Şəmkirdə 15 yaşlı uşaq qatil olduŞəmkirdə 15 yaşlı uşaq qatil olduŞəmkir sakini bıçaqlanaraq qətlə yetirilib.

Rayonun Zəyəm qəsəbə sakini, 1989-cu il təvəllüdlü Məmmədov Tural Ramiz oğlu bıçaq xəsarətləri ilə Şəmkir Rayon Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub.

İlkin məlumata görə, T.Məmmədov mübahisə zəminində həmyerlisi, 15 yaşlı yeniyetmə tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. (apa)
Qəbul imtahanlarında maksimum bal 400 olacaq2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq.

APA xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, buraxılış imtahanında iştirak edənlər üçün maksimum bal 300-dür.

M. Abbaszadə qeyd edib ki, abituriyentlər qəbul imtahanında 3 fəndən maksimum 400 bal toplaya biləcək, yekunda ən yuxarı bal 700 olacaq.

O bildirib ki, yeni modelə əsasən buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi, bir dəfə aparılacaq. Qəbul imtahanlarında isə abituriyentlərə bir neçə dəfə iştirak etmək imkanı veriləcək.
Ermənistan ordusunun hərbi hissəsində partlayış — çoxlu ölən və yaralanan varErmənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Xocavənd rayonunda dislokasiya olunan hərbi hissələrindən birində partlayış baş verib.

“Report”un məlumatına görə, bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri xəbər yayıblar.
Məlumatda hadisənin oktyabrın 19-da baş verdiyi və xeyli sayda ölən və yaralananın olduğu qeyd edilib. Hadisə yerinə xeyli sayda təcili yardım maşınları və digər xüsusi texnika cəlb edilib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Partlayış baş verən ərazidə müxtəlif qurumların vəzifəli şəxslərindən ibarət komissiya işləyir.
Xaçmazda 6-cı sinif şagirdi itkin düşdüXaçmaz şəhərində məktəb şagirdi itkin düşüb.

Xaçmaz şəhər 5 saylı məktəbin 6-cı sinif şagirdi 2006-cı il təvəllüdlü Daşdəmirov Ramin Mənsur oğlu məktəbdən çıxdıqdan sonra evə getməyib. Onun valideynləri uşağın itkin düşməsi barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. (apa)
Ermənistan hərbçisi əsgər yoldaşını güllələdiAğdərə yaşayış məntəqəsində dislokasiya olunan altıncı dağ atıcı alayın ərazisindəki postda hərbi qulluqçular arasında münaqişə baş verib.

Publika.az xəbər verir ki, mübahisə zamanı qumbaraatan vəzifəsində xidmət edən hərbi qulluqçu Aram Xaçaturyan xidmət yoldaşı David Harutunyanı avtomatla başından güllələyib. Xəstəxanaya aparılarkən ağır yaralanmış hərbi qulluqçu D.Harutunyan yolda ölüb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Rakka Öcalan tərəfdarlarının əlinə keçdi - HicaziRakkanın idarəçiliyi Öcalan portretini asan işğalçıların əlinə keçdi.

Axar.az xəbər verir ki, bu sözləri Rakka Vilayət Şurasının rəhbərinin müavini Məhəmməd Hicazi deyib.

O bildirib ki, şəhərdə hakimiyyətin Rakka Mülki Məclisinə verilməsi tam işğal anlamına gəlir:

“Bu vilayətin uşaqları olan bizlər Rakkada idarəçiliyin bir işğal qrupdan digər işğalçıya – Öcalan portretini qaldıranlara keçdiyini düşünürük. ABŞ-ın məqsədi Rakkanı kürdlərin separatizm layihəsinə əlavə etməkdir”.
Xalq artisti əməliyyat olunduXalq artisti Səməd Səmədov əməliyyat olunub.

Milli.az xəbər verir ki, 3 gün öncə əməliyyat olunan sənətçi açıqlamasında xəbəri təsdiqləyib.

O, öd kisəsindən əməliyyat olunduğunu deyib.

Səhhətinin yaxşı olduğunu vurğulayan müğənni yaxın günlərdə efirə çıxacağını da bildirib.
“Dağlıq Qarabağ problemi lap Konqoda müzakirə olunsa belə, heç bir mənası olmayacaq”“ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir fikri dəyişməyib”.

Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ABŞ Senatında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda keçirilən brifinqdə Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlikin münaqişənin tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlərlə bağlı açıqlamasında bildirib. ALDP sədri deyib ki, münaqişənin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunda cəmlənən dövlətlər, o cümlədən Rusiya və Fransanın da mövqeləri eynidir. Dağlıq Qarabağ problemi lap Konqoda müzakirə olunsa belə heç bir mənası olmayacaq. F.Əliyev bəyan edib ki, Dağlıq Qarabağ probleminin həlli yalnız Azərbaycan dövlətinin və xalqının birgə fəaliyyəti və gücü sayəsində gerçəkləşə bilər:

“Dövlətlərin ərazi bütövlüyü məsələsi beynəlxalq hüquqda təsbit olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı BMT-nin 4 qətnaməsi var. Biz həmin qətnamələrə üz tutub öz ərazilərimizi işğaldan azad etməliyik”.

ALDP sədri bildirib ki, Dağlıq Qarabağ məsələsinin harada və necə müzakirə etməsinin məsələyə heç bir təsiri olmayacaq:

“Hamıya yaxşı aydındır ki, neçə illərdir fəaliyyət göstərən Minsk Qrupunun heç bir əhəmiyyəti yoxdur. Sadəcə boş-boş səfərlər edib, görüşlər təşkil etməklə vəzifələrini bitmiş sayırlar. Məsələ isə hələ də öz həllini tapmamış qalır. Aparılan danışıqlar isə yalnız münaqişənin bir az da uzadılmasına xidmət edir. Ola bilər ki, xeyrimizə, yaxud əleyhimizə 100 dənə qərar çıxarsınlar. Qarabağ məsələsində yalnız Azərbaycan dövləti və vətəndaşlarının sözü, yekun qərarı rol oynayacaq. Biz özümüz güclü ordumuza arxalanaraq torpaqlarımızı azad edə bilərik”.

F.Əliyev bu mənada Ceyms Uorlikin brifinqdə səsləndirdiyi fikirləri də mənasız hesab edib:

“Bu yalnız münaqişənin bir neçə il də uzadılması ilə bağlı Ermənistana mesaj göndərməyə xidmət edir. Hətta kimsə bizim xeyrimizə nə isə demiş olsa belə, biz bundan arxayınlaşmamalıyıq. Çünki heç kəs bizim əvəzimizə torpaqlarımızı işğaldan azad etməyəcək”.
GAK sədri Hüseyn Yusubov xalqa müraciət edibƏziz eloğlular, bu gecə Qızılhacılı kəndində olan hadisənin cinayət olduğu gün kimi aydındır. Gürcüstan Azərbaycanlıları Konqresi olaraq cinayətkarı və ya cinayətkarları lənətləyirik, qısa bir vaxttda hüquq-mühafizə orqanları tərəfindən həbs olunacağına və layiqli cəzasını və ya cəzalarını alacaqlarına inanırıq.

Hadisədən çox qısa bir vaxt sonra, bir neçə nazirin bu məsələ ilə bağlı bəyanat verməsi törədilmiş cinayətin qısa bir vaxtda açılacağına ümid verir.
İstintaq orqanlarının yaydığı məlumata görə, cinayət siyasi deyil, şəxsi zəmində törədilib.

Törədilmiş cinayət nəticəsində yaralanmış eloğlularmıza - Ceyhun Çovdarova, Azad Çobanova, Vüqar Bayramova, Anar Məmişova, Elmar Hüseynova Allahdan şəfalar diləyirik.

İnanırıq ki, yaxın bir vaxtda öz dostlarının cərgələrinə dönəcəklər və doğma Qızılhaclının inkişafı naminə mübarizələrinə davam etdirəcəklər.

Əziz eloğlular ümidvarıq ki, bu çirkin cinayət sizin heç birinizi ruhdan salmayacaq, tam əksinə ayın 21-də hamı seçkilərə qatılacaq, seçimlərinizlə yaralanmış qardaşlarımızı dəstəkləyəcəksiniz. Sabah bütün kəndlərimizdə inşallah böyük bir ruh yüksəkliyi nümayiş etdirəcəksiniz.
Sahibsiz itlər birkalanacaqBakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi tərəfindən sahibsiz itlərin birkalanmasına (nömrələnməsinə) başlanacaq.

İdarənin rəisi Mübariz Hüseynov APA-ya açıqlamasında bildirib ki, bu işlər gələn həftədən etibarən həyata keçiriləcək.

Onun sözlərinə görə, ilkin olaraq gündə 10-15, ayda isə 100-150 it birkalanacaq: “Birkaların üzərində rəqəmlər olacaq, bununla da bilinəcək ki, itlər idarə tərəfindən götürülüb, peyvənd olunub, quduzluğa qarşı vaksinasiya edilib, axtalanıb, rəqəmlənərək təbiətə buraxılıb. Bu vaxta kimi idarə tərəfindən sahibsiz heyvanların, itlərin birkalanması həyata keçirilməyib, sadəcə, itlər yerlərdən götürülərək quduzluğa və təhlükəli xəstəliklərə qarşı sterilizasiya edildikdən sonra yenidən təbiətə buraxılırdı. Bu da həmin itlərin növbəti dəfə təkrarən götürülməsinə ehtiyac yaradırdı. Lakin itlər birkalandıqdan sonra rəqəmlənəcək və onların təkrar götürülməsinə ehtiyac qalmayacaq. Bu gün Balaxanıdakı sığınacaqda artıq 600-700 it var”.

M.Hüseynov qeyd edib ki, gün ərzində təxminən 15-20, bəzi hallarda 30-a qədər it ərazilərdən götürülür. Onun sözlərinə görə, sahibsiz itlərlə bağlı daha çox müraciətlər şəhərətrafı qəsəbələrdən, Səbail, Binəqədi rayonlarından və bağ massivlərindən olur.

İdarə rəisi vurğulayıb ki, sahibsiz heyvanların müxtəlif ərazilərdən götürülməsi yalnız vətəndaşların yazılı və 24 saat ərzində fəaliyyət göstərən 565-09-26/27 nömrəli telefona şifahi müraciəti əsasında həyata keçirilir: “Hazırda idarənin 3 xüsusi təyinatlı maşını var və onlar gün ərzində şəhərdə olaraq vəziyyətə nəzarət edir. İlin sonuna kimi Bakı şəhərində bütün sahibsiz itlərin zərərsizləşdirilməsi nəzərdə tutulur. Bu gün insanlarda itlərə qarşı müəyyən xof var. Lakin onlar bilməlidir ki, şəhərdə olan itlərin əksəriyyətinə quduzluğa qarşı vaksin vurulub, zərərsizləşdirilib”.

İdarə rəisi əlavə edib ki, sahibsiz heyvanlara qarşı mübarizədə onlara İDEA İctimai Birliyi tərəfindən yaxından köməklik edir. Onun sözlərinə görə, ay ərzində idarə tərəfindən müxtəlif ərazilərdən götürülən itlər İDEA İctimai Birliyinin Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzinə verilir.