Polislər Elşad Xoseni saxladılarBu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb onun keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın polisə şikayəti olub.

Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib.

Qeyd edək ki, Elşad Xose il Oksana Rəsulova 5 il öncə ayrılıb. Cütlük boşansa da, mətbuatda hər zaman dost olduqlarını bildiriblər. Hətta bu yaxınlarda reper “Maşın” realiti şousunda iştirak edəndə Oksana ona baş çəkib, İnstaqram hesabında dəfələrlə onun üçün tamaşaçılardan səs də istəyib.
“Lotu Quli” heç vaxt azərbaycanlı avtoritet olmayıb - Ona “oğru” adı verənlər gürcü və yezidi klan olubXəbər verildiyi kimi kriminal aləmdə tanınmış simalardan olan “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifov 22 illik həbsdən sonra azadlığa çıxıb.

Rusiyanın kriminal və oğru aləmin ilə bağlı xəbərlərində ixtisaslaşan “Praym-Kraym” saytı yazır ki, 45 yaşlı Nadir Səlifov hazırda Türkiyəndədir. O, öz ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərinə yerləşib. Hazırda “Lotu Quli” İstanbulda dincəlir və təbrikləri yalnız telefon vasitəsilə qəbul edir.

Saytın yazdığına görə, 2016-cı ilin ən birinci xəbəri kriminal aləmin tanınmış simalarından olan “Rövşən Lənkəranski” ləqəbli “qanuni oğru”nun qətli idi. BU ilin də ən əsas hadisəsi “Lotu Quli”nin həbsdən azad olunmasıdır.

Qeyd edək ki, 2000-ci illərdən bəri uzunmüddətli həbsdən sonra azadlığa çıxan 2 oğruya böyük hörmətlə baxılırdı. Onlardan biri “Şakro Molodoy”, digəri isə “Yaponçik” idi. Lakin həmin şəxslərin bəxti gətirmədir və kriminal aləmi ələ keçirə bilmədilər.

Rusiya mətbuatının fikrincə, “Lotu Quli” yeni tip oğrudur. Onun arxasında hansısa briqada deyil, Rusiyadan Azərbaycana və Türkiyəyə qədər geniş transmilli şəbəkə dayanır.
İndiyə qədər “Lotu Quli” üçün ən təhlükəli rəqib məhz “Rövşən Lənkəranski” idi. Lakin onun qətlindən sonra bütün imperiyası tam olaraq “Lotu Quli”nin nəzarətinə keçdi. Yalnız Rövşənin bacısı oğlu Zaur Əhmədov buna qarşı çıxıb və “Lotu Quli” ilə düşmənçiliyi davam etdirir.

“Lotu Quli” klanına ən sadiq insanlardan biri Elşən Məmmədovun qətlə yetirilməsi də məhz Zaur Əhmədovun adı ilə bağlıdır. Maraqlıdır ki, məhz Nadir Səlifovun azadlığa çıxdığı gün Elşən Məmmədovun qatilləri Sankt-Peterburq şəhərində tutuldular. Həbs edilənlərdən biri Zaur Əhmədovun doğma qardaşıdır.

Qeyd edək bu gün bütün azərbaycanlı “qanuni oğrular” “Lotu Quli”nin tərəfində olsalar da, bu, heç də həmişə belə olmayıb. Bu da faktdır ki, “Lotu Quli” heç vaxt azərbaycanlı avtoritet olmayıb. Ona “oğru” adı verənlər gürcü və yezidi klan olub. Onu 2000-ci ildə rustavili “oğru” lar, əslən gürcü olan Raul Kiriya və əslən yezidi kürd olan Şirəli Aslanov taclandırıblar.

Qeyd edək ki, hazırda “Lotu Quli” üçün əsas məsələlərdən biri Abxaziya kriminal aləminin rəhbəri Pıza ilə münaqişəsini həll etmək olacaq. Paralel olaraq, “Şakro Molodoy”un klanı da “Lotu Quli”nin güclənməsinə qarşı hərəkətə keçə bilər. Bu iki oğru heç zaman üz-üzə gəlməsələr də, onların arasında hər an münaqişə ola bilər.

Artıq məlumdur ki, hazırda “Lotu Quli” öz klanını formalaşdıracaq. Onun üstünlüyü odur ki, klan milli yaxud ərazi bölgüsü əsasında formalaşmayıb. Qardaşı Namiqlə yanaşı, bu gün “Lotu Quli”nin klanına Puxlıy, Kuşner, Nika, Qoça, Maçi və Merab Pipiya kimi fərqli millətlərdən olan kriminal avtoritetlər daxildir.

Şakronun 2015-ci ildə yeni “oğru” adı verilməsini qadağan edən qərarından sonra “Lotu Quli” 2 nəfərə “oğru” adı verib. Onlar məhz “Lotu Quli”nin onlara ad verməsinə görə “oğru” sayılırlar. Bununla da, onun sözü “Şakro Molodoy”un qadağasından üstün olub.

Belə olan halda, qarşıda Səlifov qardaşlarının əsas məqsədinin “oğru dünyası”nda nəzarəti tam əllərinə alması ola bilər.

Ölkə.az
Türkiyədə TÜMMED qurulduQısa adı TÜMMED olan Bütün Media Mənsubları Dərnəyi Türkiyədə 21 oktyabr tarixində Jurnalistlər Bayramında qurulub.

Birliyin məqsədi dərnək, qəzet, jurnal, radio, televiziya, xəbər agentlikləri və internet sahəsində çalışan, işlədilən, yazı yazan, araşdırma edən jurnalistləri, jurnalistika sahəsində çalışanlarıı bir araya toplamaq, sosial, mədəni, peşə və hüquqi haqlarını, qoruyaraq inkişaf etdirməkdir. Bundan əlavə, mətbuata xidmət edən bölmələr; oxucu, tamaşaçı, dinləyicilər, şərhçilər və xalqın mediadan tələb və istəklərinin doğru qarşılanmasında körpü vəzifəsini həyata keçirməkdir.

Bütün KİV üzvləri dərnəyinin məqsədləri aşağıdakılardır:

1. KİV və jurnalistlərin keyfiyyət standartlarını artırmaq
2. Mətbuat azadlığının sərhədlərini genişləndirmək və mediadakı müxtəlifliyi müdafiə etmək
3. Media ilə bağlı texnoloji inkişafları anlamaq və səmərəli istifadə etmək

Bütün Media üzvləri nə edəcək?

Dərnək quruluş məqsədinə uyğun fəaliyyətlər icra edə bilmək məqsədiylə müxtəlif işçi qrupları meydana gətirməyi planlaşdırır. Bu qruplardan bəziləri: Peşə İçi Təhsil Qrupu, mediada işləmək istəyən gənclərə yol göstərəcək olan Peşə Öncesi Təhsil Qrupu, medianın ələ aldığı mövzuları mübahisə və bu mövzularda prinsiplər təklif edən Media-Etik Qrupu, mediada müxtəliflik və fikir azadlığını müdafiə edən Mətbuat Azadlığı Qrupu, texnoloji inkişafların mediadakı təsirlərini təqib edən, yeni iş modellərini araşdıran və təklif edən Texnologiya Qrupu və mediayla əlaqədar problemləri müzakirə və hər cür akademik yerlərinə mühit təmin edən yayım Qrupu.
Mediada keyfiyyət standartlarını artırmağı hədəfləyən Bütün Media Mənsubları Dərnəyi, bütün media işçilərinin və təşkilatlarının fəaliyyətlərini gözləməkdədir.
Rəqsanə ərinin fotosunu paylaşdıMüğənni Rəqsanə İsmayılova uzun müddətdir mediadan gizlətdiyi ərini üzə çıxarıb.

O, həyat yoldaşının fotolarını rəsmi instaqram hesabından yayımlayıb.

Müğənninin qızı Yağmurun da yer aldığı fotoya xeyli sayda rəylər gəlib.

Qeyd edək ki, R.İsmayılovanın həyat yoldaşı Rusiyada yaşayan iş adamıdır.
Maral Tahirqızıdan kişilərə təklif - "Aylıq məvacibi 10 min olan ər istəyirəm"Maral Tahirqızı həyatı haqqında səmimi etiraflar edib.

A24.Az xəbər verir ki, ARB TV-də yayımlanan “Günə Davam” verilişinin müxbirinə müsahibə verən müğənni Maral Tahirqizi səmimi etiraflar edib.

Müxbirin “Sevgi etirafları çox alırdınız?” sualına müğənni belə cavab verib:

“Özümə heç vaxt gözəl deməmişəm. Amma bəli, məni sevənlər çox idi, evlilik təklif edənlər də. Mən 16 yaşımda ailə qurmuşdum. 2 il 3 ay evli olmuşam, sonra isə ayrıldım. Heç kəsə bu haqda demirdim. Gənc idim, bilirdim ki, desəm həmin gənc oğlan onsuz da məni almayacaq. Ona görə də demirdim”.

“Evlilik təklifi, sevgi mesajları almısınız və ya alırsız?” sualını isə “Ola bilər. Hətta olur da. Mənim həyatımda həmişə təkliflər olub. 5-6-ci siniflərdən bu yana həyatımda sevgi təklifləri gəlib. Amma mənim bir az çətin zövqüm var. Mədəni, işgüzar adam istəyirəm. Haram yolla pul qazanmasın. Aylıq məvacibi, heç olmasa 5 min, 7 min, 10 min olsun. Mən kişi saxlayan deyiləm”.

“Bəs növbəti dəfə gəlinlik geyərsiniz?” sualına müğənni belə cavab verib:

“Bir dəfə artıq geyinmişəm. Məsləhət olarsa, yenə geyinərəm. Olmasa da elə bu halımla da gedə bilərəm”.
Dəhşət — Keçmiş sevgilisini zorladı, öldürdü, daxili orqanlarını yediAmerikada dəhşətli hadisə baş verib.

"Ölkə.Az" xəbər verir ki, 36 yaşlı Cozef Oberhansli keçmiş sevgilisinin evinə zorla soxularaq onu zorlayıb. Daha sonra bıçaqla qadını öldürən Cozef onun daxili orqanlarını yeyib. Qadının 46 yaşı var imiş.

Məhkəmədə şübhəli şəxsi müalicə edən həkimlərin rəyinə əsasən Cozefə qarşı ittiham sürmək mümkün olmayıb.
Fevral ayına təyin edilən növbəti məhkəmə iclasında Oberhanslinin vəkili Brent Vesterfeld müvəkkilinin özünü müdafiə edə biləcək və suallara cavab verə biləcək səviyyədə olub-olmamasının psixiatrlar tərəfindən müəyyənləşdiriləcəyini bildirib.

Cani psixoloji müalicədən sonra hakim qarşısına çıxacaq.
Bərzani torpaqlarının 30 faizini itirdi – Döyüşlər davam edirİraq Kürd Muxtariyyəti müstəqillik referendumundan sonra nəzarət etdiyi torpaqların 30 faizini itirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına İraq Kürd Muxtariyyətinin hakim Kürdüstan Demokratik Partiyasının Moskvadakı nümayəndəliyinin rəhbəri Xoşavi Babəkr danışıb.

“Atışmalar bu dəqiqə davam edir. Cəbhə xəttinin hər yerində atışmalar gedir. Döyüşlərdə ABŞ istehsalı “Abrams” tankı vuruldu. Bu vurulan ikinci belə texnikadır. Bundan əlavə çox sayda zirehli “Hammer” avtomobili vurulub. İraq ordusu başqa bir irəliləyiş əldə edə bilmədi. İraq ordusu və Haşdi-Şabinin hücumları nəticəsində Kürd Muxtariyyəti referendum ərəfəsində sahib olduğu torpaqların 30 faizini itirdi”, - Babəkr deyib.

Qeyd edək ki, İraq Kürd Muxtariyyətində 25 sentyabr tarixində müstəqillik referendumu keçirilib.
DTX-dan daha bir əməliyyatAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə intensiv anti-terror tədbirləri davam edir.

DTX-nın İctimai əlaqələr şöbəsindən Avrasiya.net-ə verilən məlumata görə, 2017-ci il oktyabrın 27-də radikal-dini ekstremist cinayətkar birliyin üzvləri, Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları Əliyev Həsrət Əlihüseyn oğlu, Nəsrullayev Emil Rövşən oğlu, Dadaşov Elşad Hüseynağa oğlu və Eynalov Zaur Talıb oğlu saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasında terrora hazırlıq və cinayətkar birlikdə iştirak etmə faktları üzrə aparılan cinayət işi ilə bağlı istintaq sirri ilə məhdudlaşmayan hissədə video-audio materialları ictimaiyyətə təqdim edəcək.
Qatardan qaçan “Qoca” haradadır? - "Gizli yolla ölkədən çıxmaq istəyir..."Xəbər verdiyimiz kimi, ötən gün keçirilən xüsusi əməliyyat zamanı Bakı-Astara-Bakı qatarından qaçan məhkumlardan biri Əli Ağami Şirvanda tutularaq istintaqa təhvil verilib. Digər məhkum, "Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov isə hələ də tapılmayıb. Onun axtarışları davam etdirilir.

Dörd gündür ki, ölkə gündəmini zəbt edən həbsxana qaçışları ilə bağlı müxtəlif versiyalar irəli sürülüb. Bir çoxları kriminal dairələrdə nüfuz sahibi olan "Qoca”nın ölkədən gizli yolla çıxarıldığını iddia edir.

Sabiq polis rəisi, ekspert Mahmud Hacıyev AzVision.az-a bildirib ki, həbsxanadan qaçan şəxslərin əsas məqsədi gizli yolla ölkədən çıxmaq olur.

"Qaçan şəxs düşünür ki, ölkə daxilində onu tutmaq mümkündür. Amma xarici ölkədə ələ keçmək o qədər də asan deyil. Ötən gün keçirilən əməliyyat zamanı qaçan məhbuslardan biri Şirvanda tutuldu. Xaricdə isə onların tutulması, sonra isə ekstradisiya olunması çətin və vaxt aparan işdir. Qaçan şəxs xaricə getdikdə İnterpolun axtarışına verilir. Bunun üçün müəyyən sənədlər hazırlanır və prosedur bir qədər çətin olur. O baxımdan həbsdən qaçan şəxslərin ölkə daxilində tutulması daha rahatdır. Həmin şəxsin isə ölkə daxilin olub-olmaması məlum deyil. Axtarışlar davam etdirilir. Hesab edirəm ki, o, Azərbaycanda gizlənirsə, qısa zamanda həbs olunacaq” - ekspert deyib.

Hazırda məhkum Etibar Məmmədovun ölkə daxilində, yaxud xaricdə olması haqda məlumat yoxdur. Dörd gündür hüquq-müfazirə orqanlarının əməkdaşları onun axtarışlarını həyata keçirirlər. Anadan olduğu Hacıqabul və Şirvan şəhəri xüsusi nəzarət altındadır.

Xatırladaq k, oktyabrın 23-də Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Hər iki məhkum qəsdən adam öldürmədə təqsirli bilinir. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman naməlum şəraitdə yoxa çıxıblar.