Astaralı jurnalist mətbuat katibi təyin olunubBirləşmiş Dünya Azərbaycanlıları Təşkilatına yeni mətbuat katibi təyin olunub.

Astarainfo.az xəbər veir ki, dünən Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının növbəti iclası keçirilib. İclasda təşkilatın Kanada, İsveç, Gürcüstan və Türkiyədəki koordinatorları, həmçinin, Tatarıstan nümayəndəliyi və BDAT-nin rəhbəri Sərraf Sabir oğlu Kərimov, vitse-prezident Könül xanım Məmmədzadə və Təşkilatın İctimai Əlaqələr Departamentinin rəhbəri Umuxanım Hüseynzadə xanım iştirak ediblər.

İclasın gündəliyində təşkilatın özünə məqsəd bildiyi bir sıra məsələlər müzakirə edilərək koordinatorlar arasında növbəti ildə görüləcək işlər haqqında təkliflər və iş bölgüsü aparılıb. Bununla yanaşı, ( BDAT ) rəhbərliyinin və koordinatorlarının birgə səsverməsi nəticəsində təşkilata yeni mətbuat katibi təyin olunub. Belə ki, sözügedən vəzifəyə gənc də olsa, mətbuatdan tanınan Samir Şirvanzadə seçilib.

Qeyd edək ki, Samir Şirvanzadə Astaranın ucqar dağ kəndlərindən biri olan Asxanakəran kəndində düyaya göz açıb. Asxanakəran tam orta məktəbini bitirdikdən sonra Bakı Slayvan Universitetinin Azərbaycan Filologiyası və jurnalistika fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra müxtəlif vaxtlarda hamar.az saytında redaktor, müsahibe.az saytında baş redaktor vəzifəsində çalışıb. Hazırda tolerantiq.info və aztehsil.com saytında çalışır.
“Qanı divara yaxdım ki, yadigar qalsın” — Sevgilisini öldürən şəxsin ETİRAFLARI...Bakıda törədilən dəhşətli qətlin təfərrüatları üzə çıxıb. Qətli törətməkdə təqsirləndirilən şəxsin ifadəsindən cinayətin baş vermə səbəbləri aydın olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılır.

Sonuncu məhkəmə iclasında məlum olub ki, S.Məmmədov subaydır, orta təhsili yoxdur və tək yaşayır.

Onun qətlə yetirdiyi qadın isə bir müddət əvvəl tanış olduğu və birgə yaşamağa başladığı Mahirə Əliyevadır.

Bildirək ki, hadisə bu il iyunun 23-də gecə saatlarında Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib.

1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı və oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu öz evlərində bıçaqlanıb, qonşu 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızı isə qətlə yetirilib. Yaralılar xəstəxanaya yerləşdiriliblər və onların həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən 1991-ci il təvəllüdlü Sənan Məmmədov könüllü olaraq polisə gedib. S.Məmmədovun istintaqa verdiyi ifadəsindən hadisənin baş vermə səbəbləri məlum olub. O, ilk olaraq deyib ki, yaşadığı ünvanda qonşularla heç vaxt problemi olmayıb.

S.Məmmədov qətlə yetirdiyi Mahirə Əliyeva ilə necə tanış olmasını da danışıb: "2016-cı ilin sonlarında uşaqlıq dostum Mirzəağanın ad günündə iştirak etdim. Həmin günü orada Mirzəağanın qonşusu Mahirəni gördüm. Onunla tanış olduq. O da mənim kimi yetim idi. Elə həmin gecə Mahirə ilə birlikdə mənim kirayədə yaşadığım evə gəldik. Ev sahibi Qalina ilə görüşüb, ona Mahirənin mənimlə birlikdə yaşayacağını, evlənəcəyimizi dedim. Qalina da razılaşdı və tez bir zamanda kəbin kəsilməsini istədi. Bundan sonra biz qeyri-rəsmi ər-arvad münasibətində yaşadıq".

S.Məmmədov Mahirə Əliyevanın xasiyyətcə sakit və mülayim bir qadın olduğunu deyib. Və bildirib ki, həmişə çalışıb ki, Mahirə heç nədən korluq çəkməsin.

"Ailəmizdə xırda söz-söhbətlər olub, amma mən ona əl qaldırmamışam. Mahirə də mənim kimi yetimdir. Uşaq vaxtı ailəsi onu atıb Moskvaya gedib. Mahirəni Tofiq adlı bir şəxs saxlayıb. Mahirə evlənib boşanandan sonra Tofiqlə münasibətləri pozulub və o, tək yaşamağa başlayıb" - deyən S.Məmmədov sevdiyi qadının hadisədən təxminən 10 gün əvvəl ona qarşı münasibətlərinin dəyişdiyini hiss etdiyini söyləyib.
Bu soyuq münasibətlərə səbəbkar kimi isə qonşuları Mətanət Həsənovanı göstərib: "Bütün günü qapı qonşumuz Mətanətgilin evində olurdu. Bir gün qabaq 470 manat maaş almışdım. Mahirə ilə birlikdə alış-verişə getdik. Mən ona paltar aldım. Səhər işə gedəndə Mahirəyə 415 manat verdim ki, saxlasın. Rəhmətlik anamın qəbrinə başdaşı alacağımı dedim".

Elə hadisənin baş vermə səbəbi də bu pulun yoxa çıxması olub.

S.Məmmədov bildirib ki, işə gedəndən sonra Mahirə Əliyeva ona zəng edib və pulun evdən oğurlandığını deyib: "Evə gələndə Mahirənin paltarlarını dağınıq vəziyyətdə gördüm. Mahirədən pulun necə oğurlandığını soruşanda bildirdi ki, qonşu Mətanətin oğlu Laçına verib. Mahirə pulu almaq üçün qonşuya getdi. Onlar sadəcə 50 manatı verdi. Mən gedib özüm Laçınla söhbət elədim. Laçın dedi ki, Mətanət ona şər atır. O, pulu görmədiyini bildirdi. Sonra Mahirə mənimlə evə qayıtmadı. Gecəni də gözlədim. Mən polisə zəng edəcəyimi dedim. Mətanətin digər oğlu, Pərviz mənə "iş verən" dedi. Mübahisə elədik. O, məni hədələdi. Həmin gün iş yoldaşım Mehman da yanımda idi. O, Pərvizin səsini telefona yazdı. Polisə məlumat verdim, amma ünvan səhv göstərildiyindən gəlmədilər. Mən səhər yenə polisə məlumat verdim. Gəlib bizi polis bölməsinə apardılar. Orada olanda Mahirə söz verdi ki, pulu qaytaracaq. Mən də şikayətimi geri götürdüm. Amma o, polisə yalandan demişdi ki, guya mən onu döymüşəm. Evdən çıxandan sonra ona zəng eləmədim".

Təqsirləndirilən S.Məmmədovun ifadəsindən məlum olub ki, bu söhbətdən sonra ev sahibi Qalina onu kirayədən çıxarıb.

S.Məmmədov da evdən çıxanda orada "iz" qoymaq istəyib: "Mən də evdən çıxanda əsəbləşib, baş barmağımı azca kəsib, qanını divara yaxdım ki, yadigar qalsın".

Bundan sonra S.Məmmədov başqa evə köçüb, amma keçmiş sevgilisi ilə hesablaşmağı yaddan çıxarmayıb.

S.Məmmədov ifadəsinin davamında hadisə günü baş verənləri belə danışıb: "Hadisədən bir gün qabaq axşam evdə 100 qram arağı "Hell"lə qarışdırıb içdim. Səhər iş yoldaşım Orxan zəng edib məni oyatdı. Sonra xalam oğlu Vüsal zəng elədi ki, görüşək. Vüsal əmi oğlum Qabili də götürüb bizə gəldi. Şəhərə çıxdıq ki, bir az gəzək. Mən də düşündüm ki, gedəndə Qalinanın evində qalan çarpayı üzünü də gətirərəm. Həm də açarı ev sahibinə qaytararam. Amma ora gedəndə Pərvizin məni yenə hədələməsindən ehtiyat edirdim. Bunun üçün cibimə bıçaq qoydum. Evə çatanda qapını döysəm də Qalina açmadı. Geri qayıdanda Mətanətgilin qapısını Mahirə açdı. Onu görən kimi, pulumu istədim. "Nə pulu" deyəndə söylədim ki, anamın baş daşı üçün ayırdığım pul... Mahirə başladı anamın qəbrinə söyməyə... Bu zaman Mətanət də orada idi və söyüşləri eşitdi. Mən də əsbələşib əlimi cibimə atıb bıçağı çıxardım. Mahirəni içəri itələyib ona 7-8 dəfə vurdum. Bu zaman Mətanət də mənə əl-qol atırdı deyə onu da vurdum. Səsə Laçın gəldi. O, məni arxadan tutdu. Məni vuracağını düşünüb bıçaqla onu da vurdum. Mətanətlə oğlunu nə üçün vurduğumu indi də bilmirəm. Özümdə olmamışam".

S.Məmmədov deyib ki, hadisə yerinə gedərkən dostları onu çöldə gözləyib və onun nə edəcəyindən xəbərsiz olublar:"İçəri girəndə iş yoldaşıma və Vüsalgilə dedim ki, həyətdə gözləsinlər. Sonra onlar səsə gəldilər. Məni sakitləşdirməyə çalışdılar. Oradan evə gəldim. Sakitləşib polisə təslim olmağa getdim".

Qeyd edək ki, S.Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29.120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) maddələri ilə ittiham edilir.
Türkiyədə əməliyyat: 2 azərbaycanlı İŞİD-çi tutulduTürkiyə hüquq-mühafizə orqanları dünəndən İŞİD-ə qarşı başlatdığı əməliyyatları davam etdirir.

Qaynarinfo.az xəbər verir ki, ötən gündən İsnatbul, Ankara, İzmir başda olmaqla 8 böyük şəhərdə əməliyyatlar keçirilir.

Artıq indiyədək aralarında çox sayda əcnəbinin olduğu 149 İŞİD-çini saxlayıb. Onların arasında 2 azərbaycanlı da var. Azərbaycanlı İŞİD-çilər Bursada ələ keçirilib. Polis şəhərin 7 rayonunda 15 adresə basqın edib. Nəticədə 39 terrorçu ələ keçirilib. Onlardan 2-si azərbaycanlı, 28-i suriyalıdı.

Ələ keçən 149 terrorçu ilə yanaşı, çox sayda silah-sursat və partlayıcılar tapılıb. Əməliyyatlar davam etdirilir.
İsmayıllıda 10 min quş tələf olubİsmayıllı rayonunda quşçuluq fermasında yanğın olub.

Apa xəbər verir ki, hadisə İsmayıllı rayonunun Ağahüseyn Aslanov küçəsində yerləşən quşçuluq fermasında qeydə alınıb.

İsmayıllı rayon sakini Abdullayev Azər Həmid oğluna məxsus ümumi sahəsi 450 kvadratmetr olan quşçuluq fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı fermanın bütün ərazisindəki yanar konstruksiyalar yanıb, eləcə də içərisindəki 10 min baş cücə, toyuq və xoruz tələf olub. Yanğın gecə saatlarında baş verdiyi üçün quşları xilas etmək mümkün olmayıb. Sahibkarın sözlərinə görə, yanğın nəticəsində ona 100 min manata yaxın maddi ziyan dəyib. Hadisənin baş vermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Azərbaycanda 16 yaşlı gənc "Mavi Balina" oyununun qurbanı olduAzərbaycanda 16 yaşlı gənc oğlan dünyada məşhur olan oyuna görə intihar edib.

“A24.az” bildirir ki, bu haqda xəbəri sosial şəbəkə istifadəçilərindən biri paylaşıb.

Dediyinə görə, intihar edən gənc onun ailəvi tanışıdır və ay yarımdır oyunu bağlaya bilmədiyinə görə, özünü asıb.

Hadisə Şamaxının Xilmilli kəndində baş verib. Gənc isə özünü oktyabr ayının 15-də asıb. Lakin ailə kənd yeri olduğu üçün utanır və hadisənin təfərrüatlarını hər kəsdən gizlədir.

Oyunun adı isə artıq dünyada təhlükəli oyun kimi xəbərdarlıq edilən “Blue Whale”, yəni “Mavi balina” oyunudur.
İŞİD silahlısı əlindəki bıçaqla Neymarın başını... - FOTOİŞİD 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar təhdidlərini davam etdirir.

Missiya.Az xəbər verir ki, terror təşkilatı bu dəfə futbol ulduzu Neymarla bağlı foto hazırlayıb. Görüntüdə əlində bıçaq olan İŞİD silahlısının önündə Neymar diz çökmüş və ağlayan vəziyyətdə təsvir olunub.

Qeyd edək ki, dünya çempionatı zamanı Rusiyada təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Frenk Elkaponi də Azərbaycan prezidenti olmaq istəyirFrenk Elkaponi adı ilə məşhur olan biznesmen Fizuli Məmmədov da Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək arzusunu bəyan edib.

Virtualaz.org bildirir ki, biznesmen “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində "Azərbaycandakı prezident seçkilərində siz öz səsinizi kimə verəcəksiniz" sualı ilə onlayn-səsvermə keçirib. Orada prezidentliyə namizədlərdən biri kimi Fizuli Məmmədov özü göstərilib.

Frenk Elkaponi – keçən əsrin haylı-küylü 90-cı illərinin klassik nümayəndəsidir. Ordubad sakini olan F.Məmmədov 90-cı illərin əvvəllərində Rusiyaya gedib və özünə yaxşı gün-güzəran qurmağı bacarıb. İtalyanla evlənəndən sonra adını "Frenk Elkaponi" ilə əvəz edib və bununla 30-cu illərin qəhrəmanı olmuş Amerika qanqsteri Al Kaponeyə heyranlığını gizlətməyib.
Frenk Elkaponi də Azərbaycan prezidenti olmaq istəyir
90-cı illərin sonlarında F.Elkaponi Bakıya qayıtdı və burada öz siyasi partiyasını yaratdı - "Azərbaycan — XXI əsr". Siyasi partiya ilə yanaşı o eyni adlı qəzet də təsis etdi. Amma... Öz uğursuz siyasi fəaliyyətinə nəhəng pullar xərcləyən biznesmen Rusiyaya qayıtdı və orada bir neçə dəfə həbs olundu.

F.Elkaponinin adı fırıldaqla bağlı bir sıra qalmaqallarda, hətta narkotik alverində hallanır. Sonuncu dəfə biznesmen məhz narkotiklərin dövriyyəsində ittiham üzrə saxlanılmışdı.

Onu da qeyd edək ki, son illər F.Elkaponi Azərbaycana yalnız hərdən baş çəkir.
"Ən çox sevindiyim gün eyni zamanda həyatımın ən ağrılı günü idi"Bu sözləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatırının aktyoru,pozitiv əhval-ruhiyyəli bir insan İlham Əsədov öz müsabihəsində qeyd edib.

İlham adı olduğu üçün yaradıcılığa da ”İlham” miniatür teatrında başladığını söyləyən aktyor , bu teatırdaki işlərini uğurlu hesab edib, görkəmli sənətkar İ.Əhmədovdan sənətin çox incəliklərini öyrəndiyini deyir Uzun müddət bu teatirda çalışdıqdan sonra,fəaliyyətini Gənc TamaçılarTeatırında davam etdirməyə önəm vermiş sənətkar,bu gün də bu teatrda həm “həmkarlar təşkilatının sədri”, həm də aktyor kimi fəaliyyətini davam etdirir.Beləliklə, çox gözəl əhval-ruhiyyə ilə İlham bəylə olan müsahibəmizi sizə təqdim edirik:

-Xoş gördük, İlham bəy, necesiz ? Maşallah o qədər şən görünürsüz ki, necesiz sualinin cavabı artıq məlumdur
.-Mən də sizi salamlayıram.İnsan həmişə pozitiv olmalıdır ki, ətrafdakılar onunla müsahibədən çəkinməsinlər.
-Çox gözəl İlham bəy, özünüz haqqda çox qisa məlumat verərdiz.
– 1970-ci il təvəllüdəm.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət unverstitetinin Dram və kino aktyorluğu fakultəsini bitirmişəm.Qeyd etdiyiniz kimi ”İlham’’ minatür teatrının və 2003-cü ildən isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoruyam.Kalmikiya respublikasının əməktar artistiyəm.
-Çox gözəl İlham bəy, bunu bilirdim. Amma mənə çox maraqlıdır.Niyə məs Kalmikiya?
–Yəqin ki, bilirsiniz mən aktyorluqla bərabər həm də müğənniyəm.Zeynəb Xanlarovanın pərəstişkarı olan bir müğənni.... 2014-cü ildən Kalmikiya Respublikasında beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə konsert proqramları ilə çıxış etmişəm.Dəfələrlə təşəkkürnamələrə və 2016-cı ilin noyabrın 9-da isə Kalmikiya Respublikasının əməkdar artisti fəxri adına laiq görülmüşəm
-İlham bəy, hətta ayın tarixini belə xatırlayırsız, bu qədər dəqiq yaddaşınız var?
–Həmin günü mənim həyatımın ən unundulmaz günü idi.Qəribə olan isə “Ən çox sevdiyim günün, eyni zamanda həyatımın ən ağrılı günü olması idi” Yəni bu fəxri ada laiq görüldüyüm gün anamın dünyasını dəyişdiyi xəbərini aldım.
-Çox üzücüdür.Allah rəhmət eləsin, bəs hansı hissləri keçirdiniz?
- Həmin an zaman mənim üçün dayandı.Ölüm haqqdır, gələn bir gün gedecek. Amma bu gün də anamın bu xəbəri eşitmədən dünyasını dəyişməsinə təəssüflənirəm.
İlham bəy hətta bu kədəri bölüşdüyü an belə öz pozitivliyini saxlaya bildi.Belə bir əzimkarlığa görə ona öz təşəkkürümü bildirib, musiqi fəaliyyətinə dair suallarımı verməyə davam etdim.
-İlham bəy, siz özünüzü daha çox kim hesab edirsiz? Aktyor yoxsa müğənni?
–Müğənni.Kiçik yaşlarımdan müğənni olmaq istəyirdim.Amma çəkinirdim.
-Dediniz ki,Zeynəb xanımın mahnılarını daha çox sevirsiz?
-Bəli sevirəm.Zeynəb xanımın mahnılarını onu təqlid etmədən, yeni ruhda ifa edirəm.
-Çox gözəl İlham bəy, bəs öz mahnınız varmı?
-Özüm mahnı yazmıram.Amma sözləri və musiqisi Lalə xanıma məxsus olan “Uğur mənimlə olsun” mahnısı mənim üçün yazılıb.
-Çox gözəl, İlham bəy uğur daima sizinlə olsun.-bəs konsert proqramı gözləyəkmi, sizdən?
-Bəli “8 Mart Beynəlxalq qadınlar günü” ərəfəsində sayca beşinci olan konsertimi keçirməyi planlaşdırıram.Daha sonra Kalmikiyada da konsert proqramı ilə çıxış edecem inşallah.
-İlham bəy Kalmikiyada sizdən başqa fəxri ad alan sənətkarlarımız da varmı?
-140 illik teatr tarixində Şövqi Hüseynov və mən bu fəxri ada layiq görülmüşük
-İlham bəy,sizə elə gəlmir ki, biz daha çox sizin müğənnilik fəalliyyətinizdən danışdıq.Bəlkə aktyorluğa qayıdaq.Nə deyirsiniz?
–Əlbəttə, teatr məbəddir,ora mənim 1-ci evimdir, valideynlərimi sevdiyim qədər oranı da sevirəm
–Məni qabaqladınız.Çox gözəl onda ,tamaşalarınız və rollarıniz haqda zəhmət olmasa məlumat verin
-Aha ,Mən teatr səhnəsində bir çox obrazlar yaratmışam və bu obrazların hər biri mənə doğma və əzizdir
Ş.Perronun Çəkməli Pişiyində “Kral” ,Ş.Marşakın “Pişiyin evi”-də “Keçi” Ə.Haqverdiyevin “Pəri cadu”-sunda “Əmrah” (Onuda qeyd edim ki,bu tamaşa 25 ildən artiqdır ki,teatrın repertuarından düşmür),M.Vişnekin “Qoca Kloun ” əsərində “İlham ” İ.Əfəndiyevin “Məhv olmuş gündəliklərində” rejissor köməkçisi
-İlham bəy bu obrazların sayını artırmaq olar ,bəlkı qisaca olaraq kino fəaliyyətinizdən də danişaq?
-Bu mənim yaralı yerimdir.Yalnız “Kölgə” serialında çəkilmişəm.Bu gün də gözlərim ,rejissorları gəzir ki,niyə məni dəvət etmirlər.
-Dəvət etmirlər?
-Yox
-Səbəb?
-Daha çox tanınmış aktyorları dəvət etmək istəmələri.
-Siz tanınmırsınız ki? Bəs sizi esitdiyimə görə Belorusiyada da filmə dəvət ediblər.
-Bəli ,Belorusiyada filmə çəkilmişəm.Lakin bilirsiz, onlarda nə film ,nə də onun adı barədə danışmaga icazə yoxdur.Yalniz onu deyə bilərəm ki,oynadığım obraz “Türmə rəisi”-dir
-Türmə rəisi ?Yenə mafioz obraz? Səhv etmirəmsə, “Kölgə” filmindəki obrazınız da mafioz idi.
- Bəli
- Sizin xarakterin iz necə mafioza uyğundurmu?
-Müəyyən qədər bəli.
-Amma mən bunu sizə heç yaraşdıra bilmirəm.İlham bəy şəxsi həyatla bağlı suallara cavab verərsinizmi?
-Olar
-Aha, o zaman niyə evləmirsiniz?
-Evim olmadığı üçün.Sevdiyim adamı niyə alıb kirayələrdə saxlayım ki? Qoy elə rahatca öz evində otursun.Niyə onu çətinliyə salım?
-Yaxşı ,bəs sevdiyiniz varmı?
-Var,amma onun hələlik gizli qalmasını istərdim.
-İlham bəy,bəs sizə hansı sualın verilməsini istərdiniz ?
-Həyatimla,keçmişim və uşaqlığımla bağlı
-Eləysə həyatınlzdan razısınızmı?
-Bəli uşaqlığım çox gözəl keçib.Həmişə valideynlərimin sevimlisi olmuşam.Gəncliyim də çox rəngarəngdir.Çalışdığım teatr, Yasın Qarayev, Almaz Mustafayeva , Kəmalə Müzəffər kimi sənətkarlarla olan iş birliyim,ölkəmizdə,ölkəmizdən kənarlarda mahnılarımın sevilməsi.Xoşbəxtəm,özü də çox. Axırımın da gözəl olmasını istəyirəm.
-Hər şey yaxşı olar inşallah və sizə son sualım:
-Yaddaşlarda yaxşı adam, yoxsa yaxşı aktyor kimi qalmaq istərdiniz?
-Yaxşı adam kimi,onsuz aktyorlar unudulur ,yaxşı adamlar isə əbədi yaddaşlara köçür.
Bəli çox təəssüf ki,həyat bizim istədiyimizi etmir,amma biz həyatın istədiyin eyməyə məhkumuq.Həyat həmişə üzümüzə gülsün diləyi ilə

M.Sadıqova
Bakıda ağır qəza: 19 yaşlı qiz öldü, yaralılar varPaytaxtda ağır yol qəzası baş verib.

Suraxanı qəsəbəsində "Opel" və "Nissan" markalı iki minik avtomobili toqquşub. Nəticədə "Opel"də olan sərnişinlərdən 1998-ci il təvəllüdlü Zöhrabova Tahirə Vidadi qızı aldığı xəsarətlərdən vəfat edib. Hər iki sürücü və daha bir sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Qəzanın səbəbi araşdırılır.