"Əlimdə faktlarım var, 1500 manatlıq ..." — Samirə "Maşın"dakı şousundan danışdıDünən ATV kanalında yayımlanan "Maşın" şouda meyxanaçı Samirəyə 12,36 faiz tamaşaçı qalsın, 87,64 faiz tamaşaçı isə getsin deyib. Proyektin baş prodüseri Toğrul Məmmədov "Maşın" şou tarixində məhz Samirəyə ən az SMS gəldiyini etiraf edib.

Xəbərçi.az-a ürəyini boşaldan meyxanaçı Samirə isə bununla razılaşmayıb:

"Sadəcə gülməlidir. Kor-kor, gör-gör... Mən nə deyim axı... 25 faiz səs necə oldu 12 faizə düşdü. Orada Mehriban Xanlarova, Pişik Günel, Vüsalə Kərimova üstümə elə gəldilər ki, özümü itirdim. Mən, onsuz da, Vüqarı çıxartmaq istəmirdim. Mənim əlimdə fakt var. Mənə gələn sms-lərin "çek"i var. Bir insan 1500 manat səs yollayıb. Amma bunu açıqlamağın nə mənası var?! Mən 1500 manatlıq sms göstərərəm onlar 3000 minlik sms göstəricisi qoyarlar qarşıma... O daha da biabırçılıq olar. Amma mən o yarışmada iştirak etdiyim üçün peşiman deyiləm, Murad Dadaşov çox mülayim, mədəni, yaxşı insandı. Amma o sözü dediyim üçün mən oyundan çıxdım. Gördüm qızlar üstümə gəlir, mən də elə söz işlətdim"
PKK şokda, Öcalan öldüİmralı adasında həbsdə saxlanılan PKK terror təşkilatının lideri Abdulla Öcalanın ölüm xəbəri yayılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Milliyyətçi Hərəkat Partiyasının Ankaradan olan millət vəkili Şevkat Çətin yayıb. MHP-çi millət vəkili özünün tvitter hesabında bunları qeyd edib: "Terror təşkilatı PKK-ya yaxın saytlarda İmralıda ölən PKK-lının Abdulla Öcalan olduğu qeyd edilir. Bu səbəbdən adaya giriş qadağan edilib. Mətbuata isə susqunıluq nümayiş etdirmək tapşırılıb".
Bursa Prokurorluğu isə açıqlama yayıb. Açıqlamada deyilir ki, bu xəbərlərin heç bir əsası yoxdur.
PKK şokda, Öcalan öldü


Newscenter.az
Azərbaycanda tükürpədici hadisə: “Qayınanam uşağımı satdı...” - VİDEOBərdədə baş verən tükürpədici hadisə eşidənləri dəhşətə gətirir. Bir ananın körpə uşağı əlindən alınaraq başqa bir ailəyə satılıb. Özü də qaynanası tərəfindən. Hazırda 3 uşağı ilə sığınacaqda yaşayan çarəsiz qadının iki övladı da əri tərəfindən əlindən alınıb. İndi çarəsiz qadın övladlarını görə bilmir.

Avrasiya.net bildirir ki, Bərdənin Gülgəzli kəndində tükürpdədici hadisə baş verib. Ananın əlindən övladı alınaraq başqa ailəyə satılıb.

Bərdə rayon sakini Xurşudova Elnaz ailə qurduğu 11 il ərzində 6 uşaq dünyaya gətirib. Onun sözlərinə görə övladlarından biri qaynanası və əri tərəfindən əlindən alınaraq başqa ailəyə satılıb.

Elnaz Xurşudovanın sözlərinə görə, həyat yoldaşı onu uşağı başqa ailəyə verməyə məcbur edib. Və ona deyiblər ki, uşağı istədiyi vaxt görə biləcək.

Övladından məcbur ayrılan ana sonradan uşağını geri istəyib. Qadın iddia edir ki, buna razılaşmayan həyat yoldaşı Pərviz Cavadov isə onu 3 uşaqla küçəyə atıb. Sonuncu dəfə uşağın verildiyi ailə ilə görüşən Elnaz Xurşudova hədələnib. Və ondan uşaq üçün verilən pulu geri verilməyənə qədər övladını görə bilməyəciyini deyiblər.

Qarşı tərəfin də mövqeyini almaq üçün Bərdənin Gülgəzli kəndinə üz tutduq. Əməkdaşımızın səylərinə baxmayaraq nə Pərviz Cavadov, nə də uşağın satılmasında əlbir olduğu iddia edilən anasını tapmaq mümkün olmayıb.

Satılan qız övladından əlavə iki oğlu da ərinin himayəsində olan ana hazırda Bakıda sığınacaqda məskunlaşıb. O övladlarını bir araya gətirməyənə qədər ata anasının yanına getməyəcəyini deyir.

Mövzu ilə bağlı Xəzər TV-nin daha ətraflı videomaterialını təqdim edirik:
Hacı Şahin 4 min azərbaycanlını Kərbəlaya necə pulsuz aparır? - ARAŞDIRMAİlk dəfə olaraq İraq hökuməti azərbaycanlı şiələrə Ərbəin ziyarəti zamanı yerləşməyə yardımçı olacaq.

Üstəlik bu yardım heç bir qarşılıqlı maddi yardım güdmədən həyata keçiriləcək. Səbəb isə İmam Hüseynin 40 mərasimində Kərbəla şəhərində sıxlığın yaşanması və insanların günlərlə qalacaq yer axtarmasıdır. Onlar 4 min azərbaycanlı zəvvarı mədrəsədə qalacaq yer və gündə 3 dəfə yeməklə təmin edəcəklər. Bəs niyə İraq hökuməti bu müjdəli xəbəri QMİ vasitəsi ilə deyil, “Salam Tour” şirkəti vasitəsi ilə zəvvarlara çatdırıb?

Elə, ağlımızdakı o suala cavab tapmaq üçün həmin qərarın qəbul edildiyi görüşdə iştirak edən QMİ-nin Nəsimi rayonu üzrə nümayəndəsi Hacı Şahin Həsənli ilə əlaqə saxladıq. İlahiyyatçı “Salam Tour” şirkəti ilə olan əlaqəsindən danışdı:

“Ümumiyyətlə, bu, “Salam tour” şirkətinə tapşırılmayıb. Azərbaycandan müxtəlif qruplar vasitəsilə gedən zəvvarlar ki, var onlar əlaqə saxlayıb həmin yerləri özləri üçün götürə bilərlər. Bu təkcə tur şirkətinə aid məsələ deyil. Bildiyim qədəri ilə “Salam tour” şirkəti bu ziyarətlərə o qədər də zəvvar aparmır. Bu bütün şirkətlərə aiddir və mən özüm də QMİ-nin səlahiyyətli nümayəndəsi olaraq orda görüşlər keçirirdim, Həmin görüşlərdə də idarənin nümayəndəsi olaraq iştirak edirdim. Yəni bunun konkret olaraq “Salam Tour” şirkəti ilə hər hansı bir əlaqəsi yoxdur. Sadəcə o xəbəri onların vasitəsi ilə çatdırıblar. Çünki biz həmin şirkət vasitəsi ilə orda görüşdük. Birmənalı olaraq bilinməlidir ki, bu “Salam Tour” şirkətinə verilməyib, ümumiyyətlə Azərbaycandan gedəcək zəvvarlara verilib, fərqi yoxdur hansı şirkətlə gedir və ya gedəcək. Hər kəs istədiyi tur şirkətinə müraciət edib ziyarəti götürə bilər. Azərbaycanda bir çox şirkətlər Kərbəlaya ziyarət təşkil edir, onlarla belə şirkət və qruplar var. Və QMİ də bu istiqamətdə yenicə fəaliyyətə başlayıb. Bu məsələ bütün qruplara, eləcə də QMİ idarəsinə aiddir”.

Nəzərə alsaq ki, şiələr təkcə Azərbaycanda deyil, bu addımın məhz bizim ölkədəki zəvvarlar üçün atılması ağıllarda ikinci bir sual işarəsi yaradır. Bildiyimiz kimi Türkiyədə də bu ziyarətə gedən şiələr çoxdur. Lakin onlar üçün heç bir yardım və güzəşt nəzərdə tutulmayıb. Bu kimi imkanların niyə Türkiyədəki şiələr üçün deyil, məhz Azərbaycandakı şiələr üçün yaradıldığına gəlincə, bu qaranlıq məqamı millət vəkili Fazil Mustafa aydınlatmağa çalışdı:

“Burda xeyirxah niyyətdən söhbət getmir. Məqsəd azərbaycanlı şiələri lazım olanda öz dövlətinə qarşı çevirməkdir!”

“Bu kimi fəaliyyətlər qonşu dövlətlərin Azərbaycanda özlərinə yaxın insanları nüfuz dairəsi altında saxlamaq, lazım olanda onları Azərbaycan dövlətinə qarşı çevirmək üçün bu faktordan istifadə etmək, beyin yuma kimi təbliğat vasitələri ilə insanların orda olduğu müddətdə onların hansısa dövlətin xeyrinə çalışma istiqamətində fikirlər aşılamaqdır. Bu işlər məhz bu məqsədlə görülür. Burda xeyirxah niyyətdən söhbət getmir ki…Xeyirxah niyyət odur ki, əgər belə pulları varsa, Həcc ziyarətini keçirmək üçün imkan yaratsınlar. Dində vacib olan Həcc ziyarətidir, bəzən Kərbəla ziyarətini Həccdən üstün sayan bəzi təbliğatlar aparılır və Azərbaycanda buna göz yumulur.

Mən hesab edirəm ki, bu, Azərbaycan tərəfi üçün ciddi məsələdir. Azərbaycan əleyhinə kadrların hazırlanması, Azərbaycan əleyhinə çalışacaq bir qüvvənin formalaşması düşünülmüş bir variantdır”.

Söhbət Ərbəin ziyarətindən düşmüşkən, QMİ ilə turizm şirkətlərinin təklif etdiyi ziyarət turları arasında böyük qiymət fərqinə yəqin ki, nəzər yetirmisiniz?! Belə ki, QMİ-nin açıqladığı Kərbəla, Nəcəf və Məşhəd ziyarətlərinə avtobusla 10 günlük səfərin qiyməti 350-400 dollar, təyyarə ilə 10 günlük səfər isə 1200-1300 ABŞ dolları arasındadır. Digər turizm şirkətlərində isə avtobusla tur 235-270-350 dollar arasında dəyişir. Təyyarə ilə Ərbəin ziyarətinin qiyməti isə 630-950 dollar arasındadır. Əgər bu tip turları isanların cibinə uyğun təşkil etmək mümkündürsə, QMİ-nin böyük qiymət fərqinə nə ad vermək olar?

A24.az olaraq cavablandırılması zəruri olan bəzi suallarımız var:

1. Qafqaz Müsəlmanları İdarəsi Kərbəlaya tur təşkil etdiyi halda, qurumun nümayəndəsi niyə başqa turla səfərə gedir?

2.“Salam tour” şirkəti ilə əlaqəsinin olmadığını dediyi halda bu şəxsin adıçəkilən şirkət üçün “o qədər də zəvvar aparmır”ını necə başa düşək?

3.İraq hökumətinin Azərbaycanda nümayəndəliyi yoxdurmu? Yoxdursa, “Salam Tour” onlara necə yardım edir?. azərbaycanlı hansı kriteriyalara görə seçilir.

4.Bu adamları kim və ya kimlər müəyyənləşdirir?

5.Bu adamlar Azərbaycanda həmin quruma və onlara bu şəraiti yaratdıqlarına görə necə təşəkkür edəcəklər?

6.Qafqaz Müsəlmanları İdarəsinin dini təhsili olmayan səlahiyyətlisi kimin adından ordakı sənədə imza atıb?

7.Niyə Türkiyədən və ya başqa ölkələrdən gedən insanlara deyil, məhz Azərbaycandan gedəcək 4000 insana sponsorluq edirlər?
Müğənni aparıcı haqda: "Oğlu yaşında oğlanla görüşür"Ötən gün "Maşın”ı tərk edən Günel Ələkbərova şounun digər iştirakçıları jurnalist Ülviyyə Alovlu və aparıcı Vüsalə Kərimova ilə aralarında yaranan mübahisədən bəhs edib.

"Ülviyyə Alovlu ilə yaxşı münasibətim var. Sadəcə, o, hamıya müdaxilə edir deyə, mən əsəbiləşib demişdim ki, səni çıxaracağam. Anons isə elə hazırlanmışdı ki, sanki bizim böyük davamız olub”, - deyə G.Ələkbərova Oxu.Az-a açıqlama verib.

"O xanıma gəlincə isə (Vüsalə Kərimovanı nəzərdə tutur), əslində, hər şey normal idi. Sadəcə, o, birdən-birə tərbiyəsizlik etdi. Qadına yaraşmayan ifadələr səsləndirdi. Bundan sonra şouda ya o, ya da mən qalmalı idim. Əslində, mən qadınlara demişdim ki, gəlin, bir-birimizə dəstək olaq, kişiləri uzaqlaşdıraq, onlar da mənimlə razılaşmışdılar. Lakin o xanımın bu cür davranışından sonra heç bir qadın həmrəyliyindən söhbət gedə bilməzdi. Onun psixoloji problemləri var. O, anormaldır. Televiziya işçisidir deyə, başımıza çıxmalı deyil ki?!

Mən artıq 4-cü dəfədir "Maşın”da iştirak edirəm. Ona görə oyunun gedişatını yaxşı bilirəm. O xanım deyirdi ki, mənim rəqibim Talıbdır. Səsverməyə çıxsam, onu çıxaracağam. Amma şouda qalsın deyə, birini masaj edir, o birinə bilmirəm nə edir ki, onun şəklini atmasınlar. Hətta onunla eyni televiziyada işləyən həmkarları da ona qarşıdırlar. Sən kimsən ki?! Oğlun yaşında oğlanla görüşürsən”,- deyə G.Ələkbərova söyləyib.
Türkiyədə dəhşət: Məktəbə silahlı basqın — Ölən və yaralananlar varİstanbulun Pendik rayonunda silahlı insident baş verib.

Liseyin qarşısına gələn şəxs əlindəki ov tüfəngindən məktəbdən çıxan şagirdlərə atəş açıb. Silahlı şəxs sonra isə biləyini kəsərək intihara cəhd edib. Hadisə nəticəsində xəsarət alan 3 tələbədən biri dünyasını dəyişib.

Hadisə Pendik rayonundakı liseydə baş verib. Naməlum şəxs qarşısına çıxan şagirdlərə atəş açıb. Biləyini kəsib intihara cəhd edən hücumçu təcili yardımla xəstəxanaya yerləşdirilib.

İddiaya görə 3 şagirdi vuran şəxs məktəbə girib intihara cəhd edib. Hücumçu saxlanılıb. Yaralanan şagirdlərdən biri dünyasını dəyişib.
olke.az
3 yaşlı oğlu ilə birlikdə itkin düşdü - FOTOSentyabrın 4-də Gəncə şəhər sakini, 30 yaşlı Xəyalə İlyas qızı Əliyeva 3 yaşlı oğlu Ruzigar Əliyevlə birgə yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, həmin qadının xarakterik əlamətləri belədir: boyu 156 santimetr, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır.

Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ və qara rənglərin qarışığı olan köynək və eyni rəngli çəkələk olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Gəncə şəhərinə 022-256-07-73, 022-266-33-
75 şəhər nömrələrinə, 055-331-24-24, 050-314-14-91 mobil nömrələrə zəng vuraraq məlumat vermələri xahiş olunur.
60 dəqiqə ərzində Rusiya məhv ediləcəkABŞ Müdafiə Naizrliyi (Pentaqon) ani qlobal zərbə komplekslərinin (Prompt Global Strike, PGS) yaradılmasına başlayıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov məlumat verib.

Onun sözlərinə görə, bu komplekslər ABŞ-ın hava hücumundan müdafiə sistemlərinin effektivliyini Rusiya və Çinin strateji nüvə güclərinin obyektlərinə zərbələrin vurulması zamanı əhəmiyyətli dərəcədə artırır. Yemelyanov vurğulayıb ki, ani qlobal zərbə vasitələrinin yaradılması Vaşinqtonun yaranmış güc balansını dağıtmaq və qlobal strateji hökmranlığı təmin etmək cəhdini təsdiq edir.

Daha əvvəl Rusiya Baş qərargahının Baş operativ idarəsinin rəisinin birinci müavini, general-leytenant Viktor Poznixir dəqiqləşdiririb ki, ani qlobal zərbə komplekslərinin birinci partiyasının Amerika Silahlı Qüvvələrinin arsenalına 2020-ci ildə daxil edilməsi planlaşdırılır. O həmçinin söyləyib ki, bu, dünyada qızğın silahlanmanı stimullaşdırır və başqa dövlətləri cavab hərbi-texniki addımları atmağa məcbur edəcək.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, PGS zərbə haqqında qərarın qəbul olunması anından 60 dəqiqə ərzində Yer kürəsində istənilən hədəfə zərbə vurmağa icazə verən qeyri-nüvə yüksək dəqiqlikli sistemlərdir. Belə komplekslərin hədəfləri ballistik raketlərin mobil və stasionar işəsalma qurğuları, nəzarət məntəqələri və nüvə obyektləridir. Hazırda PGS vasitələrinin üç tipi məlumdur.

Birinci tip yüksək dəqiqlikli qeyri-nüvə döyüş blokları ilə təchiz edilmiş adi qitələrarası ballistik raketlərdi. İkinci tip, strateji hipersəsli qanadlı raketlərdi. Nəhayət, üçüncü tipə kinetik silahlar adlandırılan və yüksək dəqiqliklə kosmik orbitdən atılarn raketlər daxildir. Kosmosdan atılan belə raket Yer kürəsinə çatanda ətrafa ekvivalenti 12 ton olan partlayış zamanı ayrılan miqdarda enerji yayır.

ABŞ tərəfindən zərbələrin endirilmə ehtimalını yüksək qiymətləndirən Rusiya müdafiə komplekslərinin, ilk növbədə raket hücumu haqqında erkən xəbərdarlıq sisteminin (SPRN) genişləndirilməsi istiqamətində işləri davam etdirir. Bundan başqa, S-500 universal hava hücumuna qarşı raket əleyhinə kompleksinin təkmilləşdirilməsi üzərində iş gedir.

S-500 təkcə istənilən hava hədəflərini məhv etməyi bacaran yeni nəsil silahlandırmasının növü deyil. Həm də dünyada analoqu olmayan antikosmik müdafiə kompleksidir. Bu kompleks ballistik və hipersəsli qanadlı raketləri, həmçinin, “Selt” texnologiyası üzrə hazırlanmış, yəni “gözəgörünməz” olan təyyarələri və pilotsuz uçan aparatları, hətta aşağı orbitlərdə işləyən kosmik peykləri də vurmaq gücünə sahibdir.

Nəhayət, Rusiyada perspektivli “Nudol” hava hücumundan müdafiə sistemin yaradılması üzərində işlər gedir.
40 yaşlı qadın itkin düşdüBakıda qadın itkin düşüb.

Lent.az xəbər verir ki, Binəqədi rayon Biləcəri qəsəbə sakini, 1977-ci il təvəllüdlü Nuruzadə İlahə Simon qızının itkin düşməsi ilə bağlı yaxınları polisə müraciət edib. Qadının xarakterik əlamətləri və fotosu polisə təqdim edilib.

Axtarış tədbirləri həyata keçirilir.
Sofiyaya 29 avroya gedə biləcəyikAzərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rumen Radev arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilib.

Uçuşlar 2018-ci il yanvarın 16-dan etibarən "Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçiriləcək.

"Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən bildirilib ki, Bolqarıstanın paytaxtı Azərbaycanın aşağıbüdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olacaq.

Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcək.