Qadın uşağı iplə bağlayıb küçədə sürüdü - VİDEOİngiltərənin Liverpul şəhərində qandonduran hadisə qeydə alınıb.

Qafqazinfo xəbər verir ki, Co Çapin adlı şəxs bir qadının uşağın boynuna ip bağlayaraq sürüdüyünü görüb. O, dəhşətli hadisəni lentə alaraq sosial mediada paylaşıb.

Ətrafda bunu görən heç kimin qadına reaksiya göstərməməsi ciddi müzakirələrə səbəb olub.

Bəzi sosial media istifadəçiləri yerdə sürünənin uşaq olmadığını və hərəkətsiz qaldığı üçün kuklaya oxşadığını bildiriblər.

Faktla bağlı polis araşdırma aparır.
Kamran Həsənli Prezidentə müraciət etdi: "Ümidim Sizədir..." - VİDEOŞoumen Kamran Həsənli müğənni Samir Piriyevlə yaşadığı problemlərdən danışıb.

O, A24.az-ın efirində qonaq olarkən, bildirib ki, bu məsələdə heç bir günahı yoxdur: “Samir üzümə durmaq üçün əvvəlcə sürücüsü gətirdi, indi də dəlləyini ortaya çıxarıb. Sadəcə bu günə qədər məndən 80 min dollar tələb edən yalançıya görə, ölkə rəhbərinə müraciət etmək istəmirdim. Həmin insan öz vəkili ilə bərabər mətbuat konfransı keçirdi. Mən niyə müraciət etməyim ki? Ümidim qalıb, cənab Prezidentə. Burdan ona müraciət edirəm”.

Qeyd edək ki, müğənni Samir Piriyev Kamran Həsənlini ondan aldığı 80 min dolları qaytarmamaqda ittiham edir.
İlkin Misgərli qəzəbləndiXəbər verdiyimiz kimi İlkin Misgərliyə avtomobil hədiyyə olunub.

"Ölkə.Az"a açıqlama verən aktyor bildirib ki, avtomobili ona Rusiyada yaşayan və onun yaxın dostu olan tanınmış iş adamı hədiyyə edib:

"Yayılan xəbərlər əsassızdır. Mənə maşını Rusiyada yaşayan dostum hədiyyə edib. Mənim sənətimə dəyər verdiyi üçün ona minnətdaram. Xaiş edirəm ki, əsası olmayan xəbərləri yaymayasınız.

Xatırladaq ki, aktyora avtomobili Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu, Rza Talıbovun hədiyyə edildiyi söylənilib.
Azərbaycana satılan “Polonez” raket sistemlərinin yeni sınağı: 300 kilometr... - VİDEOBu gün oktyabrın 26-da Belarusun Qomel vilayətində “Polonez” reaktiv yaylım atəşi sisteminin modernizə olunmuş variantının sınağı keçirilib. Bu barədə Belarus Müdafiə Nazirliyinin saytı bildirir.

Xəbər verildiyi kimi Azərbaycanın Belarusdan “Polonez” sistemlərini almasına dair razılaşma əldə edilib. Bu barədə Azərbaycan müdafiə naziri Zakir Həsənovun bir neçə gün əvvəl Minskə səfəri zamanı danışıqlar aparılıb. Z.Həsənov “Polonez” sistemlərinə baxış keçirib. BMT-nin Adi Silahlara dair Reyestrində yer alan məlumata görə Azərbaycan ötən il silah alınması üçün Belarusa 180 milyon dollar ödəyib. Ehtimal olunur ki, bu “Polonez” sistemlərinin alınması üçün ödənilən avansdır.

Belarus Müdafiə Nazirliyi bildirir ki, “Polonez” raket sistemlərinin modernizə edilmiş versiyasının sınağı uğurlu keçib. Sistemdən buraxılan raketlər 300 kilometr məsafədə təyin olunmuş hədəfi yüksək dəqiqliklə vurub. Bundan əvvəl “Polonez” sistemlərinin təchiz olunduğu raketlər hədəfi 200 km. məsafədən vura bilirdi. Ötən il Belarus Müdafiə Nazirliyi raketlərin uçüş mənzilinin 300 km-ə qaldırılması üzərində işlərin getdiyini açıqlamışdı.

Bu günkü raket atışları zamanı raketlər əhalinin sıx yaşadığı yaşayış məntəqələri üzərindən uçub, nəticədə sistemin dəqiqliyinə dair əlavə tələblər qoyulub. “Raketlərin marşrutu yaşayış məntəqələri üzərindən keçib və bütün marşrut boyu uçuş korrektə edilib. Raketlər təyin olunmuş hədəfləri yüksək dəqiqliklə vurub və uçuş mənzilinə, dədiqliyə dair texniki xarakteristikanı tam təsdiq edib”-nazirliyin məlumatında deyilir.

Ehtimal edilir ki, “Polonez” sistemlərinin bu günkü sınağı zamanı Çin istehsalı olan, 301 mm kalibrli A200 raketlərinin modernizə edilmiş variantı istifadə edilib. Bu silah sisteminin işlənib hazırlanması və sınaqların keçirilməsinin bütün mərhələlərinin Azərbaycanın dəstəyi ilə baş verdiyi təxmin edilir.


virtualaz.orq
Şəmkirdə ŞOK HADİSƏ: sevgilisi qardaşı tərəfindən öldürülən 17 yaşlı qız ÖZÜNÜ ASDIŞəmkirdə faciəli hadisə olub.

APA-nın verdiyi məlumata görə, hadisə Şəmkirin Zəyəm qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Ayşən Azər qızı Xəlilova yaşadığı evdə özünü asıb. A.Xəlilova intihar etməzdən əvvəl məktub yazıb. Məktubda o, ölümündə heç kimin günahkar olmadığını qeyd edib.

O, qardaşı tərəfindən sevdiyi oğlanın qətlə yetirilməsinə dözə bilmədiyini, məhz buna görə canına qəsd etdiyini bildirib.

Qeyd edək ki, oktyabrın 20-də Şəmkir rayonu Zəyəm qəsəbəsinin sakini, 17 yaşlı Həsrət Xəlilov həmkəndlisi, 28 yaşlı Tural Məmmədovu bıçaqlayaraq qətlə yetirib.

Məlumata görə, Həsrət Xəlilov Tural Məmmədovu bacısı ilə yaxın münasibətlərdə olduğu üçün öldürüb.
TADDEF’TEN REKTÖR ALMA’YA ZİYARETTürkiye Azerbaycan Dostluk Dernekleri Federasyonu (TADDEF) Genel Başkan yardımcısı ve Iğdır Azerbaycan Evi Derneği başkanı Serdar Ünsal, yönetim kurulu üyeleri, Nazım Karadağ, Şeref Iğdır, Ziya Zakir Acar, Ataman Toksöz ve Ali Şıktaş, Iğdır Üniversitesi Rektörü Prof. Dr. Mehmet Hakkı Alma‘yı ziyaret ederek, teşekkür belgesi ve Türkiye Azerbaycan bayrağı verdi.

Prof. Dr. Mehmet Hakkı Alma ‘yı makamında ziyaret eden dernek yöneticileri, Serdar Ünsal , Nazım Karadağ, Şeref Iğdır, Ziya Zakir Acar, Ataman Toksöz ve Ali Şıktaş, sohbet ederek dernek çalışmaları hakkında bilgi verdiler.

Dernek başkanı Serdar Ünsal,derneğin faaliyetini ve kuruluş amacını anlatarak sivil toplum örgütü olarak her alanda Türkiye ve Azerbaycan’ın sesi olmaya iki ülkenin menfaatleri için mücadele etmeye çalışıyoruz. Amacımız Türkiye Azerbaycan ilişkilerine katkı sağlamaktır. Bunu da gerçekleştirmek için bu derneği kurduk çok değerli üyelerimiz vardır. Hepsi Türkiye ve Azerbaycan sevdalısıdır. Iğdır gibi üç ülkeye sınır bir yerde Ermenilerin her fırsatta Türk düşmanlığı yaptığı bir ortamda Azerbaycan'ın ve Türkiye kardeşliğinin sesi olmayı planlıyoruz Özellikle her fırsatta Türk düşmanlığı yapan Türkiye ve Azerbaycan’ı zorda bırakmayı amaçlayan Ermeni diasporasına karşı mücadele ediyor onların gerçek yüzlerini kamuoyu oluşturarak dünyaya basın yayın aracı ile duyurmaya çalışıyoruz. Çeşitli toplantılarla Ermenilerin gerçek yüzlerini anlatıyoruz.”dedi.

Ünsal, “Ermenilerin her alanda Türk Milletinin başına bela olduğunu belirterek, Ermenistan’da bulunan Medzomor nükleer santralının tehlike saçtığını Iğdır’da kanser vakalarının arttığını bu santralin bir an önce kapatılması gerektiği hususunu vurguladı.
TADDEF’TEN REKTÖR ALMA’YA ZİYARET
Ziyaretten dolayı memnun olduğunu belirten Prof. Dr. Mehmet Hakkı Alma, dernek üyelerine teşekkürlerini sundu.

Prof. Dr. Mehmet Hakkı Alma,”Çalışmalarınızı yakından takip ediyorum. Toplum yararına çalışan derneklerin her zaman yanında oldum. Sizlerde Türkiye Azerbaycan kardeşliği yararına çalışmalar yapıyor. Milli konulara duyarlılık gösteriyorsunuz. Ermenilerin gerçek yüzünü topluma ,dünyaya anlatmak lazım. Çalışmalarınızda başarılar dilerim” dedi.

Prof. Dr. Mehmet Hakkı Alma ,”sivil toplum örgütlerinin demokrasinin vazgeçilmez unsurları olduğunu bu tür derneklerin her alanda söz sahibi olarak vatana hizmet etmeleri gerektiğini vurgulayarak Iğdır’ın güzel bir il olduğunu Bu güzelliğin kıymetinin bilinmesi gerektiğini, Iğdır’da birlik ve beraberliğin içinde olarak Iğdır’ı güzelleştirmek gerektiğini belirterek dernek yönetimine başarılar diledi.
Bakıda böyük biabırçılıq - Ata qızına təcavüz edibBakıda qız, atasının onu zorlaması iddiası ilə polisə şikayət edib. Avrasiya.net xəbər verir ki, bu barədə hüqüq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a məlumat verilib.

Məlumata görə, oktyabrın 23-də Şağan qəsəbəsi yeni massiv sahəsində yaşayan, 1998 —ci il təvəllüdlü Əliyeva Aynur Əsəd qızı ərizə ilə müraciət edərək, oktaybrın 21-də atası, 1970-ci il təvəlllüdlü Əliyev Əsəd tərəfindən zorlandığını bildirib. Faktla bağlı araşdırma aparılır.


Müxalifət Namizədlər Klubu yaradacaq - ALDP-nin təklifiylə"Namizədlər Klubu yaradılacaq".
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev müxalifətin seçkilərə münasibəti ilə bağlı açıqlamasında bildirib. ALDP sədri müxalifətin seçkidə birgə iştirakı ilə bağlı verdiyi təkliflərdən sonra bir neçə siyasi liderin, o cümlədən Rəsul Quliyevin, Hüseyn Abdullayev və İsa Qəmbərin öz namizədliklərini irəli sürdüklərini vurğulayıb:

“Artıq aktivləşmə prosesi başlayıb. Düşünürəm ki, planlaşdırdığımız kimi, gələn ilin fevral, mart aylarından etibarən seçkidə iştirakla bağlı iddialarını ortaya qoyan namizədlər məlum olacaq və biz Namizədlər Klubunun yaradılması ilə bağlı danışıqlara başlıyacağıq”.

F.Əliyev namizədliyini ortaya qoyan siyasi liderlərin bu ideyanı dəstəkləyəcəyinə ümidvar olduğunu qeyd edib.

Onun sözlərinə görə, seçkidə iştirak etmək istəyən demokratik düşüncəli iddialılar Namizədlər Klubunda birgə fəaliyyət göstərməklə müsbət nəticələr əldə oluna bilər. ALDP sədri özlərinin və digər bir neçə partiyann birləşdiyi Azadlıq Mərkəzində isə seçki ilə bağı məsələlərin müzakirə olunmadığını deyib.

Qeyd edib ki, Mərkəzdə təmsil olunanlardan KXCP sədri Mirmahmud Mirəlioğlu öz namizədliyini irəli sürüb.

Versus.az
İnteraz TV-nin yayımı dayandırıldıİnteraz TV-nin “Azerspace-1” peyki ilə yayımı dayandırılıb.

"Report"un məlumatına görə, təxminən 1 saatdır kanal yayımlanmır.

İnteraz TV-dən isə bildirilib ki, kanalın yayımında olan məhdudiyyət baş verən texniki nasazlıqla əlaqəlidir: "Hazırda problemin aradan qaldırılması istiqamətində işlər gedir. Yaxın vaxtlarda problem həll olunacaq".
Qaçan məhbuslardan biri tutuldu - Rəsmi26 oktyabr 2017-ci il tarixdə Penitensiar Xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə gün öncə (23.10.2017) Bakı-Astara-Bakı dəmiryolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq, istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır.

Bu barədə xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edək ki, Əli Rasim oğlu Ağami Şirvan şəhərində anadan olub.

Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.
Qaçan məhbuslardan biri tutuldu - Rəsmi