33 yaşlı qadın evə gələrək ərini dayə ilə tutdu - Bakıda intihara cəhdBakıda 33 yaşlı qadın intihara cəhd edib.

Lent.az xəbər verir ki, dünən Xəqani küçəsində yaşayan 33 yaşlı Kamilə Hüsüyeva (adlar şərtidir) zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məlum olub ki, 33 yaşlı qadın çoxsaylı dərman həbləri qəbul edərək özünü zəhərləyib. İlkin araşdırmalar zamanı məlum olub ki, K.Hüsüyeva həyat yoldaşı, 33 yaşlı Şahini evində dayə işləyən 25 yaşlı Bəsti Mustafayeva ilə yaxalayıb. Ərinin ona dayə ilə xəyanət etdiyini öyrənən qadın dərhal özünü öldürmək istəyib.

Faktla bağlı araşdırma aparılır.
Fədayəni avtoritet sevgilisi ilə görüşdürən rəis işdən çıxarılıbOktyabrın 23-də həbsdən qaçan məhbuslara kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və sevgilisi “Qoca” ləqəbli Etibar Məmmədovla bağlı daha bir detal ortaya çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təxminən bir il əvvəl Şirvan Müvəqqəti Saxlanma Təcridxanasından Bakıya gətirilən Etibar Məmmədovla sevgilisi Fədayə Laçının yolüstü gizli görüşü təşkil edilib.

Həmin görüş üçün avtoritetin istintaq təcridxanasının rəisinə 500 dollar ödədiyi bildirilir. Faktın üstü açıldıqdan bir neçə ay sonra Şirvan MST-nin rəisi Zöhrab Sarıyev işdən qovulub.

Reportun məlumatına görə isə, müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) məhkəmədə "Qoca" ləqəbli dustaq Etibar Məmmədovla sevgili olduğunu etiraf edib.

Xatırladaq ki, Məmmədova Fədayə Baris qızı oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
“Cənablar, mənim hörmət etdiyim sevimli jurnalistlər, anti-Məmmədov isterikasını dayandırın!”.

Bu sözləri Modern.az-a açıqlamasında Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı, ictimai xadim Fizuli Məmmədov 2018-ci il prezident seçkilərində namizədliyinin irəli sürülməsilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

F.Məmmədovun Modern.az vasitəslə jurnalistlərə müraciət edib:

“Şənbə günü “Facebook” sosial şəbəkə istifadəçilərindən biri 15 nəfər Azərbaycan siyasətçilərinin şəkillərindən ibarət görüntünü öz səhifəsində dərc edərək, “Prezident seçkiləri-2018. Siz kimə səs verərsiz?” sualını ünvanlayıb

Sosial şəbəkə istifadəçisinin Azərbaycan prezidenti postuna namizəd qismində göstərdiyi bu 15 nəfər Azərbaycan siyasətçilərinin fotoşəkilləri arasına mənim də şəklim salınıb. Növbəti gün isə bəzi saytlarda dərc edilən məqalədə məlumat yayılıb ki, "Frenk Elkaponi adı ilə tanınan məşhur biznesmen Füzuli Məmmədov 2018-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək istəyindədir".

Çox təəssüflər olsun ki, materialı dərc etməzdən qabaq bu barədə fikrimi bilmək üçün həmin sayt mənimlə əlaqə saxlamayıb. Mən jurnalistlərin suallarına cavab verməyə həmişə hazıram. Əgər başqa şəhərlərdən zəng etmək siz jurnalistlərə baha başa gəlirsə, onda “Facebook”dakı şəxsi səhifəm vasitəsi ilə mənimlə əlaqə saxlaya bilərsiniz”.

İş adamı qəti şəkildə yazılanların həqiqətə uyğun olmadığını bildirib:

“2018-ci ildə Azərbaycanda keçiriləcək prezidenti seçkilərində mənim iştirak etmək planlarım haqqında sizin yazdıqlarınız həqiqətə uyğun deyil, tamamilə cəfəngiyatdır. Bu, sadəcə hüquqi nonsensdir.

Hörmətli jurnalistlər! Yəqin ki, hər biriniz ali təhsillisiniz və öz ölkənizin qanunlarına yaxşı bələdsiniz. Azərbaycan Konstitusiyasının 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə namizəd qismində yalnız 10 ildən artıq Azərbaycan vətəndaşlığı olan və Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan vətəndaşlar öz namizədliklərini irəli sürə bilər.

Mən sizin diqqətinizi belə bir məqama yönəltmək istərdim: təəssüf ki, mən Azərbaycan Respublikasının vətəndaşı deyiləm və son 30 ildə orada yaşamıram. Bundan başqa, mən ikili - Rusiya və İtaliya vətəndaşıyam. Deməli, sırf hüquqi baxımdan, mən 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edə bilmərəm”.

F.Məmmədov bu kimi məsələlərlə diaspor nümayəndələrini Azərbaycandan uzaqlaşdırmamağa çağırıb:

“Rica edirəm, bundan sonra mənim adımla yanaşı "narkotik" ifadəsini işlətməyin! Sizin istinad etdiyiniz bu iş 17 il bundan əvvəl olub, o vaxt mənə qarşı sürülən bütün ittihamlar aradan götürülüb, təxribatçılar isə müxtəlif maddələrlə cəzalara məhkum olunaraq, azadlıqdan məhrum ediliblər. Ona görə də, hörmətli jurnalistlər, mənim haqqımda gerçəkliklə heç bir əlaqəsi olmayan qeyri-dəqiq məlumatlar, hər cür cəfəngiyatlar yazmağı tərgidin! Özünüzün anti-Məmmədov isterikasını dayandırın! Əziz həmvətənlər, öz xalqınızı sevin! Vətənə yardım edən ölkə diasporunun tanınmış nümayəndələrinə qara yaxmayın, onları itəliyərək, doğma Azərbaycandan uzaqlaşdırmayın!”
Elçin Mirzəbəyli "Ziyalı sözü" layihəsi çərçivəsində gənclər ilə görüşdüGənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin birgə həyata keçirdiyi "Ziyalı sözü" layihəsinin növbəti tədbiri keçirilib.

Layihənin budəfəki qonağı şair, jurnalist, politoloq Elçin Mirzəbəyli olub. Binəqədi rayon Gənclər evindəki görüşdə GTM-in üzvləri, nüfuzlu universitetlərin tələbələri və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözüilə açan GTM-in və layihənin rəhbəri Fəxrəddin Həsənzadə layihənin məqsədi haqqında geniş məlumat verib, Elçin Mirzəbəylinin yaradıcılığından söz açıb. E.Mirzəbəylinin eyni zamanda ədəbiyyat, jurnalistika, rejissorluq, politologiya kimi mütəlif sahələrdə çalışdığını deyən F.Həsənzadə bunun səbəbi ilə maraqlanıb.

Gənclərlə görüşdən məmnunluq duyduğunu deyən Elçin Mirzəbəyli müxtəlif sahələrlə məşğul olması və əldə etdiyi uğurlar haqqında danışıb: “İnsan necə görünürsə, əslində odur. Ona qədərki olan bütün tarixçələr, əldə etdiyi uğurlar sadəcə bu obrazın aşkara çıxması üçün bir vasitədir. Müxtəlif sahələrlə məşğul olmaq təkcə insanın öz istəyi, meyli ilə bağlı olmur. Həyat da insanı bir sahədən digərinə ata bilər. Ancaq həyat səni müəyyən bir yerə atdısa, yol səni bu istiqamətə gətirdisə, bundan yeganə çıxış yolu düşdüyün yerdə özünü təsdiqləməkdir. Bunu kimsə üçün yox, özün üçün etməlisən Yəni, özünə "mən bunu elədim"- deyə bilmək üçün. Mənim də yollarımın haçalı olması və bu yollarda qazandığım müəyyən uğuların səbəbi odur ki, özümü özümə təsdiqləməyə çalışmışam. Bir tək ədəbiyyatda sübuta ehtiyacım olmayıb. Çünki bu Allah vergisidir. Ədəbiyyata heç zaman peşə kimi baxmamışam. Şairlik vəzifə deyil. Mən bir ədəbiyyat adamı kimi öz içimdən gələn hisslərimi, duyğularımı yazmağa çalışıram”.

Tədbirin gedişatında gənclər onları maraqlandıran sualları şairə ünvanlayıblar, görüş diskusiya şəklində davam edib.

Şair özünə ədəbi əcdad hesab etdiyi yazarlardan danışarkən deyib: “Mən ədəbiyyat adına nə oxumuşamsa, kimi oxumuşamsa, Nizamidən başlamış Pasternaka kimi hamısını özümə müəllim hesab etmişəm. Ancaq ədəbiyyatda ardıcıllıq məsələsi bir az fərqli yanaşma tələb edir. Çalışmaq lazımdır ki, heç kimin ardıcılı olmayasan. Ona görə də müəyyən mərhələdə həm milli, həm də dünya ədəbiyyatını kifayət qədər çox mütaliə etmişəm. Amma bir zamandan sonra çalışdığım qədər fəlsəfi əsərləri, Sartrı, Freydi, Nitşeni, Kamyunu və başqalarını oxumağa başladım. Bu əsərlər son nəticədə insanın xarakterinin, dünyagörüşünün formalaşmasına gətirib çıxarır. Əsas məsələ odur ki, ədəbiyyat sənə nə verir? Ona görə də mən artıq seçilmiş əsərləri oxuyuram. Söhbət ruhən yaxınlıqdan gedirsə, Azərbaycan ədəbiyyatından Nəsimini özümə daha yaxın hiss edirəm. Vaxtilə mənim elmi işim də sufizmlə bağlı olub. Buna görə onu araşdırırdım deyə, o fəlsəfəni başa düşməyə, içinə daxil olmağa çalışırdım. Mənim üslubumu araşdırmaçılar sərt modernizm kimi qiymətləndirirlər. Azərbaycanda bu üslubda yazan ikinci yazar yoxdur. O baxımdan kimə bənzədiyimi dəqiq bilmirəm. Şeiri texniki iş hesab etmirəm. Halbuki, şeiri texnika ilə yazan şairlər var. Mən həmin an hansı fikir, hansı misra gəlirsə, onu yazıram. Ona görə də adətən şeirlərim qısa olur”.

Görüş iştirakçılarının böyük əksəriyyətinin xanımlar olmasına diqqət yetirən qonaq deyib: “Çox maraqlıdır ki, Azərbaycanda poeziyanı, ədəbiyyatı daha çox xanımlar sevirlər. Bu, sevindirici haldır. Çünki kişi övladın tərbiyəsində heç bir rola malik deyil. Xanımların ədəbiyyatı sevməsi və yaxşı əsəri dəyərləndirməsi, gələcək Azərbaycan nəslinin formalaşması üçün çox mühüm amildir”.

Bəzən müxtəlif müəlliflərin şeirlərinin bir-birinə bənzəməsi haqqında şair deyib ki, şeirlər hisslərin məhsulu olduğundan, hətta bir-birini tanımayan, heç zaman oxumayan şairlərin belə şeirləri, hansısa fikirləri bir-birinə bənzəyə bilər.

“Məşğul olduğunuz sahələrdən hansı sizə daha yaxındır”- sualına E.Mirzəbəyli cavab olaraq deyib ki, əslində bunların hamısını birlikdə qəbul etmək lazımdır: “Rejissorluq, jurnalistika, ədəbiyyat yaradıcı sahələrdir. Buna görə də bir-birinə çox yaxındırlar. Politologiyanın əsasında isə analitika, yəni təhlil dayanır. Eləcə də rejissorluğun da əsasında bu var. Çünki rejissor da hansısa hadisələri şərh edir. Əgər bunların hamısında uğur qazandığım hesab olunursa, bunun yeganə səbəbi odur ki, bu sahələrin hər birini sevirəm. Əgər insan bir işlə məşğul olub, digərini sevdiyini deyirsə, onda deməli, o, birinci özü özünə xəyanət edir. Üç istiqamət mənim həyatımı təmin etdiyim fəaliyyət sahələrim, peşəmdir, ədəbiyyat isə peşəm yox, ruhi qidamdır”.

“Bəzən dünyanın ən gözəl şeiri ən adi, hətta əhəmiyyətsiz bir nüansdan da yarana bilir. Bu da ondan irəli gəlir ki, uzun zamanın hissi, xatirələri yığılır və bircə anda hansısa xəfif qığılcımla alışır və şeirə dönür”. Şair bu sözləri "şeirləriniz adətən nəyin təsiri ilə yaranır?"- sualına cavab olaraq deyib.

İştirakçılara qonağın din və elm haqqındakı düşüncələri də maraqlı olub. Şair bu haqda verilən sualı belə cavablayıb: “Dinlə elmi qarşı-qarşıya qoymaq və iç-içə gətirmək yalnışdır. Biri ruhi qidadır, digəri isə dünyanın inkişafına, texniki tərəqqiyə, insanlara rahat həyat bəxş edən istiqamətdir. Bu yanaşma son dövrlər Azərbaycan cəmiyyətində daha çox kök salmağa başlayıb. Mən tez-tez bu məsələlərə münasibət bildirirəm. Din ehkamdır, yəni müzakirə olunmur. Amma elm müzakirəsiz inkişaf edə bilməz. Deməli, dində elm yoxdur. Avropa bu yolları bizdən daha tez keçib. Orada xristianlıq elmdən ayrıdır. İnsan büün gün dindən danışırsa, o, psixoloji xəstədir. Allah insanın içindədir. İbadət edirsənsə, Ona edirsən, özünə edirsən. Bunu başqalarına nümayiş etdirməyə gərək yoxdur. Dinlər insanlara yol göstərmək üçün yaranıblar. Ancaq dövr dəyişdikcə, onlarda da dəyişmələr olmalıdır, inkişaf getməlidir. Bütün dinləri oxuyub öyrənmək lazımdır. Bu, həm də mədəni faktordur. Ağılla, şüurla dərk edilməlidir. Mənimçün mənəvi yüksəlişin digər bir tərəfi də elmdir”.

Görüş iştirakçılarından biri E.Mirzəbəylinin şair Bəxtiyar Vahabzadə haqqında çəkdiyi filmi xatırlayıb və filmin yaranma səbəbi ilə maraqlanıb. Bu haqda şeir deyib: “Bizim onunla aramızda qəribə bağlılıq vardı. 1988-ci ildə mən “Azərbaycan marşı”nı yazmışdım. 1989-cu ildə mənim təqdimatı ilk dəfə efirdən Bəxtiyar Vahabzadə səsləndirib, bu marş haqqında danışıb. Mənim heç xəbərim də yox idi. Sonra mən burada olmadım, uzun müddət görüşə bilmədik. Qayıdandan sonra bir dəfə rastlaşdıq, mənimlə görüşmək istədiyini dedi. Mənimsə xarakterim elə idi ki, həmişə hər kəsdən qaçırdım. O, həmişə istedadlı gənclərə dəstək olub, onları qoruyub. Ona qarşı həmişə içimdə sevgim olub. Görüşlərimizin birində ürəyimdən keçdi ki, onun haqqında bir film çəkim, sevgimi və mənə etdiyi yaxşılıqların minnətdarlığını belə bildirim”.

Tənqid haqqında danışarkən şair deyib: “Dostlar çox zaman insana kənardan baxa bilmirlər. Hardasa o sevgi mane olur. Portret olaraq məni ən düzgün Əflatun Amaşov təsvir edib”.

Daha sonra iştirakçılar şairin “Ya sevda bitəcək, ya daş bitəcək”, “Səni gözləyirəm” və başqa şeirlərini səsləndiriblər.
Şair özü isə gənclərin istəyi ilə “Bizim bu şəhərdə heç kimimiz yox”, “Elə darıxasan”, “Fotolarda saralır saçımızın qarası”, “Mən sənə Tanrının əmanətiyəm”, “Bir gün mən olmasam” və s. şeirlərini oxuyub.

Sonda şair imzalı kitablarını iştirakçılara hədiyyə edib.
Ermənistan ordusunun daha iki əsgəri hərbi hissədən qaçdıİşğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşən hərbi hissədə xidmət edən Ermənistan ordusunun hərbi qulluqçuları Henrik Qazaryan və Atabek Mkrtçyan məruz qaldıqları təhqirlərə dözməyərək xidmət yerlərindən qaçıblar.

Virtualaz.org bildirir ki, məlumatın ictimaiyyətdən gizlədilməsi məqsədilə hərbi hissə komandiri dərhal bu əsgərlərin və onların valideynlərinin saxlanılaraq hərbi hissəyə gətirilməsinə göstəriş verib.

Özbaşınalıq səbəbindən xidmət yerini tərk edən və tutularaq zorla xidmət yerinə gətirilən hərbi qulluqçuların valideynləri də hərbi hissəyə dəvət ediliblər.

Komandanlıq hərbi hissədə baş verənlər haqqında valideynlərin şikayət etməyəcəyi təqdirdə, əsgərlərə cinayət işinin açılmayacağına razılıq verib.
Dövlət xidmətinin iki idarə rəisi işdən çıxarıldıSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki rayon idarəsinin rəisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, xidmətin Səbail rayon idarəsinin rəisi Polad İbrahimov tutduğu vəzifədən azad edilərək, Yasamal rayon idarəsinin rəisi, Yasamal rayon idarəsinin rəisi Namiq Hüseynov isə tutduğu vəzifədən azad edilərək, Səbail rayon idarəsinin rəisi vəzifələrinə təyin olunublar.
Fədayə necə tutuldu? - Şok detallarMüğənni Fədayə Laçının “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun və onunla birgə cəza çəkən Əli Ağaminin həbsdən qaçmasına necə yardım etdiyi ilə bağlı yeni detallar üzə çıxıb.

Lent.az-ın məlumatına görə, avtoritetlərin xüsusi tipli vaqondan qaçmasının təşkilatçısı əslində birbaşa Fədayə Laçın deyil. Bu işdə əsas iştirakçı dəstənin digər xanım üzvü Günay Atakişiyeva olub.

Bildirilir ki, G.Atakişiyeva son bir neçə ayda bir neçə dəfə Qocanı həbsxanada ziyarət edib. Onunla yaxın münasibəti olduğu görüntüsü yaradıb. F.Laçın isə bu işdə əsasən maddi dəstəkçi rolu oynayıb. O, G.Atakişiyevaya qaçış planının baş tutması üçün lazım olan maddi dəstəyi verib.

Əldə etdiyimiz məlumatda deyilir ki, planı həyata keçirmək üçün G.Atakişiyeva əvvəlcədən Astaraya gedib və orada məhkumların gətirildiyi qatara minib. Daha sonra o, nəzarətçilərlə əvvəlcədən razılaşdırıldığı kimi, xüsusi təyinatlı vaqona keçərək Qocanın yanına girib. Şirvan şəhərinə qədər onunla birlikdə gəlib və orada qatardan düşüb. Bu vaxt ərzində isə o, avtoritetlərin qaçması üçün lazım olan xüsusi açarı Qocaya verə bilib.

Etibar Məmmədov və Əli Ağami isə Bakı yaxınlığında həmin açar vasitəsilə xüsusi təyinatlı vaqondan çıxmağa müvəffəq olublar.

Bildirilir ki, müğənni Fədayə Laçın da məhz Günay Atakişiyevanın ifadəsi əsasında həbs edilib.

Bu arada, Fədayə Laçın istintaqda verdiyi ifadə də məlum olub. O, ittiham üzrə özünü təqsirli bilməyib və ifadəsində plandan xəbərsiz olduğunu deyib: "Mənim etibarımdan sui-istifadə ediblər. Onların qaçmaq niyyəti olduğunu bilməmişəm. Bunların heç birindən xəbərim yoxdur".

Qeyd edək ki, F. Laçın təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.
9 adamı doğrayıb soyuducuda gizlətdi - Şok olayYaponiyada 20 yaşlı gəncin evində 9 nəfərin cəsədi tapılıb.

Polis Tokyoda itkin düşmüş 23 yaşlı qızın axtarışı zamanı şübhəli gəncin evində dəhşətli olay ilə üzləşib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, axtarış zamanı soyuducuda doğranmış insan meyitləri aşkarlanıb. Polisin verdiyi məlumata görə, bəzi meyitlər parçalanaraq bir neçə konteyner içərisində soyuducuya yerləşdirilib.

Manyak oğlan və itkin düşmüş qız twitter sosial şəbəkəsində tanış olublar. Yazışma, qızın "onunla intihar edən birisini axtardığını" yazdıqdan sonra başlayıb.

Mənzilin sahibi saxlanılıb və böyük ehtimalla, qətl şübhəsi ilə həbs olunacaq.
BTQ DƏMİRYOLU QƏRBİN GEOSIYASI LAYİHƏSİ KİMİ..Məhəmməd Əsədullazadə
politoloq

Bakı-Tiflis -Qars dəmiryolu Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat vasitəsidir. Qərbin son illərdə dəstək verdiyi "Cənubi Qaz Dəhlizi" və tikilməsi nəzərdə tutulan TransXəzər boru kəməri və BTQ dəmiryolu geosiyasi və geostrateji baxımından mühüm əhəmiyyət kəsb edir. Bu lahiyələr, Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Avropaya Rusiyadan kənar daşınmasında mühüm rol oynayacaq. Orta Asiya ölkələrinin Rusiyadan tranzit asılılığına son qoyacaq.

Qeyd edim ki, Mərkəzi Asiya uğrunda Qərblə, Rusiya arasında mühüm rəqabət regionudur. Mərkəzi Asiya son illərdə Qərblə Rusiyanın siyasi-iqtisadi maraqları toqquşduğu regiondur. Artıq, Qərb yeni iqtisadi lahiyələrlə Mərkəzi Asiyada güclənmək və Rusiyanın təsirini azaltmağa çalışır.

Qeyd edək ki, bu layilər tam işə düşəndən sonra, regionda rəqabət Qərbin xeyrinə dəyişəcək, Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada siyasi-iqtisadi mövqeləri zəifləyəcək. Hömçinin BTQ dəmiryolu Ermənistanın iqtisadi izolyasiyasını daha da gücləndirəcək. Artıq, işğalçı ölkə Qərbin dəstək verdiyi geosiyasi lahiyədən bir daha kənarda qalacaq.
Xüsusilə, Rusiya, artıq sərhədlərinin yaxınlığında bu kimi meqa layilərin reallaşmasından narahatdır. Rəsmi Kreml çalışacaq ki, Cənubi Qafqazda ümumi siyasi vəziyyəti gərginləşdirsin. Gürcüstan və Azərbaycan arasında konfliktlərə yol açsın. Artıq, bunun işartıları biruzə verir. Marneulidə yerli azərbaycanlılarla svanlar arasında kiçik toqquşma buna misal ola bilər. Nəticədə 200 dən artıq svan meydana çıxaraq azərbaycanlıların köçürülməsi ilə bağlı nümayiş keçiriblər. Bu insident təsadüfi sayıla bilməz. BTQ açılışı vaxtı baş verən bu olay, bir başa rəsmi Kremlin regionda vəziyyəti gərginləşdirməyə çalışmasının nəticəsidir.

Rusiya xalqlar arasında müharibə və etnik münaqişələrin qızışdırılmasında öz geosiyasi məqsədləri üçün istifadə edib. Marneulidə baş verənlər Rusiyanın bu siyasətinin bariz nümunəsidir.

Vurğulamaq lazımdır ki, Cənubi Qafqaz və Mərkəzi Asiya uğrunda Qərblə Rusiya arasında siyasi qarşıdurma yeni fazaya daxil olur. Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən açılış mərasimi regionda yeni siyasi dönəmin başlanğıcından xəbər verir. Azərbaycanın bu layihənin əsas iştirakçıları arasında xüsusi mövqeyi, ölkəmizin Qarabağ probleminin həllində beynəlxalq siyasi arenada mövqelərinin möhkəmləndirilməsinə və yeni tərəfdaşlar qazanmasına səbəb olacaq.
Fədayə danışdı: "Məndən istifadə elədilər"Müğənni Fədayə Laçın oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməklə bağlı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

APA-nın əldə etdiyi məlumata görə, o, məhkəmədə ifadəsində məhbuslara kömək etmədiyini deyib. "Mənim etibarımdan sui-istifadə ediblər. Onların qaçmaq niyyəti olduğunu bilməmişəm. Bunların heç birindən xəbərim yoxdur", - deyə müğənni bildirib.

Qeyd edək ki, F.Laçın təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.