100 min kürd azərbaycanlıların şəhərini tərk etdiİraq ordusunun Kərkükü nəzarətə götürməsindən sonra 100 minə yaxın kürd şəhəri tərk edib.

Axar.az xəbər verir ki, bu sözləri Ərbil valisi Navazd Xadi deyib.

Onun sözlərinə görə, 18 min kürd ailəsi Kərkükü və Tuzhurmatunu tərk edərək Ərbil və Süleymaniyyə şəhərlərində sığınacaq tapıb.

Bundan əlavə, kürd lider Bərzaninin müavini Xemid Xavrami isə Tvitter hesabında kürdlərin İraq ordusunun soyğunçuluğundan və zülmündən qaçdığını yazıb.

Qeyd edək ki, İraq Baş naziri Heydər Abadi Kərkükdə təhlükəsizliyin təmin olduğu barədə bəyanat vermişdi.
Canlı efirə gələn qadının danışdıqları hamını şoka saldı: "Bizim ailədə hər kəs bir-birini..."Canlı efirə gələn qadının söylədikləri hamını şoka salıb.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, televiziya verilişlərindən birinə qatılan qadın ərinin ona xəyanət etdiyini deyib. Bu vəziyyətdən şikayətçi olmayan qadın ərini yalnız oğlu üçün axtarmağa gəldiyini bildirib.

“Artıq öyrəşmişəm. 19 il bundan öncə məni tərk etmişdi. Daha sonra yenidən geri qayıtdı. Özüm xoşbəxtəm amma övladım atasını istəyir”.

Daha sonra həyat hekayəsini danışan qadın ailəsində hər kəsin bir-birini aldatdığını qeyd edib.

“14 yaşımda ailə həyatı qurdum. İlk vaxtlarda hər şey yaxşı idi. Daha sonra mənə pis davranmağa başladılar. Dərman verirdilər ki, uşağım olmasın. Ərim dəfələrlə məni tərk edib gedirdi. Bir gün qaynanamı axurda başqa bir kişi ilə cinsi əlaqədə olarkən gördüm. Bunu həyat yoldaşıma danışdım. O isə bu barədə heçnə demədi. 20 yaşım olanda yoldaşımla şəhərə köçdük. Orda bir qonşumuz var idi. Ərim mənə onunla xəyanət etdi. Hamilə olanda məni müalicə üçün o qadınla birlikdə xəstəxanaya göndərdi. Baldızım qardaşımla evli idi. O, da qardaşıma xəyanət eləmişdi. Yoldaşımın bir bacısı da var. O, da öz ərinin dostu ilə qaçmışdı. Bunlar nəsillikcə xəyanətə meyillidir.”
Qarabağda erməni əsgəri öldürüldüBu gün saat 15:50 radələrində işğalçı erməni ordusunun Dağlıq Qarabağda döyüş mövqeyində yerləşdirilmiş bölmələrindən birinin 1998 -ci il təvəllüdlü hərbi qulluqçusu Tiqran Xaçatryan atışma nəticəsində ölümcül güllə yarası alıb.

Virtualaz.org bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.
Tərtərdə qızının üstünə günü gətirilən qayınana: “Qayıt evinə, iki uşağı atasız qoyma” (VİDEO)Tərtərdə evli kişi arvadından boşanmamış ikinci dəfə evlənib.

Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini 22 yaşlı Şahnaz Heydərli 3 il əvvəl həmkəndlisi olan sevdiyi oğlanla-Vahid Qasımlı ilə ailə qurub. Cütlüyün 2 yaşlı qızı var. İkinci uşağa hamilə olan qadının həyat yoldaşı Vahid Qasımlı yenidən evlənmək məqsədilə başqa bir qız qaçırıb.

Arvadının üstünə yenidən qız qaçıran Vahid Qasımlının qayınanası Gültəkin Heydərli AzNews.az vasitəsi ilə Azərbaycan xalqından kömək istəyir:

-Mənim qızımın ailəsini qaynanası dağıdıb. Biz eyni kənddə yaşayırıq. Bir-birimizin xeyrinə-şərinə gedən insanlarıq. Vahid qızımı qaçıraraq ailə qurub. Qaçırandan sonra toy elədilər. Toydan bir gün sonra qaynana Şahnaz deyib ki, sənə apardığım qızıllarımı qaytar. Bunun üstündə gəlinlə qayınana arasında narazılıq yaranıb. Mən də gücüm çatandan, imkanım yetəndən qızıma bir az cehiz vermişdim. Qaçan qıza nə verirlər? Günlərin birində baxdım ki, qapımda bir maşın dayanıb. Şahnazın qayınanası mənim göndərdiyim cehizləri yığıb bir maşına, mənim evimə göndərib. Mən də səsimi çıxarmadım. Çünki onların rəsmi nikahı yox idi. Buna görə əlim heç yana çatmadı. Şahnazın qayınanası çox həyasızdır. Onunla dalaşmağa səhhətim yol verməz.

-Ümumiyyətlə, qudanız necə ailədir?

-Onun uşaqları gec olub. Düz 18 ildən sonra bir oğlu və bir qızı dünyaya gəlib. Qızını 3 dəfə ərə verib. Uşağı olmadığından hər dəfə də ayrılıb. Şahnazın qayınanasının hardasa 59 yaşı var. Bu yaşda bircə nəvəsi var, o da mənim qızımın uşağı. Qızım yenidən hamilədir. Birincu uşaq olandan sonra Vahid qızımla kəbin kəsdirdi. Şahnaz onların evlərinə qeydiyyata düşdü. Dedi-qodu yenə də kəsmirdi. Qəfildən həyat yoldaşım xəstələndi, xərçəng oldu. Əməliyyat olundu. Biz də onun ailəsiyik, dar gündə yanında olmalıyıq. Başladıq növbə ilə yoldaşımın yanında qalmağa. Birimiz gedib, birimiz gəlirdik. 3 qızım var, oğlum yoxdur. Atanın yanında kim qalmalıdır? Əlbəttə ki, balaları. Bu bütün ailələrdə belədir. Hazırda yoldaşım Gəncə xəstəxanalarının birində müalicə olunur, yenə də qızımın biri yanındadır. Şahnaz 10 gün olardı ki, əri ilə birgə bacısıgilə ad gününə gedib. Həmin arada kürəkənim türk şirkətlərinin birinə işə düzəlib. Ondan sonra evlərinə gəlməyib. Soruşanda deyir ki, “anamın dığ-dığından bezmişəm”. Qızım evə gedəndə qayınana ona deyib ki, “niyə gəlmisən?. Get, ərin gələndə qayıdarsan”. Mən də xalqdan xahiş edirəm gəlin kürəkənimlə qaçan qızın ailəsini tapaq, onlara deyək ki, bu adam ailəlidir. Axı sən onunla niyə qaçmısan? Sənin qızın niyə iki uşaq atası ilə qaçıb? Qayıt evinə, iki uşağı atasız qoyma”.

-Kürəkənin ikinci arvadı hardandır?

-Ağdam rayonunun Güllücə kəndindən.

-Şahnaz Heydərlini son atacağı addım nə olacaq?

-Şahnaz bilir ki, ərinin aliment verməyə imkanı yoxdur. Bəlkə buna görə yenidən uşaqlarının, ailəsinin üstünə qayıdar. İstəyirik ki, ailə də dağılmasın. Ortada iki uşaq var. Onlar niyə atasız böyüsün? Vahidin anası isə bu ailəni yola vermir. Qızıma deyir ki, “mən sənin anandan göyçəyəm, anan məndən qaradır. Niyə atan evinə gedirsən”. Belə- belə şeylərə əl atıb iki uşağı atasız qoyub.

İlham Əliyev Türkiyəyə getdi - FotoBu gün Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gedib.

İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Azərbaycan Prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycanlı qızdan ərəb turistlərə ƏXLAQSIZ ÇAĞIRIŞ - "Gəlin, gəlin seks, seks ..." - VİDEOAzərbaycanlı qız ərəb turistlərə çağırış edib

Avrasiya.net GoldNews.az-a istinadən xəbər verir ki, o, ərəbləri paytaxtımıza özünəməxsus tərzdə dəvət edib.

Qeyd edək ki, son zamanlar turistlərin ölkəmizə axını ilə əlaqədar şəhərdə xüsusi canlanma yaşanıb. Xüsusən də ərəb turistlərin ölkəmizə olan marağı diqqət çəkib. Onların paytaxtımıza gəlişi Bakı küçələrində açıq fahişə bazarını da aktivləşdirib. Barda çalışan qızlar şəhərin mərkəzində ərəb turistlərlə qiymət danışır, özlərini açıq-aşkar turistlərə təklif edirlər.
İsmayılovların 2 milyonluq avtomobili satışa çıxarılır - FOTOAzərbaycanlı iş adamı Telman İsmayılovun oğlunun avtomobili satışa çıxarılır.

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Sarxan İsmayılovun 2 milyon liralıq "Rolls-Royce" markalı avtomobili icraçıların əlindədir. Tur şirkətlərindən biri borcu olduğu üçün Sarxan İsmayılovun avtomobili müsadirə edib.

İsmayılovlar ailəsinə 15 gün borcu qaytarmaqla bağlı vaxt verilib. Borc ödənilmədiyi üçün avtomobil satışa çıxarılacaq.

Qeyd edək ki, bir müddət əvvəl «Mardan Palace» otelinin borcu olduğu üçün suya kəsilmişdi. Həmçinin otelə otaq sifarişləri dayandırılıb.
Nazir müavini nazirlə quda olduAzərbaycanda daha iki məmur qohum olub.

Unikal.org-un məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədovun oğlu İdrak Məmmədov, Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədovun qızı ilə ailə həyatı qurub.
Toy Bakıda şadlıq saraylarının birində baş tutub.
"Qarabağ" hakim səhvi ilə bağlı UEFA-ya şikayət edəcəkSözsüz ki, “Qarabağ” bizə çox gözəl anlar bəxş etdi. Dostlar, həmkarlar arasında oyunla bağlı müəyyən proqnozlar səsləndirilmişdi. Lakin bu cür hesabı heç kim gözləmirdi. “Qarabağ”ın futbolçularının peşəkarlıq və oyun səviyyələrinin get-gedə necə artdığını görürük. Onların timsalında tam ayrı, Avropa səviyyəli komandanın oyununu gördük. Bunlar bizi sevindirir".

Bunu "Report"a açıqlamasında gənclər və idman naziri Azad Rəhimov Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın İspaniya "Atletiko"su ilə 0:0 hesablı heç-heçə etdiyi görüş barədə danışarkən deyib. Heç-heçəyə sevinməyin gərəkliyini vurğulayan nazir fransalı referi Ruddi Bukenin "Qarabağ"ın hücumçusu Dino Ndlovuya ikinci sarı vərəqəni göstərərək, meydandan kənarlaşdırdığı epizoda da münasibət bildirib: "Məsələyə tam obyektiv yanaşıram: "Qarabağ"ın futbolçusuna qırmızı vərəqənin göstərilməsi düzgün qərar deyildi. Rəqib futbolçu tərəfindən ayağa zərbə həqiqətən də var idi. Bunu videotəkrara baxdıqda dəfələrlə gördük".

A.Rəhimovun fikrincə, "Qarabağ" rəhbərliyi bu epizodla bağlı UEFA-ya şikayət edəcək. Lakin o, lazımi nəticənin əldə olunacağına inanmadığını söyləyib: "Sözsüz ki, protest veriləcək, amma nəticəsi maksimum nə ola bilər? Həmin referi 1-2 beynəlxalq oyundan kənarlaşdırıla bilər. Mümkündür ki, hakimlər hər bir oyunda səhvə yol versinlər. Lakin futbolda hakim səhvləri ilə əlaqədar bundan başqa tədbir növü müəyyənləşdirilməyib. Ona görə də tək futbolda deyil, digər idman növlərində də hakimlərin işinə toxunmamalı, onları düşünməməliyik. Özümüzü elə göstərməli, elə oynamalıyıq ki, hakim heç bir təsir göstərməsin. Hər bir oyunda və yarışda rəqibdən iki baş güclü olmalıyıq. Hakim səhvləri biz, AFFA və klub rəhbərliyinə heç bir təsir edə bilməz. Etiraz mütləq olacaq, amma nəticəsinə inanmıram".
Nazir "Qarabağ"ın futbolçusunun meydandan kənarlaşdırılmasında siyasi addım görmədiyini də əlavə edib: "Bu, siyasətdən tam uzaq haldır, ola da bilməz. Deyə bilərsiniz ki, hakim Fransadan, "Atletiko" İspaniyadandır. Yəni, hər iki ölkə Qərbi Avropada yerləşir. Amma səhvlər də olur. "Qarabağ"ın 3 il əvvəl İtaliya "İnter"i ilə keçirdiyi oyundan sonra çexiyalı referi oteldə "Mən niyə belə səhv buraxdım? Sanki gözümün qabağına qaranlıq çökmüşdü" deyə ağlayırdı. Belə hallar da mümkündür".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilmiş "Qarabağ” – "Atletiko” matçının 75-ci dəqiqəsində Dino Ndlovu Dieqo Qodinin müdaxiləsindən sonra yerdə qalıb. Lakin fransalı baş hakim Ruddi Buke epizodu simulyasiya kimi dəyərləndirib və Ndlovuya oyun ərzində ikinci sarı vərəqə göstərərək, meydan sahiblərini azlıqda qoyub.
“Kriminal aləm”in “adamı”, atasının “yolu”nu davam edən 20 yaşlı gəncBakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan 25 yaşlı Murad Həsənov və 20 yaşlı Yusif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Faiq Qəniyev sədrlik edib.

Prosesdə zərərçəkmişlər dindirilib. Zərərçəkmiş Emin İlyasov ifadəsində göstərib ki, ötən ilin noyabr ayında "Elmlər Akademiyası" metro stansiyasında karta pul yükləyən zaman iki nəfər ona yaxınlaşıb: ”Dedilər ki, kartımız yoxdur, sənin kartına pul yükləmək istəyirik. Razılaşdım, qatara da bir yerdə mindik. "20 Yanvar"da düşəndə yenə mənə yaxınlaşıb zəng vurmaq üçün telefon istədilər, verdim, amma qaytarmadılar. Pul tələb edəndə dedim ki, tələbəyəm, özümün pula ehtiyacım var. Nömrəmi və yaddaş kartımı qaytarmalarını xahiş etdim. Razılaşdılar, sonra da telefonu götürüb getdilər”.

Zərərçəkmiş telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib: “Məni hədələdilər. Sonradan adını bildiyim Yusif əlini belinə aparıb dedi ki, səni vuraram. Ona görə də, telefonu verdim”.

Təqsirləndirilən Yusif Nəbiyev isə hadisə zamanı tək olduğunu deyib. Zərərçəkmiş onun yalan danışdığını bildirib.

Zərərçəkmiş Kamran Şirinov ifadəsində göstərib ki, "Sahil" metro stansiyasının yaxınlığında bir nəfər yaxınlaşıb onunla söhbət etmək istəyib: "Dedi ki, "Torqovı” mənim ərazimdir. Nə söhbətin, nə problemin olsa, bir qardaş kimi qulluğunda hazıram. Telefonuma baxmaq istədi. Dedi ki, içəridə yaxşı qardaşlar var, onlara pul çatmalıdır”.

Y.Nəbiyev K.Şirinova telefonu girov qoyub pul götürəcəyini və bir həftəyə kimi geri qaytaracağını bildirib: “Razılaşmaq istəmədikdə hədələdi, dedi ki, onsuz da əlindən alacağam, buna mənim “zasluqa”m çatır”.

Hakim təqsirləndirilən şəxsdən “zasluqa” sözünün mənasını soruşsa da, Y.Nəbiyev cavab verə bilməyib.

Məhkəmə prosesi oktyabrın 25-də davam edəcək.

Qeyd edək ki, Y.Nəbiyev oğurluq etməkdə, soyğunçuluqda və quldurluq əməlləri törətməkdə ittiham olunur. O, özünü "kriminal aləmin adamı" kimi təqdim etməklə müxtəlif şəxslərin telefonunu hədə-qorxu yoluyla ələ keçirib. Y.Nəbiyev sadalan cinayətləri təkbaşına törətməyib. Ona bu işdə Murad Həsənov “yardım” edib.

Y.Nəbiyev quldurluq etdiyi adamlara telefonu satıb pulunu həbsxanada olan kriminal aləmin üzvlərinə göndərəcəyini deyirmiş.

Y.Nəbiyevin atası Mehman Nəbiyev də qətl törətdiyinə görə həbsxanadadır.