Tatamidə QALMAQAL - Ana uduzan oğlunu döydü - VİDEORusiyanın Novqorod vilayətinin Boroviçi şəhərində uşaqlar arasında keçirilən cüdo yarışlarında qalmaqal baş verib.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, yarışda uduzan uşaqlardan biri anası tərəfindən döyülüb.

“Uşaq qalib gəlirdi və sonra son saniyələrdə təmiz fəndlə uduzdu. Məğlubiyyətə dözməyərək orta barmağını hakimə göstərdi. Bunu görən anası onun dərsini vermək qərarına gəldi”, - cüdo üzrə məşqçi Viktoriya Çistyakova deyib.

“Böyük Novqorod” portalının məlumatına görə, qadını oğlunun uduzması deyil, idmançıya yaraşmayan davranışı özündən çıxarıb.

İstintaq Komitəsinin Novqorod üzrə idarəsi hadisə üzrə araşdırma aparır.
Salyanda 21 yaşlı oğlan intihar edibBu gün günorta saatlarında Salyan rayonunun Xıdırlı kəndində intihar hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 21 yaşlı kənd sakini Əsədov Emin Məhərrəm oğlu özünü həyətlərindəki tövlədə asaraq intihar edib. Hələlik intiharın hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.
"AŞPA növbəti dəfə ölkəmizə qarşı ədalətsiz mövqeyini nümayiş etdirdi""Hesab edirəm ki, AŞPA müəyyən maraqlı anti-Azərbaycan dairələrin subyektiv mülahizələri əsasında hazırlanmış və xüsusi məqsəd daşıyan bu sənədləri qəbul etməklə, növbəti dəfə ölkəmizə qarşı öz qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün AŞPA-da Azərbaycana dair qəbul olunmuş sənədlərə münasibət bildirərkən deyib.

"Məlumdur ki, Azərbaycan bu quruma üzv olduğu dövrdən keçən müddət ərzində ardıcıl şəkildə müəyyən lobbi qrupların və xüsusilə də erməni təəssübkeşlərinin təzyiqi ilə üzləşib. Cənab Torbyorn Yaqland baş katib olduğu dövrdə isə bu təzyiqlər daha da artıb və kəskinləşib. Bu da onun Azərbaycana qarşı xüsusi neqativ münasibətindən irəli gələn məsələdir.

Açıq aydın hiss olunur ki, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən Azərbaycanın AŞPA-da fəallığı bir çoxlarına sərf etmir. Əks təqdirdə parlamentarilər daha çox islamofobiya, ksenofobiya, irqi və dini ayrı-seçkiliyin başa alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının artdığı Avropanın gələcəyi barədə düşünər və bu problemlərin aradan qaldırılması yollarını axtarardılar. O cümlədən İnsan Haqları üzrə Avropa Məhkəməsinin 10 minə yaxın qərarının icra olunmamasından narahatlıqlarını ifadə edərdilər. Krım məsələsinə görə Rusiyaya sanksiya tətbiq olunduğu halda, nəyə görə 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan barədə ölçü götürülməməsi məsələsini qaldırardılar və Avropanın fundamental dəyərlərinə bu dərəcədə açıq hörmətsizlik nümayiş etdirməzdilər", - deyə Ə. Həsənov qeyd edib.

Prezidentin köməkçisinin sözlərinə görə, bu gün demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərir ki, AŞPA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib və konkret sifariş yerinə yetirir: "Əlbəttə bu kimi əsassız sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycan müstəqil, güclü dövlətdir, daxili və xarici siyasət prioritetləri var və bundan sonra da öz yolu ilə irəliləmkdə davam edəcək.

Subyektiv mülahizələrə əsaslanan bu tipli qərəzli sənədlərin qəbul edilməsi, təzyiq cəhdlərinin artması Azərbaycanı Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur edir".

Qeyd edək ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assmbleyasında həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub.
Balaca qızını zəhərləyən anadan ŞOK etirafQusarda 5 yaşlı qızını zəhərləyib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın ibtidai istintaqa verdiyi ifadə məlum olub.

APA xəbər verir ki, Saypullayeva Gülnarə Qurbanovna elan olunmuş ittihamla özünü tam təqsirli bilərək, ifadəsində göstərib ki, o, Qusar rayonunun Hil kəndində Rafiq adlı şəxsə məxsus fermada rəsmi nikahda olmadığı Bəxtiyar Ömərovla birlikdə yaşayıb. Evlilik münasibətlərindən 2012-ci ildə Luiza adlı qızı dünyaya gəlib. O deyib ki, B.Ömərovla və qızı Luiza ilə normal münasibətləri olub.

G.Saypullayeva baş vermiş hadisə ilə bağlı danışaraq qeyd edib ki, uzun müddət müxtəlif şəxslərə məxsus evlərdə, fermalarda işləyərək orda yaşayıb. Bu hal, yəni sərbəst həyat keçirməməyi onu çox sıxıb, anasıgilə gedərək, orda yaşamaq istəyib, lakin qızı Luizanın varlığı buna imkan verməyib, Luizailə birlikdə anasıgilə gedərsə, onu qəbul etməyəcəklərini düşünüb. Qadın ifadəsində bildirib ki, əvvəllər Bəxtiyardan küsərək anasıgilə gedəndə, anası ona hər zaman evə gəlməməyi, valideynlik məsuliyyəti, öhdəliklərdən azad olmasını istəyib. Buna görə Gülnarə valideynlərinin yanına gedərək, sərbəst həyat yaşamaq üçün bu il iyunun 14-də səhər yuxudan qalxandan sonra qızı Luizanı öldürmək qərarına gəldiyini açıqlayıb.

O elə həmin gün yaşadığı evdə üzərinə "Neosidol” yazılan ampulada olan qatqını və digər qabda olan məhlulu südə qarışdırdığını, həyətdə Luizaya içirdiyini deyib. Təqsirləndirilən qadın bildirib ki, həmin vaxt Luiza ondan "ana, bu süddən dərman iyi gəlir, bu dərmandırmı?", - deyə soruşsa da, südü ona içirib və evdə olan ağ rəngli bərkimiş dərman maddəsini xörək qaşığı ilə Luizanın ağzına qoyaraq uddurub.

Gülnarə Saypullayeva deyib ki, bundan sonra Luiza həyətə oynamağa gedib və təxminən yarım saatdan sonra uşaq onun yanına gələrək qarnının ağrıdığını bildirib, bu zaman Luizanın ağzından köpük gəlib. Luizanı çarpayıya uzadaraq, onun ağzını silib, sonra həyətə çıxıb orda özündən başqa kiminsə olub-olmadığına baxıb. Luizanın yanına qayıdaraq, onun xırıldadığını eşidib və ona yazığı gəldiyi üçün qışqıraraq, adamları köməyə çağırıb. Səsə gələn əri Bəxtiyar nə olduğunu soruşub, o isə heç nə bilmədiyini deyib. Sonra uşağı ferma sahibinin avtomobili ilə xəstəxanaya aparıblar. Xəstəxanaya çatanadək uşaq yolda vəfat edib.

Prokurorluq əməkdaşları xəstəxanada hadisənin necə baş verdiyini soruşduqda G. Saypullayeva bu barədə heç nə deməyib. Hadisədən 6 gün sonra yəni, iyununun 20-də G. Saypullayeva qızı Luizanı zəhərləyərək qəsdən öldürdüyünü əri Bəxtiyara etiraf edib.

İfadədən məlum olub ki, G. Saypullayeva təxminən bir il əvvəl də qızını öldürmək niyyətində olub, bunun üçün müxtəlif dərmanları qarışdıraraq qızına içirtmək istəsə də, ona yazığı gəlib və fikrindən daşınıb.

Qeyd edək ki, G. Saypullayevanın cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın icraatında araşdırılır.
Sarkisyan prezidentlərin görüşündə yatdı - VİDEOErmənistan prezidenti Serj Sarkisyan Rusiyanın Soçi şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında diqqətləri özünə çəkib.

Diqqətçəkən məqam Sarkisyanın çıxışı yox, yuxuya getməsi olub.

Belə ki, Tacikistan prezidenti İmaməli Rahmon çıxış edən zamanı Sarkisyanın yatması gözdən yayınmayıb. Görüşü işıqlandıran operator Sarkisyanın yatmasını ümumi planda efirə verib.

Azvision.az xatırladır ki, bu, Sarkisyanın rəsmi iclaslarda yatması ilə bağlı ilk hal deyil. Belə ki, Belarusun paytaxtı Minskdə MDB Dövlət başçıları Şurasının Sammitində və ATƏT-in iclasında da erməni prezident yatması ilə gündəmə gəlib.
Ruh məktəb dəhlizində qarışıqlıq yaratdı – Direktor heyrət içində... - VİDEOİrlandiyada köhnə məktəbdə ruhun dəhlizdə qarışıqlıq yaratması kameralara tuş gəlib.

Publika.az bildirir ki, bu haqda Global News TV məlumat yayıb.

Bir neçə gün əvvəl məktəbin dəhlizində çırpılan qapıların uca səsləri, mebelin “özbaşına” hərəkət etməsi hamını heyrətləndirib. Hadisənin gunahkarı kimi ruh göstərilir, çünki daha əvvəllər də burada paranormal hadisələrin şahidi olublar. Amma son hadisənin məhz kameralara tuş gəlməsi diqqəti cəlb edib və nüfuzlu medianın gündəminə gəlib.

Videodan göründüyü kimi, gecə gurultu ilə qapılar açılır və bağlanır, şkaflar tərpədilir, şagirdlərin şəxsi əşyaları səpələnir və hətta döşəmədəki lövhəcik dağıdılır.

“Bizə bildirdilər ki, məktəbdə hərəkət tənzimçiləri işə düşüb, oğruların girməsindən şübhələnərək biz, aydınlaşdırmaq üçün dərhal məktəbə gəldik və hər şeyin dağınıq olduğunu gördük. Kameralara baxış keçirərkən isə gözlərimizə inanmadıq...”, - orta məktəbin direktoru Kevin Barri mətbuata bildirib.

Direktor həmçinin qeyd edib ki, məktəbin binası çox köhnədir və burada insanlar tez-tez qəribə səslər eşidirlər.
Rəşad Sadıqov qəza törətdi“Qarabağ”ın kapitanı Rəşad Sadıqov avtomobili ilə qəza törədib.

Yeniçağ.az-ın xəbərinə görə, hadisə bu gün baş verib.

Ağdam klubunun U-19 komandasına da rəhbərlik edən Sadıqov, “Neftçi” ilə oyundan qayıdarkən qəza törədib. O, idarəetməni itirərək yolun kənarındakı maneə dirəyinə çırpılıb. Qəza zamanı təcrübəli müdafiəçinin “Renc Rover” markalı maşını əzilsə də, xoşbəxtlikdən özünə bir şey olmayıb.

Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Məlumatı Ağdam klubundan da təsdiqləyiblər.
Avtomobil kanala aşdı - Şagirdlər yaralandı + YenilənibLənkəranda baş verən avtoqəzada xəsarət alanların kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, ”Lada Priora” markalı avtomaşının kanala aşması nəticəsində Lənkəran şəhər sakinləri 2001-ci il təvəllüdlü Rəsul Quliyev, Elsevən Baxışzadə, Rauf Məmmədli və Rəşadİbadzadə xəsarət alıb.

Onlar Lənkəran şəhər 6 saylı məktəb-liseyin şagirdləridir.

Həkimlər onların vəziyyətinin yaxşı olduğunu və ambulator müalicəyə göndəriləcəklərini deyiblər.

Faktla bağlı araşdırma aparılır.

***

16:05

Lənkəranda avtomobil kanala aşıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranın Aşağı Nüvədi kəndi ərazisində hələlik kimliyi məlum olmayan sürücü idarəetməni itirərib və nəticədə avtomobil kanala aşıb. Avtomobildə olan 3 nəfər xəsarət alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.
17 yaşlı qızın özünü qayadan atmasında atalığı günahlandırılır - “Nuranə görəndə ki, ögey atası.."Gənc qızın intiharı ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Gədəzeyxur kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, 17 yaşlı Nuranə Atluxanovanın intiharında bir başa atalığı günahlandırılır. Onlar iddia edir ki, Nuranə atasının dediyi şəxslə ailə qurmamaq üçün sevdiyi oğlanla birgə evdən qaçıb. "Atası bundan xəbər tutan kimi onların ardınca düşüb. Onun məqsədi qızı evə qaytarmaq, özünün dediyi şəxslə evləndirmək olub. Nuranə görəndə ki, atalığı onlara çatıb, ələ keçməmək üçün çıxış yolunu intiharda görüb. O, özünü qayadan atıb. Atalığı qızın intiharında təqsirli bilinməmək üçün kənddə şayiələr yayıb. Guya qızı qaçırıblar və həmin adamlar onu qayadan atıb”.

Qeyd edək ki, Qusarda intihar faktı qeydə alınıb. 2000-ci il təvəllüdlü Atluxanova Nuranə Mahir qızı özünü qayadan ataraq intihar edib.