"Qarabağ" İspaniyada - sabah "Atletiko ilə oynayacaq Azərbaycan çempionu "Qarabağ" klubu UEFA Çempionlar Liqasındakı növbəti oyununu keçirmək üçün İspaniyaya gedib.

Madridin Adolfo Suares Barajas hava limanında komandamızı azarkeşlər və diplomatlarımız qarşılayıblar. Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən "Qarabağ" komandasının geyimləri və atributları ilə təmin edilmiş həmvətənlərimiz komandanı şüarlar və alqışlarla qarşılayıblar.

Xatırladaq ki, "Atletiko Madrid" - "Qarabağ" qarşılaşması oktyabrın 31-də keçiriləcək.
Metroda qeyri-adi aksiya — Tələbə qız paltarını soyundu - VİDEOPeterburq metrosunda qeyri-adi aksiya keçirilib.

"Ölkə.Az" xəbər verir ki, Anna Dovqalyuk adlı tələbə qızların yubkasının altına baxan pozğunları qorumaq üçün belə bir üsula əl atıb. Anna metronun ortasında insanların arasında qırmızı yubkasını qaldıraraq ətrafı seyr edib.

Anna bu aksiyasını videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. Tələbə qız video çarx haqqında deyir: "Cəmiyyətimizin susduğu böyük bir problemə diqqət cəlb etməyə çalışıram. Düşünürəm ki, müasir dünya bu problemi aktiv şəkildə müzakirə etməlidir. Mənim qanun qəbul etmək səlahiyyətim yoxdur. Amma mən diqqəti bu problemə cəlb edə bilərəm. Qadınlar və qızlara bir çox ictimai yerlərdə pis nəzərlə baxırlar, yubkalarının altına boylanan pozğunların sayı çoxdur".
Astarada sevgi intiharının təfərrüatı: "Qızı başqasına verdilər..."Astara rayonunda sevdiyi qıza görə intihar edən Nazim İbrahimovun ölümünün bəzi təfərrüatı məlum olub.

Rayonun Kijəbə qəsəbə sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Nazim İbrahimov öz əmisi qızını sevirmiş:

“Nazimin atası ilə əmisinin arasında münaqişə yaranıb. Buna görə də əmisi qızını Nazimə vermək istəməyib. Bütün bunlar onun səhhətinə təsir edib. Bəzi xəstəliklər də tapmışdı. Bununla bağlı Bakıda bir neçə dəfə də müalicə olunub. Açığı, qızın onu istəməsi barəsində də kənddə heç bir məlumat yayılmayıb. Nazim eşidib ki, əmisi qızını başqasına nişanlayıb. O da buna dözməyib. Məktub yazaraq, axşam saat 20:00 radələrində həyətə çıxıb, özünü asıb”.

Qeyd edək ki, Astara rayonunda intihar hadisəsi baş verib. Rayonun Kijəbə qəsəbə sakini Nazim Elvin oğlu İbrahimov yaşadığı evin həyətində özünü asaraq intihar edib.
SSRİ-nin həmişə qorxduğu tarixi hadisə –Bu gün Azərbaycan və Türkiyəni birləşdirən yol açılırTikintisinə 2007-ci ildə başlanılmış və "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti bu gün istifadəyə verilir.

Bu münasibətlə Azərbaycan paytaxtında keçiriləcək açılış mərasimində Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, eləcə də 3 ölkənin digər rəsmi şəxsləri, nəqliyyat sektorunun təmsilçiləri iştirak edəcəklər.

Xatırladaq ki, Azərbaycan üçün olduqca böyük əhəmiyyətə malik olan və ölkənin tranzit əhəmiyyətini artıracaq BTQ dəmir yolu xətti layihəsinin reallaşdırılması ilə bağlı ilk danışıqlar 1993-cü il iyulun 26-29-da Ankarada (Türkiyə) keçirilmiş Türkiyə-Gürcüstan Qarışıq Nəqliyyat Komissiyasının iclasında baş tutub. 2002-ci il iyulun 20-21-də isə İstanbulda (Türkiyə) iki ölkənin nəqliyyat nazirləri bununla bağlı protokol imzalayıb.

2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər etmiş İ.Əliyev gürcü həmkarı Mixeil Saakaşvili ilə keçirdiyi mətbuat konfransında sözügedən layihəni dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib. 2005-ci il mayın 25-də isə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında İ.Əliyev, M.Saakaşvili və Türkiyənin o vaxtkı prezidenti Əhməd Necdət Sezər BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıb. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycanın dövlət başçısının Gürcüstana işgüzar səfəri zamanı BTQ dəmir yolu xəttinin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Bütün bunların davamı kimi, həmin il fevralın 21-də İ.Əliyev yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Noyabrın 21-də Gürcüstanın Marabda stansiyasında dəmir yolunun Gürcüstan hissəsinin, 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib.

Azərbaycan layihənin Gürcüstan ərazisindən keçən hissəsinin də tikintisini maliyyələşdirilməsini öz üzərinə götürüb. Bu məqsədlə qonşu ölkəyə illik 1%-lə, 25 illik müddətə 220 mln. ABŞ dolları kredit verilib.

BTQ dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 840 km-dir. Bunun 500 km-i Azərbaycan, 260 km-i Gürcüstan, 80 km-i isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan-Türkiyə sərhəddindəki hissəsində uzunluğu 5 km-ə yaxın olan tunel tikilib.

Marşrutla ilk illərdə 5-7 mln. ton yük daşınacağı, tədricən bu rəqəmin 50 mln. tona çatdırılacağı proqnozlaşdırılır. Azərbaycanın tranzitdən ildə 50 mln. dollar gəlir əldə edəcəyi bildirilir. Sərnişin daşımalarına gəlincə isə, ilk illərdə dəmir yolu xəttində ildə 1 mln. insanın yararlanacağı deyilir. Yeri gəlmişlən, BTQ marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur.

Bu il sentyabrın 27-də Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirakı ilə dəmir yolu xəttinə ilkin baxış keçirilib. "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, yolda aparılan tikinti və son tamamlama işləri, onun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ dəmir yolu xəttinin açılışa hazırlığı ilə maraqlanıblar. Tədbirdə üç ölkənin nəqliyyat strukturlarının rəhbərləri ilə yanaşı, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Dursun Həsənov, Zəki Ləvənt Gümrükçü və digər rəsmi şəxslər iştirak ediblər. (Report)
Qardaşını güllələdi - XızıdaXızı rayonunda qətl hadisəsi baş verib.

Rayonun Yarımca kənd sakini, 1972-ci il təvəllüdlü Şirxan Məhərrəmov qardaşı, 1966-cı il təvəllüdlü Səmədi gülləyərək qətlə yetirib.

Hadisənin qardaşlar arasında baş verən mübahisə zəminində baş verdiyi bildirilir.

Qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı Xızı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (apa)
Odessada hərbi baza “ələ keçirildi” – VideoOdessada 40 nəfər naməlum şəxsin Ukrayna ordusuna məxsus bazanın bir hissəsini ələ keçirməsini əks etdirən video yayımlanıb.

Axar.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin rəhbəri Roman Yurçilo Odessada hərbi hava qüvvələrinə məxsus bazaya 40 nəfər naməlum şəxsin hücum etdiyini açıqlayıb.

Odessa polisi 40 naməlum şəxsin hərbi hissəyə hücumu barədə Ukrayna ordusunun məlumatlarını təkzib edib. Polisin sözlərinə görə, hərbi baza ərazisində həqiqətən insan sıxlığı müşahidə olunub, lakin onlar tamamilə qanuni şəkildə bazada tikinti işləri ilə məşğul olan şəxslərdir.
23 yaşlı oğlan özünü asıbAstara rayonunda gənc oğlan özünü asıb.

Trend xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü İbrahimov Elvin Nazim oğlu özünü yaşadığı evin tavanından asıb. Ailə üzvləri onun meyitini asılmış vəziyyətdə aşkarlayıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Astara rayoin Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.
Hitler 2-ci dünya müharibəsindən sonra Amerikada yaşayıb - FaktCİA-nın müxbirinin sözlərinə görə, Hitler 1945-ci ilin aprelində ölməyib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mərkəzi Kəşfiyyat Agentliyinin müxbiri 1955-ci ildə Adolf Hitlerin Cənubi Amerikada gizləndiyini bildirib. Əlavə olaraq, agentliyin sənədlərinə istinadən onun 1945-ci ilin aprelində intihar etmədiyi açıqlayıb. Məlumata görə, Filip Sitroen müharibədən sonra 1955-ci ildə Kolumbiyada Hitler ilə görüşüb və bu isə Hitlerin intihar etdiyi deyilən tarixdən 10 il sonraya təsadüf edir.

Sitroen həmçinin 1954-cü ildə Tunka şəhərində buna dair bir şəkil də çəkdirdiyini iddia edib. Bundan başqa, Hitler 1955-ci ilin yanvarında Kolumbiyanı tərk edərək Argentinaya gedib.

Qeyd edək ki, Hitler həyat yoldaşı Eva Braunla birlikdə 30 aprel 1945-ci ildə bunkerlərin birində intihar edib.
Sankt-Peterburqda azərbaycanlı oğurlandı - Azad edilməsi üçün 1,5 milyon tələb olunurRusiyanın Sankt-Peterburq şəhərinin daşınmaz əmlak üzrə agent işləyən 45 yaşlı sakini Azərbaycan əsilli həyat yoldaşının oğurlanması faktı ilə bağlı polisə müraciət edib.

"Report" xəbər verir ki, onun oğurlanması müşahidə kameralarının görüntülərinə düşüb. Videoda dəbilqəli 3 silahlının azərbaycanlını yerə yıxması, sonra isə zorla göy rəngli mikroavtobusa əyləşdirərək, hadisə yerindən qaçaraq gizlənmələri əks olunur.

Hadisə oktyabrın 25-də baş verib. Ayın 27-də isə oğrular qadına zəng edərək, onun həyat yoldaşının "həbs" edildiyini bildiriblər. Onlar azərbaycanlının azad edilməsi üçün 1,5 milyon avro istəyiblər.

Telefon zənginin edildiyi mobil nömrə Ukrayna sakininə məxsus qeydiyyatdadır.