Şamaxıda 10-cu sinif şagirdi özünü asdıŞamaxı rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Polad Məhəmməd oğlu özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən kəndirlə asaraq intihar edib. Mədrəsə qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi olan P. Məmmədovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)
Müğənni Kərim bıçaqlanmasından danışdıMüğənni Kərim Abbasov evində işləyən ustanı bıçaqlaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az xəbər verir ki, sənətçi "Günə davam" verilişində belə bir hadisənin olmadığını deyib:

"Bağa gedirdim. Dostum mənə zəng etdi ki, salamatsan? Deyirəm, hə, nə olub. Xəbəri deyir. Hələ də başa düşmürəm ki, hardan çıxdı söhbət. Nə məhkəmə, nə bıçaqlama? Belə bir şey olmayıb".

Qeyd edək ki, 1 ay əvvəl müğənninin evində çalışdığı usta ilə arasında mübahisə düşməsi xəbəri yayılmışdı. Binəqədi rayon Polis İdarəsinə şikayət edən şəxs müğənninin bıçaqla ona hücum etdiyini deyib. Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl Kərimin Rəsulzadə qəsəbəsindəki evində təmir işlərinə başlayıb. Daha sonra evə baxış keçirən müğənni ustanın işini bəyənməyib və onlar arasında dava-dalaş olub. Münaqişə zəminində Kərim mətbəx bıçağı ilə ustaya hücum edib. Ətrafdakı şəxslərin köməkliyi ilə qanlı hadisənin qarşısı alınıb.
Polis rəisinin müavinini güllələyənlər saxlanıldı, "Hafka"nın həbs xəbəri isə yalan çıxdıBakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsi paytaxtda törədilən silahlı insidentlə bağlı birgə məlumat yayıb.

Şəhər Prokurorluğundan daxil olan birgə məlumatda qeyd olunur ki, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər:

"Həmin faktı üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində "Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.

Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.

Həmin fakt üzrə Nizami rayon Prokurorluğunda Cinayət Məcəllsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və hadisə yerinə baxış keçirilib. Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Cinayət işləri istintaqın davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğunun icraatına verilib.

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər - 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar - 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib.

Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda qeyd edilən cinayət işi üzrə hadisənin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir".

****

Bu gecə Bakıda ağır cinayətlər törədərək, qaçmağa çalışan dəstə üzvləri polisin keçirdiyi əməliyyatla saxlanılıb.

Strateq.az xəbər verir ki, əməliyyat zamanı saxlanılan 3 nəfər artıq prokurorluğa təhvil verilib.

İlkin məlumata görə, hadisəni törədənlər atəş açdıqları şəxsin polis olduqlarını bilmədiklərini deyiblər.

Onu da qeyd edək ki, bu cinayət hadisəsi ilə bağlı müəyyən media vasitələrində tanınmış iş adamı, "Hafka" ləqəbli Hafiz Məmmədovun da saxlanıldığı xəbəri yayılsa da, Strateq.az-ın mənbələrinin dəqiqləşdirməsinə görə, bu xəbər tamamilə yalandır. Belə ki, saxlanılanlardan birinin vaxtilə Hafiz Məmmədovun mühafizə xidmətində çalışdığı söylənsə də, həmin şəxsin hazırda "Hafka" ilə heç bir əlaqəsinin olmadığı aydınlaşıb…

Ümumiyyətlə, bu cinayət hadisəsi ilə bağlı ilk anlardan mediaya məqsədli olaraq yanlış informasiyaların verildiyi də gələn xəbərlər sırasındadır…

Bildirilir ki, hadisə Prezidentin Mühafizə Xidmətinin keçmiş əməkdaşı, vsonradan isə 23-cü Polis Bölməsinin rəisi işləmiş və bu postdan da həbsə göndərilmişMüşfiq Mədətovla onu bıçaqladığı deyilən şəxslər arasında uzun müddətdir gedən "mübahisə" zəminində baş verib.

DİN və Baş Prokurorluğun hadisəylə bağlı təfərrüatlı açıqlama verəcəyi gözlənilir.

***

Bu gecədən başlayaraq Bakıda bir neçə ağır cinayətlər törədən dəstə üzvlərinin kimliyi məlum olub.

Bu barədə "Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, dünən axşam Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova hücum edənlərin tutulması üçün bu gün əməliyyat keçirilib: "Əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar. Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır”.

E.Zahidov bildirib ki, cinayətkar dəstənin kimliyi müəyyənləşdirilib: "Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir”.

Virtualaz.org isə xəbər verib ki, Muşviq Mədətova hücum edən "Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub.

Məlumatlı mənbələrdən virtualaz.org-a bildirilib ki, onun avtomobilini təqib edən polislərə də o atəş açıb. Cinayətin motivləri bəlli deyil.

Qeyd edək ki, "Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis oldu.

Virtrualaz.org həmçinin Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin yaralandığı hadisənin təfərrüatlarını da öyrənib.

Bildirilir ki, O.Axundzadə və 9-cu Polis Bölməsinin rəisi Elsevər Qədirov salonunda şübhəli şəxslərin olduğu "Toyota Prado” avtomobilini təqib ediblər.

Qara Qarayev prospektindəki "Ruslan 93” idman kompleksinin yaxınlığında Orxan Axundzadə "Toyota Prado” avtomobilinə yaxınlaşıb. Bu vaxt maşında olan üç nəfərdən biri polislərə "Vinçester" markalı tüfəngdən atəş açıb və onu yaralayıb.

Polis əməkdaşları ilə cinayətkarlar arasında atışma başlanıb. Cinayətkarlar aradan çıxmağı bacarıblar.

Səbail Rayon Polis İdarəsinin rəisi də hadisə yerinə gəlib.

Hadisəni törədən cinayətkarların yaxalanması üçün müvafiq tədbirlər görülür.
İnsanı adamyeyənə çevirən qorxunc maddə Türkiyədə - Şok VİDEO/18+İspanyanın Barselona şəhərindən İstanbulun Avcılar bölgəsinə göndərilən karqodan istifadə edənləri çılğınlıq dərəcəsində təcavüzkarlaşdıran narkotik maddə çıxıb.

Barselonadan Türkiyəyə göndərilən bu karqonun izinə düşən İstanbul Gömrük Mühafizə İdarəsinin əməkdaşları Avcılarda alıcısı Bulud O. kimi qeyd edilmiş bağlamanı araşdırıb. Narkotik itləri yükə müsbət reaksiya verib. Hadisə yerində hazırlanan əməliyyat nəticəsində karqonu almağa gələn özəl bir TV kanalında aparıcı olan Sərkan O. həbs edilib.

Karqo açılaraq maddə test cihazıyla yoxlanılıb. Nəticədə maddənin indiyə kimi Türkiyədə məlum olmayan bir narkotik olduğu üzə çıxıb. Laboratoriyada aparılan analizdə maddənin “Alfa PVP Hidroxlorid” olduğu təsdiq edilib.

ABŞ və Braziliya başda olmaqla bütün dünyada yayılmağa başlayan, istifadəçilərini sözün tam mənasında adamyeyənə çevirib təcavüzkarlaşdıran bu narkotik ilk dəfə Türkiyədə ələ keçib. Həbs edilən TV aparıcısı karqonu Barselonadan bir yaxınının göndərdiyini, ancaq içində nə olduğunu bilmədiyini deyib. Təhlükəsizlik qüvvələri narkotikin mənbəyini öyrənmək üçün araşdırma aparır.

Rusiya mənşəli olan sintetik narkotikin ilk dəfə ABŞ-da ortaya çıxdığını bildirən səlahiyyətlilər toz və həb şəklində istifadə edilən maddəylə bağlı xəbərdarlıq edib. Onların dediyinə görə, bu maddədən istifadə edənlərin görüntüsü qorxu yaradır və ölümcül təsir göstərir:

“Maddədən istifadə edənlər tanımadıqları adamlara hücum edir, üst-başlarını parçalayırlar. Hallüsinasiya yaradan maddə infarkta səbəb olur”.

Qeyd edək ki, ABŞ-da bu maddədən istifadə etmiş bir şəxs dostunun üzünü yeyib.


Teleqraf.com
İŞİD-çilərin ailə üzvləri Azərbaycana gətirilir4 yaşlı Abdullanın ölkəmizə gətirilməsi İraqda saxlanan cihadçı ailələrinin arasında azərbaycanlı qadın və uşaqların olmasını təsdiqlədi. İlkin məlumata görə, İŞİD döyüşçüləri olduqları güman edilən şəxslərin ailə üzvü olan 1400 əcnəbi qadın və uşaq hazırda İraqda saxlanır.

Hökumət qoşunları özünü İslam Dövləti (İD) adlandıran təşkilatın döyüşçülərini ölkənin əksər ərazilərindən təmizləyəndən sonra onların ailə üzvlərinin öz vətənlərinə göndərilməsi planlaşdırılır və hökumət onların hansı ölkələrdən olduqlarını müəyyənləşdirməklə məşğuldur.

İraq hökumət qoşunları tərəfindən saxlanan qadın və uşaqların əksəriyyətinin Türkiyədən olduğu bildirilir. Lakin onların arasında keçmiş Sovet respublikaları olan Tacikistan, Azərbaycan və Rusiyadan gələnlər də var.

Tel Afarda dindirilən qadınlardan bəziləri İŞİD-in törətdiyi qırğınlardan xəbərsiz olduqlarını bildiriblər. Azərbaycandan gəldiyi güman edilən qadın deyib ki, "Biz kiminsə öldürüldüyünü görməməmişik: "Orada hər bir şey Quran və Peyğəmbərin hədislərində yazıldığı kimi idi. Onlar şəriət qanunlarını tətbiq edirdilər".

Həmin qadınların, uşaqların Azərbaycana gətirilməsi, onların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətinə verilməsi nəzərdə tutulub. Amma həmin qadınların terrorçu qruplaşamalara qoşulma ehtimalları və müəyyən cinayətlərdə iştirakları Azərbaycan tərəfi üçün bəzi tərəddüdlər doğurur. Ona görə də qadınların ölkəyə gətirilməsi istiqamətində dəqiqləşmələr və danışıqlar aparılır.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Modern.az-a bildiriblər ki, bu barədə rəsmi müraciət olmayıb:

"Hələlik İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla bağlı Komitəyə rəsmi müraciət olmadığından, məsələnin araşdırılması səlahiyyətlərimiz çərçivəsində deyil".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a məsələnin gündəmdə olduğunu bildirib:
"Hazırda bu istiqamətdə müvafiq işlər aparılır".

Qeyd edək ki, oktyabrın 12-də Abdulla adlı uşaq Azərbaycan Xarici İşlər Nazirliyinin İraqdakı səfirliklə apardığı danışıqlar nəticəsində Azərbaycana gətirilib.
Əliyevin keçmiş mühafizəçisini bıçaqlayıb, polisi güllələyən şəxs kimdir?Mərhum prezident Heydər Əliyevin mühafizəçisi olmuş Müşfiq Mədətovun bıçaqlanması və ardınca keçirilən əməliyyatda polis zabiti Orxan Axundzadənin güllələnməsi olayı ilə bağlı yeni detallar üzə çıxıb.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, silahlı hücumu edən şəxs “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub. Bu barədə adıçəkilən sayt məlumatlı mənbələrinə istinad edir.

Qeyd edək ki, “Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis olub.

Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin yaralandığı hadisənin təfərrüatlarına gəlincə, O.Axundzadə və 9-cu Polis Bölməsinin rəisi Elsevər Qədirov salonunda şübhəli şəxslərin olduğu “Toyota Prado” avtomobilini təqib ediblər.

Qara Qarayev prospektindəki “Ruslan 93” idman kompleksinin yaxınlığında Orxan Axundzadə “Toyota Prado” avtomobilinə yaxınlaşıb. Bu vaxt maşında olan üç nəfərdən biri polislərə “Vinçester” markalı tüfəngdən atəş açıb və onu yaralayıb.

Xatırladaq edək ki, dünən naməlum şəxslər mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlayıb. Cinayətkarların tutulması əməliyyat keçirilən zaman, silahlı şəxslər polislərlə atışıb.

Atışma zamanı Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə yaralanıb.

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin əməkdaşları Mədətovu gücləndirilmiş mühafizə altına götürüblər. M.Mədətov ötən gecəni polis bölməsində keçirib. Hazırda isə o, polis idarəsinin binasındadır. Hüquq-mühafizə orqanları M.Mədətovun həyatına yeni sui-qəsddən ehtiyat edir.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, cinayətkarların tutulması üçün Daxili İşlər Nairliyində xüsusi əməliyyat qrupu yaradılıb. Hazırda Bakının bütün ərazilərində onların tutulması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qeyd edək ki, dünən mərhum prezident Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov bir qrup şəxs tərəfindən bıçaqlanıb. Silahlı şəxslər onları təqib edən Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni güllələyiblər.
"Toyota"dakı canilər Heydər Əliyevin mühafizəçisini öldürmək istəyənlər imiş - TƏFƏRRÜATLARSəbail Rayon Polis İdarəsinin əməkdaşları dünən axşam metronun “İçərişəhər” stansiyası yaxınlığında naməlum cinayətkar tərəfindən bıçaqlanan Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu gücləndirilmiş mühafizə altına götürüblər.

Virtualaz.org xəbər verir ki, M.Mədətov ötən gecəni polis bölməsində keçirib.

Hazırda isə o, polis idarəsinin binasındadır.

Hüquq-mühafizə orqanlarındakı mənbələr “virtualaz.org”a bildiriblər ki, polis M.Mədətovun həyatına yeni sui-qəsddən ehtiyat edir.

Xatırladaq ki, polis əməkdaşları cinayətkarların tutulmasına cəhd göstəriblər. Amma cinayətkarlar asayiş keşikçilərinə atəş açıblar. Nəticədə Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb.
Rəis müavinini güllələyib Əliyevin keçmiş mühafizəçisini bıçaqlayanlar saxlanıldıBu gecədən başlayaraq Bakıda bir neçə ağır cinayətlər törədən dəstə üzvlərinin kimliyi məlum olub.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, dünən axşam Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova hücum edənlərin tutulması üçün bu gün əməliyyat keçirilib:

“Əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar. Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır”.

E.Zahidov bildirib ki, cinayətkar dəstənin kimliyi müəyyənləşdirilib:
“Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir”.

***

Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayətkar dəstə üzvləri saxlanılıb.

Bu barədə yaxın saatlarda DİN-in geniş açıqlaması olacaq.
Əlif Şəfəqdən şok etiraf: “Biseksualam”Məşhur türkiyəli yazıçı Əlif Şəfəq biseksual olduğunu açıqlayıb.

Axar.az “Hüriyyət”ə istinadən xəbər verir ki, yazıçı bu haqda "TED Talks"da müsahibəsi zamanı danışıb.

"Biseksualam, amma bu günə qədər bunu ictimai yerdə dilə gətirmək cəsarətim olmayıb. Həmişə cinsi azlıqların, LGBT üzvlərinin hüquqları, qadın haqqları məsələsindəki problemləri dilə gətirmişəm. Lakin bu çıxışım haqqında düşünərkən nifrət və lağ hədəfi olmaqdan qorxduğum üçün biseksual olduğumu ictimai yerlərdə açıqlamadığımı anladım. Heç kim vəziyyətin qəlizliyinə görə səssiz qalmamalıdır”,-deyə o bildirib.

Qeyd edək ki, 46 yaşlı yazıçı "Eşq", "Əraf", "İsgəndər" və digər əsərləri ilə məşhurdur. 2005-ci ildə Eyyub Canla evlənən Əlif Şəfəqin 2 övladı var. O, Türkiyənin Ermənistanla münasibətlərinin normalladırılmasının əsas tərəfdarlarından biri hesab edilir.
"Temur Abbasova rəqib görə bilmirəm" - Ruslan HacıyevMəlum olduğu kimi qonşu Gürcüstanda oktyabr ayının 21-də yerli özünüidarəetmə oqranlarına seçkilər keçiriləcək. Bu seçkilər önəmli olmaqla yanaşı, ölkənin siyasi ab-havasında ciddi təsirə malikdir. Gürcüstanda soydaşlarımızın yaşadığı Kvemo Kartli bölgəsindəki ümümi ab-havayla maraqlandıq. Məlum oldu ki, partiyaların təqdim etdiyi namizədlərin arasında soydaşlarımız da namizəd kimi təqdim olunmaqdadır.
İlk dəfə isə, hakim “Gürcü arzusu” partiyası namizəd olaraq gənc və perspektivli azərbaycanlı Temur Abbasovu irəli sürüb. Marneulidə ümümi seçki ab-havası, soydaşlarımızın siyasi fəallığı, hakim partiyanın seçki platforması və gələcək planları haqqında Gürcüstan parlamentinin deputatı, “Gürcü arzusu” partiyasının Marneuli nümayəndəliyi üzrə rəhbəri Ruslan Hacıyev Modern.az-ın suallarını cvablandırıb.

- Ruslan müəllim, bələdiyyə və mer seçkilərinə az vaxt qalır. Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası və bu proseslərdə iştirakını necə qiymətləndirirsiniz?
- Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin tamhüquqlu vətəndaşı olaraq bütün imtiyazlardan istifadə edərək vətənimizin taleyinə aid olan hər bir prosesdə fəallıq göstərməkdədir. Buna onların seçib seçilmə hüququ da daxildir. Bu gün azərbaycanlılar demək olar ki, hər partiyada təmsil olunurlar, onların öz siyasi baxışları və mövgeyləri var və bu mövgeydən həm namizəd, həm seçici kimi tam sərbəstliklə istifadə edə bilirlər. Bu demokratiya qanunlarının ən vacib amillərindən biridir deyə düşünürəm. Seçim azadlığı, seçilmə hüququ. Eyni zamanda vətəndaşlar namizədlərlə görüşlərdə fəal şəkildə iştirak edirlər, və seçkilərə böyük ümidlər bağlayırlar.

- Seçki öncəsi görüşlər keçirirsiz. Sizcə, xalqın seçkilərlə bağlı fikirləri necədir? İnsanlar seçkilərlə maraqlıdırmı?

-Seçki prosesi olduqca məsuliyyətli və ölkənin gələcəyini həll edən prosesdir, ölkənin parlaq gələcəyi isə onun vətəndaşlarının yaxşı yaşamasının qarantıdır. Vətəndaşlar da bunu dərk edərək bu proseslərə olduqca məsuliyyətlə yanaşaraq maksumum şəkildə bu proseslərdə iştirak edirlər. Bunu biz, əhali ilə görüşlərdə müşahidə etmiş oluruq, hər seçki olan illərdə namizədlərlə görüşlərə gələnlərin sayı artır, bu isə o deməkdir ki, xalqın hakimiyyətlə, məmurlarla və namizədlərlə arasında heç bir subordinasiya, mane və əlçatmamazlıq yoxdur, əhali sərbəst şəkildə öz iradlarını, problemlərini bizlərə çatdırıb onların həlli istiqamətində aparılan işılərlə maraqlanırlar. Eyni zamanda bunu onunla qiymətləndirmək olar ki, ötən seçkilər zamanı verilən vədlər və qaldırılan problemlər öz həllini tapıb. Statistika aparır və araşdırırıq. Bəlli olur ki, ötən seçkilərdən bu günə qədər kəndlərdə və regionda qaldırılan önəmli problemlər öz həllini tapıb, bunu isə xalq görür və inamla bizimlə görüşlərə gəlir, biz xalqın güvənini qazanmışıq və onlara sübüt etmişik ki, bu görüşlər görüntü və səs istəmək üçün deyil, bu görüşlər gələcək iş strategiyamızı qurub o problemləri aradan qaldırmaq üçündür.

- Seçki platformanızın nədən ibarət olduğunu bilmək olarmı?
- Platformamızın bir çox sahə üzrə nəzərdə tutulmuş iş planı var. Bu, iqtisadiyyatın yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, mədəniyyət, təhsil, gənclər və idman, kənd təssərrüfatının inkişafı və s kimi sahələri əhatə edir. Son bir neçə il ərzində bu sahələr üzrə bir sıra layihələr həyata keçirildi, problemlər aradan qaldırıldı, bu dövr isə artıq növbəti mərhəyə start veriləcək. Bilirsiniz ki, Marneuli - kənd təssərrüfatı bölgəsidir, məhsulların artırılması və kəndlərdə insanların işlə təmin olunması üçün işlərin aparılması prioritet məsələlərdəndir.
İnsrastrukturun gücləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili üçün idman komplekslərinin, stadionlarının tikintisi, məktəb və uşaq bağçalarının tikintisi və s kimi işlərin reallaşması nəzərdə tutulur.
“Gürcü arzusu” partiyasının xarici siyasətdəki hədəfləri də həmçinin daxili siyasətə və vətəndaşlarını rifahına təsir edəcək. Əsas hədəf Avropaya inteqrasiyadır, Avropa ailəsinin üzvü olaraq biz bir çox sahədə uğur əldə etmə şansı əldə edəcəyik buna görə də bu kursu tutaraq ildən ilə irəliləmək hər bir vətəndaşın əlindədir.

- Digər bir məqam gürcü tarixində ilk dəfədir ki, merliyə namizədin millətcə azərbaycanlı olmasıdır. Hakim partiyanın ilk dəfədir ki bu qərara gəlməsi nə ilə əlaqədardır?
- Düşünürəm ki, siyasətdə irq, millət və s kimi çərçivələr əsas rol oynamamalıdır, hər bir işdə əsas odur ki, peşəkar və vicdanlı insan olsun işinin məsuliyyətini dərk etsin. Lakin, “Gürcü arzusu” partiyası əhalisinin çox hissəsi milliyyətcə azərbaycanlı olan bir rayonda namizədin azərbaycanlı olmasını məqsədyönlü istəyərək, gənc, perspektivli və işinin peşəkarı olan namizəd təklif etdi. Bu isə əhali tərəfindən olduqca müsbət qarşılandı.

- Temur Abbasovun digər namizədlərlə müqayisədə seçilmə şansını necə qiymətləndirirsiniz?
- Şəxsən öz adımnan bütün namizədlərə uğurlar arzulayıram. Tam səmimiyyətlə söyləyə bilərəm ki, Temur Abbasova rəqib görə bilmirəm, bunu vətəndaş olaraq deyirəm. Keçirdiyimiz görüşlərdə, əhaliyılə apardığımız söhbətlərdə bunu təsdiq etmiş oluram. Bu etibar və inam partiyamızın apardığı islahat və işlərdən gəlir. Temur Abbasovun tərcüməyi halı, görüşlər zamanı çıxışları və xalqla davranışı onun namizəd kimi xalq tərəfindən sevilib seçkilərdə qalib gələcəyinə böyük ümid və inam yaradır.

- Seçkilərdə azərbaycanlıların sayı nə qədərdir?
- Gürcüstanda keçiriləcək bələdiyyə seçkilərində bu il azərbaycanlıların sayı əvvəllki illərlə müqayisədə çoxdur. Bütün partiyalar tərəfindən azərbaycanlılar namizəd olaraq təqdim olunub. Bu həm iqtidar həm də müxalifət partiyaları tərəfindən irəli sürülüb. İqtidar partiyası tərəfindən Marneuli üzrə majoritar deputatların sayı 13 nəfərdir. Bayaq Teymur Abbasovun adını çəkdim. Gənclərin Gürcüstanın ictimai siyasi həyatında fəallığı hiss olunur. Bu da onu göstərir ki, Gürcüstanda yaşayan azərbaycanlılar inteqrasiya mərhələsini keçmək üzrədirlər. Çox fəal şəkildə Gürcüstanın gələcəyi ilə bağlı aparılan işlərdə, siyasi proseslərdə iştirak edir. Ona görə də dövlət əlindən gələni edir ki, azərbaycanlılar işlə təmin olunsunlar, dövlət və qeyri-dövlət strukturlarında çalışsınlar. Bu inkişafımız üçün atılmış müsbət addımdır. Ümumiyyətlə, Gürcüstan hakimiyyəti heç bir zaman burda yaşayan milli azlıqları milliyyətinə görə bölmür. Birmənalı olaraq bu cür siyasət yürüdür ki, Gürcüstan vətəndaşı yerli xalqla birgə eyni hüquqa sahib olsunlar.

- Azərbaycanlıların seçilmə şansı nə qədərdir?
- Hər bir partiya öz namizədini təqdim edəndə seçilməyə iddialı olur. Düşünürük ki, partiyadan namizəd təqdim edəndə namizədin nə qədər peşəkar, işini bilən eyni zamanda xalq arasında hörmət sahibi olduğuna diqqət etməlidir. Bu baxımdan hakim “Gürcü arzusu” partiyası namizədləri dediyim bütün kriteriyalara cavab verirlər.