostikov barədə məsələyə indiyədək açıqlanmamış 167 səhifəlik MKİ sənədlərinin dərc olunması işıq sala bilər.

“Yad ünsür: Lee Harvey Oswald Sovet İttifaqının içində” (The Interloper: Lee Harvey Oswald Inside The Soviet Union) kitabının müəllifi Peter Sadovnik deyib ki, JFK-in sənədləri arasında Uorren komissiyasının nəticələrinə zidd olacaq sənəd ola bilməz. Bu komissiyanın hesabatına görə isə Osvald tənha qatil olub. Lakin Sadovnik bunu da əlavə edib ki, hökumətin bu barədə yalan danışdığına inananların da fikrini dəyişə biləcək sənədlər yoxdur. O deyib: “Qəsd nəzəriyyəçiləri aldadıldıqlarına inanmaq istəyirlər. Bu onların mahiyyətidir”.
Türkiyənin yaranmasının 94-cü ildönümüdürBu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 94-ci ildönümüdür.

Kult.az xatırladır ki, 1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər - İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal edirlər. Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verir.

1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalanır. Təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında birləşən müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başlayırlar.

1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edilir. Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatır. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunur.

Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edilir. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanınır. 1934-cü ildə TBMM Mustafa Kamala "Atatürk" soyadını verir.
Zəngilansız 24 ilAzərbaycanın Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 24 il ötür.

1993-cü il oktyabrın 29-da erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında sonuncu rayonun - Zəngilanın işğalını başa çatdırıblar.

Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən və mühüm strateji əhəmiyyətə malik Zəngilan rayonunun ərazisi 700 kvadrat km, əhalisi isə 35 mindən çox olub.

İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb. İşğal olunmazdan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu fəaliyyət göstərib. Ümumilikdə I Qarabağ müharibəsində Zəngilan rayonu 188 şəhid verib. 35 min nəfərə yaxın rayon sakini hazırda məcburi köçkün kimi Azərbaycanın ən müxtəlif bölgələrində məskunlaşıb. Müharibə dövründə rayonun 44 sakini itkin düşüb və onların taleyindən bu günədək xəbər yoxdur.

Hazırda ermənilər Zəngilan rayonu ərazisində ekoloji terroru davam etdirirlər.

Ermənilərin törətdiyi mütəmadi yanğınlar nəticəsində rayon ərazisinin böyük bir hissəsi külə dönüb, yaşıllıqlar, qoruqlar, qiymətli ağaclar ermənilər tərəfindən tamamilə qırılaraq məhv edilib.
Uşaqlarının gözü qarşısında ona təcavüz edən ərinin cinsiyyət orqanını kəsdi + FotoHindistanda şiddət görən qadın evə sərxoş gələrək uşaqlarının gözü qarşısında onu zorlamağa çalışan ərinin cinsiyyət orqanını kəsib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, ərinin cinsiyyət orqanını kəsən qadın adam öldürməyə təşəbbüs maddəsi ilə cəzalanacaq.

Bəxtsiz qadın polisə verdiyi ifadəsində bunları deyib:

"Ərim evə sərxoş gəldi, uşaqların gözü qarşısında mənə şiddət göstərərək cinsi əlaqəyə girmək istədi, mən də mətbəx bıçağı ilə ərimin cinsiyyət orqanını kəsdim".

Çütlüyün qonşuları da əri evə gələn kimi onların dava etdiyini bildirib. Adam öldürməyə cəhd maddəsi ilə məhkəmədə mühakimə olunacaq və adı açıqlanmayan qadın, yerli jurnalistlərə açıqlmasında ərinin hər axşam içki içdikdən və evinə döndükdən sonra ona qarşı zorakılıq etdiyini bildirib. Sonuncu dəfə isə ərinin ona uşaqlarının gözü qarşısında təcavüz etməsi onun səbrini daşırıb.

Xəstəxanada müalicə olunan və vəziyyətinin kritik olduğu deyilən ərinin əməliyyat ediləcəyi barədə məlumat verilməyib.
Bu şəxsin pasport şəkili sosial şəbəkədə lağa qoyuldu - Səbəb isə... + VİDEOSumqayıtda yaşayan ailənin başına qəribə hadisə gəlib. Nüsrət Novruzov adlı vətəndaşın xarici pasportunun şəkli instaqramda bir səhifə tərəfindən paylaşılaraq lağa qoyulub.

Avrasiya.net Xəzərxəbər.az-a istinadən xəbər verir ki, səbəb isə onun atasının adının Malagedən olmasıdır.

Ata adının Malagedən olması Sumqayıt sakini Nüsrət Novruzovun və ailə üzvlərinin sosial şəbəkədə təhqir olunması ilə nəticələnib. Belə ki Nüsrət Novruzovun pasport şəkli instaqramda paylaşılıb və müxtəlif istifadəçilər tərəfindən lağa qoyulub.

Bəzi istifadəçilər malagedən adını məsxərəyə qoyublar. Nüsrət Novruzovun həyat yoldaşı Elmira Daşdəmirova qayınatasının adının niyə malagedən olmasını belə izah edir.

Ailə üzvləri tərəfindən səhifə adminindən şəklin silinməsi tələb edilsə də buna məhəl qoyan olmayıb.Bəziləri isə ailənin erməni olduğunu iddia edib.

Şəkli lağa qoyulan hazırda Rusiyada olan Nüsrət Novruzovla telefon əlaqəsi saxladıq. O təhqirə yol verənlərin qanun müstəvisində cavab verəcəklərini bildirib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Ekspert Xəyal Bəşirov deyir ki, ölkəmizdə hər bir vətəndaşın şərəf və ləyaqəti qanunla qorunur. Kiminsə şəklinin lağa qoylması təhqirdir. Ona görə də şəkli paylaşan səhifə idarəçiləri,eləcə də şəkilə təhqiramiz şərhlər yazanlar haqqında sərt tədbirlər görülməlidir

Zərərçəkənlər məsələnin həlli üçün məhkəməyə müraciət etməlidirlər.
Bərzani istefa verirİraq Kürd Regional Hökumətinin rəhbəri Məsud Bərzani gözlənilməz addım atıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 sentyabrda keçirilən qanunsuz referendumdan sonra İraq hökuməti tərəfindən sərt addımlarla üzləşən Bərzani vəzifədən gedəcəyini açıqlayıb.

O, 1 noyabrdan etibarən postu təhvil verəcəyini elan edib.
Sizin şəhvaniyyətinizi artıracaq 3 vərdişYaxşı libido, seksual və cazibədar görünüş, müntəzəm sevgiylə məşğuliyyətlər - bütün bunlara nail olmaq olar, əgər öz adət edilmiş həyat tərzinə bir iki vərdişn daxil edilsə.

1. Çox məşq edin

Əgər siz "qızğın" olmaq istəyirsinizsə, onda qan dövranını yaxşılaşdırmaq lazımdır. Fiziki fəallıq kimi başqa heçnə qanın axınını artırmağa kömək etmir, hansı ki, öz növbəsində, seksi daha xoş edə bilər. Axı seksual oyatma kişilərdə, və qadınlarda cinsiyyət orqanları sahəsində qan dövranının gücləndirilməsi edir. Bundan başqa, tapşırıqlar əla əhval-ruhiyyəni zəmanət verən endorfinlərin səviyyəsini yüksəldir və enerjiylə təmin edirlər.\

2. Sağlam qida yeyin

Çoxlu piy miqdarıyla məhsullarla tutulmuş arteriyalar cinsiyyət orqanları sahəsində qanın axınına mane olur. Beləliklə, disfunksiyayla ürək və erektil xəstəliklərinin arasında əlaqə mövcuddur. Başqa sözlə - heyranedici seksi gözləmək lazım deyil, əgər siz nə gəldi yeyirsinizsə. Artıq çəki, bundan başqa, hormonları xaosa gətirir.
"Piylənmə estrogenin və testosteronun arasında balans yerini dəyişə bilər, - Maykl Kriçman, tibbi elmlərin doktoru deyir. - Testosteronun aşağı səviyyəsi cinsiyyət meyli "aşaqı salır". Öz növbəsində, pəhrizdə dəmirin defisiti yorğunluğa gətirib çıxara bilər, hansından ki, həmçinin aşağı libido olur".

3. Stressi idarə edin

- İnsanlar işlə yüklənmişdir və stresdə olurlar, və məhz bu əbədi məşğulluğa görə iyrənc seksual həyatla yaşayırlar. Hərçənd maksimal həzzi sınaya bilərdilər".

reat.az