ABŞ-da gölün üzərindən əjdaha uçdu — ŞOK VİDEOABŞ səmasında uçan əjdaha lentə alınıb.

Hadisə Montana ştatında baş verib. Video görüntü sosial şəbəkə izləyicilərinin heyrətinə səbəb olub.

Video çarxı paranormal hadisələrin tədqiqatı ilə məşğul olan şəxs göndərib. Tədqiqatçı dron aparatı ilə göldə çəkiliş aparanda təsadüfən səmada uçan canlını görüb. Adını gizli saxlayan tədqiqatçı iddia edir ki, bu hər hansı bir quş yox, nəhəng canlı idi. Səmada uçan iri qanadları və tikanlı quyruğu olan əjdahaya daha çox oxşayır.
Videonu izləyənlərin bəzisi bunun əjdaha olduğunu, digərləri isə nəsli çoxdan kəsilmiş dinozavr növü olan pterodaktild olduğunu qeyd edib.


oxu.az
Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Marneulidəki Mədəniyyət Evində məşhur Borçalı aşığı, Türk dünyasının azman sənətkarı Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib.

Tədbir “Divani” ilə başlanıb. ZİM.az saytının Gürcüstan Bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə folklorşünas, Axstafa Regional və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “İncəgül Aşıqlar Ansamblı”nın rəhbəri Məhəmmədəli Məşədiyev açaraq dünya şöhrətli, Borçalının məşhur azman aşığı Kamandar Əfəndiyevin yaradıcılığı haqqında ətraflı məlumat verib. O, çıxışında Borçalı aşıq mühitinin Göyçə və Ağbaba klassik aşıq ənənələrini qoruyub saxlayan bir aşıq mühiti olduğunu və bu mühitdə Aşıq Kamandarın xüsusi yeri olduğunu bildirib: “Aşıq Kamandar görkəmli ustad sənətkar Aşıq Sadığın şəirdi olub və gənc ikən ustad adını qazanıb. Aşıq Kamandar yaradıcı aşıq olub. Ustad sənətkar həmçinin Borçalıda aşıq məktəbi yaradıb.”

Sonra tədbirdə Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev, Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı çıxış edərək Aşıq Kamandarın 85 illik yubileyinə həsr olunan konsert münasibətilə bütün aşıqsevərləri təbrik ediblər.

Çıxışçılar azərbaycanlıların kompakt yaşadığı bölgələrdə aşıq sənətinin inkşaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, Gürcüstanda aşıq sənəti yetərincə inkişaf etdirilmir.
Bildirilib ki, Gürcüstan hökuməti bölgədə aşıq sənətinin inkişaf etdirilməsinə çalışacaq.

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Tədbirdə Azərbaycandan gələn Axstafa Regional və Turizm İdarəsinin rəhbəri Ramiz Quliyev Heydər Əliyevin aşıq sənətinə göstərdiyi qayğı və diqqətindən danışıb. Onun yolunu davam etdirən İlham Əliyev isə bir çox aşıqlara fəxri adlar verdiyini bildirib. O, Azərbaycanda aşıqların yaradıcılığına aid Beynəlxalq Aşıq Festivalı keçirildiyini bildirib.

Tədbirdə Borçalı və Qazax aşıqları Aşıq Kamandarın bəstələdiyi aşıq mahnılarını ifa ediblər. Yubiley tədbirində “İncəgülü Aşıqlar Ansamblı”nın üzvlərindən Aşıq Rövşən, Aşıq Samir Cəlaloğlu, Aşıq Şaiq İncəli, Aşıq Avdı, Borçalı aşıqlarından Aşıq Həvəskar, Aşıq Telli Borçalı, Aşıq Ramin Qarayev, Aşıq Kamandar Lətifoğlu, Aşıq Əfqan Şamilov, gənc Aşıq Məsim Rəcəbov bir-birindən gözəl aşıq mahnıları ifa ediblər.

Aşıq Ramin Qarayev, Aşıq Avdı və Aşıq Şaiq İncəli Aşıq Kamandarın bəstələdiyi “Atatürküm” və “Fəxri” mahnılarını ifa ediblər.

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konsert keçirilib Tədbirdə ustad sənətkar Aşıq Kamandarın oğlu Əflatun Əfəndiyev atasının 85 illik yubileyinə həsr olunan konsertin təşkilatçıları olan Azərbaycanın Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinə, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevə, “Salam Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Maya Rəcəbovaya və yubiley tədbirinə gələn qonaqlara, Marneuli rayon icra hakimiyyəti rəsmilərinə və digər şəxslərə minnətdarlığını bildirib.

Yubiley tədbirinə həsr olunan konsert müxəmməslə başa çatıb.

Qeyd edək ki, Aşıq Kamandar Əfəndiyev Gürcüstanın “Şərəf” ordeninə layiq görülüb.
Milli Ordumuzun ilk hərbi hissəsinin yaradılmasının 26-cı ildönümü qeyd edilibOktyabrın 9-u Milli Ordumuzun müasir hərb tarixinə şərəfli səhifələr yazan 701 saylı ilk hərbi hissənin yaradıldığı gündür....

Hərbi hissənin təsis edilməsinin 26-cı ildönümü münasibətilə 701 saylı hərbi hissənin Müharibə Veteranları Şurasının üzvləri, hərbi hissənin keçmiş döyüşçüləri, veteranlar oktyabrın 9-da Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları İctimai Birliyində keçirilən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra 701 saylı hərbi hissənin sabiq komandiri, hərbi hissənin Müharibə Veteranları Şurasının sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “701 saylı hərbi hissənin yaranma tarixindən” mövzusunda məruzə ilə çıxış edib.

O, hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə formalaşan ilk hərbi birləşmə - 701 saylı hərbi hissə 1991-ci il oktyabrın 9-da Şıx qəsəbəsində sovet ordusuna məxsus 18110 saylı hərbi hissənin əsasında yaradılıb və Qarabağda döyüşlərə başlayıb. Hərbi hissənin əsas özəyini vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunları təşkil edib. Sonralar müdafiə nazirinin əmri ilə 18110 saylı hərbi hissə 701 saylı briqada adlandırılıb. Briqada Şuşa rayonunun kəndlərinin, Ağdərənin, Kərkicahanın, Tərtərin, Xocalının, Kəlbəcərin müdafiəsi uğrunda döyüşlərdə, Daşaltı əməliyyatında, Füzuli və Murovdağ istiqamətindəki hücum əməliyyatlarında iştirak edib. Briqada Laçın və Kəlbəcər rayonlarında gedən ağır döyüşlərdə itkilər verməsinə baxmayaraq, yüksək əzmkarlıq və rəşadət göstərib. Ümumiyyətlə, briqada Qarabağ müharibəsində ən gərgin nöqtələrdə vuruşaraq düşmənə qarşı igidliklə mübarizə aparıb.

Diqqətə çatdırılıb ki, briqada Laçın və Kəlbəcər rayonlarının müdafiəsi zamanı dağlıq ərazilərdə mövqe döyüşləri apararaq iki ay müvəffəqiyyətlə müdafiə olunub, dinc sakinlərin təxliyə edilməsinə şərait yaradıb.

Qeyd edilib ki, çoxlu sayda şəhid verən briqadanın şəxsi heyəti müxtəlif fəxri adlar və mükafatlarla təltif olunub. Belə ki, 4 nəfər “Azərbaycan Milli Qəhrəmanı” adına və 11 nəfər “Azərbaycan Bayrağı” ordeninə, 18 nəfər isə “İgidliyə görə” medallarına layiq görülüb.

701 saylı hərbi hissənin tərbiyəvi işlər üzrə müavini, ehtiyatda olan polkovnk-leytenant İntiqam Mirzəyev, ehtiyatda olan polkovnik-leytenant Qurban Qurbanov, hərbi hissənin digər zabit və əsgərləri çıxışlarında işğal olunmuş torpaqlarımızı erməni tapdağından azad etmək üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrini yerinə yetirməyə hər an hazır olduqlarını bildiriblər. Çıxışlarda briqadanın keçdiyi döyüş yolundan söhbət açılıb, hərbçilərimizin göstərdikləri qəhrəmanlıq və şücaətlərin gənclər arasında təbliği, onların hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, 701 saylı briqadanın şəxsi heyəti əsgərdən tutmuş yüksək rütbəli zabitə kimi Vətən borcunu mətanətlə, vicdanla yerinə yetiriblər.
“Azercell” və “NLT Telekom”-dan tanınmış jurnalistə qarşı — BİABIRÇILIQAzərbaycanda mobil telefon və aksessuarlarının satışı ilə tanınan “NLT Telekom” dükanlar şəbəkəsinin müştəriləri aldatması faktı üzə çıxıb.

Bu dəfə “NLT Telekom” Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri, tanınmış idman jurnalisti Pərviz Musayevi aldadaraq, ona işlənmiş telefonu “yeni” adı ilə satıb.

Məsələ ilə bağlı Pərviz Musayev də sosial şəbəkə vasitəsilə ictimaiyyətə müraciət edərək, “NLT Telekom” tərəfindən aldadıldığını və böyük məbləğdə ziyana düşdüyünü bildirib:

“Dostlar, bu məsələnin mətbuat vasitəsilə ictimailəşdirilməsində köməklik göstərməyinizi xahiş edirəm! Bu ilin yanvar ayında “NLT Telekom” dükanlar şəbəkəsinin Fəvvarələr Meydanı, 6 ünvanında yerləşən 2 saylı satış mağazasından şəxsi istifadəm üçün 1299 AZN-ə 64 GB tutuma malik “iPhone 6S” smartfonu almışam. İki gün öncə, oktyabrın 10-da telefonun şəbəkəsində yaranmış problemlərlə əlaqədar Azercell Müştəri Xidmətlərinə müraciət etdim və onlar problemin sırf telefondan qaynaqlandığını bildirdilər. Bu zaman telefonu aldığım “NLT Telekom 2” dükanına yollandım. Telefonun İMEİ kodu yoxladıqdan sonra dükanın meneceri olan Elçin adlı şəxsdən aldığım cavab məni şoka saldı: “Sizin telefon kredit borcuna görə bloklanıb”.

Ona telefonu nağd pulla məhz bu dükandan aldığımı dedikdə isə məsələni bu cür izah etdi - mənim onlardan aldığım smartfon Azercell şirkətinin “kampaniya” telefonu olub. (https://www.azercell.com/az/news/show/612/) Yəni hər hansı bir fiziki şəxs Azercell-dən kredit xətti ilə yeni telefon alıb, sonra isə həmin telefonu qutusunu açmadan satıb və “zəncirvari” proseslə bu telefon “NLT Telekom”a gəlib çıxıb və oradan da mənə satılıb. Öz növbəsində Azercell şirkəti də həmin telefonun aylıq kreditinin ödənməməsi səbəbindən smartfonu “bloklayıb”. Azercell Müştəri Xidmətlərinə bu məsələ ilə bağlı müraciətimə cavab olaraq bildirildi ki, telefon yalnız kredit borcunun bağlanacağı təqdirdə “blok”dan çıxarıla bilər”.
Jurnalist bundan öncə də özü və ailə üzvləri üçün bütün telefonları məhz “NLT Telekom”dan aldığını söyləyib:

“Heç vaxt bu cür problemlərlə qarşılaşmamışam. Yeri gəlmişkən, son telefonu alanda tələb etsəm də, mənə zəmanət kartı təqdim olunmayıb. “NTL Telekom 2”nin təmsilçisi Elçin bəyə telefonu məhz onlardan aldığımı əsas gətirməklə yaranmış problemə görə də onların məsuliyyət daşıdığını bildirdim. O isə məni smartfonun Azercell-in “kampaniya telefonu” olduğunu bilmədiyini, onu Rza adlı distribütordan aldığını və bloklanmanın da məhz Azercell tərəfindən həyata keçirildiyinə inandırmağa çalışdı. Vəziyyətdən çıxış yolu kimi mənə sərf etməyən 3 variant təklif olundu – ya telefonun “plata”sı dükanın hesabına dəyişdirilsin, ya bunun yerinə mənə eyni modeldən olan işlənmiş başqa telefon verilsin, ya da 1299 AZN-ə aldığım telefonu ona 550 AZN-ə satıb üstünə əlavə pul qoymaqla məhz onlardan başqa telefon alım.

Təbii ki, onun bu təkliflərindən imtina edərək mənə dəyən maddi zərərin əsas səbəbkarı kimi məhz “NLT Telekom”un məsuliyyət daşıdığını bildirdim və məsələnin hüququ çərçivədə həll olunması üçün aidiyyatı orqanlara müraciət edəcəyimi dedim. Qarşı tərəfin isə müxtəlif qeyri-qanuni yollarla onların dükanına gəlib çıxan və müştərilərə satılan problemli telefonlara görə bir daha heç bir məsuliyyət daşımadıqlarını bildirdiyi üçün Daxili İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi şəkildə müraciət ünvanlamaq qərarına gəldim. Ümid edirəm ki, baş vermiş hadisə ilə bağlı ən qısa zamanda lazımi ölçü götürüləcək”.

Xatırladaq ki, son vaxtlar “NLT Telekom”-un fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olan şikayətlərin sayı artıb.

Bakıda baş redaktorun maşınını yararsız hala saldılar - FOTO10 oktyabr 2017–ci il tarixdə saat 17-00 radələrində, Naxçıvani küçəsində “42-ci paralel” jurnalının baş redaktoru Mehriban Məmmədzadənin şəxsi avtomobilinə qəsdən ciddi ziyan vurulub.

BiG.AZ xəbər verir ki, avtomobilin sol qabaq və arxa şinləri kəsici alətlərlə doğranaraq istifadəyə yararsız hala salınıb. Mehriban xanımın sözlərinə görə, o, maşını saxlayıb gedib, bir saatdan sonra gəlbi ki, maşın şinləri doğranmış vəziyyətdədir. Jurnalist dərhal 102 xidmətinə müraciət edib. Bir qədər sonra isə Bakı şəhərinin 5-si polis bölməsindən təhqiqatçı Elvin Bəşirov xanım jurnalistdən ifadə alıb. Amma məsələ burasındadır ki, maşın dayanan ərazidə yerləşən nəzarət kameralarının lentləri dərhal aydınlaşdırılmır ki, dələduzlar isti izlərlə aşkarlana bilsin.

Məmmədzadənin sözlərinə görə, həmin ərazidə artıq bir neçə maşının şini bu şəkildə doğranaraq yararsız hala düşüb. Lakin indiyə kimi rolis həmin hadisələrdən heç birinin üstunü aça bilməyib. Xanım jurnalist ona görə narahatdır ki, onun maşınına zərər vuranları da tapa bilməzlər. Jurnalistin dediyinə görə maşının şinlərinin biri 700 manatadır, ona 1400 manat zərər dəyib.
İnanırıq ki, rolis tezliklə Mehriban xanıma zərər vuran dələduzları yaxalayasaq.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun mövqeyini öyrənməyə çalışsaq da zənglərimizə cavab verməyib.
Dünyadakı azərbaycanlılar Nazim İbrahimovdan narazıdır - SORĞUUkrayna Azərbaycanlılarının Birləşmiş Diasporu bir neçə gündür, dünyada yaşayan azərbaycanlılara müraciət edərək "Siz Diasporla İş üzrə Dövlət Komitəsinin işindən razısınızmı?” adlı sorğu keçirir.

http://aze.in.ua/ saytında yerləşdirilən sorğunun hazırkı gedişi barədə məlumat yayan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Dünya Azərbaycanlıları Beynəlxalq Koordinasiya Mərkəzinin sədri Hikmət Cavadov bildirib ki, indiki nəticələr gözlənilən olsa da, onu sevindirməyib: "Axı kor nə istər ki? Əfsuslar olsun ki, reallıq budur, əziz diasporumuz!”

Qeyd edək ki, bu günədək sorğuda iştirak edən 1405 nəfərin 71-i (5 faiz) komitənin fəaliyyətindən razıdır. Sorğu iştirakçılarının 746 nəfəri (53 faiz) razı qalmadığına, 588 (42 faiz) nəfər isə komitənin bağlanmasına səs verib.

H.Cavadov sorğunun nəticələrinə əsasən bəyanat yayacaqlarını bildirib: "Ürəyimiz Azərbaycanla döyünür! Dövlətimiz üçün canımız fəda olsun!”
Dünyadakı azərbaycanlılar Nazim İbrahimovdan narazıdır - SORĞU
“Azərsu” məşhur xəstəxananın suyunu kəsdi - Borca görəM.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (Eksperimental xəstəxana) bir neçə gündür, su gəlmir.

Medicina.az xəbər verir ki, bu barədə vəkil Aslan İsmayılov məlumat verib. O bildirib ki, xəstəxanaya gün ərzində 2 dəfə 30 dəqiqə su verilir, günün qalan saatlarında isə su olmur. Buna səbəb kimi xəstəxananın suya külli miqdarda borcu olduğu göstərilir.

Medicina.az məsələ ilə bağlı ətraflı məlumat almaq üçün xəxtəxana ilə əlaqə saxlayıb. Xəstəxananın təsərrüfat məsələləri üzrə məsul şəxsi Əmir müəllim faktı təsdiqləyib, lakin ətraflı məlumat verməyib: "Sizin və ya kimin nəyinə gərəkdir ki, burada su gəlir ya yox? Borca görə 1-2 günlük problem yaranmışdı, borc ödəndikdən sonra suyun verilişi bərpa olunub”.
Salyanda tələbə oğlan mesaj yazıb özünü öldürdüSalyan rayonunda intihar hadisəsi baş verib.

Lent.az-a istinadən xəbər verir ki, özünü asaraq, intihar edən 21 yaşlı Əsədov Emin Mehman oğlu Rusiya universitetlərindən birində qiyabi təhsil alırmış.

O, atasına məxsus olan karyerdə ona kömək edirmiş.
Bildirilir ki, hadisədən əvvəl 21 yaşlı Eminlə atası arasında hələlik dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb. O, atasına mesaj olaraq "Ata, mən getdim" sözlərini yazıb. Bundan sonra yaşadığı evdə özünü asan gəncin meyitini anası aşkarlayıb.

Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
ABŞ-la Rusiyanın Şərqi Avropada maraqları kəskinləşir - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

ABŞ yenidən Latviyada Rusiya ilə sərhəddə diviziya yerləşdirilib. ABŞ-la Rusiyanın Şərqi Avropada getdikcə maraqları kəskinləşir. Görünür, Latviya, Rusiya tərəfindən real hərbi təhlükə görür ki, ABŞ-ın hərbi diviziyasını Rusiya ilə sərhəddə yerləşdirməsinə şərait yaradıb.

Rusiya tərəfindən Krımın anneksiyası, Şərqi Ukraynada separtizmi alovlandırması, hibrid müharibə taktikası, Gürcüstanda davam edən işğal, Baltikyanı ölkələr üçün çox ciddi təhdid yaradıb.

Rusiyanın Belarusda "Qərb-2017" hərbi-taktiki təlimləri məhz Şərqi Avropanın ildırımsürətli işğalı ssenarisi ilə keçirilirdi. Bu təlimlərdən sonra Polşa və Latviyamın təhlükəsizlik qayğıları ciddiləşib, rəsmi Kremlin Ukrayna olduğu kimi qəzəbinə tuş gəlməklərindən əndişə keçirirlər. Rusiyanın siyasətinin sağı və solu bilinmir. Gərginləşmək üzrə gedən Qərblə münasibətlər sistemi dərin çat verib. Bu situasiyada Rusiyanın Latviyada yaşayan etnik rusları müdafiə adı ilə hibrid müharibə taktikasını həyata keçirmək, daima öz aktuallığını saxlayır. Şərqi Avropada Rusiyanın real hərbi təhlükəsi qalmaqdadır