Ermənistan vətəndaşı Azərbaycana keçmək istəyirErmənistanda ədalətsizliyin qurbanı olan Qafan şəhər sakini Andranik Qevorqyan Azərbaycana keçməyə hazırlaşır.

Bu barədə armtimes.com-un müxbirinə Andranik Qevorqyan özü bildirib.

2014-cü ildə Gürcüstanın Kabuleti şəhərində 2 Ermənistan vətəndaşı onun 3100 ABŞ dollarını aldatma yolu ilə mənimsəyib. Batumi şəhərində isə ona qarşı sui-qəsd cəhdi olub. O, Gürcüstana maşın almaq məqsədilə gedib və belə bir hadisə ilə üzləşib. Ermənistana qayıdaraq dəfələrlə polisə müraciət etsə də, cinayət işi açılmayıb. Polisin Maştots şöbəsində onu ölümlə hədələyiblər.

Haqsızlıqla üzləşən vətəndaş polisin qərarından sonra baş prokuror Artur Davtyana, Xüsusi İstintaq Xidmətinin rəisi Vahram Şahinyana, polis rəisi Vladimir Qasparyana və ombudsman Arman Tatoyana müraciət edib. Müsbət nəticə əldə etmədikdən sonra Yerevandakı Kiyev körpüsünə gedib və onu özünü öldürməyə vadar edən həmin məmurların ora gəlməsini tələb edib.

“Mən bundan sonra bu ölkədə bu cür hədə-qorxu altında yaşaya bilmərəm, məcburən Bakıdan vətəndaşlıq xahiş edəcəyəm”, - deyə Andranik Qevorqyan qeyd edib. O, Azərbaycana müraciət edəcəyi barədə hüquq-mühafizə orqanlarını xəbərdar etdiyini deyib: “Mən bu nəticəyə gəlmişəm ki, ölkəmdə hədə-qorxu altında qalmaqdansa, Bakıda olsam daha yaxşıdır”.(azvision.az)
Mehriban Xanlarova şou-biznes əhlinə xəbərdarlıq edibƏməkdar artist Mehriban Xanlarova şou-biznes əhlinə xəbərdarlıq edib.

Apa xəbər verir ki, o, bildirib ki, bu gündən etibarən onun barəsində mənfi fikir söyləyən tanınmışlar məhkəməlik olacaq: “Heç bir şou əhli adımı çəkməsin. Bu, onlara sonuncu xəbərdarlığımdır. Bir də mənim adımı çəkmədən barəmdə təhqirlər yazan, sənətim barədə pis fikirlər bildirən tanınmışlar olsa, onlarla məhkəmədə görüşəcəyik. Məhkəmədə görüşmək istəmirlərsə, sakitcə yerlərində otursunlar. Mənim onlarla işim yoxdur. Onların da mənimlə işi olmasın. Mən heç kəsin qapısını döyüb, kimdənsə çörək pulu istəmirəm. O məni yarışda görüb, ələ salana demək istəyirəm ki, nəyimi görmüsən ki, mənə ləçər və yaxud da başqa söz deyirsən? Bəli, mən aktrisayam, özü də mükəmməl və özünə güvənən aktrisa. Şübhəniz varsa, mənə baxmayın. Mən heç kəsi məcbur eləmirəm. Mənim bostanıma daş atmasınlar ki, mən də onların bostanlarına daş atım. Elə bilirlər ki, nəsə desələr susacam. Barəmdə nəsə deyən olsa, məhkəməyə verəcəm. Adama deyərlər, öncə get öz sandığını aç, gör kimsən, daha sonra barəmdə nəsə de”.

Əməkdar artist onu da əlavə edib ki, ona yarışda yalnız pərəstişkarları səs verib: “Mənim arxamda pullu kimsə dayanmayıb ki, ona güvənim. Səsi yalnız mənə pərəstişkarlarım göndərirdi. Mən onlara güvənirdim".
“Yaquar” ləqəbli kəşfiyyatçı Bakıda faciəvi şəkildə öldüBu gün günorta saatlarında Bakıda ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Səbail rayonu, “Oksford” məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binada qeydə alınıb.

Qarabağ müharibəsi iştirakçısı, II qrup əlil, 1957-ci il təvəllüdlü Hüseynov Əlihüseyn Ələsgər oğlu binanın damından yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib.

Onun binanın damına su çənini düzəltmək üçün çıxdığı bildirilir.

Qeyd edək ki, Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona “Yaquar” ləqəbi verilib.

Hüseynovun yaşadığı bina Müdafiə Nazirliyinin balansındadır, mənzil ona dövlət tərəfindən verilib.
“Lotu Quli” təcili Türkiyəyə getdi - “Oğru dünyası”nda böyük təşvişBu gün gözlənilmədən həbsdən azad olunan "Lotu Quli” ləqəbli kriminal general Nadir Səlifov Azərbaycanı tərk edib.

BakuPost.az xəbər verir ki, o, təcili olaraq Türkiyəyə uçub və orada öz tərəfdarları ilə görüşüb. Xəbərdə bildirilir ki, "Lotu Quli”nin Türkiyəyə getməsi bu ölkədə fəaliyyət göstərən kriminal aləmin nümayəndələri arasında böyük təşviş yaradıb. Onunla düşmən mövqedə olan bəzi avtoritetlər qardaş ölkəni tərk edib.

Yeri gəlmişkən, "Lotu Quli”nin Azərbaycanı tərk etməsi və Türkiyədə artıq bəzi tərəfdarları ilə görüşməsi xəbəri deməyə əsas verir ki, onun həbsdən azad olunmasıyla bağlı məlumat bu gün yayılsa da, hadisə bir neçə gün əvvəl baş verib.

Qeyd edək ki, nüfuzlu azərbaycanlı avtoritetlər Rusiyadan sonra əsasən Türkiyədə məskunlaşıblar. Xatırlatmaq yerinə düşər ki, məşhur qanuni oğru Rövşən Lənkəranski də son illərdə Türkiyədə yaşayırdı və orada qətlə yetirilib.
Lotu Qulinin azad olunarkən həbsxanada çəkilən fotosu yayıldıLotu Qulinin azad olunmamışdan əvvəl son fotosu yayılıb.

Lotu Quli kimi tanınan kriminal avtoritet Nadir Səlifovun azad olunmamışdan az öncə həbsxanada fotosu çəkilib.

Foto sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.

Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətməkdə ittiham olunub və 19 ildir həbsxanada cəza çəkirdi.

Musavat.com sözügedən fotonu təqdim edir.
Azərbaycanlı müğənni ikinci dəfə BOŞANDI - FOTOAzərbaycanlı müğənni Elşad Qarayevin oğlu, ifaçı Rəvan Qarayevin ikinci dəfə ailəsi dağılıb.

Publika.az-ın məlumatına görə, tanınmış ifaçı bu barədə “Show time” verilişində deyib. O, bildirib ki, ilk dəfədir ki, boşandığını mətbuata açıqlayır: “Mən artıq subayam. Ailəli olanda insan istər-istəməz evə gec gəlmir. Amma mən ailə qurmadan öncə də belə idim. Gecə saat 10-11-də evdə oluram. Çünki, çox gəzən ayağa daş dəyər”.
R.Qarayev daha sonra bildirib ki, 3-cü dəfə ailə qurmayacaq: “Yenidən ailə qurmaq fikrim yoxdur. Bundan sonra qızlarım üçün yaşayacam. Birinin 9, o birinin 4 yaşı var”.
Bakıda gecə gey-parad keçirilib - VİDEODünən Bakıda gözlənilmədən və əvvəlcədən elan edilmədən sensasion hadisə baş verib – gecə gey-paradı keçirilib. Bu hadisə, xüsusilə bu yaxınlarda fahişəliklə məşğul olan cinsi azlıq nümayəndələrinin dağıdılması və həbsi nəzərə alınarsa, ictimaiyyətin diqqətini cəlb edib. Qeyd edək ki, sözügedən həbslər beynəlxalq LGBT hərəkatının etirazlarına səbəb olmuşdu.

Dünəndən sosial şəbəkələrdə Bakının mərkəzində onlarla seksual azlıq nümayəndəsinin rahatca gəzişməsini əks etdirən video yayılır. “Bakıda gey-parad” adlı videoya artıq 16 mindən çox istifadəçi tamaşa edib.

Qırmızı donlu və qəribə vız durmuş parikli kişilər hansısa iaşə obyektindən çıxır və “Torqovı” (Nizami) küçəsinə doğru irəliləyirlər. Əksəriyyəti əcnəbidir. Bu videodan belə qənaətə gəlmək olar ki, Bakıda elan olunmamış gey-parad keçirilib.

Parlaq geyimli və başçında iri bant olan bir əcnəbi onun fotoşəklini çəkən gənc oğlanlara yaxınlaşır və onlarla ünsiyyət qurmaq istəyir. Video söyüşlərlə müşayiət olunur.

Xatırladaq ki, yaxın günlərdə polis Bakıda 80-dən çox seksual azlıq nümayəndəsini saxlamışdı. DİN-dən məlumat verilmişdi ki, saxlanılanlar fahişəliklə və digər qanun pozuntuları ilə məşğul olduqları üçün tutulub. Tibbi müayinə zamanı onların əksəriyyətində HİV virusu və zöhrəvi xəstəliklər müəyyən edilib.
400 minlik toyu olan məmur qızı filmə çəkilirBakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı videobloger Aysel Şükürova və onun əri Oktay Əhmədov barədə film çəkilir.

Missiya.az xəbər verir ki, Aysel Şükürova bu barədə müsahibəsində bildirib.

"Mən hesab edirəm ki, xəyallarım həmişə gerçəkləşir. Həmişə məşhur olmaq istəyirdim. Mənim sonrakı xəyalım Türkiyədə aktrisa kimi məşhur olmaqdır. Sizinlə bölüşəcəyəm. Bizim kino çəkilişləri tezliklə başlanacaq. Filmdə mənim bütün həyatım təsvir edilir. Aparıcı rollarda mən və mənim ərim olacaq. Bu mənim xəyalım idi" - o qeyd edib.

Aysel Şükürova hazırda salonlara çəklişlərə getdiyini açıqlayıb.

"Mən insanları tədricən cəlb etməyə başladm. Hazırda mənə serialla və reklam çəkilişləri ilə bağlı təkliflər gəlir".

Qeyd edək ki, toy mərasimi yanvarın 21-də “Böyük Saray” da baş tutub. Qüdrət Şükürovun qızı Aysel Şükürova Oktay adlı şəxslə nikah masasına oturub. Toydan sonra isə cütlük barədə 400 min dollarlıq toy iddiası ölkə mediasının gündəmini zəbt edib. Qüdrət Şükürovun qızına etdiyi toy mərasiminin 400 min dollara başa gəlməsi, foto və videoların paylaşılmasından sonra toy sosial şəbəkələrdə geniş müzakirə olunub. Daha sonra keçmiş həyat yoldaşı Aysel Şükürova və onun atası Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov barədə qalmaqallı açıqlama verib. O bildirib ki, Qüdrət Şükürov büdcədən pul mənimsəmək üçün dəstə toplayıb lift oğurlayır.
Penitensiar Xidmətdən "Lotu Quli"nin azad olunmasıyla bağlı açıqlamaBir qədər öncə “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun azadlığa buraxılmağı barədə xəbər yayılıb. Xəbər qısa müddətdə əksər informasiya saytlarında tirajlanıb.

Modern.az saytı xəbərə rəsmi münasibət öyrənmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov bildirib ki, məhkumun özü, yerini dəyişməsi yaxud azadlığa buraxılması ilə bağlı məlumat yalnız ailə üzvlərinə və yaxınlarına verilə bilər:

“Onun istəyi olarsa, vəkili vasitəsilə ictimaiyyətə açıqlanar. Bir də ki, biz hər boş yazılan məlumatı şərh etmək məcburiyyətində deyilik”.
Digər məlumata görə, N.Səlifov həbsdən buraxılmayıb, o, saxlanıldığı 8 saylı cəzaçəkmə müəssisəsindən başqa bir yerə köçürülüb.

“Lotu Quli” 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi avtoritetlər tərəfindən 27 yaşlı Səlifova “qanuni oğru” adı verilib. O, 2005-ci ildə məhkəmə tərəfindən daha 15 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət aləmində nüfuzlu azərbaycanlı avtoritetlərdən sayılan “Lotu Quli” Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın “oğru tacını” əlindən alıb. Eyni zamanda, həbsxanada olmasına baxmayaraq, Rafət Əlibayramlinskinin “oğru” adını aldığı “sxodka”larda Skaype vasitəsilə iştirak edib.

Nadir Səlifov 2021-ci ildə azadlığa çıxmalıdır.

***

16:36

Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli") azadlığa buraxılıb.

AzNews.az xəbər verir ki, bu barədə Musavat.com-a N.Səlifova yaxın olan mənbə xəbər verib.

Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub.

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub.

“Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilib ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı “Abşeron” restoranında baş vermiş atışmada da “Quli” və “Lənkəranski” tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı “qanuni oğru”lar və kriminallar bu davada əsasən “Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının “xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da (“Ded Xasan”) alıblar.

“Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən “Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, “Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.
SENSASİON XƏBƏR: "Lotu Quli" azadlığa buraxıldıUzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli") azadlığa buraxılıb.

Bu barədə N.Səlifova yaxın olan mənbə xəbər verib.

Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub.
Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub.

“Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilib ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı “Abşeron” restoranında baş vermiş atışmada da “Quli” və “Lənkəranski” tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı “qanuni oğru”lar və kriminallar bu davada əsasən “Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının “xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da (“Ded Xasan”) alıblar.
“Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən “Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, “Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.
2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.

musavat.com