Heydər Əliyevin keçmiş mühafizəçisi bıçaqlandıBu gün axşam vaxtı metronun “İçərişəhər” stansiyasının yaxınlığında naməlum cinayətkar Azərbaycan prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bılçaqlayıb.

Virtualaz.org xəbər verir ki, hadisə Müşfiq Mədətov çayxanadan çıxarkən baş verib.

M.Mədətov ərizə ilə Bakı Şəhər Polis İdarısinin 9-cu bölməsinə müraciət edib.

Fakt üzrə araşdırma aparılır.
Potensiyanın zəifləməsi: Kişilərin intim sirri – Əlamatlər, səbəblər, müalicəƏgər bir kişidə potensiya, cinsi zəiflik başlayarsa, o, özünə qapılıb, dərdini heç kimə deməz, yaxın dostundan başqa.

Adətən kişilər bununla barışmaz, etiraf etməz, hətta müalicədən də imtina edər. Sadəcə aptekə girib, mövcud olan dərmanları atmaqla guya düzələcəyinə ümid edər.
Latıncadan “potentia” – güc, qüvvə kimi tərcümə olunur. Daha dəqiq desək: normal ereksiya, ereksiyanın sürəti, vaxtı, cinsi aktın müddəti və normal davam etməsi nəzərdə tutulur.
40 yaşından sonra müasir kişilərin potensiya ilə problemləri başlayır. Lakin bu hamıda belə deyil. Normal sağlam kişinin 60 yaşda belə intim, cinsi aktivliyi qala bilir.

İlk əlamətlər:

-Cinsi istəyin azalması və ya konkret vaxtlarda ara-sıra yaranması
-Səhərlər ereksiyanın olmaması
-İntim həzz almamaq
-İntim əlaqənin qısa sürməsi və ereksiyanın itməsi

Səbəblər:

-Gec və qeyri-müntəzəm cinsi akt. 30 yaşdan sonra intim əlaqənin azalması. Müntəzəm intim əlaqə kişi potensiyasına müntəzəm təsir göstərir
-Kişi cinsiyyət xarici və daxili orqanlarının xroniki xəstəlikləri: uretrit, prostatit, vazikulit, infeksiyalar
-Sinir, psixonevroloji səbəblər, ailədaxili münaqişələr, işdə stress, yuxusuzluq, daimi yorğunluq
-İçki, tütün, siqaret, narkotik, xüsusən keyfiyyətsiz növlərindən istifadə
-Oturaq iş, azhərəkətlilik, sükan arxasında çox olmaq, qeyri-düzgün, keyfiyyətsiz qidalanma
-Ürək-qan damar sisteminin xəstəlikləri
-Hormonal disbalans. Endokrin sistem birbaşa potensiyaya cavabdehdir
-İdman zallarında anaboliklərin, protein və digər qidaların, maddələrin qəbulu, ilk başda əzələ ilə yanaşı cinsi aktivliyi də artırır, amma bu aldadıcıdır. Sonradan azalma və sönmə başlayır.
-Yataqda seksual uyğunsuzluq, partnyorların bir birini anlamaması, fiziki narazılıq
-Uğursuz əməliyyatlar, ayaq və çanaq orqanlarında travmalar

Diaqnostikası:

Kişilər hətta özlərində bir problem görməsələr də, ildə bir dəfə uroloq və androloq, həmçinin endokrinoloq qəbulundan keçməlidirlər.
Müayinə metodları: əllə yoxlama – palpasiya, USM, hormonal analizlər, doppleroqrafiya, testlər, nevropatoloqun qəbulu.

Necə qorunmalı?

Stressdən uzaq, uzaq. Potensiya emosional vəziyyətdən çox asılıdır. Hormonları da oynadan stressdir. Ailədə qarşı tərəfdən narazılıq və ürəksiz cinsi əlaqələr zamanla sizin bütünlükdə qadınlara marağınızı azalda bilər.

Potensiyanı artıran ərzaqlar:

Fast-food, energetik, qazlı içkilərdən imtina edin. A, E, B vitaminləri çox olan meyvə-tərəvəzi bol edin: banan, nar, üzüm, ərik, soğan, sarımsaq, qoz, fıstıq. Mixək, nanə, zəfəran, zəncəfilli çaylar için.

Piyada çox gəzin, həyətdə evdə iş görün. Fiziki aktivliyi artırın. Yuxu rejiminə riayət edin, doyunca yatın.

Ən vacibi: özünüzə fiziki baxımdan uyğun partnyor seçin, tapın. Yataqda kişiyə özünəgüvənlik bəxş edən qüvvə qadındır. O, elə bir qadın olmalıdır ki, potensiya ilə bağlı bütün sirlərini onunla bölüşə biləsən. Yalnız düzgün partnyorla kişi emosional baryeri aşa bilər.

http://gencaile.az
Qarğalar hər gün bu qıza hədiyyə gətirirABŞ-da yaşayan 10 yaşlı Gabi Mannın qarğalarla dostluğu hər kəsi təəccübləndirir.

Hadisə Gabinin 4 yaşından etibarən evlərinin yanındakı qarğaları yemləməsindən sonra başlayıb.

O, hər gün quşlara yemləyib. Gabi 8 yaşı tamam olanda çöl quşları ilə elə dostlaşıb ki, qarğalar hətta uşaqla məktəbə qədər gedirmiş.

Qızın 10 yaşı olduqda onun quşlarla dostluğu bir qədər də dərinləşib. Hətta o səviyyədə ki, qarğalar da uşağa hədiyyələr gətirməyə başlayıblar. Belə ki, heyvanlar çöldə tapdıqları müxtəlif əşyaları uşağa hədiyyə ediblər.

Hədiyyələr arasında düymələr, gümüş toplar və s. əşyalar var. Gabi hədiyyələri polietilen paketlərə toplayır. Qız deyir ki, qarğaların gətirdiyi hədiyyələri çox sevir.

Anar Tağıyev
Nostradamusun 2018-ci il üçün öncəgörmələri — DƏHŞƏTLİ SİYAHI500 il əvvəl yaşamış Nostradamusun bəzi öncəgörmələri reallığa çevrildikcə bəşəriyyəti qorxu bürüyür.

Kahin kimi tanınan Mişel Nostradamus əslində həkim və loğman olub. Yaşadığı dövrdə astrologiya ilə maraqlanıb və səma cisimlərini incələyib.
Nostradamusun 2018-ci il üçün bəzi öncəgörmələrini oxucularımıza təqdim edirik:

1.Katolik Kilsəsinin lideri öləcək.

2.İlin ən böyük problemi terror olacaq.

3.Qlobal istiləşmə səbəbindən bir çox silahlı münaqişə yaranacaq.

4.Çin yeni stratejik həmlə ilə dünyanın yeni super gücü olacaq.

5.ABŞ olduğu düşünülən bir ölkənin nizamı pozulacaq və yeni mərhələyə qədəm qoyacaq.

6.İlin əvvəllərində ABŞ-ın qərbində güclü zəlzələ olacaq.

7.İtaliya Avropanı böyük bir iqtisadi böhrana sürükləyəcək.

8.Latın Amerikası bir çox cəhətdən radikal dəyişikliklərə məruz qalacaq.

9.Vezuvi vulkanı püskürəcək.

10. 2018-ci il 3-cü dünya müharibəsi cəhətdən kritik önəmə sahib olacaq.

olke.az
ABŞ-da Azərbaycana qarşı Qarabağ dinləmələri – Erməni lobbisi və Smitin BİRGƏ PLANIVaşinqton və Bakının əhəmiyyətli münasibətlərinə rəğmən, ABŞ-da işğalçı Ermənistana dəstək davam edir. Bu dəstək gah işğal edilmiş Azərbaycan torpaqlarında Ermənistan tərəfindən yaradılan qondarma DQR-ə maliyyə yardımının ayrılması, daha da işğalçı İrəvan rejiminə bu və ya digər formada köməkliyin göstərilməsindən başlamış, müdafiə xarakterli addımlara qədər bir sıra spektrdə özünü göstərir. Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyasının Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu və bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda keçirəcəyi dinləmələr də bu dəstəyin davamıdır.

Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər. Müzakirələrdə Minsk qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər.

Məqsəd ortadadır: Ermənistanı “müdafiəyə ehtiyacı olan tərəf” kimi tanıtmaq və ABŞ qanunvericilərini işğalçı rejimə maliyyə və hərbi xarakterli yadımı artırmağa çağırmaq.

Ermənistan mediası da keçiriləcək müzakirələr haqda xəbəri sevinclə “ABŞ-ın Ermənistana daha çox maliyyə yardımı ayırması üçün görülən iş” olaraq təqdim edib.

Bu, ilk növbədə beynəlxalq qanunvericiliyə zidd addımdır, digər tərəfdən, Qarabağ münaqişəsinin nizama salınması missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ-ın xarici siyasət maraqlarına zərbədir.

Bütün bunların fonunda Ermənistana dəstək məqsədilə belə bir müzakirələrin keçirilməsi Helsinki Komissiyasının nizamnaməsinin də pozulması deməkdir. Bu komissiya ATƏT ölkələrində Helsinki Yekun Aktına və başqa öhdəliklərə əməl olunmasının monitorinqi və təbliği məqsədilə yaradıldığını bəyan edir. Lakin 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları tərəfindən imzalanmış yekun aktının 10 əsas prinsipinin 8-i (suveren bərabərlik, zor işlətməmək; sərhədlərin toxunulmazlığı; dövlətlərin ərazi bütövlüyü; mübahisənin dinc yolla həll olunması; bir-birinin daxili işlərinə qarışmamaq; insan hüquqlarına və əsas azadlıqlara hörmət; dövlətlər arasında əməkdaşlıq; beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi) Ermənistan tərəfindən kobud şəkildə pozulsa da, Komitə bir dəfə də olsun işğalçı ölkəni qınayan bəyanat qəbul etməyib.

Ümumi mənzərə belədir ki, ABŞ-ın müxtəlif strukturlarına sızmış erməni və onların lobbiləri bu ölkənin maraqlarını nəzərə almadan, yanlış addımların atılmasına nail olur. Əslində, ABŞ-ın Helsinki Komissiyasının sədrinin konqresmen Kristofer Smit olması da bir çox qaranlıq mətləbləri gün üzünə çıxarır. Bu konqresmen vaxtilə Demokratlar Partiyasının üzvü, sonra Respublikaçılar Partiyasının üzvü olub. Hazırda ABŞ-dakı erməni lobbisinin ən fəal nümayəndələrindən biridir. K. Smit Azərbaycana qarşı “907-ci düzəliş”in müəlliflərindən biri, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilləşməsi ideyasını təbliğ edən və bu istiqamətdə əsaslı tədbirlər görən şəxsdir. Sözügedən 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilmiş və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlamışdır.

K.Smit ABŞ-dakı erməni diasporunun nümayəndələri ilə tez-tez bir araya gəlir. Misal üçün, ABŞ erməni milli komitəsinin (ANKA) radikal rəhbərlərindən biri olan Aram Hamparyan Tvitter səhifəsində konqresmen K.Smitin ANKA sədri ilə görüşünü əks etdirən fotolar yaydı. Alt yazısında isə A. Hamparyan qeyd edirdi ki, “erməni işi”ni dəstəkləmək üçün Smit ilə görüşür”.

K.Smit qondarma “erməni soyqırımı”nın tanınması istiqamətində də fəal şəkildə iş aparır. Erməni lobbisinin üzvü olan bu konqresmen 2015-ci ildə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı “Azərbaycan Demokratiya aktı” adlı layihəni konqresə təqdim edərək qəbul olunmasını istəmişdi. Layihədə irəli sürülən sanksiya təklifləri belə idi: Azərbaycanda yüksək vəzifəli şəxslərə və onların ailə üzvlərinə viza verilməsi qadağan edilsin; Azərbaycan hökuməti ilə bütün iqtisadi əlaqələr, o cümlədən enerji sektorundakı əməkdaşlıq münasibətləri dayandırılsın; ABŞ-ın İnkişaf və Ticarət Agentliyinin Azərbaycandakı fəaliyyəti qadağan edilsin; Azərbaycanın beynəlxalq maliyyə-kredit institutlarındakı (BVF, Dünya Bankı və digər) bütün maliyyə layihələrinə veto qoyulsun; Azərbaycanın yüksək çinli şəxsləri ABŞ və Avropaya yalnız Qarabağ danışıqları aparmaq üçün gedə bilərlər.

Bu, Azərbaycanın iqtisadi dayaqlarının laxladılması və Qarabağ danışıqlarında “təslimçi sülhə” məcbur etmək cəhdi idi. Yəni, Azərbaycan rəhbərliyinə “yalnız Qarabağ məsələsində ermənilərin xeyrinə olan şərtlərlə razılaşdığın təqdirdə viza veriləcək” mesajı idi. Plana görə, Dağlıq Qarabağın işğal faktı legitimləşdiriləcəkdi. Lakin bu oyun baş tutmadı. Görünür, “erməni işi” davam edir və Kristofer Smit kimi konqresmenlər bu işdə işğalçı ölkəyə dəstək verir.
Jurnalist Fikrət Hüseynli Kiyevdə "İnterpol" tərəfindən saxlanıldıFəaliyyəti dayanmış "Azadlıq" qəzetinin keçmiş əməkdaşı, jurnalist Fikrət Hüseynli Kiyev Borispol aeroportunda saxlanılaraq təcridxanaya aparılıb.

O, Azərbaycan hökumətinin İnterpola verdiyi sorğu əsasında saxlanılıb.

"Azadlıq"ın əməkdaşı ilə telefon danışığında Fikrət Hüseynli bildirib ki, ittihamın məğzi ona bəlli deyil.

Xatırladaq ki, F. Hüseynli Niderland vətəndaşıdır. O, Azərbaycanlı mühacirlər arasında siyasi fəallığı ilə fərqlənir.
75 yaşlı qadın itkin düşdüBakıda 75 yaşlı qadın itkin düşüb.

APA-nın məlumatına görə, paytaxtın Nəsimi rayon sakini, 1942-ci il təvəllüdlü Qalina Mikayılovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Daxil olan məlumat əsasında Nəsimi rayon Polis İdarəsi tərəfindən axtarışlara başlanıb.
Bakıda idman müəllimi şagirdini döydüBakıda valideyn övladının orta məktəb müəllimi tərəfindən döyüldüyünü iddia edir.

APA-nın məlumatına görə, Bakı şəhər sakini Elnarə Nuriyeva Qaradağ rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək övladı, Ələt qəsəbəsində yerləşən 195 saylı orta məktəbin şagirdi, 12 yaşlı Cavid Nuruyevin həmin məktəbin Famil adlı idman müəllimi tərəfindən döyüldüyünü bildirib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.