Mehriban Əliyeva bu dəfə buğlama bişirdi - FOTOPrezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkədə yeni foto paylaşıb.

"Balıq buğlaması"nın şəklini paylaşan L.Əliyeva yeməyi birinci vitse-prezident Mehriban Əliyevanın bişirdiyini yazıb:

"Anamın bişirdiyi balıq buğlaması! Anam nə bişirsə, dadından doymaq olmur, çünki hər xörəyə böyük qəlbinin hərarətini qatır! Hamıya uğurlu gün arzu edirəm! Çox sağ olun!"
Mehriban Əliyeva bu dəfə buğlama bişirdi - FOTO
Mətbuat Şurası dövlət qurumlarının müraciətlərinə baxıbBu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Avrasiya.net-in məlumatına görə, iclasda ilk olaraq «Aztoday.az» saytının fəaliyyəti ilə bağlı Şuraya daxil olmuş müraciətlər araşdırılıb. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Univesitetinin Ağcabədi filialının şikayətlərinə diqqət yetirilib.

Məlumat verilib ki, «Aztoday.az» saytının hər üç dövlət qurumu ilə bağlı təqdim etdiyi materiallarda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na aşkar sayğısızlıq əlamətləri var. Sayt tənqid hədəfi kimi seçdiyi qurumların, əlaqədar şəxslərin mövqeyini öyrənməyib. Bu başlıca tələb gözlənilmədiyindən, cavabdeh komissiyanın iclasında iştirak etmək istəmədiyindən müraciət müəlliflərinin «Aztoday.az»ın onların şərəf və ləyiqətinə, işgüzar nüfuzuna xələl gətirdiyinə dair iddiaları əsaslıdır. Komissiya bütün bunları nəzərə alaraq sayta xəbərdarlıq edilməsi rəyinə gəlib. Eyni zamanda «Aztoday.az»la bağlı toplanmış materialların Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında müzakirə olunması məqsədəuyğun sayılıb.

Şikayətlər üzrə Komissiya «Aztoday.az» saytından başqa daha iki saytla bağlı toplanmış materialların da MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair rəyə gəlib. Bunlar «obyektiv.org» saytı və «Korrupsiyaya yox» qəzetidir. «Obyektiv.org» saytından şikayətin müəllifi Azərbaycan Dövlət Pedaqoji Univesitetinin Ağcabədi filialıdır. «Korrupsiyaya yox» qəzetindən şikayəti isə Ağdam Rayon Mərkəzi Xəstəxanası Doğum Evinin baş həkimi Afət Hüseynova edib. Bildirilib ki, hər iki kütləvi informasiya vasitəsinin fəaliyyətində peşə prinsiplərinə zidd kifayət qədər ciddi məqamlar var və bununla bağlı zəruri ölçü tədbiri götürülməlidir.

İclasda «dia.az» saytının fəaliyyətindən iki müraciətə baxılıb. Öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şikayəti araşdırılıb. Saytın rəhbəri Məhəmməd Ərsoy müvafiq təkzib mətninin dərcinə hazır olduğunu vurğulayıb.

Bildirilib ki, «dia.az»ın sözügedən dövlət komitəsi ilə bağlı yayımladığı materiala digər saytlar da istinad ediblər. Komissiya onlara yanlışlığı aradan qaldırmağı, təkzib mətnini yayımlamağı tövsiyə edib.

Komissiya vətəndaşlar - Abdurahmanov Şaiq Bəxtiyar oğlunun və Əlibəyov Allahverdi İsrafil oğlunun «dia.az»la əlaqədar şikayətlərini müzakirə edərək rəyə gəlib ki, sayt şikayətçilərin mövqeyinin əksini tapdığı təkzib mətnini yayımlayaraq yol verdiyi yanlışlığı aradan qaldırmalıdır.

Müzakirə edilən növbəti məsələ «Standart İnsurance Georgia» şirkətinin baş direktoru Nicat Hüseynovun «qafqaznews.az» və «legion.az» saytları ilə bağlı müraciəti olub. Məlumat verilib ki, hər iki sayt tənqid obyekti kimi təqdim etdiyi şirkət barədə material yayımlayarkən qarşı tərəfin mövqeyini öyrənməyib. Bu isə peşə prinsiplərinin pozulmasıdır. Saytların iclasda iştirak edən təmsilçisi qarşı tərəfin mövqeyinin ifadə olunduğu təkzib mətninin dərcinə hazır olduqlarını bildirib.
DİQQƏT!! Bu telefonun kamerası ilə izlənirsizAzərbaycanda da əksər insanların istifadə etdiyi “İphone” barədə xoşagəlməz məlumat yayılıb.

Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, “Google” axtarış sisteminin mütəxəssisi Felix Krause “İphone”nin ön və arxa kamerası ilə istifadəçilərin izləndiyi iddiasını irəli sürüb.

Mütəxəssisin sözlərinə görə, “İphone”nin kamerası telefon sahibinə xəbərdarlıq etmədən gizli çəkliş apara bilir. “İstifadəçilər tez-tez yüklədikləri tətbiqi proqramlar kameranın açılmasına imkan verir. Məsələn, mesajlaşma və ya xəbər linklərinin ön və arxa kameranı açıb istifadəçidən xəbərsiz fəaliyyətə başlama ehtimalı çox yüksəkdir.

Felix Krause bu çatışmazlığı “Apple” şirkətinə bildirdiyini deyib. O qeyd edib ki, “facebook”un qurucusu Mark Zukenberq də təhlükəsizlik məqsədi ilə “İphone”nin bağlayır.
Lənkəranskinin sərvəti "Lotu Quli"yə verildi - Kriminal aləmdə yeni qruplaşmalar yaranır22 illik həbsdən sonra oktyabrın 24-də azadlığa buraxlan "qanuni oğru” Lotu Qulinin gələcək fəaliyyəti ilə bağlı ilginc iddialar irəli sürülür.

Rusiya mətbuatı hazırda İstanbulda olan Lotu Qulinin yaxın zamanda "kriminal dünya”nın ən yuxarı eşalonuna rəhbərlik uğrunda mübarizəyə başlayacağını yazır.

Mətbuatın yazdığına görə, "oğru aləmi”nin yuxarı eşalonunda təmsil olunan ancaq 2 nəfərə indiyə qədər bu qədər "ümidlə” baxılıb. Bunlar Şakro Molodoy və Yaponçik olub. Bəzi ekstrasenslər iddia edib ki, Yaponçik Amerikada həbsdə yatdığı zaman onun yaddaşı silinib. Şakro isə İspaniyada uzunmüdətli həbsdən sonra Rusiyaya qayıtsa da azadlıqda çox qalmayıb və yenidən həbsə göndərilib. Beləliklə, öz zamanında nə Yaponçik, nə də Kürd Şakro "oğru aləmi”nə rəhbərliyi birbaşa ələ ala bilib. Lotu Qulini isə onların hər ikisindən daha bir üstün cəhəti var - gəncliyi, 45 yaşındadır. Üstəlik Rövşən Lənkəranskinin qətlindən sonra onun olan bütün sərvət Şakronun və Cvanqveladzenin bütün etirazına baxmayaraq Lotu Qulinin ixtiyarına verilib. Etiraz edən isə ancaq Rövşənin yaxın qohumu Zaur Əhmədov olub. O, indi də Quli ilə "müharibə vəziyyətindədir”.

Quli azadlığa çıxdıqdan dərhal sonra Peterburqda onun dostu Elşən Məmmədovun ehtimal edilən qatilləri saxlanılıb. Saxlananlardan biri də Zaurun doğma qardaşı Emin idi. Beləliklə, Zaur Lotu Quli ilə mübarizə meydanında təklənmiş durumdadır.

Xatırladaq ki, Lotu Quli 2000-ci ildə Raul və Şirəli Aslanov tərəfindən "taclandırılıb”.

Ancaq indi Lotu Qulinin daha bir problemi var. Ətrafındakı azərbaycanlı "oğru”lar bir-biri ilə yola getmir. Son illər azərbaycanlı "oğru”lardan heç bir öz əcəli ilə ölməyib. Onlardan ancaq Vaqif Lotu Qulinin ünvanına tənqid səsləndirməyib.

İndi bir çoxları Kürd Şakronun Lotu Quli ilə münasibətlərini izləyir.

Ekspertlər bildirir ki, yaxın zamanda kriminal aləmin ən qaynar nöqtəsi Abxaziya olacaq. Orda Lotu Qulinin Pıza ilə yekinlaşmamış söhbəti var. İndi bir çoxları Kürd Şakronun Lotu Quli ilə münasibətlərinin necə olacağını izləyir.

Onların ikisinin əməkdaşlığı barədə heç bir məlumat yoxdur, ancaq düşmən olmaları ilə bağlı da məlumat verilmir. Onların arasında heç bir ünsiyyətin olmadığı deyilir. Şakro daha çox Rövşənə "stavka” edib və bunu ancaq ona görə edib ki, Rövşən azadlıqda olub. İndi isə Şakro özü həbsdə, Lotu Quli azadlıqdadır. İndi ikisi arasında "körpü” rolunu Kaxa Parpaliyanın oyanayacağı deyilir. Ancaq bu körpü yox, dava da ola bilər. Şakronun ətrafından ancaq Kaxa Lotu Quli ilə mübarizə edəcək səviyyədədir.

Məlumdur ki, Lotu Quli öz klanını yaradacaq. Bu klanın milliyyət, yoxsa ərazi prinsipi ilə yaranacağı hələlik məlum deyil. Hazırda Qulinin ətrafında qardaşı Namikdən başqa bu şəxslər var - Puxliy, Kuner, Nika, Qoca, Maçi, Merab Pipiya. Məhz onlar klanın özülünü təşkil edəcək. Klana 2015-ci ildən Şakronun qadağa siyahısına düşən şəxslərin da qəbulu gözlənilir. Lotu Qulinin həmin şəxslərə qoyulan qadağanı götürmək üçün Kürd Şakronun azadlığa çıxacağını gözləyəcəyini düşünmək əbəsdir. Rəşad və Roma Stavropolskinin adı bu sırada ilk çəkilir. Hər iki şəxs Şakronun qadağasına baxmayaraq Lotu Quli tərəfindən "oğru” adandırılıb.

Cebhe.info
Valideynləri tərəfindən satılan qız: Atamın qohumu məni zorladı, anam fahişə olmağa məcbur etdi - TƏFƏRRÜATLARTürkiyədə 18 yaşlı qız valideynlərinin onu pul qarşılığında yad kişilərə satdığını əsas gətirərək polisə müraciət edib.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şikayət əsasında cinayət işi açılıb və aparılan araşdırmalar nəticəsində dəhşətli faktlar ortaya çıxıb.

Məlum olub ki, şikayətçi N.G-nın valideynləri qadın alveri ilə məşğul olur. Onlar bir müddət öncə qızlarını “Sənə hər məsələdə kömək edəcək” deyərək H.V adlı şəxsin yanına göndəriblər. Həmin adam isə qızı pul qarşılığında başqa kişilərlər cinsi əlaqəyə girməyə məcbur edib.

Məhkəmədə ifadə verən gənc qız bildirib ki, 6-7 yaşından təzavüzə məruz qalır. Artıq 12 yaşında ikən onun ətrafındakı hər kəs narkotik maddə və spirtli içkidən istifa edirmiş.

“Dəfələrlə qadınlara, uşaqlara edilən zorakılığın və təcavüzün şahidi olmuşam. Özüm də bunu yaşamışam. 15 yaşım olarkən məni əxlaqsız dəstənin başçısının qohumu ilə nişanladılar. Bir müddət sonra bu nişan pozuldu. Daha sonra başqa bir adamla nişanlanmağa məcbur etdilər. Məqsədləri bakirəliyimi pozub məni fahişəliyə cəlb etmək idi. Daha əvvəl dini nikahda olduğum H.A məni zorladı. Bundan sonra da bir neçə nəfərin təcavüzünə məruz qaldım. Anam “seks işçisi” olmağım üçün mənnə təzyiq göstərirdi. Atamın təşəbbüsü ilə işlədiyim oteldə bu işin necə görüldüyünü öyrətməyə çalışdılar. Atamın qohumu məni zorladı”, – deyə qız başına gələnləri danışıb.

Açılan cinayət işi ilə bağlı məhkəmə prosesi davam edir.
Nüşabə Ələsgərli yazarı təhqir etdi: "Mənim unitazım sənin başından qiymətlidir"Bir neçə gün bundan öncə yazar, tərcüməçi Sevil Gültən kirayə qaldığı evlərdə yaşadığı problemlər haqqında danışıb.

A24.Az xəbər verir ki, yazarın bir zamanlar kirayə qaldığı evlərdən biri də tanınmış müğənni Nüşabə Ələsgərlinin “Sevil” kinoteatrının yaxınlığında yerləşən mənzili olub. O bildirib ki, kirayə qaldığı mənzillərin heç birində yaşayış üçün normal şərait olmayıb və həmin mənzilləri öz hesabına “abıra salmaq” məcburiyyətində qalıb.

“Nüşabənin xarabasına belə unitaz qoydurmağa məcbur olmuşam. Yoldaşına dedim ki, ay insan, sənin xarabana mən niyə unitaz qoydurmalıyam? Nüşabənin xarabasındakı unitazı usta ilə birlikdə 5-ci mərtəbədən aşağı düşürmüşəm. Allaha and olsun, iyrənə-iyrənə, əlacı kəsilmiş vəziyyətdə, bütün bədənim səpə-səpə aparıb zibilliyə atmışam. Ümumiyyətlə, heç inanmırdım ki, o unitaz düzələ bilər. Niyə mən kirayə qaldığım mənzildə, özgənin unitazını düzəltdirməliyəm? Nüşabənin ərinə, oğluna nə gəlib?”, – deyə yazar xanım şikayətlənib.

Şikayətdən xəbər tutan müğənni Nüşabə Ələsgərli sərt rekasiya verib. Müğənni S.Gültəni təhqir edib:

“Birincisi xaraba sənin evindir. İkincisi isə mənim harda yaşadığımı bilənlər bilir. Mənim unitazım sənin başından qiymətlidir. Sonra da ki, əgər sən mənim uzumü görmüsənsə, mənim üzümə, əgər görməmisənsə, sənin üzünə lənət, köpəkoğlunun yetimçəsi”.
38 yaşlı Bakı sakini bazarda intihara cəhd edibBakıda intihara cəhd hadisəsi olub. "Report" xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

"8-ci kilometr bazarı"nda 1979-cu il təvəllüdlü Dadaşov Ramin Yaşar oğlu tanışı ilə mübahisə edib. O, mübahisə zamanı bıçaqla boğazına xəsarət yetirib.

R.Dadaşov ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Rusiyada qəzet əməkdaşlarını silahlandırırRusiyanın "Novaya Gazeta" mətbuatı əməkdaşlarını silahlandırmağa hazırlaşır.
"Ölkə.Az" xəbər verir ki, küçələrdəki qanunsuzluq və hüquq-mühafizə orqanlarının intizamsızlığı bu qərarın qəbul edilməsinə səbəb olub.

Qəzetin baş redaktoru Dmitriy Muratov jurnalistlər üçün pnevmatik tapançalar alınacağını bildirib. Baş redaktor jurnalistlərə silahdan istifadə qaydasının öyrədiləcəyini də qeyd edib. Bunun üçün isə Rusiyanın daxili işlər nazirliyi ilə razılaşacaqlarını bildirib.
Dmitrinin müavini Sergey Sokolov isə "dövlət bizi qoruya bilmirsə, biz özümüzü qoruyarıq"-deyib.
Ded Xasanın yeri uğrunda savaş başlayır: erməni-kürd ittifaqıRus mafiyasının rəhbəri vəzifəsinə yeni namizədlər peyda olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” yayıb. Agentlik hazırkı lider Zaxariya Kalaşovun (Şakro Molodoy) yerinə əsas namizədlərin erməni əsilli qanuni oğru Eduard Asatryan (Edik Osetrina) və Dmitri Çanturiya (Miron) olduğunu bildirib. Məhz bu iki qanuni oğrunun iddiaları Kalaşovun həbsdən çıxmaq ümidinin azalmasından sonra daha da güclənib:

“İki barışmaz düşmənlər özlərini Aslan Usoyanın (Ded Xasan) varisləri elan etmək üçün səylərini artırıblar. Onlar artıq biznesmenlərdən öz hesablarına haqq verilməsini tələb ediblər. Qeyd etmək lazımdır ki, bu, Asatryan və Çanturiyanın mafiyanın başına keçmək üçün ilk cəhdləri deyil”.

“Rosbalt” Asatryanın artıq Moskvaya döndüyünü bildirib. İlk vaxtlar xüsusi xidmət orqanlarından ehtiyatlanaraq Asatryan aktiv fəaliyyət göstərməyib. Belə ki, bu aktivlik ya onun həbsə, ya da hansısa başqa ölkəyə, xüsusilə də Türkiyəyə immiqrasiyası ilə nəticələnə bilərdi. Artıq Asatryanın iki yaxın tərəfdarı ölkədən bu üsulla çıxarılıb. Bunlar Oleq Mixaelyan (Oleq Aşqabadski) və David Gerlianidir (Dato Svan). Hər iki qanuni oğru hazırda Kiprdədirlər və Rusiyaya dönməyə belə cəhd etmirlər.

Edikin Moskvaya dönüşü əslində Moskvadakı güclü qanuni oğruların çoxunda xüsusi rəğbət hissi yaratmayıb. Ona əvvəllərdə qanuni oğrular soyuq yanaşırdılar. Buna isə xüsusilə Asatryanın oğlu, qanuni oğru Sergey Bentlinin bir müddət əvvəl onu qıcıqlandıran mafiozları ortadan xüsusi xidmət orqanlarının yardımı ilə qaldıracağını deməsi olub.

Asatryan uzun müddət Ded Xasanın yaxın adamlarından sayılıb. 2012-ci ildə isə onlar arasında maliyyə məsələsi ilə bağlı fikir ayrılığı yaranıb. 2013-cü ildə Ded Xasanın öldürülməsindən sonra mafiyanın əsas aktivlərini yaxşı bilən Asatryan bunları öz tabeliyinə keçirib, mafiya lideri olmaq istəyib. O zaman bu vəzifəyə əsas namizədlərdən biri də Usoyanın qohumu Dmitri Çanturiya sayılırdı. Asatryanın kriminal aləmdə təsiri, Mironun isə ciddi maliyyə imkanları vardı. Lakin hər iki tərəf bu mübarizədə uduzdu. 2013-cü ildə hər iki qanuni oğrunun tərəfdarlarının görüşündə Mironun adamları Asatryan və oğlunu döydülər. Bundan sonra hakimiyyətə gələn Zaxariya Kalaşov Mironu müəyyən müddətlik taxt iddialarından əl çəkməyə razı sala bildi. Asatryana gəldikdə isə Kalaşov onun heç vaxt sevməyib.

Artıq Asatryan və Miron üçün yeni şans yaranıb. Birincinin təcrübəsi, ikincinin isə maliyyə imkanları rus mafiyasında liderliyi ələ keçirməyə imkan yaradıb.

Asatryan həmçinin ölkədəki böyük biznesmenlərlə də görüşlərə başlayıb. Maraqlı məqam odur ki, Asatryan görüş üçün özünə “Karetnıy dvor” restoranını seçib. Məhz bu restoran Ded Xasanın qərargahı və öldürüldüyü yer hesab olunur.
Elşad Xoseyə cinayət işi açıldı - DİN açıqladıTanınmış reper Elşad Xosenin polis tərəfindən saxlanılması rəsmən təsdiqlənib.

Bu barədə KİV-də gedən məlumatlarla bağlı APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə qeyd edib ki, oktyabrın 27-də Bakı şəhər sakini Oksana Rəsulova Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün saat 01.00 radələrində yaşadığı evdə keçmiş həyat yoldaşı, əvvəllər məhkum olunmuş Elşad Əliyev (Elşad Xose) tərəfindən xuliqanlıq zəminində döyüldüyünü və bıçaqla hədələndiyini deyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib və E. Əliyev saxlanılaraq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən hər iki şəxsin ifadələri alınıb, müvafiq ekspertizalar təyin olunub.

Məhkəmə tibbi ekspertizası tərəfindən O. Rəsulovanın aldığı xəsarətin yüngül dərəcəli olduğu müəyyənləşib.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.