Şəmkirdə polislər qəzaya düşdü: ölən və yaralılar varŞəmkirin Kür qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Report-un məlumatına görə, qəsəbə ilə hərəkət edən VAZ-21021 markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, 4 nəfər ağır yaralanıb. Yaralılar - Mirzəyev Fərman Kənan oğlu, Qasımov Orxan İntiqam oğlu, Yusibov Telman və Quliyev Rauf xəstəxanaya yerləşdirilib.

Məlumata görə, avtomobilin sürücü və sərnişinləri polis və polisə ictimai dəstək verən şəxslər olublar.

Faktla bağlı araşdırma aparılır.
AZAL-ın idarə rəhbəri vəfat etdiAzərbaycan Milli Aviasiya Akademiyasının kafedra müdiri vəfat edib.

Report xəbər verir ki, Akademiyanın “Aeronaviqasiya” kafedrasının müdiri, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin "Azəraeronaviqasiya" (AZANS) Hava Hərəkəti İdarəsinin direktoru, professor Valeri Zeynatdinoviç Sultanov dünyasını dəyişib.

Qeyd edək ki, Valeri Sultanov əmək fəaliyyətinə 1972-ci ildən başlayıb.
55 yaşlı kişi özünü asdıAğstafada intihar hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Poylu kəndində 1962-ci il təvəllüdlü Nəbiyev Ədalət yaşadığı evdə özünü asaraq, intihar edib. Onun hansı səbəbdən özünə qəsd etdiyi məlum deyil.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
Ailəsi ilə mübahisə etdi - Özünü yandırdıYevlax rayonunun mərkəzində kişi ailə münaqişəsi zəminində özünü yandıraraq öldürüb.

"Report" xəbər verir ki, 1983-cü il təvəllüdlü Zeynalov Rubail Nizami oğlu ailə üzvləri ilə mübahisə etdikdən sonra üzərinə benzin tökərək özünü yandırıb.

Çoxsaylı yanıq xəsarətləri alan R.Zeynalov Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Məhbusların qaçmasına görə tutulan vəzifəli şəxslərin adları Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətin saxlanılan üç əməkdaşının adı məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, bunlar qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovdur. Onlar hadisədən sonra saxlanılaraq istintaqa cəlb edilib.

Hər üç şəxs hazırda Nərimanov Rayon Polis İdarəsində saxlanılır.

Hadisə zamanı qatarda olan Penitensiar Xidmətinin bir neçə əməkdaşı isə hazırda dindirilir.

Saxlanılan şəxslərin barəsində bu gün həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Kriminal aləmdə tanınan Ə.Ağaminin hazırda həbsdə olan “Lotu Quli”yə yaxın şəxslərdən olduğu bildirilir. “Qoca” ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəstəsi ilə doğuşdan öncə rəqs edən ginekoloq danışdı — VİDEOMoskvada doğum evində çalışan azərbaycanlı ginekoloqun videosu sosial şəbəkələrdə baxılma rekordu qırır. Videoda ginekoloq Ruslan Xanbutayevin doğuş sancısı çəkən pasiyenti Mariya Malışevaya yaxınlaşdığı, onun ağrılarını azaltmaq üçün palatada az qala diskoteka effekti yaratdığı əks olunub. Daha sonra R.Xanbutayev hamilə pasiyenti ilə enerjili rəqs etməyə başlayıb.

Bu görüntülər bir neçə saatdan sonra həm Rusiyada, həm də Azərbaycanda böyük səs-küyə səbəb olub. Həm çox danışılıb və həm hadisə barədə müxtəlif fikirlər yazılıb.

Əslində videodakı həmin görüntülərdə nələr baş verir? Məsələnin əsil mahiyyətini öyrənmək üçün böyük marağa səbəb olan azərbaycanlı həkimlə əlaqə saxladıq. Ginekoloq Ruslan Xanbutayev “Ölkə.Az” eksklüziv olaraq açıqlama verib. Həkim açıqlamasında bildirib ki, əslində məsələ konteksdən çıxardılaraq cəmiyyətə təqdim edilib.

“Konteksdən çıxarılmış kiçik bir parça qavranıldığı kimi bəsid və sadə deyil. Sosial şəbəkələrdə bu barədə danışanları görürəm. Düzü insanların fikir azadlığına qarışa bilmərəm. Lakin insanlar məhz alternativ baxışların hesabına inkişaf edirlər. Kiçik bir parçaya baxıb nəticə çıxartmaq düzgün deyil. Bu metod fransız həkiminin metodudur. Bu təcrübədən Avropada geniş istifadə olunur”, - deyə Ruslan Xanbutayev bildirib.

Həkim deyir ki, bütün səxtələr ilə bu formada müalicə aparmır: “Bu xəstənin vəziyyətinə baxır. Kimə musiqi, kimə rəqs, kimə vanna, digərinə isə həyat yoldaşının yardımı kömək edir. Xəstələrin həyat yoldaşlarına da başa salırıq ki, xanımların nazını çəksinlər. Doğum zamanı qadının nazını çəkmək lazımdır. Axı nəsil hər ikisinə aiddir”
Ruslan Xanbutayev deyir ki, həm xəstələri müalicə, həm də əməliyyat edir: “Genekoloq qadını kəsmək deyil. Müxtəlif vasitələrlə doğum aparılmalıdır”.

Çox nadir hallarda kişi genekoloqa rast gəlinir. Bəs xanımlar bundan çəkinmirlər ki? Ruslan Xanbutayev deyir ki, burada əsas məsələ həkimin təcrübəsidir: “Həkimin cinsi olmaz! Həkimin yuxusu olmamalıdır!”.

Ruslan Xanbutayev onu da əlavə edib ki, hazırda Azərbaycandadır: “Mən hazırda Azərbaycandayam. Təəssüflər olsun ki, bura gəlməyə məcbur oldum. Azərbaycan mənim vətənimdir. Mən azərbaycanlıyam”.
Qan qruplarının CİNSİ həyata TƏSİRİ - ARAŞDIRMAQan qruplarının cinsi həyatınıza təsir etdiyini bilirdiniz?

Publika.az xəbər verir ki, xüsusilə də bu, kişilərdə daha çox özünü göstərir.

Bildiyimiz kimi, qan ereksiyanın əsas hissəsidir. Bu mövzuda heç kimin bir etirazı yoxdur. Qan qrupunun ereksiya üzərində müsbət, ya da mənfi təsiri ola bilərmi?

Bugünki yazımızda buna cavab tapacaqsınız.

Türkiyədə həyata keçirilən bir araşdırmaya görə, qan qrupunun belə bir təsiri ola bilər. Qan qrupu 1-ci qrup olan kişilərin ereksiya probleminin olma ehtimalları 2, 3 və ya 4-cü qrupa nisbətən daha azdır. Hətta, 1-ci qan qrupu ilə müqayisədə, 2, ya da 3-cü qrup qana sahib kişilərin ereksiya problemləri 4 qat daha çox olur. 4-cü qan qrupu üçün isə bu riskin 5 qat qədər daha çox olduğu bildirilir.

Qruplar arasındakı əlaqə heç də şişirdilmiş deyil. Çünki daha əvvəl reallaşdırılan işlərdə, xüsusilə 4-cü qrup olmaq üzrə bəzi qan qruplarının, ürək xəstəlikləri, qan laxtalanması, ya da yüksək xolesterol kimi bəzi sağlamlıq problemləri ilə əlaqəli olduğu bildirilirdi.

Eyni mexanizm, ereksiya problemi ilə qan qrupu arasında da uyğun ola bilər. Belə ki, bəzi araşdırmalarda, ereksiya pozğunluğu ürək problemlərinin ola biləcəyinə işarədir. Cinsi orqandakı damarlar, ürək ətrafı ilə müqayisədə daha kiçik olduğu üçün, mənfi təsir ilk əvvəl orada meydana çıxa bilər.

Qan qrupu 2, ya da 3 olan kişilərin qanında yapışma molekulu səviyyəsi daha yüksək olduğu üçün, arteriyalarda val meydana gəlməsi də mümkündür. Bu da qan axışına təsir edərək, həm ürəyi, həm də cinsi orqanı təhlükəyə atır.
Gürcüstanda azərbaycanlı borca görə qətlə yetirildiGürcüstanın Saqareco rayonunun Keşalo kəndində azərbaycanlı soyuq silahla qətlə yetirilib.

30 yaşlı Məcid Məmmədovun qətlinə səbəbin borc olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, M.Məmmədov ona borclu olan şəxsdən pulu ala bilməyib və əvəzində qiymətli əşyalar tələb edib.

Qətli törədən şəxs artıq müəyyən olunub və onun həbsi üçün tədbirlər həyata keçirilir. Faktla bağlı cinayət işi açılıb. (apa)
İlin ən yaxşı futbolçusu -  RonaldoFİFA “Real Madrid” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldonu ilin ən yaxşısı futbolçusu adına layiq görüb.

Ronaldo rəqibləri Leonel Messi və Neymarı qabaqlamağı bacarıb.

Qeyd edək ki, portuqaliyalı hücumçu 3 oyuna 12 qol vurmaqla Çempionlar Liqası – 2016/17-nin ən yaxşı bombardiri hesab edilib.