Azərbaycanlı qadın ögey oğlu tərəfindən zorlandıTürkiyədə yaşayan azərbaycanlı qadın ögey oğlu tərəfindən zorlanıb.

Bu barədə qadın hüquq-mühafizə orqanlarına şikayət edib.

Hadisə Kayseri şəhərində qeydə alınıb. Kayseridə yaşayan 41 yaşlı azərbaycanlı Gülər M. ögey oğlu Ertuğrul E. tərəfindən zorlanıb. Şikayət əsasında polis Ertuğrulu saxlayıb.

Qadının şikayəti əsasında ilkin məhkəmə keçirilib. Məhkəmədə qadının şikayəti, hadisənin baş verməsi barədə maddi sübutlar və Ertuğrulun etiraflarından sonra son qərar verilib. Məhkəmənin qərarı ilə Ertuğrul E. Zorlamada günahkar bilinərək həbs edilib.
olke.z
Kəmaləddin Heydərovun biznes imperiyası Fərhad Əliyevin nəzarətinə keçir — SENSASİON XƏBƏR2005-ci il oktyabrın 19-da, o vaxtkı parlament seçkiləri ərəfəsində həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Azərbaycanda iş adamı kimi yenidən fəaliyyətə başladığı haqqında xəbərlər var. Bu barədə bəzi KİV-lər də bir müddət öncə məlumat yaymışdılar.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən, 14 oktyabr 2013-cü il tarixində isə prezidentin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunan eks-nazir həbsdən çıxandan sonra İngiltərəyə, ardınca da Türkiyəyə getmişdi.

Fərhad Əliyevin artıq Azərbaycanda iş adamı kimə fəaliyyət göstərdiyi bildirilir.

"Modern.az" saytı sabiq nazirlə bağlı məlumat almaq üçün öncə həbsdə olan zaman onun hüquqlarının müdafiə komitəsinin sədri olmuş sabiq deputat, tarixçi professor Cəmil Həsənli ilə əlaqə saxlayıb.

C.Həsənli sayta bildirib ki, uzun vaxdır ki, Əliyev qardaşları ilə əlaqəsi yoxdur. Ona görə də onlar barədə tam məlumatsızdır.
Fərhad Əliyevlə bağlı sayt digər maraqlı bilgilər əldə edib.Məlumata görə, onun biznes əlaqələri Türkiyədə dövlət rəhbərliyinə qədər uzanır.

Sabiq nazirin Azərbaycanda da biznes işinə başladığı qeyd edilir. “Ölkə.Az” saytının yaydığı məlumatda da qeyd olunduğu kimi Sumqayıt Texnologiyalar Parkının da bilavasitə onun iştirakı ilə qurulduğu söylənilir.

Aldığımız məlumatlarda son zamanlar Fərhad Əliyevın Azərbaycanda bir sıra iri işlərə rəhbərlik etdiyi vurğulanır.
Hətta qeyd edilir ki, Fərhad Əliyev özünün günahsız həbs olduğunu və ona vaxtilə “müharibə açmış” şəxslərin yalanlarını yüksək dairələrdə sübut edə bilib. Elə bu səbəbdən də ölkədə bir holdinqin onun nəzarətinə keçəcəyi də deyilir.

“Ölkə.Az” saytının mötəbər mənbələrdən əldə etdiyi məlumata görə bu holdinq Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə biznesi olduğu qeyd edilən “Gilan Holdinq”dir.

Xatırladaq ki, Fərhad Əliyev 2005-ci ildə qardaşı Rafiq Əliyevlə birlikdə tutulmuşdu. O və 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyev 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb
Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam"Son günlər 10-cu sinif rus bölməsi üçün istifadəyə verilən “Ümumi Tarix” dərsliyindəki xəritə qalmaqala səbəb olub. Mətbuat və sosial şəbəkədə bu barədə xeyli müzakirələr aparıldı. Təhsil Nazirliyi müraciəti edən şəxsə təşəkkür edib, dərsliklərin məktəbdən yığışdırıldığını açıqlasa da, müzakirələr davam edir.

Həmin müzakirələr zamanı yaranan suallara son qoymaq, problemin haradan qaynaqlandığını öyrənmək məqsədilə dərslik müəlliflərindən olan Kamran Əsədov Publika.az-ın suallarını cavablandırıb:

- Kamran müəllim, həmin xəritə “Böyük Ermənistan”dır?

- 10-cu sinif rus bölməsi “Ümumi Tarix” dərsliyinin 32-ci səhifəsində Roma imperiyasının xəritəsi qeyd olunub. Xəritənin şəkli konteksdən çıxarılaraq yayılıb. Yayılan xəritə yalnız "Armeniya" yazılmış hissədir. Bu xəritə dünya tarixində də var. Uğursuzluq odur ki, “Böyük Ermənistan” adlandırılan qondarma dövlətin ərazilərinin sərhədləri dənizdən-dənizə, yəni Xəzərdən Ağ dənizə qədərdir. Həmin xəritədə məqsəd “Böyük Ermənistan” idisə, sərhədlər Ağ dənizə qədər gəlib çıxmalı idi. Nə kitabda, nə də xəritədə “Böyük Ermənistan” ifadəsi işlədilməyib. Xəritədə Roma imperatoru Trayan Adrianın dövründə Romaya tabe edilmiş ərazilər göstərilib. Romalılar e.ə 66-65-ci illərdə Albaniyanı məğlub edib, özlərinə tabe etdilər, e.ə 20-ci ildə Atropatenada hakimiyyətə Romapərəst hökmdar gətirdilər. Bu ərazilər Romaya tabe olmuşdu. Həmin xəritə hazırda istifadə edilən 6-cı sinif “Ümumi Tarix” dərsliyində də (səh.106-107) olduğu kimi verilib. Orada da Roma İmperiyasından asılı olan ərazilər göstərilib. Sadəcə, rus bölməsində Van gölünün yuxarısında Armeniya yazılıb, ancaq bu da erməni dövləti deyil.

- O zaman həmin ərazidə göstərilən hissə erməni çarlığının ərazisidirmi?

- Oradakı ərazi erməni çarlığı deyil, Ərməni vilayətidir. Onun indiki Ermənistanla heç bir əlaqəsi yoxdur. Bu vilayət e.ə II əsrdən, eramızın II əsrinə qədər Romaya tabe olmuş vilayətdir. Ermənilər Qafqazda deyil, Şərqi Anadoluda - Urmiya gölünün ətrafında kiçik bir çarlıq qurublar. Armeniya vilayəti Şərqi Anadoluda mövcud olmuş kiçik erməni çarlığıdır. 7-ci sinif “Azərbaycan tarixi”, VII cildlik Azərbaycan Tarixi kitabının I cildində 359-cu ildə Amid, 371-ci ildə Dzirav döyüşlərində ermənilərin Roma ilə müttəfiq kimi iştirak etməsi yazılıb. 387-ci ildə isə erməni çarlığının Sasanilərlə Romalılar arasında bölüşdürülməsi yazılır. Həmin bölüşdürülən çarlıq da xəritədə qeyd olunan yerdə idi. Burada “Böyük Ermənistan” xəritəsi yazılmayıb, xəritə Romanın ərazilərini təsvir edir. Xəritənin altında şərh hissəsində, “Romaya tabe dövlətlər və əyalətlər” yazılıb. Bu o deməkdir ki, həmin ərazilər Romadan asılı olub. Kimlərsə, yalnız həmin hissənin şəkilini çəkib paylaşıb. Xəritənin çatışmazlığı yuxarı hissəsində Albaniya, aşağıda Atropatenanın qeyd edilməməsidir. Armeniyanın qeyd edilməsində heç bir tarixi səhv yoxdur. Bu gün Romanın Kalizeyinin divarında bu xəritə asılıb. İnternetdə Roma imperiyası yazan kimi bu xəritə çıxacaq. Rəsmi İtaliyanın mənbələrində bu xəritə var. İndiyə qədər həmin ərazi 6-cı sinif “Ümumi Tarix” dərsliyindən silinib. Lakin silinmə çıxış yolu deyil. Çünki şagird silinən ərazinin hara olduğunu soruşur. O zaman şagirdə hansı cavabı verməliyik? Qobustan kitabəsində Romalıların burada olması, Trayan Adrianla Albaniya hökmdarları arasında məktublaşmalar var. Biz bunları inkar edə bilmərik. Ərəb xilafəti xətirəsində həm Atropatena, həm də Albaniyanın ərazisi Ərməniyyə adlandırılmışdı. Bu o deməkdir ki, bu ərazilərdə ermənilər yaşayıb? Bu çox gülməli olardı. Nizami Gəncəvinin əsərlərində “ərmən vilayəti çarının qızı” ifadəsi yer alıb, O Ərməniyyə ilə indiki Ermənistanın heç bir əlaqəsi yoxdur.

- Siz xəritəni hansı mənbələrdən əldə etmisiniz?

- Xəritə Roma mənbələrindən götürülüb. Problem dünya tarixinin dövrləri ilə bağlı yerli mənbələrdə xəritələrin olmamasından qaynaqlanır. Biz Azərbaycan dilində dünya tarixi ilə bağlı atlas, xəritə tapa bilmirik. Kitab yazanda məcbur qalıb, rus və Avropa mənbələrində bizə lazım olan dövrlə bağlı rəsmi formada təsdiq edilmiş xəritələrdən istifadə edirik. İtaliya dövlətinin Roma tarixinin bu dövrü ilə bağlı məlumatlarında məhz həmin xəritədən istifadə edilib. Bizim dünya tarixinin dövrlərilə bağlı vahid xəritəmiz yoxdur. Dünyanın bütün ölkələrində həm vahid tarix konsepsiyası, həm də öz dillərində mənbələr var.

- Bu xəritələri kim hazırlamalıdır?

- 26 ildir müstəqilik, lakin tarixin necə yazılması ilə bağlı vahid konsepsiyamız yoxdur. Tarix İnstitutu dövlətlər və dövrlər üzrə istifadə edilməli olan xəritələri təsdiq edib, atlas halında çap etməlidir. Təəssüf ki, bizdə bir dövlətlə bağlı müxtəlif xəritələr var. Biz kitab yazanda internetdən, İtaliya arxivindən xəritə axtarmamalıyıq. Bu zaman dövlətçilik baxımından da problem ortaya çıxa bilər. Hansı ki, bu məsələdə dövlətçiliklə bağlı heç bir problem yox idi, sadəcə ictimaiyyət yanlış yönləndirilib. Heç kim xəritəyə bütöv halda, şərti işarələrlə baxmır. Bundan başqa, dərslik 1 ay ictimai müzakirəyə çıxarıldı, ekspertlər baxdı. Mən kitabın müəlliflərindən olsam da, həmin dövrü yazmamışam. Azərbaycan bölməsinə baxmışam, çünki rus bölməsinin tərcüməçisi, redaktoru var idi. Bu məni məsuliyyətdən azad etmir, lakin şişirdilən kimi də qəbahət yoxdur.

- Həm tarixçi, həm kitab müəllifi, həm də təhsil eksperti kimi belə halların yaşanmaması üçün nəyə diqqət edilməlidir?

- Birincisi, kitab yazmaq üçün müəlliflərə az müddət - 2 ay verilib. Problemin kökündə bu durur. Bu müddət ərzində 210 səhifə “Azərbaycan tarixi”, 160 səhifə “Ümumi tarix”, həm də bu həcmdə müəllim üçün metodik vəsait yazılmalıdır. Başqalarının kitabından istifadə plagiatlıq hesab edilir, şəkil və məlumatlar yenidən işlənməlidir. İkinci məqam, kitab birbaşa orta məktəbə istifadəyə verilməməlidir. Pilot olaraq bir neçə məktəbə təqdim edilməli idi. Bu zaman müəllif, redaktor, ekspertlərin gözündən yayınan məqam açıqlanardı. 4500 məktəbdən ən azı 20-nə yeni çap olunan dərslik sınaq məqsədilə verilə bilərdi. Qüsursuz kitab istəyiriksə, bu addım atılmalıdır. Üçüncü məqam, ictimaiyyət və cəmiyyət olaraq bu cür siyasi məsələlərdə birlik nümayiş etdirməliyik. Problem varsa, kimisə günahkar çıxartmaq lazım deyil. Məni erməniyə işləməkdə günahlandırırlar, mənim atam Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib, Qarabağ əlilidir. Palçıq atmaq asandır, ortaya yeni dərslik qoymaq lazımdır. Təəssüf ki, qüsuru toy-bayram edirik. Bundan sonra dərslik yazmayacam. Çünki biz yaxşını məhv etməyə hazırıq. Həqiqətən, milləti düşünənlər problemi aradan qaldırmağa çalışar, ittiham etməyə fürsət axtarmaz. Bunu həll etmək çətin deyil. Bir gecənin içərisində kitablar toplandı, nəşriyyatın hesabına yeni dərslik çap olunub məktəblərə paylandı. Bütün bunlarla yanaşı, tariximizə həssas yanaşan insanlara təşəkkür edirəm. Ancaq sevəndə küsdürmək lazım deyil. "Armeniya" sözünü silməklə problemi həll etmirik. Hər kəsdən xahiş edirəm ki, bir məsələni gündəmə gətirməzdən əvvəl araşdırsın. Bütün dərslik boyu milləti, dövlətçiliyi qorumuşuq. Bir dəfə Armeniya vilayətinin adını verməyi qəbahət kimi qəbul etmək doğru deyil. Kitabı bütöv oxusunlar, xəritəyə bütöv halda baxsınlar, şərti işarələrə diqqət etsinlər.
Ata qızını baltaladıŞəmkirdə ata qızına balta ilə ağır xəsarət yetirib.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğunu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Azay Quliyev Qırğızıstana gedəcək Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qırğızıstan Respublikasında keçiriləcək prezident seçkilərini ATƏT-in seçki missiyasının xüsusi koordinatoru qismində müşahidə etmək üçün oktyabrın 10-da bu ölkəyə səfər edəcək.

Avrasiya.net Milli Məclisin saytına istinadən xəbər verir ki, Azay Quliyev bu ilin avqustun 9-da ATƏT-in sədri və Avstriya Respublikasının xarici işlər naziri Sebastian Kurz tərəfindən 15 oktyabrda Qırğızıstanda keçiriləcək prezident seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in seçki missiyasının xüsusi koordinatoru vəzifəsinə təyin edilib.

O, xüsusi koordinator kimi Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını, Avropa Parlamentini və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən 400-dən artıq beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirəcək.

ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev səsvermə gününə kimi Qırğızıstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olacaq.

Oktyabrın 15-də isə deputatımız seçki məntəqələrində səsvermənin gedişini və səslərin hesablanması prosesini müşahidə edəcək.

Oktyabrın 16-da ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev prezident seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirəcək, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə ilkin rəyini açıqlayacaq və jurnalistlərin suallarını cavablandıracaq.

Səfər oktyabr ayının 17-i yekunlaşacaq.
“Gördüm ki, arvadıma təcavüz edir” - Ev sahibinin başını kəsən kişiBakıda namus üstündə qətl törətməkdə təqsirləndirilən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İ.Əhmədov özünü cinayətə görə tam təqsirli bildiyini deyib.

Məhkəmədə sərbəst ifadə verən İlkin Əhmədov qeyd edib ki, evləndikdən sonra Binə qəsəbəsində həyat yoldaşı ilə kirayə yaşayıb: ""Fialın evində qalırdıq.

Fialın yaşadığı ev də arxada idi. Hadisədən əvvəl pivə alıb gətirdim. Onunla birgə pivə içdim. Bir-birimizə qardaş deyirdik. Gecə saat 4 radələrində Fial dedi ki, qazın sayğacının balansında pul qurtarıb. Birgə mağazaya getdik. Sonra o yoldan geri qayıtdı, işinin olduğunu söylədi. Evə qayıdanda Fialın arvadıma təcavüz etdiyini gördüm. Əlimə bıçaq alıb onu vurdum".

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Suraxanı rayonunun Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, İ.Əhmədov uzun müddətdir, F.İsmayılovun evində kirayədə yaşayıb. İ.Əhmədov ev sahibi F.İsmayılovun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. Sonra onları münasibətdə olarkən yaxalayıb. Nəticədə onların arasında dava düşüb və İ.Əhmədov F. İsmayılovu qətlə yetirib.

Hadisəni törədən İ.Əhmədov saxlanılıb.

Lent.az
Bu qızı ailəsi axtarır - FOTOBakı şəhər sakini 24 yaşlı Olesya Yaqubova itkin düşüb.

Yaxınlarının "Ölkə.Az"-a verdiyi məlumata görə, sonuncu dəfə onu dünən 15-16 radələrində "28 May" metrosunun yaxınlığında görüblər.

Evdən çıxarkən əynində tünd rəngli gödəkçə və cins, bej rəngdə çəkmə, əlində qara rəngdə çanta olub.
Bu şəxsi görənlərdən xahiş edilir ki, 055 944 25 73 nömrəsiylə (Oleq) əlaqə saxlasınlar.
Bakıda dəhşətli qəza — sürücü bir neçə yerə parçalandı - VİDEO (+18)Bakıda şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net-in məlumatına görə, ötən gecə paytaxtın Tbilisi prospektində "Kamaz" markalı avtomobilin təkəri partlayıb

Hələlik şəxsiyyəti müəyyən edilməyən sürücü xilas olmaq üçün özünü maşından atsa da, cəhdi uğursuz alınıb. Belə ki, sürücü avtomobilinin təkərləri altında qalaraq bir neçə yerə bölünüb.
Abbas Bağırov və prodüser arasında QALMAQAL: “Kül sənin kişi başına”Prodüser Sultan feysbuk hesabında Əməkdar artist Abbas Bağırovun ünvanına sərt ittihamlar yazıb.

Publika.az xəbər verir ki, Abbasın sosial media hesabında onu bloka atdığını bildirən prodüser bunları yazıb:

“Kül sənin kişi başına, ay Abbas Bağırov. Qorxaq, instaqramda məni bloka atmısan. Sənə nələr deyərəm, amma mənim üçün çox cılız adamsan. Sənə çox olar söyüşlərim”.

Məsələ ilə bağlı Abbas Bağırovla əlaqə saxladıq. O, baş verənlərlə bağlı suallara cavab vermək istəmədi:

“Xahiş edirəm mənə belə suallar verməyin, o, adamı tanımıram”.
Deputatı arvadının keçmiş əri öldürtdürüb – RəsmiRusiya Dumasının eks-deputatı Denis Voronenkovun ölümü ilə bağlı sifarişi onun həyat yoldaşı Mariya Maksakovanın vətəndaş nikahında yaşadığı keçmiş əri Vladimir Tyurin verib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Baş prokuroru Yuri Luçenko söyləyib. Luçenko Tyurinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətində olan kriminal avtoritet olduğunu bildirib.

Qeyd edək ki, Rusiya Dumasının eks-deputatı Denis Voronenkov martın 23-də Kiyevdə qətlə yetirilib. O, 2016-cı ildə Rusiyadan Ukraynaya qaçmışdı. Kommunist Partiyasından olan deputatı Rusiya beynəlxalq axtarışa vermişdi.

Vladimir Tyurin İspaniya rus mafiyasının əsas liderlərindən biri sayılır. Ona qanuni oğru statusu rus mafiyasının keçmiş lideri Vyaçeslav İvankov (Yaponçik – red.) tərəfindən verilib. Tyurin rus mafiyasının digər mərhum lideri Aslan Usoyanın (Ded Xasan – red.) ən yaxın adamlarından sayılıb.