Qəbələdə azarkeşlər arasında insidentBu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

Virtualaz.org bildirir ki, turun son oyununda çempionluğa iddialı iki komanda - "Qəbələ" ilə "Qarabağ" üz-üzə gəlib. Görüşdə meydan sahibləri qələbə qazanıblar. Asif Məmmədovun 8-ci dəqiqədə vurduğu qol matçda yeganə olub.

Matçboyu hücumlarına ara verməyən "Qarabağ" çox cəhd etsə də, bərabərlik qolunu vura bilməyib.

Roman Qriqorçukun komandası “Zirə”nin də uduzmasından yararlanaraq 3 xal qazanıb və ikinci pilləyə yüksəlib.

Amma oyun təkcə bununla yadda qalmayıb. Matçda azarkeşlər arasında sözlü mübahisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, 8-ci dəəqiqədə “Qəbələ”nin hesabı açmasından sonra meydan sahiblərinin azarkeşləri rəqib fanatlara qarşı təhqiredici jestlər göstəriblər.

Buna əsəbiləşən “Qarabağ” fanatları söyüşü şüarlar səsləndiriblər.

Polisin müdaxiləsindən sonra bir qəbələli azarkeş stadiondan çıxarılıb.
"ABŞ və Rusiya Suriyada vəkalət müharibəsi aparır" - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

Suriya hökumət ordusu Məyadin şəhərini İŞİD terror təşkilatından geri alıb. Terrorçular silah və sursatlarını qoyub, şəhəri tərk ediblər. İŞİD-in qoyub qaçdığı silahların böyük partiyası, NATO ordusuna məxsus silahları olduğu ortaya çıxıb. NATO-nun silahları demək olar ki, böyük partiyası ABŞ silahlarıdı. Geridə qalan silah -sursatın içəndə tank əleyhinə silahlar, iri çaplı pulemyotlar, avtomat silahlar, PUA -lar var.

Göründüyü kimi, altı ildir terrora qarşı və silahlı müxalifətə qarşı yorulmaq bilməyən Suriya Ərəb ordusu Bəşər Əsədə sadiq qalaraq, ölkənin ərazi bütövlüyü və terrorizmə qarşı mübarizədə sadiqliyini göstərir.

Qeyd edim ki, Qərbin Suriyada məzhəb siyasəti və guya xalqın Əsədə qarşı olduğu kimi propaqandası faş olmaqdadır. Qərb tərəfindən təbliğat olunan Suriyada Əsədin ələvi xalqın və ordunun sünnü olduğu kimi çox ciddi ayrı-seçkilik siyasəti 6 ildə fiaskoya uğradı. Həqiqətən ələvi kəsimin 90 % sünnülər üzərində hakimiyyət olduğu ortadadır. Amma, bu, ölkədə ayrı-srçkiliyə yol açmayıb. Orduda dövlətin bütövlüyü naminə Əsdə sadiqliyini göstərir. Xüsusi olaraq qeyd edim ki, Suriya ordusunu ilk illərdə dağıtmaq və parçalamaq istədilər. Amma, buna nail ola bilmədilər.

Hazırda Suriyada ABŞ və Rusiya vəkalət müharibəsi aparır. Ölkənin infrastrukturu dağılıb, xalqın böyük qismi xaricdə və daxildə acınacaqlı və köçkün vəziyyətində yaşayır. Müharibəyə qədər isə, Suriya xalqı anti-demokratik sistem şəraitində idarə olunsada, əhalinin sosial drumu normal və orta təbəqə formalaşmışdı.

Ümumiyyətlə, Suriyada başladılan üsyan və müharibə demokratiya naminə deyil idi. Məqsəd Əsədi devirib, ölkəni parçalamaq, xaos yaratmaq, İsrailin qonşuluğunda güclü hakimiyyəti devirmək, Təl -Əvivə qarşı olan Əsədi ortadan götürmək idi. Əlbəttə ki, Əsədi Qərbin əlindən Putin xilas etdi. Putinin siyasəti isə, Yaxın Şərqdə və dünyada heçdə sülhə və təhlükəsizliyə xidmət etməyəcək.

Rusiya gücləndikcə, Cənubi Qafqaza, xüsusilə Azərbaycana qarşı təzyiqləri artacaq. Rusiyada LDP lideri Jirnovskinin ötən gün Azərbaycanı Rusiyanın tərkibində görmək istədiyi kimi fikirləri, artıq Rusiyanın Yaxın Şərqdə güclənməklə, Cənubi Qafqazıda öz təsir dairəsinə daxil etmək planından xəbər verir. Jirnovskinin dili ilə danışan Putinin siyasəti Rusiyanı parçalayacaq, nəinki, Azərbaycanı öz tərkibinə qatacaq. Putinin imperalist və işğalçı siyasəti heçdə uğurla davam etməyəcək. Bir müddətdən sonra, Kreml tərkibində olan muxtar respublikaların mərkəzdən qaçma siyasəti ilə üzləşəcək.
Yaxın Şərq və Suriya siyasəti Putinə hələki dividentlər qazandırır.
"Biz Gürcüstanın düşməni deyilik, bir bizə anladın, nə günah iş görmüşük?"Türkiyə dövləti nə bizim daimi düşmənimizdir, nə də bizim daimi dostumuz. Türkiyə bizə qonşu dövlətdir.
Türkiyədə Gürcüstandan gedən bizim çoxlu həmvətənlərimiz yaşayır. Gürcülər, eləcə də qeyri gürcülər.
Türkiyədə Gürcüstandan müxtəlif vaxtlar göçüb gedən, bir qismi qarapapaq türkləri adlanan azərbaycanlılar yaşayırlar.

Qarapapaq türklərinin Türkiyədə nəhəng diasporu vardır və dünyanın müxtəlif dövlətlərinə dağılan qarapapaq türkləri ilə sıx əlaqələr yaratmağa cəhd göstərirlər.
Bu il Novruz bayramında türkiyədən qarapapaq türklərinin geniş nümayəndəliyi gəlmişdi, maraqlı tədbirlər və layihələr planlaşdırdılar. Qarşılıqlı əməkdaşlıq nenorandumunu imzaladılar. , xeyriyyə aksiyalarının keçirmək niyyətində idilər, halbuki, onlardan 6 nəfər biznesmenə müəyyən olunmayan səbəblərə görə, Gürcüstana gəlməsi qadağan olundu.

Biz İstanbulda və bursada persona-non-qrat elan olunan həmin 6 nəfər insanla və Qarapapaq türklərinin dünya birliyinin başqa üzvləri ilə də, ö cümlədən Makedoniyadan olan qarapapaqlı qonaqlar ilə görüşdük. Söhbət zamanı lentə alınmış söhbəti sizə təklif edirik:

SEYFULLAH TÜRKSOY, Dünya Qarapapaq Türkləri Birliyinin genel başkanı:
-Özüm və fəaliyyətim barədə sizə nəql etmək istəyirəm. 33 ildir ki, jurnalistdəm. Bu günkü prezident Rəcəb Tayub Ərdoğanın tərəfkeşi dim, hələ onun seçkiləri dövründə, bilirdim ki, o, Türkiyəni çiçəkləndirmə yolu ilə aparacaqdı.

Hal-hazırda qarapapaq türklərinin təşkilatı ilə birlikdə “İpək yolu” cəmiyyətinə rəhbərlik edirəm. Bizim təşkilatın adı ilə Gürcüstana da tez-tez gedirdim və türk televiziyalarınnda və mediyanın başqa vasitələrində hər yerdə Gürcüstan-Türkiyə dostluq əlaqələri barədə danışırdım.
Bilirəm, ki, Gürcüstanda çoxlu qarapapaq türkü yaşayır, mənim əcdadlarım da Gürcüstandan idilər. Mənim babamın atası Gürcüstanda yaşayırdı.
"Biz Gürcüstanın düşməni deyilik, bir bizə anladın, nə günah iş görmüşük?"
-Ümumiyyətlə, qarapapaq türkləri təşkilatının yaradılması niyə lazım gəldi və bu təşkilat nəyə xidmət edir?

-Biz istəyirik ki, bütün dünyaya yayılan qarapapaq türkləri ilə dostluq və mədəni əlaqələr yaradaq. Bizim məqsədimiz ənənələrin qorunub saxlanılması , folklor sənətinin axtarılması və çiçəkləndirilməsidir. Siyasət bizim işimiz deyil. Biz siyasətə qarışmırıq.Qarapapaqlılar Türkiyənin 44 şəhərində yaşayırlar. Dünyada isə, ABŞ-da, Orta Asiya ölkələrində və bir çox ölkələrdə.

Bu gün Türkiyə Demokratik ölkədir. Bizdə Şimali Qafqazlı, azərbaycanlı, Orta Asiya ölkələrinin qədim sakinləri çoxdur. Bizim ölkədə bu gün onların öz cəmiyyətləri və birləşmiş qrupları, eləcə də təşkilatları vardır ki, onlar da öz təşkilatlarında Gürcüstandan, Azərbaycandan, Şimali Qafqaz ölkələrində olan qarapaqlar türklərini birləşdirsin, onların mədəniyyətini, ənənələrini və tarixini qoruyub saxlasın.

Bu təşkilat ətrafında birləşən işgüzar camaat, biznesmenlər, ictimai xadimlər çalışırlar ki, müxtəlf ölkələrdə olan qarapapaq türklərinə xeyriyyəçilik şəklində iqtisadi və maddi yardım göstərsinlər. Biz heç bir ölkənin, aydındır ki, nə də Gürcüstanın siyasi həyatına qarışmamışıq və heç indi də qarışmaq niyyətdə deyilik. Biz Gürcüstanı müstəqil dövlət olaraq tanıyırıq. Türkiyə ilk olaraq Gürcüstanın müstəqilliyini tanıyıb. O, indiyədək Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Biz Türkiyə hakimiyyətinin siyasi xəttinin tərəfdarıyıq və Gürcüstan ilə müstəqil ölkə olaraq mehriban qonşuluq əlaqələrini istəyirik.

Biz qarapapaq türkləri birliyinin üzvləri, Türkiyədə uğurlu biznes fəaliyyətini quran insanlar, Kvemo Kartlinin iqtisadi cəhətdən ehtiyacı olan əhaliyə yardım etmək istəyirik.
"Biz Gürcüstanın düşməni deyilik, bir bizə anladın, nə günah iş görmüşük?"
ERKAN KOÇALI, əslən Bolnisi rayonundan olan, biznesmen, İstanbul və Bursada nəhəng tikinti şirkətinin direktoru:
-Artıq ili ildir ki, Gürcüstanda humanitar və xeyriyyə təbbirlərini həyata keçiririk. 10-a qədər tədbir həyata keçirmişik, aşıqların iştirakı ilə konsertlər, xalq çənlikləri təşkil etdik.

Türkiyədə biz özünüzü Gürcüstanın diaspor nümayəndəsi hesab edirik. Çünki, bizim əcdadlarımız Gürcüstandan idilər. Bizim qohumlar , qarapapaq türkləri bu gün də Gürcüstanda yaşayırlar. Onlar bizim qohumlarımızdır. Bayramlarda və digər növ tədbirlərdə bir-birimiz ilə görüşməyə, həmqardaşlarımıza naddi yardım göztərməyə çaılşırdıq. Bir neçə tədbirdə iştirak da etdik.

Kvemo Kartlinin qubernatoru bizim üçün gözəl qəbul təşkil etdi. Kvemo Kartli ilə bizim təşkilat arasında mədəni-dostluq əlaqələrinin yaradılması üçün birgə memorandum imzaladıq. Memorandum Türkiyədə Gürcüstan günlərinin geçirilməsi tədbirini, eləcə də Gürcüstanda türkgünlərinin təşkilini nəzərdə tuturdu. Gürcü-türk əlaqələrində energetika baxımından ticarət, sənaye tərəfdən, mədəniyyət baxımından Gürcüstanın müstəqilliyindən sonra hansı nailiyyətlərimizin olmasını xüsusi ilə qeyd etmək istəyirdik. Bununla işgüzar insanları mədəni –xeyriyyə fəalyyətinə cəlb etmək istəyirdik. Bu məsələlərə dair simpoziumların keçirilməsini də planlaşdırırdıq.

Biz Kvemo Kartli rəhbərliyinə bölgənin əhalisi üçün humanitar yardımın nə formada lazım gəldiyini və vacib olduğunu təklif edəndə, onlar sosial cəhətdən müdafiəsiz uşaqlara paltar və ayaqqabının ən əlverişli olduğunu bizə dedilər. Biz hesab etdik ki, bölgədə mövcud sosial cəhətdən müdafiəsiz əhalinin böyük hissəsinə müsəlman qaydası ilə sünnət etmə imkanı olmayacaqdı və oradakıuşaqları sünnətləndirmək üçün Türkiyədən mütəxəssislər apardıq. Onda 400 nəfər uşaq sünnət edildi Gürcüstana bir trayler paltar və ayaqqabı da göndərildi. Bu aksiyanı Novruz bayramına təsadüf etdik.

Rustavi şəhərində ən az qarapapaq türkü yaşayır, halbuki, ən çox humanitar yardlmı məhz elə Rustavi əhalisi aldı.

TİKA (Türk İş Birliyi Qalxınma Ajamsı) təşkilatı quberniyanın rəhbərliyi ilə birlikdə gömrekdə bizim üçün problem yaşandı, halbuki, yükü çıxartdıq, lakin tanamamilə yox. Sonra bizim üçün Gürcüstanı keçmək problem oldu. Bizim təşkilatda 150-ə qədər biznesmen birləşib ki, onlar da ehtiyacı olan insanlara yardım etməyə hazırdırlar, lakin qeyd etdiyim kimi, problem yaranmışdı ki, buna görə də təşkilatın 6 nəfər üzvünün Gürcüstana daxil olmaq hüququ qadağan edildi.

-Səbəbi?

- Bu barədə heş nə bilmirik. Mənim özümün də, təşkilat rəhbərinin də, digər 5 nəfərin Gürcüstanadaxil olmaq hüququ alınıb.
Gürcüstan nümayəndəsinə humanitar yükü Novruz bayramı günlərində təhvil verdik. Türkiyəyə gəldik və elə ki, yenidən Gürcüstana getmək istəyəndə , məni bir daha buraxmadılar.

-Yükü hər hansı təşkilatın adı ilə gətirirdiniz?

-Mal bütövlükdə Maya Rəcəbovanın adına qanuniləşdirdik. O, Kvemo Kartlidə xeyriyyə təşkilatlarından birinin rəhbəridir. Bizim təşkilatdan müxtəlif vaxtlar 150 nəfər Gürcüstana gəlmişdi. 6 nəfərin Maya Rəcəbova ilə problemi yarandı və məhz elə həmin 6 nəfərə Gürcüstana gəlmək qadağan olundu.
300 000 dollarlıq humanitar yardım “Salam” mədəni-xeyriyyə təşkilatının sədri Maya Rəcəbovanın adına köçürüldükdən sonra Rəcəbova ilə bizim təşkilatın baş katibi arasında əlaqə gərginləşdi.

-O cümlədən, hansı məsələ üzrə münaqişə əmələ gəldi?

Seyfullah Türksoy:- Humanitar yardımın necə paylanılması barədə sənədləşdirməni tələb etdik. Maya Rəcəbova bizə saxta pasportlar təqdim etdi və bizə başqa saxta sənədləşdirmə göstərdi. Bizdən kim müqavimət gösərdi və sənədləşdirməni tələb etdi, hamımız təcrid olunduq. Hamımıza Gürcüstana gəlmək məhdudlaşdırıldı.
100% -lik şübhəmiz vardır ki, Maya və onun əri Tbilisi və onun ətrafında mövcud olan ticarət bazarlarında bizim tərəfimizdən göndərilən malı satırlar.
Sizə dediyimiz kimi, biz yalnız humanitar aksiyalar ilə kifayətlənməyəcəkdik. Biz yeni biznes əlaqələrin planlaşdırılması baxımından elm, mədəniyyət nübadiləsi baxımından simpoziumlar və forumlar keçirmək istəyirdik.

Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi ilə əlaqədar Ankarada simpozium keçirdik ki, burada da bu ölkələrin 40-a qədər deputatı iştirak edirdi. Mən orada da qeyd etdim ki, türk, azərbaycanlı və gürcü biznes əlaqələrinin daha da genişləndirilməli olduğunu söylədim. Orada forumda biz məsələni irəli sürdük- Şahdənizdən gələn qaz Gürcüstandan keçərək dünya bazarına çıxmalı olsun.

Hikmət Karaboğa, biznesmen: biz sizin ölkəyə dərin hörmət bəsləyirik. Bu yaxınlarda dövlət çevrilişi cəhdi Türkiyədə həyata keçiriləndə, ilk olaraq Türkiyəyə gedən və tərəfkeşliyini ifadə edən Gürcüstanın baş naziri idi.

Bundan öncə, Karsda çıxış edərkən bir daha dedim ki, gürcü-azərbaycan əlaqələrində iqtisadi partnuorluq və biznes layihələr çox yaxşıdır, lakin mədəni tədbirlər vacibdir. Biz. Qarapapaq türkləri , bu üç ölkənin əlaqələrində öz sözümüzü deyəcəyik dedim.
Bizim üçün orda bizim həm qardaşlarımız qarapapaqlar yaşadığından Gürcüstanın rifahı və inkişafı əhəmiyyətlidir və və onların həyat tərzinin yaxşılaşdırılması bizim mənafelərimizə daxildir.

-6 nəfər şəxs Gürxcüstanda persona non-qrat olaraq elan ediləndən sonra bunun səbəbləri barədəheç nə bilmirsinizmi, Gürcüstan hakimiyyətinə Gürcüstana sizin gəlişinizin qadağan edilməsi barədə izahat cavabının verilməsi üçün müraciət etmədinizmi?

-Biz Türkiyənin Gürcüstandakı səfirinə müraciət etdik, eləcə də Gürcüstanın Ankaradakı səfirinə.

Bilmirik bizi nədə təqsirləndirirlər, lap elə bircə dəlil ortaya qoysunlar ki, biz Gürcüstanın əleyhinə hansısa bir formada çıxış və ya hərəkət etdik. Bizə inanaq ki, həqiqətən Gürcüstana daxil olmamağımıza layiqik.

Bu ilki Elat bayramında kimlərsə təxribat təşkil etdilər. Belə bir şeylərin olmasını eşidəndə ümumi qrupdan aralandıq, hakimiyyətin tərəfində dayandıq.

-Təxribatlar barədə yadıma düşdü, sizin üçün güman ki, məlumdur ki, Borçalıda deyildiyinə görə, separatçı qruplar müxtariyyət tələb edirlər. Siz bu məsələ ilə əlaqədar nə gikirləşirsiniz?

SEYFULLAH TÜRKSOY:- Biz, sözsüz ki, bunun əleyhinəyik. Bizim iş yerimizdə türk bayrağı ilə yanaşı gürcü bayrağı da asılıb. Bəziləri mənimlə zarafat da edirlər,- Gürcüstana satılıbsan,- deyirlər. Necə ola bilər ki, belə bir şeyin tərəfdarı olum? Mən, Türkiyə hakimiyyəti kimi, Gürcüstanın süverenliyinə və ərazi bütövlüyünə hörmət edirəm. Biz istəyirik ki, gürcü ictimaiyyəti bilsin ki, biz düşmən deyilik, gürcü dövlətniniəleyhdarları deyilik. Burda nəsə anlaşılmazlıq var, hər şey aydınlaşar. Biz TürkiyədəGürcüstandan gələn diaspor adından Gürcüstanın dirçəldilməsində fəal qatılmağa hazırıq. Biz turist, energetika. iqtisadi baxımından bizim əlaqələrdən və imkanlardan istidadə erməklə, Gürcüstana yardım etmək istəyirik.

Gürcüstan babamın doğulduğu yerdir, onu necə sevəbilməyim və onun üçün xeyirxahlıq istəməyim?! Mənim çox böyük imkanlarım var idi və başqa baxımdan Türkiyədə fəaliyyət göstərmək imkanım vardır, lakin, nəyisə edirəmsə, Gürcüstana məhəbbətlə edirəm, istəyirəm bunu gürcü ictimaiyyəti bilsin.

Gürcüstan hakimiyyətindən xahiş edirəm-Əgər Gürcüstan qarşısında hər hansı bir günahım varsa, desinlər, yoxsa da, üzümüzə qapını niyə bağlayırlar və məni və 5 nəfər dostumu Gürcüstana buraxmırlar! Yenə təkrar edirəm - Biz gürcü xalqına və Gürcüstana qarşı xoş əhval-ruhiyyədə olan insanlarıq!

Mən jurnalistəm. Türkiyənin bütün tele kanalları ilə çıxış edə bilərəm, eləcə də Bi-Bi-Ci-nin və Si-En-En-in jurnalistləri ilə görüşə bilərəm və Gürcüstanda nəyin baş verməsini nəql edə bilərəm. Bunun axırı nə ola bilər, məncə, təsəvvür edirsiniz. Gürcüstanın adı necə xarab ola bilər, biznesmenlər necə şübhələnərlər, kontraktları necə dayandırarlar və ya gələcəyin perspetktivlərini ləğv edərlər. Istəmirəm bunu edəm, buna məni məcbur etməyin.

MÖVSUM KAÇMAZ, Əslən Marneuli rayonunun Qızılhacılı kəndindən olan, Dünya Qarapapaq türkləri Birliyinin idarə heyətinin üzvü, biznesmen, avtomobil akseuarları zavodunun direktoru:

-Mənim əcdadlarım Gürcüstandan idilər, onların xatirəsinə hörmət əlaməti olaraq Gürcüstana sevgilərimdən dolayı hər şeyi edirəm, istəmirəm mən də bu hiss öləzisin. Bilmirəm, Gürcüstan hökuməti məndən nə istəyir, niyə məni Gürcüstana buraxmırlar?!
Əslən Gürcüstanda doğulan azərbaycanlıların törəməsiyəm. Mənim zavodumun girəcəyindəGürcüstan bayrağı asılıb. Gürcüstanı sevirəm. Gürcüstan isə məni düşmən elan edib. Mən babamın Gürcüstanda doğulması ilə fəxr edirdim.

1989-cu ildən sizin ölkəyə gedirəm və biznes fəaliyyətimi həyata keçirirəm. İndi Gürcüstan üçün qorxulu oldum?
Bu il “Dmanisoba” bayramında oldum. Azərbaycan televiziyalarına müsahibə də verdim. Dedim ki, Gürcüstan, Azərbaycan vəTürkiyə arasında dostluq daha da möhkəm olmalıdır,-dedim. Həmişə belə düşünürdüm, indi də belə hesab edirəm.

Siz jurnalistlər, dördüncü hakimiyyətsiniz, bu işi ayırd edin, əgər günahkaramsa, cəzalanım.
Mənim əcdadlarımın doğilduğu yerə, elə mənim vətənimin əksinə çıxaram? Necə düşünürsünüz? Babamın şəxsiyyət vəsiqəsində 1924-cü il yazılıb, doğum yeri Tbilisi, Gürcüstan mənim vətənimdir.

Mən Türkiyədə hakimiyyət komandasının nümayəndəsi ,tərəfkeşi var vəGürcüstanın əleyhinə iş görərərm? Bunu insan ümumiyyətlə, necə düşünə bilər.
Biz 100 və 1000 deyilik, biz 60 minik. Bu 60 min insan ehtiyatını və biznes fəaliyyətini istifadə etməsən, bu ağılsızlıqdır.
***
Bizim respondentlərin ürək ağrısı ilə danışdıqları problem müvafiq dövlət idarələrinin işi və preroqatividir. Lakin bu insanların belə sözsüz və bir əl çəkməklə persona non-qrat olaraq elan edilməsi, bölgədə Gürcüstanın adına ciddi şəkildə xələl gətirməsindən başqa investorlara maneçilik törədir və onların, başqa şey də deməsək, bizdə sərmayələrini həyata keçirmək istəyini də itirəcək. Bu barədə isə məncə, düşünməyə dəyər.
Elə götürək, bu konktet iş barədəbəlli sualın verilməsi yenə də bizim ölkənin gələcəyi və nüfuzu üçün vacivdir.

İranda KALANDADZE

İstanbul-Bursa- Tbilisi

“Saerto qazeti”,№ 38 (449), 18 oktyabr,2017-ci il.

Gürcü dilindən tərcümə edən: Mirzə Məmmədoğlu

Bərbəri iş yerində öldürdülər - MingəçevirdəMingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Mingəçevir şəhərində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü bərbər işləyən Pərviz Məmmədov iş yerinin yaxınlığında bıçaqlanıb. Bir neçə bıçaq xəsarəti alan P. Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Onun Eldar adlı şəxs tərəfindən öldürüldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.
Hərbi qulluqçumuz şəhid olduBu gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.

Avrasiya.net MN-nə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, son günlər Ermənistan hakimiyyətinin müxtəlif təbəqələrdən olan nümayəndələri, o cümlədən bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə yalan və iftira dolu fikirlər səsləndiriblər: “Həlak olan erməni hərbçisinin düşmən ordusunda tüğyan edən cinayətkarlıq nəticəsində öz xidmət yoldaşının açdığı atəşdən öldüyünü təsdiq edən məlumatların yayılması bu iddiaların əsassız olduğunu bir daha sübut edir. Bu cür üzdəniraq və məsuliyyətsiz bəyanatlar verməklə Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyət və erməni xalqında qoşunların qarşıdurma xəttindəki vəziyyət barədə yanlış fikir formalaşdırmağa, törətdikləri təxribatlara haqq qazandırmağa və cavabdehlikdən yaxa qurtarmağa cəhd göstərir”.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş vermiş düşmən təxribatına görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Mingəçevirdə 34 yaşlı kişi bıçaqlanaraq öldürülübMingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Mingəçevir şəhərində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü bərbər işləyən Pərviz Məmmədov iş yerinin yaxınlığında bıçaqlanıb. Bir neçə bıçaq xəsarəti alan P. Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Onun Eldar adlı şəxs tərəfindən pldürüldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.
81 yaşlı kişi intihar etdiİmişli rayonunun Mürsəlli kəndində intihar hadisəsi qeydə alınıb.

Apa xəbər verir ki, bu gün səhər saatlarında kənd sakini 1936-cı il təvəllüdlü Əsədov Əli Uruf oğlu özünü evdə darvazanın giriş qapısında olan dirəkdən asıb.

Ə. Əsədovun cəsədini övladları aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.
Teymur Abbasov mer seçildiGürcüstanda azərbaycanlıların sıx yaşadığı rayonların icra başçısı vəzifəsinə seçkilərin ilkin nəticələri məlum olub.

Apa xəbər verir ki, Marneuli rayonunun 89 seçki məntəqəsinin 69-u üzrə səsvermənin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” Partiyasının namizədi Temur Abazov 70,79 faiz səs əldə edib.

Səs çoxluğuna görə ikinci yeri 17,68 faizlə müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyev tutub.

Azərbaycanlıların sıx yaşadıqları Qardabani, Bolnisi, Dmanisi rayonları üzrə də icra başçısı vəzifələrinə seçkilərin ilkin nəticələrinə əsasən, hakim partiyanın namizədləri səs çoxluğu əldə ediblər. Müvafiq olaraq Ramaz Budaqaşvili 72,54 faiz, Davit Şerazadişvili 85,59 faiz və Giorgi Tatuaşvili 77,6 faiz səslə birinci yerdədirlər.
Stalin və ya “alkaş” çəkməçinin dahi oğlu, atasına bıçaq atan Soso“Rusiya üçün böyük xoşbəxtlikdir ki, ağır günlərində ona dahi şəxsiyyət Stalin rəhbərlik edib. Stalin qeyri-adi iradəyə, biliyə və enerjiyə malik şəxs idi. O, Yalta konfransında salona daxil olanda biz ayağa qalxırdıq və qeyri-ixtiyari olaraq farağat vəziyyətində dayanırdıq. O, bizim yanımızda imperialistlərə qarşı danışırdı. Stalin Rusiyanı əli kotanlı qəbul edib, nüvə silahı ilə təchiz olunmuş vəziyyətdə qoyub getdi. Kim nə deyir desin – tarix və xalqlar belələrini unutmur” – Uinstin Çörçil, Stalinin 80 illiyi münasibətilə Londonda lordlar palatasındakı çıxışı (Britaniya ensiklopediyası).
İosif Stalinin həyatının bir sıra qaranlıq və maraqlı məqamlarını sizə təqdim edirik.

“Alkaş” çəkməçinin dahi oğlu, atasına bıçaq atan Soso

Stalinin keçmiş dostu və gələcək rəqibi İosif İremaşvili xatirələrində yazır ki, Sosonun (Stalinin) atası Vissarion hər gün içərək evə sərxoş gəlir, arvadını, bəzən isə oğlunu kötəkləyirdi. Görünür, gələcəyin qəddar diktatorunun xarakterindəki sərtlik ilk öncə burdan qaynqlanmışdı. Çünki Stalin başqaları üzərində hökmranlıq etmək istəyənləri atasına bənzədirdi. Getdikcə böyüyüb yaşa dolan Soso sərxoş atası Vissarionun anası Yekaterinanı (“Keke” ləqəbli qadın-müəl.) heç bir səbəb olmadan hər gün döyməsinə daha göz yuma bilmirdi. Günlərin birində o, atasına arxadan bıçaq atdı (Stalinin qızı Svetlana Alliluyevanın 2003-cü il xatirələrindən). Sonradan ailəsini atıb Tiflisə köçən Vissarion sərxoş dalaşmalardan birində bıçaqla qətlə yetirildi və hökumət hesabına kimsəsizlər qəbiristanlığında dəfn olundu. Soso ancaq acı xatirələrlə yadında qalan atasının sonrakı taleyi ilə heç vaxt maraqlanmamışdı. O, anasının min bir çətinlikləri sayəsində ruhani seminariyasında təhsil almağa başladı. Daha sonralar isə inqilabçılara qoşuldu. Gələcəkdə Kremlin sahibinə çevrilən Stalin bir neçə dəfə anasını da Moskvaya gətirməyə cəhd göstərdi. Lakin “Keke” bundan imtina etdi… Sonralar SSRİ-nın əsas sükanının arxasına keçən Stalin anasının da dəfninə gəlmədi.

İnqilabçı, terrorçu, azğın cinayətkar

Soso sonralar gürcü yazıçısı Kazbeqinin “Ata qatili” əsərinin qəhrəmanı Kobanın təxəllüsünü özünə götürdü. İnqilabçılara qoşulan Koba partiyanın maddı sıxıntılarını aradan qaldırmaq üçün ən təhlükəli cinayətlərdə iştirak edirdi. 1907-ci ildə Tiflisdə külli miqdarda pul daşıyan bank işçilərinə və onları müşayiət edən polisə hücumu da o təşkil etmişdi. Əməliyyat nəticəsində xeyli miqdarda pul ələ keçirilmişdi. Kobanın silahlı hücumlarının sayı durnadan artırdı.
1904-cü ildə gürcü bolşevikləri gizli yığıncaq keçirmək üçün Tiflisdə bank rəhbərlərindən birinin evinin zirzəmisini kirayəyə götürdülər. İclaslardan birində Qoderadze adlı gürcünü partiya sıralarına qəbul etmək məsələsi müzakirə olundu. İclasda Moskva sosial demokratlarının nümayəndəsi kimi iştirak edən Koba hələlik Qoderadzeni partiyaya üzv etməyin vaxtı çatmadığını dedi. Heç kim Rusiyadan gələn nüfuzlu qonağın sözlərinə etiraz etmədi. Bir neçə gün sonra yenidən yığıncağa qatılan Koba bu dəfə gözlənilmədən Qoderadzeni partiyaya üzv etmək tələbini səsləndirdi. İclasda iştirak edən Kaftaradze Kobanın ikiüzlülüyündən hirslənərək, neft lampasını ona atdı. Lampa Kobanın başının üstündən keçərək divara dəydi və çilik-çilik oldu. Koba qəlyanını yandıraraq astadan “yaxşı düşmür, bankir biz yer verib, biz isə onun evinə yanğın salmaq istəyirik”- dedi.

İnqilabi əməliyyatlarda və bir sıra cinayətlərdə iştirak edən Koba 7 dəfə yaxalanaraq həbs və sürgün olundu. Beş dəfə sürgündən qaçdı.

Kobanın qadınları – Yekaterinalar, Nadejda, Svetlana, Vera və Qalina…

Stalinin anası kimi birinci həyat yoldaşı da Yekayerina adını daşıyırdı. Stalin bu qadınla çox az-az görüşürdü. Ağır xəstəlik ilk məhəbbətini Kobanın əlindən aldı. Həmin qadından ona 6 aylıq, bəxtsiz oğlu Yakov yadigar qaldı. Bir neçə il sonra Nadejda Alliluyeva ilə evlənən Stalin ikinci həyat yoldaşı ilə də az maraqlanırdı. Nadejdanın özünü öldürməsinə səbəb ərinin ona qarşı sayğısızlıqları, hörmətsizliyi və biganəliyi idi. İkinci arvadından olan iki övladına da yerətincə maraq göstərə bilməyən Stalin qızı Svetlananı daha çox sevirdi – qızının sevgilisinə yazdığı məktub əlinə keçən günə qədər. Gözlənilmədən Svetlananın məktubunu oxuyan Stalin “Qancıq, sən kiminlə yazışırsan?” – deyə onu sərt cəzalandırdı. Stalinin sonuncu – üçüncü dəfə evlənmək istədiyi qadın SSRİ-də bir çox kişilərin arxasınca həsədlə baxdıqları opera müğənnisi, əfsanəyə çevrilmiş Vera Aleksandrovna Davidovna idi. Tədbirlərdən birinin sonunda qadına yaxınlaşan Stalinlə Vera arasına belə bir dialoq baş verdi:

– İstəyirəm siz mənim arvadım olasınız.

– Mənim ərim var və onu çox sevirəm.

Söhbət bununla da yekunlaşdı. SSRİ-nin şəriksiz liderinin sonuncu arzusu ürəyində qaldı. Vera 1951-ci ildə Stalin tərəfindən Xalq artisti fəxri adına layiq görüldü. Bundan əvvəl isə Stalin mükafatları laureatı oldu.

Stalinlə bağlı son xatirələr onun nəvəsi Qalina Yakovlevna Cuqaşviliyə məxsusdur: “O mənim babamdır, qanımdır, doğmamdır. Bir dəfə dostlarımdan biri dedi ki, Qalina, sənin baban ən yaxşı rus çarı olub. Məni isə həmişə bir sual düşündürürdü – nə üçün babam plakatlardakı kimi dahi deyil. O, ilk dəfə içməyi mənə elə uşaqlığımda öyrətdi. Masada hamı üçün badə qoymuşdular. Lakin Svetlana mənə konyak süzmədi. Bunu görən babam amiranə şəkildə “Nə üçün Qalinaya konyak süzmürsən, ona da konyak süz” – dedi”.

Ağır sınaqlar ərəfəsində, Stalin qadağasının açılmayan sirri

1930-cu ilin 31 mayında Rixard Zorge tərəfindən Tokiodan Moskvaya vurulan gizli teleqramda bu cümlələr yer almışdı: “22 iyunda faşist Almaniyası SSRİ-yə hücum edəcək”. Əli Zorgeyə çatsaydı Stalin bəlkə onu da məhv edərdi. Ordu generalitetinin 90 faizini, polkovnik və mayorların isə 60 faizini məhv edən Stalin onları ingilis fitnəkarlığına uymaqda ittiham edirdi. Güllələnən generalların bir “günah”ı vardı – Almaniyanın SSRİ-yə hücum hazırladıqlarını demələri. 22 iyun saat 03:40-da Stalini yuxudan oyadan Georgi Jukov isə faşistlərin hücum xəbərini ona çatdıran sonuncu ali rütbəli zabit idi: “Almanlar şəhərlərimizi bombalayır, cavab zərbəsi üçün icazə vermənizi istəyirik”.

Stalin sarsılmışdı. Əslində, 1418 gün davam edən Böyük Vətən Müharibəsinin əsas şüarı olmuş “Biz qalib gələcəyik, faşist Almaniyası məğlub olacaq” sözlərinin müəllifi SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotov idi. Stalin bir neçə gün xalqın qarşısında çıxış etməyə utandı. Nəhayət, o, dilə gəldi və 1941-ci ilin 3 iyulunda radioyla müraciət etdi. SSRİ rəhbərliyi müdafiə tədbirlərini yalnız iyunun 30-da təşkil etdi.

SSRİ-nin müttəfiqləri – ABŞ və Böyük Britaniya elə iyunun 22-də bəyanat verərək kommunist imperiyasının yanında yer aldıqlarını bəyan etdilər. Stalin hər iki dövlətin rəhbərinə öz şərtlərini diktə edirdi. Həm Ruzvelt, həm də Çörçil ölkə başçılarının görüşü üçün müxtəlif şəhərləri təklif etsələr də, onlar ancaq öz təhlükəsizliyinin qayğısına qalan Stalinin təklifi ilə razılaşmalı oldular. Görüşlər SSRİ şəhərlərində – Moskvada, Krımda və Yaltada, eləcə də ittifaqın sərhədləri yaxınlığındakı İranın paytaxtında baş tutdu.

Sovet rəhbərliyi idarəçilik sistemini son dərəcə gücləndirməklə xalqı səfərbər edə bildi. 1418 gün davam edən müharibə SSRİ-nin qalib gəlməsi ilə nəticələndi. 1941-ci ilin 9 mayında Almaniyanın qeyd-şərtsiz təslim aktına qol çəkməsinə nail olmuş Stalin iyunun 26-da Kremldə qələbə paradını düzənlədi. İxtisasca hərbçi olan Çörçilə, Şarl de Qolla nəsib olmamış generalissimus rütbəsi SSRİ rəhbərinə bir gün sonra verildi. Lakin Stalin bundan sonra 9 may qələbə paradlarının keçirilmısini qadağan etdi. Bu tədbirlərə bir də 20 il sonra – 1965-ci ildə icazə verildi. Tarixçilər indiyə qədər Stalinin nə üçün qələbə paradlarına qadağa qoymasının səbəblərini aşkar edə bilməyiblər.

Allahın qəzəbi, yaxud dünyanın ən xoşbəxt və bədbəxt ailəsi

SSRİ-də milyonlarla ailənin – ata-anaların, nənə-babaların, körpələrin məhvinə səbəb olmuş Stalinin gözüyaşlı qoyduğu insanların ah-naləsi gec-tez onun özünün də ailə bədbəxtliyinə səbəb olmalıydı. Belə də oldu. İki dəfə evlənən Stalin ömrünü həyat yoldaşı olmayan kişi kimi başa vurdu. Oğlu Yakov Cuqaşvili almanlara əsir düşdü və Stalinin məşhur “Mən feldmarşalı əsgərə dəyişmirəm” sözlərindən bir qədər sonra, 1943-cü ilin aprelində əsir düşərgəsində öldürüldü. İkinci oğlu 4 dəfə evlənmiş Vasiliy Stalin alkoqollu içkilərə qurşanaraq əsəb xəstəliyindən və digər problemlərdən əziyyət çəkirdi. Onun həbsi özünü çox gözlətmədi. Atasının vəfatından iki ay sonra Vasilini də həbs etdilər. Və həbsxanalarda çürütdülər. Stalinin “Sedanka” adlandırdığı Sevtlana Alliluyevna da bir neçə dəfə qalmaqallı ailə həyatını yaşadı. Stalin məzara qoyulduqdan sonra onun da ağır günləri başlandı. Hindistana, ABŞ-a, habelə Qərb ölkələrinə getməyə cəhd göstərən Svetlana 2011-ci ilin 22 noyabrında ABŞ-da vəfat etdi.

Ömrün qürubu, yaxud sirli ölüm

1952-ci ilin 16 dekabrında Beriyanın fitnəsi ilə həbs olunmuş Nikolay Vlasik məhbəsdə belə bir sətiraltı ifadə işlətdi: “Mən olmayandan sonra Stalin də olmayacaq”. Doğrudan da belə oldu. 1953-ci ilin 5 martında yayılan rəsmi xəbər SSRİ-nin stalinsevər milyonlarla insanını sarsıtdı: “Yoldaş Stalin vəfat edib”. Həmin gün Kremlə axışan milyonlarla insan dahi rəhbər adlandırdıqları diktatorla son görüşə axışırdı. Stalin beyninə qan sızması nəticəsində iflic olmuşdu. Lakin əsas faciə bu deyildi. Əsas faciə o idi ki, SSRİ rəhbəri saatlarla həkim köməyindən məhrum olmuşdu. “Yoldaş Stalin yatıb, onu oyatmaq olmaz” – deyən Lavrentiy Beriya SSRİ diktatorunu adi həkim köməyindən məhrum etmişdi. Diktatorun qızı Svetlana, oğlu Vasiliy, habelə digər şəxslər Stalinin ölümündə əsas günahkar kimi Beriyanı ittiham edirdilər. İddiaya görə, o, Stalinin huşu özündə olmayanda diktatorun üzünə tüpürür, oyandıqda isə Kobanın əllərindən öpürdü. 1953-cü ilin yayında Beriyanı da həbs edib, sonradan güllələdilər. Bundan bir neçə il əvvəl Stalin Beriyaya “Niyə mənim ətrafımdakı insanların çoxları gürcüdür?” – sualı ilə müraciət etdikdə Lavrentiy “Yoldaş Stalin, onlar sizə sadiq insanlardır” – cavabını vermişdi. Lakin diktator cavabdan narazı qalmışdı: “Bəs ruslar necə, mənə sadiq deyillərmi? Qov onları (gürcüləri) ətrafımdan”.

Görünür Stalin haqlı imiş.

P.S. Milyonlarla insanın faciəsinə səbəb olmuş Stalinin həyatı ilə bağlı araşdırmaçılar, bioqraflar hələ də bu suala məntiqli cavab verə bilməyiblər: Stalin diktator idi, bəs ona ünvanlanan 4 milyon donos nə idi?

Anar Tağıyev