"“Ermənistan” və “mədəniyyət” sözləri bir-biri ilə ziddiyyət təşkil edir"Sərkisyanın Rusiyaya səfərinin məqsədi Moskvada keçiriləcək Ermənistan mədəniyyəti günlərinin açılışında iştirak etməkdir.

Bu sözləri Axar.az-a Ermənistan Prezidenti Serj Sərkisyanın Moskva səfərini şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, mədəniyyət günləri çərçivəsində erməni deputatlarının, parlament sədrinin Moskvaya səfəri anlaşılan olsa da, Ermənistan müdafə nazirinin bu tədbir çərçivəsində Rusiyaya getməsini sağlam məntiqlə izah etmək mümkün deyil:

“Doğrusu, səfər barədə məlumat verən Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanın bununla nə demək istədiyini anlamaq çox çətindir. Onsuz da “Ermənistan” və “mədəniyyət” sözləri bir-biri ilə ziddiyyət təşkil edir, bura müdafiə naziri də əlavə olunanda bir az çox olur. Ermənistan müdafiə nazirinin mədəniyyət günləri çərçivəsində Moskvaya getməsində bəlkə də Sərkisyan rejiminin mahiyyətini əks etdirən təhtəlşüur bir məqam var. Ermənilər təkcə torpaqlarımıza deyil, mədəniyyətimizə da sahiblənmək istəyirlər. Öz mədəniyyəti, tarixi, dövlətçiliyi olmayan ermənilər Azərbaycan torpaqlarının hesabına özlərinə dövlət yaradıblar. Tariximizi, daşınmaz, daşınar abidələrimizi erməniləşdiriblər, mədəniyyətimizi oğurlayıblar. Azərbaycan mədəniyyətinin qəsb edilməsi Ermənistan üçün həm də hərbi məsələdir. Ermənistan müdafiə nazirinin mədəniyyət günlərində iştirakını yalnız bu kontekstdən dəyərləndirmək olar”.

E.Mirzəbəyli bu arada 2018-ci il martın 1-10-u aralığında Ermənistanda keçiriləcək prezident seçkilərinə də toxunub:

“İşğalçı ölkənin prezidentini bu dəfə parlament seçəcək. Sərkisyanın isə yenidən namizədliyini irəli sürmək hüququ yoxdur. Bu baxımdan da o, nəyin bahasına olursa olsun, baş nazir kürsüsünə yiyələnməyə çalışır. Seçkilərədək onun Moskvanı su yoluna çevirəcəyi zərrə qədər də şübhə doğurmur”.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan noyabrın 15-də Rusiyaya səfər edəcək. S.Sərkisyan Moskvada Ermənistan mədəniyyət günlərinin açılışında iştirak edəcək. Onunla bərabər Moskvaya parlament sədri, müdafiə naziri və deputatların gəlişi gözlənilir.
“Fədayənin həbs olunacağını gözləyirdim“ - Tacir ŞahmalıoğluTanınmış müğənni Fədayə Laçının həbs edilməsi ölkə gündəmini zəbt edib.

APA-nın yaydığı məlumata görə Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. Müğənni həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

"Bu xəbəri gözləyirdim. Çünki son vaxtlar Fədayə Laçın düzgün mövqe tutmamışdı. Əgər sona qədər yalnız sənəti ilə məşğul olsaydı, bu gün başına bu iş gəlməzdi”.

Bu sözləri Fədayə Laçınla uzun müddət birgə çalışmış Tacir Şahmalıoğlu musavat.com-a açıqlamasında deyib.

Müğənni birgə çalışdığı dövrdə həmkarının heç bir kriminal aləmlə bağlılığı olmadığını da qeyd edib: "Biz yerdə çalışanda belə işlərdən uzaq idi. Lakin sonradan düzgün yolda olmadı”.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.
Baş Prokurorluq təsdiqlədi - Fədayə Laçın həbs edilibAzərbaycanda tanınmış xanım müğənni həbs edilib.

APA-nın məlumatına görə, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

F. Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

***

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Fədayə Laçının həbs olunması xəbərini Axar.az-a təsdiqləyib.

"Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib", - E.Sultanov bildirib.

Eldar Sultanov bununla bağlı ictimaiyyətə rəsmi açıqlamanın veriləcəyini deyib.

Qeyd edək ki, Fədayə Laçının bacısı İlahə Fəda bəzi saytlara açıqlamasında məlumatın yalan olduğunu və bu xəbəri yayan saytları məhkəməyə verəcəklərini deyib.
Gecə klubunda qıza görə azərbaycanlılar arasında atışma: Yaralılar varRusiyanın Leninqrad vilayətində azərbaycanlılar arasında atışma olub.

Atışma nəticəsində 5 nəfər yaralanıb.

Rusiya Daxili İşlər Nazirliyinin Leninqrad vilayəti üzrə İdarəsinin yaydığı məlumata görə, yaralılar arasında təhlükəsizlik xidmətinin 43 yaşlı əməkdaşı da var.

Gecə klubunda baş verən atışmada yaralananların hamısının azərbaycanlılar olduğu bildirilir.

Atışmaya klubda qıza deyilən qeyri-etik söz səbəb olub.

(Baku.ws)
Lotu Qulinin çıxması ilə "Oğru aləmi" qarışdı: O "lotu"nun arvadına gizli şəkildə öz erotik fotolarını göndərib -  FOTO“Oğru aləmi”ndən Lotu Qulinin azadlığa buraxılmasından sonra ikinci qalmaqallı xəbər gəlib.

Cebhe.info xəbər verir ki, yenicə həbsdən azad edilmiş, kriminal aləmdə Lavasoğlu Batumski kimi tanınan və hazırda İstanbulda olan Mindia Qoradze ilə “həmkarı” Ceyran Honski ilə qarşıdurma yaranıb. Ceyran Honski Qoradzenin arvadına gizli şəkildə öz erotik fotolarını göndərib. Bundan xəbər tutan Qoradze Ceyrana hücum edib və davada “Çia” ləqəbli Laşa Barateli də iştirak edib.

Qalmaqalın əsası ötən ilin dekabrında qoyulub. Həmin zaman həbsdə olan Lavasolunun arvadı onlarda qonaq olan Çiaya şikayətlənib. Xanım bildirib ki, Belçikada həbsxanada qaldığı müddətdə qadın diqqətindən tamamilə məhrum qalan Lavasoğlu qayıtdıqdan sonra ona xüsusi diqqət yetirməyə başlayıb.

Mindiyanın həbsdən azad edilməsini gözləmədən Çia problemi həll etməyə çalışıb və Ceyranla görüşərək ona etirazını bildirib. Mindiya azadlığa çıxdıqdan sonra məsələni araşdırmaq qərarına gəlib. Laşa ilə bərabər Ceyranın yanına gedib. Ceyran qadına foto göndərdiyini inkar etməyib, ancaq bunun “oğru” mövzusu olmadığını deyib. Bu zaman Mindiya onu vurub. Ceyran da ona əl qaldırıb. Ceyranin “oğru” şərəfinə toxunulmayıb. Ancaq bununla belə Mindiya onun cavabını başqa cür verəcəyini deyib.

Çianın bu qalmaqalda iştirakına etiraz edən Ceyran özünə dəstək axtarmağa başlayıb. Nodar Şukakidzenin Çiaya mesajını çatıdırb və cavabını alıb: “Özüm onunla məsələni həll edəcəyəm”. Bu isə o deməkdir ki, “oğru aləmi”ndə yeni “sxodka”lar gözlənilir.
“Veysəloğlu Qrup” rəhbərliyi şirkət əməkdaşlarının yüksək balla tələbə olan övladları ilə görüşübBu gün Veysəloğlu Qrup Təlim və Tədris Mərkəzində şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək bal ilə qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında növbəti görüş keçirildi.

Görüşdə şirkət rəhbərliyi yüksək bal toplayaraq ölkənin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nəaliyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqlı vətəndaş olmağı arzulamışdır.

Tədbir zamanı həmçinin şirkət əməkdaşları və övladları ölkəmizdə təhsilə verilən qiymət, yaradılan şəraitdən razı qaldıqlarını bildirib, öz növbəsində şirkət rəhbərliyi tərəfindən də göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, Veysəloğlu şirkətinin 16 nəfər əməkdaşının övladı 2017-2018 təhsil ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarından uğurla keçərək ölkəmizin və xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olublar. Onlar əldə etdikləri yüksək nəticəyə görə Veysəloğlu Tələbə Təqaüd Proqramının (VTTP) İştirakçısı olmağa haqq qazanıb. Belə ki, şirkət əməkdaşlarının ali məktəbələrə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları ilə bərabər, 500-600 bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödəniləcəkdir. Bundan başqa 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar verilib.

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu 2013-cü ildən etibarən "Veysəloğlu Tələbə Təqaüd Proqramı”nı həyata keçirməkdədir. Təqaüd Proqramına əsasən ümumilikdə 50-ə yaxın şirkət əməkdaşının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və birdəfəlik təqaüdlər ödənilir.
Fədayə Laçının bacısı danışdı: "Anam xəbəri eşidən kimi ürəyi getdi"Müğənni Fədayə Laçının həbs olunması ilə bağlı xəbərlər yayılıb.

Yenicag.az saytına açıqlama verən müğənninin bacısı İlahə Fəda məlumatı təkzib edib.

"Bu xəbər yalandır. Fədayə hazırda Xaçmazdadır. Anam xəbəri eşidən kimi ürəyi getdi, hazırda onun həkimə aparırıq. Anama bir şey olsa, xəbəri yayan saytı məhkəməyə verəcəyik.”

Qeyd edək ki, müğənninin həbs xəbərini APA saytı yayıb.
Kəlbəcərin yeni görüntüləri yayıldı - VİDEODünyanın 100-dən artıq ölkəsinə səyahət edən ukraynalı cütlük Nikita Podolubkin və Elya Kabın növbəti səyahət turu çərçivəsində Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında çəkilişlər aparıblar.

Modern.az xəbər verir ki, işğal altındakı torpaqları qarış-qarış gəzən cütlük Kəlbəcər və İstisudan da reportaj hazırlayıblar. Onların çəkdiyi videolardan işğal olunmuş torpaqların dağıntı içində olduğu görünür.Oktyabrın ortalarında çəkilən həmin videoları təqdim edirik.
Bakıda biznesmen qonşusunu ölümlə hədələdiPaytaxtda xuliqanlıq hadisəsi baş verib.

Lent.az bildirir ki, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli binanın zirzəmisindəki qarajda, həmin ünvanda yaşayan Orxan Əhədovla Rəşad Məmmədov arasında münaqişə baş verib. Bu zaman O.Əhədov Rəşadı döyərək xuliqanlıq edib.

Yüngül bədən xəsarəti alan R.Məmmədov şikayət ərizəsi ilə polisə müraciət edib. Şikayətçi bildirib ki, Orxan Əhədov onu “Porsche” markalı avtomobillə tapdalayacağı ilə hədələyib.

Qeyd edək ki, hadisədə adı hallanan Orxan Əhədov iş adamıdır və “Grand” MMC-nin rəhbəridir.

Onu da qeyd edək ki, hadisə bir neçə gün əvvəl baş versə də, polis əməkdaşlarının zənglərinə baxmayaraq O.Əhədov məsələ barəsində izahat verməkdən boyun qaçırıb.
Qarsın bələdiyyə sədri: “Sevincimizin həddi yoxdur”“Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı tarixi hadisədir. İnanıram ki, həmin gün Türk tarixinə qızıl hərflərlə düşəcək.

Bu sözləri Qars Şəhər Bələdiyyəsinin sədri Murtaza Qaraçanta Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı ilə bağlı təəssüratlarını diaspor fəalı Elnur Eltürklə bölüşərkən bildirib. O deyib:

“Sevindirici hal odur ki, 10 ildir gözlədiyimiz an gəlib çatdı. Bu xətt Mərkəzi Asiya türk dövlətləri ilə Azərbaycan,Türkiyə arasında siyasi-iqtisadi əlaqələrin güclənməsinə daha da təkan verəcək. Həmçinin, Türk dünyasının birliyinə geniş imkanlar açacaq. Gələcək nəsillər bundan daha çox faydalanacaqlar. Xətt Asiya-Avropa arasında körpü rolunu oynacaq. Bu gün tarixi günü yaşadığımız üçün çox şadam. Sevincimizin həddi-hüdudu yoxdur. Türk milləti adına xeyirli-uğurlu olsun deyirəm”.