Bakıda 49 yaşlı kişi məşuqəsini ayağı ilə boğub öldürdü - VİDEOSabunçu rayonu Bakıxanov qəsəbəsi Adil Əlibabayev küçəsindəki mənzildə paytaxt sakini, 1968-ci il təvəllüdlü Şaqaliyev Fərhad Cənnət oğlu qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Xanış qızını boğaraq öldürüb. 49 yaşlı kişi yerə yıxılmış sevgilisinin boğazına ayağını dirəyərək onun nəfəsini kəsərək öldürüb.

Bildirilir ki, hadisə vaxtı F.Şaqaliyev sərxoş vəziyyətdə olub. Belə ki, o, bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşürmüş. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanırmış. Dünən növbəti dəfə eyni mövzuda mübahisə yaşanıb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.

Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır. O artıq tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.
Penitensiar Xidmətin Konvoy taboruna yeni komandir təyin olunduƏdliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taboruna yeni komandir təyin edilib.

"Report"un məlumatına görə, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə vəzifəsindən azad edilən ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin yerinə ədliyyə polkovnik-leytenantı Azad Maşanov təyin olunub.

A.Maşanov bu vəzifəyə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayından gətirilib. O, bu gün nazirliyin rəhbər şəxsləri tərəfindən Konvoy taboruna təqdim edilib.
“Lotu Quli” Gürcüstandan qovuldu Ötən gün 21 illik həbs həyatından sonra azadlığa buraxılan “Lotu Quli” ləqəbli qanuni oğru Nadir Səlifov doğulduğu Gürcüstanı tərk edib.

Avrasiya.net Lent.az-a istinadən xəbər verir ki, “Lotu Quli”yə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, Gürcüstan hökuməti Azərbaycanda azadlığa buraxıldıqdan sonra bu ölkəyə, doğma kəndinə gedən kriminal aləm nümayəndəsinə ölkəni dərhal tərk etməsi barədə qeyri-rəsmi xəbərdarlıq edib.

Bildirilir ki, oğru dünyasının nümayəndələrinə qarşı sərt qanunları ilə seçilən Gürcüstan Nadir Səlifovun ölkədə bir gündən artıq qalmasına imkan verməyib.

“Vor zakon”un yeni adresi də artıq bəllidir. Əldə etdiyimiz məlumata görə, o, artıq Gürcüstanı tərk edərək Türkiyəyə keçib. “Lotu Quli”nin bir müddət İstanbulda yaşayacağı və öz işlərini buradan görəcəyi iddia edilir.

Qeyd edək ki, “Lotu Quli“ ilə düşmən olan azərbaycanlı mərhum qanuni oğru Rövşən Lənkəranski də sui-qəsdlə öldürülənə qədər uzun müddət İstanbulda yaşayıb, işlərinə buradan nəzarət edirdi.
Jurnalisti maşın vurub öldürdüŞirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Şirvan sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.

Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib.

S.Məmmədli "Həftə içi" qəzetinin Şirvanda bölgə müxbiri kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!
Gədəbəydə torpaq üstündə kütləvi dava: Yaralılar varGədəbəy rayonunda torpaq üstündə kütləvi dava baş verib.

Report-un məlumatına görə, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.

Belə ki, qonşular arasında düşən kütləvi dava zamanı kənd sakini, 1968-ci il təvəllüdlü Minarə Fətman qızı Quliyeva başından küt alətlə ağır zərbə alaraq yaralanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdirilib.

Dava zaman qarşı tərəfdən də iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, xəstəxanaya müraciət etməyiblər.

Faktla bağlı araşdırma aparılır.
Dini sekta lideri qazanda yanıb öldü — VİDEOMalayziyada daosizm sektasının ruhani liderlərindən biri həlak olub.

Ayin icra edən ruhani lider qaynar su ilə qızdırılan metal qazanın içində yanaraq ölüb.

İnsident "Sanglang Qinglong" məbədində, Perak vilayəinin Ayer-Tavar rayonunda baş verib. 9 imperator tanrının şərəfinə keçirilən bayramda 65 yaşlı Lim Ba qazanın içinə girərək ağzını bağlayıb. Yarım saat sonra onun qışqırığı eşidilib.

Limi qazandan çıxaranda o, huşsuz vəziyyətdə olub. Qurunu xəstəxanaya yetişdirsələr də, infarkt keçirərək həlak olub. Onun bədənində ikinci dərəcəli yanıqlar olub.
Lim Ba bu hərəkəti son on ildə dəfələrlə edib. O, qazanda əvvəllər 75 dəqiqə otururmuş. Qızı isə bildirir ki, sonuncu dəfə səhhətində problemlər olduğu üçün özünü pis hiss edib.


Ölkə.Az
“Kontakt-Home”un inanılmaz əməlləri ifşa olundu - Sahibkarlar məhkəməyə verirBakıda fəaliyyət göstərən bir neçə telefon alqı-satqısıyla məşqul olan dükan sahibi "Kontakt-Home” mağazalar şəbəkəsini məhkəməyə verməyə hazırlaşır.

Bu barədə BakuPost.az-a dükan sahibləri özləri məlumat verib. Bildiriblər ki, məhkəməyə müraciət etmələrinə səbəb müştərilərdən aldıqları telefonların IMEI kodunun "Kontakt-Home” tərəfindən bloklanmasıdır.

Məlumata görə, bəzi müştərilər "Kontakt-Home”dan kreditlə aldıqları telefonları sonradan satmaq üçün dükanlarına üz tuturlar. Alınan telefonları isə sonradan başqa müştərilərə satan dükan sahibləri problemlə üzləşirlər. Belə ki, ikinci əl telefon alan müştərilər bir müddət sonra telefonlarının işləmədiyini görürlər. Araşdırdıqda isə məlum ki, avadanlığın IMEI kodu bloklanıb. Buna səbəb keçmiş sahibinin satdığı telefonun aylıq kreditini "Kontakt-Home”a ödəməməsidir.

Sahibkarlar bu kimi problemlərdən cana yığıldıqlarını və bunun onların problemi olmadığını dilə gətiriblər.

Onlar bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi oğurluq və qaçaqmalçılıqla əldə olunmuş telefonların satışına mane olmaq üçün imei.az domenində qeydiyyat saytı açıb. Hər bir şirkət satdığı telefon barədə məlumatları bu saytda qeydiyyatdan keçirməlidir. Lakin "Kontakt-Home” bu prosedura riayət eləmir. Şirkət satdığı telefonun kreditdə olub-olmaması və digət detalları saytda yerləşdirmədiyindən, satan şəxs də bunu nağd aldığını deyir və digər dükanları və alıcıları aldatmağa nail olur.

Sahubkarların sözlərinə görə, hər dükanda "Konatkt-Home”dan kreditlə alınmış, başqa müştəriyə satılmış, lakin İMEİ kodu bloklandığından geri qaytarılmış onlarla telefon var:"Müştəri telefonu alır, 1-2 ay istifadə etdikdən sonra gətirib dükanlara satır. Telefonu alan dükanın da yoxlama imkanı yalnız imei.az saytındandır. Biz də daxil oluruq sayta, baxırıq ki, məsələn 5 aydır işlənir. İstifadəsinə icazə verilib. Kredit haqqında hər hansı məlumat yoxdur. Həmin telefonu alırıq, başqa müştəriyə satırıq. Üstündən 8-9 ay keçir, telefon anidən bağlanır. Məlum olur ki, sən demə telefon kreditdə imiş, müştəri də pulu ödəmir deyə, bağlayıblar.

Biz nazirliyə şikayət edəndə, deyirlər ki, məhkəmə qərarı var. Deyirik ki, bəs niyə telefon haqda məlumatlar əvvəldən saytda yerləşdirilmir? Sualdan yayınırlar. Bu, hüquqi cəhətdən düzgün deyil. Çünki telefonu bloklamaqla müştərinin kredit borcu ödənmir. Amma telefon bağlanmaqla 2-ci, 3-cü tərəfə ziyan dəyir. Zərərin qarşısını almağın sadəcə bir yolu var: o da telefonun satıldığı dəqiqə imei.az-da qeydiyyata salınmasıdır.

Problem əsasən "Kontakt-Home”dan alınan telefonlarda yaranır. Onlar baxmır müştərinin qeydiyyat yerinə, zamini olan hamıya telefon satırlar.
Bizdə narazılıq yaradan məqam odur ki, bu, nə dərəcədə qanunidir? Qanunidirsə, niyə görə telefon satılan anda sistemə bu barədə material yerləşdirilmir? Məhkəmə qərarı olmadan mağaza necə telefonu necə bloklayır, biz bunu hələ başa düşməmişik”.

Sahibkarlar "Kontakt-Home”la bağlı çox ciddi iddia irəli sürüblər. Onlar mağazalar şəbəkəsinin nazirlikdən kənar server yaratdıqlarını bildiriblər: "Kontakt-Home öz daxilində server sistemi yaradıb. Bunun vasitəsilə öz satdığı telefonları bloka sala bilir. Bu da ciddi problemdir. Bundan nazirliyin xəbəri varmı, dövlət buna nəzarət edirmi, bilmirik. Bu çox ciddi məsələdir. Ölkənin, dövlətin təhlükəsizliyinin asılı olduğu məsələlərdəndir. Rəsmi qurumların bundan məlumatlı olub-olmadığını deyə bilmərik, amma mağaza bu server vasitəsilə telefonları istədiyi kimi bloklayıb-aça bilir”.

"Kontakt-Home”un məsələ ilə bağlıBakuPost.az-a açıqlama verən Elnur adlı məsul şəxsi bildirib ki, burada qanunsuz heç bir məsələ yoxdur. Onun sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Kontakt-Home”a IMEI kodları bloklamaq üçün icazə verib:"Telefon dükanları zəhmət çəkib telefonu aldıqları adamı tapsınlar, borcu ödətsinlər. Biz borcu ödənilməyən istənilən telefonu bağlayacağıq. Nazirlik bizə IMEI kodları bloklamaq hüququ verib. Burada qanunsuz heş bir şey yoxdur”.

Xatırladaq ki, BakuPost.az bu məsələ ilə bağlı dəfələrlə yazı dərc edib. Həmin yazıları aşağıdakı linklərdən oxuya bilərsiniz.
Ermənistan 5 rayonu “sata” bilər – Rus analitikindən sensasion"Azərbaycanla Ermənistanın mövqeləri bir-birilə uzlaşmır. Bu yaxınlarda Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüş də bunu təsdiq etdi. Bu görüş heç olmasa mövqelərin bir-birinə yaxınlaşmasını göstərməli idi, Qarabağ münaqişəsinin nizama salınmasına hansısa bir cəhd olmalı idi”.

Avrasiya.net-in məlumatına görə, bunu haqqın.az portalına müsahibəsində rusiyalı jurnalist və analitik Vadim Dubnov deyib.

Politoloq bildirib ki, hər iki ölkənin siyasi elitaların mövqeyinə baxdıqda Qarabağ münaqişəsinin nizama salınması prosesində qarşılıqlı məqbul variantların gözdən keçirilmədiyini görmək olar.

"Sual oluna bilər ki, bəs sülh mümkündürmü? Bəli, o mümkündür. Təbii ki, əgər detalların texniki müzakirəsinə yaxınlaşma olarsa. İndi müəyyən dərəcədə vəziyyət sabitləşib. Amma texniki yanaşmalarda böyük çətinliklər var”-Vadim Dubnov belə hesab edir.

Onun sözlərinə görə, siyasi iradə olduğu halda Laçın koridoru ilə bağlı məsələni həll etmək olar.

Analitik Ermənistanın işğal etdiyi bir neçə rayonun Azərbaycana qaytaracağı haqdakı iddialara da münasibətini açıqlayıb.

"Birincisi kommunikasiyaların açılması Ermənistan üçün kifayət deyil. İkincisi, Yerevan bu plana etibar etmir. Üçüncüsü isə Ermənistan hərbi-topoqrafik fikirlərdən, Qarabağın ətrafında "təhlükəsizlik kəməri”ni itirməkdən qorxur”.

Vadim Dubnov Ermənistanın gələcəkdə işğal etdiyi torpaqları Azərbaycana "sata” biləcəyini də söyləyib.

"Başqa amillər də var. Məsələn, Ermənistan bu 5 rayonu gələcəkdə baha qiymətə "sata” bilər. Ermənistan tərəfi buna hazırdır. Ermənistan cəmiyyətində və siyasətində parçalanma təhlükəsi var. Bunları nəzərə almaq lazımdır, lakı Ermnənistan cəmiyyəti hansısa rayonun Azərbaycana qaytarılmasını istəmir”.

Ekspert 2018-ci ildə Ermənistanda siyasi təlatümlərin artacağını və bunun partlayışa səbəb olacağını da bildirib. Bu isə Serj Sarkisyanın prezident postundan gedəndən sonra onun baş nazir olmaq istəyi ilə bağlıdır.

Vadim Dubnov bu fonda cəbhədə vəziyyətin gərginləşəcəyi ehtimalının yüksək olduğunu da bildirib.

"Cəbhədə vəziyyətin yenidən kəskinləşməsi mümkündür. Bakı status-kvo ilə razı deyil və bunu dünyaya da çatdırır. Bakı deyir ki, hazırkı vəziyyət onu qane etmir. Lakin cəbhədə insidentlər başlasa, bu 3, 5, 7 gün davam edə bilməz. Çünki münaqişə tərəfləri bu yüklənməyə dözə bilməz”.
İki əsgər və 2 zabit hərbi hissədən qaçdıErmənistan Ordusunun hərbçiləri xidmət yerini özbaşına tərk ediblər.

Trend-in məlumatına görə, Ermənistan Ordusunda hökm sürən qanunsuzluqlar səbəbindən hərbi qulluqçular xidmət yerlərini özbaşına tərk edirlər. Bu günlərdə hərbi hissəni özbaşına tərk edən hərbi qulluqçular Harut Melikyan və Rudik Hakopyan barəsində cinayət işi başlanıb.

Eyni zamanda məlumatda Ağdərə istiqamətində yerləşən işğalçı ordunun zabitləri baş leytenant Ara Mezlaxanyan (hərbi xidmətə Gexarkunuk vilayətinin Çəmbərək rayonundan çağırılıb) və taqım komandiri Hayk Martirosyanın da xidmətdən yayınmaq məqsədilə hərbi hissəyə qayıtmadıqları bildirilir.

Xidmətdən yayınan hərbçilərlə bağlı axtarış və istintaq tədbirləri aparılır.
Fazil Mustafa "İnteraz"ı İranın təbliğat ruporu adlandırdı: "Bunlar dini radikalizmin təbliğatı deyil?"Millət vəkili Fazil Mustafa “facebook” səhifəsində “İnter.az” televiziyasında yayımlanan verilişdə İran yönümlü təbliğatın aparılması ilə bağlı yazı paylaşıb.

Yazısında millət vəkili kanalı İranın təbliğat ruporu adlandırıb, göstərilənlərlə bağlı ölkədəki əlaqədar qurumlara çağırış edib.

“A24.az” Fazil Mustafanın yazısını təqdim edir:

” “İnter.az” televiziyası ağlaşma qurub yenə. Bu telekanala da, deyəsən, pulu qonşu ölkədən buraxırlar. Əməlli-başlı bu kanal İranın təbliğat ruporuna çeviriblər. Militan uşaqlar başlarına sarıq bağlayıb sinə döyürlər, qonşu ölkənin ideoloji klipləri fars əlfbası ilə yayımlanır. Məgər bunlar dini radikalizmin təbliğatı deyil?

Məşhəd ziyarəti reklam olunur. Dini verilişlərə cəhaləti, xurafatı təbliğ edənlər dəvət olunur. Hara baxır bizim Rabitə nazirliyi? Hara baxır Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi? Hara baxır Milli Təhlükəsizlik Xidməti? Bu ölkənin təhlükəsizliyi barədə, ümumiyyətlə düşünən varmı? Belə məsələlərə oldu-bitdi kimi baxmaq olmaz, İranda imkan verərlərmi bizim təbliğatı bu cür aparasan? Gedin iki dəfə Təbriz çığırın, gedin iki dəfə oradakı qardaşlarımızın dil, məktəb problemlərini danışın, əlli-ayaqlı öz ölkələrindən qovarlar. Biz niyə hələ də dövlətçilik şüuruna sahib ola bilmirik? Öz dövlətimizə qarşı təxribatlara belə yavşaq yanaşmanın nəticələrini niyə hələ də anlaya bilmirik?”