"Qarabağ" ÇL-nın qrup mərhələsində ilk xalını qazanıbBu gün Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun oyunlarına yekun vurulub.

İkinci matç günündə A,B,C,D qrupunun oyunları keçirilib.

C qrupunda “Qarabağ” Bakı Olimpiya Stadionunda “Atletiko” Madridi qəbul edib. Qrupda digər oyun isə "Çelsi" və"Roma" arasında olacaq.

"Qarabağ" - "Atletiko" Madrid arasında keçirilən matçda hesab açılmayıb. Beləliklə, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb.
Əlillərə müavinətlərin verilməsi dayandırılacaq? - Nazirlikdən rəsmi açıqlama“Bəzi KİV-lərdə Milli Məclisə istinadən, guya əlilliyi olan şəxslərin sosial müavinətlərlə təminatı sistemində dəyişiklik olunacağı və sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə yayılan məlumatların heç bir əsası yoxdur”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, hazırda hökumətdə qeyd edilən məsələ ilə əlaqədar heç bir layihə müzakirə olunmur.

Qurum rəsmisi bildirib ki, nazirlik olaraq Azərbaycan Respublikası Milli Məclisinin Əmək və Sosial Siyasət Komitəsi ilə də əlaqə saxlanılıb:

“Komitədən sosial vəziyyəti yaxşı olan və əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə hər hansı məsələnin müzakirə olunmadığı bildirilib. Odur ki, sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə qeyd edilənlər ictimai rəyi çaşdrımağa yönəlib”.
“Məni cəzalandırıb Qarakənd faciəsini törətdilər, əsas komandamı itirdim"“Bu gün Azərbaycanın dövlət müstəqilliyini qazanmasının 26 ili tamam olur. Bu, millətimiz üçün böyük xoşbəxtlikdir. Ona görə də biz müstəqilliyimizi göz bəbəyimiz kimi qorumalıyıq”.

Bu fikirləri “Ölkə.Az”-a müsahibəsində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov bildirib.

A.Mütəllibov prezident olduğu dövrdə Azərbaycanın müstəqilliyinin əldə edilməsinə çalışdığını söyləyib:

“O zaman çox mürəkkəb proseslər gedirdi. Bütün bu risklərə baxmayaraq, biz müstəqilliyimizlə bağlı qərarı qəbul etdik. Mən 1991-ci il oktyabrın 18-də həmin qərara imza atdım. Şükürlər olsun ki, biz indiyədək müstəqilliyimizi qoruyub saxlamışıq. Bu sona qədər davam etməlidir.

Mən müstəqillik aktına imza atan prezident olsam da, bütövlükdə burada xalqımızın rolu böyük olub. Bunu etiraf etmək lazımdır. Zaman elə gətirdi ki, bu tarixi missiya mənim payıma düşdü. Mən də həmin sənədə böyük məmnuniyyətlə imza atdım. Yaxşı xatırlayıram ki, biz digər SSRİ üzvü olmuş ölkələrdən daha tez bu qərarı qəbul etdik. Yəni, 1991-ci il oktyabrın 18-ə qədər digər SSRİ ölkələrindən hələ heç biri müstəqillik haqqında bəyanat verməmişdi”.

A.Mütəllibov deyib ki, həmin dövrdə Azərbaycanın müstəqilliyinin əleyhinə səs verən qüvvələr də olub:

“Sadəcə olaraq, mən onlara qarşı çıxmaq istəmirdim. Düşünürdüm ki, biz demokratik cəmiyyət qurmaq istəyiriksə, bu cür adamlar da olmalıdır. Hətta, bəzən onlara qarşı çıxanda, AXC-Müsavat üzvləri məni anti-demokratik addımlar atmaqda ittiham edirdilər, qınayırdılar və s. Mən də bütün qüvvələrə şərait yaradırdım, onlara fikir və mövqe bildirmək qadağası qoymurdum. Bəlkə də buna görə mən hakimiyyətdə çox qala bilmədim. Prezident idim, bütün güc orqanları mənə tabe idi. Mən də istəsəydim, müxalifətə qarşı güc tətbiq edə bilərdim. Amma bunu etmədim. Düşündüm ki, demokratik cəmiyyətdə müxalifət də olmalıdır. Amma nəticəsi necə oldu? Onlar bu azadlıqlardan, demokratiyadan sui-istifadə etdilər. Müxalifətə açıq şəkildə dedim ki, gəlin bir olaq, Dağlıq Qarabağ problemini həll edək, bir il sonra özüm hakimiyyətdən geri çəkiləcəm. Seçki keçirilər, qalib gələn prezident olar. Onlar buna razı olmadılar, məni devirməyə çalışdılar. Məni Moskva ilə əməkdaşlıq etməkdə ittiham edirdilər. Baxın, 1991-ci il 18 oktyabrda SSRİ var idi. Heç kəsin ağlına belə gəlməzdi ki, SSRİ dağılacaq. Amma mən müstəqillik əldə etməyimizlə bağlı sənədə imza atdım, xalqın müstəqillik uğrunda mübarizə aparmasına mane olmadım. Qarabağın azad olunması uğrunda hərbi əməliyyatlar keçirirdim. Bəlkə də buna görə məni cəzalandırıb Qarakənd faciəsini törətdilər, əsas komandamı itirdim”.

A.Mütəllibov Azərbaycan Xalq Hərəkatı fəallarının ona qarşı çıxmaqla, Qarabağ problemini düyünə saldığını qeyd edib:

“Bizə qarşı amansızcasına müharibə aparırdılar. Mən isə heç zaman prezident postumu möhkəmləndirmək barədə düşünmürdüm. Mənim əsas fikrim Qarabağ problemini köklü həll etmək idi. Hətta, mən Qarakənd faciəsində həlak olmuş komandamı yığanda da, onlara başlıca vəzifə kimi Qarabağ problemini birdəfəlik həll etməyi tapşırmışdım. Onlara bildirmişdim ki, nə yolla olursa olsun, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq və Qarabağ problemi köklü şəkildə həllini tapacaq. Bunun üçün SSRİ rəhbərliyi ilə danışıqlar da aparırdım. Əfsuslar olsun ki, Qarabağ problemini həll etmək üçün mənə imkan vermədilər. Konkret olaraq, AXC, Müsavat və digər siyasi qüvvələr mənə imkan vermədi ki, bu problemi həll edim. Nəticədə də komandamın əsas üzvləri vertolyotda həlak oldular. Onların hamısı Azərbaycanın vətənpərvər oğulları idi. Heç bir vəzifə, təmənna güdmədən bu ağır yükün altına girmişdilər. Onların heç biri vəzifə, pul hərisi deyildilər. Ürək ağrısı ilə bu yükün altına girmişdilər. Mənə Qarabağ məsələsinin həllində özləri kömək etməyi təklif etmişdilər. Allah onlara rəhmət etsin.

AXC-Müsavat qüvvələri qorxurdular ki, mən Qarabağ problemini həll edərəm, bunlara heçnə qalmaz, nüfuzdan düşərlər. Onlar Qarabağ məsələsini özləri üçün pay hesab edirdilər. Düşünürdülər ki, Ayaz Mütəllibov bu problemi həll etsə, xalqın gözündə ucalacaq, onlara yer olmayacaq və s. Mənə müxalif olan qüvvələr arasında bu cür düşünən adamlar çox idi. Çox təəssüf ki, onlar bununla çox böyük səhv edirdilər. Bunun nəticəsində də ermənilər torpaqlarımızı işğal etdi. Mən onların kim olması barədə konkret ad çəkmək istəmirəm. Azərbaycan xalqı onların kim olduğunu çox yaxşı bilir. Qoy hər kəs öz payını götürsün!”.
"Gənc ekspertlərin formalaşmasına öz töhfəmi vermək istəyirəm"“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı medianın müsahib və ekspert qıtlığı yaşadığı barədə fikirlərini və bu problemin aradan qaldırılması üçün təkliflərini açıqladı. Öncə qeyd edim ki, problemi həm rəhbərlik etdiyim KİV-də, həm də bir siyasi şərhçi kimi öz üzərində yaşayan, ömrünün 20 ilini siyasi araşdırmalara həsr edən bir Azərbaycan vətəndaşı kimi Aynur xanımın fikirlərini bölüşürəm.

Avrasiya.net xəbər verir ki, bu sözləri analitik Elçin Mirzəbəyli qeyd edib. O bildirib ki, mövcud problemin səbəblərini də yaxşı bilir:

“Daha öncə də bu problemin həlli ilə bağlı təkliflərimi səsləndirmişəm, yazı və açıqlamalarla çıxış etmişəm və təəssüf ki, diqqəti cəlb edə bilməmişəm. Və mənə elə gəlib ki, mövcud vəziyyət hər kəsi qane edir. Yaxud hər kəs problemin fərqindədir, lakin bir kimsə əlini daşın altına qoymaq istəmir. Bəzi dostlarımız ekspertlərin yorulduqlarını, təkrarçılığa yol verdiklərini, özü üzərlərində işləmədiklərini, regionda və dünyada baş verən prosesləri izləmədiklərini bildirirlər. Həmçinin qeyd edirlər ki, bir qism ekspertlər istədiklərini əldə etdiklərinə görə mediaya əvvəlki həssaslığı azaldıblar, hesab edirlər ki, kifayət qədət populyar və əvəzolunmazdırlar, onların jurnalistlərə yox, jurnalistlərin onlara ehtiyacı var. Bu fikirlər Aynur xanımın problemə yanaşmasında da əks olunub”.

Analitik qeyd edib ki, eyni zamanda, həmkarları ilə söhbətində də bu yanaşmaya bənzər dəyərləndirmələrin şahidi olub:

“Ola bilsin ki, ekspertlər arasında özünü populyar və əvəzolunmaz hesab edənlər də var. İstisna deyil. Amma məsələnin digər tərəfi də var və bu digər tərəfin problemlərini öz üzərində yaşayanlardan biri də mənəm. Ekspert əməyi Azərbaycanda ən az dəyərləndirilən və bəlkə də ümumiyyətlə dəyərləndirilməyən əməkdir. Mən bəzən 12 saata qədər uzana bilən iş günümün az qala 9-10 saatını ən müxtəlif kütləvi informasiya vasitələri üçün şərh yazmağa, müsahibə, yaxud açıqlama verməyə həsr edirəm. Hər bir şərh üçün informasiya toplayır, bu və ya digər problemin tarixi, siyasi və geosiyasi səbəblərini araşdırıram. Buna vaxtımı, enerjimi, intellektual potensialımı həsr edirəm. Amma həyatım günümün 2-3 saatını sərf etdiyim işimin hesabına təmin olunur. Günün 9-10 saatını isə ictimai əsaslarla çalışıram. Gün ərzində 5-10 arası, bəzən isə daha çox şərh yazır, açıqlama və müsahibə verirəm. Cavab vermək imkanım olmayanda isə həmkarlarımın incidiyini hiss edirəm. Bəzilərinin, hətta mediaya kifayət qədər açıq olmağıma və dəstəyimi əsirgəmədiyimə baxmayaraq, mənim haqqımda da “özünü əvəzolunmaz sayır” dediklərindən də məlumatlıyam”.

E.Mirzəbəyli vurğulayıb ki, ekspertin də insan kimi qayğıları və ehtiyaclarının olduğunu heç kəs düşünmək istəmir:

“Aynur xanım çox haqlı olaraq cəmiyyətdə ideya generatorlarının, beyin mərkəzlərinin nə qədər önəmli olduqlarını xatırladır. Tamamilə razıyam. Xüsusilə də “generator” sözünü çox bəyinirəm. Amma kimsəyə sirr deyil ki, generatorun işləməsi üçün yanacaq lazımdır. Daha öncə də qeyd etdiyim kimi, ömrümün 20 ilini bu işə, həm də fundamental, əsaslı şəkildə həsr etmişəm. Oxuduğum kitabların, araşdırmaların sayı-hesabı yoxdur. Dəfələrlə təşəbbüs qaldırmışam ki, Bakı Ekspert Mərkəzi adlı bir qurum yaratmaq, gənc ekspertlərin formalaşmasına öz töhfəmi vermək istəyirəm. Bunu qeyri-hökumət təşkilatı formatında etmək istəmişəm, istəyim təmin olunmayıb. Təfərrüatına varmayacağam. Aynur Camalqızının fikirləri əsas verdi ki, içində olduğum problemlər barəsində daha açıq danışım. Bir daha xatırladım ki, generator da yanacaqla işləyir. Hələlik öz-özünə çalışan “daimi mühərrik” kəşf olunmayıb. “Yanacaq” yoxdursa, kimliyindən asılı olmayaraq, bütün ideya generatorları tükənəcək, yorulacaq və yaxud sadəcə illərini sərf etdikləri işdən usanacaqlar”.

Analitik sonda problemi ictimailəşdirdiyi üçün Aynur xanıma təşəkkür edib.

Qeyd edək ki, bir neçə gün öncə “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı medianın müsahib və ekspert qıtlığı yaşadığı barədə fikirlərini və bu problemin aradan qaldırılması üçün təkliflərini açıqlamışdı.
Azərbaycanlı futbolçu cinsiyyətini dəyişdi - FOTOLARSebastyan (Səbinə) Kurqunayeva azərbaycanlıdır. Mingəçevir şəhərində doğulub, yaşayıb. O, artıq iki ilə yaxındır ki, ABŞ-a köçüb və orada təhsil alır.

Goldnews.az xəbər verir ki, Səbinə doğulduğu cinsi kimliyi qəbul etmir və Amerikada hormonal müalicə üsulu ilə cinsiyyətini dəyişmək qərarı verib. Özünü daha çox Sebastyan kimi təqdim edən bu gənc hazırda hormon qəbulunun ilkin mərhələsindədir və həkimlərin məsləhəti ilə testesteron qəbul edir.

O, bütün bu prosesi özü videoya çəkir və hormonal dəyişiklikləri gün-gün və anbaan qeydə alır. Sebastyan testesteron qəbulundan sonra bədənində baş verən ən xırda dəyişiklikləri danışır, dərmanların ona necə hiss etdirdiyini açıqlayır.

Sebastyan bildirir ki, bütün bu dəyişiklik prosesini axıra qədər çəkəcək və danışacaq. O, eyni zamanda hər gün özünün bir şəklini çəkdiyini də bildirir. Bunu ona görə edir ki, müalicənin sonunda özü tam effekti görə bilsin.
Azərbaycanlı futbolçu cinsiyyətini dəyişdi - FOTOLAR
Azərbaycanlı futbolçu cinsiyyətini dəyişdi - FOTOLAR
Azərbaycanlı futbolçu cinsiyyətini dəyişdi - FOTOLAR
Bərdədə dəhşətli hadisə - 25 yaşlı gənc özünü yandırdıBərdə rayonunda 25 yaşlı gənc özünü yandıraraq intihar edib.

Report xəbər verir ki, hadisə rayonun Məmmədli kəndi ərazisində baş verib.

Belə ki, həmin kənddə məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1992-ci il təvəllüdlü Canəli Sultanalı oğlu Məmmədov üzərinə benzin tökərək özünü yandırıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İntihar edən C.Məmmədovun ruhi xəstə olduğu bildirilir.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə yerləşdirlib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakıda qeyri-qanuni dini ayinlər icra edən şəxslər aşkarlanıbDini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Dövlət Təhlükəsizliyi Xidməti və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə oktyabr 17-də “Binəqədi rayonu dini icması” (Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Dadaşov küçəsi) və “İrfan dini icması”na (Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 15) baxış keçirilib.

Baxış əsnasında hər iki ünvanda qanunazidd qaydada dini ayinlərin icrası aşkar edilib.

Adıçəkilən dini icmalarda qeyri-qanuni olaraq dini ayin icra edən Əhədov Cəlal Zakir oğlu və Həsənzadə Ramin Abdulla oğlu barəsində DQİDK-nın əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 515.0.2. və 515.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bakıda 200 obyekt, 2000 ev sökülə bilər - “Azərsu” iddia qaldırdı"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Abşeronda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırıb.

Bu barədə Movqe.az-a sahibkarlar özləri məlumat verib. Məlumata görə, "Azərsu" ASC onlarla sahibkarın kommersiya obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyi üçün məhkəməyə müraciət edib: "Həmin obyektlərin çoxunun dövlət qeydiyyatına alınması barədə çıxarışı, müvafiq sənədləri var. Buna baxmayaraq belə obyektlərin də sökülməsi üçün də iddia qaldırılıb. Artıq məhkəmələrdən sahibkarlara bildiriş gəlir”.

Sayt xəbəri dəqiqləşdirmək üçün "Azərsu" ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlayıb. Anar Cəbrayıllı faktı təsdiqləyərək onlarla sahibkarın obyektinin su-kanal xətlərinin mühafizə zolağında inşa edildiyini, buna görə də söküntüsü üçün məhkəməyə müraciət edildiyini bildirib: ""Azərsu" ASC-ə məxsus magistral su kəmərləri və ətraf daşıyıcı kanalizasiya kollektorları üzərində, eləcə də mühafizə zonasında xeyli sayda obyektlər və fərdi yaşayış evləri var. Bu bizim işimizi kifayət qədər çətinləşdirir. Sumqayıtda elə ərazi var ki, "Azərsu” ASC-nin kanalizasiya lüku obyektin içərisində qalıb. Əsasən Bakıda magistral su kəmərlərinin və kanalizasiya kollektorlarının mühafizə zolağında olan obyektlərin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Təkcə Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində inşa edilib. Ümumi olaraq 200-dən çox kommersiya, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində tikilib. Hələki fərdi evlərin sökülməsi üçün məhkəməyə müraciət etməmişik. Hazırda "Azərsu" ASC əsasən işimizə daha çox mane olan obyektlərin sökülməsi iddiası ilə bağlı həmin kommersiya obyektlərinin yerləşdiyi ərazilər üzrə yerli rayon məhkəmələrində iddia qaldırıb”.

Anar Cəbrayıllı bildirib ki, bu sahibkarların narazılığına səbəb olsa da, "Azərsu” ASC qanuna müvafiq addım atıb: "Həmin kommersiya obyektləri dövlətin streteji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilib. Sahibkar obyekt inşa edərkən bunu bilməliydi. Hardakı qanunun tələbi pozularaq bizim xətlərin mühafizə zonasında obyektlər inşa edilib və həmin obyektlər bizim işimizi çətinləşdirir, o kommersiya obyektlərinin sökülməsi üçün iddia qaldırılıb”.

O ki, qaldı sənədi olan kommersiya obyektlərinə kompensasiyanın verilib-verilməyəcəyinə, "Azərsu” rəsmisi bunu belə şərh edib: "Biz məhkənə qarşısında lazımi tədbir görülməsi üçün iddia qaldırmışıq. Həmin obyektlərin sökülüb-sökülməyəcəyi məhkəmələrin verəcəyi qərardan asılıdır. Məhkəmə hansı qərarı verərsə, o qərar da icra olunacaq. Streteji su kəmərlərinin, daşıyıcı kollektorların üzərində inşa edilən obyektlərə tikinti icazəsi verilibsə, bu məsuliyyət artıq həmin sənədi verən qurumların üzərinə düşür. Bu barədə də məhkəmə hansı qərarı verərsə, o qərara müvafiq addım atılacaq”.
Olimpiya çempionundan şok etiraf: "Yarışa gedəndə məni zorladı"Ukrayna və keçmiş Sovet gimnastı Tatyana Qutsu 15 yaşı olarkən cinsi təcavüzə məruz qalıb.

Avrasiya.net yenicag.az-a istinadən xəbər verir ki, bu barədə ikiqat Olimpiya çempionu öz “Facebook” səhifəsində yazıb. 41 yaşlı sabiq gimnast SSRİ yığması üzrə keçmiş tərəfdaşı, belarus Vitali Şerbo tərəfindən zorlandığını etiraf edib:

“Mən artıq qorxmuram. Ona görə də açıq deyə bilərəm ki, 1991-ci ildə Ştutqartda yarışma keçirilən vaxt mənə təcavüz olunub. Vitali Şerbo – mənim uzun illər öz qorxu hissimin əsirində qalmağıma səbəb olan monstr… Sən artıq məni sındırmayacaqsan”.
15 yaşı olduqda təcavüzün qurbanı olduğunu deyən Tatyana həmin vaxt digər idmançıların ona kömək etmədiyini vurğulayıb:

“Rəfiqə hesab etdiyim Tatyana Toropova, sənə hər şeydən çox ehtiyacım olduqda cəsarətini toplamadığın üçün təşəkkür edirəm. Sən oradaydın və hər şeyi eşidirdin. Lakin məni müdafiə etmədin. Rüstəm Şaripov, dostunu qoruduğun və mənə – 15 yaşlı kiçik qıza kömək etmədiyin üçün təşəkkür edirəm”.

Qeyd edək ki, 45 yaşlı Şerbo altıqat Olimpiya çempionu, gimnastika üzrə SSRİ idman ustasıdır. Bundan əlavə, o, 4 dəfə dünya çempionatında adını zirvəyə yazdırıb.