Leyla Yunus Azərbaycana Suriyadakı vəziyyəti arzuladıAzərbaycandan kənardakı fəaliyyətini sırf ölkəmizə qarşı təxribat və düşmənçiliyə sərf edən "hüquq müdafiəçisi" Leyla Yunus bu günlərdə daha bir ermənipərəsət mövqe sərgiləyib.

Avrasiya.net-in xəbərinə görə, Çexiyanın paytaxtı Praqada ənənəvi olaraq keçirilən "Forum-2000" toplantısında çıxış edən Leyla Yunus Qərb dövlətlərinə müraciət edərək onları Azərbaycana qarşı "Suriya praktikasını" tətbiq etməyə çağırıb. Leyla Yunusun məntiqindən belə çıxıb ki, Qərb Suriyada olduğu kimi Azərbaycanda da müxtəlif qruplaşmaları silahlandırıb ölkədə vətəndaş müharibəsinə rəvac verməlidir.

Qeyd edək ki, Praqada keçirilən tədbirin təşkilatçısı anti-Azərbaycan şəbəkəsinin fəal fiqurlarındna biri kimi tanınan PİN təşkilatıdır. Sözügedən təşkilat Çexiyadakı erməni diasporundan maliyyə alır.
Bərzani təslim olur: Kərkük ələ keçirildi - Fotoİraq ordusu Kərkükdə hərbi bazaları və neft quyularını ələ keçirmək üçün əməliyyatlara başlayıb.

Axar.az xəbər verir ki, AFP xəbər agentliyi İraq ordusunun Kərkük yaxınlığındakı yolları və infrastruktur qurğularını ələ keçirdiyini açıqlayıb. Əməliyyatların başladığını Kürd Muxtariyyətinin Təhlükəsizlik Agentliyi də təsdiq edib.

İraq Türkman Cəbhəsinin lideri Əşrəf Salihi türkmanlara səslənərək, “Tuzhurmatu və Kərkük ətrafında qarşıdurmalar başlayıb. Özünüzü qoruyun”, - deyib.

***

Əməliyyatlardan sonra peşmərgə qüvvələri Kərkükün cənubuna çəkilib.

Bu barədə Kərkükdəki 5-ci cəbhə komandanı Kamal Kərküki “Anadolu” agentliyinə açıqlama verib.

“Peşmərgənin geri çəkilməsindən sonra Ərbildən dəstək qrupları bölgəyə doğru yola çıxıb. İraq ordusu hələ ki, şəhərə daxil ola bilməyib”, - Kamal Kərküki bildirib.

Qeyd edək ki, ötən gün İraq hakimiyyəti Kürd Muxtariyyətinin Kərkükə PKK terrorçularını gətirdiyini açıqlayıb. Rəsmi Bağdad İraq Kürd Muxtariyyətinin bu addımının müharibə elan etmək olduğunu bildirib.

***

Son məlumatlara görə, İraq qüvvələri Kərkükün cənubundakı bəzi mövqeləri Kürd Muxtariyyətindən azad edib.

Əməliyyatlar zamanı Kərkükdəki Keyvan hərbi bazası da İraq ordusunun nəzarətinə keçib.

Məlumatı İraq Müdafiə Nazirliyinə bağlı olan Savaş Media Şəbəkəsi yayıb.

***

İraq ordusu Kərkükdəki hava limanını Bərzani qüvvələrindən azad edib.

Bərzaniyə məxsus “Rudav” saytı İraq ordusu və şiə milislərinin Ərbil-Kərkük və Süleymaniyyə-Kərkük yolunu azad edərək əlaqəni kəsməyə çalışdıqlarını bildirib. Bəzi kürdlərin də bu əməliyyatda İraq ordusuna dəstək verdikləri bildirilir.

***

BBC-nin Kərkükdə olan əməkdaşı Orla Querin şəhərə silahlı dəstələrin gəldiyini bildirib. Querin həmin qüvvələrin PKK-çılar ola biləcəyini deyib.

“Rudau” saytı Təlabaninin Kürdüstan Yurdsevərlər Birliyinə aid qüvvələrin Kərkükün Dakuk rayonundan çıxdığını bildirib.

***

İraq xüsusi təyinatlı qüvvələri Kərkükdə valilik binasını qarşıdurma olmadan ələ keçirib.

İraq Baş naziri Heydar Abadi isə Kərkük və digər bölgələrdən İraq bayrağının asılması ilə bağlı tapşırıq verib.

20:22

İraqın hökumət qüvvələri Kərkük şəhərinə (eyni adlı vilayətin inzibati mərkəzi) nəzarəti geri qaytarıblar. Bu barədə "Skay Nyus Arabia" telekanalı məlumat yayıb.

Şəhər administrasiyasının binası üzərində İraqın milli bayrağı qaldırılıb. Federal polis dəstələri əməliyyat zamanı müqavimətlə qarşılaşmayıblar. Əməliyyatların detalları barədə məlumat verilmir.
Direktorun əri məktəb psixoloqunu döydüİmişli rayonunda orta məktəbin psixoloqu döyülüb.

Avrasiya.net-in "Report"a istinadən məlumatına görə, hadisə rayonun Boşçalar kənd orta məktəbində baş verib.

Bələ ki, həmin məktəbdə psixoloq işləyən Şəhla Abbasova direktorun əri tərəfindən döyülüb. Yaralı qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakıda qanlı dava: ölən və yaralanan var – TƏFƏRRÜATÖtən gecə Bakının Xətai rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub.

Lent.az xəbər verir ki, bir-birini bıçaqlayan Vüqar Həsənovla Elşən Məmmədov eyni məhəllədə yaşayıblar və dost olublar. Onların hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.

Dünənki davanın səbəbinə gəlincə, tanışlar arasında binanın qarşısında başlayan mübahisə daha sonra onların bıçaq götürərək bir-birinə hücum etməsi ilə nəticələnib. Bu zaman həm Vüqar Həsənov, həm də Elşən Məmmədov kəsilmiş deşilmiş xəsarətlər alıb. Lakin E.Məmmədovun qara ciyəri zədələndiyindən onun həyatını xilas etmək mümkün olmayıb.
Azərbaycanda ana 14 yaşlı qızının seks videolarını çəkib...14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilən Ziyafət Bayramova və həmin görüntüləri yaymaqda ittiham edilən İsaməddin Hacatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avrasiya.net lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən prosesə hakim Əhməd Quliyev sədrlik edib.

Məhkəmədə ifadə verən İsaməddin Hacatov bildirib ki, 2007-ci ildə ailə həyatı qurub və iki azyaşlı övladı var. O, dəmirçi-rəngsaz kimi avtomobil təmiri ilə məşğul olduğunu və Türkan qəsəbəsində yaşadığını deyib: “Kənddə yaşayanda Kəbir Bayramovu tanımışam. Həmin adamın maşınını düzəltmişəm. Kəbirin arvadı Ziyafəti isə bir neçə dəfə dayanacaqda görmüşəm. 2014-cü ilin mart ayında telefonuma zəng gəldi. Soruşanda da dedi ki, Kəbirin arvadı Ziyafətdir. Mənimlə tanış olmaq istədi. Dəfələrlə telefonla danışdıq. Bundan sonra Ziyafətlə aramızda münasibət yarandı. Ziyafətin qızları və oğlu da mənimlə anaları arasında münasibət olduğunu bilib. Ziyafət özü övladlarına danışmışdı. Ziyafətlə heç vaxt cinsi əlaqədə olmamışam. Çünki 2009-cu ildə öz həyətimdə yüksək gərginlikli elektrik xəttini kəsən zaman cərəyan vurub yıxılmışam. Nəticədə bir neçə fəqərəm sındı, baş sümüyüm çatladı. Bundan sonra onurğamın iliyi zədələndiyindən məndə impotensiya başladı və cinsi əlaqədə olma qabiliyyətimi itirdim. Bununla bağlı çox həkimə getsəm də, xeyri olmadı. Ziyafət mənimlə cinsi əlaqədə olmaq istəyəndə, ona impotent olduğumu demişəm. Lakin o, məndən əl çəkmirdi, sevdiyini deyir, ayrılmaq istəmirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Ziyafətlə görüşəndə qadın cinsi ehtirasını müxtəlif yollarla təmin edib (Təqsirləndirilən şəxs bu barədə detallı danışıb, lakin qeyri-etik məqamları nəzərə alaraq, açıq yazmırıq – red.): “Ziyafətlə əksər hallarda maşınımda və yaxud dostumun bağında görüşürdüm. Ondan niyə əri ilə münasibətdə olmadığını soruşanda, onu sevmədiyini, istəmədiyini demişdi. Ziyafəti sevməmişəm, bu münasibətə son qoymaq istədim. Lakin özünü öldürəcəyini dedi. Uşaqlarına yazığım gəldi. Ziyafət söhbət edəndə mənə demişdi ki, əri əsgərlikdə olanda ərinin əmisi oğlanları ilə cinsi münasibətdə olub. Həmçinin, pul az olanda Hövsana əmisi qızının yanına gedib, pul müqabilində başqa kişilərlə cinsi münasibətdə olduğunu da deyib”.

İsaməddin Hacatov bildirib ki, 2016-cı ilin may ayında Ziyafətlə dalaşıb: “Məndən əl çəkmirdi. Deyirdi, sənə görə hər şeydən, hətta uşaqlarımdan belə keçərəm. Həmin ərəfədə Ziyafət mənə qızı Aytənin (ad şərtidir-red) videolarını atmağa başladı. Həmin görüntülərdə Ziyafət qızı ilə birlikdə bir-birilərini soyundurub seksual hərəkətlər edirdi. Ziyafətdən niyə həmin görüntünü mənə göndərdiyini soruşanda, mənim üçün hər şeydən, hətta uşaqlarından da keçəcəyini sübut etdiyini dedi. Sonra mənə məlum oldu ki, Ziyafət qızı Aytən ilə başqa görüntülər də çəkib, müxtəlif adamlara göndərib. Ziyafətin mənə göndərdiyi görüntünü xəbərim olmadan telefonumdan qəsəbədə yaşayan Canı özünə göndərib. Canı telefonu məndən danışmaq üçün istəyib və görüntünü görüb öz telefonuna göndərib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, görüntülərdə Ziyafət qızı Aytən ilə lesbiyan münasibətlərdə olub, öpüşüb: “Bu görüntülər bütün kənddə yayıldı. Polis bizi saxladı. Polisdə Ziyafətlə cinsi əlaqədə olub-olmadığım soruşulanda, cinsi əlaqədə olduğumu dedim. Həmin vaxtı məndə impotensiya olduğunu deməyə utandım”.

Ziyafət Bayramova məhkəmədə ifadəsində İsaməddinin onunla tanış olmaq istədiyini deyib: “Tanış olduq. Münasibətlərimiz yaxşılaşdı. Onunla dəfələrlə Türkan-Hövsan yolunda olan bir bağ evində görüşüb cinsi əlaqədə olduq. Həmin evə gedəndə heç kim şübhələnməsin deyə balaca qızımı da özümlə aparırdım. Mən İsaməddinlə görüşəndə qızım çölə dururdu. İsaməddinlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşam”.

Təqsirləndirilən qadın bildirib ki, 2015-ci ildə İsaməddinlə uzun müddət görüşməyib: “Zəng elədi. O, telefonda böyük qızım Nigarın (ad şərtdir) bədən quruluşundan xoşu gəldiyini dedi. Deyirdi ki, qızımı da onunla görüşə gətirim. Nigarın bakirəliyinə dəyməyəcəyini, qızla ancaq qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etdi. Mən buna qarşı çıxdım. Dedim, belə şey edə bilmərəm. Daha sonra İsaməddin mənə Hövsan qəsəbəsində yaşayan bibim qızı və qardaşım arvadını onunla görüşə gətirməyimi və üçümüzlə birlikdə cinsi əlaqədə olmağı təklif elədi. Bunun da mümkünsüz olduğunu ona çatdırdım. 3 dəfə də balaca qızım Aytənlə (ad şərtidir) seksual xarakterli videolar çəkib ona göndərməyimi istədi. Bununla razılaşdım. Ərim və oğlum evdə yoxuydu. Böyük qızım Nigar isə hamamda idi. Aytənə öpüşməyi və bir-birimizi sığallamağı öyrətdim. Qızım bunları niyə etdiyimizi soruşanda video çəkib, baxıb siləcəyimi dedim. Aytən mən deyənləri elədi. Videonu çəkib İsaməddinə atdım”.

Ziyafət Bayramova bildirib ki, neçə dəfə İsaməddinlə münasibətlərinə son qoymaq istəsə də, bundan qorxub: “Dəfələrdə dedim, istəmirəm. Məni döyürdü. Axırda bir təhər ondan ayrıla bildim. Üstündən bir neçə ay keçdi, anam zəng elədi. Bildirdi ki, mənim və qızım Aytənin videoları yayılıb. Artıq utancımdan yaşaya bilmirdim. Kəsici alətlə sağ və sol qolumu kəsib intihara cəhd etdim. Lakin polislər gəlib həbs elədilər”.

Hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 150.3.3, 156.1, 242-ci maddələri ittiham verilib.

İsaməddin Hacatov barəsində keçirilən ekspertizanın rəyinə görə onda impotensiya aşkarlanmayıb.

Hakimlər kollegiyasının hökmünə əsasən, İsaməddin Hacıyev 13 il, Ziyafət Bayramova isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs cəzalarını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.
Hafiz Hacıyev Cəmil Həsənlini məhkəməyə verirMüasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli Şura sədri Cəmil Həsənlini məhkəməyə verəcək.

Bu barədə Moderator.az-a partiya sədrinin özü məlumat verib. H.Hacıyevin sözlərinə görə, buna səbəb C.Həsənlinin sonuncu mitinqdə ölkə başçısının ünvanına təhqiramiz fikirlər səsləndirməsi olub:

"Azərbaycanda söz, mətbuat azadlığının olmaması ilə bağlı fikirlər səsləndirilir. Söz azadlığı necə yoxdu ki, sonuncu mitinqdə Cəmil Həsənli Azərbaycanda qarışıqlıq salmaq istəyir? Bunlar bir tərəfdən deyir ki, Azərbaycanda insan hüquqları pozulur, digər tərəfdən başqalarının hüquqlarını pozmaqdan çəkinmirlər. Onda belə çıxır ki, söz azadlığıdır deyə, prezidentin hüquqlarını poza bilərlər?
CəmilHəsənovu prezidentin ünvanına səsləndirdiyi təhqirlərə görə məhkəməyə veririk. Bu gün mən öz vəkillərimlə müşavirə keçirmişəm. Hazırda sənədlər hazırlanır. Onun axırıncı mitinqdə etdiyi çıxış birbaşa təhqir, böhtan dolu fikirlər idi. Avropa və Amerika isə düşünür ki, Həsənov Cəmilin dediyi Quran ayəsidir. Bu, qətiyyən belə deyil.

Biz xalqımızı inandıracağıq ki, hakimiyyət daxilində də kifayət qədər ermənilər var. Azərbaycanın başına erməni gətirmək istəyirlərsə, onda Cəmil Həsənli nəyə lazımdır? "Qocalar evində” kifayət qədər ermənilər var də. O ermənilərdən birini gətirək. Ona görə də mən düşünürəm ki, ölkədə bu gün keçirilən mitinqlərdə yeganə hədəf var. Bu hədəf prezidentdir. Ancaq bunlar unudur ki, Prezident dövlətin atributudur. Niyə məhz prezidentdən yapışıblar?

Hakimiyyət daxilindən Cəmil Həsənliyə elə rəqəmlər verirlər ki, bu rəqəmləri Dövlət Statistika Komitəsindən və məxfi şöbədən başqa heç kim bilmir. Onda belə çıxır ki, hakimiyyət daxilindəki ermənilər birləşib. Ona görə də bu qüvvələr Cəmil Həsənlini ortaya çıxardıb ölkə başçısını təhqir elətdirirlər.

Mən prezident seçkilərə namizəd olan partiya sədri kimi istəmirəm ki, ölkədə qarışıqlıq olsun. Istəyirəm ki, hər bir problem demokratik yolla həll olunsun. Əgər Avropa bizi tənqid edirsə, söz azadlığının olmadığını bildirirsə, o zaman qoy mən H.Cəmili məhkəməyə verim. Onun prezidenti təhqir etdiyini ingilis dilinə çevirib Avropa Şurasına təqdim edək və görək hansı dövlətdə dövlət başçısını bu qədər təhqir edirlər?

Mən onu məhkəməyə verəcəm. O, bu fikirləri Yasamal rayonu ərazisində səsləndirib. Bu gün sənədlər hazırladıb Yasamal Rayon Məhkəməsinə göndərəcəm. Var gücümlə çalışacam ki, Cəmil Həsənli etdiyi təhqirə görəqanun qarşısında cavab versin. O görsün ki, təhqir eləmək olmaz. H.Cəmil sonuncu mitinqdə prezidenti və onun ailəsini təhqir edir. Bunu isə hakimiyyət və YAP daxilində hamı eşitsə də bir adam cavab verməyi düşünmür. Çünki onların başı rüşvətə qarışıb. Düşünürlər ki, prezidentə necə xəyanət edək, hansı faktları Kərimov Əli və H.Cəmilə verək? Buna isə biz dözə bilmərik. Mən dövlətçiliyin keşiyində duran bir partiya kimi qətiyyən buna dözə bilmərəm.

Bizim növbəti aylarda mitinqlərimiz olacaq. H.Cəmilin, K.Əlinin oğlunun xaricdə Azərbaycan dövləti əleyhinə hansı işlər gördüyü, onlara hakimiyyət daxilindən kimlərin hansı faktlar verdiyi də açılanacaq.
Mən bilirəm ki, bu çıxışımdan sonra məni də facebookda, sosial şəbəkələrə təhqir edənlər olacaq. Lakin mən dövlətçiliyi qorumaqda, dövlətə xidmət etməkdə qərarlıyam və bu yoldan dönməyəcəm”.
Bakıda klinika Əliyevanı tanınmaz hala saldı – Foto“VİP STYLE” özəl tibb mərkəzində Bakı sakini Səidə Əliyevanın üzünü kimyəvi dərmanlarla yandıraraq tanınmaz hala salıblar. 4 ay ərzində klinikanın prosedurlarından istifadə edən qadının üz dərisi tamamilə qaralıb və sağalması müşkülə çevrilib.

Virtualaz.org-un xəbərinə görə, bu müddət ərzində ona 3 min manatdan artıq müxtəlif kosmetik vasitələr aldırıblar. Əvəzində isə dərisində sağalması mümkün olmayan çox ciddi problemlər yaranıb.

Səidə Əliyeva danışır ki, ilk dəfə bu klinikaya 2017-ci ilin fevralında iş yoldaşı ilə birlikdə gedib. Klinikadan onun mobil telefonuna zəng edərək deyiblər ki, VİP STYLE MMC-dən nömrəsi “kupona düşüb”, ona görə də nömrə sahibini pulsuz kosmetik müayinə üçün klinikaya dəvət edirlər. Üstəlik bildiriblər ki, ilk prosedur pulsuzdur.

“Mənim nömrəmi onlara klinikada pulsuz prosedur keçən, lakin təklif etdikləri kosmetik vasitələri almağa imkanı olmayan tanışım vermişdi. Ona şərt qoyublar ki, əgər bizim satdığımız kosmetik vasitələri almırsansa, azı 15 tanışının nömrəsini verməlisən. Mən də fikirləşdim ki, əgər o gedibsə, mən də üzümün dərisini müayinə etdirə bilərəm. Elə ilk müayinədən proseduraya dəvət etdilər və bildirdilər ki, üzümün dərisində problem var. Mənə dedilər ki, üzümün dərisindəki bütün problemlər aradan qaldırılacaq, bütün lazımi prosedurlar həyata keçiriləcək”, - deyə S. Əliyeva bildirir.

850 manatlıq “Salvador Dali kursu”: başlayıb üzü qaralmağa

Razılaşdıqdan sonra S. Əliyeva ilə 850 manatlıq müqavilə bağlayıblar və o da deyilən məbləği dərhal ödəyib. Bundan sonra ona müalicə metodu və qəbul günləri təyin edilib. Beləliklə beş gündən bir klinikaya gedərək prosedurları qəbul edən şikayətçinin üzündə elə ilk həftənin tamamında qızartı və qaşınma əmələ gəlib.

“Əvvəlcə “Salvador Dali” kursu keçdilər. Sonra məni özünü həkim kimi təqdim edən Fidan adlı xanım müayinə etməyə başladı. O, mənə təklif etdi ki, üzümdəki qaralma və qaşınmanı aradan qaldırmaq üçün onların 2 min manat dəyərində olan kosmetikalarını almalıyam. Məni əmin etdi ki, həmin kosmetik vasitələr üzümdəki bütün problemləri aradan götürəcək. Guya bütün lazımi proseduralar aparılıb, artıq üzümün dərisi kösmetik vasitələrdən istifadəyə hazırdır. Onlara izah etdim ki, mənim dərim həssasdır, kosmetik vasitələrdən, özü də tez-tez istifadə zamanı problem yarana bilər. Ancaq heç bir müayinə aparmadan əmin etdilər ki, təklif edilən kosmetik vasitələr üzümün dərisinin sağalmasına kömək edəcək. Mən də razılaşıb təklif olunan kosmetik vasitələri aldım”-qadın danışır.

Əliyeva bir müddətdən sonra görür ki, sifətində əməlli-başlı qaralma baş verib. Təzədən həkimə müraciət edəndə resepti dəyişib yeni ona yeni dərmanlar yazıblar. Üstəlik bir aparat da veriblər ki, evdə özü proseduru davam etdirsin. Qadın ona təklif olunan bütün dərmanlardan və prosedurlardan istifadə edib. Lakin üzünün dərisi sağalmaq əvəzinə daha da qaralmağa başlayıb.

“Salvador Dali-2” kursu: üzü daha da bərbad hala düşdü

Şikayətçinin sözlərinə görə, klinikada 4 aya yaxın prosedurlardan keçdikdən sonra üzündə ciddi problemlər əmələ gəlib. Artıq üz dərisinin rəngi o qədər qaralıb ki, onu kosmetik vasitələrlə də örtmək mümkün olmayıb. May ayında isə ona yenidən “Salvador Dali -2” kursu yazılıb. Ümumilikdə bu keyfiyyətsiz dərmanlara 3300 manat pul xərcləyib və əvəzində isə nəinki dərisi gözəlləşməyib, hətta üzü bərbad hala düşüb.

“Müalicədən imtina etmək qərarına gəldim, çünki artıq onlara inamım qalmamışdı. Nə baş verdiyinin araşdırılması məqsədilə klinikaya gedəndə mənə dedilər ki, “siz sifətinizi gündə yandırmısınız, bizim burada nə günahımız var?” Guya mən çimərliyə gedib sifətimi yandırmışam. Qəbul etmək istəmirlər ki, üzümün dərisini onların baha qiymətə satdıqları kimyəvi dərmanlar yandırıb”-S.Əliyeva deyir.

Klinikada qadına onu da deyiblər ki, kökdür və yəqin şəkərli diabeti də var. Hətta qara ciyərində problem ola biləcəyi haqda da xəbərdarlıq ediblər.

Buzlu su ilə limon şirəsi

“Mən isə irad bildirdim ki, əvvəldən sadalanan xəstəliklərin olub-olmadığını, baha qiymətə satdığınız dərmanların belə xəstələrə necə təsir edəcəyini müştəriyə bildirməli idiniz. Halbuki məndə sadalanan xəstəliklərin heç biri yoxdur. Əgər doğrudan da yaranan problem sadalanan xəstəliklərlə bağlıdırsa, nədən ancaq üzümün krem çəkilən hissəsi qaralıb? Bundan sonra mənə soyuq prosedura təyin etdilər. Artıq 500 manatlıq müalicəyə başladım. Müxtəlif kosmetik vasitələrdən istifadə etdilər. Yenə xeyri olmayanda təklif etdilər ki, bütün kosmetik prosedurları dayandırıb, yalnız buzlu su ilə limon şirəsinin qarışığından istifadə edim. Əgər üzümün dərisinin müalicəsi üçün buzlu su ilə limon suyu lazım idisə, nədən mənə təzədən 500 manatlıq dərman satırdılar?”, - deyə şikayətçi bildirir.

Bunun da xeyri olmadığını görəndə S.Əliyeva başqa bir klinikada müayinədən keçmək qərarına gəlib. Məlum olub ki, onun üzünün dərisini kosmetik vasitələr yandırıb. Qadın Klinikanın tibbi rəyi ilə “VİP STYLE” MMC-nin rəhbəri Aydın Cəfərova müraciət edib. Onu dinləyəndən sonra öz həkim heyətləri ilə ayrıca məşvərət aparıblar. Klinika rəhbəri deyib ki, dərinin qaralması onların təyin etdiyi kosmetik vasitələr üzündən olmayıb.

Şikayətçi daha sonra bunları nəql edir: “Dedilər yəqin siz üzünüzə başqa nəsə eləmisiniz. Sonra mənə təklif etdilər ki, 2 min manat qaytarırlar və məsələ bitmiş hesab olunur. Hansı ki, mən onlara 3300 manat pul ödəmişəm. Təbii ki, onların təklifi ilə razılaşmayıb, ödədiyin pulların hamısını geri tələb etdim. Vermədilər. Sonradan onların 2 min manat təklifi ilə razılaşdıqda bildirdilər ki, o pul da mənə çoxdur, mənə yalnız 1100 manat verə bilərlər”.

Şikayətçi deyir ki, klinikada bisavad və çox böyük ehtimalla ixtisasca həkim olmayanlar işlədiyindən onun dərisinin xüsusiyyətləri müəyyən edilməyib. Şikayətçinin sözlərinə görə, üz dərisinə edilən qızıl maska da belə problemə səbəb ola bilərdi: “Mənə qızıl maska edirdilər və onu dərimdən maqnitlə çıxarırdılar. Əslində heç bir metal mənim üzümə dəyməməli idi. 4 ay sanki hipnozda olmuşam…”

Maykl Cekson kimi...

S.Əliyeva başına gələnlərlə bağlı prokurorluğa müraciət edib. Deyir ki, ekspertiza ona “demodeks”, “foto dermatit” diqanozu qoysa da, bundan narazıdır. O, bir çox tanınmış dermatoloqların qəbulunda olub və üzündə “post inflamator hiper pigmentasiya” olduğu aydınlaşıb. Bu problemin həlli isə demək olar ki, mümkün deyil. Üzün əvvəlki vəziyyətini bərpa etmək bəlkə də illərlə sürən uzun müalicədən sonra mümkün ola bilər. Həkimlər ona bildiriblər ki, üzünü bir də müğənni Maykl Ceksonun dərisi kimi ağartmaq mümkündür ki, bu halda gərək ümumiyyətlə gün işığına çıxmasın.

Şikayətçi klinikanın ona dəyən maddi və mənəvi ziyanın ödəməsini istəyir. O bildirir ki, fırıldaqçılıqla məşğul olan klinika bağlanmalı və camaatın aldadılmasının qarşısı alınmalıdır: “Mən təzədən ekspertiza keçirilməsini istəyirəm. İstəyirəm ki, bu tibb mərkəzinin lisenziyası əlindən alınsın. Çünki orada qadınları aldadıb prosedurlara razı salırlar. Bu klinikada istifadə olunan kosmetik vasitələr bura necə gətirilir, gömrükdən keçirmi, bunların arxasında kim dayanır? Mən klinika bağlanana qədər etirazımı davam etdirəcəyəm”,- deyə şikayətçi bildirir.
QHT Biləsuvarda tədbir keçiribRamiz Alıyev: "İnsan alverinə qarşı mübarizə ilə bağlı Azərbaycan dövlətinin apardığı siyasət bir çox dövlətlərə örnək olmalıdır "

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə Biləsuvar rayonunda "İnsan alverinə qarşı mübarizə kompaniyasının keçirilməsi" adllı tədbir təşkil etmişdir.

Tədbir Biləsuvar Rayon Yeni Azərbaycan Partiyasının binasında təşkil olmuşdur.

Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşları, İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə nümayəndələri, müəllimlər, Peşə Lisseyinin tələbələri, gənclər və rayon ərazisində fəaliyyəət göstərən özəl qrumların nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Təşkilatın sədri və layihənin koordinatoru Ramiz Alıyev açaraq layihə haqqında qonaqlara məlumat vermiş və mövzunun vacibləyini diqqətə çattırmışdır. Ramiz Alıyev İnsan Alverinə Qarşı Mübarizə ilə bağlı cənab Prezidentin təsdiqlədiyi Milli Fəaliyyət Planı haqqında tədbir iştirakçılarına məlumat verdi. İnsan alveri və bu cinayətkarlıqla mübarizə mexanizmlərindən danışdı. Azərbaycan dövlətinin İnsan Alverinə Qarşı mübarizə ilə bağlı apardığı siyasəti diqqətə çattırdı.
QHT Biləsuvarda tədbir keçirib
Bildirdi ki, "Hər il Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyətinin həyata keçirdiyi insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinə dəstək olur. Eyni zamanda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı mübarizə Baş İdarəsi də hər il Azərbaycanın hər bir regionunu əhatə edən insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirləri təşkil edir. Natiq qeyd etdi ki, " İnsan alverinə qarşı mübarizə ilə bağlı Azərbaycan dövlətinin apardığı siyasət bir çox dövlətlərə örnək olmalıdır”. Daha sonra qeyd etdi ki, Nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqa yüksək səviyyədə mübarizə aparır. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə sahəsində fəaliyyət göstərən Vətəndaş

Cəmiyyətinin nümayəndələri ilə Baş İdarənin əməkdaşlığı yüksək səviyyədə qurulmuşdur”. Tədbirdə DİN-nin çəkdirdiyi “Satılmış Həyat” filmi də nümayiş olunmuşdur.

Daha Sonra Biləsuvar Rayon İcra Hakimiyyəti İctimai-Siyasi Şöbəsinin baş məsləhətcisi Səbinə Hüseynzadə və Biləsuvar Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkilli polis –mayoru Fikrət İskəndərov çıxış edərək rayon ərazisində insan alverinə qarşı mübarizəyə dair aparılan maarifləndirmə tədbirləri və cinayyətkarlıqla mübarizə ilə bağlı qonaqlarla və tədbir iştirakçılarına geniş məlumat vermişlər. Tədbir disukrsya şəkilində davam etmişdir.
Prezidentlər görüşdü - FotoAzərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilib. Görüş zamanı prezidentlər Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər.
Moskvada erməni biznesmeni güllələdilərMoskvanın mərkəzi Novoslobodsk küçəsində 44 yaşlı erməni naməlum şəxs tərəfindən güllələnib.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı Rusiya hüquq-mühafizə orqanlarına istinadən informasiya yayıb.

“Mərhum avtomobildən enərkən cinayətkar ona bir neçə dəfə atəş açıb. Cinayət xaraktercə sifarişli qətli xatırladır”, - polisdən bildirilib.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, “REN TV” kanalı öldürülən şəxsin erməni biznesmen Georgi A. olduğunu bildirib.