Bakıda saxta vergi müfəttişləri peyda olub - VİDEOBakıda özünü vergi müfəttişi kimi təqdim edən şəxslər özəl şirkətin ofisinə daxil olaraq dələduzluq ediblər.

Avrasiya.net xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə dünən Xocahəsən qəsəbəsində özəl şirkətlərin birində baş verib. Axşam saatlarında ofisə girən iki şəxs Vergilər Nazirliyindən yoxlama üçün gəldiklərini deyiblər və bütün işçilərin sənədlərini tələb ediblər.

İçkili vəziyyətdə olan saxta vergi müfəttişləri onlardan sənəd tələb edən baş mühasib və şirkətin mühafizəçisini həbs etdirməklə və işdən çıxartmaqla hədələyiblər.
Təqdim edilən sənədə diqqətlə baxdıqda isə saxta müfəttişlərin Vergilər Nazirliyində deyil, "Vergi maarifçiliyi" ictimai birliyində işlədikləri məlum olub. Yalanları ifşa olan həmin şəxslər xeyli mübahisədən sonra ofisdən çıxıblar.

Şirkət nümayəndəsi bənzər halların bir neçə dəfə təkrarlandığını deyir. Lakin hələlik bu şəxslər barəsində polisə şikayət etməyib.
Gürcüstanda seçkilər başa çatdı — Hakim partiya qələbə qazanıbGürcüstanda yerli idarəetmə orqanlarına seçkilər başa çatıb.

Keçirilən bələdiyyə seçkilərində “Gürcü arzusu - demokratik Gürcüstan” partiyası 58 faiz səs toplayıb. Bu nəticələrə “Edison Richer” təşkilatının keçirdiyi “exit-pol”dan sonra gəliblər.

“Rustavi-2” telekanalınını verdiyi məlumata görə, “Exit-polun” ilkin nəticələrinə görə, sabiq energetika naziri Kaxa Kaladze Tbilisi şəhərinin meri seçilib. O, seçicilərin 54 faizinin səsini qazanıb. Bundan başqa, “Milli hərəkat” partiyası 16 faiz, “Avropa Gürcüstanı” partiyası 9 faiz, “Vətənpərvərlər ittifaqı” isə seçicilərin 5 faiz səsini qazanıb.
Qeyd edək ki, bu gün 73 seçki dairəsinin 3634 məntəqəsində seçki keçirilib. Səhər saat 08:00-da başlayan proses saat 20:00-da yekunlaşıb. İlkin məlumatlara görə, seçicilərin 40 faizi səsvermədə iştirak edib. Seçkilərdə Gürcüstan seçiciləri 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçiblər. Seçkiləri 54 389 seçki subyektlərinin nümayəndələri, 20 641 yerli və 581 beynəlxalq müşahidəçi izləyib.

Hazırda səslərin hesablanması prosesinə başlanılıb.
olke.az
Prezidentə 5 gün vaxt verildi - Ukraynada gərginlikUkrayna Ali Radası qarşısında keçirilən xalq məclisi iştirakçıları yeni tələblər irəli sürüb.

Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, onlar Prezident Petro Poroşenkodan 5 iş günü ərzində parlamentə impiçment haqqında qanun layihəsi göndərməyi tələb ediblər.

"Cənab prezident, bu qanun layihəsi konkret olaraq, sizə aid deyil. Bu, Ukrayna xalqına aiddir. Əgər tələbuimiz yerinə yetirilməsə, biz nəyə qadir olduğumuzu göstərəcəyik. Bizi buna məcbur etməyin. Çauşeskunun aqibətini xatırlayın", - aksiyada çıxış edən "Donbas" taborunun Katana ləqəbli döyüşçüsü deyib.

Aksiya iştirakçıları prezidentdən antikorrupsiya məhkəməsi haqqında qanun layihəsini Ali Radaya göndərməyi də tələb edib.
Hacı Zakir Bayramov - 70  Bayramov Zakir Cahan oğlu 35 il hüquq-mühafizə orqanlarında çalışıb. O, işlədiyi dönəmdə qüsursuz fəaliyyəti ilə bərabər həm də insanların yaddaşında gözəl insan kimi qalıb. Polis əməkdaşı kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Qubadlı, Şuşa, Cəbrayıl rayonlarında ağır döyüşlərdə iştirak edib. Bu günlərdə onun 70 yaşı tamam olub.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı onun xidmətini Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri olmuş Səməd bəy Mehmandarov adına medulla təltif edib. Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilat adından medalı ona təqdim edərək Zakir Bayramovun Azərbaycanın vətənsevər oğlu kimi şəxsiyyətini xarakterizə etmişdir. Polkovniki bu sözləri Zakir Bayramovun yubiley təntənəsinə çevrimişdir. Dostları onun barəsində ağız dolusu danışır. Onu yaxından tanıyan Prezident Administarsiyasının əməkdaşı Rasim Mirzəyevdə hələ tələbəlik dövründən Zakir Bayramovu Bakı Dövlət Universitetində oxuduğu illərdən tanıdığını və onun yaddaşında saf əqidə və ləyaqət rəmzi kimi qaldığını söyləyir.
Hacı Zakir Bayramov - 70
Yuxarıda göstərilənlər dostların Hacı Zakir deyə müraciət etdiyi Zakir Bayramovun həyat hekayəsinin rəsmi xronikasının bir hissəsidir. Onun insan kimi portiret cizgilərini göz önündə canlandırsaq ruhunda müsbət emosiya gəzdirən bu insan ətrafa pozitiv enerji verməsinin şahidi olarıq. O, yumor hissi olan zarafatcıl bir insandır. Azərbaycan Vətən Müharibəsi Veteranları Səbail təşkilatı sədri İlham Əliyevin ofisi Hacı Zakirin dostlarla görüş yeridir. Çox nəsnələrə şahidlik edən bu ofis həm də işdən sonra nərdtaxta həvəskarlarının təmas nöqtəsidir.

Bu mənada Mehdi Huseyn 1 A ünvanını işdən sonra nərdtəxta sevərlərin klubu da adlandırmaq olar. Ustalıq məharətinə görə klubun rəhbəri Hacı Zakir hesab olunur. Ərazidə hər kəs onun ustalığını qəbul edir. Nərdtaxtanı yüksək məharətlə oynamsına baxmayaraq heç vaxt mən kiminsə dərsini verdim oyunu apardım deyə qürrələnməz. Bu onu sadə və təvəzökar xarakterindən xəbər verir. Klub üzvüləri Hacı Zakirə uduzmağı ayıb saymırlar.Deyirlər kişi sənətkardı da. Klub üzvüləri bəzən oyuna yeni qoşulan “oyunçular” olanda bir fəndlə Hacı Zakiri qabağa verib onun dərsini verməyidə zövqlə edirlər.

Həyatın hər üzünü görmüş və özmrünün müdrik çağlarını yaşayan Hacı Zakir haqqında bu yazı onun şərəfli ömür yolunun kiçik bir parçasını əhatə edir.Uca Tanrı Sizə bu şərəfli ömür yolunda yar olsun! Ömür karvanınız Sizi yüzilliyə çatdırsın inşallah!

Səməd Vəkilov
Saakaşvilinin eks-mühafizə rəisi oğurlandıGürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin mühafizəsinin keçmiş rəhbəri Georgi Rubaşvili Kiyevdə naməlum şəxslər tərəfindən oğurlanıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Saakaşvilinin özü paylaşıb. Onun sözlərinə görə, Rubaşvilinin oğurlanmasında 8 silahlı şəxs iştirak edib. Saakaşvili Rubaşvilinin Kiyevdə yaşadığını və kafeyə gedən zaman yaxalandığını bildirib.

Qeyd edək ki, Rubaşvili Saakaşvilinin Gürcüstandakı mühafizəsinin rəhbəri olub.
Gürcüstanda azərbaycanlı namizədlər dalaşdıGürcüstanın Marneuli rayonunda azərbaycanlı namizədlər arasında dava düşüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Nazirlik davanın müxalifət Avropa Gürcüstanı Partiyasının nümayəndəsi Məhəmməd Hüseynovla Gürcü Arzusu Partiyasından olan Mirkazım Yaqubov arasında baş verdiyini bildirib. Kvemo Sarali kəndində baş verən davaya görə artıq cinayət işi qaldırılıb.

Qeyd edək ki, bu gün Gürcüstanda yerli idarəetmə orqanlarına seçki başlayıb.
Polis özünü Kürə atmaq istəyən gənc qızı xilas etdiŞirvan şəhərində mühafizə polisinin əməkdaşları intihara cəhdin qarşısını alıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, oktyabrın 20-də saat 14.00 radələrində magistral yolun Şirvan şəhəri ərazisindən keçən hissəsindəki körpüdə xidmətdə olan Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları - polis serjantları Rəşad Əliyev və Həmid Əhmədov oradan keçənlərin arasında səssiz dayanaraq Kür çayına baxan qızın hərəkətləri şübhə doğurduğundan onu diqqətlə izləməyə başlayıblar.

Həmin qızın qəflətən məhəccərin digər tərəfinə keçdiyini görən əməkdaşlar dərhal ona yaxınlaşıblar. Qız özünü çaya atmaq istəyib. Fikrini yayındırmaq üçün polis əməkdaşları gənc xanımı söhbətə tutublar və ani hərəkətlə onu tutaraq təhlükəsiz əraziyə çıxarıblar.
Şirvan Şəhər Polis Şöbəsinə təhvil verilən qızın Sabirabad rayonunun Qarağac kənd sakini olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.
Ər arvadını oğlunun gözü qarşısında öldürüb - TəfərrüatTərtər rayonunda ərin öz həyat yoldaşını qətlə yetirməsinin təfərrüatı məlum olub.

Qətlə yetirilən Rufanə Cəfərlinin atası Müzəffər Cəfərov "Report"un Qarabağ bürosunun əməkdaşına açıqlamasında deyib ki, qızı 1993-cü il təvvəlüdlü R.Hüseynova həyat yoldaşı Emin Hüseynovla Bakıda universitetdə təhsil alarkən tanış olublar.

Onun sözlərinə görə, qızı 3 il əvvəl ailə qurub və Bakıda yaşayıb:

"Qızımla həyat yoldaşı Emin Hüseynov arasında dəfələrlə münaqişə olub. Bu səbəbdən qızım azyaşlı övladını da götürüb bir neçə ay əvvəl bizə gəlmişdi. Bu müddət ərzində həyat yoldaşının təhqirlərinə məruz qalıb. İki ay əvvəl həyat yoldaşı evimizə silahlı basqın da edib".

M.Cəfərov bildirib ki, E.Hüseynov oktyabrın 20-də saat 10-11 radələrində 3 nəfərlə kəndə gələrək həyat yoldaşını və övladını evinə aparmaq istəyib: "Qızı Rufanə buna qarşı çıxıb. Emin cibindən bıçaq çıxararaq Rufanəyə azyaşlı oğlu Mehman Hüseynov və anası Vəsilə Əliyevanın gözləri qarşısında 8 bıçaq zərbəsi vurub. Qızım hadisə yerində ölüb".
Saakaşvili Hikmət Cavadovla şam etdi - Mitinq şəhərciyində/ VİDEODünən Gürcüstanın sabiq prezidenti, Ukrayna müxalifətinin lideri Mixail Saakaşvili etirazçıların Kiyevdə Ali Radanın qarşısında yaratdığı çadır şəhərciyində olub.

BakuPost.az xəbər verir ki, o, etirazçılarla görüşüb və söhbət edib.

Saakaşvili ona dəstək verənlər arasında azərbaycanlıların da olduğunu bildiyini deyərək, şəhərcikdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla görüşmək istəyib. O, H. Cavadovla söhbətində bu mitinqlərə dəstək verdiyi üçün Azərbaycan diaspor nümayəndələrinə təşəkkürünü bildirib. Saakaşvili qeyd edib ki, Ukraynadakı azərbaycanlıların ona verdiyi dəstəkdən xəbərdardır və bu barədə məlumatları daimi olaraq izləyir.

Diaspor rəhbəri H. Cavadov Saakaşviliyə onu sona kimi dəstəkləyəcəklərini və hər gün etirazçıların yanında olduqlarını deyib.

Daha sonra Saakaşvili Hikmət Cavadov və digər həmyerlilərimizlə birlikdə şam edib.

Qeyd edək ki, bir neçə gündür, Kiyevdə Ali Radanın qarşısında mitinq keçirilir. Mitinq iştirakçıları deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini və anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər.

Ou da bildirək ki, 2 gün əvvəl Ali Rada etirazçıların bir neçə tələbini icra etməyə başlayıb. Belə ki, Rada deputat toxunulmazlığının ləğvi haqqında qanunu baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Parlament həmçinin seçki qanunvericiliyini nəzərdən keçirməyə başlayıb. Lakin Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında qanun layihəsi Radanın gündəliyinə daxil edilməyib.
Marneuliyə xüsusi təyinatlılar yeridildi – FOTOGürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonuna xüsusi təyinatlı polis dəstəsi gətirilib.

Yerli sakinlərin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata əsasən, xüsusi təyinatlıların olduğu iki avtobus artıq rayonun mərkəzindədir.

Əlavə polis dəstələrinin Marneulidə yerləşdirilməsində məqsəd seçki prosesi ilə bağlı yarana biləcək gərginliyin qarşısını almaqdır.

Qeyd edək ki, bu gün Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər keçirilir. Seçicilər 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçəcəklər.