Bakının mərkəzində ÇILPAQ GƏZƏN ADAM - VİDEODünən Bakının mərkəzində daş dövründən gələn bir insan peyda olub.

Publika.az xəbər verir ki, “Tarqovı” deyilən ərazidə müasir insanlar arasında çaş-baş dolaşan bu şəxs əvvəl bulvarda müşahidə olunub. Deyilənə görə, o, bulvar istiqamətində dənizdən çıxıb, “Tarqovı” ya qədər gəlib çıxaraq, insanların böyük marağına səbəb olub.

İnsanlar içərisində bu şəxsdən qorxan, onun videosunu çəkən, hətta onunla çətin olsa belə gizlincə selfi çəkməyə nail olanlar da olub.

Görüntüləri təqdim edirik.
Qaçan məhbuslara görə daha bir qadın tutulduAğstafa rayonu ərazisində "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunaraq saxlanılan Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.

Report-un əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi G.Atakişiyevanın barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

G.Atakişiyeva və onunla birgə saxlanılan taksi sürücüsü (adı hələ məlum deyil) Bakı İstintaq Təcridxanasına köçürülüb.

Taksi sürücüsünün "Opel" markalı avtomobili Penitensiar Xidmətdə saxlanılır.

Hər iki şəxs Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Bundan başqa, ötən gün barəsində üç aylıq həbs qətimkan tədbiri seçilmiş müğənni Fədayə Laçının (Fədayə Məmmədova) "Mersedes" markalı avtomobili də Penitensiar Xidmətində saxlanılır.

Onun bu gün Bakı İstintaq Təcridxanasına köçürülməsi gözlənilir.

Məlumata görə, Fədayə Laçın "Qoca" ləqəbli Etibar Məmmədova maliyyə dəstəyi verib.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təlvil verilib.
Ziya Məmmədova belə zərbə vurulmamışdı: 4,5 milyonluq əmlakını əlindən aldılarOnun nazir olarkən Göyçayda ələ keçirdiyi 20 hektardan artıq bağ sahəsi və orada inşa etdirdiyi villa “AZNAR”-ın balansına keçdi; mülk 4,5 milyon manata qiymətləndirilib, amma həmin məbləğ Məmmədovlara yox, dövlətə ödənilib; oliqarxı bitirirlər…

Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədə olarkən korrupsiya vəsaitləri hesabına oliqarxa çevrilmişdi. O, sərbəst şəkildə heç ayda 5000 manat pul qazana bilməyəcək oğlu Anar Məmmədovu iş adamı elan edib, dövlətdən oğurladığı pulları onun sərəncamına verib dövr etdirirdi. Məmmədovlar xeyli sayda şirkətlər yaratmışdılar, bank sahibi olmuşdular (Bank of Azerbaijan), üstəlik, ölkə boyunca min hektarlarla torpaq sahələrini yağmalamışdılar.

Hətta Bakı Beynəlxalq Avtovağzalını da özəl obyektləri kimi rəsmiləşdirməyə nail olmuşdular. Bunlar əslində cinayət xarakterli fəaliyyətdir; bir nazirin bank, göydələnlər, çınqıl karxanaları, toyuq fabriki, istirahət-əyləncə mərkəzləri, min hektarlarla torpaq sahələrini əldə etməsi təbii ki, qanunla qadağan edilən məsələdir. Amma o, özünün sərbəst şəkildə heç bir kapitalı olmayan oğlunu cəmiyyətə iş adamı kimi sırıyıb, guya bu mal-mülklərin, biznesin onun olduğuna dair alibi yaradırdı. Hansı ki, Anar Məmmədov 1982-ci il təvəllüdlüdür və iri iş adamı kimi təqdim ediləndə, 24-25 yaşları vardı. Əlbəttə, Azərbaycan reallığında bu mümkünsüzdür. Bunlar hər kəsə bəlli idi və o da gözlənilirdi ki, xüsusi ilə 2010-2015-ci illər ərzində ölkədə harınlıqlar edən Məmmədovlar klanı cəzalandırılacaq, onların oğurluq vəsaitlər hesabına əldə etdikləri əllərindən alınacaq.

Bu baş verdi; Ziya Məmmədovun nazirliyi ümumiyyətlə, ləğv olundu, qardaşı Elton Məmmədov 2015-ci ildə deputat mandatı ilə vidalaşdı, oğlu Anar Məmmədovun sərəncamında olan şirkətlər, obyektlər, avtovağzal geri alınmağa başladı, bankları da qapadıldı. Həmçinin Ziya Məmmədovun müxtəlif vəzifələrə yerləşdirdiyi şəxsləri görəvdən almağa başladılar. Düzdür, hazırda onun azı iki adamı icra başçısı vəzifəsində qalır – Ucarın icra başçısı Mənsur Məmmədov və Zərdabın icra başçısı Lütvəli Babayev. Heç şübhəsiz ki, onlar da yaxın zamanlarda vəzifə ilə vidalaşacaqlar…

Hazırda isə Ziya Məmmədovun regionlarda ələ keçirmiş olduğu böyük mülklərin ondan geri alınması prosesi sürətlənib. Belə ki, Ziya Məmmədov nazir olduğu vaxtlarda Göyçayın Potu və Hüngütlü kəndləri arasında yerləşən 20 hektardan artıq səfalı bir yeri zəbt eləmişdi. Həmin vaxtlar onun qohumu, hazırda Ucarın icra başçısı olan Mənsur Məmmədov Göyçayın icra başçısı idi. Ziya Məmmədov Mənsur Məmmədovun vasitəsilə Göyçayda 20 hektardan artıq ərazini kəndlilərin əlindən aldı və orada böyük bir villa tikdirdi. Hətta həmin mülkdə vertolyot meydançası ilə inşa etdirmişdi.

Meşənin, Yuxarı Şirvan kanalının kənarında yerləşən bu ərazilər ən məhsuldar torpaq sahəsi sayılır. Z.Məmmədov oranı kəndlilərin əlindən alıb, şəxsi mülkünə çevirmişdi. Ziya Məmmədov nazir vəzifəsindən azad ediləndən sonra rayon camaatı həmin yağmalanmış ərazilərin Ziya Məmmədovdan geri alınması üçün müraciətlər də etmişdi. Bu günlərdə çox heyrətamiz bir olay baş verib: Ziya Məmmədovun həmin möhtəşəm villasını əlindən alıblar! Sözügedən mülkün giriş qapısına fotoda gördüyünüz bu lövhə yerləşdirilib: “AZNAR Qapalı Səhmdar Cəmiyyətinə məxsus Nar Bağı”. Musavat.com müxbirinin rayon sakinlərindən aldığı məlumata görə, Ziya Məmmədov uca hasara aldığı 20 hektar ərazidə nar bağı salıbmış.

Bu mülkün “AZNAR”ın balansına keçməsi prosesi isə olduqca maraqlıdır. Adıçəkilən müəssisə həmin bağı öz balansına keçirmək üçün 4,5 milyon manat pul ödəyib. Amma Ziya Məmmədova yox, dövlətə. Belə ki, Ziya Məmmədovun nazirliyi ləğv edildikdən, daha doğrusu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə birləşdirildikdən sonra təhvil-təslim zamanı Ziya Məmmədovun nazir olduğu dövrdə burada yüz milyon manatdan çox yeyintiyə yol verildiyi aşkarlanıb. Ziya Məmmədova isə tapşırılıb ki, mal-mülkünü satıb, həmin vəsaiti dövlət büdcəsinə qaytarsın, yoxsa həbs olunacaq. Məmmədovun ölkədən çıxışı yasaqlanıb və hazırda onun “yediklərinin qusdurulduğu” dönəmdir. Göyçaydakı mülkü də hərraca çıxarılıb və “AZNAR” həmin ərazini alıb. Pul isə, dediyimiz kimi, dövlətə ödənilib.

Şirkət bu ərazini aldıqdan sonra orada nar bağına xüsusi qulluq edilməyə başlanılıb. Hazırda həmin bağda işləmək üçün 50-dən çox şəxsin işə götürüldüyü və müəssisənin əsas nar tədarükü zonası kimi çalışdırıldığı qeyd edilir.

Bununla yanaşı, bizi bilgiləndirən mənbə qeyd edir ki, Ziya Məmmədovun Ucardakı müəssisələri, obyektləri, Göyçay, Goranboy və Tərtər ərazisindəki daş-çınqıl karxanaları da eyni qaydada əlindən alınıb.
“Yeni Müsavat”
 Tanınmış jurnalistdən MÜRACİƏT: - “Oğlum xəstədir, kömək edin” - BANK HESABI	“Yeni Azərbaycan” qəzetinin parlament müxbiri Nardar Bayramlının 5 yaşlı oğlu Tunar autizm xəstəliyindən əziyyət çəkir.

Övladının 2 ildir bu xəstəlikdən əziyyət çəkdiyini bildirən jurnalist onun müalicəsinə kömək edilməsi üçün bank hesabı açıldığını bildirib:

“Oğlum autizm xəstəsidir. Autizm sindromunun nə qədər böyük bəla olduğunu, yəqin, hamınız bilirsiniz. Bu problemin dərmanlarla müalicəsi yoxdur, daha çox psixoloqlar məşğul olur və bir uşağın normallaşması üçün illərlə vaxt tələb olunur. Biz də iki ildir ki, Tunarı uşaq autizm-psixologiya mərkəzlərinə fasiləsiz olaraq aparırıq. Artıq oğlumun 5 yaşı var. Bu problem elədir ki, uşağın yaşı artdıqca onun müalicəsi çətinləşir. Autizm olan uşaqların reabilitasiyası ilə uşaq psixologiya mərkəzləri məşğul olur və onların əksəriyyəti ödənişlidir. Həm də bu ödənişlər yüksəkdir. Tunarı psixologiya mərkəzinə apardığımız iki il müddətində azacıq irəliləyiş hiss olunurdu. Nitqi açılmışdı, göz kontaktı az da olsa yaranmışdı”.

Jurnalist bildirib ki, Tunarda olan müsbət dəyişikliklər çox çəkməyib və onun vəziyyəti yenə ağırlaşıb. Nardar Bayramlı övladını müalicə etmək üçün imkanı olmadığını, onun üçün ayda yalnız 300-400 manat xərcləyə bildiyini vurğulayıb və kömək istəyib.

5 yaşlı Tunar Bayramlıya kömək etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər.
 Tanınmış jurnalistdən MÜRACİƏT: - “Oğlum xəstədir, kömək edin” - BANK HESABI
Putinə sui-qəsddə suçlanan çeçenin arvadı güllələnib Rusiya hakimiyyətinin prezident Vladimir Putin-ə sui-qəsd cəhdində təqsirləndirdiyi çeçenin arvadı Kiyev yaxınlığında pusquda öldürülüb.

Adam Osmayev deyir ki, həyat yoldaşı Amina Okuyeva ilə birlikdə oktyabrın 30-da Ukrayna paytaxtının kənarında avtomobildə gedirmişlər, bir maşın onların arxasınca düşüb.

RUSİYAYA İTTİHAM

Maşına atəş açılıb və güllə Okuyeva-nın başından dəyib, Osmayev Ukraynanın lb.ua portalına danışıb.

Hücumda yaralanmış Osmayev düşünür ki, məqsəd onların ikisini də öldürmək olub. O, Rusiyanı hücumun arxasında durmaqda ittiham edib.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Herashchenko daha öncə bildirmişdi ki, çeçenlərin olduğu maşın dəmiryol xəttini keçəndə gülləboran edilib, Okuyeva ölüb, həyat yoldaşı yaralanıb.

Hromadske televiziyası Ukrayna polisin hücumu təsdiqlədiyini bildirib.

Daxili İşlər Nazirliyinin sözçüsü Yaroslav Trakalo Rusiyanın Interfax-Ukraine xəbər agentliyinə bildirib ki, təhqiqatçılar terror deyil, “planlaşdırılmış qətl” maddəsi üzrə cinayət işi açacaqlar.

Osmayev iyunda Kiyevdə sui-qəsd cəhdindən yayına bilmişdi, o, avtomobilinin içində yaralanmışdı. Həyat yoldaşı cavab atəşi açaraq şübhəli hücumçunu yaralamışdı.


OSMAYEV-İN UKRAYNA TARİXÇƏSİ

Osmayev 2012-ci ilin fevralında Ukraynanın Odessa şəhərində saxlanıb, qanunsuz partlayıcı maddə saxlamaq, şəxsi mülkiyyətə ziyan vurmaq və dələduzluqda ittiham olunub. Sonradan Rusiya hakimiyyətinin xahişiylə ona Putin-ə sui-qəsd cəhdi ittihamı irəli sürüldü.

Avropa İnsan Haqları Məhkəməsi Ukraynaya tövsiyə etdi ki, Osmayev-i Rusiyaya ekstradisiya etməsin. Bundan sonra Kiyev ekstradisiya prosesini ertələdi. 2013-cü ilin sentyabrında Rusiya məhkəməsi ikinci şübhəlini, Ukraynadan təhvil aldığı – Ilya Pyanzin-i 10 illik həbsə məhkum etdi.

Osmayev 2014-cü ilin noyabrında, ilkin ittihamlar üzrə 2,5 il həbs cəzası çəkəndən sonra azadlığa buraxılıb. O, 2015-ci ilin fevralında könüllü Dzhokhar Dudayev batalyonunun komandiri olub və Ukraynanın şərqində rusiyapərəst separatçılarla döyüşüb.

The Irish Times qəzetinə müsahibəsində deyirdi ki, digər çeçenlərlə birlikdə Kiyev tərəfdə döyüşməyə “həm də Ukrayna və Avropa ideyaları olan çeçen ideyası uğrunda savaşdan ötrü” qərar verib.

Ötən həftə Ukraynanın millətçi müxalifət Radikal Partiyasından deputat Ihor Mosiychuk Kiyevdə bomba hücumuna məruz qalıb, iki nəfər ölüb, deputat yaralanıb. Okuyeva onun müşaviri işləyirdi.

azadliq.org
Fədayə ilə qaçan dustaq 3 yerdə...Şirvandan Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan dustaq "Qoca” ləqəbli Etibar Məmmədovun axtarışları davam edir.

O və digər məhkum 1989-cu il təvəllüdlü Əli Ağami Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmağa müvəffəq olsalar da, az sonra Şirvan şəhərində ələ keçmişdi. E.Məmmədovun isə axtarışları hələlik nəticə vermir.

Musavat.com-un xəbərinə görə, qaçış planı baş tutandan sonra E.Məmmədovun şimal istiqamətinə hərəkəti haqda məlumatlar əldə olunub. Onun bir neçə nəzarət kamerasına düşməsi haqda də xəbərlər var. Bildirilir ki, E.Məmmədov qaçışdan sonra Ə.Ağamidən ayrılıb və ona hara gedəcəyi haqda məlumat verməyib. Belə ehtimallar var ki, E.Məmmədov Rusiyaya keçə bilər. Onun Rusiya bazarlarında kriminal aləm üzvləri ilə əlaqələri olduğu da bildirilir.

Qeyd edək ki, Ə. Ağami və E. Məmmədov oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçıblar. Ə.Ağami Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama), E. Məmmədov isə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi ilə ittiham olunaraq həbs olunub. Onların cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Vaqondan qaçmazdan bir neçə gün öncə dövlət ittihamçısı E. Məmmədovla Ə. Ağaminin hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Mühafizə altından qaçdıqlarına görə Cinayət Məcəlləsinin 304.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdi.

E.Məmmədov kriminal aləmdə böyük nüfuza malikdir. Qoca, Etibar Hacıqabullu, Brodyaqa Etibar ayamaları ilə tanınır. O, uşaq yaşlarında cinayət törədib, yetinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan müəssisəyə - "maloletka”ya göndərilib. Orada "obşak” yaradıb və nəzarətçini öldürüb. Azadlığa çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal "razborkalar”a qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. Qoca Azərbaycanda həbsdə olan Lotu Quli ləqəbli kriminal aləm üzvü Nadir Səlifova yaxınlığı ilə seçilir. O, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal "razborka” zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub. Qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə Krıtıy Elvin adı ilə tanınıb. Hazırda bu işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. E.Məmmədovun N.Səlifovun yaxın ətrafına sığınacağı ehtimalı da nəzərdən keçirilir. Hazırda kriminal aləm üzvünün hüquq-mühafizə orqanları tərəfindən axtarışları davam etdirilir.
Novxanıda məktəbdə manyak peyda olub — VİDEOAbşeron rayonu, Novxanı kənd 2 nömrəli məktəbdə oxuyan şagirdlərin valideynləri iddia edirlər ki, maskalı bir qadın mütəmadi olaraq məktəbə gələrək orada oxuyan 6-cı sinif şagirdi Gülcan İsmayılzadəni oğurlayacağını deyib.

Avrasiya.net-in Xəzər TV-yə istinadən məlumatına görə, əks təqdirdə məktəbdə oxuyan şagirdlərdən birini oğurlayacağını bildirib.

Nərmin Həsənovanın axtardığı Gülcan İsmayılzadə və onun sinif yoldaşları da dəfələrlə həmin qadın tərəfindən hədələndiyini deyir.

Araşdırma zamanı məlum olub ki, sözügedən qadın Nərmin Həsənova əvvəllər Gülcan İsmayılzadənin əmisi yoldaşı olub.
Elə həmin illərdə də Gülcan İsmayılzadəni övladlıqda saxlayıb. Bir müddət sonra o, yoldaşından boşanıb və Gülcanla yaşamağa başlayıb. Gülcan İsmayılzadənin dediyinə görə, həmin qadın dəfələrlə ona işgəncələr verib. Bu işgəncələrə dözməyən Gülcan isə öz anası evinə qaçıb. Hər şey isə elə bundan sonra başlayıb.

Gülcan İsmayılzadə yenidən həmin şəxslə yaşamaq istəmədiyini deyir. Məsələ ilə bağlı məktəb direktoru Xanverdi Kazımov məktəbə belə bir şəxsin gəldiyini təsdiqləyib.

Xanverdi Kazımov məsələ ilə bağlı yenidən Təhsil Nazirliyinə və aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.

Haqqında iddialar səslənən Nərmin Həsənov zənglərə cavab verməyib.
Rövşən Lənkəranski və “Lotu Quli” “müharibəsi” haqqında bilinməyən bütün sirlər — MEYDAN OXUMAAzərbaycan oğru klanının killerləri Peterburq və Lenoblastda manevrlər edirlər. Amma biz onların çəkişmələrini anlamırıq. ABŞ-da da əvvəlcə “Cosa Nostra” daxilindəki düşmənçiliyi anlamırdılar. Onları hətta məhkəmələr də qorxutmurdu.

“Ölkə.Az” xəbər verir ki, 30 oktyabr axşamı Peterburqda Azərbaycanda anadan olan iki nəfərin 7 sutkalıq həbsi başa çatacaq. Təbii ki, bu sadəcə məlumatdır. Çünki onların hər ikisi Frunze rayonunda qanun silah saxlamağa görə həbs edilib. Amma onları azad etmək bir az çətin olacaq. Çünki bu iki şəxs şəhəri gəzərək, 500 min dollarlıq qətl sifarişi həyata keçiriblər. Onları Gürcüstan da, Ukrayna da sifarişli qətl ittihamı ilə həbs etmək istəyir. Amma Rusiya onları verməyəcək, çünki formal olaraq bu iki şəxs Rusiyanın vətəndaşlarıdır.

1920-ci illərdə mafiyanın çiçəklənmə dövründə Amerikadakı irland polisi siciliyalıların bir-birini vəhşicəsinə qətlə yetirməsini anlaya bilmirdi. Amma artıq məlumdur ki, Aqricento klanı Messinidən olan ailə ilə müharibəyə qalxmışdı. 1990-cı illərdə də Peterburqda da kazan qruplaşması “Xadi Taktaş” dəstəsinin üzvlərini qəflətən öldürməyə başladı.

Bu səbəbdən 2017-ci ilin 24 oktyabr tarixində Rusiya qvardiyasının dəstəsi küçədə dayanan “Lada-2109” markalı maşınla elə-belə maraqlandı. Sonra isə maşından iki şübhəli şəxsi, maskaları, qandalları, tapancaları, binoklu çıxardı. Artıq polis əməkdaşları başa düşdülər ki, onların qarşısındakı muzdlu qatillərdir. Lənkəran və Bakı ətrafı rayonların cinayət aləmi arasında qanlı müharibə gedir.

Qeyd edək ki, son üç il ərzində Peterburqda onların yenilikləri çox olub. Məsələn, daxili çəkişmələr nəticəsində 2013-cü ildə Moskvada oğru aləminin patriarxı “Ded Xasan” qətlə yetirildi. Bu zaman gənc oğrular “oyanmağa” başladılar.

2014-cü ilin mart ayında Pobeda meydanı yaxınlığında əllərində “Kalaşnikov” markalı avtomat olan killerlər saxlanıldı. Meydan qanuni oğru “Albert Rıjinin” (Heydərov) evi yaxınlığındadır. 2014-cü ilin aprel ayında “Veçerniy Baku” restoranında avtoritet “Vaxa”nı ölümcül döydülər. “Vaxa” Aliyevlə yanaşı həmkarı da orada idi. Eyni ilin yay aylarında tərəflər Türkiyədə üz-üzə gəldilər. Bu dəfə isə köməkləri yox idi.

2016-cı ilin avqust ayında qanuni oğru Rövşən Lənkəranski İstanbulda qətlə yetirildi. Peterburqa “razborka”ların və atışmaların qayıtması məsələsinə gəldikdə isə, 2017-ci ilin iyun ayında Leninsk prospektində “Lotu Quli”nin yaxın adamı Həsənova 6 güllə vurdular. Bu qətlə görə icraçılardan biri həbs edilib. Digəri isə Rusiyaya qayıtmayıb.

Turku küçəsində həbs edilən Emin və Hüseyn xüsusi nüfuzu olan şəxslərdir. Bu ilin may ayında bu şəxsləri Ukraynada axtarışa veriblər. Səbəb isə Odessa şəhərində “BMW X5” markalı maşın və “Quli”nin iki adamının güllələnməsidir. 12 sentyabrda isə Gürcüstan daxili işlər nazirliyi bu iki şəxslə maraqlanmağa başladı. Çünki bu iki şəxs “Toyota Land Cruiser” markalı maşında “Quli”nin məsləhətçisi Məmmədovu öldürdülər. Emin və Hüseyn 3 maşın dəyişərək Azərbaycan sərhədinə yaxınlaşır, taksi ilə Bakıya, oradan da təyyarə ilə Moskvaya gediblər. İstintaqın versiyasına əsasən onlar Moskvada avtoritet Zaur Əhmədovdan 500 min dollar qonorar alıblar. Sonra isə yeni tapşırıqla Peterburqa yollanıblar.

24 oktyabr tarixində onlar Lenoblast məhkəməsi yaxınlığında idilər. Onlar Elçin İsmayılovu gözləyirdilər. Amma o, gəlmədi. Buna görə də, qiyabi olaraq soyğunçuluq və qarətə görə 11 il həbs cəzasına məhkum edildi. Elçinin 4 silahdaşı 5 il yarım və 11 il müddətinə həbs ediliblər.

Hədəfin gəlmədiyini görən killerlər Elçinin dostu yaşayan Turku küçəsinə yollandılar. Əgər polis olmasaydı, Elçinin dostu qolları qandallı vəziyyətdə maşında olardı və Elçinin yerini söyləməməyə çalışardı. Sonra isə meyiti hansısa meşəyə atılardı.

Sadəcə kinoda polislərin işi yaxşı gedir. Realda isə avtomobil salonunda tapança və güllə darağı tapmaq fərqli məsələdir. Emin və Hüseyn həmən tərcüməçi tələb ediblər. Əgər söhbət qandal, maska və binokldan gedirsə, qanun bunu qadağan etmir. Qanunsuz silah saxlamaq da yüngül maddədir.

Amma polis Turku küçəsində saxlanılanların nüfuzunu yaxşı bilirdi. Gürcüstandan da müstəntiqlər təşrif buyurdu. Amma Tiflis onları Rusiya vətəndaşını qətlə yetirməkdə ittiham etsə də, Rusiya onları heç vaxt təhvil verməz.

Rus mətbuatının iddiasına görə, Azərbaycan cinayət klanları arasında müharibə gedir. Rus mətbuatı belə yazır: “onlar arasında etnik qarışıdurma var. Bakı qanadının təmsilçiləri azərbaycanlılar, yəni türklərdir. Lənkəranda isə talışlar yaşayır. Onların babaları farslardır”.

Strateji olaraq bu klanlar Rusiyanın iri şəhərlərindəki meyvə-tərəvəz bazarları uğrunda çarpışırlar. Məsələn, Peterburqda Sofiyskaya tərəvəz bazası var. Bütün mühasibatlıq bloknotlara yazılıb. Burada hökumət yoxdur. Deməli, güclü himayədar məsələsi var. Bu etnik klanların nümayəndələri burada polis və hakim rolunu oynayır. Şəhər və regionun gün ərzində neçə rubl dəyərində nə qədər pomidor aldığını, neçə dəstə göyərti satıldığını qruplaşma əla bilir.

Şübhəsiz ki, əməliyyatçılar bir neçə sutka cütlüyü qanunsuz silah saxlama maddəsi isə saxlayacaq. Amma hər iki saxlanılan şəxs təcrübəli quldurdur. Tezliklə azadlığa çıxıb Moskvaya, hesabat verməyə gedəcəklər.

Sonra isə bossların bir-birini məhvetmə planı işə düşəcək.
Azərbaycanlılarla svanlar toqquşdu: nazir dərhal... – VİDEOOktyabrın 26-da Gürcüstanın Qardabani rayonunda azərbaycanlılarla svanlar arasında toqquşma olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan İctimai Televiziyası yayıb. Televiziya konfliktin rayon kafelərindən birində başladığını bildirib. Belə ki, dava 2 azərbaycanlı və 10 svan arasında yaşanıb. Bundan bir neçə saat sonra gecə 200 svan küçəyə çıxaraq azərbaycanlıların öz dədə-baba torpaqları olan Qardabanidən çıxarılmasını istəyib.

Konflikt o həddə çatıb ki, işə Gürcüstan Daxili İşlər naziri Georgi Mqebrişvili qarışmalı olub. Təcili Qardabaniyə gələn nazir azərbaycanlılarla görüşüb. Görüş zamanı azərbaycanlılardan biri nazirə iradını bildirib və niyə belə konfliktin yarandığını soruşub. Nazir isə hadisəni törədənlərin provokatorlar olduğunu deyib.

“Bu konflikt ayrı-ayrı insanlar arasında baş verib. İmkan vermək olmaz ki, bundan situasiyanın gərginləşdirilməsi üçün istifadə edilsin. Bu, milli konflikt deyil və ondan Azərbaycan və Gürcüstan xalqlarının düşmənləri istifadə etmək istəyir”.

Qeyd edək ki, Tiflisin 33 kilometrliyində yerləşən 15 minlik Qardabani əhalisinin 90 faizini azərbaycanlılar təşkil edir.
Lotu Quli niyə Türkiyəni seçdi?22 illik fasiləsiz həbsdən sonra azadlığa çıxan Nadir Səlifovun (Lotu Quli) daimi yaşayış üçün Türkiyəni seçməsinin maraqlı detalları üzə çıxıb. Kriminal aləmlə az-çox yaxınlığı olanlar, bu aləmdə baş verənlərdən xəbərdar olanlar bilirlər ki, Türkiyə dövləti “Kabadayı” deyilən kəsimə son dərəcə dözümlüdür. Kriminal dünya üzvlərinə qarşı Türkiyə dövlətinin işinə qarışmayınca hər hansı bir hərəkətə keçilmir. Odur ki, Türkiyə bütün dünyanın kriminal dairələrinin, təqib olunan siyasilərin rahat yerləşmə məkanına çevrilir.

Düzdür, ara-sıra rahatlıq pozulur, qan su yerinə axır və sonradan heç nə olmamış kimi yenə də həyat öz axarına qayıdır. Çeçen əsilli siyasilərin Rusiya xüsusi xidmət orqanları tərəfindən “ovlanması” haqda dünya mətbuatı illər əvvəl yazırdı. Yəni Türkiyə gündəmi üçün belə olaylar yad deyil. Sonuncu dəfə Türkiyədə, Beşiktaşın mərkəzində ciddi qoruma altında olan azərbaycanlı qanuni oğru Rövşən Canıyev öldürüldü. İllər əvvəldən Türkiyədə mənzillənən Rövşən Lənkəranskinin öldürülməsi kriminal dünyanı əməlli silkələmişdi. Türkiyədə buna qədər də belə qətllər, döyülmələr, təqiblər olmuşdu. Sonra da davam edirdi. Elə Rövşən Lənkəranskinin qətlindən bir neçə ay sonra onun yaxın adamı qanuni oğru Rafiq Eyvazovun Türkiyədə döyülməsi də bunu sübut edir. 2013-cü ildə R.Eyvazov Bakıda silahla tutulmuşdu. O zaman yayılan xəbərlərdə deyilirdi ki, R.Eyvazovu “taclandırıb” “içəri” göndərmək planı Lotu Quliyə problem yaratmaq üçün hazırlanıb. Lakin bu plan baş tutmadı, onu Türkiyədə tapıb döyməklə, cəzalandırmaqla məsələni bitirdilər. Lotu Qulinin qardaşı - “qanuni oğru” Namiq Səlifov da bir neçə ildir Türkiyədə yaşayır.

Kriminal dünyanın cənnət məkanı Birləşmiş Ərəb Əmirlikləri hesab edilir. Bir zamanlar “Rövşən Lənkəranski”nin də Dubayda mənzilləndiyi deyilirdi. Sonradan o, Türkiyəyə köçdü və qoruma altında olması onu gülləbaran edilərək öldürülməkdən sığortalamadı. Maraqlı məlumatlardan biri də budur ki, BƏƏ-də bu günə qədər kriminal aləm üzvlərindən kimsə öldürülməyib.

Lotu Quli hazırda İstanbulda təbrikləri qəbul edir. Rusiya mətbuatı yazır ki, onun azadlığa çıxması yaxın zamandakriminal dünyada böyük dəyişikliklərə gətirib çıxara bilər. Oğru aləminin yuxarı eşelonunda təmsil olunan ancaq 2 nəfərə indiyə qədər bu qədər “ümidlə” baxılıb. Bunlar Şakro Molodoy və Yaponçik olub.

Lotu Qulinin hər ikisindən üstün cəhəti var - gəncliyi, 45 yaşındadır. Üstəlik, Rövşən Lənkəranskinin qətlindən sonra onun olan bütün sərvət Şakronun və Cvanqveladzenin bütün etirazına baxmayaraq Lotu Qulinin ixtiyarına verilib. Etiraz edən isə ancaq Rövşən Canıyevin yaxın qohumu Zaur Əhmədov olub. O, indi də Quli ilə “müharibə vəziyyətindədir”.

Quli azadlığa çıxdıqdan dərhal sonra Peterburqda onun dostu Elşən Məmmədovun ehtimal edilən qatilləri saxlanılıb. Saxlananlardan biri də Zaurun doğma qardaşı Emin idi. Beləliklə, Zaur “Lotu Quli” ilə mübarizə meydanında təklənmiş durumdadır.

Xatırladaq ki, Lotu Quli 2000-ci ildə Raul və Şirəli Aslanov tərəfindən “taclandırılıb”. O cəzasını Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində çəkib. Gürcüstanda doğulan N.Səlifov sovet vətəndaşı pasportu ilə 1995-ci ildə həbsxanaya düşüb... Sonra Səlifovun cəza müddəti artırılıb. O, üst-üstə 27 il müddətinə azadlıqdan məhrum edilib.

2005-ci ilin yanvarında Nadir Səlifovun kiçik qardaşı Müşfiq Səlifov və onunla birlikdə idmançı Fariz Məmmədov həbs edilib. Müşfiq Səlifov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Kriminal dünyası buna dərhal reaksiya verib. Hüquq-mühafizə orqanlarının rəhbərlərinə M.Səlifov və Məmmədovun təcili azadlığa buraxılması tələbi ilə ultimatum göndərilib. Əks təqdirdə, kriminalitet bütün həbsxana və koloniyalarda qiyam qaldırmaqla hədələyib ki, bu da özünü çox gözlətməyib. 15 fevral 2005-ci ildə 200-dək məhbus 11 saylı Ciddi Rejimli İslah Əmək Koloniyasında qiyam qaldırıb, üçmərtəbəli kazarmanın damına qalxaraq qaniçən adlandırdıqları koloniya rəisi Oqtay Həsənovun istefasını tələb ediblər. Növbəti gecə aksiyalar 13-cü koloniyada başlayıb. Bu dalğanı yaradan məhz Nadir Səlifov idi.

M.Səlifov 7 il həbsdə oturandan sonra 2012-ci ildə azadlığa çıxıb. Hazırda Müşfiq Səlifov Türkiyədə yaşayır və Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək bəraət almaq istəyir.

Lotu Quli indiyə qədər 22 il dəmir barmaqlıqlar arasında olub ki, onun da 10 ilini Qobustan qapalı tipli həbsxanasında keçirib. O, daha 5 il də həbsxanada qalmalı idi. N.Səlifovun işinə baxılıb və “qanuni oğru” vaxtından əvvəl azadlığa buraxılıb.

Musavat.com