
Bu günkü müsahibimiz İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyoru,gözəl insan, tamaşaçıların sevimlisi Əjdər Zeynalovdur.
Teatırı özü üçün məbəd hesab edən dəyərli sənətkarımızdan müsahibə götürmək istədikdə: "Mən tamaşaçılarıma görə aktyor olmuşam."-deyib, böyük məmnuniyyətlə müsahibəyə icazə verdi:
Beləliklə müsahibimdən götürdüyüm sorğunu sizə təqdim edirəm:
-Xoş gördük Əjdər bəy, necəsiniz?
-Təşəkkür edirəm minnətdaram.
-Əjdər bəy,həyatınız haqqında qısaca necə məlumat verərdiniz?
-Mən, Qərbi Azərbaycanda doğulmuşam. Orta məktəbi orda bitirmişəm. 1982-ci ildə Bakıya gəlib Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşam.
-Niyə məhz aktyor olmağı seçdiniz?
-Maraqlı sualdır. Qısaca sevdiyim üçün desəm sizi qane edərmi?
-Bəli,çox sağ olun, qane edir.
"Teatr canlıdır, teatr məbəddir.Məşhur Hollivud ulduzları belə, boş vaxtlarını tetarda keçirirlər ki, kökdən düşməsinlər" deyən aktyorumuzdan seriallarla bağlı suallarımıza cavab verməyini xahiş etdik:
-Əjdər müəllim,keçən mövsümdə "Kölgə" serialında iştirak edirdiniz. Amma bu mövsümdə yoxsuz. Niyə?
-Keçən mövsüm bitdikdə yeni mövsümdə çağırılacaqmı desələr də nədənsə çağırmadılar. Yenə də çox sağ olsunlar,hamıya uğurlar arzu edirəm.
-Əjdər müəllim, hazırda hansı seriallarda rol almısınız?
-Hazırda "Satılmış həyat" və "Lal yuxu" seiallarında çəkilirəm.
-Bəs kinoya hansı filmlə gəlmisiniz?
-R.Əsədovun "İtirilmiş həqiqət" filmi ilə.
-Sizə düşünmədən yadda qalan obrazlarınızı söyləyin desəm hansı obrazları xatırlardınız?
-Aslan ("Toy gecəsi"), Əjdər ("Ləkə"), erməni obrazı ("Dolu") və s.
-Sizi hansı filmdəki obrazlarınız daha çox məşhurlaşdırıb?
-"Toy gecəsi" və "Ləkə" filmlərindəki obrazlar.
-Daha çox filmlərdə mənfi obrazlar yaratmısız. Filmlərdə mənfi obraz yaradan Əjdər Zeynalov həyatda da mənfidirmi?
-Tam əksinə. Həyatda çox pozitiv bir insanam.
-Səhv etmirəmsə "İki ömür" serialında müsbət obraz yaratmışdınız?
-Bəli, amma çox təəssüf ki maliyyə problemləri yarandığı üçün film sona qədər çəkilə bilmədi. Hətta tamaşaçılar tərəfindən sevilsə belə.
-Hansı rejissorlarla işləmək istərdiz?
-Elxan Cəfərov kimi rejissorlarla.
-"İki ömür" serialında yaratdığınız obrazın övladları əlindən alınır. Allah göstərməsin siz bununla həyatda qarşılaşsaydınız?
-Bunu dilə belə gətirmək istəmirəm.
-Yaratdığınız obrazların hansısa birində özünüzü tapa bilmisinizmi?
-Xeyr.
-Niyə bu qədər tez və konkret cavab verdiz?
-Obrazların heç biri öz xarakterimə uyğun olmadığı üçün.
-Yaxşı bəs, özünüz rejissor olsaydız hansı janrda film çəkərdiniz və baş rola kimi dəvət edərdiz?
-Rejissor olsaydım melodrama janrında film çəkərdim, baş rola isə....yəqin ki, obraza uyğun seçərdim.
-İçinizdə hansısa obrazı yaratmaq eşqi necə,varmı?
-Çoxdur,dilə gətirə bilməyəcəyim qədər çox.
-Sizi qardaş Türkiyə səhnəsinə dəvət etsəydilər bəs hansı türk aktyoru ilə çəkilmək istərdiz?
-Peşəkar aktyorlarla.
-Bəlkə bir azda İrəvan Azərbaycan Dövlət Dram Teatrından danışaq. Nə deyirsiz?
-Doğma teatrımdan?
-Bəli.
-Buyurun.
-Əjdər müəllim, İrəvan Azərbaycan Dövlət Dram Teatrının fəaliyyətindən razısınızmı?
-Xeyr. Teatrın potensialı daha çoxdur. Bunu inkişaf elətdirmək mütləq lazımdır. Bir də hərə öz yerində olmalıdır. Belə olduqda keyfiyyətdən söhbət gedə bilər.
-Teatr yeni mövsümə nə zaman başlayır?
-Ayın 26 sı. Xalid Mirzəyevin "Min möhtəşəm günəş" əsəri ilə.
İstedadlı aktyorumuzu daldığı xəyallardan ayırmaq üçün ona "Aktyor taleyinizdən razısınızmı?"sualını verdim “Çox təəssüf də olsa narazıyam" dedi.-“bu gün aktyorlara maliyyə yardımı yoxdur”
-Bəs itirdikləriniz və qazandıqlarınız haqda nə deyə bilərsiz?
-İtirdiklərim bu gün işğal altında olan torpaqlarımız. Mənimsənilmiş doğma yurdum.
-İrəvan.
Daha sual verməyə heç bir söüm qalmadı.Ancaq istedadlı aktyorumuza "İnşallah torpaqlarımız azad olunduqdan sonra İrəvan Azərbaycan Dövlət Dram Teatrının tamaşalarına elə İrəvanda baxmaq arzusuyla...
M. Sadıqova