"Qarabağ" üçün son sınaqÇempionlar Liqasında qrup mərhələsinin IV turuna start verilir.

Bu gün "Qarabağ" komandası Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Ağdam təmsilçisi IV tur çərçivəsində İspaniyada "Atletiko"nun qonağı olacaq.

Adıçəkilən komandaların ilk görüşü oktyabrın 18-də Bakı Olimpiya Stadionunda olub. Bu oyundan Azərbaycan çempionu madridlilərlə dueldən qolsuz heç-heçə ilə ayrılıb və ilk xalını qazanıb.

"Qarabağ" ilk turda İngiltərədə "Çelsi"yə 0:6, evdə isə İtaliya təmsilçisi "Roma"ya 1:2 hesabı ilə uduzub.

Oyun saat 23:45-də başlayacaq. "Atletiko" (İspaniya) – "Qarabağ" (Azərbaycan) oyunun baş hakimi Deniz Aytekindir.
Fədayə Laçını nə qədər həbs gözləyir?Müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) mütəşəkkil dəstənin üzvü kimi "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunur.

Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından bildirirlib.

Müğənni barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə istintaqı zamanı günahı sübuta yetiriləcəyi təqdirdə Fədayə Laçını iki ildən altı ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təlvil verilib.
Fədayə Laçının azərbaycanlı transla görüntüləri ortaya çıxdı - FOTOBakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilərən müğənni Fədayə Laçının azərbaycanlı transseksualla fotosu ortaya çıxıb.

A24.Az xəbər verir ki, fotonu bir müddət öncə transın özü “Instagram” səhifəsində paylaşıb. O, fotoya “Azərbaycanın fəxri Fədayə Laçınlı ilə birlikdə selfi. Hələ bu harasıdır! Susqunluğumun səbəbi var. Çox gözəl hörmət etdiyim sənətçi xanımdır!” sözlərini yazıb. Foto izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilərdən bəziləri Fədayə Laçını tez-tez translarla birlikdə gördüklərini bildiriblər.
İsmayıl Ömərov bu ölkənin “fəxri vətəndaş” olduİctimai Televiziya və Radio Yayımları Şirkətinin keçmiş baş direktoru İsmayıl Ömərov Gürcüstanda, Bolnisi şəhərində xidmətlərinə və töhvələrinə görə “Fəxri vətəndaş” seçilib.

Kult.az xəbər verir ki, “Fəxri vətəndaş” diplomu və medalı Bolnisi Bələdiyyə üzvlərinin səsverməsi sonrasında yekdilliklə seçilmiş İsmayıl Ömərova bələdiyyə sədri tərəfindən təqdim edilib. Qaydalara görə, “Fəxri vətəndaş” adı il ərzində bir dəfə keçirilən seçki nəticəsində müəyyənləşdirilərək, qalib gələn şəxsə təqdim oluna bilər.

Qeyd edək ki, İsmayıl Ömərov 1954-cü il fevralın 20-də Gürcüstan Respublikasının Borçalı mahalında Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi kəndi) kəndində anadan olub. 1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1976-cı ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayıb. Televiziyanın "İctimai-siyasi proqramlar" redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər yaradıcılıq yolu keçib. "Blokada", "Əsrin faciəsi", "Qanlı yanvar", "Qarabağ düyünü" və. s teleserialların müəllifi və aparıcısı olub. 90-cı illərdə Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrin televersiyaların araşdırıcısıdır.

Bakı Sosial İdaretmə və Politologiya İnstitutunda ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnib.

2000-2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı olub.

2005-ci aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib. Qısa bir müddət ərzində Azərbaycanda media sahəsində ən demokratik və şəffaf institutlardan olan İctimai Teleradionu iki dönəm rəhbərlik edib.

Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.

"Qızıl qələm" və "Araz" mükafatlarının laureatıdır. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir.
İsmayıl Ömərov bu ölkənin “fəxri vətəndaş” oldu
Həbs edilən müğənninin qaçan avtoritetlə görüntüsü yayıldı — FOTOBakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilərən Müğənni Fədayə Laçın avtoritetlə fotosu yayılıb.

Avrasiya.net xəbər verir ki, müğənni “Qoca” ləqəbli Etibar Məmmədovla birgə çəkilmiş səmimi görüntüsünü təzadlar.az saytı yayıb.

Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

F. Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.
"İtirdiklərim bu gün işğal altında olan torpaqlarımızdır"Bu günkü müsahibimiz İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyoru,gözəl insan, tamaşaçıların sevimlisi Əjdər Zeynalovdur.
Teatırı özü üçün məbəd hesab edən dəyərli sənətkarımızdan müsahibə götürmək istədikdə: "Mən tamaşaçılarıma görə aktyor olmuşam."-deyib, böyük məmnuniyyətlə müsahibəyə icazə verdi:

Beləliklə müsahibimdən götürdüyüm sorğunu sizə təqdim edirəm:
-Xoş gördük Əjdər bəy, necəsiniz?
-Təşəkkür edirəm minnətdaram.
-Əjdər bəy,həyatınız haqqında qısaca necə məlumat verərdiniz?
-Mən, Qərbi Azərbaycanda doğulmuşam. Orta məktəbi orda bitirmişəm. 1982-ci ildə Bakıya gəlib Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşam.
-Niyə məhz aktyor olmağı seçdiniz?
-Maraqlı sualdır. Qısaca sevdiyim üçün desəm sizi qane edərmi?
-Bəli,çox sağ olun, qane edir.
"Teatr canlıdır, teatr məbəddir.Məşhur Hollivud ulduzları belə, boş vaxtlarını tetarda keçirirlər ki, kökdən düşməsinlər" deyən aktyorumuzdan seriallarla bağlı suallarımıza cavab verməyini xahiş etdik:
-Əjdər müəllim,keçən mövsümdə "Kölgə" serialında iştirak edirdiniz. Amma bu mövsümdə yoxsuz. Niyə?
-Keçən mövsüm bitdikdə yeni mövsümdə çağırılacaqmı desələr də nədənsə çağırmadılar. Yenə də çox sağ olsunlar,hamıya uğurlar arzu edirəm.
-Əjdər müəllim, hazırda hansı seriallarda rol almısınız?
-Hazırda "Satılmış həyat" və "Lal yuxu" seiallarında çəkilirəm.
-Bəs kinoya hansı filmlə gəlmisiniz?
-R.Əsədovun "İtirilmiş həqiqət" filmi ilə.
-Sizə düşünmədən yadda qalan obrazlarınızı söyləyin desəm hansı obrazları xatırlardınız?
-Aslan ("Toy gecəsi"), Əjdər ("Ləkə"), erməni obrazı ("Dolu") və s.
-Sizi hansı filmdəki obrazlarınız daha çox məşhurlaşdırıb?
-"Toy gecəsi" və "Ləkə" filmlərindəki obrazlar.
-Daha çox filmlərdə mənfi obrazlar yaratmısız. Filmlərdə mənfi obraz yaradan Əjdər Zeynalov həyatda da mənfidirmi?
-Tam əksinə. Həyatda çox pozitiv bir insanam.
-Səhv etmirəmsə "İki ömür" serialında müsbət obraz yaratmışdınız?
-Bəli, amma çox təəssüf ki maliyyə problemləri yarandığı üçün film sona qədər çəkilə bilmədi. Hətta tamaşaçılar tərəfindən sevilsə belə.
-Hansı rejissorlarla işləmək istərdiz?
-Elxan Cəfərov kimi rejissorlarla.
-"İki ömür" serialında yaratdığınız obrazın övladları əlindən alınır. Allah göstərməsin siz bununla həyatda qarşılaşsaydınız?
-Bunu dilə belə gətirmək istəmirəm.
-Yaratdığınız obrazların hansısa birində özünüzü tapa bilmisinizmi?
-Xeyr.
-Niyə bu qədər tez və konkret cavab verdiz?
-Obrazların heç biri öz xarakterimə uyğun olmadığı üçün.
-Yaxşı bəs, özünüz rejissor olsaydız hansı janrda film çəkərdiniz və baş rola kimi dəvət edərdiz?
-Rejissor olsaydım melodrama janrında film çəkərdim, baş rola isə....yəqin ki, obraza uyğun seçərdim.
-İçinizdə hansısa obrazı yaratmaq eşqi necə,varmı?
-Çoxdur,dilə gətirə bilməyəcəyim qədər çox.
-Sizi qardaş Türkiyə səhnəsinə dəvət etsəydilər bəs hansı türk aktyoru ilə çəkilmək istərdiz?
-Peşəkar aktyorlarla.
-Bəlkə bir azda İrəvan Azərbaycan Dövlət Dram Teatrından danışaq. Nə deyirsiz?
-Doğma teatrımdan?
-Bəli.
-Buyurun.
-Əjdər müəllim, İrəvan Azərbaycan Dövlət Dram Teatrının fəaliyyətindən razısınızmı?
-Xeyr. Teatrın potensialı daha çoxdur. Bunu inkişaf elətdirmək mütləq lazımdır. Bir də hərə öz yerində olmalıdır. Belə olduqda keyfiyyətdən söhbət gedə bilər.
-Teatr yeni mövsümə nə zaman başlayır?
-Ayın 26 sı. Xalid Mirzəyevin "Min möhtəşəm günəş" əsəri ilə.
İstedadlı aktyorumuzu daldığı xəyallardan ayırmaq üçün ona "Aktyor taleyinizdən razısınızmı?"sualını verdim “Çox təəssüf də olsa narazıyam" dedi.-“bu gün aktyorlara maliyyə yardımı yoxdur”
-Bəs itirdikləriniz və qazandıqlarınız haqda nə deyə bilərsiz?
-İtirdiklərim bu gün işğal altında olan torpaqlarımız. Mənimsənilmiş doğma yurdum.
-İrəvan.
Daha sual verməyə heç bir söüm qalmadı.Ancaq istedadlı aktyorumuza "İnşallah torpaqlarımız azad olunduqdan sonra İrəvan Azərbaycan Dövlət Dram Teatrının tamaşalarına elə İrəvanda baxmaq arzusuyla...

M. Sadıqova
“Skalper” həssas qruplu insanlarla növbəti görüşlərini keçirdiAzərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınının dəstəyi ilə “Skalper” Xəstələrə Yardım İctimai Birliyinin “Özümüzə inanaq” - əhalinin həssas qrupları üçün psixoloji ünsiyyət görüşlərinin keçirilməsi” layihəsi üzrə 27 və 30 oktyabr tarixində növbəti iki psixoloji ünsiyyət görüşü keçirilmişdir. Tədbirdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Baş psixoloqu Elmira Mirzəyeva, onkoloq Səlim Əskərov, region və şəhər internat müəsisələrinin məzunları, valideynlər, məktəb psixoloqları, gənclər, ailələr, əhalinin həssas qrupuna daxil olan sosial təbəqə və KİV nümayəndələri iştirak edib.

Layihənin eksperti AVMA İB İcraçı direktoru Şahin Rəcəbov ötən tədbirlərdəki müzakirələrin nəticələrindən danışaraq psixoloji problemlərin həlli üçün irəli sürülən təklifləri diqqətə çatdırdı. Sressin səbəbləri, ondan çıxış yolları haqqında Elmira Mirzəyeva məruzə etdi. Yığıncaqda iştirak edən internat məzunları mövzu ilə bağlı fikirlərini bölüşdülər. İMSİ (İnternat Məzunlarının Sosial İnteqrasiyası İB koordinatoru Seymur Kazımlı və digər gənclər onları narahat edən psixoloji, sosial problemlərlə bağlı maraqlı məsələlər qaldıraraq, təkliflərlə çıxış etdilər. İştirakçılara psixoloq tərəfindən müvafiq faydalı məsləhətlər verildi, praktik seans keçirildi. Növbəti görüşdə digər sosial həssas təbəqələrin, “Ümid yeri” Uşaq Sığınacaq Evinin uşaqlarının və mütəxəssis ekspertlərin iştirak edəcəyi gözləilir. “Skalper” xəstələrə yardım ictimai birliyinin sədri, doktor Səlim Əskərov orqanizmin müxtəlif orqanlarındakı nasazlıqların insanınm psixoloji durumuna təsiri, müxtəlif xəstəliklərin insanı stress və gərgin vəziyyətə salmasından danışaraq sağlamlığın qorunması, sabit psixoloji durumun mühafizəsi üçün müvafiq məsləhətlərini verdi.

Layihənin məqsədi əhalinin həssas qrupularına psixoloji yardım göstərmək, stress, gərginlik, təşviş hallarını aradan qaldırmaq, onlarda özünə və həyata inamı bərpa edərək, sabit fəaliyyət potensialını inkişaf etdirmək, sağlamlıqlarını qorumaq, psixoloji maarifləndirmə və ölkə üçün pozitiv enerjili yararlı vətəndaş formalaşmasına dəstək verməkdir.
18 yaşlı oğlan intihar etdi - Əmisinə görəSabuncu rayonu Savalan qəsəbəsində gənc oğlan intihar edib.

AzNews.az-a xəbər verir ki, əslən Lerik rayonundan olan 18 yaşlı gənc evinin həyətində özünü asıb. Məlumata görə bir neçə həftə əvvəl onun əmisi pul borclu olduğuna görə, Rusiyada qətlə yetirilib. Əmisinin ölümündən sonra dəfələrlə yaşamayacağını bildirən gənc özünü öldürüb.
Akif Çovdarova hökm oxundu - 12 ilSabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarova hökm elan olunub.

Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Səlim Məmmədovun 11 il, Akif Əliyevin 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb.

Proses davam edir.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərdən Akif Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Akif Əliyevin 9 il, Orxan Osmanovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

A. Çovdarov da daxil olmaqla, təqsirləndirilən şəxslər son sözündə məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Xatırladaq ki, təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Fədayə Laçın “Qoca”yla qaçmaq istəyirmiş - Şok həbsin təfərrüatıMüğənni Fədayə Laçının həbsinin təfərrüatları məlum olub.

Müğənni qaçan məhbuslardan “Qoca” ləqəbli Etibar Məmmədovun yanında olub. Belə ki, “Qoca” ləqəbli kriminal avtoritet oktyabrın 23-də qatardan qaçdıqdan sonra Ağstafaya gedib.

O, Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla ölkədən qaçmaq istəyib. Bu məqsədlə “Qoca” Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib. O, “Opel” markalı taksi ilə qəsəbəyə gələn zaman maşında bir nəfər qadın da olub.

Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları tərəfindən maşın saxlanılıb. Bildirək ki, məhbuslar qaçdıqdan sonra Bakıda və bölgələrdə polis gücləndirilmiş iş rejiminə keçib və postlar qurulub.

Polis əməkdaşları taksi sürücüsünün sənədlərini yoxladıqdan sonra sərnişinlərdən birinin özünü şübhəli apardığını görüblər. Bu zaman polis əməkdaşları “Qoca”dan sənədlərini istəyiblər.

Bu vaxt taksi sürücüsü maşını sürətlə əks istiqamətə sürərək hadisə yerindən qaçıb. Polis əməkdaşları qaçan maşını təqib ediblər. Sürücü maşını rayonun mərkəzi hissəsinə, oradan da Poylu kəndinə doğru sürüb. Ara yollardan birində dalana girdiyindən yolu davam etdirə bilməyib və maşını saxlayıb.

Bu zaman “Qoca” maşından düşərək qaçmağa başlayıb. Polis əməkdaşları sürücü və qadını saxlasalar da, “Qoca” meşəlik əraziyə qaçaraq izini itirib.
Hazırda həmin ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılır. Rayon mərkəzində və kəndlərdə axtarışda olan “Qoca”nın fotoları vurulub.
Sürücü və qadın həmin gün Bakıya gətiriliblər. Sürücünün kimliyi barədə məlumat yoxdur. Amma onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, həmin qadın müğənni Fədayə Laçındır. Onun barəsində də həbs-qətimkan tədbiri seçilib.

Müğənninin həbsi ilə bağlı məlumatı APA yayıb.

Xəbərdə deyilir ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Qoca” və digər məhbus Əli Ağami oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə gətiriləndə qaçıblar.

Belə ki, müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Xatırladaq ki, məhbuslardan Əli Ağami iki gün əvvəl Şirvan şəhərində tutulub.

musavat.com