İntim videosu yayılan müğənninin vəziyyəti pisləşib - “Xəstəxanadayam...”Tanınmış müğənni Elariz Məmmədoğlunun intim videosu yayılıb.

Sözü gedən videogörüntü "xnxx” adlı pornoqrafik saytda yayımlanıb. İllər öncə çəkilən videoda Elariz Məmmədoğlu qəfil otağa daxil olan dostlarından çəkilişin dayandırılmasını xahiş edib.

Elariz Məmmədoğlu AzNews.az-a açıqlamasında sözü gedən video ilə onun heç bir əlaqəsi olmadığını qeyd edib:

“O mən deyiləm. Bunu sona kimi araşdıracam. Hazırda xəstəxanadayam, danışa bilmirəm” deyə bildirib.

Oksana Elşad Xose tərəfindən "döyülməsindən" danışdıÖtən gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu iddia ilə “Qafqazinfo.az” saytı çıxış edib. İddiaya görə reperin saxlanılmasına keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanı döyməsi səbəb olub.

Lakin, yenicag.az saytına açıqlama verən cazibədar rəqqasə xəbəri təkzib edib:

“Bu cür sarsaq xəbərləri kim yazır, bilmirəm. Bayaqdan nə qədər adam zəng edib, dostlarım narahat olub. Çox əsassız söhbətdir. Axı Elşad məni niyə döyməlidir ki? Kim bu söhbəti hansı səbəbdən uydurub bilmirəm. Əsassız xəbərə də şərh bildirmək istəmirəm. Məni belə söhbətlərə qatmayın”.

Qeyd edək ki, Elşad Xose ilə Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər.
Bərzaninin bank hesabları ortaya çıxdı – 55 milyard dollar2012-2017-ci illər arasında İraqın şimalında 45-dən çox neft quyusunu işğal edən Məsud Bərzani Habur Sərhəd Qapısı, Koreya Telekommunikasiya, qaz-neft gəlirləri və mərkəzi hökumətdən aldığı payları şəxsi sərvətinə çevirib.

Məsud Bərzani, İsrail və ABŞ-ın dəstəyi ilə girdiyi 25 sentyabr qondarma referendumdan sonra Yaxın Şərqin ən çox danışılan fiquruna çevrildi. A24.az xəbər verir ki, Türkiyənin “Yeni Şəfəq” qəzetinə açıqlama verən kürd əsilli bir İraqlı keçmiş bürokrat Bərzaninin qardaşları və qardaşı oğlanlarından ibarət bir dərəbəylik rejimi qurduğunu, Maliyyə Nazirliyinin olmasına baxmayaraq gəlirlərin Bərzaniyə məxsus şəxsi hesabda saxlandıldığını bildirib. Heç bir nəzarətə tabe olmadan 1992-ci ildən bu yana tayfanın inanılmaz sərvətə malik olduğunu bildirən İraqlı keçmiş bürokrat Ərbildə insanların həyat şərtlərinin illər boyu sabit qalmasına baxmayaraq tayfanın gəlirlərinin isə əks istiqamətdə böyüdüyünə diqqət çəkib.

Ərbildə 2009-2014 illər arasında önəmli vəzifələrdə olan keçmiş bürokrat ABŞ-İsrail kuklası olan Bərzaninin 55 milyard dollarlıq fərdi sərvəti olduğunu deyib. İraqın şimalında 2012-2017-ci illər ərzində 45-dən çox neft quyusunu işğal edən Bərzaninin Habur Sərhəd Qapısı, Koreya Telekommunikasiya, qaz-neft gəlirləri və mərkəzi hökumətdən aldığı payları şəxsi sərvətinə çevirdiyini işarə edib. Bir dövrdə maliyyə naziri olmuş Rebaz Hamlanın da həmin qeyri-qanuni fəaliyyətlərdən narahat olub üsyan etdiyini xatırladıb.

İraq Regional Kürd Rəhbərliyi Maliyyə Nazirliyi vəzifəsində olan Hamlanın “hökumətə aid olan bütün pulların Bərzaninin hesabına keçməsinə və qazanılan pulun infrastruktur sərmayələrinə xərclənməməsinə görə Bərzaniyə qarşı etiraz etdiyini qeyd edən bürokrat,” Bərzani öz tayfasını zənginləşdirərkən bölgə xalqı 1991-ci ildən əvvəlkindən daha çox yoxsullaşdı” deyib.

Bərzaninin Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Kipr və İngiltərə kimi ölkələrdə ciddi investisiyaları olduğunu bildirən mənbə tayfaya birbaşa və ya dolayı yolla bağlı şirkətlərin dənizçilik, transit-nəqliyyat, ərzaq, mədən, tikinti və neft ticarəti başda olmaqla bir çox sektorda fəaliyyət göstərdiyini də deyib. Keçmiş bürokrat Türkiyə sərhədindəki Habur və İrana açılan Başmaq qapılarının tayfa üçün neft qədər mühüm gəlir mənbəyi olduğuna da işarə edərək “Ərbil bir mafiya quruluşu yaradaraq bütün qazancları bir insanda topladı” – deyə danışıb.

Ərbil mərkəzli IKBY (ŞİKM) rəhbərliyində 5 il vəzifədə olan bürokrat, Bərzaninin 25 sentyabrdan sonra yaşadıqlarını böyük ziyan verən zəlzələyə bənzədib və bundan sonra da sarsıntıların davam edəcəyini bildirib. Bərzani alternativi kimi böyüdülən Lahor Tələbani ilə bağlı danışan keçmiş bürokrat, “İraqın şimalında sistem və məntiq dəyişməlidir, feodal düşüncə tərzi əvəzinə daha geniş əsaslı bölgülü sahə üsulu hakim olmalıdır. Çünki bu model davam etdiyi müddətcə Lahor Tələbani də bir Öcalan və Bərzani olacaqdır. Bunun əvəzinə tayfanı deyil, bütün bölgə xalqını qucaqlayan kadrlar rəhbərliyə gəlməlidir” şərhini verib.
Bakıda 26 yaşlı qız “Facebook”da tanış olub nişanlandığı oğlan tərəfindən zorlandı“...Bircə bundan qorxurdum. O da bunu bilirdi. Dəfələrlə demişdim, intihar edəcəyəm, özümü öldürəcəyəm. Amma yenə əməlindən əl çəkmirdi, gah bıçaqla hədələyir, gah da boğazımdan tutub nəfəsim daralana qədər boğurdu. Bezmişdim, ölmək istəyirdim. Həyətə düşüb sirkəni götürdüm, birnəfəsə içdim. Əvvəlcə boğazımda yanğı hiss etdim, sonra soyuq tər basdı, yavaş-yavaş halsızlaşırdım. Allaha yarvardım ki, günahımdan keçsin, məni cəhənnəm əzabından xilas etsin”, - göz yaşlarını silib, analizlərin nəticəsini göstərir.

Respublika Toksikologiya Mərkəzində həyatını xilas ediblər. Müayinələr zamanı məlum olub ki, üstəlik miokard infaktı da keçirib. Hazırda Binəqədi Rayon Prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılır.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə müraciət edən 26 yaşlı Binəqədi rayon sakini Aidə Məmmədova (araşdırma aparıldığından ad və soyad dəyişdirilib - virtualaz.org) başına gələnləri virtualaz.org-a danışıb:

- İşləmək istəyirdim, ona görə də, elanlardakı telefonlara zəng vurub maraqlanırdım. Özüm də “Facebook” sosial şəbəkəsində elan vermişdim. Yaradıcılıq mərkəzi adlı səhifədən dostluq gəldi, mən də qəbul etdim. Yazdılar ki, iş var, müraciət edə bilərsiniz. Mən də getdim, işlə maraqlandım. Orada bir oğlan vardı, telefon nömrəmi götürdü ki, işlə bağlı məlumat verəcək. Axşam yazdı ki, səndən xoşum gəlir, ailə qurmaq istəyirəm, ona görə də, kişilərin əhatəsində işləməyini istəmirəm. Beləcə 1 aya yaxın danışdıq, sonra mənə elçi göndərdi, ailəm razılıq verdi. Bundan sonra üzük almağa gedəcəkdik, bizə gəldi. Evdə heç kimin olmamasından istifadə edib boğazımdan tutub yerə yıxdı, ayaqları ilə çiynimi, əllərimi əzdi. Müqavimət göstərsəm də, bacara bilmədim, əxlaqsız hərəkətlər etdi.

- Buna görə intihar etmək istədin?

- Ağladım, dedim ki, onsuz da evlənəcəyik, niyə belə edirsən? Dedi ki, hər vasitəyə əl atıram ki, məndən ayrılmaq fikrinə düşməyəsən. Özümü təhqir olunmuş hiss edirdim, amma dərdimi heç kimə danışa bilmirdim. Növbəti dəfə evdə heç kimin olmadığını bilən kimi gəldi, qapını açanda boğazımdan tutub boğdu, huşumu itirənə qədər təcavüz etdi. Bu hadisə dəfələrlə təkrar olunub. Təsəvvür edin ki, ailə qurmaq istəyən oğlan küçədə insanların gözü qarşısında sənə əl atır, soyundurmağa çalışır. Neçə dəfə üstümə bıçaq çəkmişdi.

- Bəs niyə ayrılmırdın? Ən azı anana məlumat verəydin.

- Atamı, dayımı, qardaşlarımı düşünürdüm. Anama deyə bilmirdim, amma onun bibisinə demişdim. Dedim ki, onun alçaldıcı hərəkətlərindən sonra özümü öldürmək həddinə çatmışam. O da dedi ki, nişanlındır, özü bilər. Düşünürdüm ki, ailə qurar, sonra boşanarıq. Bilirdi ki, atamın, dayımın qorxusundan evdə heç nə deyə bilməyəcəyəm. Hər dəfə xəbərdarlıq edirdim, deyirdim ki, belə hərəkətlər etmə, özümü öldürəcəyəm. Dedi ki, özünə bir şey eləsən, namussuz olduğunu söyləyəcəyəm, səni qohumlarının, qonşularının içində biabır edəcəyəm. Həmin gün bibisi zəng vurdu, anamı, məni təhqir etdi. Dedi ki, sənin qızın namussuzdur, əgər namusunuzun təmizlənməsini istəyirsinizsə, ev alın, toy edib yaşasınlar. Atam da nişanı geri qaytardı. Dedi ki, belə ailə ilə qohum olmaq istəmir. İntihardan başqa çıxış yolu görmədim. Hələ də atam mənə təcavüz olunduğunu bilmir, döyülməyimdən də xəbəri yoxdur.

- Prokurorluq araşdırma aparır, bəs ailən məlumatsızdır?

- Özümü öldürəcəyimi deyəndən sonra məni sakitləşdirməyə çalışdı, dedi ki, çox peşmanam. Cinsi istəklə bağlı problemlərim var, amma həll edəcəyəm. Rəsmi nikah bağlayaq ki, toy edilsin, toydan bir neçə gün sonra ayrılaq. Amma eyni hərəkətləri təkrarlayandan və bibisi anamı təhqir edəndən sonra özümü öldürmək istədim ki, heç olmasa, ailəmi alçaltmasınlar. Intihar cəhdindən sonra Respublika Toksikologiya Mərkəzindən polisə məlumat veriblər. Elə xəstəxananın qarşısında qohumları anamın üstünə hücum edib. İndi isə deyir ki, intihar etdin, iş bağlanacaq, toy da olmayacaq. Bilmirəm, atamın üzünə necə baxacağam.

- Danışdıqca ağzından qan gəlir, üstəlik infakt keçirmisən. Niyə əvvəlcə müalicə olunmağı düşünmürsən?

- Həm özü, həm də qohumları döyərək, təhqir edərək, təcavüzə məruz qoyaraq məni intihar həddinə çatdırıb. Kimi inandıra bilərəm ki, mənə zor tətbiq edib, döyərək təcavüz edib? Hamı deyir ki, niyə vaxtında müraciət etmirdin? Amma heç kim atamın, qardaşımın, qohumlarımın nə fikirləşəcəyini, mənim sarsıntılarımı başa düşmür. O qədər sarsıntı keçirmişəm ki, artıq sağlamlığım məni maraqlandırmır. Günlərdir ağlayıram, heç nə yemək istəmirəm. Təşkilata müraciət edəndən sonra Mehriban Zeynalovanın təkidi ilə həkimə getdim, müalicə yazdılar. Mehriban xanım anama vəziyyəti başa saldı, dedi ki, qızın ölməməsi üçün müalicə şərtdir. Yalnız bundan sonra hüquqları üçün mübarizə apara bilərik. Anam artıq məni qınamır, başa düşür. Məni danladı, dedi ki, güclü olmasan, haqlı olduğunu müdafiə edə bilməyəcəksən. Müalicə olunandan sonra məhkəməyə müraciət edəcəyəm, səhhətimə dəyən zərərin ödənilməsini istəyəcəyəm. Bundan sonra Respublika Prokurorluğuna müraciət edib işə onların nəzarəti ilə baxılmasını xahiş edəcəyəm. Yalnız ona görə ki, bilsinlər, insanların taleyi ilə oynamaq olmaz. Mən indi başa düşürəm ki, adam yanında onu başa düşəcək birilərinin olmadığını biləndə, təhqir olunanda, qorxanda intiharı çıxış yolu kimi görür. Mənə başqa çıxış yolu tanımadı, hər dəfə özümü öldürəcəyimi deyəndə ələ saldı. Amma indi cəzalanması üçün güclü olmağa çalışacağam.
Lotu Qulinin dəhşətli tələbi: “Qadının həbsxanaya gəlməlidir...”Azərbaycanda uzun müddət – deyilənə görə, 22 il – həbsxanada yatan və bu günlərdə azadlığa buraxılan, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınmış Nadir Səlifovun ətrafındakı adamlarına və qohumlarına da, necə deyərlər, həyat asan keçməyib.

Araşdırmaya görə, 1994-cü ildə həbs edilən Lotu Qulinin mühakimə olunduğu ilk qohumu - qardaşı Müşfiq olub. 2005-ci ildə həbsə alınan Müşfiq Səlifov Lotu Quli ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri qarşısında dayanıb.

Müşfiqin həbsi cəza müddətinin başa çatmasına az qalmış Lotu Qulinin həbs müddətini uzatmağa yonəlmişdi. Beləliklə, Lotu Quli və qardaşı 2006-ci ildə məhkum olundular.

Həmin istintaq materiallarına əsasən, 2001-ci ilin mayında Nadir Səlifov ona kartda 280 min manat uduzmuş bir məhbusun şərəf və ləyaqətini təhqir edib.

Lotu Qulinin qardaşı və bibisi oğlu nədə ittiham edilib?

Guya Nadir Səlifov mobil telefonla uduzan şəxsin həyat yoldaşına zəng edərək ərini öldürməklə hədələyib və qadından həbsxanaya gəlməyi tələb edib. İddia olunur ki, qeyri-qanuni yolla qadını içəri keçirən Səlifov onu orada dəfələrlə zorlayıb.

Rəsmi sənədlərə görə, Lotu Quli 6 və 16 saylı cəza müəssisəsində, həmçinin Qobustan qapalı tipli həbsxanasında saxlanarkən, qardaşı Müşfiqin köməyi ilə ora, adları istintaq məlum olan 8 qadının gətirilməsinə nail olub. Müəssisələrin vəzifəli şəxsləri tərəfindən onun üçün ayrılmış xüsusi otaqlarda Nadir Səlifovun qadınları zorladığı və hətta bu işə digər məhbusları cəlb etdiyi də qeyd olunur.

2006-cı idə məhkəmənin hökmü ilə Müşfiq Səlifov 12 il cəza alıb, daha sonra Apelyasiya Məhkəməsi onun cəzasını 7 ilə endirib. 2007-ci ildə Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Səlifov Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Təhsil Nazirliyi və Bakı Dövlət Universitetini məhkəməyə verib.

İddiada Müşfiq Səlifov pozulmuş təhsil hüquqlarının bərpasını xahiş edib. Həbs olunarkən BDU-nun hüquq fakültəsinin 4-cü kursunda təhsil alan Müşfiq Səlifovun təhsilini davam etdirməsi üçün şərait yaradılmayıb.

Lotu Quli həbsxanada cəza çəkdiyi müddətdə onun yaxın qohumlarından biri – bibisi oğlu Ərşad Qəhrəmanov da mühakimə olunub. O, Azərbaycan həbsxanalarından birində cəza çəkdiyi müddətdə Lotu Qulidən sifariş almaqda, məhkumları ayağa qaldırmaqda suçlu bilinib.

Kirvəsinə və bacısının ərinə narkotik ittihamı

Mühakimə olunanlar arasında Lotu Qulinin kirvəsi Məhəbbət Namazov da var. O, 2016-cı il noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən “Makarov” tipli tapança və külli miqdarda narkotik aşkar olunub. Məhəbbət Namazovun işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

Lotu Qulinin yeznəsi Vidadi Hüseynov ötən illər ərzində Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. Narkotik ittihamında həbs olunan Vidadi Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Onun cəzası 30 aprel 2016-cı ildən hesablanıb.

1 saylı istintaq təcridxanasında saxlanılan Vidadi Hüseynovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəmə qərar qəbul edib. Qərara görə, o, cəzasının çəkilməmiş hissəsindən azad edilib və saxlandığı istintaq təcridxanasından sərbəst buraxılıb. Vidadi Hüseynov ona təyin edilmiş 1 il 6 ay həbs cəzasının çəkilməmiş 3 ayını azadlıqda çəkməli olacaq.

Xatırladaq ki, 2015-ci ildə Səbail rayonunda “Bulaq” restoranında kriminal qruplaşmaların üzvləri arasında silahlı atışma olmuşdu. O zaman Vidadi Hüseynov və kriminal aləmə yaxın olan bir sıra digər şəxslər saxlanılmışdı.

Lotu Qulinin 9 tərəfdarı mühakimədə

“Bulaq” restoranındakı hadisəyə görə Lotu Qulinin daha 9 tərəfdarı içəri atılıbb.

Həbs olunanlarla kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları arasında silahlı insident baş verib. İnsident zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, Süleyman Abdullayev isə bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub.

“Bulaq” restoranında baş vermiş münaqişə zamanı “Makarov” markalı tapançadan atəş açaraq Fuad Əkbərov və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Samir Allahyarov Qazax rayonu ərazisində tutulub.

İlkin ehtimala görə, kriminal aləmin avtoritetlərinin tərəfdarları arasında mübahisə yaranıb və sonda cinayət hadisəsi baş verib.

Qanlı cinayət hadisəsindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Bakının Sabunçu və digər rayonlarında xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı kriminal aləmə yaxınlığı ilə seçilən 42 nəfər həbs edilib.

Lotu Qulinin kassirləri

Həbs olunanlar arasında Lotu Qulinin tərəfdarları – “Pepi”' ləqəbi ilə tanınan Pərviz və “Qusik” kimi məhşur olan Hüseynin də adı keçir. Lotu Qulinin həbs olunan adamlarına liderliyi Namiq İbayev edib. Əməliyyat zamanı Namiq İbayev də həbs olunub.

2015-ci ilin yanvarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Lotu Qulinin tərəfdarlarının həbs edilməsi üçün əməliyyat keçirib.

Araşdırmalarla müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunublar, Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla “qanunsuz araşdırmalar” aparıblar. Onlar özlərini cinayətkar aləmin “nüfuzlu şəxsləri” kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə qanunsuz pul yığılmasını və kriminal aləmin “kassa”sına ötürülməsini təşkil ediblər. Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb.

Bundan əlavə, Ceyhun Baxışovdan “Makarov” tipli tapança, Etibar Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası da aşkar edilərək götürülüb. Məhkəmənin hökmü ilə Etibar Baxışzadə və Ceyhun Baxışovun hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.

Lotu Quli və Rövşən Lənkəransiya görə bu illər ərzində ən böyük dava Zaqatala və Balakən rayonlarında baş verib. Lotu Quliyə yaxınlığı ilə seçilən Samir Osmanov, Vüqar Layıcov, Sabir Osmanov, Pərviz Qarayev və Röyal Saramanov Rövşən Lənkəranskinin ünvanına xoşagəlməz ifadələr işlədiblər.

Rövşənin tərəfdarları Vüqar Rəcəbov, Vasif Cəfərov, Kamil Hüşənov, Vüsal Əliqayev və Raqib Bədəlov isə məsələni aydınlaşdırmağa gəliblər.

Nəticədə Vüqar Rəcəbov, Vasif Cəfərov, Kamil Hüşənov öldürülüb, Vüsal Əliqayev və Raqib Bədəlova isə xəsarət yetirilib.

Avtoritet tərəfdarları arasında ölüm-dirim savaşı

Məlum olub ki, Samir Osmanov Rövşən Lənkəranskini kriminal avtoritet kimi tanımadığını bildirib. O, həmçinin Lənkəranskinin ünvanına nalayiq söyüşlər söyüb, təhqiramiz ifadələr işlədib.

Rövşən Lənkəranskinin tərəfini saxlayan Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif Cəfərov silahlı qrup halında bu hərəkətinə görə Samir Osmanova qarşı qeyri-qanuni zor hərəkətləri etmək qərarına gəliblər. Onlar bu məqsədilə 23 noyabr 2013-cü il tarixdə Balakən rayonuna yollanıblar. Münasibətdə olduqları həmin rayon sakinləri Vüqar Bodurov, Ruslan Muradov, Aydın Sayılov onları qarşılayıb.

Həmin şəxslər də silahlı qrupun tərkibinə cəlb olunublar.

Razılaşdıqları kimi qrup üzvü Vüqar Rəcəbov səhəri gün, yəni noyabrın 24-də, saat 12.00-da Samir Osmanova zəng edib, qardaşı Dibir Osmanovun pul borcu olması bəhanəsi ilə onu çay içməyə çağırıb. Samir Osmanovu aldadaraq Balakən şəhərində yerləşən “Balakən” kafesinə gətirdib.

Samir Osmanov kafeyə qardaşı Sabir Osmanov, yaxın münasibətdə olduğu Pərviz və Tural Qarayevlərlə gəlib. Vüqar Rəcəbov kafedəki otaqda istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq əldə edib saxladığı “KP 23142" saylı ”Makarov" konstruksiyalı odlu döyüş silahı olan tapançanı çıxararaq atəş vəziyyətinə gətirib və Samir Osmanovla təklikdə söhbət edəcəklərini bildirib.

Vüqar Rəcəbov Sabir Osmanov, Pərviz və Tural Qarayevlərə fiziki zor tətbiq edəcəkləri ilə qorxudaraq otaqdan çıxmalarını tələb edib. Onlar etiraz etdiklərindən aralarında mübahisə yaranıb. Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif Cəfərov odlu silah və bıçaqla hücuma keçiblər, Samir Osmanov, Sabir Osmanov, Pərviz Qarayev və Tural Qarayevi döyərək, bədənlərinin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurublar.

Qrup üzvü Vasif Cəfərov həmçinin Samir Osmanovun bədəninə kəsici-deşici alət olan bıçaqla zərbə endirib.

Sabir Osmanov, Samir Osmanov, Pərviz Qarayev və Tural Qarayev 24 noyabr 2013-cü il tarixdə, saat 12.00-da Balakən şəhərində kafedə döyülmələrini, həmçinin Samir Osmanovun bədəninə xəsarət yetirilməsini şəxsiyyətlərini alçaldan, onları nüfuzdan salan hərəkət kimi qiymətləndiriblər.

Bu hərəkətlərinə görə Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif Cəfərovdan qisas almaq məqsədi ilə onları öldürmək barədə razılığa gəliblər. Sabir Osmanov Pərviz Qarayev və Röyal Saramanova həmin şəxsləri izləməyi, bu barədə Samirə telefonla məlumat verməyi tapşırıb.

Bundan sonra Samir Osmanov odlu silah gətirmək üçün Vüqar Layıcovla onun yaşadığı evə gedib. Vüqar Layıcov cəzaçəkmə müəssisəsində olan qardaşı Harun Layıcova məxsus evdə saxladığı “AKS-74 U” avtomatı, 30-dan çox patronu Samirə verib.

Onlar Vüqar Layıcovun idarə etdiyi “VAZ 2107" markalı 90-ML-197 nömrə nişanlı avtomobildə Zaqatala rayonu istiqamətində hərəkət etdikləri vaxt Sabir Osmanov telefonla həmin şəxslərin Zaqatala şəhərində yanacaqdoldurma məntəqəsinin yaxınlığında dayanmış Ruslan Muradovun idarə etdiyi ”KİA Sorento" markalı avtomobildə olduqlarını bildirib.

Samir Osmanov həmin yerə gəlib. O, özündə olan avtomat silahdan həmin avtomobilə atəş açıb. Lakin avtomobil sürətlə hərəkət etdiyi üçün Rövşən Lənkəranskinin adamlarını öldürmək istəyi yarımçıq qalıb.

Bundan sonra Sabir Osmanov, Pərviz Qarayev və Röyal Saramanov Rövşən Lənkəranskinin adamlarının Zaqatala şəhərində yığışdıqları yeri Samir Osmanov və Vüqar Layıcova göstəriblər. Onlar birlikdə avtomobildə əyləşərək yolun kənarında pusquda durub, həmin şəxslərin oradan çıxmalarını gözləyiblər.

Saat 16.00-da Vüqar Rəcəbov, Raqib Bədəlov, Kamil Hüşənov və Vasif Cəfərovun əyləşdiyi, Vüsal Əliqayevin idarə etdiyi “Hyundai Elantra” markalı avtomobil magistral yola çıxaraq Bakı şəhəri istiqamətində hərəkət edib.

Ömürlük cəza...

Bu vaxt Vüqar Layıcov avtomobili həmin maşının arxasınca sürüb və Samir Osmanova avtomat silahdan atəş açaraq həmin şəxsləri öldürməsi üçün əlverişli şərait yaradıb. O, avtomobilin sürətini azaldıb və Rövşən Lənkəranskinin adamlarının olduğu avtomobilə yaxınlaşıb. Avtomobillər yaxın məsafdə bərabər vəziyyətdə hərəkət etdiyi vaxt Samir Osmanov avtomobilin qabaq qapısının şüşəsini açaraq oradan avtomat silahdan həmin avtomobilin salonuna 20-dən çox atəş açıb.

Nəticədə avtomobilin salonunda əyləşmiş Vüqar Rəcəbov, Vasif Cəfərov və Kamil Hüşənovu öldürüblər. Hadisə zamanı sürücü Vüsal Əliqayev və Raqib Bədəlovun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Osmanov və Vüqar Layıcov ömürlük, Sabir Osmanov 15 il 4 ay, Pərviz Qarayev 15 il, Röyal Saramanov isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Sonda onu da qeyd etmək olar ki, bu illər ərzində Lotu Qulinin vəkillərinə də təzyiqlər olub. Vəkili Kamandar Nəsibov 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Lotu Quli ilə görüşə gələn zaman üzərinə baxış keçirilib. Baxış zamanı ondan “Azercell” danışıq kartı olan 1 ədəd “Huawei” markalı modem aparatı aşkar edilib. Qaradağ rayon Məhkəməsinin hökmü ilə Kamandar Nəsibova cərimə cəzası kəsilib.

Teleqraf.com
Bakı “İsgəndər”lərin rəqbini hər an işə sala bilərİşğalçı Ermənistan açıq və kobud şəkildə beynəlxalq hüquq normalarını tapdalayır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, son günlər cəbhədə vəziyyətin gərginləşməsi əslində yaxşı heç nə vəd etmir:

“Ərazilərimiz işğal altındadır, danışıqlar prosesi müsbət nəticə vermir, İrəvan faktiki olaraq bütün təkliflərdən yayınır. İşğalçı açıq və kobud şəkildə beynəlxalq hüquq normalarını tapdalayır. Bir sıra aparıcı qüvvələr bu işdə İrəvana qəsdən şərait yaradır. Beynəlxalq birlik isə işğalçı Ermənistanın beynəlxalq hüquq normalarını açıq və kobud şəkildə tapdalamasına seyrci mövqe nümayiş etdirir. Əgər Ermənistan bu şəkildə özbaşınalığa davam edərsə və cəbhədə gərginlik səngiməzsə, Bakı “İsgəndər” lərin rəqibi sayılan “Polonez” reaktiv yaylım atəş sistemlərini işə salmaq məcburiyyətində qala bilər”.

Qeyd edək ki, ermənilər bir müddətdir ki, təmas xəttində müxtəlif təxribatlara əl ataraq gərginliyi davam etdirirlər.

Oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü Cabbar Firuddin oğlu Zeynalov şəhid olub.
Milli Şuranın mitinqində terror planlaşdıranların görüntüləri yayıldı - VİDEODövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasında terrora hazırlıq və cinayətkar birlikdə iştirak etmə faktları üzrə aparılan cinayət işi ilə bağlı istintaq sirri ilə məhdudlaşmayan hissədə video-audio materialları yayıb.

Avrasiya.net xəbər verir ki, kadrlarda Milli Şuranın keçirəcəyi mitinqdə terror aktı törətməyə hazırlaşan şəxslərin görüntüləri və səs yazıları əks olunub.