BAXCP xalqımızı təbrik etdi: Yolumuz açıq olsun!Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılışı və istifadəyə verilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər,

Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu xətlərini birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunun açılışı və istifadəyə verilməsi müstəqillik tariximizin ən önəmli hadisələrindən biridir.

İşğalçı Ermənistanı himayə edən və Bakı-Tiflis-Qars layihəsinin əvəzində Qars-Gümrü-Tiflis dəmir yolunun çəkilməsi tələbini israrla irəli sürən dairələrin bütün cəhdlərinə rəğmən 2007-ci il, noyabr 21-də Gürcüstanın Marabda kəndində Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli qoyuldu.

Son 10 il ərzində regionda baş verən kataklizmlərə, silahlı qarşıdurmalara, saysız-hesabsız maneələrə baxmayaraq Bakı-Tiflis-Qars layihəsi Azərbaycan və Türkiyənin qətiyyətli mövqeyi və təbii ki, Gürcüstanın da iştirakı nəticəsində reallığa çevrildi. Bu hadisənin ən böyük tarixi anlamı iki qardaş dövləti – Azərbaycan və Türkiyəni birləşdirməsindədir. Bakı-Tiflis- Qars dəmir yol xətti Azərbaycan dövlətinin tarixi uğuru və gələcək nəsillərə töhfəsidir.

Ümid edirik ki, bu layihə davam etdiriləcək və biz yaxın gələcəkdə Naxçıvan-Qars dəmir yol xəttinin də açılışını da bayram edə biləcəyik.

Bu tarixi hadisə münasibətilə Sizi təbrik edir, firavan həyat, işıqlı gələcək arzulayırıq.

Yolumuz açıq olsun!”
Dubay şeyxi və xanımı "Bakı kafesi"ndə - FotoBirləşmiş Ərəb Əmirliklərinin şeyxi Məhəmməd bin Rəşid və xanımı şahzadə Hayyanın “Siti Uolk” istirahət mərkəzində fotoşəkilləri yayılıb. Kral ailəsi buradakı kafelərin birində Azərbaycan mətbəxindən olan xörəkləri dadıblar.

Dubay şeyxi Muhəmməd bin Rəşid Al Məktumun kafeyə gəlişi kütləvi informasiya vasitələrində maraqla qarşılanıb. İnsanlar kral ailəsini öz aralarında görməkdən məmnunluq duyublar.

Publika.az xəbər verir ki, ötən həftə Şeyx Məhəmməd və xanımı şahzadə Hayya bin Hüseyn “Siti Uolk” mərkəzinin "Bakı kafesi" adlı məkanında əyləşib, Azərbaycan milli mətbəxindən olan təamlardan zövq alıblar.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən əldə olunan məlumata görə, cütlük kafenin ilk müştərilərindəndir. Onlar hətta bu məkanın açılışında iştirak ediblər.

Kafedə hazırlanan sac xörəkləri və yarpaq dolması şeyxin ən sevimli yeməklərindədir.

Əldə olunan məlumata görə, şeyx "Siti Uolk"da yerləşən kafelərə tez-tez gəlir, "Bakı kafesi" ilə yanaşı “Farzi kafé” də onun sevimli məkanı sayılır.

Şeyx haqda bir maraqlı məlumat da odur ki, 68 yaşlı əmirin 9 oğlu, 14 qızı var.
Fədayə Laçın şok ittihamla - Həbs edildiAzərbaycanda tanınmış xanım müğənni həbs edilib.

APA-nın məlumatına görə, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

F. Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.
İlham Əliyev və xanımı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində - YenilənibOktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilir.

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak edirlər.

Prezident İlham Əliyev açılış mərasimində çıxış etdi:

"Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.

Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır.

Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır."

***

Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə bağlı təntənəli mərasim başlayıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev və Özbəkistan baş naziri Abdulla Aripov iştirak edirlər.

Qeyd edək ki, layihənin icrasına 2007-ci ildə başlanılıb. Həmin ilin fevralın 7-də Tbilisi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın prezidenti Mixeil Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli saziş və “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında” Azərbaycan və Gürcüstan hökumətləri arasında ikitərəfli saziş, habelə Azərbaycanın Nəqliyyat Nazirliyi və “Marabda Kartsaxi Dəmir Yolu" MMM arasında "Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin maliyyələşdirilməsi şərtlərinə dair Kredit Müqaviləsi” imzalanıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir.

Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaq.

2011-ci il mayın 18-də Bakıda ikitərəfli sazişə edilmiş bəzi əlavə və dəyişikliklər barədə Protokol imzalanıb. Bu dəyişikliklər əsasında 1 iyul 2011-ci il tarixində Azərbaycanın Nəqliyyat Nazirliyi və “Marabda Kartsaxi Dəmir Yolu” MMM arasında yeni şərtlər çərçivəsində yeni Kredit Müqaviləsi imzalanıb.

Qars-Axalkalaki yolu xəttinin ümumi uzunluğu 105 kilometrdir. Qars-Axalkalaki yolu xəttinin uzunluğu 76 km olan Türkiyə hissəsinin inşası rəsmi Ankaranın maliyyə vəsaiti hesabına həyata keçirilib. Layihənin Gürcüstan ərazisinə düşən hissəsinin - 26 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin, habelə uzunluğu 153 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan tərəfindən 775 milyon dollar, o cümlədən Tranş A üzrə illik dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon dollar və Tranş B üzrə illik dərəcəsi 5% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 575 milyon dollar həcmində kredit vəsait ayrılıb. İkitərəfli Sazişə müvafiq olaraq, kreditin istifadəsinə müstəsna səlahiyyətlərlə nəzarət edən və bu məqsədlər üçün kredit tam qaytarılanadək büdcənin təsdiq olunması və onun icrasına nəzarət edən məşvərət orqan - Koordinasiya Şurası yaradılıb.

Azərbaycan prezidentinin 21 fevral 2007-ci il tarixli 1974 nömrəli sərəncamına edilmiş dəyişiklərlə əsasən, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin Marabda-Axalkalaki hissəsinin bərpa və yenidən qurulmasının və Axalkalakidən Türkiyə ilə sərhədə qədər olan hissəsinin tikintisinin maliyyələşdirilməsi və qarşıya çıxan digər təşkilati tədbirlərə operativ nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb. Sərəncama əsasən, “Bakı-Tbilisi-Qarsyeni dəmir yolu” layihəsinin həyata keçirilməsi Azərbaycan hökuməti tərəfindən işlərin əlaqələndirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-yə həvalə edilib.

Azərbaycan prezidentinin 21 fevral 2007-ci il tarixli 1974 nömrəli sərəncamına uyğun olaraq, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsini Dövlət Neft Fondu (ARDNF) həyata keçirib. Bu sərəncama müvafiq olaraq, Azərbaycan hökuməti adından kreditləşmənin təşkili və bank xidmətinin həyata keçirilməsi üzrə agent bank “Azərbaycan Beynəlxalq Bankı” ASC təyin edilib.

Layihənin maliyyələşdirilməsinə başlayandan etibarən 30.09.2017 tarixə qədər ARDNF tərəfindən xəzinədarlıq vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ümumilikdə 640,3 milyon dollar, o cümlədən cari ilin yanvar-sentyabr ayları ərzində 10,1 milyon dollar vəsait ayrılıb. Bu vəsait nazirlik tərəfindən Gürcüstan və Azərbaycan hökumətləri arasında imzalanmış İkitərəfli Sazişə müvafiq olaraq, Marabda-Türkiyə Respublikası sərhədinə qədər dəmir yolu sahəsinin və müvafiq infrastruktur obyektlərinin layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiya və istismarı üçün yaradılmış “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin hesabına köçürülüb.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstandan yola çıxan 32 konteynerdən ibarət ilk yük qatarının Azərbaycan üzərindən ekspeditoru “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC -dir.

Qardaşdan bacısına qarşı DƏHŞƏTLİ ƏMƏL - Qəbristanlığa apardı və...Bakıda qəsdən adam öldürməkdə təqsirli bilinən Orxan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Orxan Hüseynov bacısı Elnurə Hüseynovanı Binəqədi rayonu ərazisində yerləşən qəbirstanlığa apararaq, onu bıçaqlayıb.

Orxan Hüseynov bacısına bıçaqla bir neçə ağır zərbə endirdikdən sonra onun öldüyünü zənn edib və hadisə yerindən uzaqlaşıb.

Daha sonra həmin ərazidə olan şəxslər Elnurə Hüseynovanı xəstəxanaya çadırıb və həkimlərin ciddi səyləri nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Orxan Hüseynov Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

Elan olunmuş ittiham üzrə Orxan Hüseynov özünü qismən təqsirli bilib. O, bacısını cəzalandırmaq istədiyini söyləyib.

Təqsirləndirilən Orxan Hüseynov növbəti məhkəmə iclasında geniş ifadə verəcək.

Növbəti proses noyabrın 20-də davam edəcək.
Ərdoğan Bakıya gəldiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlir.

“Anadolu” agentliyi Ərdoğanın təyyarəsinin Ankara vaxtı ilə saat 10:00-da yola çıxdığını yazıb.

Ərdoğanla birlikdə həyat yoldaşı Əminə Ərdoğan, İqtisadiyyat naziri Nihat Zeybəkçi, Enerji və Təbii Sərvətlər naziri Barat Albayraq, Təhsil naziri İsmət Yılmaz, Müdafiə naziri Nurəddin Canikli də Azərbaycana gəlir.

Qeyd edək ki, Ərdoğan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin açılışı mərasimi üçün Bakıya səfər edir.

***

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Facebook
Özündən 23 yaş kiçik sevgilsini BIÇAQLADI – BakıdaBakıda sevgilisini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1966-cı il təvəllüdlü Cəbrayıl Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Cəbrayıl Mustafayev ali təhsillidir. O 2012-ci ildə qəsdən adam bıçaqlamaqda təqsirləndirilib və 3 il müddətə azadlıqdan məhrum edilib. 3 il cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

Daha sonra təqsirləndirilən şəxs vəsatət verib və barəsində olan cinayət işinin istintaqa qaytarılmasını istəyib: “Mənim verdiyim ifadələrin hamısı dəyişdirilib, işim ağırlaşdırılıb. Ona görə də barəmdə olan cinayət işini yenidən araşdırılması üçün prokurorluğa qaytarılmasını istəyirəm”.

Hakim bildirib ki, bu məhkəmənin hazırlıq iclasının predimenti olmadığından vəsatət baxılmamış saxlanılır.

Məhkəmə baxışı noyabrın 6-a təyin edilib.

İttihama görə, Səbail rayonunda Cəbrayıl Mustafayev əvvələr qeyri-rəsmi münasibətdə yaşadığı 1989-cu il təvəllüdlü Raziyyə Verdiyevanı bıçaqlayıb.

Raziyyə ilə Cəbrayılnın qeyri-rəsmi münasibətlərin azyaşlı övladları var. Uzun müddət imiş Raziyyə övladını Cəbrayıl Mustafayeva göstərmirmiş. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb və hadisə baş verib.

Zərərçəkmiş şəxs Bakıda fəaliyyət göstərən barların birində çalışıb.
Xalq artisti vəfat etdiXalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.

Apa xəbər verir ki, xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova bildirib ki, R. Hüseynov müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib: “Həkimlər əllərini gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuat oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı”.

S. Hüseynova əlavə edib ki, R. Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək: “Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq”.
Məşhur aktyor hamını şoka saldı - "Mən homoseksualam""Həyatım boyu mən kişiləri sevmişəm və..."

Daha bir dünya şöhrətli aktyor cinsi oriyentasiyasını dəyişdi. İstiPress-in məlumatına görə, Kevin Speysi homoseksual olduğunu açıqlayıb. Bu barədə o öz "Twitter" səhifəsində yazıb.

Bu açıqlamanı verməyinə səbəb isə aktyor Entoni Reppin barəsində seksual dələduzluqla bağlı səsləndirdiyi ittihamlar olub.

Speysi Reppə çox hörmət etdiyini, lakin onun dediklərindən dəhşətə gəldiyini yazıb. "Düzünə qalsa mən onun dediyi görüşü heç xatırlamıram. Deməli bu 30 il əvəll olub". Aktyor qeyd edib ki, barəsində səslənən ittihamlar onu həyatı haqqında başqa açıqlamalar verməyə vadar edib.

"Mənim ən yaxınlarım bilirlər ki, həm qadınlarla, həm də kişilərlə münasibətim olub. Həyatım boyu mən kişiləri sevmişəm və onlarla romantik münasibətlərdə olmuşam. İndi də homoseksual kimi yaşamağa qərar vermişəm".

K.Speysi Hollivudun ən məşhur simalarından biridir. O, iki dəfə "ən yaxşı aktyor" kimi "Oskar" qazanıb. Speysi "Amerikasayağı gözllik","Devid Qeylin həyatı" və s filmlərlə məşhurdur.

Xatıladaq ki, "Star Trek" serialının tanaınmış aktyoru Entoni Repp bildirib ki, 14 yşı olanda K.Speysi ona qarşı seksual dələduzluq edib. Hazırda 46 yaşı olan aktyorun sözlərinə görə, 80-cı illərin əvəllərində Speysi onu bir partiyə dəvət edib. Adıçəkilən hadisədə məhz orada- yəni aktyorun evində olub. "O mənimlə seksual əlaqədə olmaq istəyirdi". Lakin Repp sərxoş həmkarının əlindən çıxaraq onun evini tərk edə bilib.
Ermənilər təlaşda: Ərdoğan Qarabağı qaytarır Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Bakı - Tiflis - Qars (BTQ) dəmir yolu xəttinin rəsmi açılış mərasimi ilə bağlı Azərbaycan paytaxtına bu günə nəzərdə tutulmuş səfəri Ermənistanda ciddi narahatlıq doğrub.

İstiPress-in məlumatına görə, müxtəlif düşərgələri təmsil edən erməni şərhçiləri və ya ermənipərəst şərhçilər hətta Ərdoğanın Bakıya səfərinin əleyhinə çıxırlar və bunun Qarabağ məsələsi ilə əlaqələndirirlər.

Məsələn, bu axşam “Sputnik Armeniya” portalında səfərlə bağlı məqalə dərc etdirmiş erməni şərhçi Arman Vaneskeqyan Türkiyənin Qarabağ məsələsinə qarışmaq istəyinə Moskva və Tehranın sərt reaksiya verdiyini iddia edib:

“Kreml də, Tehran da buna yetərincə sərt reaksiya verirlər, xüsusi qeyd edirlər ki, onlar hər ikisi münaqişə regionunda ciddi geosiyasi marağa malikdirlər, hətta nəzəri cəhətdən prosesə üçüncü qüvvənin müdaxiləsinə imkan vermirlər”.

Təbii ki, Türkiyənin münaqişə regionu üçüncü qüvvə sayılması Arman Vaneskeqyanın kəşfidir - Rusiya, Türkiyə və İran münaqişə zonasına coğrafi baxımdan eyni məsafadə dayanıblar, onlardan hansısa birini üçüncü qüvvə saymaq sadəcə absurddur.

Rusiyada fəaliyyət göstərən ermənipərəst “Regnum” portalının şərhçisi Stanislav Tarasov isə Türkiyənin Azərbaycanın siyasətinin girovuna çevrildiyini iddia edir. O qeyd edir ki, Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə Kəlbəcərin işğalından sonra bağlayıb. Müəllif bildirir ki. Ermənistan işğal etdiyi hansısa bir rayonu qaytarmasa, sərhədlər açılmayacaq. Lakin Tarasovu fikrincə, Türkiyə işğal faktını qulaqardına vurmalıdır və Ermənistanla sərhəddi açmalıdır.

Aydın görsənir ki, erməni şərhçilərin və ermənipərəs şərhçilərin böyük əksəriyyəti beynəlxalq hüququ, xüsusilə dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən Helsinki prinsiplərini qəbul etmirlər. Avropa Birliyi üzvlərinin separatçı Kataloniya rejiminə qarşı sərt davranışı, həmçinin İraq Kürdüstanın müstəqillik elanının uğursuz məğlubiyyətlə nəticələnməsi Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan qoparmaq xülyalarının üstündən xətt çəkir. Buna görə onlar Azərbaycanın təklənməsinə çalışırlar.

Bu baxımdan Bakıda BTQ-nin açılışı ilə bağlı bu gün nəzərdə tutulmuş mərasimə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin gəlməsi də Ermənistan hakimiyyətini ciddi narahat edir. Sirr deyil ki, Nazarbayev həm Avrasiya İttifaqının, həm də Türk Dünyasının ağsaqqalı sayılır. Türkiyə - Rusiya münasibətlərinin kəskinləşdiyi dönəmdə Moskva ilə Ankaranın müharibə variantına əl atmaması və daha sonra barışması məhz Nazarbayevin səyləri nəticəsində baş tutub.

İndi bu əmkdaşlıq dərinləşə bilər - ABŞ sanksiyalarının dərinləşməsinə rəğmən Türkiyənin Rusiyadan S- 400 raketlərinin almaq niyyəti bu münasibətlərin dərinləşməsində xəbər verir. Ümumiyyətlə, Türkiyə Rusiyadan hər il 18 milyard dollarlıq mal alır, S-400 kimi anlaşmalar bu rəqəmi 20 milyard dolların üzərinə çıxara bilər. Təbii ki, Ankara bunun müqabilində Rusiyadan Qarabağ məsələsində mövqeyini yumşaltmağı tələb edə bilər. İki ölkənin 1021-ci ilin oktyabr ayında bağladığı Qars müqaviləsi bunun örnəyidir. Onda Moskva erməni iddialarını nəzərə almadan Türkiyəyə dəstək vermişdi.

Moskva Azərbaycana qarşı mövqeyini mülayimləşdirərək, məsələn, Madrid prinsipləri çərçivəsində Dağlıq Qarabağ ətrafındakı rayonlardan Ermənistan ordusunun çıxarılmasına raızılıq verə bilər. Həmin müddət ərzində aralıq status vermiş Dağlıq Qarabağa qaçqınlar qaytarıla bilər və ən sonda keçmiş muxtar vilayətdə Azərbaycanı tam suverenliyi bərpa oluna bilər.

Ermənistan rəhbərliyini qorxudan məhz bu variantdır, buna görə də hər cür vəchlə bu yaxınlaşmanın baş tutmasını istəmirlər. Yəni məsələ təkcə dəmir yolunda deyil.