Azərbaycanda dini radikalizmlə məşğul olan gizli mərkəzlər fəaliyyət göstərir - XƏBƏRDARLIQTerrorçuluq təkcə inkişaf etməmiş ölkələrdə kök atmayıb. Ən sivil dövlətlərdə belə, terrorçular yetişir və qanlı əməliyyatlar həyata keçirirlər. Odur ki, Azərbaycanda da bu təhlükə mövcuddur. Bu səbəbdən təhlükəsizlik orqanları bu məsələlərə daha həssas yanaşmalı və çevik önləyici tədbirlər görməlidir.

Müsbət məqamlardan biri odur ki, Azərbaycanda təhlükəsizlik orqanları bu məsələləri gündəmdə saxlayır.

Bu günlərdə mətbuata açıqlama verən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev sözügedən məsələyə toxunub. O deyib ki, Azərbaycanda müvafiq qurumlarla planlı şəkildə işlər görülür ki, azərbaycanlı gənclər dini radikalizmlə bağlı səhv yola düşməsinlər.

M.Quliyevin sözlərinə görə, idman, mədəniyyət, incəsənət artıq Azərbaycanı bütün dünyada tanıtdırır. Belə bir dövlətdə qara işlərlə məşğul olmaq təbii ki, yaxşı hal deyil.

Şərqşünas-politoloq, "MİA.az” saytının "Dini-Etnik Konfliktlərin Araşdırılması və Analitikası” şöbəsinin rəhbəri Vüsal Hətəmov isə məsələyə münasibət bildirərkən Reyting.az-a deyib ki, müasir dünyada heç bir dövlət terrordan sığortalanmayıb. Onun sözlərinə görə, son illər İŞİD-də iştirak edən terrorçular təkcə müsəlman ölkələrindən, həmçinin iqtisadi cəhətdən geri qalmış dövlətlərdən gəlməyib. Avropanın ən aparıcı dövlətləri, hətta İngiltərə, Fransa, Belçika kimi sivil ölkələrdən İŞİD-ə yüksək sayda axın var:

"Odur ki, ölkəmizin inkişafını nəzərə alıb arxayın otura bilmərik. Terror şəbəkəsi daha fiziki səhədlərdən keçməklə məhdudlaşmır. Elektron vasitələrlə istənilən dövlətlərdə radikal qruplaşma yaratmaq, bunun üçün təkfirçi ideyalar təbliğ etmək mümkündür. Ona görə də terrorun nəticəsi ilə və yaxud yetişəcək terrorçu ilə mübarizə aparmağı əsas iş bilməməliyik. Bunun üçün həm də xalq arasında, gənclər arasında, müxtəlif təbəqələrdə maariflənmə aparılmalıdır.”

Başqa bir məqama da diqqət yetirmək lazımdır. Belə ki, əgər son ilə qədər ölkədə hansısa terror təşkilatlarına qoşulmaqla bağlı faktlar qeyri-rəsmi dairələrdən ictimaiyyətə sızdırırlırdısa, artıq bununla bağlı rəsmi qurumlar məlumat verirlər. Elə bu günlərdə jurnalistlərə açıqlaması zamanı DTX rəisi M.Quliyev bildirib ki, Azərbaycandan 900 nəfər İŞİD-ə qoşulub, 300-ü ölüb, 85-i həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb.

M.Quliyev deyib ki, müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıb, bəzi vətəndaşlarımız onlara qoşulub, bəziləri hətta ailələri ilə ora gedib və orda uşaqları olub: "Təbii ki, o uşaqların da orda ölmə faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı oradakı döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və bu məlumatın doğru olub-olmadığını araşdırırıq. Valideynləri həlak olan azərbaycanlı uşaqların geri qaytarılması üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir”.

Vüsal Hətəmov isə bildirib ki, əhalini təkcə nəticə ilə məlumatlandırmaq istənilən effekti verməyəcək:

"Biz neçə ildir mətbuatda bildiririk ki, ölkədə radikal-təkfirçi, qeyri-ənənəvi dağıdıcı dini təbəqə yetişir. Lakin bu, o qədər ciddiyə alınmırdı. İndi isə nəticə göz qabağındadır. Xalqın övladlarını radikalizmə çəkən, onları şirnikləndirən, bu işlə dərindən məşğul olan mərkəzlər, şəxslər var. Həmin ocaqlar barədə xalqa məlumat verilməlidir ki, insanlar aldadılma riski ilə üzləşməsinlər. Bunun üçün təkcə güc strukturları deyil, paralel olaraq KİV-lər və vətəndaş cəmiyyətləri - QHT-lər də müvafiq iş görməlidir”.

V.Hətəmov telekanallarda bu haqda yetərincə məlumat verə biləcək verilişlərin də hazırlanmadığını qeyd edib: "Yalnız həbs olunan radikal-təkfirçi terror şəbəkələri haqqında xəbərlər verilir. Halbuki mütəmadi olaraq profilaktik, önləyici xarakterli verilişlər hazırlanmalıdır”.
31 yaşlı kişi 89 yaşlı qadına vuruldu - FOTOABŞ-ın Kaliforniya ştatında yaşayan Kris Salvatore 89 yaşlı Norma Kuka aşiq olub.

Publika.az xəbər verir ki, onlar 4 il əvvəl, Salvatore Qərbi Hollivuddakı evə köçəndə tanış olublar.

"Norma məni bir qədəh şampana dəvət etdi və o vaxtdan birlikdəyik. Onu çox sevirəm", - Kris deyib.

Leykemiya xəstəsi olan Norma son 10 ildə özünü pis hiss edir. Aktyor və musiqiçi Kris isə Normaya qulluq edir.
31 yaşlı kişi 89 yaşlı qadına vuruldu - FOTO
Fazil Mustafa: "Türk kişisi heç vaxt sinəsinə döyməyib"Millət vəkili Fazil Mustafanın Azərbaycanı din adı altında bürümüş nadanlığa, xurafatçılığa, cahilliyə qarşı yazdığı statusu şikayət edilərək səhifəsindən sildirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə millət vəkilinin özü məlumat verib.

Millət vəkilinin sözlərinə görə, deyəsən sinəzənlərin, əzadarların bir qismi də Markın ofisində oturublar:

"Status hər zaman təkrar yazıla bilər, ancaq bununla şikayət edənlərin xəstəliyi sağalacaqmı? Qum saatı ilə işləyən bu Vətən xainlərinə qarşı mübarizəmiz bütün cinahlarda durmadan getməlidir, əks halda bu dövlətin bütün mədəni dəyərlərinin tədricən itirilməsinə kənar bir müşahidəçi kimi baxmış olacağıq. Bu nə İslam məktəbidir, nə də Türk məktəbi. İslamda şəhidə ağlamırlar, onun ölümünü ən şərəfli ölüm kimi anırlar. İslamda bir məktəb var, o da Hz. Məhəmmədin (s.ə.s.) Məktəbi! İslamda bir müqəddəs dəyər var, o da Quran-i Kərimdir".

Millət vəkili vurğulayıb ki, Türk kişisi heç vaxt sinəsinə döyməyib, başını yarmayıb, bu xarakteri biz türklərə kim sırıyıb, onu dərk etməliyik:

"Yüz il, beş yüz öncəki nadanlığın müasir Azərbaycanda vüsət alması hamımızı düşündürməlidir, sonra gec olacaq".

Qeyd edək ki, millət vəkili Fazil Mustafa aşura məclislərində insanların din adı altında etdiyi hərəkətlərə etiraz etmişdi.
“Şirvanşahlar tariximizin utanc yeridir…” – “Böyük Ermənistan”ın “qəhramanı”Orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində Azərbaycanı “Böyük Ermənistan”ın tərkib hissəsi kimi xəritədə göstərən kitabın həmmüəllifi Kamran Əsədovun Azərbaycan tarixini aşağılayan daha bir açıqlaması ortaya çıxıb.

Avrasiya.net-in məlumatına görə, “tarixçi” K. Əsədov bir müddət əvvəl mətbuata müsahibəsində Şirvanşahlar dövlətinin Azərbaycan tarixinin utanc yeri olduğunu bildirib:

“Mən Şirvanşahlar dövlətini və onun mövcudluğunu, fəaliyyətini qəbul etmirəm. Həmişə mübarizədən qaçıb. Təslimçi və rüsvayçı şərtlər altında tabe olub. Böyük güclərin vassalı olub. Amma qürurla yad etdiyim, fəxr etdiyim dövr Səfəvilərdir. Sona qədər mübarizə aparan, məğlub olsa da, təslim olmayan bütöv Azərbaycan yaradan bir dövlət.

Şirvanşahlar dövləti Azərbaycan tarixinin utanc, Səfəvilər isə qürur yeridir.”

Qeyd edək ki, Azərbaycanda dərslik məsələsi ilə bağlı daha bir qalmaqallı fakt üzə çıxıb.

Bu barədə sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində ciddi xətaya yol verilib.

Həmin kitabda yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.
“Şirvanşahlar tariximizin utanc yeridir…” – “Böyük Ermənistan”ın “qəhramanı”
General-polkovnik Sidorov: Biz müharibəyə Ermənistanın tərəfində daxil olacağıqƏgər təşkilatın ən yüksək orqanı olan Şura tərəfindən qərar ediləcəksə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iyirmiminlik sürətli operativ güc qruplaşması Ermənistana hərbi kömək göstərməyə hazır olacaq.

Virtualaz.org “Azadlıq” radiosunun erməni redaksiyasına istinadən bildirir ki, bunu bir gün əvvəl jurnalistlərlə görüşdə KTMT-nın Birləşmiş qoşunlarının qərargah rəisi Anatoli Sidorov deyib.

İnformasiyaya əsasən, general-polkovnik Sidorov blokun təlimlərində iştirak üçün Ermənistandadır. Bir gün əvvəl “Baqramyan” poliqonunda KTMT-yə üzv dövlətlərin hərbi kəşfiyyat güclərinin ikigünlük birgə “Axtarış-2017″ təlimləri başa çatıb.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə, o, təşkilatın nizamnaməsinə və başqa normativ-hüquqi sənədlərə uyğun olaraq, müstəqilliyin müdafiəsi və təşkilatın üzv dövlətlərinin ərazi bütövlüyü üçün nəzərdə tutulub. Bu, dövlət rəhbərliyinin müraciəti üzrə olur və qərar KTMT-nın Şurası tərəfindən qəbul edilir.

Əgər dövlətlərdən birinə real kömək lazım olacaqsa, onda kollektiv güc qoşunları gəlməyə və kömək göstərməyə hazır olacaq… Və Ermənistanda da şübhələr olmamalıdır. Bizdə 20 mindən çox yüksək səviyyədə hazırlanmış hərbi qulluqçu var. Bunlar əsasən, xüsusi təyinatlı bölmələrin hərbi qulluqçularıdır. Burada dağ atıcılığı, desant-hücum, hava-desant birləşmələri, hissələri və bölmələri var, hansılar ki, qarşılarına qoyulmuş istənilən tapşırığı yerinə yetirməyə qadirdirlər”, - general Sidorov bildirib.

Qeyd edək ki, oktyabrın 9-dan 13-dək Ermənistanda Kollektivin sürətli operativ güc qruplaşmasının, eləcə də Ermənistan və Rusiya silahlı qüvvələrinin Birləşmiş qoşunlarının iştirakı ilə ” KTMT-nın Qarşılıqlı təsir” adlı birgə təlimlərləri keçiriləcək.
Qubada 93 yaşlı kişinin meyiti tapıldıQubada meşədən kişi meyiti tapılıb.

Report.az bildirir ki, rayonun Püstəqasım kənd sakini Bədəl Alxasov atla meşəyə odun gətirməyə gedib və geri qayıtmayıb.
Ailə üzvləri Bədəl Alxasovun axşam qayıtmadığını görüb axtarışlara başlayıblar və onu meşədə ölmüş vəziyyətdə tapıblar.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

""Ya mənimlə ol, ya məni öldür" deyirdi" - Taksi sürücüsünü qətlə yetirən tələbə qızİstanbulun Sarıyer rayonunda taksi sürücüsü Hıdır Doğanı (48) bıçaqla öldürdüyü üçün mühakimə olunan tələbə Semra Ç.-ya (23) 18 ilə qədər həbs istəyiylə iddia açılıb.

İki ildir təqib etdiyi, bütün məlumatlarını ələ keçirdiyi və zorla əlaqəyə girdiyi qızdan əl çəkməyən Hıdır Doğanın cinayətdən əvvəl Semra Ç.-ya onu öldürmək üçün məktub yazdığı ortaya çıxıb.

Məhkəmədə cinayəti bütün detallarıyla izah edən tələbə qız "Məni sevgili olmağa məcbur etdi. Ya mən, ya sən öləcəksən. Bu gecə mənim olacaqsan. Sabah da nikaha girəcəyik. Yoxsa avtomobildə silahla məni öldür" dedi. Qeyd dəftərinə də "Mən özüm ölmək istədim. Səmraya silahı özüm verdim" sözlərini yazıb. Avtomobildə silah yox idi. Yanına qoyduğu silahla "Silah yoxdursa, məni bununla öldür" dedi. Mən də bıçağı ürəyinə və kürəyindən sancdım. Sükan arxasına keçdim və benzin bitənə qədər onu avtomobildə gəzdirdim. Səhər təslim oldum" deyib.

Hadisədən sonra təslim olan şübhəli haqqında 18 ilə qədər həbs istəyiylə iddia açılıb. Semra məhkməsində Doğanın onu rahat buraxmadığı üçün bir neçə ev dəyişdirdiyini, ancaq taksi sürücüsünün hər dəfə onu tapdığını və ölənə qədər əl çəkməyəcəyini söylədiyini qeyd edib. Tələbə məhkum "Öldüyümdə səni və məni eyni məzara qoysunlar" deyə sosial şəbəkə hesabında bu sözləri yazmışdı" deyib.

Taksi sürücüsünün iki dəfə onunla zorla əlaqəyə girdiyini, bir gün yenidən birlikdə olmaq üçün evinə gəldiyində "Yetər artıq" deyib eyvana çıxaraq özünü atıb intihar edəcəyini də ifadəsində bildirib.

Məhkəmə təxirə salınıb./sonxeber
Bakıda biznesmenə 20 min manat "atdılar"Bakıda dələduzluq hadisəsi qeydə alınıb.

Lent.az bildirir ki, Yaqub Məlikov adlı paytaxt sakini Nizami rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, bu ilin mart ayında Elgün Xabarov adlı şəxs ondan külli miqdarda pul alıb. Şikayətçinin sözlərinə görə, həmin şəxs birgə biznes quracaqlarını vəd edərək ondan 20 min manat alıb və vədinə əməl etməyib. E.Xabarovun pulu qaytarmadığına görə Y.Məlikov polisin məsələyə qiymət verməsini xahiş edib.
Araşdırma aparılır
Maşallah Əhmədov azadlığa çıxdıMaşallah Əhmədov azadlığa çıxdıDələduzluqda təqsirləndirilərək 2 il müddətinə azadlıqdan məhrum edilən tanınmış futbolçu Maşallah Əhmədov azadlığa çıxıb.

Bu barədə Maşallah Əhmədovun oğlu Tərlan Əhmədov bildirib.

O, qeyd edib ki, atası oktyabrın 7-də sərbəst buraxılıb.

İttihama görə, Maşallah Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə cəzanı 2 ilə endirib.

Maşallah Əhmədov 2017-ci il yanvarın 30-da məhkəmə zalında həbs edilib.
Bu məmurun cəzalanması üçün müraciət etmişik – Millət vəkiliHəmkarlarımla birlikdə qaldırdığımız təşəbbüs kimliyindən asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan, separatizmə dəstək verən hər bir şəxsin məsuliyyətə cəlb edilməsini nəzərdə tutur və bununla əlaqədar artıq müvafiq orqanlara müraciət edilib.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev sosial şəbəkələrdə İraq Kürd Muxtariyyətinin “müstəqilliyinə” dəstək paylaşımlarına münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Milli Məclisdə edilən müraciət və çıxışlar rəsmi xarakter daşıyır:

“Bu baxımdan biz həmkarlarımızla birlikdə məsələyə münasibət bildirərkən, səlində rəsmi qurumlara müraciət etdik. Təəssüf ki, indiyə qədər sözügedən şəxslə bağlı heç bir addım atılmayıb və araşdırmanın nəticəsi ilə bağlı millət vəkillərinə məlumat verilməyib”.

Parlamentdə F.Tanirverdiyevi separatizmə dəstək verdiyi üçün suçlayan və onun cəzalandırılmasını tələb edən digər deputat - Fazil Mustafa isə Axar.az bildirib ki, sözügedən məsələnin Milli Məclisdə müzakirəsi Baş Prokurorluğa verilən sorğu kimi dəyərləndirilməlidir:

“Həmkarım Vahid Əhmədov başda olmaqla, məsələyə Milli Məclis səviyyəsində münasibət bildirən millət vəkilləri birbaşa Baş Prokurorluğa müraciət etdi. Hesab edirəm ki, Baş Prokurorluq tərəfindən araşdırma aparıldıqdan sonra müraciətimizə cavab veriləcək. Hər halda bu məsələ elə-belə buraxıla bilməz. Çünki gələcəkdə bu kimi hallar təkrarlana, Azərbaycanın düşmənləri istənilən şəxslərin şəkillərini bu cür rahatlıqla paylaşa bilərlər. Bu çox ciddi məsələdir və buna çevik reaksiya verməmək gələcəkdə Dağlıq Qarabağ kimi ağır bir probmelni yaşayan Azərbaycana əlavə siyasi narahatlıqlar gətirər”.

Qeyd edək ki, Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyev özünün Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib.

Azərbaycan rəsmi olaraq İraqın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və dünyada baş verən bütün separatizmlərə qarşı olduğunu bildirib. Dövlətin bu siyasi mövqeyindən sonra bir məmurun separatizmə açıq dəstəyi cəmiyyətdə narahatlıq yaradıb.

Baş Prokurorluq olayı nəzarətə götürdüyünü və araşdırma aparıldığını açıqlayıb.